Məhkəmə qərarları › İş №2(103)-152/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-152/2021

11.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-152/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8852/2016 saylı, 25 avqust 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, «D» y/s, ev 1, 44 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8852/2016 saylı, 25 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianı rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının oğlu atası olan iddiaçının vəfat etdiyini bildirmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12639/2019 saylı, 09.10.2019-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat X1 hüquq varis(lər)i müəyyən edilənədək dayandırılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının ailə üzvlərindən heç kim, o cümlədən cavabdeh məhkəməyə gəlmədiklərindən MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya keçən müddət ərzində müxtəlif orqanlara ünvanladığı sorğulardan, Ədliyyə Nazirliyinin “Elektron xidmətlər” portalından əldə edilən məlumatlardan müəyyən edilmişdir ki, 20 noyabr 2016-ci il tarixdə vəfat etmiş X2 ilə əlaqədar vərəsilik işi açılmamış və indiyədək prosessual hüquqi varisləri müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi üzrə prosessual hüquq varisliyi müəyyən edilmədiyindən və iddiaçının hüquqi varisləri işə prosessual hüquqi varis kimi cəlb edilməyə təşəbbüs göstərmədiyindən Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.7, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” barədə iddia tələbi üzrə mülki işin icraatına xitam verilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8852/2016 saylı, 25 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar