Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1530/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, ailə üzvlərinin və digər şəxslərin ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsi 15 saylı binada yerləşən yerləşən 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzilindən çıxarılmaları, xx xxxx 2017-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi icra olunan günə qədər hər ay 650 manat maddi zərərin (kirayə haqqının), 50 manat mənəvi zərərin, dövlət rüsumu olaraq 30 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəmsinin qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh, ailə üzvləri və digər şəxslər Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon R.Məmmədov küçəsi, 15 saylı binanın 1-ci girişinin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzildən çıxarılması, Cavabdeh İddiaçı xeyrinə maddi zərərə görə (kirayə haqqı) 13.650 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikatəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Eyvaz İsamyılov tikinti materiallarının satışı ilə məşğuldur. 2017-ci ildə kirayəyə ev axtaran zaman Etibar Kərimova müraciət etmişdir. E. Kərimov Nərimanov rayonunda tikilən çoxmərtəbəli binanın tikilməsinə rəhbərlik edir. Mübahisə edilən mənzili ona Etibar Kərimov kirayəyə vermişdir. Etibar Kərimov ondan 85.000 manatlıq tikiniti materialları almışdır. Mənzili kirayəyə verən zaman qeyd etmişdir ki, məzilim mülkiyyətçisi qardaşı İddiaçı olsada, mənzil ona məxsusdur. Hal-hazırda Etibar Kərimovun ona 85000 manat borcu var. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, «xxxx» MMC-nin direktoru Nəbi Mansurov ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №31 saylı alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikr, R.Məmmədov küçəsi 15 saylı binada yerləşən 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı ümumi dəyəri 116100.00 manat olan mənzil İddiaçı satılmışdır. Qeyd olunan müqaviləyə əsasən, 12 ay müddətində qalıq tam ödənilməlidir. xx.xx.2017-ci il tarixli 371 saylı maliyyə arayışına əsasən, İddiaçı “xxxx” MTK-nin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikr, R.Məmmədov küçəsi 15 saylı binada yerləşən 1-ci girişin 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 129 kv.m olan 19 saylı mənzil ayrılmış və Mənzilin ümumi dəyərini “xxxx” MTK-yə tam ödənmişdir. Mənzil İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 2017-ci ilin iyun ayından bu günədək müqavilə bağlanan günədək 21 ay ərzində ailə üzvləri ilə sözügedən bu mənzildə yaşayır və yaşadığı hər ay üçün 650 manat, cəmi 1365 manat kirayə pulu ödəməlidir. Cavabdeh müqavilə bağlanan günədək ödənilməyən 13650 manat kirayə pulun 79401 manat verilmiş materialların dəyərindən azaldılmasım xahiş etmiş, onun bu təklifni qəbul etmişdir. Cavabdeh tam məsuliyyəti ilə söz verərək bu mənzilin dəyərinin qalıq borcunu yəni 124249 manatı ən geci 2019-cu ilin aprel ayının 20-si tarixinədək mənzil sahibi İddiaçı ödəyəcək, əks halda ödəyə bilməyəcəyi təqdirdə mənzili tam boşaldaraq qəbul etdiyi formada hər bir avadanlığı işlək vəziyyətdə, səliqəli və bütün kommunal xərclər son haqq hesab ödənilməklə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə də cavabdeh mənzili boşaltmamış, mənzildən çıxmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunanlar iddia ərizəsi, alqı-satqı müqaviləsi və işdə olan digər sənədlərlə təsdiq olunur. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarından görünür ki, 2017-ci ilin iyun ayından bu günədək müqavilə bağlanan günədək 21 ay ərzində ailə üzvləri ilə sözügedən bu mənzildə yaşayır və yaşadığı hər ay üçün 650 manat, cəmi 1365 manat kirayə pulu ödəməlidir. Cavabdeh müqavilə bağlanan günədək ödənilməyən 13650 manat kirayə pulun 79401 manat verilmiş materialların dəyərindən azaldılmasım xahiş etmiş, onun bu təklifni qəbul etmiş və Cavabdeh ödəyə bilməyəcəyi təqdirdə mənzili tam boşaldaraq qəbul etdiyi formada hər bir avadanlıq işlək vəziyyətdə, səliqəli və bütün kommunal xərclər son haqq hesab ödənilməklə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsi Cavabdeh, ailə üzvləri ilə və digər şəxslərin qeyd olunan ünvandan mənzildən çıxarılmasını və hər ay üçün 650 manat olmaqla, 13650 manat kirayə haqqının tutlmasını qət etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 684.1 və 684.2-ci maddələrinə əsasən, cavabdehdən iddiaçıya kirayə haqının əvəzi kimi qətnamədə göstərilən məbləğdə pulun tutulması qanuni və əsaslı olmuşdur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. MM-nin 684.1və 684.2-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Həmin məcəllənin 697.1-697.3-cü maddələrinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Cavabdeh, qeyd olunan mənzilin ona Etibar Kərimov tərəfindən verildiyini və E.Kərimova satdığı tikinti materiallarının dəyəri olan 85000 manatı ödəmədiyini qeyd etsədə, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətlərin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh oğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1314/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1530/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1530/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver