Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1513/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)-1590/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, "xxxx" MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)-1590/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 11.10.2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilmişdir. Mülki iş apellyasiya instansiyası məhkəməsində olarkən, cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verdiyi üçün, rayon məhkəməsinin müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş apellyasiya baxışından çıxarılaraq, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.12.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin cavabdeh tərəfindən 13 oktyabr 2021-ci il tarixdə rayon məhkəməsinə verilməsi, bununla yanaşı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilmədiyi müəyyən edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)-1590/2021 saylı qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra "xxxx" MMC 08.12.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə təqdim etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, apellyator tərəfindən verilmiş sonuncu apellyasiya şikayətinin prossual müddət ərzində verilib-verilmədiyini araşdırmadan, müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizəyə münasibət bildirmədən mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)-1590/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1513/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1513/2022
13.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver