Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1513/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X13 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6999/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş yeri əlavə iş yeri kimi, əmək müqaviləsinin müddətli, müqavilə müddətinin qurtardığı tarixin xx.xx.2025-ci il olması müəyyən edilmişdir. Bu barədə “Əmək müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişi” xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə yerləşdirilmişdir.
2. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli xəbərdalıq təqdim edilərək, onun 3 aylıq sınaq müddəti ərzində özünü mühasib kimi doğrultmadığına görə onunla xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsinin qərara alındığı barədə məlumat verilmişdir. İşçi həmin sənədi imzalamaqdan imtina etmişdir.
3. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmrinə əsasən müəssisənin mühasib vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrutlmadığı üçün xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bununla bağlı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişi” xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində yerləşdirilmişdir.
4. Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* №- li əmək qabiliyyətinin olmaması vərəqəsindən məlum olur ki, İddiaçı Hipertoniya xəstəliyi diaqnozu qoylmuşdur. Barəsində yataq rejimi müəyyənləşdirilmişdir. O, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixindən sonra bir gün müddətinə işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixində yenidən işə başlamalı olması nəzərdə tutulmuşdur.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X16nin xx.xx.2024-cü il tarixli Vəkil1ya ünvanlanmış məktubundan məlum olur ki, İddiaçı ilə X16 arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılaraq, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş və onunla bağlanmış əmək müqaviləsi hal-hazırda güvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olması tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, iki aya qədər müddətə təşkil olunur. İcraçı qurum tərəfindən təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəllərinə əsasən X2 hər gün üçün 8 saat olmaqla sorğuda qeyd edilmiş iş yeri üzrə əmək haqqı hesablanmış və onun bank hesabına köçürülmüşdür.
6. AR ƏƏSMN yanında X10 Xidməti tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü i taixli məktubdan görünü ki, Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.
7. Cavabdeh MMC tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı ‘’İkma Servises" MMC-də xx.xx.2024-cü il tarixindən etibarən mühasib vəzifəsində sınaq müddəti ilə işə qəbul edilmişdir. Sınaq müddəti ərzində onun fəaliyyəti işəgötürən tərəfindən qiymətləndirilmiş və bu müddət ərzində əmək funksiyalarını lazımi keyfiyyətdə yerinə yetirmədiyi, peşə öhdəliklərinə səhlənkar yanaşdığı müəyyən edilmişdir. Belə ki, mühasibat sənədlərində bir sıra qeyri-dəqiqliklərə, hesabatların vaxtında və düzgün təqdim olunmamasına, həmçinin yerli və əsasəndə xarici ödənişləri həyata keçirə bilmədiyini, hər dəfə kimlərəsə zəng edib kömək istədiyi müəyyən olunmuşdur.Bir neçə ödəniş qəbzləri əlavə edirik ki, ödənişlərin təyinat hissəsində müqavilənin tarixi, nömrəsi, electron qaimə və seriya nömrəsi olmadan ödənişlər edib. Buda Vergi yoxlaması açılsa bizə cərimə tətbiq gətirib çıxardır. Bundan başqa İddiaçı işə daxil olarkən əsas iş yerindən 10- 15 gün ərzində işdən çıxacağını və əsas iş yeri kimi bizdə işləyəcəyini, əmək kitabçasını və diğər sənədləri təqdim edəcəyini bildirmişdir. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq əsas iş yerində işni davam etdirmiş bununlada bizim işlərimizdə axsatmalaı* və ləngitmələr olmuşdur. Mənim tərəfimdən bir neçə dəfə xəbərdarlıq olunsada işçi buna əhəmiyyət verməyərək əlavə iş yeri olduğundan istədiyi kimi gəlib gedirdi. Yuxarıda qeyd edilən halları nəzərə alaraq. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə əsasən (sınaq müddəti dövründə işçi özünü doğrultmadıqda) bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
8. Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, X5 “X16” MMC ilə əmək müqaviləsi bağlanmış və işləmək üçün Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə təhkim olunmuşdur.
9. Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 77 saylı MKİS tərəfindən Cavabdeh MMC-nin vəkilinin 22 aprel 2025-ci il tarixli sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı 3 aprel 2024-cü il tarixindən 6 aprel 2024-cü il tarixə qədər işdə olmuş və 1 aprel 2024-cü il tarixdə 30 aprel 2024-cü il tarixədək işdə olması barədə davamiyyət jurnalının təsdiq edilmiş surəti vəkilə göndərilmişdir.
10. Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 77 saylı MKİS tərəfidən Cavabdeh MMC-nin vəkilinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilən sosial işçi İddiaçı V. qızının 3 aprel tarixdən 6 aprel tarixinə qədər işdə olması ifadəsi səhvən getmişdir; tərəfindən ətraflı araşdırma aparılaraq müəyyən edilmişdir ki, sosial işçi İddiaçı V. qızının həmin tarixlərə olan üzrlü səbəbi nəzərə alınmış və davamiyyət cədvəlinə imza çəkməsi təmin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Cavabdeh MM-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əsassız əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-də “mühasib” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə kimi məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və tərəfindən mediasiya prosesi üçün ödənilən 61 manat və əlavə məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul edilib. İşəgötürən Əmək Məcəlləsinin əmək müqaviləsinin bağlanması ilə bağlı normalarını pozaraq iddiaçının iştirakı və məlumatı olmadan birtərəfli qaydada xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlamış, beləliklə müqavilə şərtləri ilə tanış edilmədən sınaq müddəti ilə işə qəbul edilmişdir. Lakin işəgötürən qanun pozuntusuna yol verərək 3 ay qüsursuz işlədikdən sonra iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xəbərdarlığını və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xx.xx.2024-cü il (03-06) tarixli SN **********81 saylı xəstəlik vərəqəsini nəzərə almadan, üstəlik onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə - xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi əmri Əmək Məcəlləsinin tələbinə əsasən əsaslandırılmayıb və işdən azad olunmağı barədə onun məlumatı olmayıb. Bu barədə əmək haqqı kartına oturan pul barədə soruşduqdan sonra məlumatı olub və müvafiq qanun pozuntusu ilə bağlı dərhal cavabdeh qurumun rəhbərliyinə etirazını bildirmiş, AR ƏƏSMN yanında X10 Xidmətinə müraciət edib. İşdən çıxarılma əmrinin nüsxəsi də ona təqdim olunmamışdır. Xidmətin Bakı şəhər İdarəsinin ona ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma nəticəsində “İkma Services" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məktubda bildirilmişdir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2- Z29048/7/2024 nömrəli göstəriş məktubu ilə “İkma Services" MMC-nin rəhbərliyinə 30 (otuz) gün müddətində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 29/24 nömrəli əmrin ləğv edilərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını təmin edib, nəticəsi barədə Xidmətin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Lakin müvafiq hüquq pozuntusu hələ də aradan qaldırılmamış və o işə bərpa olunmamışdır. İşlədiyi dövrdə işinə məsuliyyətlə yanaşdığı üçün ona dəfələrlə işəgötürən tərəfindən çox yaxşı və bilkili işçi olduğu bildirilib. Həmçinin işdə hər hansı nöqsana və qanun pozuntusuna görə heç vaxt xəbərdar edilməyib. Vəzifəsi mühasib olsa da, Elektron ünvan e-mail ünvanı ilə yazışmalara əsasən, ona əlavə işlərin icrası da tapşırılmışdır.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6999/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı Cavabdeh MMC-də “mühasib” vəzifəsinə bərpa edilməsi; xx.xx.2024-cü il tarixdən İddiaçı işə bərpa olunduğu günə kimi məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi; ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 25 manat, kargüzarlıq xərcinin əvəzi olaraq 5 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası 79-cu maddəsinin tələbləri pozularaq işçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirdiyinə baxmayaraq xx.xx.2024-cü il tarixndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verildiyi müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi İddiaçı ilə əmək münasibətlərinə xitam verdiyinə görə, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmri qanunsuz olmuşdur.
15. Cavabdeh tərəfindən iddiaçının xəstəlik vərəqəsində qeyd edilmiş müddət üçün əsas iş yerində 8 saatlıq iş günlərinə görə əmək haqqı hesablanaraq ödənildiyi ilə bağlı dəlilə qiymət verərək qeyd etmişdir ki, "xxxx" İş Mərkəzi tərəfindən təqdim edilmiş məlumatlar işçiyə xəstəlik vərəqəsində qeyd edilən dövr üçün əmək haqqının ödənilməsini göstərir, işçinin, həqiqətdə xəstə olmaması və xəstəlik vərəqəsində qeyd edilənlərin həqiqəti əks etdirməməsi ilə bağlı nəticəyə gəlmək üçün əsas vermir.
16. Məhkəmə gəldiyi nəticəni, Əmək Məcəlləsinin 51, 53, 70, 79 və 300-cü maddələrinə; “Mediasiya Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci madəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6999/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iş yerində işçilər arasında söz-söhbətlər yaratmış, normal iş şəraitini pozmuşdur. Bu barədə iddiaçıya dəfələrlə şifahi şəkildə bildirilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq işçiyə müqavilənin müddətinin bitməsinə üç gün qalmış rəsmi məktub göndərilmiş və əmək müqaviləsinin davam etdirilməməsi işçiyə bildirilmişdir. Qeyd etmişdir ki, işçiyə şifahi xəbərdarlıqlar bildirildiyindən artıq iddiaçı bilirdi ki, onunla əmək müqaviləsi davam etdirilməyəcək. Buna görə də, iddiaçı qəsdən guya xəstə olması səbəbi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinə kimi əmək qabilliyyətinin müvəqqəti itirlməsi ilə bağlı xx.xx.2024-cü il (03-06) tarixli SN **********81 saylı xəstəlik vərəqəsi almışdır. Cavabdehin nümayəndəsi tərəfindən vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X16nə (iddiaçının əsas iş yeri) müraciət olunmuş, sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı ilə X16 arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılaraq, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş və onunla bağlanmış əmək müqaviləsi hal-hazırda güvvədədir. Daha sonra bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olması tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, iki aya qədər müddətə təşkil olunur. İcraçı qurum tərəfindən təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəllərinə əsasən İddiaçı hər gün üçün 8 saat olmaqla sorğunuzda qeyd edilmiş iş yeri üzrə əmək haqqı hesablanmış və onun bank hesabına köçürülmüşdür. Sorğuda məhz iddiaçının xəstə olduğu günlər qeyd edilmişdir (xx.xx.2024xx.xx.2024 tarixləri). Göründüyü kimi, iddiaçı həmin günlərdə xəstə olmamış (halbuki, xəstəlik vərəqəsində iddiaçıya yataq rejimi göstərişi verilmişdir). Əgər həqiqətən xəstə idisə, həmin xəstəlik vərəqəsini Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə də təqdim etməli idi. Məhkəmə bu hala düzgün qiymət verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X16nin xx.xx.2024- cü il tarixli məktubdan da görünür ki, iddiaçı xx.xx.2024-cü i l tarixdən xx.xx.2024-cü il tarixədək iş yerində olmuş, ictimai işçilər görmüş, işə davamiyyət cədvəlinə imza atmış və həmin günlərə görə əmək haqqı almışdır. Burdan iddiaçının məhkəməyə təqdim etdiyi xəstəlik vərəqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X16nin cavab məktubu ilə təkzib olunur. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında sədrlik edən hakim iddiaçıya sorğuya cavabı necə əsaslandırmasını soruşduqda, iddiaçı bildirmişdir ki, X16ndən guya icazə almışdır bununla bağlı yazılı ərizəsi orada var. Hakim həmin sənədin növbəti iclasa təqdim etməsini bildirmişdir. Həmçinin, hakim işə davamiyyət cədvəlinə imza atmasını nə ilə izah edəcəyini soruşduqda, iddiaçı bildirmişdir ki, “mən imzanı sonra da çəkə bilərəm...” İddiaçının belə bir fikir bildirməsi saxtakarlığa işarədir! Bu halları məhkəmə qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının yeganə təqdim etdiyi və şübhə doğuran, eyni zamanda mötəbər sübut olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dayanıqlı və Operativ Sosial TəminatAgentliyi X16nin xx.xx.2024-cü il tarixli məktubu ilə təkzib edilən xəstəlik vərəqəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qətnamədə yalnız Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya əmək haqqının ödənilməsi qeyd etdiyinə əsaslanmış, nədənsə elə həmin məktubda işçinin işə davamiyyət cədvəllərinə əsasən (yəni işdə olmuşdur) həmin günlər üçün əmək haqqının hesablanması sözlərinə münasibət bildirməmişdir. Yəni birinci instansiya məhkəməsi yalnız həmin günlərə görə əmək haqqının ödənilməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara qiymət verərkən yalnız iddiaçının təqdim etdiyi xəstəlik vərəqəsinə əsaslanmış, cavabdeh tərəfindən təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X16nin məktubuna iddiaçıya uyğun olan hissədə qiymət vermişdir. Yəni, xx.xx.2024xx.xx.2024-cü il tarixlərində yataq rejimi vəziyyətində olmalı əvəzinə Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyində işə davamiyyət cədvəlinə imza etməklə işdə olması faktına qiymət verməmiş, iddiaçı da həmin halı təkzib edən heç bir sübut təqdim etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanaraq sınaq müddəti ilə işə götürülmüşdür. Sınaq müddətinin bitməsinə 3 gün qalmış iddiaçıya əmək müqaviləsini davam etdirmək istəmədikləri barədə bildiriş göndərilmişdir. Lakin iddiaçı tərəfindən 3 apreldən-6 aprel tarixinədək olan xəstəlik vərəqəsi təqdim olunmuşdur. Bundan sonra iddiaçı tərəf işə bərpa ilə bağlı məhkəməyə müraciət etmişdir. Proses zamanı onlar əsas iş yeri üzrə sorğu göndərmişlər. Oradan cavab gəldi ki, həmin tarixlərdə iddiaçı işdə olmuşdur, işə davamiyyət cədvəllərinə əsasən ona əmək haqqı hesablanmışdır. Hansı ki, iddiaçının təqdim etdiyi xəstəlik vərəqəsində onun yataq rejimi xəstəsi olması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi verilən cavaba yalnız əmək haqqının hesablanması hissəsinə diqqət yetirmişdir. Hesab edir ki, araşdırma düzgün olmamışdır. Məhkəmə iclasları zamanı da davamiyyət cədvəlləri ilə bağlı iddiaçıya verilən suallara iddiaçı bildirmişdir ki, “mən onu daha sonrada imzalaya bilərəm”. Onlara təqdim olunmuş xəstəlik vərəqəsinin günlərində iddiaçı əsas iş yerində olmuş və ona əmək haqqı hesablanmışdır. Bu isə o deməkdir ki, həmin xəstəlik kağızı saxta formada hazırlanmışdır. Əmək müqaviləsinə xitam verilərkən iddiaçının bülletendə olması barədə məlumatları yox idi. Daha sonra MMC-yə bildirilmişdir. X8 müraciət olunan zaman X6 "xxxx" Xidmətinə verilmiş sorğunun cavabından məlumatı yox idi. MMC bunu məhkəmə prosesində əldə etmişdir. Həmin qərar tərəflərindən mübahisələndirilməmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Cavabdeh şirkət iddiaçının xəstə olması barədə məlumatlı deyildi. Bundan başqa əlavə üç gün müddətin pulunu da cavabdeh tərəf ödəmişdir. Hesab edir ki, iddiaçının təqdim etdiyi bülleten saxtadır. Bunu iddiaçının əsas yerindən verilən arayış sübut edir. İşçi işdən azad olunan günü işə gəlmədiyi halda MMC onun nə səbəbə işə gəlməməsini araşdırmamışdır. İddiaçı ayın 2-də işdə olmuş, ona xəbərdarlıq bildirilmiş və daha sonra o gedib xəstəlik kağızı açdırmışdır. Sınaq müddətində iddiaçının işə götürən zaman mühasib kimi götürüblər. İddiaçı mühasib olması ilə bağlı diplomunu cavabdeh şirkətə təqdim etməmişdir. Eyni zamanda da şərt olmuşdur ki, əsas iş yerindən çıxacaqdır, lakin çıxmadı. İddiaçı bugünə qədər də əsas iş yerində işləyir.Bundan başqa işçilər arasında müəyyən söz-söhbətlər oldu. Diplomun əsli ilə təsdiq edilmiş nüsxəsi təqdim olunmamışdır. İddiaçı əsas iş yerindən çıxmamışdır. Birinci instansiya məhkəməsindən iddiaçı mübahisəni xəstəliyi ilə bağlı davam etdirirdi. ƏM-nin 70-ci maddəsinin “d” bəndi ilə əlaqədar əsaslandırmanı isə məhkəməyə təqdim etmişdir, lakin məhkəmə qəbul etməmişdir. 21.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və qeyd etmişdir ki, onun xəstə olmağı barədə qarşı tərəfin məlumatı var idi. Bununla bağlı qarşı tərəflə yazışmaları vardır. Bu işə qabaqcadan X8 müraciət etmişdi, X10 tərəfindən araşdırma aparılmışdır. O, xəstə ola-ola qarşı tərəf əmək müqaviləsinə xitam vermişdir. Bununla bağlı qərar qəbul olunmuşdur. Cavabdehin onun xəstə olmağından məlumatı var idi. Əmək müqaviləsi cavabdehlə əlavə iş yeri olaraq bağlanmışdır, birtərəfli olaraq rəsmiləşdirilmişdir. Əmək müqaviləsində “əmək şərtlərində digər şərtlərlə” qeyd edilmişdir. Onunla konkret olaraq olaraq protokol razılaşdırılmamışdır. Əsas iş yerində işsizliyin səviyyəsinin aşağı salınması məqsədilə ailə vəziyyəti nəzərə alınmaqla aztəminatlı ailələr işə qəbul olunur. Minimum əmək haqqı verilir. Orada konkret hər gün işə getmək yoxdur. Lakin ora MKİS-ə tabe olduğuna görə 6 günlük gedirlər. Əsas iş yerində faktiki olaraq hər gün işə getmirdi. Bülletendə olan zaman onlara məlumat verirdi. O, bülleteni X16nə təqdim etdi. Ona dedilər ki, həmin xəstəlik vərəqəsinin dublikatını almalıdır, uzun bir proses idi. Onun əmək kitabçası əsas iş yerində idi və stajını yüz faiz təmin etdiyinə görə elə onun 3 gününə tam əmək haqqı ödənildi. O, getdi-getmədi maaşını alırdı, orada belə bir qayda vardır. Bu sosial iş idi, hamının adı gedir və maaşını alır. İşsizliyin səviyyəsi aşağı düşür və hamı maaş alır. Bu konkret Əmək Məcəlləsi ilə tənzimlənmir. Onsuz orada da əmək müqaviləsinə xitam veriləcəkdir. O, məcburi itirmələrə görə əmək haqqını ödədikləri halda barışığa gələ bilər. Qarşı tərəf o, xəstə ola-ola əmək müqaviləsinə xitam vermişdir, qanunvericilik pozulmuşdur. Cavabdeh barəsində cərimə tətbiq olunmuşdur və cərimə məbləği ödənilmişdir. Xəstəlik vərəqəsi üçün protokol tərtib olunmalıdır, lakin heç bir mühasib əsli olmayan sənədə görə müavinət təyin edə bilməz. Bununla bağlı əsas iş yerim ilə şifahi razılaşma olmuşdur, onlar bildirmişlər ki, əsas mübahisə əmək haqqıdırsa onu verəcəklər. Onun əsas iş yeri sosial işdir, bir növ sosial təminatdır. O, sosial işçi olduğuna görə standart bir iş rejimi yoxdur. Onunla əmək münasibətlərinə ayın 5-də xitam veriləcəyinə dair xəbərdarlıq edildikdən sonra ayın 3-də bülletenə çıxmağı ilə bağlı bildirmişdir ki, insanın xəstə olması onun fiziki iradəsindən asılı deyildir, poliklinkaya bununla bağlı müraciət etmiş və xəstəliyi sübut olunmuşdur. O, cavabdehi xəstə olmağı barədə xəbərdarlıq etmişdir. Cavabdeh qəsdən qanunvericiliyə əməl etmir. Davamiyyət cədvəlləri isə MKİS-də təyin olunur. Onlar jurnala imza çəkə də bilər, çəkməyə də bilər. Lap imza çəksələr belə ayın axırı gedərək hamısına imza çəkirlər. MKİS onun yaşadığı binanın aşağı hissəsində yerləşir. O, sosial işçidir. Onun əsas işi əhalinin siyahıya alınması zamanı olur. Bülletendə hipertoniya xəstəliyi olduğu qeyd edilmişdir. Hipertoniya təzyiq deməkdir. Bülletendə yataq rejimi yazılmışdır. Ailə həkimi, yəni sahə kimi nəzərdə tutulur. Təzyiq olduğu zaman o, 3 gündən sonra yenidən müayinə olunmalıdır, o zaman ya həkim müddəti uzadır, yaxud dayandırır. Sahə həkimi ambulator şəraitdə yataq rejimi yazmışdır, yəni evdə yataq rejimi. Hamının təzyiqi vardır, bu zaman dərman içir, özünə gəlir, yenidən durub işinin dalınca gedir. O, bülletendə olduğu müddətdə əsas iş yerinə getməmişdir, xəstə olmağı ilə bağlı məlumat vermişdir və ona deyiblər ki, əmək haqqı veriləcəkdir. Tabellərdə bülletendə olduğu müddətdə onun imzası yoxdur. Davamiyyət cədvəli hər gün gəlib imza çəkdiyi sənəddir. O, sosial işçidir, davamiyyət işçisi deyil. Tabelə gündə gələn şəxslər imza çəkir. O, getdi-getmədi əmək haqqısını alırdı. O, ən birinci növbədə qarşı tərəfə dəfələrlə bildirmişdir ki, ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi onun işgüzar kariyerasını məhv etməkdir. Məcbur qalaraq X10 Xidmətinə müraciət etmişdir. O, X10 Xidmətinə öz narazılığını bildirmişdir ki, araşdırma bir istiqamət üzrə aparılmışdr. O, hal-hazırda işsizdir və 300 manat maaş aldığı iş yeri vardır. Qarşı tərəfin xəbərdarlığı tamamilə əsassızdır. Onun diplomu qarşı tərəfə təqdim edilmişdir. O, şirkətdə baş mühasib işləmişdir. Əmək kitabçası vardır, əsas iş yerindədir. Baş mühasib işləməyi əmək kitabçasında qeyd edilməmişdir. Baş mühasib vəzifəsində işləməyi ilə bağlı arayış təqdim edə bilər. Baş mühasib işindən çıxandan sonra 4 dəfə fərqli şəxslərlə görüş keçirilmiş və daha sonra işə götürülmüşdür. 22.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunidir. İddiaçı barəsində qanunsuz olaraq əmr verilmişdir. İddiaçı peşəkar mühasibdir. Ona bildirdiyinə görə iddiaçı işlərini layiqincə yerinə yetirmişdir, işlədiyi dövrdə rəhbərlik ondan razı qalmışdır. İddiaçı ictimai işin təşkili ilə məşğul olur. İddiaçının başqa iş yerində işləməsinin hazırkı işə aidiyyəti yoxdur. İddiaçı bülletendə olduğu müddətdə xəstə olmuş və evdə oturmuşdur. İddiaçının davamiyyət cədvəlində imzasının olub-olmamasının cavabdehə aidiyyəti yoxdur. Xəbərdarlıq məktubunun məzmununda qeyd edilənlərə bağlı bildirmişdir ki, əsaslandırma aparılmamışdır. 70-ci maddəsinin “d” bəndi ilə işdən azad olunma zamanı mütləq əsaslandırma aparılmalıdır. Bundan başqa işçi bülletendə olduğu müddətdə işdən azad edilmişdir burada iddiaçının əmək hüquqları pozulmuşdur. Qarşı tərəf əsaslandırılmamış əmr qəbul etmişdir. ƏM-nin 70-ci maddəsi ilə işçi işdən azad olunan zaman əmr əsaslandırılmalı idi. İddiaçının fundamental hüquqları pozulmuşdur. İşdən çıxma ilə bağlı əmr əsaslandırılmamışdır. 23.Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Nəsimi Rayonu İcra Hakimiyyəti, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və "xxxx" İş Mərkəzi arasında müqavilə vardır. "xxxx" İş Mərkəzi tərəfindən işçilər əmrlə işə götürülür və Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhkim olunurlar ki, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində ictimai işləri yerinə yetirsinlər. İddiaçı "xxxx" İş Mərkəzi tərəfindən "xxxx" İş Mərkəzinin əmri ilə işə götürülmüş və Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə təhkim olunmuşdur. İddiaçı ictimai işlərlə məşğul olmaq üçün Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdində olan 77 saylı MKİSyə təhkim olunmuşdur. Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə "xxxx" İş Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən təhkim olunmuş bütün işçilərin əmək haqqısı "xxxx" İş Mərkəzi tərəfindən verilsə də, onların iş tabeli və işə davamiyyəti işlədikləri MKİS-lərdə olur. MKİS-in rəisi tərəfindən "xxxx" İş Mərkəzinin işçilərinə müəyyən tapşırıqlar verilir və həmin tapşırıqların icrası üçün işçilər sahələrə göndərilir. MKİS-in 10-a yaxın işçisi olduğuna görə hər bir işçinin başının üzərində durmaq olmur ki, həmin şəxs orada işləyir, yaxud işləmir. Daha sonra verilən tapşırıqların necə icra olunduğu müəyyən olunur. MKİSin rəisi bildirir ki, iddiaçı səhər-səhər gəlib, tabelə imza çəkib, ona müəyyən tapşırıq verilmişdir. Daha sonra iddiaçının haraya getməsi, xəstələnib-xəstələnməməsi barədə məlumatı olmamışdır. Sosial işçilərə hər gün 8 saat iş saatı yazılır. Əgər gündəlik 8 saat iş saatı yazılırsa o zaman onlar hər gün 8 saat ərazidə olmalıdırlar. MKİS-in rəisi bildirir ki, iddiaçı səhər-səhər gəlib imza çəkmişdir. Həmin günlər üçün əmək haqqı hesablanaraq verilmişdir. İddiaçı 3-4 gün işə gəlməsə idi, ona iş günü yazılmazdı və əmək haqqı verilməzdi; əgər iddiaçı işə gəlməsə idi, o zaman MKİS bunu bilməli idi. 24.Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, MKİS-in işə davamiyyət jurnalı vardır. Artıq bu məsələnin üzərində 1 il müddət keçdiyinə görə tam yadında deyildir. Lakin həmin günü iddiaçı səhər işə gələrək jurnala imza çəkmişdir. Həmin günü Qərbi azərbaycanlıların siyahıya alınması var idi. İddiaçı gələrək imza çəkmişdir və evdə kompyuterlə işləmişdir. 3 aprel-6 aprel tarixlərində İddiaçı işə gələrək imza çəkmişdir. Arayışlar arasındakı ziddiyətlə bağlı bildirmişdir ki, birinci arayışı onlar yazanda İddiaçı gəldi və göstərdi ki, o, xəstə olmuşdur. Onlar xəstəlik kağızlarına baxmışlar. Onlar yazdı ki, iddiaçı səhər işdə olmuşdur, daha sonra evdən işləmişdir. Bundan sonra həkimə gedibgetməməsi barədə məlumatları olmamışdır. 3-6 aprel tarixlərində iddiaçı adi qaydada işə gəlmiş, tabelə imza çəkərək getmişdir. Bundan başqa ayın axırı onlar tabeli yazanda iddiaçı onlara xəstəlik kağızı verməmişdir. Həmin tarixlərdə iddiaçı kargüzarlığın yanında səhər-səhər imza çəkmişdir. İmzanı ancaq səhər saat 09:00-da çəkmək lazımdır. İşçi gələ bilmədiyi halda onlara məlumat verir və həmin vaxt gün yazılmır. Onlarda belə hal olmur ki, işçi gəlməsin sonda bütün iş günlərinin əvəzinə imza çəksin, belə hal baş verməmişdir. İşçi hər gün işə gəlməlidir. İkinci arayış yazılan zaman iddiaçı xəstəlik kağızlarını göstərdi. İddiaçı onlara, imza çəkəndən sonra müalicə almağa getdiyini bildirmişdir. İşçi bülletenə çıxanda onlara bu barədə məlumat verməlidir. Bülleteni isə onlara yox, Asan Xidmətə təqdim edir. İddiaçının həmin ərəfədə xəstə olması barədə məlumatı yox idi, iddiaçı səhər tabelə imza çəkmişdir, ona görə də onlar həmin tarixlərə əmək haqqı yazmışlar. Həmin vaxt iddiaçı evində işləyirdi. Həmin vaxt Qərbi azərbaycanlıların siyahıya alınması dövrü idi. Aprel ayının 3, 4, 5 və 6-da iddiaçı işə gəlmiş, imza çəkmişdir, ona görə də həmin tarixlərə ona əmək haqqı hesablanmışdır. Ona layihə tapşırıldığına görə getdi-getmədi maaşını alırdı. Belə olurdu ki, məsələn, bir neçə gün imzalamadı, sonda hamısını eyni gündə imzalaya bilər. İddiaçı həmin günlərdə işdə olmuşdur.
Apellyasiya baxışının hədləri 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilir. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
29. 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
31. 560.3.4-cü maddəsinə uyğun olaraq, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
32.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 33.3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 34.10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 35.11-ci maddəsinin g) bəndinə görə əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək əmək münasibətləri sahəsində işəgötürənin hüququdur. 36.51-ci maddəsinə əsasən, bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. 37.53-cü maddəsinə görə, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. 38.70-ci maddəsinin «d» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də sınaq müddəti ərzində işçinin özünü doğrultmamasıdır. 39.76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 40.79-cu maddəsinin 1-ci hissəsnə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 41.83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 42.292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 43.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
44. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
46.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 47.Belə ki, iddiaçı tərəf olduğu əmək müqaviləsinin, əmək qabiliyyətini müvəqqəti itirən tarixlərdə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsas ilə (sınaq zamanı özünü doğrultmaması əsası ilə) cavabdeh tərəfindən ləğv edilməsinin qanunsuz olduğunu qeyd edir.
48. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmaqla Cavabdeh MMC-yə mühasib vəzifəsi üzrə 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Əmək müqaviləsində qeyd edilmiş sınaq müddəti qarşılıqlı razılaşma əsasında müəyyən edilmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçi vəzifə təlimatına uyğun gələn əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. Üç ay sınaq müddəti ərzində özünü doğrultmadığına görə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xx.xx.2024-cü il tarixli, 29/24 nömrəli əmr ilə, bu barədə qabaqcadan xəbərdar edilərək, işəgötürən tərəfindən xitam edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, işçi ilə əmək münasibətlərinə xitam verilməsinin əsassız sayılması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinin maddi hüquqi əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin normada işə bərpa olunması üçün müəyyən olunmuş zəruri dispozisiya şərtlərini iki qrupa ayırmaq olar: 1. əmək müqaviləsinin ləğv edilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların pozulması; 2. əmək müqaviləsinə xitam verilməsi üçün qanunla müəyyən olunmuş qaydaların pozulması.
50. Birinci şərt işəgötürən tərəfindən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70,73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarının pozulmasıdır. İkinci şərt isə Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsidir.
51. Hazırkı halda da mövcud mübahisənin düzgün həlli üçün iddiaçının işdən azad edilməsi üçün cavabdeh tərəfindən səbəb kimi göstərilən hallarla Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi və 79-cu maddəsinin birinci hissəsinin dispozisiya şərtləri arasında uyğunluğun olub-olmaması müəyyən edilməlidir.
52. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni Əmək Məcəlləsinin 79-cu maddəsi ilə əsaslandırdığı üçün məhkəmə kollegiyası hesab edir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün ilk öncə həmin maddədə müəyyən olunan qaydaların pozulub-pozulmaması, daha sonra isə işçi ilə əmək müqaviləsinin ləğv edilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların pozulmuş olması müəyyən edilməlidir. 53.Məlum olduğu kimi, Əmək Məcəlləsinin yuxarıda sadalanan normaları ilə işəgötürənin əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək hüququna malik olması, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də sınaq müddəti ərzində işçinin özünü doğrultmamasının əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi imkanı kimi nəzərdə tutulur. Belə ki, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsinə əsaslandırılmış əmri ilə xitam verə bilər. Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi isə işəgötürənə qadağan edilir.
54. İddianı təmin edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə sonuncu tərəfindən Azərbaycan Respublikası 79-cu maddəsinin tələbləri pozularaq, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verilmişdir. Cavabdeh "xxxx" MMC 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi İddiaçı ilə əmək münasibətlərinə xitam verdiyinə görə, MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmri qanunsuz olmuşdur.
55. Məhkəmə cavabdeh tərəfindən iddiaçının xəstəlik vərəqəsində qeyd edilmiş müddət üçün əsas iş yerində 8 saatlıq iş günlərinə görə əmək haqqı hesablanaraq ödənildiyinə dair dəlilə hüquqi qiymət verərək qeyd etmişdir ki, "xxxx" İş Mərkəzi tərəfindən təqdim edilmiş məlumatlar işçiyə xəstəlik vərəqəsində qeyd edilən dövr üçün əmək haqqının ödənilməsini göstərir, işçinin, həqiqətdə xəstə olmaması və xəstəlik vərəqəsində qeyd edilənlərin həqiqəti əks etdirməməsi ilə bağlı nəticəyə gəlmək üçün əsas vermir.
56. Qətnaməni mübahisələndirən cavabdeh apellyasiya şikayətində iddiaçının iş yerində normal iş şəraitini pozduğuna, qanunvericiliyin tələblərinə uyğun olaraq işçiyə müqavilənin müddətinin bitməsinə üç gün qalmış rəsmi məktubla əmək müqaviləsinin davam etdirilməməsi barədə xx.xx.2024-cü il tarixində bildirildiyinə, iddiaçının qəsdən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi əmək qabilliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xx.xx.2024-cü il (03-06) tarixli SN **********81 saylı xəstəlik vərəqəsini aldığına, onunla X16 arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsinin hal-hazırda güvvədə olduğuna, xəstəlik vərəqəsində iddiaçıya yataq rejimi göstərişi verilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək onun əsas iş yerində olduğuna, həmin günlərə görə tam əmək haqqı aldığına, lakin məhkəmə tərəfindən həmin hallara qiymət verilmədiyinə istinad etmişdir.
57. Apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun şəkildə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları müəyyən etmişdr.
58. Belə ki, Cavabdeh MMC ilə iddiaçı arasında sınaq müddəti ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən sonuncu Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş yeri əlavə iş yeri kimi müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixində 3 aylıq sınaq müddəti ərzində özünü mühasib kimi doğrultmadığına görə onunla xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəyi barədə məlumat verilmişdir. O, həmin sənədi imzalamaqdan imtina etmişdir.
59. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 29/24 nömrəli əmrinə əsasən müəssisənin mühasibi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrutlmadığı əsası ilə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi xx.xx.2024-cü il (03-06) tarixli SN **********81 saylı xəstəlik vərəqəsinə əsasən işdə olmamış, işə gələ bilməyəcəyi barədə işəgötürənə məlumat verməmişdir.
60. Belə ki, SN **********81 saylı xəstəlik vərəqəsində iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi göstərilmiş, xəstəyə yataq rejimi tövsiyə edilmişdir. Buna baxmayaraq iddiaçı xəstəlik vərəqəsində göstərilən müddət ərzində “X16” MMC ilə bağladığı əmək müqaviləsinə əsasən təhkim olduğu əsas iş yerinə (Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdində olan 77 saylı MKİS-ə) gəlmiş, davamiyyət cədvəlinə imza atmış, icraçı qurum tərəfindən təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəllərinə əsasən də İddiaçı hər gün üçün 8 saat olmaqla qeyd edilmiş tarixlərdə (xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi) əmək haqqı hesablanmış və onun bank hesabına köçürülmüşdür.
61. İddiaçı tərəfindən davamiyyət cədvəlinin qeyd olunan tarixlərdə səhər gəlib imzalanması şahid qismində dindirilmiş X9 və X1 ifadələrinə əsasən də öz təsdiqini tapmışdır.
62. Belə ki, şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" İş Mərkəzinin əmri ilə işə götürülmüş və ictimai işlərlə məşğul olmaq üçün Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nəzdində olan 77 saylı MKİS-ə təhkim olunmuşdur. Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə "xxxx" İş Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən təhkim olunmuş bütün işçilərin əmək haqqısı "xxxx" İş Mərkəzi tərəfindən verilsə də, onların iş tabeli və işə davamiyyəti işlədikləri MKİS-lərdə olur. MKİS-in rəisi tərəfindən "xxxx" İş Mərkəzinin işçilərinə müəyyən tapşırıqlar verilir və həmin tapşırıqların icrası üçün işçilər sahələrə göndərilir. Sosial işçilərə hər gün 8 saat iş saatı yazılır. Əgər gündəlik 8 saat iş saatı yazılırsa o zaman onlar hər gün 8 saat ərazidə olmalıdırlar. İddiaçı 3-4 gün işə gəlməsə idi, ona iş günü yazılmazdı və əmək haqqı verilməzdi.
63. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, MKİS-in işə davamiyyət jurnalı vardır. Həmin günləri iddiaçı səhər işə gələrək jurnala imza çəkmişdir. Bu zaman Qərbi azərbaycanlıların siyahıya alınması işi var idi. İddiaçı işə gələrək imza çəkmişdir və evdə kompyuterlə işləmişdir. Arayışlar arasındakı ziddiyətlə bağlı bildirmişdir ki, birinci arayışı onlar yazanda İddiaçı yaxınlaşaraq göstərmişdir ki, o, xəstə olmuşdur. Onlar xəstəlik kağızlarına baxmış, iddiaçının səhər işdə olduğunu, daha sonra evdən işlədiyini yazmışlar. Həkimə gedib-getməməsi barədə məlumatları olmamışdır. 3-6 aprel tarixlərində iddiaçı adi qaydada işə gəlmiş, tabelə imza çəkərək getmişdir. İmzanı ancaq səhər saat 09:00-da çəkə bilərdi. İşçi gələ bilmədiyi halda onlara məlumat verməlidir. İşçi hər gün işə gəlməlidir. Bülleteni isə onlara yox, Asan Xidmətə təqdim etməlidir. İddiaçının həmin ərəfədə xəstə olması barədə məlumatı yox idi, ayın axırı tabellər hazırlananda iddiaçı onlara xəstəlik kağızı verməmişdir. İddiaçı səhər tabelə imza çəkmişdir, ona görə də onlar həmin tarixlər üçün ona əmək haqqı yazmışlar.
64. Yuxarıda qeyd edilən faktlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi əmək qabiliyyətinin olmaması haqqında xəstəlik vərəqəsinin mövcud olmasına baxmayaraq onun həqiqətən də əmək qabiliyyətini itirdiyi halı öz təsdiqini tapmamışdır. SN **********81 saylı xəstəlik vərəqəsinin olması, vərəqədə əks olunan hallar öz təsdiqini tapmadığından özü-özlüyündə onun həmin günlərdə məhz üzrlü səbəbdən işə çıxmaması nəticəsinə gəlmək üçün yetərli əsas sayıla bilməz.
65. Çünki, qanunverici işçinin əmək qabiliyyətinin olmamasını, haqqında verilən tibbi vərəqə ilə deyil, onun özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və s. bu kimi hallar ilə əlaqələndirmişdir. Bu baxımdan Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinin dispozisiya şərtlərinin mövcudluğu araşdırılarkən həmin halların, bu iş üzrə isə iddiaçının işə çıxmadığı günlərdə xəstəliyinin olub-olmaması tam və hərtərəfli yoxlanılmalıdır. Başqa sözlə, üzrsüzlük meyarı işdəki məlumatlar və dəlillər nəzərə alınmaqla işçinin real vəziyyətə görə işə gəlmək imkanında olub-olmaması baxımından qiymətləndirilməlidir.
66. Belə olan halda iddiaçının barəsində olan xəstəlik vərəqəsinin faktiki vəziyyəti əks etdirməməsi, xəstəlik vərəqəsində göstərilən tarixlərdə, yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi iddiaçının əmək qabiliyyətli olmaqla iş saatlarında əsas iş yerində olması, iş vaxtının səkkiz saatlıq müddəti üçün əmək haqqını alması, xx.xx.2024cü il tarixində tərəf olduğu əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəyi barədə xəbərdar edildikdən sonra məhz xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətini itirməsi, İddiaçı əmək qanunvericiliyi ilə ona verilmiş hüquqdan sui-istifadə etməsinə dəlalət edir.
67. Qeyd edilməlidir ki, vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan suiistifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).
68. Bundan başqa iddiaçının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qəbul edilmiş qərar ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İnzibati orqan tərəfindən qəbul olunmuş müvafiq qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən bu qərarların təkzibolunmaz sübut kimi qəbul edilməsi istisna olunur. Belə ki, bu qərarın da digər sübutlar kimi qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, qərarla müəyyən edilən hallar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
69. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlər lazımi şəkildə, iddiaçının xəstəlik vərəqələri ilə əhatə olunan tarixlərdə işə çıxmaq imkanında olması işdəki məlumat və sənədlər əsasında birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, qeyd edilən hallar nəzərə alınmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir.
70. Araşdırılmış faktiki halların iddia tələbinin qanuni əsasının (Əmək Məcəlləsinin 79cu maddəsinin birinci hissəsinin) dispozisiya şərtlərinə uyğun olması yoxlanılarkən isə məhkəmə kollegiyası tərəfindən cavabdehin əmək müqaviləsinin ləğv edilməsi qaydalarını pozmadığı müəyyən edilmişdir.
71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin birinci hissəsinin “d” bəndində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsasları da pozulmamışdır. Belə ki, işəgötürənin iddiaçını sınaq müddəti ilə müvafiq vəzifəyə təyin etdiyi və daha sonra onun özünü doğrultmadığına görə əvvəlcədən xəbərdarlıq etməklə vəzifədən azad etdiyi əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
72. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, sınaq müddəti Əmək Məcəlləsinin müddəalarına görə işçinin ona tapşırılan işə uyğunluğunu yoxlamaq məqsədilə əmək müqaviləsi bağlanılarkən müəyyən edilir; yoxlama bütün sınaq müddəti ərzində aparılır. İşçinin işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi işəgötürənin müstəsna səlahiyyətlərinə aiddir, yəni onun subyektiv meyarlarına əsasən həyata keçirilir.
73. Belə ki, əmək qanunvericiliyi ilə qeyri-qənaətbəxş sınaq nəticəsini təsdiq edə biləcək sənədlərin siyahısı və ya işçinin işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi üçün xüsusi meyarlar müəyyən edilmir. İşçinin sınaqdan keçməməsi qənaətinə gəlmək üçün müəyyən səbəbləri göstərən birbaşa hüquqi norma mövcud deyildir. Sınaq nəticələri müəyyən edilərkən işəgötürən tərəfindən müxtəlif halların nəzərə alınması, qanunvericilikdə bu cür konkret siyahının yaradılmasını mümkünsüz edir.
74. Odur ki, məhkəmə araşdırması zamanı təqdim olunan sübutlara əsasən yalnız işçinin peşəkarlıq səviyyəsinin və öz vəzifələrini yerinə yetirməsi keyfiyyətinin necə qiymətləndirildiyinin müəyyən edilməsi mümkün olmalı, sənədləşdirilmə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
75. Apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş arayışdan (birinci instansiya məhkəməsi tərəfindən müvafiq istiqamətdə araşdırma aparılmadığından, həmin sənədin iş materiallarına əlavə edilməsi mümkün sayılmışdır) görünür ki, cavabdeh əmək münasibətlərinə xitam verilməsinin səbəbi kimi iddiaçının mühasibat sənədlərində bir sıra qeyri-dəqiqliklərə yol verməsinə, hesabatların vaxtında və düzgün təqdim olunmamasına, həmçinin yerli və əsasən də xarici ödənişləri həyata keçirə bilməməsinə, hər dəfə kimlərəsə zəng edib kömək istəməsinə, ödənişlərin təyinat hissəsində müqavilənin tarixi, nömrəsi, elektron qaimə və seriya nömrəsi olmadan etməsinə istinad edilmişdir. Göründüyü kimi iddiaçının məhz icra etdiyi vəzifə (mühasib vəzifəsi) üzrə qiymətləndirilməsi aparılmışdır.
76. Bundan başqa iddiaçının tərəf olduğu əmək müqaviləsinə görə gündə səkkiz saat, həftə ərzində isə qırx saat işləməli olduğuna (müqavilənin 4.16-cı bəndi) baxmayaraq, iş materiallarından görünür ki, o, əsas iş yeri üzrə fəaliyyət göstərməyi davam etdirmiş, həmin iş yeri üzrə də gündə səkkiz saat işləməyinə görə əmək haqqı almışdır. Görünür ki, iddiaçının eyni qrafik çərçivəsində həm əsas, həm də əlavə iş yeri üzrə lazımi qaydada işləməsi ağlabatan deyildir. Bu da onun tərəfindən tərəf olduğu əmək müqaviləsinin 4.16-cı bəndinin pozulduğu anlamına gəlir.
77. Bundan başqa qeyd edilməlidir ki, işçinin sınaq müddəti ilə işə təyin olunmasına əmək qanunvericiliyi ilə qadağan edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-ci maddəsində əmək müqaviləsi bağlanılarkən sınaq müddəti ilə müəyyən edilməyən hallar konkret olaraq göstərilmişdir. İddiaçının istinad etdiyi hallar isə həmin maddədə qeyd edilmiş halların heç birinə aid deyildir.
78. Daha sonra iş materiallarından görünür ki, işəgötürən tərəfindən əmək müqaviləsinə sınaq müddətinin başa çatması ilə əlaqədar xitam veriləcəyi və əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə iddiaçıya tanış olması üçün məlumat (xəbərdarlıq) yazılı formada xx.xx.2024-cü il tarixndə təqdim edilmiş, o isə həmin sənədi imzalamaqdan imtina etmişdir.
79. Cavabdehin xx.xx.2024-cü il tarixli mübahisəli əmrinin əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib olunduğu da müəyyən edilmişdir. Həmin əmrin məzmunu da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab verir. Belə ki, əmr qanunla müəyyən olunmuş qaydada əsaslandırılmış, əmrdə hansı əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinin səbəbi, Əmək Məcəlləsinin müvafiq normasına (70-ci maddənin “d” bəndinə) istinad edilməklə hüquqi əsaslar aydın şəkildə göstərilmişdir.
80. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
81. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
82. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6999/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6999/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev