Məhkəmə qərarları › İş №2(103)-1508/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1508/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1508/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-564/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə bitrdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsini iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-564/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və İddiaçı təhvil verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.01.2019-cu il tarixli 2(004)- 641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, İddiaçı 15.09.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X2 15.09.2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 (üç yüz doxsan doqquz) manat kirayə haqqının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh3, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9595/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-564/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Hazırda cavabdehlər Cavabdeh2, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-564/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməlidir. Belə ki, bundan öncə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-564/2021 saylı iş üzrə qəbul etdiyi 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri vermiş və həmin apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9595/2021 saylı, 13 oktyabr 2021ci il tarixli qətnaməsi ilə münasibət bildirilmişdir. Hazırda digər cavabdehlər də Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)- 564/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti versələr də, şikayətlərin dəlilləri cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətlərinin dəlilləri ilə oxşar məzmunlu olmaqla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9595/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə yoxlanılmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadının” 25-ci bəndinə əsasən Apelyasiya və kassasiyanın hədlərini tənzimləyən yuxarıda istinad edilən mülki prosessual hüquq normalarından və Konstitusiya Məhkəməsi Plenumunun apelyasiyanın və kassasiyanın hədləri ilə bağlı müəyyən etdiyi hüquqi mövqelərdən göründüyü kimi, prosessual doktrina məhkəmələrin qətnamənin yoxlanılmasını şikayəti verən şəxsə (in personum) münasibətdə deyil, mübahisələndirilən hissədə (in rem) həyata keçirilməsini müəyyən etmişdir. Həmin qərardadın 26-cı bəndinə əsasən, məhkəmə tərkibi həm prosessual qanunvericiliyin tələblərini, həm də həmin tələblərə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə aktları şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissəyə münasibətdə yoxlanılmalıdır. Həmçinin, həmin qərardadın 41-cı bəndinə əsasən, qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Həmin qərardadın 44-cü bəndinə əsasən, Apelyasiya instansiyası məhkəməsi qeyrimümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Həmçinin, həmin qərardadın 45-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, qeyrimümkünlük haqqında qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət nəzərdə tutulduğundan, sonuncunun apelyasiya şikayətinin qeyri-mümkünlüyünün qanuniliyinə qiymət vermək imkanı olacaqdır. Belə ki, MPM-in 366.4 və 402-ci maddələrinə əsasən apelyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-564/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Şikayət verən tərəflərə mübahisələndirmək istədikləri həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüquqları izah edilir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar