Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-150/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Məmmədova Şərafət Asif qızının sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məhəmməd qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1 və Cavabdeh vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xxxxxxxxxxxx” MTK 3-cü şəxs qismində cəlb olunmaqla “müqavilənin etibarsızlığı və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh, Cavabdehlər İddiaçı və “xxxxxxxxxxxx” MTK-ya qarşı yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və vuruulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “xxxxxxxxxxxx” MTK 3-cü şəxs qismində cəlb olunmaqla “müqavilənin etibarsızlığı və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və “xxxxxxxxxxxx” MTK-ya qarşı yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair” iddiası rədd edilmiş və xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxxxxx” MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamələrdən narazı qalan Cavabdeh apellyasiya şikayətləri vermişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə (sədrlik edən hakim X.Cəmilova) hər üç iş bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə kollegiyası işə “xxxxxxxxxxxx” MTK-nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X2Cavabdeh qarşı iddialarından imtina etməsi barədə ərizəsini məhkəmə kollegiyasına təqdim etmiş və qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıCavabdeh vəkili X4 iddiadan imtina barədə ərizə təqdim edərək ərizənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1 və 52.5-ci maddələrinin tələblərinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh iddialarından imtina etmələri barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, onun iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, onların iddia tələblərindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “xxxxxxxxxxxx” MTK 3-cü şəxs qismində cəlb olunmaqla “müqavilənin etibarsızlığı və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi üzrə və İddiaçı cavabdeh “xxxxxxxxxxxx” MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi üzrə İddiaçı, həmçinin iddiaçı Cavabdehlər İddiaçı və “xxxxxxxxxxxx” MTK-ya qarşı yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və vuruulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə iddiaçı Cavabdeh iddia tələblərindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə həmin qətnamələr ləğv edilməli, mülki işlər üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və iddiaçı Cavabdeh iddialarından imtina qəbul edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(004)6459/2018 saylı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(004)3146/2019 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(004)8003/2017 saylı qətnamələri ləğv edilsin və həmin işlər iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-150/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-150/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver