Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-153/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci iltarixli 2(003)-243/2018 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünərək ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi 1-ci döngədə yerləşən və 3/5 hissəsi onun mülkiyyətində olan 400 kv.m həyətyanı torpaq sahəsindən və 37 saylı evdən onun payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdehin hesabına icra edilməklə paylara uyğun olaraq evin və həyətyanı sahənin naturada real bölgüsünün aparılması və ayrıca giriş qapısının qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi 1-ci döngədə yerləşən 37 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 400 kv.m torpaq sahəsi onun ata babası X3 miras qalmışdır. Babası vəfat etdikdən sonra, əmiləri paylarından atasının xeyrinə imtina etmişlər. Cavabdeh onun bibisidir. Cavabdeh qanun üzrə vərəsəlik hüququ ilə evin 1/5 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Atası 2016-cı ildə vəfat etmişdir. Bundan sonra, o, qanun üzrə vərəsəlik hüququ əsasında evin və 400 kv.m həyətyanı torpaq sahəsinin 3/5 hissəsinə mülkiyyət hüququ əldə etmiş, 1/5 hissə miras qoyanın adına açıq saxlanılmışdır. Vərəsələrdən yalnız atası miras qoyanla birgə yaşamış və təsərrüfatı birgə idarə etmişdir. Miras qoyanın vəfatından sonra atası mirasa fasiləsiz olaraq sahiblik etmiş və onu idarə etmişdir. Miras qoyan xəstə olarkən atasının təşəbbüsü ilə cavabdeh mübahisəli evə köçmüş və miras qoyanın vəfatından sonra da mübahisəli evdə yaşamağa davam etmişdir. Ev 4 yaşayış otağından və köməkçi sahələrdən ibarətdir. Yaşayış sahəsi 93,5 kv.m, ümumi sahə 140,2 kv.m təşkil edir. Bundan əlavə, həyətdə sahəsi 13,6 kv.m olan tövlə vardır. Atasının sağlığından bu vaxtadək 7 saylı yaşayış otağı və 6 saylı dəhliz faktiki istifadələrindədir. Qalan 3 otaq, giriş və zal cavabdehin istifadəsindədir. Onlar evə şimal, cavabdeh isə cənub tərəfdən daxil olur. Onlar tərəfdən giriş qapısı sonradan açılmış, giriş qapısının qarşısında yerləşən 300 kv.m torpaq sahəsi atasına məxsus olmuşdur. Buna görə də, həmin torpaq sahəsindən istifadə etməklə ayrıca qapı açmışlar və yolları da ayrı olmuşdur. Həmin torpaq sahəsi miras kütləsinə daxil deyildir. Ailələri 4 nəfərdən ibarətdir: o, anası, bacısı və qardaşı. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur. Belə ki, cavabdehin mülkiyyətində 1/5 hissə olsa da evin təxminən 4/5 hissəsini ələ keçirmiş, hətta köməkçi sahələrdən istfadə edə bilmirlər. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-243/2018 nömrəliqətnaməsi ilə iddia qismən təmin edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi 1-ci döngə 37 saylı evin İddiaçı məxsus 3/5 hissəsi ekspertiza tədqiqatında göstərilmiş qaydada naturada bölünməsi, Bölgü zamanı ekspertiza tədqiqatında göstərilmiş sahələri 16.88 kv.m olan 3 saylı tikili, sahəsi 21.73 kv.m olan 4 saylı tikili, sahəsi 10,63 kv.m olan 6 saylı tikili, sahəsi 30,39 kv.m olan 7 saylı tikili ümumi paylı mülkiyyətdən naturada ayrılmaqla İddiaçı 3/5 payına uyğun olaraq ona verilməsi, 16.88 kv.m və 10,63 kv.m olan tikililər arasında qapı açılması, sahələri 24.84 kv.m və 21.73 kv.m olan tikililər arasında olan qapı və pəncərələr bağlanılması, sahəsi 21.73 kv.m və 30,83 kv.m olan otaqlar arasındakı pəncərə bağlanması, sahəsi 16.88 kv.m və 30,83 kv.m olan otaqlar arasındakı qapı bağlanılması və qalan hissədə iddia rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalaniddiaçı apellyasiya şikayəti verərərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdehapelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdırki,cavabdehlə münasibətləri münaqişəlidir.Cavabdehin qanunsuz hərəkətlərinə görə 3/5 hissə mülkiyyətində olan həm evdən, həm də torpaq sahəsindən istifadə edə bilmir.O, 1 qrup əlildir.Fiziki və maddi imkanları məhduddur.Onun daim qulluğa ehtiyacı olduğundan anası işləmir, gəliri müavinətidir.Məhkəmədən bunu nəzərə alaraq tikililər arasında olan qapı və pəncərələrin bağlanmasının cavabdeh tərəfindən icra olunmasını xahiş etsə, də çıxarılmış qətnamədə buna münasibətdə heç bir aydınlıq gətirilməmiş, onun üçün ayrılmış tikililərə və həyətə giriş-çıxışla bağlı heç bir izah verilməmişdir. Cavabdehapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1-ci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2018-ci il tarixli 26143 nömrəli rəyindən aydın olur ki, ünvan 1 1 ünvanında yerləşən 37 saylı fərdi yaşayış evinin tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin evə giriş-çıxışın iki tərəfdən olduğunu, tədqiq olunan evin tikililərinə ayrı-ayrı giriş-çıxışın olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texiki parametrlərinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olduğunu nəzərə alaraq, tədqiq olunan evin həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmaqla, həmin evin tikililərindən 3/5 payın ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Tədqiq olunan mübahisəli torpaq sahəsinin faktiki vəziyyətini, üç tərəfdən qonşu sahələrlə əhatə olunduğunu, həmin həyətyanı torpaq sahəsinə girişçıxışın bir tərəfdən olduğunu, həmin hissədə də mübahisəli evin yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsindən 3/5 hissənin ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyilvə Bu məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətlərinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı, cavabdehin apellyasiya şikayəti tam təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi ev 1-ci döngə ev 37 xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissə X5 adında açıq saxlanılır, 1/5 hissə Cavabdeh, 3/5 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 319 nömrəli reyestr kitabının 29798 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2018-ci il tarixli 26143 nömrəli rəyindən aydın olur ki, ünvan 1 1 ünvanında yerləşən 37 saylı fərdi yaşayış evinin tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin evə giriş-çıxışın iki tərəfdən olduğunu, tədqiq olunan evin tikililərinə ayrı-ayrı giriş-çıxışın olduğunu, həmin tikililərin faktiki vəziyyətinin və texiki parametrlərinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olduğunu nəzərə alaraq, tədqiq olunan evin həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmaqla, həmin evin tikililərindən 3/5 payın ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Tədqiq olunan mübahisəli torpaq sahəsinin faktiki vəziyyətini, üç tərəfdən qonşu sahələrlə əhatə olunduğunu, həmin həyətyanı torpaq sahəsinə giriş-çıxışın bir tərəfdən olduğunu, həmin hissədə də mübahisəli evin yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsindən 3/5 hissənin ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 18051 nömrəli rəyindən aydın olur ki, ünvan 1 1 ünvanında yerləşən torpaq sahəsinin faktiki vəziyyətini, üç tərəfdən qonşu sahələrlə əhatə olunduğunu, həmin həyətyanı torpaq sahəsinə girişçıxışın bir tərəfdən olduğunu, həmin hissədə də yaşayış evinin yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsinin bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin qərardadlar ilə təyin olunmuş tikinti-texniki ekspertizalarn nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-ci il tarixli 8033 nömrəli rəyindən və xx xxxx 2020-ci il tarixli 27619 nömrəli rəylərindən aydın olur ki, ünvan 1 1 ünvanında yerləşən 37 saylı evin və həyətyanı torpaq sahəsinin uyğun 3 hissəyə 1/5 və 3/5 paylara uyğun təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olarq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Bu Məcəllənin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Eyni Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən payli mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Bu Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsi ev 1-ci döngə ev 37 xüsusi mülkiyyət hüququ üzrə 1/5 hissə X5 adında açıq saxlanılır, 1/5 hissə Cavabdeh, 3/5 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünərək ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi 1-ci döngədə yerləşən evin və torpağın cavabdehin hesabına icra edilməklə paylara uyğun real bölgüsünün aparılması və ayrıca giriş qapısının qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Apellyasiya baxışı zamanı məhkəmənin qərardadlar ilə təyin olunmuş tikintitexniki ekspertizaların nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-ci il tarixli 8033 nömrəli rəyindən və xx xxxx 2020-ci il tarixli 27619 nömrəli rəylərindən aydın olur ki, ünvan 1 1 ünvanında yerləşən 37 saylı evin və həyətyanı torpaq sahəsinin uyğun 3 hissəyə 1/5 və 3/5 paylara uyğun təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olarq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Kollegiya, ünvan 1 1 ünvanında yerləşən 37 saylı evin və həyətyanı torpaq sahəsinin paylara uyğun bölgüsünün texniki cəhətdən mümkün olmadığını, nəzərə alaraq hesab edir ki, iddia bu hissədə rədd edilməlidir.Həmçinin,paylara uyğun olaraq evin və həyətyanı sahənin naturada real bölgüsünün aparılması tələbi rədd edildiyindən ayrıca giriş qapısının qoyulması barədə tələb də təmin olunmamalıdır. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclərə münasibətdə Kollegiya hesab edir ki, iddia rədd edilsə də, iddiaçı İ qrup əlil olduğundan və onun gəliri müavinəti olduğundan iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməli, Mülki Prosessual Məcəllənin 117-ci maddəsinə əsasən 1-ci instansiya məhkəməsində iş üzrə aparılmış ekspertiza tədqiqatına görə 200 (iki yüz) manat İddiaçından, Apellyasiya baxışı zamanı aparılmış hər iki ekspertiza tədqiqatının ümumi xərci 150 (əlli) manatCavabdehtutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-243/2018 nömrəli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. İddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin, 1-ci instansiya məhkəməsində iş üzrə aparılmış ekspertiza tədqiqatına görə 200 (iki yüz) manat İddiaçı, Apellyasiya baxışı zamanı aparılmış hər iki ekspertiza tədqiqatının ümumi xərci 150 (əlli) manat Cavabdehtutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-153/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-153/2020
13.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver