Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1539/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nərimanov rayonu 18 saylı MKİS-ə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARDAD Açar sözlər: (“ünvanın ləğv edilməsi və arayışın qanunsuz hesab olunması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, onun, habelə cavabdeh Bakı şəhəri Nərimanov rayonu, 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Nərimanov rayonu 18 saylı MKİS-ə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ünvanın ləğv edilməsi və arayışın qanunsuz hesab olunması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2022ci il tarixli, 2(005)-2275/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS-nin inzibati ərazisində Daş Karxanası küçəsi (təzə küçə adı Fərid Əhmədov) ev 34 V saylı ünvan mövcuddur.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvan rekviziti barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir.
3. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “Mirzəyev və Partnyorları” Vəkil bürosunun vəkili Nümayəndə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda ərazi üzrə 18 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli, 18/1 saylı məktubunun surətinə istinadən Fərid Əhmədov (X17) küçəsi, ev 34V ünvanının fərdi yaşayış evinə məxsus olduğu və mövcud olduğu bildirilmiş, eyni zamanda, fərdi, özbaşına tikilmiş evlərin Birliyin balansında olmadığı və bu evlər, o cümlədən qeydiyyatda olanlar, yaşayanlar və evlərə aid sənədlər barəsində onlarda heç bir məlumatın olmadığı qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına əsasən Cavabdeh2 19 iyun 2019-cu il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına əsasən Cavabdeh2 25 dekabr 2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanında qeydiyyatdadır.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına əsasən Cavabdeh1 27 dekabr 2019-cu il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanının ünvan 1masının müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış, lakin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarında bu ünvanda yerləşən fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, X3 və X1 qarşı “Yaşayış evinə köçürmə və yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-541/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-541/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, Cavabdeh1 qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X4, Cavabdeh2 və X7 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış 24 yanvar 2022-ci il tarixli, 2(102)-499/2022 saylı qərarına əsasən Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 nömrəli qətnaməsindən verdiyi şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı
10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS-ə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov Rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri, Nərimanov Rayonu, Fərid Əhmədov (X17) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışın qanunsuz hesab edilməsi və ünvan 4 ünvanının ləğv edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanında yerləşən həyətyanı ev ona rəhmətə getmiş valieynlərindən qalmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanında bir neçə həyətyanı ev mövcuddur və bütün evlərin ayrı giriş qapıları var. Bu ünvanda təxminən on nəfərdən artıq insan qeydiyyatdır. Onun qardaşı Cavabdeh2 da həmin ünvanda qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsindən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus olan, qətnamədə ünvan 7 kimi göstərilən, ancaq əslində ünvan 6 ünvanda yerləşən həyətyanı evə köçürülməlidir. Qətnamənin mətnindən belə müəyyən olunur ki, həmin evi qardaşı Cavabdeh2 Cavabdeh1 ünvan 7 ünvanı adı altında satmışdır. Qeyd edilən hallar həqiqəti əks etdirmir. İddiaçıya məxsus olan həyətyanı ev Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanındadır, həm iddiaçı, həm də ki qardaşı orada qeydiyyatdadır. Nərimanov Rayonu, Daş Karxanası küçəsi, ev 34 V ünvanı mövcud deyil, mövcud olsa belə onun onların evi ilə bağlılığı yoxdur. Cavabdeh1 həmin ünvana necə qeydiyyatda düşməsi bəlli deyildir və qanunsuzdur. Bununla bağlı tərəfindən Nərimanov Rayon Prokurorluğuna şikayət verilmişdir və hazırda araşdırma aparılır. Cavabdeh1 məhkəməyə müraciət edərkən iddia ərizəsində qeyd etmişdir ki, o, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini 2019-cu ilin dekabr ayının ortalarında almışdır. Halbuki, həmin evi necə almış, ünvan 8 ünvanında yaşayış evi mövcuddur, bu ünvan necə yaranıb, hansı tarixdə yaranıb, ünvan Reyestr Xidmətində mövcuddurmu, ünvan 8 ünvanı hansı evdir, kimə məxsusdur kimi suallar öz cavabını tapmır. ünvan 8 ünvanı mövcud deyil. Cavabdeh1 iddia etdiyi ev Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanıdır. O, və qardaşı orada qeydiyyatda olmaqla yaşamışlar. Həmin evin qaz, işıq, telefon su və s. kimi kommunal xərcləri Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanı adı altında ödənilir. Daş Karxanası küçəsi, 34V ünvanına qaz, işıq, telefon, su və s. kimi kommunal xidmətlər göstərilmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(005)- 2275/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X17) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışın qanunsuz hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X10).
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Nərimanov Rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri, Nərimanov Rayonu, Fərid Əhmədov (X17) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışın qanunsuz hesab edilməsi məzmunlu iddia tələbi mülki mühakimə icraatı qaydasında iddiaçının hüquqlarını pozmuş hal kimi nəzərdən keçirilərək təmin olunmalıdır. İddia tələbi “ünvan 4 ünvanının ləğv edilməsi” hissəsində isə rədd olunmalıdır. Belə ki, iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh1, Cavabdeh2, Nərimanov rayonu 18 saylı MKİS ünvan yaratma və ya ləğv etmə səlahiyyətinə malik deyil, qeyd olunan tələb düzgün seçilmiş cavabdehlərə qarşı yönəlməmişdir. Qanunvericilik, pasport qeydiyyatına alınma və çıxarılma ilə bağlı prosedurun qaydasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunla müəyyən etmişdir. Başqa sözlə, pasport qeydiyyatı zamanı qanunsuzluğa yol verildiyini iddia edən şəxslərin tələbləri polis orqalarına qarşı yönəlməlidir. Buna baxmayaraq, cavabdeh Nərimanov rayonu 18 saylı MKİS Cavabdeh1 34 V ünvanı ilə bağlı arayış verilməklə eyni yaşayış yerinin fərqli ünvan kimi rəsmiləşdirilməsinə nail olmuşdur.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 2.1-ci, 4.1-ci, 5.1-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 2-ci, 9.5-ci maddəslərinə və Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci, 82.3-cü, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdehlər Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda, lakin eyni məzmunlu apellyasiya şikayətləri verərək, qətnamənin “iddia tələbinin qismən təmin edilmiş, yəni Bakı şəhəri, Nərimanov rayonu 18 saylı MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov küçəsi (X17), ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışın qanunsuz hesab olunması” hissəsində ləğv edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.
17. Cavabdehlər Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS və Cavabdeh1 apellyasiya şikayətlərini onunla əsaslandırmışdılar ki, iddiaçının qeyd etdiyi - Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov (X17) küçəsində yerləşən özbaşına tikililər Bakı şəhəri Nərimanov rayon 18 nömrəli MKİS-in ərazisinə daxil olsa da, onların heç birinin hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh1 yaşayış yeri üzrə arayış verilmişdir. Arayışda qeydiyyatsız yaşaması göstərilmişdir. Bu arayış həmin şəxsə iddiaçının və qardaşı Cavabdeh2 qeydıyyatda olduqları 33 nömrəli evə heç bir hüquq vermir. Özbaşına tikililərin alqı-satqısı notarial qaydada rəsmiləşdirilmədiyindən həmin arayışın formal alqısatqıda da heç bir rolu olmur. İşin məhkəmə iclaslarında cavabdehlərin vəkilləri tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışlarında müvafiq olaraq ünvan 13 və 34V saylı ünvanlardakı evlərin mövcud olması, iddiaçı X5 məhz ev 33-də qeydiyyatının olması, 34V ünvanında onun qeydiyyatının olmaması, həmin ünvandakı evlə əlaqədar onun heç bir hüququnun olmaması və bu özbaşına tikili ilə əlaqədar hər hansı bir subyektiv hüquqa malik olmaması və nəticə etibarı ilə iddia tələbi ilə məhkəməyə müraciət etməsinin əsassız olmasının bildirilməsinə baxmayaraq, məhkəmə təqdim olunmuş və qeyd olunan məhkəmə aktlarını, arayışları və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin də xx.xx.2021-ci il tarixli **********40 nömrəli məktubunu nəzərə almadan, həmin sənədləri obyektiv, tam və hərtərəfli araşdırmadan bu məsələ ilə əlaqədar düzgün olmayan nəticəyə gəlməklə sözügedən qətnaməni qəbul etmişdir. Ərazidə yaşayan sakinləri yaxşı tanıdığı üçün təkzibolunmaz faktdır ki, özünü iddiaçı kimi təqdim etmiş şəxs olan İddiaçı bir neçə il bundan əvvəl ərə getdikdən sonra yaşadığı ünvandan çıxıb tamamilə şəhərin başqa hissəsinə köçmüş, bu ünvanda yaşamamış, öz ər evində yaşamışdır və həmin 34V ünvanındakı evdə məhz Cavabdeh2 tək yaşamışdır. Sözügedən ünvanlardakı evlər, yəni həm 34V-dəki ev, həyət, həm də ki, 33 nömrəli ünvandakı evlər və həyətlər bir-birindən tam ayrı olmaqla hər birinin ayrıca girişləri və çıxışları vardır. Lakin iddiaçı tərəf məhkəməni və sağlam düşüncəli insanları aldatmaq məqsədi ilə 34V ünvanı kimi olan həyətin – evin küçə tərəfdən olan divarına sonradan “33”nömrəsinin göstəricisini vurmuşdur. Bunu məhkəmə vaxtı təqdim edilmiş fotoşəkillər də təsdiq edir. Məhkəmə işə baxarkən bütün tərəflərin iştirakı ilə həmin küçəyə gedərək oradakı sözügedən ünvanlardakı fərdi yaşayış evlərinin mövcud olub-olmamasını yerində baxış keçirməklə obyektiv həqiqəti oradaca müəyyən edə bilərdi. Lakin hakim şifahi deyilən vəsatətlərə əhəmiyyət verməmişdir. Bu isə nəticə etibarı ilə ədalətsiz, qanunsuz və əsassız olan belə qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Beləliklə, qeyd edilənlər qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında Cavabdeh1, onun, habelə digər cavabdeh Bakı şəhəri Nərimanov rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını bildirərək, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər.
20. Məhkəmə iclasında İddiaçı iddiasının məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə da iddianın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinə etiraz edərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, X3 və X1 qarşı “Yaşayış evinə köçürmə və yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki işdə İddiaçı tərəf olmamış və bu səbəbdən iştirak etməmişdir. Həmin işdə də Bakı şəhəri Nərimanov rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışına deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına istinad olunmuşdur. Hazırki iddia da daha sonra həmin işdə istinad olunan bu arayışın inzibati qaydada mübahisələndirilməsi məqsədi ilə qaldırılmışdır. Belə ki, Bakı şəhəri Nərimanov rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışının qüvvədə olması səbəbindən qeyd edilən arayışı inzibati qaydada mübahisələndirə bilmirlər. Bakı şəhəri Nərimanov rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışı qanunsuz olmaqla onların maraqlarına toxunması iddiaçının bu arayışı mübahisələndirmək hüququnu yaratmış olur. Bir müddət əvvəl onun müraciətinə əsasən də həmin Mənzil Kommunal İstismar Sahəsi tərəfindən cavabdehin məhz 34V ünvanında pasport qeydiyyatında olması barədə arayış verilmişdir. Halbuki, mübahisə predmeti olan evin yerləşdiyi ərazidə eyni ünvana sahib 4-5 fərdi yaşayış evi var, lakin hər evin qaz, su, işıq sayğacları fərqlidir. Qətnamənin icrası qaydasında Cavabdeh1 məhz iddiaçının pasport qeydiyyatında olduğu evə köçürülmə səbəbi ondan ibarətdir ki, digər evlərdə iddiaçının dayıları yaşayır, bu evdə isə iddiaçı və qardaşı yaşayır. Qardaşı iddiaçıdan xəbərsiz evi Cavabdeh1 satmışdır. Lakin ev özbaşına tikinti olduğundan rəsmi alqı-satqı müqaviləsi bağlanmamış, evin satılması faktı şahid ifadələri və polisin arayışı ilə təsdiq olunmuşdur. Bu səbəbdən də həmin qətnamənin icrası mümkün olmamışdır. Belə ki, ünvan 8-nin Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, 33 olması ilə bağlı heç bir sübut mövcud deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi isə nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
25. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir; 13-cü maddəsinə əsasən qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, qeydiyyat üçün bu Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
26. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 1.2-ci bəndinə əsasən ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir; 1.4-cü bəndinə əsasən ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır; 1.5-ci bəndinə əsasən ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir; 3.8-ci bəndinə əsasən ünvan nömrəsinin müəyyənləşdirilməsi Dövlət Xidməti tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir; 3.9-cu maddəsinə əsasən çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Belə ki, qətnamədən iddiaçı şikayət verməmiş və bu səbəbdən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyil.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə dəlilə bağlı qeyd edir ki, İddiaçı Bakı şəhəri, ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evində yaşadığını iddia edir. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(103)-4666/2021 saylı qətnaməsi ilə Cavabdeh1 ünvan 4 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilsə də, həmin qətnamənin icrası qaydasında bu şəxsin məhz iddiaçıya aid fərdi yaşayış evinə köçürülməsi hazırki mübahisənin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının hazırki iddianın qaldırılması üçün subyektiv hüquqa malik olması qənaətinə gəlir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 27 dekabr 2019-cu il tarixdən ünvan 4 ünvanı üzrə pasport qeydiyyatına alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışı ilə təsdiq olunur.
32. Hazırda iddiaçı ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışının məhz Bakı şəhəri Nərimanov rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin ünvan 4 ünvanının mövcud olması barədə arayışı əsasında verildiyini, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən bu barədə qeydin məhz Bakı şəhəri Nərimanov rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin məlumatı (arayışı) əsasında aparıldığını iddia edir. İddiaçı məhkəmə iclasında öz mövqeyinin təsdiqi olaraq, müraciətinə əsasən sərbəst şəkildə bu barədə arayışı əldə etdiyini bildirir və həmin arayışı da məhkəməyə təqdim edir.
33. Lakin nəzərə alınmalıdır ki, həm bu, həm də Cavabdeh1 “yaşayış evinə köçürülməsi” tələbinə dair mülki işdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan əvvəlki tarixə ona Bakı şəhəri Nərimanov rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən hər hansı arayışın verildiyi müəyyən edilmir, yəni belə bir arayış mövcud deyil. Digər tərəfdən Cavabdeh1 barədə pasport qeydiyyatının məhz həmin Mənzil Kommunal İstismar Sahəsinin hər hansı arayışı əsasında aparıldığı öz təsdiqini tapmır.
34. Hüquqi nəticə etibarı ilə iddiaçı ünvan 4 ünvanının mövcud olması barədə nömrəsi və tarixi məlum olmayan bir arayışı mübahisələndirir. Halbuki, qüvvədə olan qanunvericiliyə əsasən ünvan reyestrinin aparılması və çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir və bu məsələdə Mənzil-Kommunal Təsərrüfatı Departamenti, xüsusilə də onun yerli qurumu olan Mənzil Kommunal İstismar Sahələri hər hansı səlahiyyətə malik deyil. Onlar tərəfindən verilmiş belə arayışlarda olan məlumatlar məhz ünvan barədə aparılmış qeydə əsaslanmalıdır. Başqa sözlə, İstismar Sahələri bu barədə məlumatları qanunvericiliklə müəyyən edilmiş mənbədən, hazırki vəziyətdə vahid olmaqla Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılan ünvan reyestindən götürməlidir. Belə ki, bu arayışlar hüquq müəyyənedici sənəd deyil və özündə rəsmi mənbədə (reyestrə) olan məlumatları əks etdirir. Bu baxımdan belə bir məzmunlu, o cümlədən ünvan 4 ünvanının mövcud olması barədə istismar sahəsinin arayışının qanunsuz hesab edilməsi hər hansı hüquqi nəticəyə səbəb olmur.
35. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, Cavabdeh1 bu ünvana köçürülməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsində iddiaçının hazırda mübahisələndirdiyi arayışa deyil, məhz Daxili İşlər Nazirliyinin qeyd edilən xx.xx.2019-cu il tarixli arayışına istinad edilmiş və bu qeydiyyatın aparılması ilə bağlı inzibati aktın qanunsuz hesab edilmədiyi və ya ləğv olunmadığı müddətdə qüvvədə və əsaslı hesab olunduğu vurğulanmışdır. Bununla belə, hüquqi nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsi mübahisəli evə ünvan verilməsini, habelə Cavabdeh1 bu evə pasport qeydiyyatına alınmasını əsas götürüb onun köçürülməsi qənaətinə gəlmişdir.
36. Belə olan halda, ünvanın mövcudluğu barədə istismar sahəsinin arayışı iddia edilən halın müəyyən edilməsi və bu yolla gözlənilən hüquqi nəticənın əldə edilməsi baxımından hər hansı mötəbərliyə malik deyil. Məzmun etibarı ilə ilkin deyil, istinad xarakterli olan bu arayışın etibarsız hesab edilməsi pasport qeydiyyatı barədə inzibati aktın ləğv edilməsinə əsas yaratmır. Nəzərə alınmalıdır ki, iddiaçının bu tələbi iddia üzrə irəli sürülmüş “ünvanın ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələb olmuş və bu baxımdan bu tələbin təmin edilib-edilməməsi bilavasitə əsas tələbin təmin edilibedilməməsindən asılı olmuşdur. Bu da öz növbəsində bu tələbin müstəqil tələb olaraq əhəmiyyətsiz olduğunu təsdiq edir və onun müstəqil qaydada irəli sürülməsini qeyrimümkün edir. Qeyd edilənlər bu tələbə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir.
37. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan tələbə baxmış və hüquqi nəticə etibarı ilə hüquq normasının tətbiqində səhvə yol verərək, Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X17) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışı qanunsuz hesab etmişdir. Bu səbəbdən apellyasiya şikayətləri qismən təmin edilməli və qətnamə həmin, yəni mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
38. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən arayışın hüquq müəyyənedici sənəd olmadığını, onun qanunsuz hesab edilməsinin hər hansı hüquqi nəticələr yaratmadığını, habelə cavabdehin “mənzilə köçmə” tələbinə dair iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə ona münasibətdə pasport qeydiyyatının aparılması ilə bağlı inzibati aktın qanunsuz hesab edilmədiyi və ya ləğv olunmadığı müddətdə qüvvədə olması və əsaslı hesab edilməsi barədə qənaətini, eyni zamanda, iddiaçının “ünvanın ləğv edilməsi” barədə tələbinin birinci instansiya məhkəməsi tərəfindən digər əsasla rədd edilməsini və mübahisələndirilməməsini nəzərə alıb, hesab edir ki, iddiaçı qanunvericiliyin tələblərinə riayət etməklə ünvanın qeydə alınması və pasport qeydiyyatının aparılması ilə bağlı aidiyyəti inzibati orqanların hərəkətlərini (hərəkətsizliyini) inzibati icraat qaydasında mübahisələndirə bilər.
39. Göstərilənlərə əsasən və MPM-in 261-ci, 263-264, 384-385-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nərimanov rayonu 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(005)- 2275/2022 saylı qətnaməsi mübahisələndirilən, yəni “Bakı şəhəri Nərimanov rayonu 18 saylı MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X17) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışın qanunsuz hesab edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçı qanunvericiliyin tələblərinə riayət etməklə Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X17) küçəsi, ev 34V ünvanının qeydə alınması və Cavabdeh1 pasport qeydiyyatının aparılması ilə bağlı aidiyyəti inzibati orqanların hərəkətlərindən (hərəkətsizliyindən) Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədirlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov