Məhkəmə qərarları › İş №2(103)-154/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-154/2024

14.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-154/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı (Azərbaycan Respublikasının Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsinə köçürmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair birinci, iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 İB-yə, Cavabdeh2 QSC-yə, Cavabdeh5 ASC-yə (İddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ikinci mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, müqavilələrin etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X6 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X17, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil2, İkinci iş üzrə İddiaçı3, Birinci iş üzrə Cavabdeh1, ikinci iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı (Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsinə köçürmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair birinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2917/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən və iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 İB-yə, Cavabdeh2 QSC-yə, Cavabdeh5 ASC-yə (İddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ikinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 2619/2023 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. İddiaçı1 ilə Cavabdeh1 faktiki nikah münasibətlərindən xx.xx.2013-cü il tarixdə X23 doğulmuşdur. Bundan sonra xx.xx.2017-ci il tarixdə onların arasında nikah bağlanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 158/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində 78 kv.metr ölçüdə fərdi yaşayış evi (bundan sonra 1-ci ev), habelə Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında fərdi yaşayış evi (bundan sonra 2-ci ev) inşa edilmişdir. Həmin evlərlə bağlı "xxxx" QSC tərəfindən izahatlar və cizgilər X10 adına tərtib edilmiş, eyni zamanda evlərə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər onun tərəfindən edilmiş, "xxxx" QSC tərəfindən “Qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” aktlarında da bu evlərin yerləşdikləri ünvanlarda qaz kəmərlərinin quraşdırılması ilə bağlı sifarişçisi İddiaçı1 olmuşdur. Həmçinin birinci evlə bağlı İddiaçı1 ilə Cavabdeh3 İB və "xxxx" ASC arasında müvafiq olaraq “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” və “Elektrik enerjisinin alqı-satqısı barədə” müqavilələr, ikinci evlə bağlı isə İddiaçı1 ilə Cavabdeh3 İB və Cavabdeh5 ASC arasında eyni müqavilələr bağlanmışdır. Bundan başqa birinci ev X10 əmlakı kimi Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsində qeydiyyatdan keçmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. Birinci iş üzrə İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.m torpaq sahəsi üzərində tikilmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evlərdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan övladları anadan olmuşdur. Nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. O, cavabdehlə birgə nikahda olarkən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr torpaq sahəsi üzərində 78 kv.metr ölçüdə fərdi yaşayış evi və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən fərdi yaşayış evi tikilmişdir. Cavabdeh ona manelər törədir. Onun evlərə köçürülməsi və həmin evlərdən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasına zərurət yaranmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etsə də, ailə məsələləri ilə əlaqədar qanunvericiliyin tələbi ilə mediasiya sesiyasından keçmədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdehlə aralarında razılığa gəlməyə çalışsa da, cavabdeh onun vəsaiti hesabına inşa edilmiş evləri ondan almağa çalışır. Bununla bağlı mediasiya qurumuna müraciət etmiş, lakin cavabdeh mediatorun da çağırışlarına gəlməkdən boyun qaçırmış, bununla bağlı arayış təqim olunmuşdur.

4. Cavabdeh1 iddiaya qarşı məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, birinci növbədə iddiaçının iddia tələbinin söykəndiyi heç bir nə hüquqi, nə də rəsmi sənədi mövcud deyildir. İddiaçının iddia etdiyi əmlaklar birgə nikah dövründə onlara məxsus olmamışdır. Həmin əmlakların iddiaçı ilə onun adına reyestrdə hüquqi qeydiyyata alınmasına dair heç bir sübut mövcud deyildir. İddiaçı iddia ərizəsində məhkəməyə səhv məlumatlar verərək, guya Südçülük sovxozu ərazisində tikilmiş fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edildiyini bildirmişdir. Halbuki, həmin daşınmaz əmlaklardan biri - Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evi onun qardaşı olan İddiaçı3, digəri, yəni Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m. torpaq sahəsi üzəridə tikilmiş 78 kv.m. fərdi yaşayış evi isə onun bacısı İddiaçı2 məxsusdur və onların sahibliyində və istifadəsindədir. Belə ki, Mənzil- Kommunal Təsərrüfat Birliyinin 67 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 179 nömrəli arayışdan görünür ki, qardaşı Məmmədov X8 2/7 saylı mənzildə qeydiyyatsız yaşayır, yaşadığı və özü tikdiyi Qafqaz küçəsi 2/7 ünvan üçün 2016-2022-ci illər üzrə məişət tullantıları ilə bağlı vəsaiti İddiaçı3 ödəmişdir. Mənzil Kommunal Təsərrüfat Birliyinin 67 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18 nömrəli cavab məktubuna əsasən Qafqaz küçəsi 2/7 ünvanda Avtandil Nicat oğlunun yaşaması barədə məlumatları yoxdur. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə numayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 156 nömrəli arayışa əsasən İddiaçı1 Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ərazidən qəsəbə nümayəndəliyindən qeydiyyatdan keçməmişdir. Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli arayışına əsasən İddiaçı2 Ramana bələdiyyəsində vergi ödəyicisidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” barədə xx.xx.2018-ci il tarixli aktda İddiaçı1 adı yazılsa da onun özünü imzası və "xxxx" QSC-nin nümayəndəsinin imzası həmin aktda mövcud deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin bildirişinin heç bu işə aidiyyəti yoxdur, çünki məhkəmə həmin bildirişə diqqət yetirsə görünər ki, həmin bildiriş Mirnazir Seyidzaminin adına verilmişdir. Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 adına vergi ödəyicisi kimi verilmiş xx.xx.2019-cu il tarixli şəhadətnamə ona qanunsuz və əsassız olaraq verilmişdir, çünki həmin torpaq sahəsi Azərbaycan Respublikası Abşeron rayon İHB tərəfindən 15 aprel 2010-cu il, 357 № ilə verilmiş sərəncama əsasən başqa bir şəxsə verilmişdir. Qeyd edilən torpaq sahəsi başqasının mülkiyyətində olduğu halda İddiaçı1 həmin torpağa dair vergi ödəyicisi ola bilməz. O, Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 60 nömrəli arayışı qanunsuz və əsassız hesab edir. Bələdiyyənin sədri İ.U. Rzayeva arayışda yazır ki, guya 180 kv. metr torpaq sahəsi və 78 kv.m əmlakı İddiaçı1 məxsusdur. Halbuki Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3212 nömrəli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Abşeron rayon İHB tərəfınən 15 aprel 2010-cu ildə, 357 № ilə verilmiş sərəncama əsasən Abşeron rayon Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsinin mülkiyyətçisi X36 olmuş, o, etibarnamə ilə hüquqlarını X31 ötürmüş, o da, hüquqlarını etibarnamə ilə X18 ötürmüşdür. X32 vəfat etdiyi üçün həmin torpaq hazırda onun arvadı - hüquqi varisi İddiaçı2 istifadəsindədir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südcülük sovxozu ərazisində 180 kv.m. torpaq sahəsi 78 kv. m. fərdi yaşayış evi ilə birlikdə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının və onun heç bir hüququ yoxdur. Yuxarıda qeyd edildiyi kimi, həmin tikililər başqa şəxslərin istifadəsindədir. Həmçinin, həmin torpaq sahəsi yaşayış evi ilə birlikdə İddiaçı2 məxsusdur. Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evini isə qardaşı onlara sığıncağa vermişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2917/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.m torpaq sahəsi üzərində tikilmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri qismində İddiaçı1 tərəfindən ödənilmiş 150 manat vəsaitin ona aid edilməsi qət edilmişdir (hakim X19)

6. Məhkəmə iddia tələbinin “fərdi yaşayış evlərinə köçürülməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahələri özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma, evə buraxmama) qanunsuzdur. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan fərdi yaşayış evlərinin əldə edilməsinin birgə nikah dövrünə təsadüf etməsi, iddiaçının həmin yaşayış sahələrində qeydiyyatsız yaşaması, həmin yaşayış sahələrinə qaz sayğacının quraşdırılması ilə bağlı onunla müqavilələr bağanılaraq adına qeydiyyatdan keçməklə, abonent kodlarının verilməsi, onun barəsində qazdan istifadə ilə bağlı müvafiq aktların tərtibi, Ramana qəsəbəsi ərazisindəki torpaq sahəsinin və fərdi yaşayış evinin onun adına qeydiyyatdan keçməsi, həmin yerlə bağlı vergi ödəyicisi kimi qeydiyyata alınması, ora işıq çəkilməsi ilə əlaqədar "xxxx" ASC-yə onun tərəfindən müraciət edilməsi iş materiallarına əlavə edilmiş sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının həmin evlərdə yaşamaq hüququ olduğu üçün, iddiaçının özünü başqa yaşayış sahəsi ilə təmin etməyə imkanı olmadığından və onun mübahisəli mənzilə ehtiyacı aradan qalxmadığından o, mübahisəli evlərə köçürülməlidir. Belə ki, cavabdehin sözügedən özbaşına tikililərə hansı hüquqları varsa, iddiaçının da eyni əsaslarla orada hüququ vardır. Beləliklə də, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir.

7. Məhkəmə mübahisəli əmlaklara dair cavabdehin etirazında göstərilən dəlillərlə bağlı bildirmişdir ki, İddiaçı2 Ramana bələdiyyəsində vergi ödəyicisi olması, Azərbaycan Respublikası Abşeron rayon İHB tərəfindən 15 aprel 2010-cu ildə 357 No ilə verilmiş sərəncama əsasən Abşeron rayon Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsinin mülkiyyətçisinin X20 olması, onun etibarnamə ilə hüquqlarını X31 ötürülməsi, onun da hüquqlarının etibarnamə ilə X18 ötürülməsi halları həmin torpaq sahəsini bütövlükdə sonuncu tərəfindən alınması və istifadə edilməsini birbaşa təsdiq etmir. Belə ki, bu faktlar həmin torpaq sahəsinin əldə edildikdən sonra onun bir hissəsinin iddiaçıya verilməsini istisna etmir. Qeyd olunmalıdır ki, tərəflər arasında hər hansı bir razılıq olmadan mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış sahəsi ilə bağlı iddiaçının müvafiq bələdiyyədə qeydiyyatdan keçməklə, həmin evə qaz sayğacının quraşdırılması, müvafiq aktların tərtibi zamanı yaranmış münasibətlər iddiaçı ilə bağlı olmuş, işığın çəkilməsi üçün onun tərəfindən aidiyyəti quruma müraciət olunmuş, kommunal ödənişlər onun adından həyata keçirilmişdir. Qeyd olunanlara baxmayaraq, iş üzrə şahid qismində ifadə vermiş İddiaçı2 mübahisəli torpaq və yaşayış sahəsinin onlara məxsus olması, həmin sahənin bələdiyyədə və müvafiq kommunal müəssisələrdə iddiaçının adına qeydiyyatdan keçməsindən xəbərlərinin olmamasına dair ifadəsini məhkəmə ağlabatan və inandırıcı hesab etməmişdir. Belə ki, o ifadəsində mübahisəli sahəsinin kommunal ödənişləri ilə bağlı kartlarının əvvəl yoldaşına sonra isə onun öz adına olmasını və kartın kirayəçiyə təqdim edilməsini bildirmişlər. İş üzrə cavabdehin şahid qismində təqdim etmiş olduğu qardaşı İddiaçı3 və X7 ifadələrini iş üzrə mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, İddiaçı3 Cavabdeh1 qardaşıdır. Cavabdehlə iddiaçı boşanma periodundadır, onlar arasında ailə və əmlak mübahisəsi mövcuddur. Bütün bu hallar onun tərəfindən verilmiş ifadənin həqiqəti əks etdirməsinə məhkəmədə əsaslı şübhələr yaratmışdır. Digər X2nun isə İddiaçı3 ilə yaxın münasibətdə olmaqla qarşılıqlı əlaqəli işlədikləri üçün onun sonuncunun xeyrinə ifadə verə biləcəyi ehtimalını artırır. Digər tərəfdən iş üzrə şahid qismində ifadə vermiş və tərəflərlə hər hansı qohumluq əlaqəsində olmayan X37 mübahisəli evdə digər şahid X41 isə Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən evdə təmir işlərinin həyata keçirmələrini bütün ödənişlərin iddiaçı tərəfindən həyata keçirilməsini bildirmişlər. Məhkəmə həmin şahidlərin ifadələrini ziddiyyətsiz və düzgün qiymətləndirərək iş üzrə sübut kimi qəbul edir. Bundan əlavə məhkəmə cavabdehin xx.xx.2018-ci il tarixli aktda İddiaçı1 və "xxxx" QSC-nin nümayəndəsinin imzasının mövcud olmaması dəlili ilə bağlı bildirmişdir ki, qeyd olunan müqavilələrin hazırda elektron qaydada bağlanılması istisna hal deyildir. Həmin aktda imzaların olmaması qazla bağlı həmin tərəflər arasında ümumiyyətlə müqavilə münasibətlərinin olmasını istisna etmir. Məhkəmə iş materiallarına əlavə edilmiş cavabdeh tərəfin özbaşına tikilinin tərkib hissəsində istifadə hüququna dair İddiaçı3 və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən evin müvəqqəti istifadəyə verilməsi, İddiaçı3 tərəfindən həmin evə dair 2016-2022-ci illər üzrə məişət tullantıları ilə bağlı vəsaitin ödənilməsi və iddiaçının həmin ünvanda yaşamamasına dair təqdim etdiyi arayışlarla bağlı bildirir ki, qeyd olunan sənədlərin mübahisəli ünvan 3 ünvanına birbaşa aid olması cavabdeh tərəfindən sübut olunmamışdır. Belə ki, həmin ünvanlar fərqlidir. Həmin arayışları vermiş 67 saylı Mənzil Kommunal İstismar sahəsinin tərəflər arasında hələ mübahisə mövcud olmadığı dövrdə, yəni 31.010.2017-ci il tarixdə verilmiş arayışına əsasən İddiaçı1 ünvan 3 ünvanında qeydiyyatsız yaşaması təsdiq olunmuşdur. Bundan əlavə İddiaçı3 ifadəsində mübahisəli evin yerləşdiyi ərazidə onun dörd evinin olmasını bildirmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçının digər mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə özbaşına tikilidə qeydiyyatsız yaşaması Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyət Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışı ilə təsdiq olunur. Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktub ilə ziddiyyətləri aradan qaldıraraq İddiaçı1 bələdiyyədə vergi ödəyicisi olduğunu qeyd etmişdir.

8. Məhkəmə iddia tələbinin “mübahisəli əmlaklardan istifadə qaydalarının müəyyən edilməsi” hissəsini əsassız hesab etmiş və təmin edilməməsi qənaətinə gəlmişdir. İddia tələbinin bu hissəsi ilə bağlı qeyd edilmişdir ki, hazırki mübahisəli fərdi yaşayış evləri özbaşına tikili olduğundan və həmin evlər, torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, istifadə qaydasının müəyyən edilməsi orada yaşayan digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnə biləcəyindən iddiaçının həmin yaşayış sahələrinə istifadə qaydaları müəyyən edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının həmin evlərə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Belə ki, evlərə köçürmə barədə. qətnamə mahiyyətinə görə evlərdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Yəni, evlər özbaşına tikili olduğu üçün həmin evlərə istifadə hüququ yarana bilməz.

9. İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 İB-yə, Cavabdeh2 QSC-yə, Cavabdeh5 ASC-yə və Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 sahibliyində və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda 180 kv.m torpaq sahəsində yerləşən 2 və 3 otaqlı fərdi yaşayış evlərinə və İddiaçı3 sahibliyində və istifadəsində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 QSC, "xxxx" ASC, Cavabdeh5 ASC və Cavabdeh3 İB ilə İddiaçı1 arasında bağlanmış müqavilələrin bağlandığı andan, Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 xx.xx.2019-cu il tarixdə verilmiş şəhadətnamənin verildiyi andan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 əri X12 X20 ona xx.xx.2017-ci il tarixdə verdiyi etibarnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m torpaq sahəsi üzərində tikdirdiyi 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə sahiblik hüquqları İddiaçı2 keçmişdir. Bu hüququn mülkiyyət hüququna keçməsinə əsas yaradan Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2010 il tarixdə verilmiş 257 nömrəli Sərəncam mövcuddur. Sonradan məlum olmuşdur ki, İddiaçı1 Ramana Bələdiyyəsində onlara məlum olmayan şəraitdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m torpaq sahəsi üzərində tikmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə uçota alınmasına dair şəhadətnamə düzəltdirmiş və həmin sənəd əsasında Cavabdeh2 QSC, "xxxx" ASC, Cavabdeh5 ASC və Cavabdeh5 ASC ilə müqavilələr bağlayaraq, başqasının qanuni sahibliyində olan fərdi yaşayış evinə sayğacların quraşdırılmasına və abonent kodlarının alınmasına nail olmuşdur. Bununla yanaşı Sabunçu rayonu Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı1 Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ərazidən qəsəbə nümayəndəliyində qeydiyyatdan keçməməsinə dair arayış vermişdir. Bundan başqa İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında özbaşına tikili olaraq fərdi yaşayış evi tikmişdir. İddiaçı3 həmin evi müqavilə əsasında müvəqqəti olaraq bacısı Cavabdeh1 vermişdir. Həmin evin İddiaçı3 aid olmasına rəğmən, İddiaçı1 “Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında qeydiyyatsız yaşayır” Arayışı (surət) əsasında Cavabdeh2 QSC, "xxxx" ASC, Cavabdeh5 ASC və Cavabdeh5 ASC arasında müqavilələr bağlayaraq, başqasının qanuni sahibliyində olan fərdi yaşayış evinə sayğacların quraşdırılmasına və abonent kodlarının alınmasına nail olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş 78 kv.metr fərdi yaşayış evində və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı1 subyektiv hüququnun olub-olmaması yuxarıda qeyd edilən Təşkilatlar tərəfindən araşdırılmamış və son nəticədə başqasının sahibliyində olan əmlaklara və həmin əmlaklar üzərində olan hüquqlara qanunsuz müdaxilə olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Mənzil – Kommunal Təsərrüfatı Birliyinin 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 179 nömrəli Arayışına əsasən – İddiaçı3 Bakı şəhəri, Nizami rayonu 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşən Qafqaz küçəsi, 2/7 nömrəli mənzildə yaşayır, yaşadığı və özü tikdiyi Qafqaz küçəsi 2/7 ünvanı üzrə 2016- 2022 illər üçün məişət tullantıları ilə bağlı vəsaiti ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş Mənzil-Kommunal Xidməti üçün SERİYA GJF No 937702 mədaxil qəbzinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi evi üzrə 2016-2022 illər üçün İddiaçı3 98 manat ödəmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Mənzil – Kommunal Təsərrüfatı Birliyinin 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli Arayışına əsasən – ünvan 4 ünvanında İddiaçı1 yaşaması barədə məlumat yoxdur. xx.xx.2018-ci il tarixdə İddiaçı3 və Cavabdeh1 arasında bağlanmış “Özbaşına tikilinin tərkib hissəsindən istifadə hüququna dair” Müqavilə əsasında ünvan 4 ünvanında yerləşən İddiaçı3 məxsus fərdi evi Cavabdeh1 müvəqqəti istifadəsinə verilmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı3 və Cavabdeh1 arasında bağlanmış “Özbaşına tikilidən istifadə üçün təhvil-təsliminə dair” Təhvil-Təslim Aktına əsasən özbaşına tikili olan ünvan 4 ünvanında yerləşən İddiaçı3 məxsus fərdi evi əşyaları ilə birlikdə Cavabdeh1 təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində X38 (AZE ********), X21 (AZE ********) və X13 (AA0040453) arasında imzalanmış AKT-da qeyd edilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı3 2016-cı il tarixində ünvan 5 ünvanında 115 kv.m torpaq sahəsinin üzərində kürsülü 2 otaqdan ibarət özbaşına fərdi yaşayış tikmişdir və qeydiyyatsız həmin evdə yaşayır. Aşağıda qeyd edilənlərdən bir daha sübut olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2ci sahə deyilən ünvanında yerləşən 2 və 3 otaqlı fərdi yaşayış evləri İddiaçı2 məxsusdur. Həmin evin birində özü yaşayır, birini isə kirayəyə vermişdir. Abşeron rayon İHB tərəfindən xx.xx.2010 il tarixdə 257 nömrəli Sərəncama əsasən X24 ayrılmış Abşeron rayonu, Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin 300 kv.m torpaq sahəsini xx.xx.2017-ci il tarixli etibarnamə əsasında özəlləşdirməyi, tikinti işləri aparmağı, tikintini özəlləşdirməyi, buna dair idarə və təşkilatlarda həmçinin İH-də, DTXKdə, Əmlak Məsələləri DK yanında DƏDRX-nin Abşeron Ərazi idarəsində, notariat kontorunda, bankda və s idarə və təşkilatlarda nümayəndə olmağı, ərizə yazmağı, müqavilələr imzalamağı, torpağa və tikintiyə sərəncam, arxiv çıxarışı, kadastr planı, şəhadətnamə, çıxarış, texniki pasport və.s lazımi sənədlər almağa, aldıqdan sonra torpağa və tikintiyə sərəncam verməyi, Forma 1, Forma 2 almaqla satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı və bununla əlaqədar bütün hərəkətləri etməyi X18 xx.xx.2103-cü il tarixədək etibar edilmişdir. X36 xx.xx.2017-ci il tarixli etibarnamə əsasında 300 kv.m torpaq sahəsini İddiaçı2 əri X18 vermişdir. Qeyd edilən ərazidə X32 2 və 3 otaqdan ibarət fərdi evlər tikmişdir. X15 oğlu X42 xx.xx.2021-ci il tarixində 79,12 manat bələdiyyə vergisi ödəmişdir. Sabunçu rayonu, Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli məktubunda X12 arvadı İddiaçı2 Ramana bələdiyyəsində vergi ödəyicisi olduğu bildirilmişdir. Sabunçu rayonu, Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 69 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 2018-ci ilə qədər Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Mülki qanunvericiliyə uyğun gəlməyən, İddiaçı2 və İddiaçı3 mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan Cavabdeh2 QSC, Azərişıq” ASC, Cavabdeh5 ASC və Cavabdeh5 ASC ilə İddiaçı1 arasında bağlanmış müqavilələr və Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 xx.xx.2019-cu il tarixdə verilmiş Şəhadətnamə etibarsız hesab edilməlidir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2619/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh3 İB arasında bağlanılmış xx.xx.2018- ci il tarixli, 96009 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair abonent İddiaçı1 (abonent kodu: **********10472) ilə "xxxx" ASC arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında xx.xx.2019cu il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh3 İB arasında xx.xx.2018-ci il tarixli, AKX- 00309xx/xx-2018 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh5 ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 39466835 nömrəli müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X11) .

12. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə təsdiq edilir ki, mübahisə predmeti olan daşınmaz əmlaklara dair İddiaçı1 hər hansı hüquq müəyyən edici sənədi mövcud deyil. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2917/2022 saylı qətnaməsində əks olunmuş məhkəmə iclasında İddiaçı1 verdiyi izahatından görünür ki, o, Nizami rayonunda yaşadıqlarını, Ramanadakı torpağı alanda 6000 manatı pul verdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, hər hansı hüquq müəyyən edici sənəd olmadığı halda qeyd edilən daşınmaz əmlaka dair hər hansı müqavilənin İddiaçı1 ilə bağlanması əhəmiyyətsiz olduğu üçün etibarsız sayılmalı olduğundan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda 180 kv.m. torpaq sahəsində yerləşən 2 və 3 otaqlı fərdi yaşayış evlərinə dair İddiaçı1 ilə Cavabdeh3 İB arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 96009 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə, habelə İddiaçı1 ilə "xxxx" ASC arasında bağlanılmış müqavilə, həmçinin Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamə etibarsız hesab edilməlidir. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyənləşdirilmişdir ki, İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında özbaşına tikili olaraq fərdi yaşayış evi tikmişdir. Həmin fərdi yaşayış evini iddiaçı bacısı Cavabdeh1 müvəqqəti yaşaması üçün vermişdir. Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfat Birliyi 67 saylı MKİS tərəfindən verilmiş 179 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, 67 saylı MKİS-in ərazisində yerləşən Qafqaz küçəsində yerləşən 2/7 saylı mənzildə qeydiyyatsız yaşayır. Yaşadığı və özü tikdiyi Qafqaz küçəsi, 2/7 saylı ünvan üçün 2016-2022-ci illər üçün məişət tullantıları ilə bağlı vəsaiti İddiaçı3 ödəmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, bu daşınmaz əmlakla da bağlı hər hansı hüquq müəyyən edici sənəd olmadığı halda qeyd edilən daşınmaz əmlaka dair hər hansı müqavilənin İddiaçı1 ilə bağlanması əhəmiyyətsiz olduğu üçün etibarsız sayılmalı olduğundan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh3 İB arasında xx.xx.2018-ci il tarixli, AKX-00309xx/xx- 2018 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə, habelə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə Cavabdeh5 ASC arasında bağlanmış 30 avqust 2018-ci il tarixli 39466835 nömrəli müqavilə etibarsız hesab edilməlidir.

13. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13- 13/2-1/16-1338/2023 saylı məktubu ilə təsdiq edilir ki, Səhmdar Cəmiyyətinin elektronməlumat bazasında İddiaçı1 elektrik enerjisi istehlakçısı kimi ünvan 7 ünvanı üzrə abonent kimi qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmçinin "xxxx" QSC ilə İddiaçı1 arasında bağlanmış müqavilə məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı təsdiq edilmişdir ki, Cavabdeh5 ASC-nin abonent bazasında Ramana qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 ilə müqavilə mövcud deyildir. Həmin ünvana dair abonent kimi Arif Mustafayev qeyd edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissələrdə sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

14. Birləşdirilmiş işlər üzrə məhkəmələr öz mövqelərini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci, 152-ci, 157-ci, 166.3-cü, 180-cı, 337-ci 389-cu, 390-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü, 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Birinci iş üzrə çıxarılmış qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh1 apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə iddiaçının qanunu pozmaqla əldə etmiş “sübutlardan” istifadə olunmasına yol vermişdir. Məhkəmə cavadeh tərəfindən şahid qismində cəlb edilmiş İddiaçı2, X7 və İddiaçı3 şahid ifadələrini nəzərə almamışdır. İddiaçı tərəfindən cəlb edilmiş və şahid kimi ifadələrində yalanların yer aldığı X22 və X25 ifadələrini isə mötəbər saymışdır. Göründüyü kimi, məhkəmə prosessual pozuntuya yol vermişdir. Məhkəmə tərəflərin təqdim etdikləri yazılı sübutları qiymətləndirməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi və sübut saydığı bütün sənədlər kserosurətdir, əsli təqdim edilməmiş və hər hansı bir formada təsdiq edilməmişdir. Bu sübutların mötəbərliyi aşkar surətdə şübhə altındadır. Cavabdehin və şahidlərin təqdim etdiyi sənədlər isə əksinə əsl nüsxələrdir. Mübahisə tarixində sorğu əsasında alınmışdır. Ancaq məhkəmə hazırki qətnaməsində cavabdeh tərəfindən təqdim edilən əsl nüsxə olan və iş üçün əhəmiyyətli olan yazılı sübutları qiymətləndirməmiş, münasibət bildirməmiş, əksinə iddiaçı tərəfindən təqdim edilən, mənbəyi şübhə altında olan, kserosutət təşkil edən sənədləri əsas götürərək ədalətsiz, qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr tikilmiş, 78 kv.metr fərdi yaşayış evi və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsi və ya əldə edilməsinə dair heç bir mötəbər sübut yoxdur. İddiaçının başqa şəxslərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evlərinə köçürülməsi və həmin evlərdən istifadə qaydalarının müəyyən edilməsinə dair tələbini irəli sürmək üçün onun subyektiv hüququ yoxdur. Subyektiv hüququn yaranması üçün həmin fərdi evlərin üzərində hər hansı bir hüququ dövlət reyestrində qeydə alınmış olardı. O, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında İddiaçı3 sahibliyində və istifadəsində olan fərdi evində sığınacaq alaraq yaşayır. İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən fərdi evinə köçürülməsini tələb etmişdir ki, bu ünvanda o, yaşamır. Məhkəmə ünvan 8n olub-olmamasını və həmin evə iddiaçının subyektiv hüququnun olubolmamasını, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr tikilmiş, 78 kv.metr fərdi yaşayış evinə İddiaçı2 subyektiv hüquqlarının olmasına rəğmən İddiaçı1 həmin evə subyektiv hüququnun olub-olmamasını, əgər belə bir hüquq olmuşdursa, sübutların təqdim edilməsini iddiaçıdan tələb etməmişdir. Mülki Prosessual Məcəllədə şahid kimi dindirmənin istisna halları olsa da, hazırki iş üzrə mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan İddiaçı3 şahid qismində dindirilmədə verdiyi ifadələr və sənədlər sübut kimi tədqiq edilməli və qiymətləndirilməli idi. Məhkəmə əgər onun ifadəsini və təqdimetdiyi sənədləri nəzərə almayacaqdısa, onda həmin şəxsi şahid qismində niyə cəb edirdi?. İddiaçı3 şahid qismində işə cəlb olunmasında cavabdehin məqsədi mübahisənin düzgün həlli məqsədi ilə onun işin halları barədə məlumatı olması olmuşdur. Eyni zamanda cavabdeh İddiaçı3 tikdiyi və yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi evə müqavilə əsasında sığınmışdır. İddiaçının Cavabdeh1 sığındığı evə köçürülmə tələbi əsassızdır və heç bir subyektiv hüququ yoxdur. Boşanmanın hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. MPM-nin 76.2-cı maddəsinə əsasən şahid ifadəsi sübut növü kimi qəbul edilsə də, məhkəmə həqiqətə nail olmaq üçün İddiaçı3 ifadəsini və onun sahibliyində və hazırda mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi evə dair mötəbər sübutları qiymətləndirməmişdir. Məhkəmə şahid qismində işə cəlb edilmiş X9 münasibətdə də MPM-nin tələblərini pozmaqla eyni pozuntunu törətmişdir. Məhəmməd Qaməddin oğlunun İddiaçı3 ilə yaxın münasibətdə olması o demək deyildir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı düzgün verməyəcəkdir. MPM-nin tələbinə əsasən şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. Qanunverici belə bir məsuliyyət nəzərdə tutduğu təqdirdə məhkəmənin şahidin cavabdehin xeyrinə ifadə verə biləcəyi ehtimalı qənaəti əsassızdır və hüquqa xələl gətirir. Bununla belə, məhkəmə iddiaçı tərəfdən cəlb edilən şahidlər X37 və X33 münasibətdə fərqli mövqe tutmuşdur. Məhkəmə bildirir ki, X22 tərəflərlə hər hansı bir qohumluq əlaqəsi olmamışdır. Məhkəmə onların iddiaçı ilə yaxın münasibətdə olmasını isə araşdırmamışdır. X5 yalan ifadəsi belə açılır “O, 13-14 il olar Avtandili və onun qaynını görmür”. Bir halda ki, 2016-cı ildə İddiaçı3 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında fərdi evin tikintisinə başlamışdırsa, onda şahidin ifadəsindən belə çıxır ki, ev 2009-cu il tarixdə tikilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsini iddiaçı və onun cəlb etdiyi şahidin yalan absurd ifadələri üzərində qəbul etmişdir. İddiaçı tərəfindən cəlb edilən şahid X41 ifadəsində bildirmişdir ki, “tarix olaraq təqribən 2016-2017- ci il Fəxri evin içini təmir etmiş, o, həyətə və həyətdəki mağazaya suvaq çəkmişdir. Ona Fəxri ev sahibi kimi Avtandili təqdim etmiş və pulu Avtandildən alacağını bildirmişdir”. Maraqlısı bundadır ki, X37 hansı əsasla ev sahibi kimi Avtandili qəbul edir və sonra X41 ev sahibi olduğunu bildirir. Avtandilin subyektiv hüququ olmadığı və İddiaçı3 məxsus olan evə özünü ev sahibi kimi qələmə verməsi özlüyündə ayrıca bir pozuntudur. Bütünn bununla belə, məhkəmə tərəfindən mübahisəli evdə şahid X25 guya Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında yerləşən evdə təmir işlərinin həyata keçirmələrini bütün ödənişlərin iddiaçı tərəfindən həyata keçirmələri tədqiq edilməmişdir. Məhkəmə iddiaçının hansı hüquqla "xxxx" QSC ilə müqavilə bağlamasını və müqavilənin bağlanmasına hansı sənədin əsas olmasını araşdırmamışdır. Bununla yanaşı məhkəmə əsli yox, surət kimi iddiaçının təqdim etdiyi MKTB-nin 67 saylı MKİS-nin xx.xx.2017-ci il tarixli İddiaçı1 qeydiyyatsız yaşamasına dair arayışını sübut növü kimi qəbul etməkdə pozuntu törətmişdir. Həmin sənədin həqiqiliyi araşdırılmamışdır. Eyni zamanda, məhkəmə sənədin Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanına verilməsini nəzərə almamışdır. İddiaçının qanunsuz və saxta sənədlər əsasında "xxxx" QSC ilə müqavilə münasibətinə girməsini məhkəmə əsaslı saymışdır. Hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün "xxxx" QSC-yə qarşı İddiaçı3 müvafiq qaydada sənədləri hazırlayır və məhkəməyə müraciət edəcəkdir. Məhkəmə bir tərəfdən qeyd edir ki, İddiaçı3 və cavabdehin təqdimetdiyi sənədlərin ünvan 3 ünvanına birbaşa aid olması cavabdeh tərəfindən sübut olunmamışdır. İddiaçının köçmək istədiyi ünvan 3 ünvanının cavabdehə və İddiaçı3 heç bir aidiyyəti yoxdur. Cavabdehin yaşadığı və İddiaçı3 sığınacaq verdiyi ünvan ünvan 9ərdi evin İddiaçı3 aid olmasına dair həmin əriziyə baxan Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Mənzil – Kommunal Təsərrüfatı Birliyinin 67 saylı Mənzil Kommunal İstismar Sahəsinin 14 noyabr 2022-ci il tarixli, 179 nömrəli arayışıilə sübut olunur. Məhkəmə onun yaşadığı və İddiaçı3 məxsus ünvan 3 ünvanına yerləşən evə dair sənədlərin mübahisəli ünvan 3 ünvanına birbaşa aid olmasını onun üzərinə qoymuşdur. Bu absurddur, iddiaçı iddia tələbləri irəli sürmüşdür, sübut etmək yükü onun üzərinə düşür, məhkəmə nədənsə tərəflərin vəzifələrini qarışdırmışdır. Məhkəmə xx.xx.2018-ci il tarixdə İddiaçı3 və Cavabdeh1 arasında bağlanmış “Özbaşına tikilinin tərkib hissəsindən istifadə hüququna dair” Müqaviləyə, “Özbaşına tikilidən istifadə üçün təhvil-təsliminə dair” Təhvil- Təslim Aktına və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində X38 (AZE ********), X21 (AZE ********) və X13 (AA0040453) arasında imzalanmış AKT-a heç bir münasibət bildirməmiş və mübahisəyə birbaşa aidiyyəti olan bu sənədləri tədqiq etməmişdir. Məhkəmə Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2010 il tarixdə verilmiş 257 nömrəli Sərəncama və həmin Sərəncam əsasında etibarnamə ilə X24 ayrılmış Abşeron rayonu, Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin 300 kv.m torpaq sahəsini 300 kv.m torpaq sahəsində fərdi evləri tikən İddiaçı2 əri X12 hüququna əhəmiyyət verməmişdir. Məhkəmə başqasına qanuni şəkildə ayrılmış torpaq sahəsində qanuni əsaslarla tikinti aparan İddiaçı2 əri X12 tikdirdiyi fərdi evlərə iddiaçının və ona himayədar olan qurumların verdikləri saxta və qanunsuz sənədləri əsasında bizə məlum olmayan şəraitdə iddiaçının həmin evlərə vergi ödəyicisi kimi qəbul edilməsi hüquq poizuntusudur və bu saxtakarlığa görə məhkəmə qaydasında və ya prokurorluq orqanlarında cavab verəcəklər.

17. İkinci iş üzrə çıxaırlmış qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıların iddia tələbi üzrə subyektiv hüquqları olmamışdır. Subyektiv hüququn yaranması üçün həmin fərdi evlərin üzərində hər hansı bir hüququ dövlət reyestrində qeydə alınmış olardı. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İş materiallarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr ölçüdə torpaq sahəsi üzrətində tikilmiş 78 kv.metr fərdi yaşayş evi və Bakı șəhəri, Nizami rayonu, Qafqaz küçesi, 2/7D ünvanında yerləşən fərdi yaşayıș evinin birgə nikah dövründə tikilməsi və əldə edilməsi, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nizami rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi 67 saylı, MKİŞ-nin xx.xx.2017-ci il tarixli, 2171/2 nömrəli arayışı mövcuddur. Həmin arayışda onun Qafqaz küçəsində 2/7D saylı mənzildə qeydiyyatsız yaşaması qeyd edilmişdir. Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ərazidə qeydiyyatsız yaşaması ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, 3436 nömrəli arayışı mövcuddur. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, 96009 nömrəli və xx.xx.2017-ci il tarixli, 68638 nömrəli müqavilələrdən görünür ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ərazisində və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında İddiaçı1 istehlakçı olaraq adlandırılmış ve müqavilələr onunla bağlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmamış, o isə bələdiyyədə vergi ödəyicisidir. Elektron qaydada "X54" QSC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli "Qaz kəmərlərinin yoxlanması və istismara qəbulu" aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ərazisində, xx.xx.2017-ci il tarixli "Qaz kəmərlərinin yoxlanması ve istismara qebulu" aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında qaz kəmərlərinin quraşdırılmasının sifarişçisinin onun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasi Ramana Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməsinden və xx.xx.2019-cu il tarixli, 60 nömrəli arayışından görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində tikilmiş 78 kv.metr sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evinin vergi ödəyəcisidir. Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində tikilmiş 78 kv.metr sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evləri onun faktiki olaraq sahibliyində və istifadəsində olmuşdur. Bu halı yuxarıda göstərilən dövlət qurumlarının verdiyi arayışlar və kommunal müqavilələr təsdiq edir. Məhkəmə Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7D ünvanında və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində tikilmiş 78 kv.metr sahəsi olan 1 mərtəbəli fərdi evin olubolmamasını və həmin evə iddiaçıların subyektiv hüququnun olub-olmamasını, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində 180 kv.metr torpaq sahəsi üzərində tikilmiş 78 kv.metr fərdi yaşayiş evinə İddiaçı2 subyektiv hüququnun olub-olmamasnı, əgər belə bir hüquq olmuşdursa, sübutların təqdim edilməsini iddiaçılardan tələb etməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmasına baxmayaraq, onu qərəzli olaraq məhkəmə zalından çıxarmış, təqdim etdiyi "sübutları" işə əlavə edib tədqiq etməmişdir. Hazırki iş üzrə mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan onu dindirməli və verdiyi ifadələr və sənədlər sübut kimi tədqiq edilməli və qiymətləndirilməli idi. Məhkəmə əgər onun ifadəsini və təqdim etdiyi sənədləri nəzərə almayacaqdısa, onda onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində niyə işə cəlb edirdi? Onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması məqsədi mübahisənin onun maraqlarına toxunması, işin düzgün həlli məqsədi ilə onun işin halları barədə məlumatlı olması olmuşdur. Eyni zamanda, onun tikdiyi və yaşadığı ünvan 12 ünvanında yerləşən fərdi evə müvafiq sənədərinin olmasıdır. İddiaçıların onun yaşadığı evə mövcud olan kommunal müqavilələrin və Ramana Bələdiyyəsinin verdiyi şəhadətnamənin etibarsızlığına dair tələbi əsassızdır və onların bu tələb üzrə heç bir subyektiv hüququ yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçılar tərəfindən özbaşına tikilinin tərkib hissəsində istifadə hüququna dair X47 və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən evin müvəqqəti istifadəyə verilməsi aktı, İddiaçı3 tərəfindən həmin evə dair 2016-2022-ci illər üzrə məişət tullantıları ilə bağlı vəsaitin ödənilməsi qəbzi, qeyd olunan sənədlərin mübahisəli ünvan 3 ünvanına birbaşa aid olması iddiaçılar tərəfindən sübut olunmamışdır. Keçmiş həyat yoldaşı Cavabdeh1 qardaşı İddiaçı3 onu 5 nəfərlə bərabər zorla evdən qovmuşdur. O, evdən qovulanda anası da onunla olmuşdur. Hazırda, orada-burada, rayonda qalırlar. Həmin yaşayış evlərində qaz, işıq, su, telefon da onun adınadır. O, Qafqaz küçəsindəki torpağı alanda özünə aid olan Babək prospektində yerləşən başqa bir yaşayış evini 59.000 manata satıb, 30.000 manatını verərək hazırkı bu torpağı almış, 74.000 manat da evin tikilməsinə xərcləmişdir. Bütün bunlara Fəxmirənin ailəsi kömək etməmişdir. Oradakı bütün əşyalar da Faxmirə ilə ona məxsusdur. Mediasiya qurumuna etdiyi müxtəlif tələblərdən də təsdiq olunur ki, mübahisəli evlər birgə nikah dövründə əldə olunmuş əmlaklardır. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçılar tərəfindən özbaşına tikilinin tərkib hissəsində istifadə hüququna dair X47 və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən evin müvəqqəti istifadəyə verilməsi aktı, İddiaçı3 tərəfindən həmin evə dair 2016-2022-ci illər üzrə məişət tullantıları ilə bağlı vəsaitin ödənilməsi qəbzi, qeyd olunan sənədlərin mübahisəli ünvan 3 ünvanına birbaşa aid olması iddiaçılar tərəfindən sübut olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İkinci iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 birinci iş üzrə iddiaçı, ikinci iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı1 apellyasiya şikayətinə qarçı etiraz təqdim edərək etirazı öz iddia ərizələrinin məzmununa uyğun əsaslandırmışlar.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, ikinci iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmişlər, Cavabdeh1 apellyasiya şikayətini qəbul etməmişlər və apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, təmin edilməsini, Cavabdeh1 apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdilər.

21. İştirak etdiyi məhkəmə iclasında birinci iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında ikinci iş üzrə İddiaçı3 birinci iş üzrə iddiaçı, ikinci iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, onun apellyasiya şikayətinin təmin edilməməsini, birinci iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

23. Birinci iş üzrə Cavabdeh1, ikinci iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 apellyasiya şikayətini müdafiə etmiş, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməmiş və Cavabdeh1 apellyasiya şikayətinin iddianın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin, İddiaçı1 apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

24. İştirak etdiyi məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, vətəndaş bələdiyyəyə müraciət edərək, bələdiyyənin ərazisində yerləşən vergi ödəyicisi kimi qeydiyyata alınmaq istəyini bildirir. Bələdiyyənin əməkdaşları da vətəndaşın öz evi kimi təqdim etdiyi evə baxış keçirir, həmin ərazidə yaşayan qonşulardan vətəndaşın doğru məlumat verdiyini təsdiq etmək üçün dəqiqləşmə aparır, daha sonra şəxsi vergi ödəyicisi kimi qeydiyyata alır. İddiaçı1 olğu da həmin prosedurla vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bələdiyyə onların hər hansı birinə torpaq veməmiş, sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyata almışdır. Belə ki, evin heç bir rəsmi sənədi yoxdur. Eyni zamanda, verilmiş suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsi Bələdiyyənin ərazisində yerləşir, həmin torpaqdan istifadə edən şəxs bələdiyyəyə vergi ödəyir. Həmin ünvanda bir neçə ev var. Mustafayeva Lalə və Mustafayev Orxan digər evlərdən istifadə etdikləri üçün vergi ödəyicisi kimi həmin evlər üzrə qeydiyyata alınıbdır. Eyni evdən istifadə ilə bağlı 1 nəfərdən artıq şəxs vergi ödəyicisi kimi qeydə alına bilməz. Vətəndaşın başqa şəxsin evinə dair yalan məlumat verməklə vergi ödəyicisi kimi qeydiyyata düşməsi mümkün deyil. İddiaçı3 və İddiaçı2 bələdiyyəyə vergi ödəyicisi kimi qeydiyyata alınmaqla bağlı müraciəti olmamışdır. Onlar hazırki mübahisə yaranandan sonra bələdiyyəyə müraciət ediblər. Həmin evin yerləşdiyi torpaq sahəsi bələdiyyənin balansındadır. Bələdiyyə tərəfindən həmin torpaq sahəsi hər hansı şəxsə verilməyibdir.

25. Məhkəmə iclasında iştirakı İddiaçı1 tərəfindən təmin edilmiş şahid X37 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mübahisəli 2-ci evdə təmir işləri görmüşdür. İddiaçı1 həmin evi öz evi kimi ona təqdim etmişdir. İddiaçı1 birinci evin təmir edilməsini də ona təklif etmişdi, lakin vaxtı olmadığı üçün həmin evi təmir etməmişdir. İddiaçı1la İddiaçı3 evində işləyən zaman tanış olmuşdur. İddiaçı1 ona evinin olduğunu və həmin evin təmir edilməli olduğunu bildirmişdir. Evin elektrik xəttini çəkmiş, habelə döşəmə quraşdırmışdır. Evin həyətində, sol tərəfdə yerləşən mağazanı da inşa etmişdir. Həmin evin yanında İddiaçı3 satmaq üçün ev tikmişdir. İddiaçı1 evini təmir etməklə yanaşı onun evinin elektrik işlərini də görmüşdür. Daha sonra isə İddiaçı3 evini də təmir etmişdir. Yerinə yetirdiyi təmir işlərinin dəyəri ona İddiaçı1 tərəfindən ödənilmişdir. Həmin evdə İddiaçı1 yaşayan zaman da orada müəyyən təmir işi görmüşdür. Eyni zamanda, verilmiş suallara cavab olaraq, qeyd etmişdir ki, İddiaçı3 öz evinin təmirinə görə ona pul ödəmişdir. O, İddiaçı1 evinə təmir işlərinin görülməsi üçün gələnə qədər ev artıq tikilmişdir. İddiaçı1 ona daha öncədən evi göstərmişdir. İddiaçı3 məxsus bir neçə evi təmir etmiş, onun torpaq alıb, üzərində ev tikib satdığının şahidi olmuşdur.

26. Məhkəmə iclasında iştirakı İddiaçı1 tərəfindən təmin edilmiş şahid X34 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı1 NZS adlanan ərazidə, Aysu şadlıq sarayının arxasında yerləşən evinin təmir edilməsində usta kimi iştirak etmişdir. Onun İddiaçı1la əvvəldən əlaqəsi var idi. Həmin evin ona məxsus olduğunu bilirdi. Belə ki, İddiaçı1 evinin olduğunu və təmir olunmalı olduğunu ona bildirmiş və onu, əmisi oğlu Məmiyev Fəxri ilə birlikdə evin təmir edilməsinə dəvət etmişdir. Evin bünövrədən tikilməsində iştirak etməmiş, lakin bu işlərin görülməsinin şahidi olmuşdur. Bu işlər Yardımlı rayonundan olan ustalar tərəfindən görülmüşdür. Onlar həmin vaxt yaxınlıqda işləyirdilər. O, İddiaçı1 evinin təmirində iştirak edərək, tavan, döşəmə, divar kağızı, boya və elektrik işlərini görmüşdür. Bu zaman onların yanında İddiaçı1 olmuş, görülən işlərə görə pulu da onlara İddiaçı1 vermişdir. Evin damını Lerik rayonundan olan usta vurmuş, sanitar qovşağın çəkilməsi işlərini İddiaçı1 qonşusu görmüşdür. İddiaçı3 da tanıyır. Belə ki, onun şəriki ilə işləyirlər. Əvvəllər İddiaçı3 evini təmir etmişdilər. İddiaçı1 evində işləyəndə İddiaçı3 ara-sıra gəlirdi. Lakin evin təmiri ilə bağlı İddiaçı3 ona hər hansı göstəriş verməmişdir. İddiaçı1 evinin yaxınlıqda İddiaçı3 da evi var idi. O həmin evdə təmir işləri görməsə də, İddiaçı3 digər bir evində təmir işləri görmüş və tapşırıqları bir başa sonuncudan almışdır.

27. Məhkəmə iclasında iştirakı İddiaçı3 tərəfindən təmin edilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı1 və İddiaçı3 tanıyır. İddiaçı3 evlərin inşası və alqısatqısı ilə məşğul olan şəxs kimi tanıyır. 2014-cü ildə öz qohumu üçün İddiaçı3 ev almışdır. Həmin evdə İddiaçı1 və həyat yoldaşı yaşayırdı. Onun özü daşınmaz əmlakların alqı-satqısına vasitəçilik edir, yəni evlərin və torpaqların alqı-satqısı ilə məşğul olur. Lakin bu halı təsdiq edən hər hansı sənədi yoxdur. Qafqaz küçəsində olan torpaq sahəsini İddiaçı3 o təklif etmiş və təxminən 30.000 manat məbləğə İddiaçı3la razılaşmışdılar. Nəticədə həmin torpaq sahəsini almışdılar. Torpaq sahəsinin alqı-satqısı ilə bağlı satıcı Zamin, o və İddiaçı3 arasında müqavilə bağlanmışdır. Lakin ofisinin ünvanının dəyişməsi ilə bağlı sənədlər qarışmış, bu səbəbdən müqaviləni tapa bilməmişdir. Torpaq sahəsi alınandan sonra İddiaçı3 tikintiyə başlamışdır. Ev tikiləndə İddiaçı1 həmin ərazidə görməmişdir. Hətta evin tikintisi zamanı pəncərə ilə bağlı qonşu ilə fikir ayrılığı yaranan zaman İddiaçı3 müraciəti əsasında o, qonşu ilə söhbət apararaq məsələni həll etmişdir. Həmin vaxt evin dam örtüyünün tikintisinə 2 gün qalmışdır. Evdə çox ustalar işləmiş, ustalar onun yadında deyil. Ev tikiləndən sonra orada İddiaçı1 həyat yoldaşı ilə yaşamışdır. İddiaçı3 qohumu üçün ev almaq istəyəndə həmin evdə yaşadığı üçün Avtandili tanımışdır.

28. Məhkəmə iclasında iştirakı İddiaçı3 tərəfindən təmin edilmiş şahid X48 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı3la İddiaçı1 qohumdur. İddiaçı3 onun dayısı oğludur. O, İddiaçı3 şəriki olmuş, bir neçə yerdə birlikdə evlər inşa etmişdilər. Qafqaz küçəsində yerləşən evi Mahirlə şərikli inşa etmişdilər. Tikintiyə nəzarəti qohumuna həvalə etmişdir. Evin tikintisi zamanı o da gəlib-getmişdir. O, adətən tikinti sahəsinə axşam gəlmişdir. Belə ki, digər işlərlə məşğul olmuş, 2009-cu ildən 2023-cü ilədək bank sektorunda işləmişdir. X37 və X34 həmin evdə usta kimi işləməmiş (X48 ifadə verən zaman bu şəxslər məhkəmə iclas zalında idi), fərqli ustalar olmuşdur. Lakin ustaları xatırlamır. Tikinti materiallarını, o cümlədən evin daşını, taxtasını fərqli yerlərdən almışdılar. Lakin materialların alındığı, hansı şəxs vasitəsi ilə tikintinin aparıldığı yerə daşındığını deyə bilməz. Həmin evə hər hansı materialın Avtandil Məmməsdov tərəfindən alınmasını görməmişdir. Ümumiyyətlə İddiaçı1 mübahisəli evdə görməmişdir. Çox vaxt İddiaçı3 həmin evdə olmuşdur. Həmin evi İddiaçı3 özü üçün inşa etmişdir. Bu evdə İddiaçı1 arvadı ilə yaşamışdır. İddiaçı1 onların İddiaçı3la ortaq inşa etdikləri evlərin birində bu proseslərə nəzarət etmişdir. Ümumiyyətlə onlar şərik olanda İddiaçı1 İddiaçı3 köməklik etmiş, işlərə nəzarət etmişdir. İddiaçı1 mübahisəli evin inşası ilə bağlı pul ödədiyini görməmişdir. İddiaçı3la birlikdə təxminən 4-5 ev inşa etmişlər. Onlardan 2-3-nü xatırlayır. Sonradan isə mübahisəli evin tikintisinə İddiaçı1 nəzarət etdiyini, İddiaçı3 evi bacısı üçün inşa etdiyini, həmçinin, evi İddiaçı3 özü üçün inşa etdiyini, sonradan bacısına vermək fikrinin yarandığını bildirmişdir.

29. Birinci iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti, habelə ikinci iş üzrə cavabdehlər "xxxx" ASC, Cavabdeh3 İB, Cavabdeh2 QSC, Cavabdeh5 ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə qeyd edilən tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyənedilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3-cü maddəsinə əsasən əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-154/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ikinci mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2619/2023 saylı qətnaməsi “Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən İddiaçı1 verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

36. Hazırda birləşdirilmiş mülki işlər üzrə verilmiş apellyasiya şikayətlərinin hər ikisində mübahisələndirilən qətnamələrin ləğv edilib, iddiaların rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamələr, iddia tələblərinin təmin edilən hissəsində mübahisələndirildiyindən birinci iş üzrə qətnamə yalnız iddianın təmin edilən hissəsində, ikinci iş üzrə isə tədbiq edilmiş normalar da nəzərə alınmalqa (iş üzrə icraata xitam verilmiş hissə istisna olunmaqla) tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətilərinin dəlillərini iş mаtеriаllаrı ilə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi birinci iş üzrə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, bu iş üzrə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən Nizami rayonunda yerləşən fərdi yaşayış evinin ünvanı ilə bağlı dəqiqləşdirilmə aparılmamış, nəticədə İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsində yerləşən 2/7D ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Halbuki, həmin fərdi yaşayış evi 2/7D deyil, 2/7 ünvanında yerləşir. Bu səbəbdən birinci iş üzrə çıxarılmış qətnamə həmin hissədə dəyişdirilməlidir. İkinci iş üzrə isə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

38. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və onlardan yaşayış sahəsi kimi istifadə edilməsi orada şəxslərin yaşamasını və zərurət yarandıqda köçürülməsini hüquqi baxımdan mümkün edir. Belə olan halda, özbaşına tikintiyə köçürülmə barədə iddiaların birmənalı şəkildə təmin olunmaması sosial ədalət prinsiplərinə uyğun olmayan bir mövqedir. Bu qəbildən olan iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıb-yaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır.

39. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, birinci iş üzrə tərəflər, yəni İddiaçı1 və Cavabdeh1 keçmiş ər-arvaddır. Onların arasında nikah xx.xx.2017-ci il tarixdə bağlansa da, faktiki münasibətləri və bundan irəli gələrək birgə təsərrüfatları xeyli əvvəl, hələ 2009-cu ildə yaranmış, xx.xx.2013-cü il tarixdə X23 da məhz onların faktiki nikah münasibətlərindən doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-158/2023 saylı qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaq Cavabdeh1 yanında saxlanılmışdır.

40. Mübahisəli fərdi yaşayış evləri birinci iş üzrə tərəflərin birgə nikahda olduğu dövrdə inşa edilmiş, lakin bügünədək mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlaklar üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır. Bu əmlaklar hüquqi vəziyyətinə görə özbaşına tikintidir. İddiaçı1 özü də etiraf edir ki, bu evlər onların birgə nikahda olduqları dövrdə və birgə gəlirləri hesabına inşa edilmiş və məhz onlara məxsusdur. Lakin Cavabdeh1 onun bu mövqeyi ilə razılaşmır, birinci evin (Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində 78 kv.metr ölçüdə fərdi yaşayış evi) bacısı İddiaçı2 (onun həyat yoldaşı tərəfindən inşa edildiyini), ikinci evin isə (Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında fərdi yaşayış evi) qardaşı İddiaçı3 (onun tərəfindən inşa edildiyini) məxsus olduğunu iddia edir. Qeyd edilən şəxslər də öz iddialarında həmin mövqedən çıxış edirlər.

41. Bu da öz növbəsində hər iki iddia uzrə həmin evlərin real olaraq bu şəxslərdən hansının vəsaiti hesabına inşa edildiyinin və reallıqda onların hansına məxsus olduğunun (istifadə və sahibliyində olduğunun) müəyyən edilməsi zərurətini yaradır və hüquqi nəticə etibarı ilə birinci iş üzrə iddianın təmin edilməsi, ikinci iş üzrə iddiaların rədd edilməsini, habelə əksinə, ikinci iş üzrə iddiaların təmin edilməsi birinci iş üzrə iddianın rədd edilməsini şərtləndirir. Başqa sözlə, iddiaların biri-digərini istisna edir.

42. Bu səbəbdən məhkəmə kollegiyası mübahisəyə məhz bu qaydada yanaşaraq, ilk növbədə birinci evlə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu evin yerləşdiyi 300 kv.m. torpaq sahəsi (Abşeron rayon İHB tərəfınən xx.xx.2010-cu il tarixdə verilmiş 357 saylı sərəncama əsasən Abşeron rayon Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin bir hissəsi) X24 məxsusdur və həmin torpaq sahəsinə dair aidiyyəti, o cümlədən onun özəlləşdirilməsi və üzərində tikintinin inşa edilməsi səlahiyyətləri (etibar edən X43 vasitəsi ilə) xx.xx.2103-cü il tarixədək İddiaçı2 həyat yoldaşı olmuş X18 (artıq vəfat etmişdir) etibar edilmişdir. Həmin torpaq sahəsi üzərində iki tikilinin, yəni hazırda İddiaçı2 yaşadığı (3 otaqlı) və mübahisələndirilən birinci evin (2 otaqlı) yerləşdiyi işin mübahisəsiz halıdır. İddiaçı2 həmin etibarnaməyə istinadən torpağın onlara məxsus olduğunu və onun üzərində olan hər iki evin mərhum əri X32 tərəfindən inşa edildiyini, İddiaçı1 isə bu evin yerləşdiyi torpaq sahəsi üçün 6.000 manat məbləğində pul ödədiyini, sonradan həmin məbləğin 1.000 manat hissəsinin ona qaytarıldığını iddia edir.

43. Etibarnamə 2017-ci ilin sentyabr ayında verilmiş və həmin vaxt bu torpaq sahəsinin üzərində hər hansı tikintinin olduğu müəyyən edilmir. Tərəflərin hər hansı biri də belə bir mövqedən çıxış etmir və evin 2017-ci ilin sentyabr ayından əvvəl inşa edildiyini bildirmir. Qeyd edilən hər iki tərəf evin onun tərəfindən inşa edildiyini iddia edir və İddiaçı1 bu işlərin 2018-ci ildə həyata keçirildiyini göstərir. Evə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr və digər aidiyyəti sənədlər (izahat və cizgi, vergi ödəyicisinin uçota alınması şəhadətnaməsi) tarix etibarı ilə 2017-ci ildən sonrakı dövrə təsadüf edir. Qeyd edilənlər birmənalı şəkildə belə qənaətə gəlməyə əsas verir ki, ev etibarnamənin verildiyi, yəni 2017-ci il tarixdən sonra inşa edilmişdir.

44. Evin qazlaşdırılması məqsədi ilə “X56” QSC tərəfindən izahat və cizgilər, habelə “Qaz kəmərlərinin yoxlanılması və istismara qəbulu” Aktı (xx.xx.2018-ci il) 2018-ci il tarixdə məhz İddiaçı1 sifarişi əsasında tərtib edilmiş və onunla Cavabdeh3 İB arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev birlik tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə abonent kodu verilmişdir. Həmçinin, İddiaçı1 ilə "xxxx" ASC arasında bağlanmış müqavilə əsasında bu evə işıq sayğacı quraşdırılmış və abunə kodu verilmişdir. Başqa sözlə, həmin ev üzrə maye qazın və elektrik enerjisinin istehlakçısı kimi məhz İddiaçı1 qeydə alınmışdır. Bundan əlavə, müraciəti əsasında Sabunçu rayonu Romana Bələdiyyəsində vergi ödəyicisi kimi də İddiaçı1 uçota alınmış və ona bu barədə şəhadətnamə verilmişdir.

45. İddiaçı2 İddiaçı1 tərəfindən qeyd edilən sifarişin verilməsi, müqavilələr bağlaması və vergi ödəyicisi kimi uçota alınması barədə sonradan məlumat əldə etdiyini bildirir. Lakin məhz hansı hadisələr nəticəsində bu barədə məlumat əldə etməsi, hansı səbəbdən sənədlərin rəsmiləşdirmə zamanı bu barədə xəbərsiz olması ilə bağlı məhkəməyə nəinki tutarlı, ümumiyyətlə hər hansı məlumat verə bilmir. Halbuki, məhz bu hal onun iddiasının əsasını təşkil edir və bu baxımdan bilavasitə iddianın əsaslılığına (uğurluluğuna) təsir edir. Məhkəmə kollegiyası tərəfindən də iddiaçının bu mövqeyinin əsaslı olmasına dəlalət edən hər hansı hal müəyyən edilmir.

46. Əksinə bu mövqeyi bilavasitə təkzib edən hallar mövcuddur. Belə ki, İddiaçı2 mübahisəli evin arxasında, qeyd edilən torpaq sahəsinin üzərində yerləşən digər evdə yaşayır və yaşadığı ev üzrə vergi ödəyicisi kimi Sabunçu rayonu Ramana qəsəbəsində uçota alınmışdır. Həmin evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı aidiyyəti qurumlarla, o cümlədən Cavabdeh5 ASC ilə müqavilə onun həyat yoldaşı X32 ilə bağlanmışdır. İddia edildiyi kimi, mübahisəli evin də onlar tərəfindən inşa edildiyi və onlara məxsus olduğu halda, həmin vaxt bu evlə bağlı kommunal müqavilələr də X32 və ya İddiaçı2 ilə bağlanmış olardı. Hər bir halda, bununla bağlı hər hansı maneənin olduğu aşkar edilməmişdir.

47. Bu evdən başqa İddiaçı1 həmin ünvana (əraziyə) bağlayan hər hansı başqa marağının olduğu müəyyən edilmir. Belə olan halda, İddiaçı1 həmin ünvana getməsinin (yol gət etməsinin), evlə bağlı müqavilələr bağlamasının, digər hərəkətlər etməsinin və nəticədə vəsait sərf edərək evi işıq və təbii qazla təchiz etməsinin bir məntiqli və əsaslı izahı - evin ona məxsus olmasıdır. Belə ki, əks qənaət, yəni İddiaçı1 hər hansı müraciət və ya tapşırıq olmadan, ümumiyyətlə bu barədə heç kimə xəbər vermədən ona məxsus olmayan və tərəfindən inşa edilməyən evi şəxsi vəsaiti hesabına işıq və qazla təchiz etməsi, ümumiyyətlə adi insan məntiqinə sığmayan bir hərəkətdir.

48. Nəzərə alınmalıdır ki, evin işıq və qazla təchiz edilməsi - konkret işlərin görülməsi, o cümlədən aidiyyəti qurumlara müraciətlərin edilməsi, həmin qurumların əməkdaşları tərəfindən sahəyə baxışın keçirilməsi, müqavilələrin bağlanması, bunun nəticəsi olaraq xətlərin çəkilməsi, sayğacların quraşdırılması ilə müşaiyət olunur. Qeyd edilən işlər İddiaçı2 və ya onun hər hansı ailə üzvü tərəfindən görülsə idi, abunə kimi İddiaçı1 deyil, (İddiaçı2 hazırda yaşadığı evdə olduğu kimi) məhz onların hər hansı biri qeydə alınardı. Hər bir halda, bu prosedurlara İddiaçı2 və ya onun ailə üzvlərinin müraciəti və sifarişi əsasında başlanılsa idi, onların icazəsi olmadan həmin qurumlar müqavilələri İddiaçı1 ilə bağlamazdılar. Bu səbəbdən məhkəmə kollegiyası İddiaçı2 mövqeyini də (məlumatları olmamışdır) nəzərə alıb belə qənaətə gəlir ki, onun tərəfindən bu məsələlərlə bağlı hər hansı tədbir görülməmiş, o cümlədən həmin qurumlara müraciət edilməmişdir.

49. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, evə və onun həyətinə sərbəst qaydada daxil olmaq imkanına, o cümlədən evin giriş qapısının açarına malik olmadan İddiaçı1 bu işləri yerinə yetirə bilməzdi. Həmin evin arxasında (faktiki olaraq bitişik vəziyyətdə) yerləşən evdə yaşayan İddiaçı2, habelə onunla yaşayan hər hansı ailə üzvünün bütün bunları görməməsi nəinki inandırıcı deyil, ümumiyyətlə istisna edilir. Belə ki, İddiaçı2 evin hər hansı müddət ərzində İddiaçı1 istifadə və sahibliyində olduğunu bildirmir, həmin evin özünün istifadə və sahibliyində olduğunu vurğulayır. İddiaçı2 həmin vaxt bu işlər barədə məlumatının olmadığının ehtimal edilməsi əhəmiyyətsiz faiz dərəcəsi ilə və nəzəri baxımdan mümkün hesab edilsə belə, onun sonradan evin işıq və qazla təchiz edildiyini və bunun nəticəsi olaraq, sayğacların quraşdırıldığını görməməsi, bu işləri yerinə yetirən şəxslə maraqlanmaması, ümumiyyətlə sahibliyində olan və kirayə əsaslarla başqa şəxslərə verilən evlə bağlı kommunal xidmətlərin göstərilməsi barədə müqavilələrin İddiaçı1 ilə bağlanmasını bilməməsi qeyri-mümkündür. Başqa sözlə, evin sahibi olaraq X12 (sağlılığında) və ya İddiaçı2 bir neçə il ərzində 1-ci ev üzrə göstərilən kommunal xidmətlərlə bağlı aidiyyəti qurumlar tərəfindən abunə kimi İddiaçı1 qeydə alınması barədə məlumatlarının olmaması nəinki inandırıcı, ümumiyyətlə mümkün deyil. Bir yeganə istisna ilə ki, bu ev onlar tərəfindən inşa edilməsin və onların istifadə və sahibliyində olmasın.

50. İstinad edilən və hazırda mövcud olan müqavilələrin və digər sənədlərin ilkin müqavilə və sənəd olmadığı (əvvəllər bu müqavilə və sənədlərin hər hansı birinin X12 və ya İddiaçı2 adına olması, sonradan İddiaçı1 adına dəyişdirilməsi) müəyyən edilmir.

51. Məhkəmə kollegiyası 1-ci evin inşası ilə bağlı qeyd edir ki, həm İddiaçı2 (qardaşı İddiaçı3 tərəfindən), həm də İddiaçı1 bu evin onun vəsaiti hesabına inşa edildiyini iddia edir. Şahid qismində ifadəsi alınmış X43 həmin evi inşa etdirən şəxs olaraq İddiaçı3 qeyd edir. Lakin nə İddiaçı2, nədə ki, İddiaçı3 evin inşasını və təmirini həyata keçirən hər hansı şəxsin (ustanın) şahid qismində iştirakını təmin etmir. Halbuki, evlərin inşası, təmiri və satışı ilə məşğul olan və bu ev üzrə də bu işlərin görülməsini təşkil edən İddiaçı3 həmin ustaların iştirakını təmin etmək hər hansı çətinlik yaratmamalı idi. Tikintiyə və təmirə usta qismində cəlb edilmiş şəxslərin şahid qismində iştirakını İddiaçı1 da təmin etməmişdir. Lakin İddiaçı3 fərqli olaraq, İddiaçı1 bu evin inşası ilə bağlı texniki məsələlər barədə sərbəst şəkildə izahat verə və tikintini mərhələlər üzrə təsvir edə bilir. Məhkəmə kollegiyası da həm bu, həm də bu evlə bağlı yuxarıda göstərilənlərin nəticəsi olaraq formalaşmış mövqeyini əsas götürüb hesab edir ki, 1-ci ev məhz İddiaçı1 ilə Cavabdeh1 birgə nikahda olduğu dövrdə və onların birgə vəsaitləri hesabına inşa edilmişdir. Məhz bu səbəbdən də evlə bağlı mövcud olan müqavilələr və digər sənədlər İddiaçı1 adına rəsmiləşdirilmişdir. Bu da öz növbəsində İddiaçı2 mövqeyinin əsassız olduğunu, İddiaçı1 ilə Cavabdeh3 İB və "xxxx" ASC arasında bağlanmış müqavilələrin etibarlı olduğunu təsdiq edir və onun həmin evlərə köçürülməsini şərtləndirir.

52. Məhkəmə kollegiyası 2-ci evlə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı3 Ağac oğlu və İddiaçı1 ayrı-ayrılıqda bu evin onun tərəfindən və onun vəsaiti hesabına inşa edildiyini və ona məxsus olduğunu iddia edir.

53. Bu evin qazlaşdırılması məqsədi ilə “X56” QSC tərəfindən izahat və cizgilər, habelə “Qaz kəmərlərinin yoxlanılması və istismara qəbulu” Aktı (xx.xx.2017-ci il) 2017-ci il tarixdə məhz İddiaçı1 sifarişi əsasında tərtib edilmiş və onunla Cavabdeh3 İB arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev birlik tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə abonent kodu verilmişdir. Həmçinin, İddiaçı1 ilə Cavabdeh5 ASC arasında bağlanmış müqavilə əsasında bu evə su sayğacı quraşdırılmış və abunə kodu verilmişdir. Başqa sözlə, həmin ev üzrə maye qazın və suyun istehlakçısı kimi məhz İddiaçı1 qeydə alınmışdır.

54. Halbuki, bu evin İddiaçı3 məxsus olması qeyd edilən sənədlərin və müqavilələrin İddiaçı1 adına rəsmiləşdirilməsini qeyri-mümkün etməli idi. Onunla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə “Özbaşına tikilinin tərkib hissəsindən istifadə hüququna dair” Müqavilə bağlaması və həmin evin müvəqqəti olaraq, yəni sığınacaq kimi, Cavabdeh1 istifadəsinə və sahibliyinə verilməsi də bu rəsmiləşdirmənin İddiaçı1 adına aparılması üçün əsas yaratmır, əksinə İddiaçı1 bu hüquqdan mərhum edir. Belə ki, həmin müqavilənin 1.3-cü bəndinə əsasən əmlaka sahiblik hüququ yalnız mənzil sahibinə məxsusdur, bu hüquq üçüncü şəxslərə ötürülə bilməz. Başqa sözlə, əmlaka sahiblik və ondan istifadə hüququ müvəqqəti olaraq Cavabdeh1 verilmişdir. Eyni zamanda, müqavilənin 1.4-cü bəndində Cavabdeh1 müvvəqəti olaraq verilmiş bu hüquqların onun digər hüquqlarının yaranmasına əsas olmadığı təsbit edilmişdir. Bu baxımdan qeyd edilən rəsmiləşdirmə, o cümlədən kommunal müqavilələrin bağlanması yalnız İddiaçı3 icazəsi ilə aparıla bilərdi. Lakin İddiaçı3 iddiasında belə bir icazə verdiyini bildirmir, əksinə İddiaçı1 bu işləri ondan xəbərsiz, özbaşına gördüyünü qeyd edir. Məhkəmə iclasında verdiyi izahatında isə bu evin kommunal xidmətlərlə bağlı müqavilələrin İddiaçı1 adına bağlandığı 4-cü ev olduğunu bildirir.

55. İddiaçı3 mövqeyi və buna uyğun olaraq evin onun tərəfindən 2016-cı ildə inşa edildiyi əsas götürüldüyü təqdirdə ev xx.xx.2018-ci il tarixdə Cavabdeh1 təhvil verilənədək kommunal xidmətlərin göstərilməsi ilə bağlı məsələ öz həllini tapmalı idi. Lakin bu barədə müqavilələrin tarixləri belə qənaətə gəlməyə əsas verir ki, evin təbii qazla və su ilə təchizatı, o cümlədən müvafiq sayğacların quraşdırılması təhvil vermə prosesindən bir neçə ay sonra həyata keçirilmişdir. Belə çıxır ki, İddiaçı3 evi inşa və təmir etdirmiş, evdə aidiyyəti əşyalar yerləşdirmiş, lakin kommunal xidmətlərin göstərilməsi ilə bağlı məsələni həll etməmiş və məhz bu qaydada evi təhvil vermişdir. Bunu bildiyi, habelə icazə vermədiyi bir halda, bir neçə ay sonra İddiaçı3 bu məsələlərin həll edildiyini bilməməsi, həm bu evin sahibi olaraq, həm də bu sahə üzrə fəaliyyət göstərən (evlərin inşası, təmiri və satışı) şəxs olaraq qeyri-mümkündür. Ondan əvvəl bunu həmin evdə yaşayan Cavabdeh1 görməli və bilməli və ona bildirməli idi.

56. Hər bir halda, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin şərtləri baxımından, habelə bu müqavilənin məntiqi və hüquqi nəticəsi olaraq, evlə bağlı yuxarıda qeyd edilən rəsmiləşdirmə İddiaçı3, ən pis halda Cavabdeh1 ilə aparılmalı idi. Digər tərəfdən evdə Cavabdeh1 ailəsi, o cümlədən əri İddiaçı1 ilə bir yerdə yaşamışdır. Bu baxımdan sonuncu da həmin müqavilənin tərəfi olmalı, evi onunla birlikdə təhvil almalı idi. Lakin nə müqavilə, nə də ki, bu evin təhvil alınması barədə xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı nəinki, İddiaçı1 tərəfindən imzalanmamış, ümumiyyətlə onun bu sənədlər barədə hər hansı məlumatının olduğu müəyyən edilmir. Digər tərəfdən iddiasına uyğun olaraq, bundan əvvəl yaşamaq üçün müəvəqqəti olaraq verdiyi evlərlə bağlı da belə bir müqavilələr təqdim edə bilmir. Bununla belə, bu, habelə yuxarıda göstərilənlər həmin müqavilənin və təhvil-təslim aktının əhəmiyyətsiz sənəd olduğunu, bacı-qardaş arasında evin İddiaçı3 məxsus olması görüntüsü yaratmaq məqsədi ilə və artıq mübahisə yarandıqdan sonra tərtib edildiyini və imzalandığını təsdiq edir.

57. İddiaçı3 tərəfindən təqdim edilmiş Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 67 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli mədaxil qəbzi isə bu evin ona məxsus olmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Həmin qəbz sadəcə olaraq İddiaçı3 tərəfindən 2022-ci ilin noyabr ayında ümumilikdə 2016-2022-ci illər üçün yaranmış kommunal borcun (98 manat) ödənilməsini təsdiq edir, eyni zamanda, bu ödənişin vaxtıvaxtında deyil, bir neçə ildən sonra və məhz tərəflər arasında artıq evlə bağlı mübahisə başlandıqdan sonra aparılması məsələsinə diqqət yetirilməsinə zərurət yaradır. Həmin sahə tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə verilmiş arayışlar isə məzmun etibarı ilə ümumiyyətlə anlaşılmazdır. Belə ki, İddiaçı1 ilə Cavabdeh1 2018-2022-ci illər ərzində həmin evdə yaşaması və İddiaçı3 ümumiyyətlə bu evdə yaşamaması işin mübahisəsiz halıdır, bunu iş üzrə tərəflər özləri də etiraf edir. Buna baxmayaraq, həmin arayışlarda İddiaçı1 bu evdə yaşamadığı, evdə İddiaçı3 qeydiyyatsız yaşadığı və evin İddiaçı3 tərəfindən inşa edildiyi göstərilmişdir. Halbuki, evin inşası ilə bağlı məlumatın verilməsi həmin qurumun səlahiyyətlərinə aid deyil. Digər tərəfdən bu növ arayış ümumiyyətlə evin tikintisi ilə bağlı məlumatın verilməsini şərtləndirmir. Bununla belə, tarix, əhatə etdiyi dövr və məzmun etibarı ilə bu sənədlər də xx.xx.2018-ci il tarixli müqavilə kimi evin İddiaçı3 məxsus olması görüntüsünü yaratmaq məqsədi daşıyır.

58. Məhkəmə kollegiyası bu evin inşası ilə bağlı qeyd edir ki, İddiaçı3, Cavabdeh1 (hətta X39 da bu mövqedən çıxış edirdi) bu evin İddiaçı3 tərəfindən inşa edildiyini və İddiaçı1 bu prosesdə iştirak etmədiyini iş üzrə hər bir sənəddə, o cümlədən iddiaya qarşı etirazda, iddia ərizəsində və apellyasiya şikayətində və izahatlarında bildirməsinə baxmayaraq, görülmüş təmir-tikinti işləri, onun mərhələləri və texniki tərəfləri barədə sorğu sual zamanı İddiaçı1 evin tikintisi ilə bağlı bütün məsələlər barədə məhkəməyə məlumat verməyə hazır olduğunu bildirdiyi bir halda, İddiaçı3 bu məsələlərə aydınlıq gətirə bilməmiş, və əvvəlki mövqeyinə zidd olaraq evin onun tapşırığı əsasında İddiaçı1 tərəfindən inşa edildiyini bildirmişdir. Başqa sözlə, İddiaçı1 bu evin inşasında iştirakı ilə bağlı məsələ üzrə əvvəlki mövqeyindən fərqli bir mövqe nümayiş etdirmişdir.

59. Məhkəmə iclasında ifadəsi alınmış şahid X3 Məmmədovla İddiaçı3 evində işləyəndə tanış olduğunu, ona öz evini təmir etməyi təklif etdiyini, o da razılaşaraq, evin elektrik xəttini çəkdiyini, döşəməni təmir etdiyini, evin həyətində olan mağazanın da onun tərəfindən inşa edildiyini, həmin evin yanında İddiaçı3 satmaq üçün ev də tikdiyini, İddiaçı1 evini təmir edə-edə İddiaçı3 evinin elektrik işlərini də gördüyünü, daha sonra isə o evi də təmir etdiyini, mübahisəli evdə gördüyü işlərlə bağlı ödənişlərin ona İddiaçı1 tərəfindən edildiyini, həmin evdə İddiaçı1 yaşayan zaman da təmir işləri gördüyünü, İddiaçı3 sifarişi əsasında isə başqa evlər inşa etdiyini, bu evin inşası və təmiri ilə bağlı İddiaçı3 hər hansı tapşırıq almadığını bildirmişdir. Digər şahid X34 da mübahisəli evin sahibi kimi İddiaçı1 tanıdığını, bu evdə məhz onun tapşırığı əsasında təmir işləri gördüyünü, o cümlədən tavanın quraşdırılması, döşəmənin vurulması, divar kağızının çəkilməsi, habelə boya və elektrik işlərini yerinə yetirilməsində iştirak etdiyini, bunun müqabilində xidmət haqqının ona məhz sonuncu tərəfindən ödənildiyini, evin inşası və təmiri ilə bağlı İddiaçı3 hər hansı məbləğdə ödəniş və ya hər hansı göstəriş almadığını bildirir. Nəzərə alınmalıdır ki, şahid X4 Avtandil Nicat oğlunu İddiaçı3 vasitəsi ilə tanımış, evlərin inşası və təmiri prosesinə daha çox İddiaçı3 xidmət göstərmiş və təbii ki, onlar biri birindən daha çox xeyir əldə etmişdilər. Onların hər hansı biri aralarında hər hansı ədavətin və narazılığın olmasını və ya yaranmasını da bildirmir. Bütün bunlara baxmayaraq, bu şahid yuxarıda göstərilən ifadəni verir ki, bu da öz növbəsində evin məhz İddiaçı1 tərəfindən inşa edildiyini və İddiaçı3 bu prosesdə iştirak etmədiyini təsdiq edir.

60. X2 evin yerləşdiyi torpaq sahəsinin İddiaçı3 onun tərəfindən 30.000 manat pula satıldığını, evin də məhz sonuncu tərəfindən inşa edildiyini bildirsə də, həm ifadəsində göstərilən halları, həm də ümumiyyətlə özünün torpaqların alqı-satqısı ilə məşğul olan şəxs olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Digər şahid X48 isə İddiaçı3 onun dayısı oğlu olduğunu bildirmiş və nəticə etibarı ilə ziddiyətli ifadə vermişdir. Belə ki, İddiaçı3 ilə şərik olduğunu, evin sonuncu tərəfindən inşa edildiyini, bununla bağlı tikinti materiallarının, o cümlədən daşın, taxtanın fərqli yerlərdən onunla bərabər aldıqlarını bildirsə də, materialların haradan alındığını, hansı şəxs vasitəsilə tikinti yerinə daşındığını söyləyə bilməmişdir. Bundan sonra isə tikinti sahəsinə adətən axşamlar gəldiyini, digər işlərlə məşğul olduğunu, 2009-cu ildən 2023-cü ilədək bank sektorunda işlədiyini qeyd etmişdir. Bundan başqa İddiaçı1 mübahisəli evdə görmədiyini, çox vaxt İddiaçı3 həmin yerdə olduğunu, İddiaçı3 evi özü üçün tikdiyini, sonra bacısı üçün tikdiyini (halbuki, İddiaçı3 bu evin onun tapşırığı əsasında məhz İddiaçı1 tərəfindən inşa edildiyini, həmin evi də satmaq üçün inşa etdiyini bildirmişdir), daha sonra isə evin tikintisinə İddiaçı1 nəzarət etdiyini göstərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası bu şahidlərin ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir.

61. Qeyd edilənlər İddiaçı3 Nicat oğlunun bu evə də köçürülməsini şərtləndirir və həmin evə kommunal xidmətlərin göstərilməsi ilə bağlı onunla aidiyyəti qurumlar arasında bağlanmış müqavilələrin etibarlı olduğunu təsdiq edir. Başqa sözlə, hər iki ev üzrə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr buna səlahiyyəti olan şəxs, yəni evlərin sahibi və istifadəçisi olan, bu əmlakın inşasına və təmirinə vəsait qoyan İddiaçı1 tərəfindən imzalanmışdır. Onun hər iki evə köçürülməsi də məhz bu evə yaranmış hüquqlarından irəli gəlir. Belə bir tələb irəli sürməklə İddiaçı1 məhz hər iki evin ona məxsus olmasının müəyyən edilməsi ilə bağlı hüquqi nəticənin əldə edilməsini arzulamışdır.

62. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, ikinci evin ünvanı qismində ünvan 14 materiallarında olan sənədlər, habelə tərəflərin, o cümlədən İddiaçı3 izahatı ilə də öz təsdiqini tapır. Belə ki, bu tərəfin dəlillərindən biri də İddiaçı1 mövcud olmayan ünvana köçürülməsidir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmə və İddiaçı1 köçürüldüyü ünvan dəqiq göstərilməlidir.

63. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, mübahisəli fərdi yaşayış evlərinin inşa və təmir edilməsində İddiaçı3 və İddiaçı2 və onun ailəsinin maddi baxımdan hər hansı iştirakı olmamışdır. Bu evlər İddiaçı1 ilə X14 birgə nikahda olduqları dövrdə və onların birgə gəlirləri hesabına inşa və təmir edilmişdir. Bu səbəbdən həmin evlərin sahibi kimi məhz onlar qəbul edilməlidir. Belə olan halda, İddiaçı1 həmin evlərə münasibətdə Cavabdeh1 Aşağ qızı ilə eyni, o cümlədən evdən istifadə etmək və ona sahiblik etmək hüquqlarına malikdir. Hüquqi nəticə etibarı ilə Cavabdeh1 əsassız olaraq onu həmin evdən istifadə və ona sahiblik etmək, o cümlədən evdə yaşamaq hüququndan məhrum etmişdir. İddiaçı3 və İddiaçı2 isə bu evlərdən İddiaçı1 istifadə və onlara sahiblik etməsinə maneə yaratmaq üçün ümumiyyətlə hər hansı hüquqi əsası yoxdur. Qeyd edilənlər İddiaçı1 iddiasının mübahisəli mənzillərə köçürülmə hissəsində əsaslı olmasına dəlalət edir və onun təmin edilməsini şərtləndirir.

64. Məhkəmə kollegiyası 41-ci bənddə qeyd edilənləri də nəzərə alıb, ikinci iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, artıq müəyyən edildiyi kimi mübahisəli fərdi yaşayış evləri İddiaçı1 ilə Cavabdeh1 birgə nikahda olduqları dövrdə və onların birgə gəlirləri hesabına inşa edilmiş və bilavasitə onlara məxsusdur. Bu da öz növbəsində İddiaçı1 həmin evlərlə bağlı öz adına rəsmiləşdirmənin aparılması, o cümlədən kommunal xidmətlərin göstərilməsi ilə bağlı aidiyyəti qurumlarla müqailələrin bağlanması hüququnu yaratmış olur. Başqa sözlə, İddiaçı1 mübahisələndirilən müqavilələri imzalayarkən hüquqi baxımdan buna tam səlahiyyətli olmuş, bu məsələlərdə İddiaçı3 və İddiaçı2 razılığından, icazəsindən və ya bəyənməsindən asılı olmamışdır. Bununla belə, həm birinci iş üzrə məhkəmə kollegiyasının qənaəti, həm də bu hallar ikinci iş üzrə apellyasiya şikayətinin əsaslı olduğunu təsdiq edir və ikinci iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsini və iddiaların rədd edilməsini şərtləndirir. Məhkəmə ikinci iş üzrə çıxarılmış qətnamə ilə iddiaların qismən təmin edilməsinə baxmayaraq, bu iddiaların təmin edilməyən hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, bu hissədə iddialar birinci evlə bağlı Cavabdeh5 ASC ilə, ikinci evlə bağlı isə "xxxx" ASC ilə X26 arasında müqavilənin bağlanmaması əsası ilə deyil, ümumiyyətlə İddiaçı3 və İddiaçı2 bu müqavilələri mübahisələndirmək hüququnun olmaması əsası ilə rədd edilməlidir. Bundan başqa, İddiaçı2 Ramana qəsəbəsində yerləşən 2, yəni 2 və 3 otaqlı fərdi yaşayış evi ilə bağlı bağlanmış kommulla müqavilələrin etibarsız hesab edilməsini tələb edir. Lakin həmin evlərdən birində (3 otaqlı) özü yaşayır və həmin evlə bağlı İddiaçı1 tərəf olduğu hər hansı kommunal müqavilənin olduğu müəyyən edilmir. Bu da öz növbəsində onun iddiasının bu hissədə qeyd edilən əsasla rədd edilməsini şərtləndirir. Hər bir halda, Ramana qəsəbəsində yerləşən yalnız 1 fərdi yaşayış evi (2 otaqlı) mübahisə predmetini təşkil edir.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci iş üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2917/2022 saylı qətnaməsi iddiaçının köçürüldüyü Nizami rayonunda yerləşən fərdi yaşayış evinin ünvanı ilə bağlı hissədə dəyişdirilməli, birinci iş üzrə çıxarılmış qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, ikinci iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2619/2023 saylı qətnaməsi ləğv edilməli, həmin iş üzrə yeni qətnamə çıxarılmalı, həmin iş üzrə iddialar rədd edilməlidir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Birinci iş üzrə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Birinci iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2917/2022 saylı qətnaməsi iddiaçının köçürüldüyü Bakı şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evinin ünvanı ilə bağlı hissədə dəyişdirilsin. Həmin evin ünvanının ünvan 16zrə çıxarılmış qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı1 apellyasiya şikayəti təmin edilsin. İkinci iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2619/2023 saylı qətnaməsi ləğv edilsin. Həmin iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh3 İB-yə, Cavabdeh2 QSC-yə, Cavabdeh5 ASC-yə (İddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları rədd edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar