Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1525/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh2 səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-67/2020 saylı 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 14.08.2017-ci il tarixli, RBSB-6327 RES RES saylı Baş kredit müqaviləsinə 1 saylı 06.11.2018-ci il tarixli əlavə razılaşma üzrə 103.212,62 manat əsas borc, 17.064,49 manat faiz borcu, 4500 manat cərimə borcu olmaqla cəmi 124777,11 (yüz iyirmi dörd min yeddi yüz yetmiş yeddi manat on bir qəpik) manat borc, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum və iddia verilməsi üçün məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv.m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiyməti 210.000 (iki yüz on min) manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, əmlakın satışından artıq qalan vəsait Cavabdeh2 qaytarılması qət olunmuşdur. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 14.08.2017-ci il tarixli, RBSB6327_RES_RES saylı Baş kredit müqaviləsinə 1 saylı 06.11.2018-ci il tarixli əlavə razılaşma üzrə 110.208,05 manatəsas borc, 1567,32 manatfaiz borcu, 30.825,97 manat cərimə borcu olmaqla cəmi 142.601,34 manat borcun və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv.m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinə yönəldilərək həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, hərracda satılması, satışdan əldə olunmuş vəsaitin ödənişə yönəldilməsi, ipoteka predmetiə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 fərdi yaşayış evindən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ASC-nin Səbail fılialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2017-ci il tarixli, RBSB-6327_RES_RES saylı Baş kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 204.000 manat məbləğində kredit verilmişdir. Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Baş kredit müqaviləsinə 1 saylı 06.11.2018-ci il tarixli əlavə razılaşmaya əsasən 14.08.2017-ci il tarixli, RBSB6327_RES_RES saylı Baş kredit müqaviləsinin müddətinin 06.11.2018-ci il tarixindən 34 ay müddətinə uzadılması və faiz dərəcəsinin 16 faiz olmaqla dəyişdirilməsi müəyyən edilmişdir. Cavabdeh1 14.08.2017-ci il tarixli, RBSB6327_RES_RES saylı Baş kredit miiqaviləsinə 1 saylı 06.11.2018-ci il tarixli əlavə razılaşma üzrə borcunun məbləği əsas borca görə 110.208,05 manat, faiz borcuna görə 1567,32 manat, cərimə borcuna görə 30.825,97 manat olmaqla cəmi 142.601,34 manat pul təşkil edir. 14.08.2017-ci il tarixli, RBSB- 6327_RES_RES saylı Baş kredit müqaviləsinə 1 saylı 06.11.2018-ci il tarixli əlavə razılaşma müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv.m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evi qarşısında 06.11.2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əlavə sazişə əsasən yüklü edilmişdir. Sonradan iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh1 14.08.2017-ci il tarixli, RBSB-6327 RES RES saylı Baş kredit müqaviləsinə 1 saylı 06.11.2018-ci il tarixli əlavə razılaşma üzrə 110.208,05 manatəsas borc, 19.339,63 manatfaiz borcu, 40.800 manatcərimə borcu olmaqla cəmi 170.347,68 manat borcun və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv.m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinə yönəldilərək ilkin satış qiyməti müəyyən edilməklə, hərracda satılması, satışdan əldə olunmuş vəsaitin ödənişə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 fərdi yaşayış evindən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək, Cavabdeh1 14.08.2017-ci il tarixli, RBSB-6327 RES RES saylı Baş kredit müqaviləsinə 1 saylı 06.11.2018-ci il tarixli əlavə razılaşma üzrə 110.208,05 manat əsas borc, 31 383,13 manat faiz borcu, 40.800 manat cərimə borcu olmaqla cəmi 182.391,18 manat borcun və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv.m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinə yönəldilərək ilkin satış qiyməti müəyyən edilməklə, hərracda satılması, satışdan əldə olunmuş vəsaitin ödənişə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 fərdi yaşayış evindən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-67/2020 saylı 18.06.2020-ci il tarixli qətnaməsi qismən Cavabdeh1 əsas borca görə 103212,62 manat və faiz borcuna görə 17064,49 manat tutulması hissəsində ləğv edilməsi, həmin hissədə cavabdehdən əsas borca görə 110208,05 manat və faiz borcuna görə 31383,13 manat məbləğində pulun tutulmasına dair tələbimizin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, digər hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi işin faktiki hallarına tam uyğun olmamaqla yanaşı, bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan əsas və faiz borcunun həcmi hissəsində dəyişdirilməlidir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli qətnaməsindən öz növbəsndə Cavabdeh2 səlahiyətli nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaaslandırmışdır ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında’’ Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 1 nömrəli Qərardadının tələbləri nəzərə alınmamışdır. Bundan başqa, əmlakın likvid dəyərinin müəyyən edilməsi Cavabdehin də maraqlarına uyğun gəlir. Belə ki. gələcəkdə daşınmaz əmlakın açıq hərracda satışı zamanı Cavabdeh özü də həmin əmlakı likvid dəyərin: ödəmək şərtilə əldə edə bilər. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə cavbdehdən faiz borcunun tutulması hissəsində və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, faiz borcu 26697,66 manat və Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv.m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin likvid qiyməti 208.000 (iki yüz səkkiz min) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarından müəyən olunur ki, müəyyən etmişdir ki, İddiaçı ASC-nin Səbail fılialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2017-ci il tarixli, RBSB-6327 RES RES saylı Başkredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 204.000 manat məbləğində kredit verilmişdir.Baş kredit müqaviləsinə 1 saylı 06.11.2018-ci il tarixli əlavə razılaşmaya əsasən 14.08.2017-ci il tarixli, RBSB-6327_RES_RES saylı Baş kredit müqaviləsinin müddətinin 06.11.2018-ci il tarixindən 34 ay müddətinə uzadılması və faiz dərəcəsinin 16 faiz olmaqla dəyişdirilməsi müəyyən edilmişdir. Habelə, kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv.m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, borc üzrə ödənişləri vaxtı-vaxtında aparmamışlar. İş materiallarına əlavə edilmiş 18.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə banka 110.208,05 manat əsas borc, 31 383,13 manat faiz borcu, 40.800 manat cərimə borcu olmaqla cəmi 182.391,18 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2020-ci i tarixli, 536 saylı ekspert rəyindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən Rabitəbank ASC-dən alınmış kredit vəsaiti üzrə 18.11.2019-cu il tarixə banka ödənilməli olan əsas və faiz borcu ümumilikdə 120.277,62 manat təşkil edir, o cümlədən əsas borc üzrə 103.212,62 manat, faiz borcu üzrə 17.064,49 ABŞ manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 59.3cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 kredit müqavilələri üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmənin 22 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.İddiaçı ASC ilə Cavabdeh1 arasından bağlanmış RBSB6327-RES-RES saylı Baş kredit müqaviləsi üzrə Cavabdeh1 Knyaz oğlunun 06.11.2018-ci il tarixə borcu (əsas, faiz və cərimə) nə qədər təşkil edirdi? 2.İddiaçı ASC ilə Cavabdeh1 arasından bağlanmış RBSB6327-RES-RES saylı Baş kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən 06.11.2018-ci il tarixdə ödənilmiş 80000 manat üzrə silinmələr hansı formada olmuşdur (əsas, faiz və cərimə borcları üzrə) 3. İddiaçı ASC ilə Cavabdeh1 arasından bağlanmış RBSB6327-RES-RES saylı Baş kredit müqaviləsi üzrə Cavabdeh1 Knyaz oğlunun 18 iyun 2020-ci il tarixə borcu (əsas, faiz və cərimə) nə qədər təşkil edirdi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2877 saylı 01 iyun 2021-ci il tarixli məhkəmə ekspertizasının rəyinə əsasən 14.08.2017-ci il tarixli RBSB6327- RES-RES saylı kredit müqaviləsinin qeyd olunan şərğləri nəzərə alınmaqla, 06.11.2018-ci il tarixə və 18.06.2020-ci il tarixə Cavabdeh1 06.11.2018-ci il tarixə: əsas kredit borcu üzrə 103212,6 manat, faiz borcu üzrə 0,00 manat, cərimə borcu üzrə 30825,97 manat, 18.06.2020-ci il tarixə əsas kredit borcu üzrə 103212,6 manat, faiz borcu üzrə 26697,66 manat, cərimə borcu üzrə 40800,0 manat müəyyən edilmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci və 2-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 38.2.2-ci maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv.m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinin bazar qiyməti "xxxx" MMC-nin 11 aprel 2019-cu il tarixli, 31 saylı Hesabatında göstərilən qiymətə uyğun 210000 manat göstərmişdir. İşə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənziln hazırkı likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. "xxxx" MMC-nin 09.03.2021-ci il tarixli MB 14/0332 №-li ekspert rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 208 000 (iki yüz səkkiz min) manat müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi cavbdehdən faiz borcunun tutulması hissəsində və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin hissəsində dəyişdirilsin. Faiz borcu 26697,66 manat müəyyən edilsin. Cavabdeh1 103.212,62 manat əsas borc, 26697,66 manat faiz borcu, 4500 manat cərimə borcu olmaqla cəmi 134410,28 (yüz otuz dörd min dörd yüz on manat iyirmi səkkiz qəpik) manat borc, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum və iddia verilməsi üçün məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv.m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin likvid qiyməti 208.000 (iki yüz səkkiz min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1525/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1525/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver