Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1533/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(008)-3409/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26000 manat, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 26030 manat pulun tutularaq ona ödənilməsi, həmçinin “X8 40 illiyi”nə həsr olunmuş orden (1 ədəd), “Faşist Almaniyası üzərində Qələbəyə görə” medal (1 ədəd), yaddaş yubiley medalları, vəsiqələr, ailə fotoalbomları, mərhum bacısı Raisa Rıjovanın və mərhum qardaşının fotoşəkilləri, onun arxiv dəftərləri, servizlər (qab-qaşıq), kitablar toplusu və mərhum bacısı Raisa Rıjovanın ölüm haqqında şəhadətnaməsinin əslinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1946-cı ildə Bakı şəhərində anadan olmuş, valideynləri rəhmətə gedəndən sonra Bakı şəhərində yeganə yaxın qohumu bacısı (mirasqoyan) X9mışdır, bir neçə il bundan öncə Bakı şəhərindən köçərək daimi olaraq Rusiya Federasiyasında məskunlaşmış və hazırda da orada daimi yaşayır. Hər il Azərbaycana gələrək burada ata evində tək qalan bacısı Raisaya baş çəkmişdir. Sonuncu dəfə 2019-cu ilin yay aylarında gəlmişdir. Gələndə də ata yurdu və o zaman bacısı Raisanın mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə qalmışdır. Bacısı Raisa evində tək yaşadığından və 1932-ci il təvəllüdlü olmasını nəzərə alaraq və başqa yaxın qohumunun olmadığına görə bacısı Raisa hələ 2018-ci ildə o, Bakıda olarkən notarial qaydada vəsiyyətnamə verərək bütün mülkini (yəni, mənzili və bankda olan vəsaitini) ona vəsiyyət etmişdir. 17.02.2020-ci ildə X13 vəfat etmişdir. Raisa və onun uzaq qohumu olan Cavabdeh və onun anası Qalina Raisanın öz evlərində əvəzli olaraq (buna görə müəyyən haqq ödənilmişdir) müvəqqəti saxlanılmasını və ona lazımi qulluq etməsini təklif etmişdirlər. Bunun üçün o, 3000 manat Vitaliya birdəfəlik ödəniş etmişdir. Əlavə olaraq da Raisa şəxsən 2000 manat pul Vitaliya vermişdir ki, sonuncu avtomobil ala bilsin. Raisa Rıjovanın pensiya kartı (aylıq 230 manat pensiya alırdı) onlara verilmişdir (yəni, Cavabdeh və Qalinaya). O, Rusiyaya qayıtmamışdan öncə Raisanın pensiya məsələlərinin həlli ilə əlaqədar zərurət yaranmış, Cavabdeh bu işlərin həyata keçirilməsi üçün mütləq Raisanın adından ona etibarnamənin verilməsinin zəruri olduğunu bildirmiş, 27.08.2019-cu il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində AR-İ seriyalı 839042 nömrəli etibarnamə tərtib olunmuş və Raisa Rıjova tərəfindən imzalanmışdır. Ancaq sonradan məlum olmuşdur ki, həqiqətdə bu etibarnamə pensiya məsələsinin həlli üçün yox, Raisaya məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil üzrə sərəncam verilməsi, müvafiq müqavilələrin imzalanması, banklarda nümayəndə olması, pulu alması və sair barədə səlahiyyətlər Cavabdeh Pavloviçə verilmişdir. Həmin etibarnamə cəmi 2 ay müddətinə verilmişdir. Daha sonra ümumi razılığa gələrək bacısı Raisa Rıjova müvəqqəti Cavabdeh evində yerləşdirilmişdir. Mənzildə bacısına məxsus olan müxtəlif əşyalar, xüsusən ailə dəyəri olan X8 veteranı olan atalarının orden və medalları, qiymətli ikonalar, eləcə də ailə albomuna daxil çoxsaylı fotoşəkillər da qalmışdır. Bundan sonra bacısı Raisa ilə demək olar ki, həftədə 2 dəfədən az olmayaraq uzunmüddətli telefon danışığı olmuş və bacısının səhhəti ilə daima maraqlanmış, eləcə də ara-sıra Vitaliy ilə də telefon əlaqə saxlamışdır. Lakin Cavabdeh vaxtı ilə düzgün yolla tərtib olunmuş etibarnamədən suiistifadəsini davam edərək, öz əməllərini tam həyata keçirilməsi məqsədilə mənzilə alıcı tapmış və ümumlikdə 26000 manata satması üçün onunla sövdələşmişdir. Alqı-satqı müqaviləsinin nəticəsində Cavabdeh əldə etdiyi 26000 manat pulu mənimsəmişdir. Bu pulun 1 manatı olsa da, Raisaya verilməmiş və verilə də bilməzdi. X17 ümumiyyətlə mənzilinin satılmasına razılıq verməmiş, ümumiyyətlə bunu arzulamamış və ondan təbii ki, xəbəri olmamışdır. 2020-ci ilin fevral ayının ortalarında növbəti dəfə bacısı Raisaya zəng edərək ondan xəbər tutmaq istədikdə, Cavabdeh bir neçə gün bundan öncə Raisanın vəfat etdiyini ona bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(008)- 3409/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 23000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, “X8 40 illiyi”nə həsr olunmuş orden (1 ədəd), “Faşist Almaniyası üzərində Qələbəyə görə” medal (1 ədəd), yaddaş yubiley medalları, ailə fotoalbomları və Raisa Rıjovanın ölüm haqqında şəhadətnaməsinin əsli Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur, iddiaçı Raisanın qardaşı olmasını sübuta yetirməlidir, doğum haqqında şəhadətnamə iş materiallarında yoxdur. İddiaçının nümayəndəsi iddiaçının adının hazırda Slavik olduğunu bildirmiş, belə olan halda iddiaçının həqiqətən Raisa Rıjovun qardaşı olması şübhə doğurur. Raisa tərəfindən Stanislavın xeyrinə verilməsi ehtimal olunan vəsiyyətnamə ilə əlaqədar hər hansı vərəsəlik işinin açılıb-açılmaması da məlum deyildir. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27.11.2020-ci il tarixli qərara istinad etmişdir, halbuki qətnamə çıxarılarkən həmin qərar qüvvədə olmamışdır. Kollegiyanın iclasında cavabdeh və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh qeyd etdi ki, Raisa 2019-cu ilin yay aylarından onlarla birgə yaşamışdır, mərhum pensiyasını onunla birgə alırdı, belə ki, o, Raisanı özü ilə aparırdı və pensiyanı alıb ona təqdim edirdi. Mənzilə dair vəsiyyətnamə barədə məlumatı olmamışdır. Mübahisəli mənzilin alğı-satqısında Raisanın özü iştirak etmişdir, notariusa alğı-satqı zamanı gedəndə Raisa ona çətin olduğuna görə maşında gözləmiş və o isə bütün sənədləri notariat ofisində Raisanın adından imzalamışdır. Raisa özü öz hərəkətlərini idarə edirdi, təxminən ölümündən 1 həftə əvvəl yataq rejimində olmuşdur. Mərhum mənzilə gedib baxırdı, müştərini Raisa özü tapmışdır və qardaşı da bu barədə məlumatlı idi, müştəri Raisanın qonşusu olmaqla, rəfiqəsi olmuşdur. Raisa evi hələ 2019-cu ilin yayında satmaq istəmiş, lakin sonradan fikrindən daşınmışdır, həmin vaxt iddiaçı özü də Bakı şəhərində olmuşdur. Cavabdehin nümayəndəsi-vəkili qeyd etdi ki, iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur, o, Raisanın qardaşı olmasını sübuta yetirməlidir. İddiaçının nümayəndəsi iddiaçının adının hazırda Slavik olduğunu bildirmiş, belə olan halda iddiaçının həqiqətən Raisa Rıjovanın qardaşı olması şübhə doğurur. Raisa tərəfindən Stanislavın xeyrinə verilməsi ehtimal olunan vəsiyyətnamə ilə əlaqədar hər hansı vərəsəlik işinin açılıb-açılmaması da məlum deyildir. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27.11.2020-ci il tarixli qərara istinad etmişdir, halbuki qətnamə çıxarılarkən həmin qərar qüvvədə olmamışdır. Həmin qərarda cavabdeh təhqiqat zamanı bildirmişdir ki, 15.000 manat Raisaya vermiş və sonuncu da öz növbəsində həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Polis orqanın qərarını məhkəmə nəzarəti qaydasında mübahisələndirmiş, həmin qərar ləğv edilmiş, təhqiqat zamanı iştirakı ilə cavabdehin izahatı yenidən alınmışdır. Vitaliy izahatında Raisanın özünün bütün işlərini gördüyünü, pensiyasını özü aldığını bildirmişdir. Sadəcə Raisa tək yaşamaq istəmədiyinə görə cavabdehə onun evində yaşamağı təklif etmişdir. Raisa öz hərəkətlərini idarə edirdi. Evin şəraiti yaxşı olmamışdır. Raisa evi satmaq istəmişdir. Bu məqsədlə Raisa cavabdehə məhz evi özgəninkiləşdirmək üçün etibarnamə vermişdir. Alğı-satqı zamanı Raisa özü iştirak etsə də, sənədləşmə işlərini etibarnamə əsasında cavabdeh yerinə yetirmişdir. Pulu notariusun depozitindən cavabdeh götürüb Raisanın özünə vermişdir. Pul Raisanın özündə olmuş və sonuncu pulu öz mülahizəsinə uyğun sərf etmişdir. Raisanın hansı rəfiqəsinə borc verməsi barədə cavabdehə məlum deyil. Raisa öldükdən sonra onun dəfni və dəfnlə əlaqədar bütün xərclər cavabdeh tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. Cavabdeh tərəfindən 3.000 manata yaxın mənzil şəraitinin yaxşılaşdırılması və mənzilin digər xərcləri üçün sərf edilmişdir. Cavabdeh tərəfindən pulun Raisaya təqdim edilməsi barədə hər hansı sübut – videoyazı, qəbz və s. yoxdur. Belə ki, cavabdeh onunla bir evdə yaşamış və aralarında etibarlı münasibət olmuşdur. Gələcəkdə belə bir mübahisənin olacağını cavabdeh ehtimal etməmişdir. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçının mərhum Raisa Rijova ilə qardaş-bacı olması, adını dəyişməsi, satılmış mənzilin iddiaçıya vəsiyyət olunması və mirasın qəbulu ilə bağlı notariusa müraciət etməsi barədə sənədlər iş materiallarında öz əksini tapmışdır. Eləcə də Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından aldığı 18.11.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehə mərhum Raisa Rıjovanın dəfn xərcləri ilə bağlı 600 manat ödəniş olunmuş, buna baxmayaraq, cavabdeh bu məqsədlə 3000 manat sərf etdiyini bildirmiş, məhkəmə də həmin vəsaiti tələb olunan ümumi məbləğdən çıxmışdır. Bununla bağlı sorğusuna gec, yəni birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra cavab aldığı üçün qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verə bilməmişdir. Bundan başqa, cavabdeh azərbaycan dilində kifayət qədər yazıboxumağı bacardığı halda, iddiadan yayınmaq məqsədilə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 noyabr 2020-ci il tarixli qərardan şikayət verərək, qərarın ləğvinə nail olmuşdur. Buna baxmayaraq, işdən və təkrar araşdırma zamanı cavabdehin özünün verdiyi izahatdan aydın olur ki, mərhum Raisa Rıjova yaşı ilə əlaqədar olaraq özünü idarə edə bilməmişdir, yəni mənzilin sonuncu tərəfindən satılması və əldə olunmuş pul barəsində sərancam verməsi inandırıcı deyildir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, 27.08.2019-cu il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində mərhum X12 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 39 saylı evin 33 saylı mənzilə sərəncam vermək səlahiyyəti daxil olmaqla 2 ay müddətinə Cavabdeh etibarnamə vermişdir. Cavabdeh təmsil etdiyi X10 adından yuxarıda qeyd edilən mənzili 26000 manata X4 25.10.2019-cu il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində alqı-satqı müqaviləsi bağlamaqla satmışdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 20 fevral 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 17.02.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçı mərhum X5rdaşıdır. 26.10.2018-ci il tarixli adın dəyişdirilməsi haqqında şəhadətnamədən müəyyən edilir ki, X15 adını İddiaçı olaraq dəyişdirmişdir. Təqdim edilmiş 01.08.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X12 ölən günə kimi ona məxsus olan ünvan 3 ünvanında yerləşən 33 saylı mənzilini, "xxxx" ASC-də 41220-011316-000-001-000 hesabda və "xxxx" ASC ******************** hesabda olan əmanətini qardaşı X6 vəsiyyət etmişdir. Mərhum X10 vərəsəsi olaraq İddiaçı ərizəsi əsasında 51 saylı notariat ofisində 2020-ci il tarixdə vərəsəlik işi açılmışdır. Apellyasiya baxışında iddiaçının nümayəndəsinin təqdim etdiyi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının verdiyi 18.11.2021-ci il tarixli arayışdan görünür ki, mərhum X12 28.02.2020-ci il tarixə kimi Suraxanı rayon xidmət nümayəndəliyi tərəfindən aylıq pensiya məbləği 355,14 manat olmaqla ödənilmişdir. R.Rıjova 17.02.2020-ci il tarixdə vəfat etdiyindən pensiya ödənişi dayandırılmış və 2020-ci ilin mart ayında Cavabdeh müraciətinə əsasən 600 manat dəfn xərci ödənilmişdir (poçt qəbzindən görünür ki, hazırki arayışın verilməsinə əsas olan vəkil sorğusu 21.09.2021-ci il tarixdə verilmişdir). İşin hallarında görünür ki, 87 yaşlı X12 (fiziki) özünü idarə edə bilmədiyi üçün qohumu Cavabdeh evə köçüb orada yaşamışdır. Mərhumun Vitalinin evində qalmaq üçün muzd ödənilib-ödənilmədiyi məhkəmənin mübahisə predmeti olmamış və tərəflər bu halı mübahisələndirməmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Suraxanı rayon Pİ-nin 32 Polis Bölməsinin 27 noyabr 2020-ci il tarixli qərarında X11 məxsus olmuş mənzilin satışından əldə edilmiş 26000 manat məbləğində puldan 15000 manatını mərhuma verildiyini, qalan pulun Vitaliy tərəfindən xərcləndiyi göstərilmiş, məhkəmədə cavabdehin təmsil edən nümayəndə və vəkili tərəfindən həmin qərarın qüvvədə olan vaxtda Raisa tərəfindən 14000 manat pulun hədiyyə olaraq Vitaliyə verilməsini qeyd etsə də, sonrakı məhkəmə iclasında həmin qərarı rəhbər tutaraq bildirdiyini, lakin, hazırda həmin qərar predusial əhəmiyyəti olmadığını və pulun tam həcmdə Raisa tərəfindən xərcləndiyini qeyd etmişdir. Apelyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi-vəkili birinci instansiya məhkəməsində qeyd edilən şəkildə izahat verdiyini, həmin izahatı verərkən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara istinadən qeyd olunanları dediyini bildirmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən mənzilin satışından əldə olunmuş 26000 manat pulun Raisaya verib-verməməsindən aslı olmayaraq, həmin pulun Raisa tərəfindən xərclənməsi ağlabatan deyildir. Belə ki, Cavabdeh artıq vəkilin iştirakı ilə verdiyi izahatında göstərir ki, X12 özünü idarə edə bilmədiyi üçün onlara köçmüşdür. Bundan başqa mərhumun pensiya kartından pulun Vitaliy tərəfindən çıxarılması özüözlüyündə mərhum Raisa Rıjovanın fiziki hərəkətinin məhdud olduğunu təsdiq edir. Cavabdeh və ailə üzvü ilə bir evdə yaşayan və sərbəst özünü idarə edə bilməyən Raisaya məxsus olmuş 26000 manat pulun aqibətindən hər hansı yanaşı dəlil gətirmədən məlumatsız olduğunu bildirməsi inandırıcı deyil. Buna görə də dəfn xərci çıxıldıqdan sonra mübahisə predmeti olan 23000 manat pul cavabdehdən alınaraq miras qoyan ikinci növbəli vərəsəsi İddiaçı verilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31.08.2021-ci il tarixli qərardan görünür ki, izahatı alınmış X7 bildirmişdir ki, Qaraçuxur qəsəbəsi, F.Kazımzadə küçəsi, ev 39, mənzil 33 ünvanını “ASAN” Xidmətdən alqı-satqı yolu ilə dövlət rüsumu ödəməklə qanuni şəkildə almışdır, həmin mənzil anası ilə qonşu olan Raisaya məxsus olmuşdur, Raisa xəstə olduğu üçün qohumu Vitaliy ona baxdığı üçün mənzili ona etibarnamə ilə vermişdir. Vitaliy Raisaya vəfat edənə kimi baxıb, qulluq etmişdir, sonradan Vitaliy mənzili satarkən onlara müraciət etmiş, onlar evi 26000 manata almışlar, pulu da banka köçürmüşlər. Daha sonra mənzilin Raisanın adına olduğunu, qardaşı Stanislav Rijovin həmin mənzildə qeydiyyatda olmadığını, 2019-cu ilin avqust ayında Stanislav Bakı şəhərinə bacısının yanına gəldiyini, onlar birlikdə Vitalinin iştirakı ilə notariusda etibarnamə verildiyini, mənzili tam qanuni yolla aldığını, 10 yaşlı qızının Hidrosefaliya xəstəliyindən əziyyət çəkdiyini, yataq xəstəsi olduğunu göstərmişdir. Mənzili alan Sevda Abdullayevanın izahatından görünür ki, mənzilin Raisa tərəfindən etibarnamə ilə Vitaliyə verildiyini bilmiş, mənzili satmaq üçün Vitaliy onu tapmış və o, mənzili 26000 manata məhz Vitaliydən almışdır. Buradan aydın olur ki, mənzilin satılması təşəbbüsü Cavabdeh tərəfindən göstərilmiş, alıcı tapmış, alqı-satqını həyata keçirmişdir. Qeyd olunanlara əsasən mərhum Raisa Rıjovun mənzilin satılmasından məlumatlı olması şübhə doğurur. Digər tərəfdən mərhum Raisa Rijovun nümayəndəsi olaraq mənzilin satılmasından əldə olunan pulun təmsilçi olaraq təmsil etdiyi şəxs olan Raisa Rıjova çatdırılmasını sübutetmə yükü Cavabdeh üzərinə düşdüyü halda, sonuncu tərəfindən bu hal sübuta yetirilməmişdir. Belə olan halda həmin pulun mərhumun özündə olması, pulla bağlı qərarın mərhum tərəfindən verilməsi ilə bağlı cavabdehin qeyd etdikləri inandırıcı hesab edilməməklə, öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Yenə də Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3409/2021 saylı iş üzrə 24 sentyabr 2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1533/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1533/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver