Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1511/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçılar İddiaçı2 Həmid oğlunun və İddiaçı1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4847/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 Həmid oğlu və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 Həmid oğlu və İddiaçı1 cavabdeh X2 qarşı “qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onlara məxsus ünvan 1 ünvanında yerləşən sahəsi 58,9 kv.m olan 11 saylı qeyri-yaşayış sahəsinin X1 qanunsuz sahibliyindən alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 58,9 kv.m qeyri-yaşayış sahəsi olan 11 saylı meyvə-tərəvəz mağazası onların mülkiyyətində olmuşdur. Cavabdeh yüksək mərtəbəli binanın inşası üçün 2004-cü ildə ona məxsus mağazanı almaq məqsədi ilə müraciət edərək müxtəlif təklif etmişdir. 2006-cı ildə cavabdeh qeyri-yaşayış sahəsini sökmüş və ona pul ödəyəcəyini vəd etmişdir. Həmin vaxt pul məbləği ona ödənilmədiyinə görə yazılı razılıq ərizəsi də yazmamışdır. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə pulun verilməsini yubatmışdır. Hal - hazıra kimi pul vəsaiti ödənilməmişdir. Həmin ərəfədə cavabdeh binanın adının “xxxx” MTK olduğunu dediyindən onlar “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyriyaşayış sahəsinin onlara qaytarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, beləliklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(001)-1257/2016 saylı qiyabi qətnaməsinə əsasən, iddia təmin olunmuş, sözügedən qeyri-yaşayış sahəsinin “xxxx” MTK-dan alınaraq onlara qaytarılması qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra mərhələsində qeyri-yaşayış sahəsinin yerində tikilmiş binanın “xxxx” MTK-ya heç bir aidiyyətinin olmadığı aşkarlandığından icra vərəqəsi icra olunmadan məhkəməyə qaytarılmışdır. Qətnaməyə izah verilməsi ilə bağlı ərizələri də məhkəmə tərəfindən təmin olunmadığından onlar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4847/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ilə İddiaçı2 Həmid oğlu və İddiaçı1 cavabdeh X2 qarşı “qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq qaytarılması tələbinə dair” iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı2 Həmid oğlu və İddiaçı1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlarr ki, iş tam araşdırılmadan, yazılı sübutlara hüquqi qiymət vermədən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını inkar etməklə tərtib edilmişdir. Qətnamə maddi və prosessual qanun pozuntuları ilə çıxarıldığından ləğv edilməli iddiaları təmin edilməlidir. Mağazanın tələbi, cavabdeh tərəfindən qalıq pulun və yaxud vəd verilmiş mağaza üçün yerin verilməsi üçündür. Cavabdeh tərəfindən yazılı sübutlara tərəflərin imzaları ilə təsdiqlənmiş hesablaşmalara, verilmiş 2 ədəd kassa məxaric orderlərinə məhkəmə qəbul etmədi. Qətnamədə mülkiyyətlərinin məhz həmin ünvanda olması, onun yerində cavabdehin bina tikməsi mübahisə doğurmur, nədənsə yalnız cavabdehlə aralarında olan şifahi razılığa istinad edilir. Hansı ki, iddiada göstərilən imzalanan yazılı sübutlar birmənalı olaraq təsdiq edir ki, cavabdeh 21 dəfəyə xx.xx.2005-ci il tarixindən xx.xx.2012-ci il tarixinə kimi 84 ayım faizi kimi hər aya düşən, 471 ABŞ dolları 30 sentyabr hesabı ilə cəmi 39,587 ABŞ dolları faiz verib. Cavabdeh 12.000 ABŞ dolları ilk razılaşmada 58,9 kv.m mağazanın özəlləşməsinə, 87 kv.m anbara, iş otağına, mağazada və anbarda olan avadanlığa görə vermişdi. 2012-ci ilin may ayından sonra cavabdeh verdiyi vədlərə əməl etməmiş, mağazanın öz dəyərindən qalığı 28.000 ABŞ dollarını ödəməmiş, dəfələrlə, illərlə, etdikləri müraciətərinin, xahişlərinin əhəmiyyəti olmamış, cavabdeh gizlənmişdir. Əslində cavabdehin bu haqsızlığı cinayət əməlli dələduzluqdur, xüsusi mülkiyyətlərini yalnız faiz verməklə əlllərindən almağı onun əvvəlcədən qurduğu məqsədi olub. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçılar İddiaçı2 Həmid oğlu və İddiaçı1 apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdeh X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh Əlmərdan Məmmədovun iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda iddiaçılar İddiaçı2 və İddiaçı1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçılar İddiaçı2 və İddiaçı1 izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, № 004457 saylı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X5 və Özəlləşdirilməsi Departamenti dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 58,9 kv.m qeyri-yaşayış sahəsi olan 11 saylı meyvə-tərəvəz mağazası İddiaçı2 Həmid oğluna və İddiaçı1 satılmışdır Məkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 artıq sökülmüş və mövcud olmayan qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən qaytarılmasını tələb etsələr də, birinci instansiya məhkəməsi həmin tələbin icrasının gələcəkdə mümkün olmayacağını nəzərə alıb iddianın rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçılar İddiaçı2 və İddiaçı1 apelyasiya şikayətində cavabdehin 12.000 ABŞ dolları ilk razılaşmada 58,9 kv.m mağazanın özəlləşməsinə, 87 kv.m anbara, iş otağına, mağazada və anbarda olan avadanlığa görə verdiyini, 2012-ci ilin may ayından sonra cavabdehin verdiyi vədlərə əməl etməyərək, mağazanın öz dəyərindən qalığı 28.000 ABŞ dollarını ödəmədiyi barədə göstərdikləri dəlilləri əsassızdır və iddiaçılar göstərilən halları sübuta yetirə bilməmişdir. Odur ki, iddiaçıların apelyasiya şikayətində göstərdikləri məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilə bilməz. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası iddiaçılar İddiaçı2 və İddiaçı1 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçılar İddiaçı2 Həmid oğlu və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4847/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1511/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1511/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver