Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1507/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh6 Zülfüqar oğluna qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7 və Cavabdeh6 Zülfüqar oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh4 1/173,19 manat, X3 1/376,17 manat, Cavabdeh6 288,95 manat, Cavabdeh2 538,91 manat, Cavabdeh3 1/297,78 manat, Cavabdeh1 824,61 manat, ümumilikdə 5.499,61 manat pulun ayrı-ayrılıqda, eyni zamanda 75 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq “X5” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5044/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bu qərardaddan İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə baxılması Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5797/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə razılaşmadıqları üçün verilən apellyasiya şikayətinin, habelə çıxarılmış qərardadlardan şikayətlərin hər dəfə formal səbəblərdən geri qaytarılması, ərizələrinin təmin olunmaması konstitusiyada təsbit olunan məhkəməyə yenidən müraciət etmək hüquqlarının həyata keçirilməsinə mane olmaqla pozur. Digər şikayətlərində olduğu kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadında da işin apellyasiya icraatında baxılmasını təmin etməyərək, bunu formal səbəblərlə əsaslandırmış və nəticədə məhkəməyə yenidən müraciət etmək hüquqları pozulmuşdur. Məhkəmə qərardad qəbul edərkən ərizədə göstərilən üzrlü səbəblərlə bağlı mövqeyini göstərməmiş, sübutları düzgün qiymətləndirməyərək Mülki Prosesual Məcəlləsinin 88-ci maddəsində müəyyənləşdirilən tələbləri pozmuşdur. Belə ki, atasının səhhəti ilə yaranan problemlərlə məşğul olmağını bildirməyinə və bununla bağlı sübutu elektron kabinetə əlavə etməyinə baxmayaraq, məhkəmə sadəcə formal olaraq qərardadın kabinetə xx.xx.2023-cü il tarixində yerləşdirilməsinə, həmin qərardaddan şikayətin isə xx.xx.2023-cü il tarixində əlavə edilməklə müddətin ötürülməsinə istinad etməklə ərizəni təmin etməmişdir. Eyni zamanda qərardadda ötürülmüş müddətin bərpa edilməsi ərizəsinin təmin edilməsi üçün heç bir sübutun təqdim edilmədiyi ilə bağlı cümləyə yer verilməsi sübutun ümumiyyətlə nəzərə alınmamaqla qiymətləndirilmədiyinə dəlalət edir. Əks halda məhkəmə öz qətnaməsində ərizəni təmin etmədiyi zaman həmin sübutun yetərsiz olmasının nədə ifadə olunmasına da yer verməli idi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, həmin qərardaddan şikayət verilməsi müddətinin bərpası barədə ərizəni və şikayəti yalnız xx.xx.2023-cü il tarixdə vermişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət vermə müddətinin sistemdə problemlərin yaranması, atasının səhhətində olan problemlərin aradan qaldırılması ilə məşğul olması və köməkçisinin sistemdən tələb olunan səviyyədə istifadə edə bilməməsi səbəbindən ötürüldüyünü bildirir. Lakin qeyd edilənlərin qarşılığında sübut olaraq, yalnız Bakı Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışını təqdim edir. Hər hansı başqa sübut, o cümlədən ölkə xaricində olmamasını təsdiq edən sənəd məhkəməyə təqdim edə bilmir (“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən isə iddiaçının nümayəndəsi və vəkili həmin dövrdə yalnız 08-12 noyabr tarixlərində ölkə hüdudlarından kənarda olubdur). Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf hər hansı üzürlü səbəb olmadan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət vermə müddətini ötürmüşdür. Həmin müddətin bərpa edilməsi üçün hər hansı əsas yoxdur. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardaddan şikayətin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmiş və şikayəti geri qaytarmışdır. Bu səbəbdən şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1507/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1507/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver