Məhkəmə qərarları › İş №2(103)-1539/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1539/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1539/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər “xxxxxxxxxxx” Şirkətinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsixxxxxxborcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasıxxxxxxBakı şəhəri Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi 2(001)-531/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı” ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər “xxxxxxxxxxx” Şirkətinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsixxxxxxborcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-531/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli “X2”nə əsasən cavabdehlər “xxxxxxxxxxx” Şirkəti və Cavabdeh2 müştərək qaydada 626.095,97 manat məbləğində əsas borcun, 30.149,56 manat məbləğində faiz borcunun, 15.000 manat məbləğində cərimənin, cəmi 671.245,53 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutularaq Bank “xxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 5 saylı yaşayış evinə və 0,06 ha torpaq sahəsinə və Abşeron rayonu, Fatmayı kəndi, Dadaş Bünyadzadə küçəsi, 1-ci döngədə yerləşən 0,10 ha torpaq sahəsinə və üzərindəki 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh2 qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 5 saylı yaşayış evinin və 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 1.000.000 manat məbləğində, Abşeron rayonu, Fatmayı kəndi, Dadaş Bünyadzadə küçəsi, 1-ci döngədə yerləşən 0,10 ha torpaq sahəsinin və üzərindəki 4 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 150.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 5 saylı yaşayış evinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin əmlakdan çıxmazsa, onların məcburi qaydada çıxarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin əsas, faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilərək, iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qətnamə mahiyyətixxxxxxdüzgün olsa da, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Bu səbəbdən də qətnamə dəyişdirilməl və iddia tələbi tam təmin edilməlidir. “xxxxxxxxxxx” Şirkətinin nümayəndəsi və cavabdeh Vüqar Abdullayev məhkəmə baxışı zamanı iddia tələblərini qismən qəbul edərək, borcun maddi imkansızlıq səbəbindən yarandığını qeyd etmişlər. Cavabdeh tərəf cərimənin azaldılması xahişi ilə məhkəməyə mürcaiət etməmiş, iddia tələblərinin cərimənin tutulması hissəsini məhkəmə baxışı zamanı mübahisələndirməmişdir. Məhkəmə kredit müaviləsixxxxxxcavabdehdən 23049.50 manat məbləğində cərimə borcunu tələb etdiyi halda cərimə borcu əsassız azaldılaraq 15000 manat məbləğində müəyyən edilmişdir. Qətnamədə məhkəmənin bu qənaətinin səbəbləri, əsasları, məhkəmənin bu qənaətə hansı sübut qiymətləndirilməsi nəticəsində gəlməsini göstərməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqaviləxxxxxxgecikdirilmiş kreditə görə hər gecikdirilmiş gün üçün hər tam və ya natamam 100 ABŞ dolları borc məbləğinə 05. ABŞ dolları məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. Qətnamədə göstərilmişdir ki, 25312 saylı xx.xx.2018-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməklə əsas götürülmüşdür. Mübahisələndirilən qətnamə borcun tutulması hissəsində məhkəmə tərəfindən həm də əsaslandırılmamışdır. Bu səbəbdən də məhkəmə əsas və faiz borcun tutulması hissəsində əsassız qənaətə gəldiyindən qətnamə həmin hissədə dəyişdirilməlidir. 119649-1-9929/1 saylı kredit müqaviləsixxxxxxödənilən 392412.14 manat vəsaitin 84256.81 manatı əsas borca, 308016.80 manatı isə faiz borcuna silinmişdir. Cavabdeh “xxxxxxxxxxx” Şirkətinin xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 651737.86 manat, faiz borcu 30182.38 manat, cərimə borcu 23049.50 manat olmaqla, cəmi 704969.74 manat təşkil edir. Məhkəmə tərəindən iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoyulmamış, maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Həmçinin Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin əsas, faiz borcu, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların ilkin satış qiyməti, cərimə məbləğlərinə dair hissədə dəyişdirilərək, əsas və faiz borcunun azaldılması, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların ilkin satış qiymətinin işxxxxxxtəkrar qiymətləndirmə rəyinə uyğun olaraq müəyyənləşdirilməsinə və cərimə məbləğinin 500 manat təyin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərdən tutulacaq əsas borcun və hesablanmış faizlərin məbləğinə, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların hərracdan ilkin satış qiymətinə və cərimənin məbləğinə dair hissəsi qanunsuz və əsassız olduğundan dəyişdirilməlidir. Banka edilmiş ödənişlərin heç də hamısı nəzərə alınmamışdır. Bu səbəbdən də əsas borc və ona hesablanmış faizlər əsassız olaraq şişirdilmişdir. İşxxxxxxtəkrar mühasibatlıq-ekspertizası keçirilməklə əsas və hesablanmış faizlərin məbləği dəqiqləşdirilməlidir. Ona məxsus ipoteka ilə yüklü edilmiş əmlaklar həddən aşağı qiymətləndirilmişdir. Həmin əmlaklar təkrar qiymətləndirilməlidir. Qətnamə ilə cavabdehlərdən 15000 manat cərimənin tutulması nəzərdə tutulmuşdur ki, bu da onların vəziyyətini daha da ağırlaşdırır. Eyni zamanda digər Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin onun, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 5 saylı yaşayış evindən məcburi çıxarılmağına dair hissədə ləğv edilərək, iddianın həmin hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, birinci instansiya məhkəməsinin qətnaməsi onun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, 5 saylı yaşayış evindən məcburi çıxarılmasına dair hissədə qanunsuz və əsassız olduğundan dəyişdirilməlidir. Belə ki, o, tələbədir və digər yaşayış sahəsi olmadığından onun yaşadığı evdən məcburi çıxarılması qanunun tələblərinə ziddir. Apellyasiya şikayətləri mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən iddiaçının nümayəndəsi hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası xxxxxxxxxx Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələblərinə görə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, işxxxxxxtəkrar məhkəməmühasibatlıq ekspertizası keçirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza zamanı silinməxxxxxxhesablama ardıcıllığı düzgün aparılmamışdır. Ekspert rəyində ilkin olaraq əsas və faiz borcuna görə silinmələr göstərilsə də, cərimə borcuna dair silinmələr göstərilməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi öz apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətlərinin təmin edilməməsini və iddia tələbinin tam təmin edilməsi barədə barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, xxxxxxxxxx Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işxxxxxxapellyasiya şikayəti iddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən verildiyi üçün qətnamənin qanuniliyi və əsaslılığı iddianın təmin olunmadığı və yalnız apelyant olan cavabdehlərə qarşı iddianın təmin olunduğu hissələrdə yoxlanılır. Çünki qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə “xxxxxxxxxxx” Şirkəti arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 119649-1-9929 nömrəli “Baş Kredit Razılaşması”na əsasən İddiaçı ASC “xxxxxxxxxxx” Şirkətinə xx.xx.2023-cü il tarixinədək 5.000.000 manat məbləğində kredit xətti açmışdır. İddiaçı ASC ilə “xxxxxxxxxxx” Şirkəti arasında bağlanmış 119649-1-9929/1 saylı xx xxxxxx 2013-cü il tarixli “X2”nə əsasən İddiaçı ASC “xxxxxxxxxxx” Şirkətinə 60 ay müddətinə (12 ay güzəşt), illik 12 faiz dərəcəsi ilə faiz ödəmək şətri ilə dörd tranş üzrə: 1-ci tranşxxxxxx– 334.000 manat, 2-ci tranşxxxxxx160.000 manat, 3-cü tranşxxxxxx220.000 manat, 4-cü tranşxxxxxx219.000 manat, ümumilikdə 933.000 manat məbləğində kredit verməyi, “xxxxxxxxxxx” şirkəti isə verilmiş kredit məbləğini qəbul etməyi, müqaviləxxxxxxmüəyyən edilmiş şərtlərə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə “Bank”a illik 12 faiz ödəməyi öhdəsinə götürmüşdülər. İddiaçı ASC ilə “xxxxxxxxxxx” Şirkəti arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 119649-1-9929/1 nömrəli “X2”xxxxxx“xxxxxxxxxxx” Şirkətinin müvafiq hesabından çıxarışa əsasən İddiaçı ASC tərəfindən “xxxxxxxxxxx” Şirkətinin hesabına xx.xx.2013-cü il tarixdə 334.000 manat, xx.xx.2014-cü il tarixdə 160.000 manat və xx.xx.2014-cü il tarixdə 220.000 manat, cəmi 714.000 manat məbləğində pul köçürülmüşdür. 119649-1-9929/1 saylı xx xxxxxx 2013-cü il tarixli "Komersiya krediti müqaviləsi"nə dəyişiklik və əlavələr edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli 01 saylı Razılaşmaya əsasən kredit alanın Banka xx xxxxxx 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 719.934 manat məbləğində müəyyən edilmiş və Razılaşmanın imzalandığı tarixdən "Kredit alan" kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 34 ay müddətinə istifadə etməyi və xx xxxxxx 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 12% ödəməyi öhdəsinə götürmüşdür, Kredit alanın xx xxxxxx 2016-cı il tarixinə kapitallaşdırılmış Kredit məbləğindən əlavə 1.601 manat məbləğində cərimə borcu mövcuddur. xx xxxxxx 2013-cü il tarixli 119649-1-9929/1 nömrəli "Komersiya krediti müqaviləsi"nə dəyişiklik və əlavələr edilməsi barədə xx xxxxxxx 2016-cı il tarixli 02 saylı Razılaşmaya əsasən kredit alanın Banka xx xxxxxxx 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 696.557 manat məbləğində müəyyən edilmiş və Razılaşmanın imzalandığı tarixdən "Kredit alan" kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 26 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadə etməyi və xx.xx.2018-ci il tarixinədək qaytarmağı və kreditdən istifadə görə “Bank”a illik 12% ödəməyi öhdəsinə götürmüşdür. Bu əlavənin imzalanması ilə 01 saylı əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin 01 saylı əlavə hazırki, yəni 02 saylı əlavə ilə əvəz edilmişdir. İddiaçı ASC-nin maliyyə arayışına əsasən 119649-1-9929/1/2 saylı xx.xx.2016-cı il tarixli “X2”xxxxxx“Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixinə 651.737,86 manat məbləğində əsas, 30.182,38 manat məbləğində faiz, 23.049,50 manat məbləğində cərimə, cəmi 704.969,74 manat məbləğində borcu yaranmışdır. “İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 119650-7-6227 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 “xxxxxxxxxxx” Şirkətinin Bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 119650-NEDVİJ-2049 saylı xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 “xxxxxxxxxxx” Şirkətinin İddiaçı ASC qarşısında olan öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 552,8 kv.m ümumi, 224,6 kv.m yaşayış, 328.2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı, 5 nömrəli fərdi yaşayış evini və torpaq sahəsini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 1.250.000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 119650-NEDVİJ-2050 saylı xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 “xxxxxxxxxxx” Şirkətinin İddiaçı ASC qarşısında olan öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən Abşeron rayonu, Fatmayı kəndi, Dadaş Bünyadzadə küçəsi, 1-ci döngə, 114,8 kv.m ümumi, 36,8 kv.m yaşayış, 78 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 4 nömrəli fərdi yaşayış evini və torpaq sahəsini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 150.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli Forma 2 arayışının surətinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 və X5 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 5 nömrəli fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx xxxxxx 2013-cü il tarixli ərizələrinə əsasən Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0.6 ha torpaq sahəsində yerləşən 6 otaqlı fərdi yaşayış evinin ipotekaya qoyyulmasına etiraz etmədiklərini, tutma ipoteka predmetinə yönələcəyi halda evi qeyd-şərtsiz tərk edəcəklərini bildirmişlər. xx.xx.2013-cü il tarixli arayışa əsasən ünvan 2 döngə ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evində qeydiyyatda heç kim yoxdur. xxxxxxxxxx Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 döngədə yerləşən 0.10 ha torpaq sahəsi və üzərindəki 4 saylı fərdi yaşayış evi “Bank VTB “xxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 37 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. xxxxxxxxxx Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 5 saylı fərdi yaşayış evi və 0.6 ha torpaq sahəsi “Bank VTB “xxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 218 nömrəli reyestr kitabının 20211 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bank VTB “xxxxxxxxxx” ASC tərəfindən cavabdeh “xxxxxxxxxxx” Şirkəti və Cavabdeh2 ünvanlanmış xx.xx.2018-ci il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin surətinə əsasən cavabdehlər “xxxxxxxxxxx” Şirkəti və Cavabdeh2 kredit müqaviləsixxxxxxborcunu ödəmədiyi üçün “İpoteka haqqında” qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyinin icrasını təmin etmək üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə məlumatlandırılmışdır. xxxxxxxxxx Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bank VTB “xxxxxxxxxx” ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətinə əsasən Bank VTB “xxxxxxxxxx” ASC-nin 1457/P saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsi, 5 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. xxxxxxxxxx Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 Bank VTB “xxxxxxxxxx” ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətinə əsasən Bank VTB “xxxxxxxxxx” ASC-nin məktubuna əsasən Cavabdeh2 məxsus Abşeron rayonu, Fatmayı kəndi, Dadaş Bünyadzadə küçəsi, 1-ci döngədə yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evi üzərində tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə kredit müqaviləsixxxxxxödənişlərin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmişdir.İddiaçı tərəfin tələb etdiyi borc məbləği cavabdehlər tərəfindən ödənilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi xxxxxxxxxx Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqında” xxxxxxxxxx Respublikası Qanununun müvafiq maddələrinə istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq xxxxxxxxxx Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, faiz və cərimə borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa xxxxxxxxxx Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsixxxxxxzamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıxxxxxxməhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşə birinci instansiya qaydasında baxılarkən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi olaraq xxxxxxxxxx Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 25312 saylı xx.xx.2018-ci il tarixli rəydən görünür ki, hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri, 1196649-1-9929/1 saylı xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin, eləcə də əlavə sazişlərin qeyd olunan şərtləri nəzərə alınmaqla “xxxxxxxxxxx” şirkətinin İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə 626.095,97 manat məbləğində əsas, 30.149,56 manat məbləğində faiz, xx.xx.2018-ci il tarixinə 626.095,97 manat məbləğində əsas, 42.671,48 manat məbləğində faiz borcu yaranmışdır. Bu görə də birinci instansiya məhkəməsi iddia tələbini ekspert rəyinə uyğun şəkildə təmin etmişdir. Hazırki işdə iddiaçı və Cavabdeh2 apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulmuş əsas və faiz məbləğlərinin miqdarı ilə razı olmasalar da, həmin əsas və faiz borclarının fərqli olması, yəni iddiaçı cavabdehlərdən tutulmalı olan əsas və faiz borcunun daha çox olmasını, Cavabdeh2 isə təkrar mühasibatlıq-ekspertizasının keçirilməsi üçün əsas verə biləcək halları, o cümlədən kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində daha az borcun yarandığı barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək qətnamədə əsas və faiz borcunun tutulması ilə bağlı gəldiyi nəticəni düzgün hesab edir və onunla razılaşır. Qətnamə ilə tutulmuş 15000 manat məbləğində cərimənin miqdarı ilə bağlı iddiaçının və Cavabdeh2 apellyasiya şikayətlərində göstərdikləri dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən göründüyü kimi, iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən cavabdehlərdən 23049,50 manat cərimənin tutulmasını tələb etmiş, lakin birinci instansiya məhkəməsi həmin məbləği azaldaraq 15000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası 23049,50 manat cərimənin azaldılaraq 15000 manat müəyyən edilməsini həm Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, həm də işin halları, o cümlədən 30149,56 manat faiz məbləğinə münasibətdə ədalətli və məqsədəuyğun hesab edir. Qeyd olunmalıdır ki, cərimə məbləğinin tutulması zamanı kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Lakin cərimə məbləğinin iddia tələbində olduğu kimi təmin edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin həmin tələblə bağlı hissədə ləğv və ya dəyişdirilməsi üçün əsas yaratmır. Cavabdeh2 “ipoteka predmetlərinin satış qiymətinin real bazar qiymətindən çox aşağı qiymətləndirilməsi” barədə dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, "xxxxxxxx" Hüquq və Qiymətəndirmə Şirkətinin LF 29 saylı xx.xx.2018-ci il tarixli və LF 30 saylı xx.xx.2018-ci il tarixli ekspert rəylərinə əsasən Bakı şəhəri, C.Xəndan küçəsi, 5 saylı fərdi yaşayış evinin hazırki dövrə olan bazar qiyməti 1.000.000 manat, ünvan 2 döngə ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evinin hazırki dövrə olan bazar qiyməti isə 150.000 manat müəyyən edilmişdir. Apelyant ipoteka predmetlərinin satış qiymətinin aşağı qiymətləndirilməsi ilə bağlı dəlilini təsdiq edə biləcək hər hansı sübutu nəinki məhkəməyə təqdim etmiş, hətta bu barədə fikrini əsaslandırmaq üçün apellyasiya baxışında iştirakını belə təmin etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər Cavabdeh4 apellyasiya şikayətində göstərdiyi “digər yaşayış sahəsi olmadığından, onun yaşadığı evdən məcburi çıxarılmasının qanuna zidd olması” barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, “İpoteka haqqında” xxxxxxxxxx Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən Cavabdeh4 ipoteka qoyanın ailə üzvü olaraq həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür, buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmeti satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh4 bu mənzildən çıxmazsa, onun mənzildən məcburi qaydada çıxarılması qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 məhkəmə aidiyyatı ilə bağlı ərizəsinə münasibətdə isə məhkəmə kollegiyası bildirir ki, hazırki işə birinci instansiya qaydasında baxılarkən aidiyyat qaydaları pozulmamışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrdən ibarət olub, xxxxxxxxxx Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün əsas yaratmadığından təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə apelyantlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı” ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-531/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edilmədiyi və cavabdehlər Cavabdeh2 və Cavabdeh4 qarşı iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılsın. İddiaçı” ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının məbləği apelyantara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə xxxxxxxxxx Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar