Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1537/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi İddiaçı Cavabdehlər İddiaçı və Nümayəndə qarşı qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi, mənzilin bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi, eyni zamanda qarşılıqlı iddia üzrə cavabdeh (oğlu) Nümayəndə, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsinə” dair ilk iddia ərizəsi, iddiaçı Cavabdehlər İddiaçı və Nümayəndə qarşı “pay bölgüsü və təzminat tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)-3759/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-997/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə cavabdeh Nümayəndə arasında bağlanmış xx.xx.2001-ci il tarixli nikah qeydi pozulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə Cavabdeh arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.1990-cı il tarixli 108589 saylı orderin surətindən müəyyən olunur ki, ünvan 2ı evin 65 saylı mənzili X6 ailə üzvləri əri D.Q.Məmmədov, oğlu Nümayəndə ilə birlikdə ayrılmışdır. 52 saylı MKİS-in xx.xx.2005-ci il tarixli 887 saylı forma 2 arayından müəyyən olunur ki, Nəsimi RİH-in balansında olan ünvan 2ı evin 65 saylı mənzilində X9 1990-cı ildən, oğlu Nümayəndə Davud oğlu 1990-cı ildən, gəlini Cavabdeh 2004-cü ildən, nəvəsi X10 2004cü ildən, nəvəsi X13 2004-cü ildən daimi qeydiyyatdadırlar. X2 ünvan 1 ünvanladığı ərizədən müəyyən olunur ki, o, ünvan 2ı evin 65 saylı mənzilinin adına özəlləşdirilməsini xahiş etmişdir. X7 ünvan 1 ünvanladığı ərizədən müəyyən olunur ki, o, ünvan 2ı evin 65 saylı mənzilinin həyat yoldaşı X3 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh Texniki inventarlaşma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinə ünvanladığı xx.xx.2006-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, ünvan 2ı evin 65 saylı mənzilinin anası X3 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Nümayəndə Davud oğlunun Texniki inventarlaşma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinə ünvanladığı xx.xx.2006-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, ünvan 2ı evin 65 saylı mənzilinin anası X3 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Texniki inventarlaşma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 2ı evin 65 saylı mənzilinə dair X4 mülkiyyət hüquqları 1422 saylı reyestr kitabında 213509 səhifədə 30/213509 qeydə alma nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2004cü il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş təhqiqatçısı N.Sadıqovun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda Azərbaycan Respublikası CM-in 186-cı maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş Nümayəndə Davud oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə inzibati qaydada müvafiq tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti xidmət sahəsinə göstəriş verilməsi üçün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəhbərliyinə təqdim edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42 ünvanında yerləşən 65 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42 ünvanında yerləşən 65 saylı mənzildə yaşayır. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdəti tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi, İddiaçı mülkiyyətindədir. Üçüncü şəxs xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh iddiaçının keçmiş gəlinidir. Üçüncü şəxs Cavabdeh 2004-cü ildən etibarən həmin mənzildə qeydiyyatdadır. Cavabdeh ilə iddiaçının oğlu Nümayəndə 2001-ci ildə nikaha daxil olmuşlar. Onlar arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. 2021-ci ilin avqust ayından etibarən artıq həmin şəxs qeyd olunan mənzildə yaşamır. Adı qeyd olunan şəxsin İddiaçı məxsus olan mənzildə qeydiyyatda olması hazırda iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, İddiaçı əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğun mənzili istədiyi şəkildə alqısatqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olması iddiaçı üçün əlavə xərclərə səbəb olur, eyni zamanda üçüncü şəxsə gələn məktublar həmin ünvana gəlir. Bu da narazılığa səbəb olur. Ona görə də, hazırda İddiaçı cavabdeh xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh qeydiyyatdan çıxarmaq niyyətindədir. İddiaçı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə «qeydiyyatdan çıxma» tələbinə dair ərizəsi ilə müraciət etmişdir. Lakin, Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də, İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, Nəsimi Rayon Məhkəməsi iddia tələbini tam təmin etməlidir, iddiaçının gəlini xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul etməlidir. İddiaçı Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 65 saylı mənzil aralarında bölünməsinə, mənzilin ikidə bir hissəsinə onun mülkiyyət hüququnun tanınmasına və ya 30.000 manat məbləğində təzminat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə o, 2001-ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahdan uşaqları olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. ünvan 5 ünvanında yerləşən 65 saylı mənzil X8 məxsusdur və o, cavabdeh Nümayəndələ evli olduqları vaxtdan həmin mənzildə yaşayır. X20 Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən arayış var. O, 2001-ci il tarixindən həmin mənzildə yaşayır, xx.xx.2004-cü il tarixində isə mənzilə qeydiyyata düşmüşdür. 2018-ci ildən oğlu Türkiyədə təhsil aldığına görə mütəmadi olaraq onun yanına getmiş və 2021-ci il tarixindən xəstəliyi ilə bağlı Türkiyədə müalicə almağa başlamışdır. Yoldaşı bu dövrdə ona heç bir köməklik etmir və qaynanası tərəfindən təhqirlərə, şər böhtana məruz qalmışdır. Bu səbəbdən boşanmağa qərar vermişdir. Cehiz əmlakları və bütün əşyaları həmin mənzildə qalanda yararsız hala salınmış, əşyalar hal-hzırda həmin ünvandadır. Bununla bağlı dəfələrlə polisə müraciət etmiş ona həmin evdə yaşamağa imkan verilmir. Birgə nikah dövründə yaşadıqları və qeydiyyatda olduğu evdən başqa onun yaşayış yeri yoxdur. Buna görə də həmin evin birgə əmlak kimi aralarında bölünməsini məhkəmədən xahiş edir. Hal-hazırda o, rəfiqələrinin evində yaşayır. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə ilk iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, o, Cavabdeh mübahisəli evə istifadə hüququnu tanımamış, yalnız onun həmin mənzilə qeydiyyata alınmasına razılıq vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)- 3759/2024 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilərək Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, iddiaçı Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2001-ci il tarixdə İddiaçı ailə üzvü Nümayəndə ilə rəsmi nikah qeyd etdirməklə ünvan 6 ünvanına gəlin köçmüş, xx.xx.2004-cü il tarixdən həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmış, nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh həmin mənzildə yaşamır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh həmin evə istifadə hüququnun yaranıbyaranmaması halı, onun əsasları və tətbiq ediləcək qanunvericilik normaları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. Həmin Məcəllənin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə hesab etmişdir ki, Cavabdeh mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun həll edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2.-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə Cavabdeh ilə İddiaçı arasında yuxarıda sadalanan mütləq şərtlər yerinə yetirilməmiş, bu hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında İddiaçı Cavabdeh həmin evə istifadə hüququnu tanımadığını, onun yalnız mənzilə qeydiyyata alınmasına razılıq verdiyini qeyd etsə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin Cavabdeh ünvan 6-ə «qeydiyyata alınmasına razılıq» verməsi onun həmin mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün əsas deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamına dair notariat qaydasında bağlanmış razılaşma olmadığından və cavabdehin həmin mənzilə istifadə hüququ yaranmadığından, onun həmin mənzildən qeydiyyat çıxarılması üçün istifadə hüququna xitam verilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, ilk iddia təmin olunduğundan qarşılıqlı iddianın təmin olunması əsasları öz əhəmiyyətini itirməklə, rədd edilməlidir. Buna baxmayaraq, qarşılıqlı iddiada mübahisəli mənzilin ümumi birgə əmlak hesab olunması dəllilərinə münasibətdə qeyd edilməlidir ki, mənzil üzrə hüquq müəyyənedici sənədlərə əsasən İ.S. Məmmədovaya xx.xx.1990-cı il tarixdə orderin verilməsi, bu əsasların olması səbəbindən həmin mənzilin sonradan onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması aşkardır. Bu faktların mövcudluğu mənzilin birgə nikah dövründə əldə edilməsini istisna etməklə onun üzərində ümumi mülkiyyət əsaslarını yaratmır. Belə ki, əmlakın ümumiliyi dedikdə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Dövlət reyestrində qeydə alıması üçün mənzildə faktiki yaşayanların və ya mənzil sahəsinə hüququ olanların razılıq ərizəsinin təqdim edilməsi isə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci və 8-ci maddələrinin tələblərindən irəli gələn haldır. Belə ki, qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunmalıdır ki, cavabdeh həmin anda iddiaçının gəlini olmaqla, razılıq ərizəsində yaşadığı mənzilin anasının adına özəlləşdirilməsinə etiraz etmədiyini ifadə etmişdir. Bu isə onun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində iddiaçı ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizəsi kimi qəbul edilməsinə əsas vermir. Bununla da mənzil özəlləşdirilərkən cavabdehin razılıq ərizəsinin verməsi onun mülkiyyət hüquqularınının yaranması əsası kimi qəbul edilə bilməz. O cümlədən qeyd olunmalıdır ki, yekun nəticədə mənzilə mülkiyyət hüquqları cavabdehin əri adına deyil, həmin anda qaynanasının adına qeydə alınmışdır ki, bu da mənzilin ümumi birgə nikah dövründə əldə edilmiş əmlak olaraq hesab edilə bilməsini istisna edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilindən istifadə hüququna xitam verilməli, Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 228.1, 228.2, 228.5-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə, 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 5, 8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 77.1, 78.1, 107, 119.1, 217.2, 217.4-cü maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3759/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsini, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia tələbi təmin edilməklə, yeni qətnamənin qəbul edilməsini, eyni zamanda kompensasiya məbləğinin cavabdehdən tutulmasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı olaraq İddiaçı cavabdehə qarşı “mənzildən istifadə hüququma xitam verilməsi” tələbi ilə, cavabdeh tərəfindən ilkin iddiaçıya qarşı “pay bölgüsü və təzminat tələbi” ilə qarşılıqlı iddia Nəsimi Rayon Məhkəməsinin icraatında olmuşdur. Məhkəmə Kollegiyasının diqqətinə çatdırılır ki, ilkin iddiaçı mənzilə münasibətdə cavabdehin istifadə hüququnun olmasını iddia ərizəsi əsasında etiraf edir. Mülki iş üzrə ilkin İddiaçı xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə “iddia ərizəsi” təqdim edərək, cavabdeh xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42 ünvanında yerləşən 65 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42 ünvanında yerləşən 65 saylı mənzildə yaşayır. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdəti tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, İddiaçı mülkiyyətindədir. Üçüncü şəxs xx.xx.1974cü il təvəllüdlü Cavabdeh iddiaçının keçmiş gəlinidir. Üçüncü şəxs Cavabdeh 2004-cü ildən etibarən həmin mənzildə qeydiyyatdadır. Cavabdeh ilə iddiaçının oğlu Nümayəndə 2001-ci ildə nikaha daxil olmuşlar. Onlar arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. 2021-ci ilin avqust ayından etibarən artıq həmin şəxs qeyd olunan mənzildə yaşamır. Adı qeyd olunan şəxsin İddiaçı məxsus olan mənzildə qeydiyyatda olması hazırda iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, İddiaçı əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan mənzili istədiyi şəkildə alqı-satqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olması iddiaçı üçün əlavə xərclərə səbəb olur, eyni zamanda üçüncü şəxsə gələn məktublar həmin ünvana gəlir. Bu da narazılığa səbəb olur. Ona görə də, hazırda İddiaçı cavabdeh xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh qeydiyyatdan çıxarmaq niyyətindədir. İddiaçı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə «qeydiyyatdan çıxma» tələbinə dair ərizəsi ilə müraciət etmişdir. Lakin, Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də, İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, Nəsimi Rayon Məhkəməsi iddia tələbini tam təmin etməlidir, iddiaçının gəlini xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul etməlidir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı və Nümayəndə qarşı “pay bölgüsü və təzminata dair” qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edilərək, ünvan 3 ünvanında yerləşən 65 saylı mənzilin aralarında bölünməsinə, mənzilin ikidə bir hissəsinə cavabdehin mülkiyyət hüququnun tanınmasına və ya 30.000 manat məbləğində təzminat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, cavabdehlə (ilkin iddiaçının oğlu Məmmədov Elşad) Cavabdeh, 2001-ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahdan yetkinlik yaşına çatmış iki övladları vardır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42 ünvanında yerləşən 65 saylı mənzil İddiaçı məxsusdur və cavabdeh Nümayəndələ evli olduğu vaxtdan (2001-ci ildən etibarən) həmin mənzildə yaşayır. Həmçinin bu fakta dair Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayış iş materiallarına əlavə edilib. O, 2001-ci il tarixindən həmin mənzildə yaşayır və xx.xx.2004-cü il tarixində isə mənzilə qeydiyyata düşmüşdür. Mənzil özəlləşdirilən zaman Nəsimi RİH-nin 52 saylı MKİS-nin xx.xx.2005-ci ildə “daimi qeydiyyatda olanlar” barədə verilmiş 488 saylı arayışda bu mənzildə 2004-cü ildən etibarən qeydiyyatda olduğu qeyd olunub (işə əlavə edilib). 2018-ci ildən oğlu Türkiyədə təhsil aldığına görə mütəmadi olaraq onun yanına getmişdir. 2021-ci ildə xəstəliyi ilə bağlı Türkiyədə müalicə almışdır. Yoldaşı bu dövrdə ona heç bir köməklik etməmiş və qayınanası tərəfindən təhqirlərə, şər böhtana məruz qalmışdır. Bu səbəbdən boşanmağa qərar vermişdir. Cehiz əmlakları və bütün əşyaları həmin mənzildə olduğundan yararsız hala salınmış, əşyaları hal-hazırda həmin ünvandadır. Bununla bağlı dəfələrlə polisə müraciət etmiş, lakin onlar həmin evdə yaşamasına imkan vermirlər. Nəsimi rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər araşdırmalar aparılmışdır. xx.xx.2023-cü il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmə nəzərə almalıdır ki, istifadə hüququnun olduğu mənzildə əmlaklar hal-hazırda saxlanılmaqdadır. Birgə nikah dövründə yaşadığı və qeydiyyatda olduğu evdən başqa yaşayış yeri yoxdur. Hal-hazırda rəfiqələrinin evində yaşayır. Məhkəmələr faktları əsas götürərək qanun əsasında qərar qəbul etməli olduqları üçün, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)3759/2024 saylı qətnaməsi qəbul edilərkən faktlar nəzərə alınmadan, sübutlar düzgün qiymətləndirilmədən qanunsuz qətnamə qəbul edilmişdir. İlkin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin adından və iddianın xahiş edirəm hissəsində iddiaçı açıq-aydın formada yazır; “...Cavabdeh ... ünvan 9 ünvanda yerləşən 65 saylı mənzildə istifadə hüququ var! Başqa sözlə, ilkin iddiaçı cavabdehin qeyd olunan 65 saylı mənzildən istifadə etməyə dair hüququnun olduğunu danmamış, əksinə cavabdehin belə bir hüquqa malik olduğunu iddiası əsasında etiraf etmişdir. Eyni zamanda Nəsimi Rayon Məhkəməsinin sorğusuna 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubu əsasında cavabdehin 65 saylı mənzilə dair istifadə hüququnun olmasını təsdiq edən aşağıdakı sənədlər (iş materiallarına əlavə edilmişdir) məhkəməyə təqdim edilmişdir. a) Bakı şəhəri İH-nin MKTB-nin xx.xx.2001-ci il tarixli arayışından məlum olur ki, 65 saylı mənzildə həmin vaxt 3 (üç) nəfər İddiaçı, D.Məmmədov və Nümayəndə qeydiyyatda olmuşlar. b) İcra Hakimiyyətinin MKTB-nin 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli 488 saylı arayışında qeyd olunur ki, 65 saylı mənzilə İddiaçı, Nümayəndə, Cavabdeh , Davud Məmmədov və Riad Məmmədov olmaqla, mənzildə 5 (beş) nəfər qeydiyyatdadırlar. Qeyd olunan arayışda qeyd olunub ki, İddiaçı və Nümayəndə mənzildə 1990-cı ildən etibarən digər 3 (üç) nəfərlərin Mehriban Məmədova, Davud Məmmədov və Riad Məmmədovun 65 saylı mənzildə qeydiyyatı 2004-cü ildən mövcuddur. c) Mənzilin özəlləşdirilməsinə dair (2005 – 2006-cı illərdə dair olan) razılıq ərizələrində aşağıdakılar qeyd edilib: İddiaçı 65 saylı mənzilin özəlləşdirilməsinə razılıq verilməsini ərizə əsasında xahiş etmişdir. X11 mənzilin İddiaçı adına özəlləşdirilməsinə dair razılıq ərizəsi vermişdir. Nümayəndə Davud oğlu 65 saylı mənzili İddiaçı adına özəlləşdirilməsinə razılıq ərizəsi təqdim etmişdir. Eyni zamanda mənzillərin özəlləşdirilməsi qaydalarına uyğun olaraq, 65 saylı mənzildə qeydiyyatı olmuş mülki iş üzrə Cavabdeh tərəfindən özəlləşdirilmə ilə əlaqədar razılıq ərizəsi təqdim olunmuşdur. Cavabdeh 07 yanvar 2006-cı il tarixdə tərtib edilmiş razılıq ərizəsinin məzmunu aşağıdakı kimi olmuşdur: “Mən yaşadığım mənzilin anam X3 adına özəlləşdirilməsinə etiraz etmirəm”. Mən yaşadığım mənzilin “anam” İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişəm. Bu heç də cavabdehin həmin mənzilə olan istifadə hüququndan imtina kimi qəbul edilə bilməz. Eyni zamanda İddiaçı oğlu Nümayəndə Davud oğlu da mənzili “anası” İddiaçı adına özəlləşdirilməsinə etiraz etməməsi barədə ərizə təqdim etmişdir. Məhkəməyə təqdim olunmuş rəsmi arayış, ərizə və digər sənədlərdən məlum olur ki, Cavabdeh olaraq mənzil özəlləşənə qədər oradan istifadə hüququ və qeydiyyatı olub. Mənzilin özəlləşdirilməsinə etiraz etməmişdir. Mənzil məhkəmə qətnaməsində qeyd olunduğu kimi 2008-ci ildə deyil, 2006-cı ildə özəlləşdirilib. Mənzilin xüsusi mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı ildə “Qeydiyyat vəsiqəsi” verilmişdir (işə əlavə edilib). Məhkəmə sübutları (faktları) qiymətləndirərkən nəzərə almamışdır ki, cavabdeh 2001-ci ildə nikaha daxil olmuşdur. 2001-ci ildən etibarən faktiki olaraq Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilində yaşamağa başlamışdır. İlk övladı bu mənzildə 2002-ci ildə anadan olmuşdur. Bu vaxta qədər cavabdehə məxsus olan əmlaklar həmin mənzildədir. Məhkəməyə cavabdeh tərəfindən təqdim olunmuş bank kreditlərindən aydın şəkildə görünür ki, 2010-cu ildə və sonrakı illərdə cavabdeh "xxxx" KB ASC (İnqilab və Yasamal filiallarından” və "xxxx" ASC-dən müxtəlif məbləğlərdə ailə üzvlərinin razılığı ilə böyük məbləğlərdə kreditlər götürmüşdür (kredit ödənişlərinə dair sənədlər iş materiallarına əlavə edilib). Götürülmüş kreditlərin böyük əksəriyyəti Bakıxanov küçəsi, ev 42-də yerləşən 65 saylı mənzilin təmirinə, yenidən qurulmasına (kafel-metlax işi, qapıların yenilənməsi, parket işi, mətbəx mebeli, künc divanı və s.) və digər yaxşılaşdırılmasına xərclənmişdir. Beləliklə, məhkəmə nəzərə almalıdır ki, cavabdeh 2001-ci ildən etibarən 65 saylı mənzildə faktiki yaşamağa başlamışdır. 2004-cü ildən etibarən mənzildə daimi qeydiyyata düşməklə, mənzildən istifadə hüququnu qazandığı üçün, 2005-2006-cı illərdə mənzilin özəlləşdirilməsi zamanı cavabdehin də razılığı alınmışdır. Mənzil özəlləşdirildikdən sonra, 65 saylı mənzilin təmir və bərpa işlərini icra etmək üçün, bütün kredit məbləğləri cavabdehin adına və cavabdeh tərəfindən götürülməklə, bütün götürülmüş kredit məbləğləri 65 saylı mənzilin yenidən qurulmasına və s. xərclənmişdir. Kredit cavabdeh tərəfindən götürülərək mənzilə xərcləndiyi üçün, cavabdehin bu xüsusi mülkiyyətdə olan mənzildə payı formalaşmışdır. Mənzildə istifadə hüququna malik olan şəxs kimi, eyni zamanda mənzilin təmir və bərpası məqsədilə həyat yoldaşının və onun anasının, yəni hazırkı iddiaçının razılığı əsasında götürdüyü kredit məbləğlərini evin təmir və yenidən qurulmasına xərcləndiyi üçün, mənzildə cavabdehin payı yaranmışdır. Məhkəmə işin bu hallarını nəzərə almayaraq, mənzilə olan istifadə hüququnu və mənzildə pay əldə etmək hüququnu nəzərə almamaq məqsədilə cavabdehin adına 2010-2022-ci illərdə götürülmüş kreditlərə hüquqi qiymət verilməmişdir (kredit ilə əlaqədar bütün sübutlar məhkəməyə təqdim edilib). Cavabdeh noyabr 2021-ci ildə Türkiyəyə uşaqlarının yanına getmişdir. Orada xəstəliyi ilə əlaqədar müalicə almışdır. Bakıya qayıtdıqdan sonra qapıları bağlayıb, açarları dəyişərək cavabdehi evə buraxmamışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan göründüyü kimi, cavabdeh Türkiyədə olan zaman, geyim əşyalarını yararsız hala salmaq və s. hərəkətlərinin edildiyi halda, Türkiyədən gələndən sonra cavabdehi məcburən evə buraxmamışlar. Hesab edilir ki, məhkəmə qərar qəbul edərkən AR MM-nin 228-ci maddəsinin tətbiqi ilə əlaqədar AR KMnin aşağıdakı qərarlarından irəli gələn hüquqi mövqeyi düzgün tətbiq etməmişdir. Aşağıdakı qərarların mövcudluğu məhkəməyə bildirilir: 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarı, 27 may 2008-ci il tarixli qərarı, 08 oktyabr 2013-cü il tarixli qərarı, 16 dekabr 2014-cü il tarixli qərarı, 29 mart 2016-cı il tarixli qərarı və 12 iyul 2016-cı il tarixli qərarlardan irəli gələn hüquqi mövqeyi və işin faktiki hallarını nəzərə almadan qanunsuz qərar qəbul edilmişdir. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. AR MM-nin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. AR MM-nin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə aşağıdakı norma müəyyən edilmişdir: Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibülluğa çatmamış uşaqlannı köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan normalar istifadə hüququnu istisna etmir. Hansı ki, cavabdehin mənzilin yaxşılaşdırılmasında və təmirində payı olmuşdur. Payın olması iş materiallarına əlavə edilmiş kredit müqavilələri ilə sübut olunur. Eyni zamanda hakim Nail Abbasovun icraatında olan e-2(006)-284/2025 saylı digər iş üzrə cavabdehin bu iddiaçılardan evin təmiri ilə əlaqədar pul tələbinə dair işin halları ilə də məlum olur ki, evin təmir və yenidən qurulmasında iştirak və payı olmuşdur. Əslində hakim işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən “yaşayış sahəsi üzərində mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasında olan fərq nəzərə alınmalıdır. “Mülkiyyət hüququ”nun anlayşı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda “yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” meydana gəlir. Məhkəmə nəzərə almalıdır ki, ilkin iddiaçı iddia ərizəsində cavabdehin mənzilə dair istifadə hüququnun olmasını etiraf edir. Məhkəmə bu faktı və etirafı düzgün qiymətləndirməmişdir. Hesab edir ki, məhkəmə cavabdehin mənzilə dair istifadə hüququnu düzgün qiymətləndirməmişdir. Mübahisəli məsələlərə baxarkən məhkəmə nəzərə almamışdır ki, 65 saylı mənzilin təmirinə və genişləndirilməsinə çəkilmiş xərclərin böyük əksəriyyəti 2010cu ildən sonrakı illərdə Cavabdeh adına götürülmüş bank krediti hesabına (işə əlavə edilib) həyata keçirilib. Cavabdeh bu mənzildə payı yaranmışdır. Cavabdehin 2010-2022-ci illər aralığında banklardan götürdüyü krediti 65 saylı mənzilin yaxşılaşdırılmasına, genişləndirilməsinə yönəltməklə, mənzilə münasibətdə pay hüququ yaranmışdır. Cavabdeh tərəfindən kredit hesabına evin daxilindən pilləkən quraşdırılmaqla, mansarda birbaşa giriş mövcuddur. Cavabdehin mənzil özəlləşənə qədər mənzildə qeydiyyatı olmuş və 2010-2022-ci illərdə bütün ailə üzvlərinin razılığı ilə evi yaxşılaşdırılması üçün kredit götürüb evə xərcləmişlər. İstifadə hüququ mülkiyyət hüququna bərabərdir. Cavabdeh mənzilin yaxşılaşması üçün götürülmüş kreditləri evə xərcləmişdir. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Nəzərə alınmalıdır ki, uşaqların 2018-ci ildən etibarən Türkiyədə təhsil aldığı üçün, onların qayğısına qalmaq zərurəti yarandığından, cavabdeh uşaqların yanına getmişdir. Oradan qayıtdıqdan sonra, 2022-ci ildə boşanma faktı olmuşdur. İlkin iddiaçı mənzili satıb, bütün vəsaiti özününküləşdirmək məqsədilə cavabdehin hüquqlarını pozaraq, cavabdehi məcburən evə buraxmır. Hansı ki, zamanında cavabdeh tərəfindən götürülmüş kredit vəsaiti hesabına ev yaxşılaşdırılıb. Həmin vaxt ilkin iddiaçı cavabdehlə hesablaşırdı. İndi mövqeyini dəyişmişdir. Məhkəmə məsələyə qiymət verərkən nəzərə almalıdır ki, ilkin iddiaçı evdə cavabdehin yaşadığını bilərəkdən əngəlləyir. Hansı ki, evin yenidənqurma və təmir işlərinə cavabdehin götürdüyü kredit məbləğlərini xərcləməklə evin yaxşılaşdırılmasında iştirakına görə, həmin evə münasibətdə həm də pay hüququ yaranmışdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu normaları tətbiq edərkən Məhkəmə nəzərə almalıdır ki, evin təmir və yaxşılaşdırılması məqsədilə cavabdeh tərəfindən öz adına götürülmüş bank kreditləri evə xərclənib. Kredit məbləğləri evin yaxşılaşdırılmasına xərclənib. Cavabdeh 65 saylı mənzilin təmir və yaxşılaşmasına pul vəsaiti xərclədiyi üçün, mənzildə pay hüququ, həm də mənzilə münasibətdə istifadə hüququ olmuşdur. Belə olan halda 1-ci İnstansiya Məhkəməsində eyni hakimin icraatında, həm də e-2(006)-3237/2024 saylı pul tələbinə dair işin icraatda olması faktı, habelə istifadə hüququ olduğu halda, kompensasiya ödənilmədən cavabdehin istifadə hüququna xitam verilməsi qanunsuz olmuşdur. Hesab edir ki, məhkəmə qətnaməsi əsasında işin faktiki halları düzgün araşdırılmamış, nəticədə maddi hüquq normaları və prosessual normalar pozulmuşdur. Məhkəmə işin hallarını düzgün araşdırmayaraq, səhv nəticəyə gəlmişdir. Məhkəmə mənzilə münasibətdə cavabdehin istifadə hüququnun mövcudluğunu nəzərə almamışdır. Evin yaxşılaşdırılmasına yönəldilmiş, yəni cavabdeh tərəfindən götürülmüş kreditlərin evə xərclənməsi faktını nəzərə almadığı üçün, həm istifadə hüququnu, həm də pay hüququnu nəzərə almamışdır. Apellyasiya şikayətində yuxarıda qeyd olunanlar üzrə, iş üzrə əhəmiyyətli hallar, sübutlar və sair dəlillər düzgün qiymətləndirilməmişdir. Hansı ki, ilkin iddiaçı özü cavabdehin istifadə hüququnun olmasını etiraf edir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3759/2024 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia tələbi təmin edilməklə, yeni qətnamənin qəbul edilməsini, eyni zamanda kompensasiya məbləğinin cavabdehdən tutulmasının təmin edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi, eyni zamanda qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh (oğlu) Nümayəndə apellyasiya şikayətinə etiraz edib, şikayətin təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 43.Mənzil hüququ İ.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı: “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə ilk iddia təmin edildiyindən, qarşılıqlı iddia isə təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)-3759/2024 nömrəli qətnaməsi ilk iddia ərizəsinin təmin edilən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə dair ilk iddia ərizəsi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə Cavabdeh Nümayəndə ilə xx.xx.2001-ci il tarixdə nikaha daxil olduqdan sonra dövlət mülkiyyətində olan, icarədarı isə İddiaçı (Nümayəndə anası) olan ünvan 2ı evin 65 saylı mənzilinə köçmüş, bu mənzildə icarədar İddiaçı və onun ailə üzvü olan Nümayəndəla birgə təsərrüfüt aparmış, sonuncu ilə birgə nikahından bu ünvanda iki övladı dünyaya gəlmişdir. 2004-cü ildə mənzilə qeydiyyata alınan Cavabdeh mənzilə istifadə hüququ olan digər şəxslərlə birlikdə 2006-cı ildə dövlət mülkiyyətində olan mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. K.Cavabdeh Nümayəndəla nikahı pozulduqdan sonra onun ünvan 2ı evin 65 saylı mənzilindən istifadə etməsində manelər yaranmış, ona məxsus əşyaların bir hissəsinin Nümayəndə tərəfindən yandırılması səbəbindən K.Cavabdeh polisə müraciət etmişdir. Bundan sonra mənzilin mülkiyyətçisi K.Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi K.Cavabdeh mənzilə istifadə hüququnun yaranıb-yaranmamasını yoxlayarkən maddi hüquq normasını düzgün təbiq etmədiyindən ilk iddia tələbi üzrə düzgün nəticəyə gəlməmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, hazırkı işlə bağlı ilkin iddia tələbi üzrə doğru nəticəyə gəlmək üçün tərəflər arasında mənzillə bağlı hüquq münasibətlərinin hansı tarixdən yaranmasını, mübahisəli mənzilə dair ilk iddiaçının mülkiyyət hüquqlarının nə vaxt və hansı əsaslarla qeydə alınmasını müəyyən etmək gərəklidir. Bu halları müəyyən edib düzgün nəticəyə gəlmək üçün birinci instansiya məhkəməsinə kifayət qədər sübutlar təqdim olunsa da, məhkəmənin ilk iddia ərizəsi ilə bağlı gəldiyi nəticədən müəyyən olunur ki, “Cavabdeh mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsinin tələb olunduğunu, bu şərtlərin yerinə yetirilməsinin isə məhkəmə araşdırması zamanı müəyyən olunmadığı” qənaətinə gələn məhkəmə, ilk iddia ərizəsinin təmin edilməsi, yəni Cavabdeh mənzilə istifadə hüququna xitam verilməsi barədə qərar qəbul etmiş, öz qənaətinə görə yaranmayan hüquqa xitam verilməsini qət etmişdir. Mülki işdə olan sənədlərdən isə müəyyən olunur ki, Cavabdeh 2001-ci ildə dövlət mülkiyyətində olan mənzilə, kirayəçinin və onun ailə üzvünün razılığı ilə köçürüldüyündən onun həmin mənzilə xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən istifadə hüququ yaranmışdır. Daha sonra mənzil özəlləşdirilərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun tələblərinə əsasən, özəlləşdirmədə iştirak etmək hüququ olan şəxslərdən biri kimi Cavabdeh da, mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim hüququndan istifadə etmiş və mənzilin İddiaçı adına özəlləşdirilməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini təqdim etmişdir. İlk iddia ərizəsi üzrə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilinə dair mülkiyyət hüquqları qeydə alındıqdan sonra da Cavabdeh mənzildə yaşamaqda davam etməklə qeyd olunan mənzil onun ailəsi ilə birlikdə daimi yaşayış yeri olmuşdur. Hazırda isə Cavabdeh mənzildən ona yaradılan manelərə görə istifadə edə bilmir. Kollegiya ilk iddia ərizəsi ilə bağlı mülki işdə olan sübutları tədqiq edib belə nəticəyə gəlir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayıldığından, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçinin özü tərəfindən də pozulmaqdan müdafiə olunduğundan, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi mümkün olduğundan, məhkəmə iclasında mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyətində olan mənzilə istifadə hüququ olan Cavabdeh istifadə hüququnun əvəzi olaraq kompensasiya təklifinin olmadığını bildirdiyindən, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilinə Cavabdeh istifadə hüququna xitam verilməsinə dair ilk iddia ərizəsi əsassız və qanunsuzdur, ona görə də təmin edilə bilməz. Kollegiya qarşılıqlı iddia tələblərinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bu iddia tələbləri üzrə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirib qeyd edir ki, mənzilin İddiaçı adına özəlləşdirilməsinə könüllü razılğını verən Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi hallar onun Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilində mülkiyyət hüququnun tanınmasına, payının müəyyən edilməsinə, payına görə təzminat verilməsinə əsas ola bilməz. Belə ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)- 3759/2024 nömrəli qətnaməsi ilk iddia ərizəsinin təmin edilən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə dair ilk iddia ərizəsi təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)- 3759/2024 nömrəli qətaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği M.K. Məmmədovanın özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1537/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1537/2025
15.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver