Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1502/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5249/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev (keçmiş H.Cavid) küçəsi 52 saylı evə (bundan sonra – mübahisəli ev) köçürülməsi və bununla əlaqədar yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1981-ci ildə Cavabdeh2 ilə rəsmi qaydada ailə qurmuş və 2007-ci ildə boşanmışlar. Həmin nikahdan 1982-ci ildə övladları Cavabdeh1 doğulmuşdur. xx xxxxxx 2008-ci il tarixdə ikinci dəfə X2 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il tarixdə övladı X5 doğulmuşdur. Qeyd edir ki, o, hər iki ailə həyatı dövründə ata mülkləri olan mübahisəli evdə yaşamışdır. 2008-ci ildə məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2010-cu ildə yanvar ayında o, cəzaçəkmə müəssisəsində olarkən atası X4 vəfat etmiş,ata mülkləri 6 nəfər qanuni vərəsə arasında bölünərək hər bir vərəsəyə 1/6 hissə müəyyən edilmişdir. Bu barədə ona xx.xx.2016-cı il tarixli çıxarış verilmiş və öz payına dair xüsusi mülkiyyət hüququ müəyyən edilmişdir. O, cəzaçəkmə müəssisəsində cəza çəkərkən cavabdeh həmin mənzilə köçərək yaşamağa başlayıb və hal-hazırkı həyat yoldaşı X1 təzyiq göstərib evdən çıxarmışlar. O, cəzasını çəkib qurtardıqdan sonra 2010-cu ildən etibarən özünə məxsus olsa da, həmin evə gedə bilmir və yaşamasına cavabdehlər tərəfindənimkan verilmir. Hal-hazırda o, Salyan rayonunda qayınatasına məxsus evdə ailəsi ilə birgə yaşayır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5249/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dəfələrlə yaşayışlarına maneələr yaratmış, dava-dalaş salmışdır. İddiaçının hərəkətləri nəticəsində Cavabdeh3 özünü öldürmə həddnə çatmış, nəticədə xəstəxanaya düşmüşdür. İddiaçı çox təhlükəli insandır. O, dəfələrlə narkotik vasitə istifadəçisi kimi və sair maddələrlə cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunub. İddiaçının mənzilə köçürülməsi onların sakit yaşamaq hüquqlarını pozmuş olacaq. Məhkəmə qətnaməsi ilə onların yaşamaq hüququ evin 2-ci mərtəbəsinə müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir. Birgə yaşayış qaydaları yalnız digər tərəfin də hüquqlarını nəzərə almaqla həyata keçirilməlidir. Bundan başqa iddiaçı 2019-cu ildə onlara qarşı iddia qaldırmış, iddianın yolverilməzliyinə görə iddia ərizəsi geri qaytarılmışdır. Apellyasiya baxışında iddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdehlər şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, mübahisəli evin 1/6 hissəsi paylı mülkiyyət kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1004/2007 saylı qətnaməsinə əsasən X6 və Cavabdeh1 X4 və İddiaçı qarşı evə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X3 və Cavabdeh1 mübahisəli evə köçürülmələri qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli 1mk-1385/07 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, cavabdehlərin iddiaçını paylı mülkiyyətində olan evə köçməsinə və yaşamasına maneə yaratmaları iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli mənzil eyni zamanda iddiaçının da paylı mülkiyyətindədir. Mülkiyyət hüququnun müdafiəsi baxımından iddiaçının mənzilə köçürülməsi cavabdehlərin mübahisəli mənzilə olan öz payından istifadəyə hər hansı maneə törətmir. Cavabdehlər iddiaçının onların yaşayışına hər hansı maneə törətməsini bildirsələr də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Beləliklə kollegiya hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5249/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1502/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1502/2020
22.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver