Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1514/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və X3 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İlk iddia üzrə cavabdehlərin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, X5 və X2 qarşı “sərmayə məbləğinin geri qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3715/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə (bundan sonra -CavabdehMMC), X5 və X2 qarşı “sərmayə məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xeyrinə ümumilkdə 15.000 (on beş min) ABŞ dolları məbləğində vəsaitin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh MMCdən, X4 və X1 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh MMC İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında xx xxxx 2017-ci tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3715/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, X5 və X2 qarşı “sərmayə məbləğinin geri qaytarılması” tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxx 2017ci tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia tələbi üzrə İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3715/ 2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən pul vəsaitinin ona cavabdehlər tərəfindən qaytarılması nəticəsinə gəlməsini qətnamədə göstərməmiş, cavabdehlər tərəfindən vəsaitin iddiaçıdan alınması yazılı sübutlar əsasında təsdiq edildiyi halda, həmin vəsaitin iddiaçıya məhz cavabdehlər tərəfindən qaytarılmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, tərəflər arasında münasibətlərin qurulmasında Zaur adlı şəxs vasitəçi olmuş, iddiaçı qeyd olunan vəsaiti həmin şəxs vasitəsilə cavabdehlərə çatdırmışdır ki, bu da Samir İsmayılovun məhkəməyə verdiyi izahatında, həmdə Yasamal rayon Polis İdarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərarında öz təsdiqinin tapmışdır. Cavabdeh Samir İsmayılov digər Cavabdeh MMC-nin faktiki sahibi olaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən və İddiaçı təcili vəsaitə ehtiyacı olduğundan, iddiaçı cavabdehlərlə onun arasında münasibətləri quran Zaur adlı şəxsdən 10000 ABŞ dolları məbləğində borc almış və cavabdehlərdən öz vəsaitini aldıqda həmin borcu qaytaracağını Zaura bildirmişdir. Qeyd olunan qərar ilə tələb olunan borcun iddiaçıya qaytarılmaması sübut olunmuşdur. Bundan başqa, cavabdehlər Samir İsmayılov və Sənubər İsmayılova öz izahatlarında müqavilənin bağlanmasından xəbərdar olduqlarını bildirmiş, Sənubər İsmayılova MMC-nin oğlu tərəfindən onun adına təsis edildiyini, bütün sənədləşmələrin də oğlu tərəfindən həyata keçirildiyini etiraf etmişdir. Belə olduğu halda, müqavilənin imzalanmasından kimlərinsə xəbərsiz olması fikri əsassızdır. Daha sonra, qarşılıqlı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli olduğu halda, məhkəmə tərəfindən qanunvericiliyin imperativ tələbləri pozlulmuşdur. İşin faktiki və hüquqi hallarından, o cümlədən istinad edilən qanunvericlik normalarının tələblərindən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasındakı müqavilə münasibətlərinə düzgün qiymət verilməmiş, beləliklə maddi hüquq normalarının pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlərin nümayəndəsi X13 apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı və onun nümayəndəsi xx xxxx 2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı (sərmayəçi) ilə Cavabdeh MMC (sərmayəni qəbul edən) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən, sərmayəçi tərəfindən borc olaraq sərmayəni qəbul edən cəmiyyətin fəaliyyətini (mobil telefon istifadəçilərinin istifadəsi üçün müxtəlif xidmətlərin göstərilməsi) maliyyələşdirmək üçün 10.000 (on min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği iki ildən az olmamaq şərti ilə sərmayə qəbul edən cəmiyyətə verilmiş (qeyd edilən məbləğ sərmayəçi tərəfindən xx xxx 2017-ci il tarixdə tam olaraq ödənilmişdir), həmin məbləğ müvafiq cəmiyyət tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq müvafiq cəmiyyət hər ayın 20-dək sərmayəçiyə 200 (iki yüz) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə sərmayəçi tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Müqavilə müddəti bitdiyindən İddiaçı Cavabdeh MMC-yə xx xxxx 2019-cu il tarixli bildirişlə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx xxxx 2019-cu il tarixdə başa çatdığından, həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə müddəti başa çatdığından müqaviləyə onun tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu baxımdan müqavilə üzrə qoyulmuş 10.000 (on min) ABŞ dolları sərmayə məbləğini, eyni zamanda sərmayə məbləğinə görə aylıq ödənilməli, lakin müqavilə bağlandığı tarixdən bu günədək ödənilməmiş ümumilikdə 5.000 (beş min) ABŞ dolları məbləğində gəlirin, cəmi 15.000 (on beş min) ABŞ dolları məbləğində vəsaitin 5 (beş) iş günü müddətində ona ödənilməsini xahiş etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi X6 qeyd edilmiş, Cavabdeh MMC-nin təsisçilər və nizamnamə kapitalında mayalarının 100% miqdarı hazırkı vaxtda X2 məxsusdur. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin X10 şikayət ərizəsi əsasında toplanmış material üzrə çıxarılmış xx xxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, ünvan 1 ünvanında yaşayan X14 Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2016-cı ilin fevral-mart aylarında şərikli iş qurmaq üçün Yasamal rayonu ərazisində müxtəlif yerlərdə və vaxtlarda İsmayılov Samir adlı şəxs onun etibarından sui istifadə edərək 2.600.000 (iki milyon altı yüz min) ABŞ dolları (Zaur Quliyevin izahatına görə 260.000 ABŞ dolları) məbləğində pul vəsaitini mənimsədiyini bildirmişdir. Müvafiq ərizə araşdırılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. Aparılmış araşdırma zamanı İddiaçı verdiyi izahatından müəyyən olunmuşdur ki, o rəfiqəsi Ziniyət Hüseynovanın qardaşı Zaura rəfiqəsi vasitəsi ilə 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaitini sonuncunun tanışı S.İsmayılova verməsi və müvafiq müqavilənin bağlanması üçün vermişdir. X12 vədinə əməl etmədiyindən Zaur Quliyevdən pullarını geri tələb etmişdir. Zaur da öz növbəsində 10.000 (on min) ABŞ dollar məbləğində pul vəsaitini ona qaytarmışdır. Birinci instansiya məhkəməsi ilkin iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müvafiq pul vəsaiti ilkin iddiaçıya qaytarılmış, qaytarılmış pul vəsaitinin yenidən və hesablanmış faizlərlə geri tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə ilk iddia üzrə iddiaçı şəxs haqlı olmamışdır. Odur ki, iddiaçı şəxs tərəfindən tələb edilən pul vəsaitinin ona məhkəmə araşdırması zamanı qaytarılması müəyyən edildiyindən, ilkin iddia təmin edilməməlidir. Həmçinin, qeyd edilən tələbin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin “gəlir məbləğinin qaytarılması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə iddia tələbinin əsas hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi “gəlir məbləğinin qaytarılması” hissəsində də təmin edilə bilməz. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin cəmiyyətin dövriyyəsinin artırılması məqsədilə verilməsinə dair müqavilə bağlanmış, həmin müqavilə Zaur adlı şəxs vasitəsi ilə İddiaçı göndərilmiş, sonuncu da həmin müqaviləni imzalayaraq 10.000 (on min) ABŞ dolları ilə birlikdə həmin müqavilənin bir nüsxəsini Zaur vasitəsi ilə geri qaytarmışdır. Həmin müqavilə bağlandığı vaxt ona Sənubər İsmayılova deyil, onun oğlu X7 imzalayaraq cəmiyyətin möhürü ilə təsdiq etmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə Cavabdeh MMC ilə (MMC-nin adından Sənubər İsmayılova) İddiaçı arasında bağlanmasına baxmayaraq, müqavilə tərəfi qeyd olunan şəxs deyil başqa şəxs tərəfindən imzalanmış, bu da müqavilənin etibarsızlığı üçün birbaşa əsas yaratdıgından qarşılıqlı iddia təmin olunmalıdır. İlkin iddiaçının “əqdin etibarsızlığı ilə bağlı bir illik iddia müddətinin tətbiq edilməklə rədd edilməsi”nə dair ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilənin məhz Sənubər İsmayılova tərəfindən deyil başqa şəxs tərəfindən imzalanması halı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında material üzrə araşdırma aparılarkən aşkar olunmuş və toplanmış material üzrə çıxarılmış xx xxxxx 2019-cu il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, həmin hal tərəflərə məhz həmin tarixlərdə bəlli olmuş, ona görə də qarşılıqlı iddia üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd, qarşılıqlı iddianı isə təmin etməkdə düzgün nəticəyə gəlmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, İddiaçı iddia tələbində ödənilməsini tələb etdiyi pul vəsaitini xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-yə deyil, məhz rəfiqəsinin qardaşı X11 vermiş, adı çəkilən şəxs sonradan həmin pul vəsaitini İddiaçı qaytarmışdır. Eləcə də, İddiaçı istinad etdiyi müqaviləni Cavabdeh MMC-nin qanuni təmsilçisi və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi ilə deyil, başqa şəxs ilə bağlamışdır ki, belə olan halda, iki tərəfli əqddə tərəflərin razılaşdırılmış iradə ifadəsi olmamışdır ki, bu da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinin tələblərinə ziddir. Mülki Məcəllənin 324.4-cü maddəsində göstərilmişdir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (iki tərəfli əqd) və ya üç və ya daha çox tərəfin (çoxtərəfli əqd) razılaşdırılmış iradə ifadəsi zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onu məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsində qeyd edilmişdir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunun qeyd edilən normalarının birgə təhlilindən görünür ki, müqavilə bağlanması üçün mülki hüquq subyektlərinin iradə sərbəstliyi, yəni tərəflərin razılaşdırılmış iradə ifadəsi zəruri olmalı, yazılı müqavilə onu məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Qeyd edilən şərtlərə riayət olunmadan bağlanmış müqavilə etibarsız hesab edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3715/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-1514/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1514/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver