Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-153/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “icbari sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (icbari sığorta məbləğinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(006)-2447/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 220 saylı fərdi yaşayış evini icbari qaydada "xxxx" ASC-də xx.xx.2020-ci il tarixli, RPA********** saylı “Daşınmaz əmlakın icbari sığorta” şəhadətnaməsi ilə sığortalanmışdır. 2.İddiaçı "xxxx" ASC-yə müraciət edərək xx.xx.2020-ci il tarixdə torpaq sürüşməsi nəticəsində sığorta olunan Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 220 saylı fərdi yaşayış evinin divarlarında iri çatlar əmələ gəlməsi və sığorta müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini xahiş etmişdir. 3."xxxx" ASC baş vermiş hadisənin sığorta hadisəsi olmadığını əsas tutaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “icbari sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC xx.xx.2020-ci il tarixdə daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsi ilə illik icbari sığorta müqaviləsi bağlamışdır. xx.xx.2020-ci il tarixdə torpaq sürüşməsi nəticəsində evin divarlarında iri çatlar əmələ gəlmişdir ki, bu da evin hər an uçmasına səbəb ola bilər. Bu barədə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Abşeron rayonu İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişdir. Ərizələrin cavablarında ev xüsusi mülk olduğundan öz hesabına təmir etməsi məsləhət bilinmişdir. xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsində “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunundan çıxarışında 35.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 35.4-cü maddəsində göstərilmişdir ki, yaşayış binasının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə kostruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və ya suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Qanunun tələbindən göründüyü kimi icbari sığorta hadisəsi baş verdikdə həmin Qanunun 32-ci maddəsinə əsasən sığortaçı bu şəhadətnamə… üzrə əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, zərərin əvəzi sığorta olunan müraciəti əsasında İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilməklə ödənilir. İddiaçı "xxxx" ASC-nin direktoruna xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edib, sığorta hadisəsi baş verdiyini və müqavilə tələblərinə uyğun olaraq sığorta haqqının ödənilməsini tələb etmişdir. "xxxx" ASC-nin iddiaçıya yazdığı məktubla AR Mülki Məcəlləsinin 922.1-ci maddəsini istinad edərək sığorta hadisənin əvvəl baş verməsi səbəbindən məsuliyyət daşımamalarını bildirmişlər. Göstərilənləriə əsasən "xxxx" ASC-nin hesabından icbari sığorta haqqı məbləğin 15.000 manat tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 6.Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək öz izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yaşadığı Masazır kəndində əmlakının qarşısında 2010-cu ildə SOCAR şirkəti evinin qarşısında qazıntı işləri aparıldıqdan sonra əmlakında çatlar əmələ gəlmişdir. İddiaçı hadisənin 2010-cu ildə olduğunu özü etiraf etmişdir, onlarla isə müqavilə 2020-ci ildə bağlanılmışdır. Bu da o deməkdir ki, hadisənin baş verməsi sığorta ödənişinin edilməsi üçün nəzərdə tutulan dövrü əhatə etmir. Ekspert rəyində də hadisənin dəqiq baş verməsi ilə bağlı dəqiq vaxt müəyyən edilməyib. Odur ki, cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 20 dekabr 2021-ci il tarixli, 2(006)-2447/2021 saylı qətnaməsi ilə (sədrlik edən-Pərviz Zamanlı) iddia tələbinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. 8.İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 220 saylı fərdi yaşayış evi 138,33 kv.m. ümumi sahədən, 70,76 kv.m. yaşayış sahədən, 67,57 kv.m. köməkçi sahədən, 4 yaşayış otaqlardan ibarətdir. 9.İş üzrə RPA********** saylı, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sığortalı Yusifov X8 rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 220 saylı fərdi yaşayış evini "xxxx" ASC-də xx.xx.2021-ci il tarixədək sığortalamışdır. Sığorta haqqı 15000 manat məbləğində müəyyən edilmişdir. 10.İş üzrə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 2 fərdi yaşayış evinin qəzalı vəziyyətdə olubolmamasının araşdırılması onların səlahiyyətləri xaricindədir. Bu məsələnin qanunamüvafiq qaydada həll edilməsi üçün aidiyyəti üzrə qurumlara müraciət etməsi tövsiyyə olunmuşdur. 11.İş üzrə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 5 nəfər ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayırlar. 12.İş üzrə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı yaşadığı evdə müxtəlif ölçülü çatların əmələ gəldiyi qeyd olunan və qəzanın qarşısının alınması üçün maddi köməklik göstərilməsi xahiş olunan ərizəsinə Abşeron rayon İcra Hakimiyyətində baxılmışdır. Abşeron rayon İcra Hakimiyyətinin büdcəsində fərdi evlərin təmiri üçün vəsait nəzərə tutulmamışdır. 13.İş üzrə V.Rəcəbov, İ.Qəribova,F.Bayramov, H.Xəlilov, H.Xəlilova tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktından görünür ki, ünvan 2-nin son 6 ay müddətində yoldan keçən iri diametrli qaz turbasının yerə basdırılması və digər torpaq sürüşmələri nəticəsində qəzalı vəziyyətə büşmüşdür. Evin mülkiyyətçisi İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə qəzalı evdə təhlükəli vəziyyətdə yaşayır. 14.İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə verilmiş xx.xx.2020-ci il tarixli izahatından görünür ki, yaşadığı Masazır kəndində Əliağa Vahid küçəsi, 220 olan əmlakının qarşısında 2010-cu ildə SOCAR şirkəti evinin qarşısından qazıntı işləri apardıqdan sonra əmlakında çatlar əmələ gəlməyə başlamışdır. İlk əvvəl çatlar xırda olduğundan əhəmiyyət verməmiş, daha sonra çatlar ildən ilə artmağa başlamışdır. İlk olaraq 2020-ci il fevral ayının 2-də Abşeron rayon icra hakimiyyətinə mövcud hadisə ilə bağlı məktub yazmış, daha sonra 2020-ci ilin avqust ayında AR Dövlət Neft Şirkətinə SOCAR-a məktub yaşmışdır, ona heç bir köməklik göstərməmişdir. 15.İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə yazılmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, 2010-cu ildə əmlakında başlayan çatlar ildən ilə artmağa başlamışdır, nəticədə əmlakına maddi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq sığorta ödənişin verilməsinə göstəriş verilməsini xahiş etmişdir. 16.İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizədən görünür ki, o, "xxxx" ASC xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi ilə bir illik icbari sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixdə torpaq sürüşməsi nəticəsində evin divarlarında iri çatlar əmələ gəlmişdir ki, bu da evin hər an uçmasına səbəb ola bilər. Bu barədə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Abşeron rayonu İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişdir. Ərizələrin cavablarında ev xüsusi mülk olduğundan öz hesabına təmir etməsi məsləhət bilinmişdir. xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi əsasında onun xüsusi mülkiyyətində olan ünvan 2-ə dəyən ziyanın sığorta məbləği miqdarında ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. 17.İş materiallarında olan SMS vasitəsilə göndərilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinin tələbinin pozulmasına əsasən (baş vermiş hadisə sığorta dövrünü əhatə eləmir) müvafiq iddia üzrə məsuliyyət yaranmır. 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2409 saylı, 03 noyabr 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin fasad divarının üzərində 3/6 sm ölçüdə üfüqi və şaquli çatların olduğu müəyyən olunmuşdur. Lakin tədqiq olunan ünvanda yerləşən fərdi yaşayış evində çatlar və ya zədələr 2020-ci ildə baş vermiş zəlzələ, torpaq sürüşməsi, yaxud digər təbii fəlakət nəticəsində əmələ gəlib-gəlməməsi, evin tikinti normalarına uyğun inşa olunmasının müəyyən edilməsinə dair Azərbaycan Respulikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin mütəxəssis rəyi təqdim olunmadığı üçün, qərardadın ikinci-dördüncü sualları üzrə tədqiqat aparılmamışdır. Eyni zamanda çatları və ya zəədələrin hansı tarix(lər)də (həmin ərazidə 2020-ci ildə baş vermiş zəlzələ, torpaq sürüşməsi, yaxud digər təbii fəlakətdən əvvəl yaxud sonra) yaranması və ya inkişaf etməsi tarixi müəyyən edilməsinə dair metodika olmadığı üçün, qərardadın birinci sualının ikinci hissəsi üzrə təqdidat aparılmamışdır. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmişdir: 19.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 220 saylı fərdi yaşayış evini icbari qaydada "xxxx" ASC-də xx.xx.2020-ci il tarixli RPA********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. 20.İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı "xxxx" ASC-yə müraciət edərək xx.xx.2020-ci il tarixdə torpaq sürüşməsi nəticəsində sığorta olunan Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 220 saylı fərdi yaşayış evinin divarlarında iri çatlar əmələ gəlmiş və sığorta müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini xahiş etmişdir. Lakin "xxxx" ASC baş vermiş hadisənin sığorta hadisəsi olmadığını əsas tutaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı sığorta şirkətindən 15.000 manat sığorta ödənişinin tutulmasını məhkəmədən xahiş etmişdir. 21.Məhkəmə ilk növbədə iddiaçının baş vermiş hadisənin sığorta hadisəsi olub-olmamasınına hüquqi qiymət verilməsinə zərurət olduğunu qeyd etmişdir. 22.Məhkəmə qeyd etmişdir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi sığortalının iradəsindən asılı olmayan baş vermə ehtimalına təsadüflük əlamətlərinə malik olan hadisə və ya yaranan haldır. 23.Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilata sığorta ödənişinin verilməsi ilə əlaqədar ərizə ilə müraciət edərək yaşadığı Masazır kəndində 2010-cu ildə SOCAR şirkəti evinin qarşısında qazıntı işləri aparıldıqdan sonra əmlakında çatlar əmələ gəlməsini göstərilmişdir. 24.Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin qarşısında qazıntı işləri aparıldıqdan sonra çatların olduğu müəyyən edilsə də, həmin hadisə iddiaçı ilə "xxxx" ASC arasında sığorta müqaviləsi bağlanmamışdan əvvəl, yəni 2010-cu ildə baş vermişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin hadisə sığorta hadisəsi hesab oluna bilməz. 25.Məhkəmə hesab etmişdir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığına görə, cavabdeh təşkilat sığorta ödənişinin verilməsindən düzgün olaraq imtina etmiş, buna görə də iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. 26.Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi təmin olunmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu və keçirilmiş ekspertiza xərcləri iddiaçıya aid edilməlidir. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci; “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, 1.1.18 və 1.1.19-cu: “İcbari sığortalar haqqında” AR Qanununun 36.1, 36.1.1, 36.1.2, 36.1.3, 36.1.4, 36.1.5, 36.1.6, 36.1.7, 36.1.8 və 36.1.9-cu; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 76.1, 76.2, 119.1, 14.2, 217.3, 217.4, 216-220, 227, 233 və 360 maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 28.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq, hadisənin baş verməsini görən qonşuların dindirilməsinə və AR Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyinə Nəzarət Dövlət Agentliyinin rəyinin alınmasını gözləməmişdir. Məhkəmə İddiaçı sığorta əməkdaşı tərəfindən aldadılaraq yenidən öz blanklarına ərizə yazdırması və ərizədə 2010cu ildən “SOCAR”ın qaz və neft xətti çəkməsi nəticəsində evdə çat yaranması faktının mübahisələndirmək tərəflərin iştirakı ilə təhlil etməmişdir. Məhkəmə bir fakta fikir verməmişdir ki, 2010-cu ildən əmələ gəlmiş çatlar olsa idi, hazırda mübahisə obyekti olan ev uçmalı idi. Hətta bu çatları sığorta agenti görməmişdir. Deməli məhkəmənin gəldiyi nəticə yanlışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 31.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçının evində çatlar 2010-cu ildən əmələ gəlməyə başlamış və ildən-ilə artmış, həmçinin FHN-nin Tikintidə X3 Agentliyinin və Ekspertiza Mərkəzinin rəyindən də göründüyü kimi hadisənin baş verməsinə səbəb tikinti normalarına riayyət olunmaması olmuşdur. Göründüyü kimi, sığorta hadisəsinin baş verməsinə səbəb olan qanunvericiliklə nəzərdə tutulmuş hallar baş verməmişdir. 32.İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 33.Maddə 922.1.Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 34.Maddə 926.1.Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 35.Maddə 935.1.8.Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 36.Maddə 13.1.İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 37.Maddə 23.1.6.Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 38.Maddə 35.1.Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 39.Maddə 35.4.Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. 40.Maddə 36.1.Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: -36.1.1. yanğın, ildırım düşməsi; -36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; -36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; -36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; -36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; -36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; -36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; -36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; -36.1.9. üçüncü şəxslərin hərəkətləri. 41.Maddə 39.3.3.Digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 42.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 44.Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 45.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 48.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(006)-2447/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 49.Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş ekspert rəyi tam hesab edilmədiyindən mübahisənin düzgün həlli üçün iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək mütəxəsis və ekspert rəyi alınmışdır. 50.Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 08 dekabr 2022-ci il tarixli, №xx/xx-08922 saylı mütəxəssis rəyinə əsasən İddiaçı məxsus olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə vizual baxış zamanı inşaat norma və qaydalarından aşağıda qeyd olunan kənaraçıxmalar müəyyən edilmişdir: 1.Xarici fasad divarları ilə arakəsmə divarlarının və baş fasadda yerləşən yarımçevrə hissənin hörgüsünün fasadın divarları ilə birləşmə yerlərində çatların xarakter və xüsusiyyətlərindən bəlli olur ki, hörgünün tikişlərində metal torlar qoyulmamışdır və hörgü bağlantısı təmin edilməmişdir. 2.Fərdi yaşayış evinin bütün daxili divarları 20 sm qalınlığında inşa edilmişdir. AzDNT 2.3-1-ə əsasən ən azı bir daxili yükdaşıyan divar inşa edilməlidir. 3.Binanın ətrafında həyət beton qatı ilə hamarlandığından binaya ayrıca sel-səki verilməmiş, həyətin beton döşəməsi isə keyfiyyətsiz inşa olunduğundan (çatlar əmələ gəlmişdir) həyətin mailliyinin bina tərəfə olması səbəbindən atmosfer suları binaya yönəlir və nəticədə bünövrə qruntu islanaraq fiziki mexaniki göstəricilərini dəyişərək bünövrənin qeyri-bərabər çökməsinə səbəb olur. 4.Zirzəmi hissəsində qapı, pəncərə üstü atmalar 63x63 mm ölçülü bucaqlıqlardan istifsadə edilərək quraşdırılmış, lakin bir-biri ilə bağlantı verilməmişdir. 51.Mütəxəssis rəyində həmçinin qeyd olunmuşdur ki, binada müşahidə edilən çat və zədələnmələrin əsasən binanın bünövrələrinin qeyri-bərabər çökməsindən yaranmasını ehtimal etmək olar. 52.Yuxarıda göstərilən tikinti normalarından kənara çıxamalar da, həmçinin, çat və zədələrin inkşafına təsir edən əmillər sırasındadır. 53.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 24 fevral 2023cü il tarixli №10/553 saylı ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: 1.Azərbaycan Respublikasının Fövqələdə Hallar Nazirliyi Tikintidə X3 Aqentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən X5 məxsus olan fərdi yaşayış evində olan çatlar və ya zədələrin (yaxud onların inkişafının) həmin ərazidə hansı tarixdə baş vermiş zəlzələ, torpaq sürüşməsi, yaxud digər təbii fəlakət nəticəsində əmələ gəlib-gəlməməsinin müəyyən olunması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri daxilindədir. 2.Mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə vizual baxış zamanı inşaat norma və qaydalarından aşağıda qeyd edilən kənaraçıxmalar müəyyən edildi: -xarici fasad divarları ilə arakəsmə divarlarının və baş fasadda yerləşən yarımçevrə hissənin hörgüsünün fasadın divarları ilə birləşmə yerlərində çatların xarakter və xüsusiyyətlərindən bəlli olur ki, hörgünün tikişlərində metal torlar qoyulmamışdır və hörgü bağlantısı təmin edilməmişdir. -fərdi yaşayış evinin bütün daxili divarları 20 sm qalınlığında inşa edilmişdir. AzDTN 2.3-1-ə əsasən ən azı bir daxili yükdaşıyan divar inşa edilməlidir. -binanın ətrafında həyət beton qatı ilə hamarlandığından binaya ayrıca sel-səki verilməmiş, həyətin beton döşəməsi isə keyfiyyətsiz inşa olduğundan (çatlar əmələ gəlmişdir) həyətin mailliyinin bina tərəfə olması səbəbindən atmasfer suları binaya yönəlir və nəticədə bünövrə qruntu islanaraq fiziki mexaniki göstəricilərini dəyişərək bünövrənin qeyri-bərabər çökməsinə səbəb olur. -zirzəmi hissəsində qapı, pəncərə üstü atmalar 63x63 mm ölçülü bucaqlıqlardan istifadə edilərək quraşdırılmış, lakin bir biri ilə bağlantı verilməmişdir. -Binada müşahidə edilən çat və zədələnmələrin əsasən binanın bünövrələrinin qeyri-bərabər çökməsindən yaranmasını ehtimal etmək olar. Yuxarıda göstərilən tikinti normalarından kənaraçıxmalar da, həmçinin, çat və zədələrin inkişafına təsir edən amillər sırasındadır. 3.Mütəxəssis rəyinə əsasən "SOCAR" tərəfindən 2010-cu ildə evin yaxınlığından keçən boruların çəkilmə müddətindən çox vaxt keçdiyinə və yer səthindən hansı dərinlikdə olmasını müəyyən etmək mümkün olmadığından, ünvan 2 ünvanında yerləşən X5 məxsus olan fərdi yaşayış evində olan çatlar və ya zədələrin, 2010-cu ildə evin yaxınlığından keçən “SOCAR” tərəfindən trubaların çəkilməsi nəticəsində baş verib-verməməsini dəqiq cavab vermək mümkün olmadı. 4.Mütəxəssis rəyində ünvan 6 ünvanında yerləşən X6 məxsus olan fərdi yaşayış evində olan çatlar və ya zədələrin aradan qaldırılması üçün hansı məbləğdə vəsait tələb olunması cavablandırılmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. 54.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 55.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 56.Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 57.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. 58.Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. 59.Kollegiya qeyd edir ki, iddiaçı torpaq sürüşməsinin 06 sentyabr 2020-cil tarixdə baş verdiyini və bunun nəticəsində evin divarlarında çatlar əmələ gəlməsini iddia etsə də, qeyd olunan hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 60.Belə ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə verilmiş xx.xx.2020-ci il tarixli izahatından görünür ki, yaşadığı Masazır kəndində Əliağa Vahid küçəsi, 220 olan əmlakının qarşısında 2010-cu ildə SOCAR şirkəti evinin qarşısından qazıntı işləri apardıqdan sonra əmlakında çatlar əmələ gəlməyə başlamışdır. İlk əvvəl çatlar xırda olduğundan əhəmiyyət verməmiş, daha sonra çatlar ildən ilə artmağa başlamışdır. İlk olaraq 2020-ci il fevral ayının 2-də Abşeron rayon icra hakimiyyətinə mövcud hadisə ilə bağlı məktub yazmış, daha sonra 2020-ci ilin avqust ayında AR Dövlət Neft Şirkətinə SOCAR-a məktub yaşmışdır, ona heç bir köməklik göstərməmişdir. 61.İddiaçının "xxxx" ASC-yə verdiyi izahatında ilk olaraq 2020-ci il fevral ayının 2-də Abşeron rayon icra hakimiyyətinə müraciət etməsi ilə bağlı verdiyi məlumat iş üzrə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktub ilə uyğunluq təşkil edir. 62.Göründüyü kimi, iddiaçının evində olan çatlar sığorta dövrünü əhatə etmir. Digər tərəfdən evin zədələnməsinin sığorta hadisəsi hesab edilməsi üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsində qeyd olunan hallar müəyyən olunmur. 63.Belə ki, mütəxəsis məsləhəti və ekspert rəyi ilə müəyyən olunur ki, xarici fasad divarları ilə arakəsmə divarlarının və baş fasadda yerləşən yarımçevrə hissənin hörgüsünün fasadın divarları ilə birləşmə yerlərində çatların xarakter və xüsusiyyətlərindən bəlli olur ki, hörgünün tikişlərində metal torlar qoyulmamışdır və hörgü bağlantısı təmin edilməmişdir. Fərdi yaşayış evinin bütün daxili divarları 20 sm qalınlığında inşa edilmişdir. AzDTN 2.3-1-ə əsasən ən azı bir daxili yükdaşıyan divar inşa edilməlidir. Binanın ətrafında həyət beton qatı ilə hamarlandığından binaya ayrıca sel-səki verilməmiş, həyətin beton döşəməsi isə keyfiyyətsiz inşa olduğundan (çatlar əmələ gəlmişdir) həyətin mailliyinin bina tərəfə olması səbəbindən atmasfer suları binaya yönəlir və nəticədə bünövrə qruntu islanaraq fiziki mexaniki göstəricilərini dəyişərək bünövrənin qeyri-bərabər çökməsinə səbəb olur. Zirzəmi hissəsində qapı, pəncərə üstü atmalar 63x63 mm ölçülü bucaqlıqlardan istifadə edilərək quraşdırılmış, lakin bir biri ilə bağlantı verilməmişdir. Binada müşahidə edilən çat və zədələnmələrin əsasən binanın bünövrələrinin qeyri-bərabər çökməsindən yaranmasını ehtimal etmək olar. Yuxarıda göstərilən tikinti normalarından kənaraçıxmalar da, həmçinin, çat və zədələrin inkişafına təsir edən amillər sırasındadır. 64.Göründüyü kimi, iddiaçının evində olan çatlar iddiaçı tərəfindən evin tikintisi zamanı tikinti normalarına riayyət olunmaması ilə bağlı olmuşdur. 65.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin əsası və apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi- sığorta hadisəsi hesab edilməsinə əsas olan- torpaq sürüşməsi halı öz təsdiqini tapmadığından, iddia tələbi məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir. 66.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 67.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 68.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 69.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənindəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 70.Məhkəmə kollegiyası hesab edir ki, MPM 124.2-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə apellyasiya mərhələsində keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizsının tədqiqatı dəyəri olan 100 (yüz) manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 71.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(006)-2447/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya mərhələsində keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizsının tədqiqatı dəyəri olan 100 (yüz) manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-153/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-153/2023
05.04.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver