Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-154/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilk iddiası; İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: “mənzillə təmin edilmə, əmlakın sökülməsi, pul tələbi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MTK-nın sədri X2 və nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-807/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Nərimanov rayonu, Mayakovski küçəsi 7 saylı evin 12 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2003-cü il tarixində 30/5776 nömrə ilə qeydiyyatdan keçirilmişdir
2. Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli sərəncamı ilə vətəndaş İddiaçı özünə məxsus Mayakovski küçəsi 7/4 saylı evini söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilməsi, tikinti işlərinə evin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən, Bakı şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən şəhadətnamə alındıqdan və onun kserosurəti Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra başlanılması, tikinti işləri aparılan sahənin ətrafını inşaat tullantılarından və nəqliyyat vasitələrindən tökülən qruntlardan təmizlənməsi məqsədi ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanmasının vətəndaş İddiaçı həvalə edilməsi, tikinti işlərinin razılaşdırılmış sənədlərə əsasən aparılmasına nəzarət edilməsinin Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 18 saylı Polis Bölməsinə tapşırılması qərara alınmış, tikinti işləri başa çatdıqdan sonra evə yeni qeydiyyat vəsiqəsinin verilməsi və texniki pasportun tərtib olunması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilməsi vətəndaş İddiaçı tövsiyə olunmuşdur
3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 505 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamı ilə "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, PHS-1897 saylı razılıq məktubunu, Cavabdeh MTK-nın xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışını nəzərə alaraq, ünvan 1 ünvanda mülkiyyətində olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən Cavabdeh MTK-ya tapşırılmışdır. Sərəncamın 2.1-ci bəndinə əsasən ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etmək və həmin sənədlərin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək Cavabdeh MTK-ya tapşırılmışdır.
4. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı ilə Cavabdeh MTK-ya yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair 14/288 nömrəli, 2014-cü il tarixli ayrıc aktı verilmişdir.
5. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1037 nömrəli, xx.xx.2015-ci il tarixli müqavilənin Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, ev 9-da yerləşən Cavabdeh MTKya Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 505 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı, xx.xx.2014-cü il tarixli, 13016 saylı inşaat pasportu əsasında ünvan 2 ünvanda ayrılmış 13120 kv.m torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir.
6. Bakı şəhər İcra Hakimiyyəti başçısının 550 nömrəli, xx.xx.2015-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələnləndirmə ilə əlaqədar sərəncamı nəzərə alınaraq Cavabdeh MTK-ya tikintiyə icazə verilməsi haqqında sərəncamına əsasən, Cavabdeh xx.xx.2015-ci il tarixli, 60 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı nəzərə alınaraq, ünvan 3 ünvanda 18 mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün Cavabdeh MTK-ya icazə verilmişdir.
7. Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 130 saylı sahənin bir hissəsi-0.14 ha torpaq sahəsi Cavabdeh MTK-nın xüsusi mülkiyyəti olaraq xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydə alınmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı X6 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamların ləğv edilməsi tələbi barədə iddiası təmin edilməmişdir.
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin ünvan 4 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında 16 fevral 2022-ci il tarixli rəyi ilə yaşayış evi 1924-cü ildə birmərtəbəli inşa olunmuşdur. Evin planda ölçüləri 16.65 x 6.35 metrdir. İddiaçı xx.xx.2006-cı il tarixli R-9 saylı məktubu ilə Bakı Şəhər ünvan 5 ünvanında yerləşən 3 və 4 sayli mənzillərin əsasında onların sökülüb, yenidən tikilməsi barədə icazə istəmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006cı ildə 418 nömrəli sərəncamı ilə həmin mənzillərin sökülüb yerində fərdi layihəyə uyğun olaraq tikintisinə razılıq verilmişdir. Göstərilən ünvanda olan 3 saylı mənzil İddiaçı yaxın qohumuna məxsus olduğundan həmin mənzil ərazidə yaşayış binaları inşa edən Cavabdeh MTK-ya satılmış, ev sahibi tərəfindən həmin mənzil sökülmüş və sökülən hissə də daxil olmaqla yerində yeni çoxmərtəbəli bina tikilmişdir. Bina 4 saylı mənzilin sağ yan tərəfində yerləşir. Yeni tikilən çoxmərtəbəli bina ilə 4 saylı ev arasında ara məsafəsi təxminən 4,70 metr təşkil edir. Təsdiq olunmuş layihəyə əsasən 4 saylı mənzil və girişə nəzərən mənzilin sol yan tərəfində yerləşən 3 saylı mənzillə birlikdə sökülərək yerində yenidən tikilməsi nəzərdə tutulduğu halda, bu şərtə əməl olunmamışdır. Sərəncam üzrə tam sökülməli olan 4 saylı mənzilin dam hissəsi sökülərək həmin mənzilin divarları və hasarın üzərində 2 mərtəbə və 1 mansardalı əlavə tikili inşa edilmişdir. Beləliklə, nəticədə 3 mərtəbəli və bir mansardalı yaşayış evi yaranmışdır. 4 saylı ev, onun arxa tərəfində əvvəldə sökülmüş digər evlə olan ortaq divar üzərində damaltı səviyyədə divardan 30 sm ölçüdə sökülmüş sahə tərəfə çıxmaqla dəmir-beton tir və qalınlığı 40 mm olan taxta üzərində inşa edilmişdir ki, bu da yolverilməzdir. 4 saylı evin arxa tərəfindəki qalınlığı 40 sm olan xarici divarda 2-ci mərtəbənin döşəməsi səviyyəsində divar qalınlığının 20 sm hissəsinin təxminən 2 m2 sahəsi qopub dağılmışdır. Yaşayış evinin arxa yükdaşıyan divarı birinci mərtəbənin dam örtüyü səviyyəsində qalınlığı təxminən 4 sm olan ağac tirin üstündə guraşdırılan beton kəmərin üzərində bir hissəsi mişarlanmış əhəngdaşından və qalan hissəsi boşluqlu kərpicdən tikinti norma və qaydaları pozulmaqla ikimərtəbə və mansarda mərtəbəsi inşa olunmuşdur. Bundan əlavə arxa və yan sağ yükdaşıyan divarın birləşmə hissələrində şaquli istiqamətli açılış eni 10-20 mm olan təhlükəli çatlar yaranmışdır. Bakı Şəhər icra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli sərəncamı ilə ünvan 6 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh Mənzil Tikinti Kooperativinə Bakı Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2014-cü il 505 nömrəli sərəncamı və 14/288 saylı xx.xx.2014-cü il tarixli ayrıc aktı əsasında icazə verilmişdir. İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 saylı mənzil və onun yerləşdiyi (həyətyanı və tikintialtı) torpaq sahəsi də Cavabdeh MTK-ya ayrılmış həmin torpaq sahəsinin bilavasitə hüdudları daxilində yerləşir. Bununla bağlı daha əvvəl Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-3082/2020 nömrəli Qərardadının icrası ilə bağlı 25 dekabr 2020-ci il tarixində mütəxəssis rəyi verilmişdir. Hazırda Cavabdeh MTK tərəfindən ərazidə abadlıq işləri aparılır. Texniki baxış nəticəsində müəyyən edilmişdir ki, yaşayış evi 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozulmaqla üçmərtəbəli + mansardalı inşa olunmuşdur. Tikinti norma və qaydalarının pozulması hallarını nəzərə alaraq yaşayış evinin texniki vəziyyəti qəzalı hesab edilir və istismar üçün təhlükəlidir. Bununla əlaqədar təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: müvafiq icra hakimiyyəti və digər aidiyyəti qurumlar məlumatlandırılmalı; sakinlər köçürülməli, evə daxil olan kommunikasiya xətləri (işıq, su və qaz) kəsilməli, ərazi çəpərlənməli və lazımi tədbirlər görülməlidir.
10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2022-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinə, "xxxx" QSC və "xxxx" ASCyə ünvanlanmış məktublarında 16 fevral 2022-ci il tarixində evə mütəxəssislər tərəfindən keçirilmiş texniki baxış nəticəsində müəyyən edilmişdir ki, yaşayış evi 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozumaqla üçmərtəbəli+mansardalı inşa olunmuşdur. Tikinti norma və qaydalarının pozulması hallarını nəzərə alaraq yaşayış evinin texniki vəziyyəti qəzalı hesab edilir və istismar üçün təhlükəlidir. Bununla əlaqədar təxirəsalınmadan sakinlər köçürülməli, evə daxil olan kommunikasiya xətləri (işıq, su və qaz) kəsilməli və lazımi tədbirlər görülməlidir;
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 293/2021 saylı qətnaməsi ilə Cavabdeh MTK-nın iddiası təmin edilmiş, cavabdeh İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən əvəzi Cavabdeh tərəfindən bazar qiymətinə uyğun 265000 manat ödənilməsi şərti ilə köçürülməsi, cavabdeh İddiaçı Cavabdeh apardığı tikintiyə törətdiyi maneələrin qadağan edilməsi, İddiaçı Cavabdehnə qarşı tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir;
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 398/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh MTK-nın iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(005)- 293/2021 saylı qətnaməsi ilk iddianın təmin olunması hissəsində ləğv edilərək həmin hissədə mülki işin icraatına xitam verilmişdir;
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 319/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-398/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməmişdir;
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh MTK-ya qarşı söküntü ilə bağlı kompensasiya ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailə üzvlərinə məxsus olan ünvan 9 ünvanda yerləşən 3 mərtəbəli, mansardlı, ümumi sahəsi 502 kv.m olan, fərdi yaşayış evinə görə Cavabdeh MTK tərəfindən tikilmiş hazır binadan 20-30 faiz əlavəsi ilə birlikdə yaşayış sahəsi ilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İlkin iddiada göstərilib ki, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü ildə verilmiş ÖM seriyalı, 147706 saylı qeydiyyat vəsiqəsinə əsasən Nərimanov rayonu, Mayakovski küçəsi 7 saylı evin 4-cü mənzili xususi mülkiyyət hüququ ilə adına qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Ev şəraitinin darısqal olması nəzərə alınaraq, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli 418 saylı sərəncamı ilə özünə məxsus Mayakovski küçəsi 7/4 saylı evin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərəncam əsasında tikinti işlərinə başlayıb ümumi sahəsi təxminən 450 kv.m (çöldən-çölə hesablayanda 502 kv.m) olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmişdir. Hələ MTK-ya 2014-cü ildə torpaq sahəsi ayrılmamışdan xeyli müddət əvvəl o evini tam tikib başa çatdırmış və ailə üzvləri ilə köçüb yaşamağa başlamışdır. Qeyd olunan ərazidə onun və onun kimi yaşayan qonşuların mülkiyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli sərəncamı ilə İ.Hidayətzadə küçəsi 130 saylı ünvanda 0.14 ha və ona bitişik torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin “Luxe Home" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Cavabdeh MTK ona qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq, kompensasiya verilməklə evdən çıxarılmasını və s. tələb etmiş, o, isə evinə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdeh İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən əvəzi Cavabdeh tərəfindən bazar qiymətinə uyğun 265000 manat ödənilməsi şərti ilə köçürülməsi, cavabdeh İddiaçı Cavabdeh apardığı tikintiyə törətdiyi maneələrin qadağan edilməsi qət edilmiş, İddiaçı Cavabdeh MTK-ya qarşı tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. MTK hər yerdə qeyd edib ki, guya ki, iddiaçı MTK-nın 2015-ci ildə tikinti işlərinə başlamasını bilib öz evini tikməyə başlamışdır. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş, iş üzrə xeyli müddət araşdırma aparılmış, sonda isə MTK iddia tələblərindən imtina etmiş, MTK-nın vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı mənzili MTK tərəfindən tikilən çoxmərtəbəli binanın tikinti sahəsinin altına düşən yerdə deyil, MTK onun mənzilinin olduğu yerin digər ərazi ilə birlikdə abadlaşdırılmasının həyata keçirilməsi məqsədilə boşaldılması üçün məhkəməyə müraciət etmişdir. MTK tərəfindən onun qəzalı mənzilinin inşaat işləri ilə əlaqədar alınması zərurəti yoxdur. Hazırda MTK İddiaçı mənzilinin olduğu ərazidən kənardakı, yəni tikintisi başa çatmış və sakinlərlə məskunlaşmış binanın ətraf ərazilərinin abadlaşdırılması üçün hazırlıq işləri aparır. Buna görə də ona məxsus mənzil barəsində MTK ilə bağlı hər hansı mübahisə qalmamışdır. Qeyd olunanları nəzərə alaraq Cavabdeh MTK iddiadan imtina edir. Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə ilk iddiaçı “Luxe Home MTK-nın iddiadan imtinası qəbul edilmiş, Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunması hissəsində ləğv edilərək həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh MTK dövlət qurumlarının etibarından sui-istifadə edərək, əvvəlcə ona torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, o, ailə üzvlərilə birlikdə tikinti ərazisinə düşən ərazidə yerləşən fərdi yaşayış evində yaşaya-yaşaya səlahiyətli dövlət qurumlarının vəzifəli şəxslərinin gözü qarşısında, onların xeyir-duasını alıb tikinti işlərini davam etdirmişdir. Tikinti işlərini bitirdikdən və həmin binada yaşayış və qeyri-yaşayış sahələrini satdıqdan sonra isə özü işini bitmiş hesab edərək, məhkəmə baxışında iddiadan imtina etmişdir. Halbuki dövlət qurumları və MTKnın nümayəndələrinin iştirakı ilə dəfələrlə mülkiyyətində olan 3 mərtəbəli mansardlı evinə baxış keçirilmiş, sonuncu dəfə 26 noyabr 2022-ci ildə Nərimanov rayon İcra Hakimiyyətinin Natiq adlı əməkdaşı yaşayış evinin ümumi sahəsinin 502 kv.m olması barədə ölçmə işləri aparmışdır. Sonuncu dəfə Nərimanov rayon İcra Hakimiyyətində olarkən cəmi 270 kv.m sahəsi olan 1 mənzilin verilməsini təklf etmişdir. Halbuki qüvvədə olan qanunlara əsasən yaşayışın söküntüsünün əvəzində hər kv.m-nin əvəzinə azı 20-30 % əlavə edilməklə kv metrlik yaşayış sahəsi ilə təmin olunmalıdır. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi səlahiyyətli dövlət orqanı olan Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında 2013-cü ilədək olan müddətdə yenidən tikilmiş, hazırda da o və ailə üzvləri tərəfindən təyinatı üzrə istifadə olunur. Qeyd olunanlara, habelə torpaq sahəsinin alınması barədə Nazirlər Kabineti tərəfindən hər hansı formada qərar qəbul edilmədən, Bakı şəhər İcra Hakimiyyətinin mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı qərar qəbul etməsi qanunsuz və əsassız olmuşdur. Əgər həqiqətən də, ərazidə vətəndaşlara məxsus fərdi yaşayış evləri qəzalı vəziyyətdə idisə, bununla bağlı sərəncam qəbul edilməmişdən əvvəl aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanlarının müvafiq əsaslandırılmış rəyləri alınmalı idi. Hansı ki, Fövqəladə Hallar Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin qəzalı vəziyyətlə bağlı hər hansı sənədi mövcud olmamışdır. Hazırda da Cavabdeh MTK onun mülkiyyətində olan 3 mərtəbəli mansardlı yaşayış evinin təxminən 1,5-2 metrliyində azı 8 metr hündürlüyündə katlavan qazmış, evinin 4 tərəfini hasara almaqla onları mühasirədə saxlamış, evdə 4 nəfərdən ibarət ailə üzvləri yaşaya-yaşaya tikinti işlərini aparmaqda davam edir. Halbuki MTK-ya verilən sərəncamda konkret qeyd olunub ki, MTK bütün yaşayış və qeyri-yaşayış sahələrini tam köçürəndən sonra tikinti işlərinə başlaya bilər. Cavabdeh MTK isə artıq 2 ədəd hündürmərtəbəli çoxmənzilli yaşayış binasını tikib satandan sonra orada əlavə yeni binaların tikintisinə də başlayır.
16. İddiaçı Cavabdeh MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, eləcə də bir neçə dəfə qarşılıqlı iddia ərizəsinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək yekun olaraq məhkəmədən cavabdehə təqdim etdikləri mənzillərin təmirini öz üzərinə götürməklə yaxud hər iki mənzilin hər kv.m sahəsinin təmiri üçün cavabdehə 150 manat ödəməyi təklif etməklə qəzalı vəziyyətdə olan və ətrafdakılar üçün ağır nəticələrə səbəb ola bilən və təhlükə mənbəyi olan İddiaçı məxsus 12 kv.m sahəsi olan, ünvan 4 ünvandakı mənzilin sökülməsi və əvəzində Cavabdeh MTK tərəfindən istismara verilmiş və məskunlaşmış, çıxarışlarla təmin edilmiş, A blokunda 4-cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı ümumi sahəsi 137.8 kv.m , A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı ümumi sahəsi 93.5 kv.m mənzil və B blokunda 1 ədəd 1 otaqlı sahəsi 59,9 kv.m. sahəsi olan mənzillərin iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Qarşılıqlı iddiada göstərilib ki, "xxxx" ASC-nin razılıq məktubu əsasında, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı ilə Cavabdeh MTK-ya ünvan 10 ünvanda olan torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/288 saylı “Ayrıc Aktı” ilə Cavabdeh MTK-ya 1.4520 hektar torpaq sahəsində çoxmərtəbəli binaların tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinə MTK ilə Bakı şəhəri İcra hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır və icarə haqqı MTK tərəfindən ödənilir. Cavabdeh MTK qeyd edilən torpaq sahəsində çoxmərtəbəli binalar tikmişdir və mənzillər sahiblərinə təhvil verilmişdir. Qeyd edilən ərazidə, yəni MTK-ya ayrılmış torpaq sahəsində, ünvan 11 ünvanındakı mənzilin sahibi İddiaçı ona məxsus 12 kv.m sahəsi olan və 1923-cü ildə tikilmiş və istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan mənzili qəzalı olduğuna görə ətrafdakıların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Belə ki, R.Cəlilov 12 kv.m sahəsi olan və 1923-cü ildə tikilmiş, istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan mənzilin üzərində tikinti texniki normalarını kobud surətdə pozaraq əlavə 2 mərtəbə və mansard tikməklə mənzili qəzalı vəziyyətə salmışdır. Qeyd edilən mənzilin qəzalı vəziyyətə olub-olmaması və ətrafdakılar üçün real təhlükə yaradacağını nəzərə alınaraq, Cavabdeh MTK tərəfindən həmin mənzilə baxış keçirilməsi üçün FHN-nin Tikintidə X4 Agentliyinə müraciət edilmişdir. FHN-nin Tikintidə X4 Agentliyi tərəfindən ünvan 12 ünvanda qeyd edilən mənzilə baxış keçirilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixdə müvafiq “Rəy” verilmişdir. Həmin “Rəy”də göstərilir ki, 3 mərtəbə və dam-mansardadan ibarət həmin mənzil layihəyə uyğun olmadan və tikinti normalarının kobud pozulması ilə qəzalı tikildiyinə görə mənzil qəzalı vəziyyətdədir və istismar üçün təhlükəlidir. Qeyd edilən mənzilin “Qəzalı” olması barəsindəki “Rəy”də müvafiq icra hakimiyyətinin məlumatlandırılması, sakinlərin köçürülməsi, evə daxil olan kommunikasiya xətlərinin (işıq, su, və qaz) kəsilməsi, ərazinin çəpərlənməsi və digər təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilir. C. Rəşidova məxsus, Bakı şəhəri, Mayakovski küçəsi, 7/3 və 7/4 saylı mənzillərin Memarlıq və şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilmiş eskiz layihə əsasında yenidən tikilməsinə icazə verilməsi barəsində Bakı şəhəri, Nərimanov rayonu İcra hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixində 418 saylı Sərəncam verilmişdir. Eyni zamanda Sərəncamda göstərilib ki, mənzilin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən sonra tikintiyə başlansın. Sərəncamla müəyyən edilmiş eskiz layihəsində iki mənzilin tikintisinin ümumi sahəsi 277 kv.m müəyyən edilmişdir. Sonradan həmin mənzillərdən Mayakovski küçəsi 7/3 ünvanda olan mənzil başqa şəxsin mülkiyyətinə keçmiş, daha sonra isə razılaşma yolu ilə Cavabdeh MTK tərəfindən həmin mənzil alqı-satqı yolu ilə notarial qaydada alınmış və həmin mənzildə yaşayan sakinlərin ərazidən köçürülməsi təmin edilmişdir. Cavabdeh İddiaçı mülkiyyətində yalnız sahəsi 12 kv.m olan Mayakovski küçəsi 7/4 saylı mənzil qalmışdır. C. Rəşidov sərəncamın tələbini pozaraq, yalnız özünə məxsus 12 kv.m. sahənin üzərində qeyd edilən qanunsuz və qəzalı tikililəri aparmışdır. FHN-nin Tikintidə X4 Agentliyinin verdiyi “Rəy”də göstərilən qəzalı evdə təxirəsalınmaz tədbirlərin görülməsi üçün FHN tərəfindən xx.xx.2022-ci il tarixdə Nərimanov rayon İcra Hakimiyyətinə, "xxxx" QSC və "xxxx" ASC-yə rəsmi məktubla müraciət edilmişdir.
18. Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-807/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) ilkin iddianın təmin edilməməsi; qarşılıqlı iddianın isə təmin edilərək cavabdeh İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən mənzilin sökülməsi üçün Cavabdeh MTK-ya təhvil verilməsi; ünvan 4 ünvanda yerləşən mənzilin əvəzinə İddiaçı həmin ərazidə Cavabdeh MTK tərəfindən inşa edilmiş, istismara verilmiş, məskunlaşmış, çıxarışlarla təmin edilmiş binanın A blokunda 4-cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı, ümumi sahəsi 137.8 kv.m, A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı, ümumi sahəsi 93.5 kv.m və B blokunda 1 ədəd 1 otaqlı, ümumi sahəsi 59,9 kv.m olan mənzillərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təhvil verilməsi; təhvil veriləcək mənzillərin hər kv.m-nin təmiri üçün 150 (yüz əlli) manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməsi; Məhkəmə ekspertizası tədqiqatının və "xxxx" MMC tərəfindən aparılmış ekspert tədqiqatının dəyərinin İddiaçı tutulması və iş üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi qənaətində qeyd edir ki, Nərimanov rayonu, Mayakovski küçəsi 7 saylı evin 1 otaqlı, 4 saylı mənzili xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsində evin yaşayış sahəsi 12 kv.m. göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2006-cı il tarixli sərəncamı ilə İddiaçı ona məxsus evin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən sonra həmin evi söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun yenidən tikilməsinə icazə verilmişdir. İddiaçı həmin yaşayış sahəsi üzərində tikinti işləri aparmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2014-cü il tarixi 505 saylı sərəncamı ilə ünvan 13 ünvanda 0.14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MTK-ya müvafiq icazə verilmiş, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi Cavabdeh MTK-ya tapşırılmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı ona məxsus evin ümumi sahəsinin 502 kv.m. olduğuna və həmin evin yaxınlığında cavabdeh tərəfindən tikinti işlərinin aparıldığına, ona məxsus evin yerləşdiyi torpaq sahəsinin cavabdehin istifadəsinə verildiyinə istinad edərək, yaşayış evinin əvəzində ilkin iddia üzrə cavabdeh tərəfindən inşa edilmiş binada 20-30 faiz əlavəsi ilə birlikdə 502 kv.m. mənzilin ona verilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə İddiaçı məxsus evin yerləşdiyi torpaq sahəsinin MTK-nın icarəsinə verildiyinə, torpaq vergisinin onun tərəfindən ödənildiyinə, evin qəzalı vəziyyətdə olduğuna və binanın sakinləri üçün təhlükə daşıdığına istinad edərək, qarşılıqlı iddia üzrə cavabdehə məxsus evin sökülməsi müqabilində 3 təmirli (və ya təmir xərci ilə birlikdə) mənzilin verilməsini məhkəmədən xahiş edir. Hazırki iş materiallarından görünür ki, torpaq sahəsinin mülkiyyətçisinin xx.xx.2014cü il tarixli, PHS-1897 saylı razılıq məktubu, Cavabdeh MTK-nın xx.xx.2014-cü il tarixli, 26 saylı müraciəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışı nəzərə alınaraq, ünvan 2 ünvanda mülkiyyətdə olan 0.14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən Cavabdeh MTK-ya tapşırılmışdır. Sərəncamın 2.1-ci bəndinə əsasən isə ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etmək və həmin sənədləri Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək Cavabdeh MTK-ya tapşırılmışdır. Göründüyü kimi, sərəncam Nərimanov rayonunun ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin mənzillərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin sərəncam mənzillərin mülkiyyətçidən alınması deyil, məhz, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz, müasir standartlara cavab verən yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı və müasir tələblərə uyğun vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşımışdır. Hazırda ilkin iddia üzrə iddiaçıya məxsus olan əmlak söküntüyə məruz qalan və yaşayış binalarının tikintisi üçün cavabdehə ayrılmış, ayrıc aktı verilmiş və 49 il müddətinə icarə müqaviləsi bağlanmış ərazilərə aiddir. Bu, işin mübahisələndirilməyən halıdır. Həmçinin iddiaçı torpaq sahəsində tikintinin aparılmasına icazə verilməsinə dair sərəncamın ləğv edilməsini tələb etsə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə sərəncam qanunauyğun hesab edilmiş və iddia təmin edilməmişdir. Hazırki iş üzrə Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və əlverişli yaşayış mühitinin təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq tikinti şirkətinin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi nəzərindən də icra olunmalıdır. Belə ki, həmin maddəyə uyğun olaraq, mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə: yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq; yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək; mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək; dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və s. aiddir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Hazırki iş üzrə mübahisələndirilən mənzilin qəzalı vəziyyətdə olması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 16 fevral 2022-ci il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə təsdiq olunur. Belə ki, həmin rəylərdən görünür ki, təsdiq olunmuş layihəyə əsasən 4 saylı mənzil və girişə nəzərən mənzilin sol yan tərəfində yerləşən 3 saylı mənzillə birlikdə sökülərək yerində yenidən tikilməsi nəzərdə tutulduğu halda, bu şərtə əməl olunmamışdır. Sərəncam üzrə tam sökülməli olan 4 saylı mənzilin dam hissəsi sökülərək həmin mənzilin divarları və hasarın üzərində 2 mərtəbə və 1 mansardalı əlavə tikili inşa edilmişdir. Texniki baxış nəticəsində müəyyən edilmişdir ki, yaşayış evi 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozulmaqla inşa olunmuşdur. Tikinti norma və qaydalarının pozulması hallarını nəzərə alaraq yaşayış evinin texniki vəziyyəti qəzalı hesab edilir və istismar üçün təhlükəlidir. Bununla əlaqədar təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: müvafiq icra hakimiyyəti və digər aidiyyəti qurumlar məlumatlandırılmalı; sakinlər köçürülməli, evə daxil olan kommunikasiya xətləri (işıq, su və qaz) kəsilməli, ərazi çəpərlənməli və lazımi tədbirlər görülməlidir. Buna baxmayaraq, mübahisələndirilən qəzalı evdə iddiaçının və onun ailə üzvlərinin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, iddiaçının həmin ərazidə inşaat işləri aparan hüquqi şəxsin ağlabatan təklifini qəbul etməyərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına, ərazinin abadlaşdırılmasına, sakinlərin təhlükəsiz yaşayış hüququnun təmin edilməsinə maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə o və həmin evdə yaşayan digər şəxslər üçün həyati vacib məsələdir. Halbuki, iddiaçının qəzalı yaşayış evini boşaltdığı halda, mülkiyyətində olan mənzildən daha təhlükəsiz, tikinti standartlarına uyğun təmirli mənzillərin verilməsi ilkin iddia üzrə cavabdeh tərəfindən təklif edilir. Göründüyü kimi, iddiaçının qəzalı vəziyyətdə olan, tikinti standartlarına uyğun olmayan və tikinti norma qaydalarını ciddi surətdə pozulmaqla inşa etdiyi mənzildən çıxarılmaması həmçinin mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinin yerinə yetirilməsinə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesinin həyata keçirilməsinə maneəçilik törədir. Qəzalı evin mülkiyyətçisinin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, iddiaçı qanunla tanınan və qorunan mülkiyyət hüququndan cəmiyyətə ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməlidir. Bu sui-istifadə isə mülkiyyətçinin MTK-dan əsassız olaraq real olmayan qiymət və ya böyük ölçülü mənzillər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildə israrla yaşamağa davam etməsində ifadə olunur. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə 31 may 2020-ci il tarixli Qərarında hüquqdan sui-istifadə ilə bağlı hüquqi mövqeyinə görə, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından suiistifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Mübahisənin həlli zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqelər də rəhbər tutulmalıdır. Həmçinin qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçı yaşayış evinin sökülməsini dolayısı ilə qəbul edir, lakin təklif edilən mənzil sahəsinin az olmasından narazıdır. Belə ki, ilkin iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı 20-30 faiz əlavəsi ilə birlikdə 502 kv.m. mənzil tələb edir. İş üzrə məhkəmə tərəfindən ekspertiza keçirilmiş, həmçinin iddiaçının vəsatəti əsasında yenidən qiymətləndirmə rəyi alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə ünvan 9 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsinin 289.4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə ünvan 14 ünvanında yerləşən mənzil və üzərindəki tikilinin ümumi sahəsinin 289.5 kv.m. olduğu müəyyən edilmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Bu baxımdan ilkin iddia üzrə iddiaçı yaşayış evinin 502 kv.m. olduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə ekspert rəyləri ilə yaşayış evinin sahəsinin 289.5 kv.m. olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı yaşayış evinin sahəsinə 20-30 faiz əlavə edilməli olduğunu bildirsə də, bunun hər hansı bir qanuni əsası müəyyən edilməmişdir. Eləcə də iddiaçı cavabdeh tərəfindən bina inşa edilərkən ara məsafəsinin gözlənilmədiyinə, bununla da həmin mənzildə yaşamaq hüququnun pozulduğuna istinad edərək mənzilinin əvəzinə cavabdeh tərəfindən yeni mənzilin verilməli olduğuna istinad etsə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 16 fevral 2022-ci il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış binası ilə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçı qeyd edilən mənzilin istismara təhlükəli vəziyyətə düşməsində cavabdehin təqsiri olduğunu bildirsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə MTK-nın iddiaçının mənzilinə hər hansı bir zərər vurmadığı müəyyən edilmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı yaşayış evinin qəzalı olmasına, tikinti normalarının əhəmiyyətli dərəcədə pozulması ilə inşa edilməsinə baxmayaraq, hər hansı bir sübut təqdim etmədən mübahisələndirilən mənzil üçün kifayət qədər yüksək əvəz tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 eyni tərəf, eyni predmet və eyni əsasla mübahisəyə daha öncə də baxılması səbəbindən qarşılıqlı iddia üzrə icraata xitam verilməli olmasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər üç instansiya tərəfindən baxılmış 2(005)-293/2020 saylı mülki iş üzrə Cavabdeh MTK-nın tələbi cavabdeh İddiaçı ona məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən 265000 manat kompensasiya ödənilməsi şərti ilə köçürülməsi, cavabdeh İddiaçı Cavabdeh apardığı tikintiyə törətdiyi maneələrin qadağan edilməsindən ibarət olmuşdur. Hazırda isə Cavabdeh MTK-nın tələbi qəzalı vəziyyətdə olan və ətrafdakılar üçün ağır nəticələrə səbəb ola bilən, təhlükə mənbəyi olan İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən mənzilin sökülməsi və əvəzində Cavabdeh MTK tərəfindən istismara verilmiş çıxarışlarla təmin edilmiş, 3 ədəd təmirli mənzillərin iddiaçıya verilməsindən ibarətdir. Həmçinin hazırki qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi mənzilin qəzalı vəziyyətdə olduğunu müəyyən edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 16 fevral 2022-ci il tarixli rəyi çıxış edir. Qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətçiyə MTK tərəfindən istismara verilmiş, məskunlaşmış, çıxarışlarla təmin edilmiş, həmin ərazidə inşa edilmiş binanın A blokunda 4-cü mərtəbəsində yerləşən 1 ədəd 3 otaqlı ümumi sahəsi 137.8 kv.m, A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı ümumi sahəsi 93.5 kv.m mənzil və B blokunda 1 ədəd 1 otaqlı, ümumi sahəsi 59,9 kv.m. olan mənzillər təklif edir. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə qiymət verərək qeyd edib ki, hazırkı işin halları baxımından qarşılıqlı iddia üzrə iddiaçının təklifi ağlabatan olmaqla ədalətlidir. Belə ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamaqla, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmur. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən mübahisəli mənzilin sökülməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin qəzalı mənzildə yaşaması qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər, ətrafdakılar üçün təhlükə yaratmaqla ictimai marağı da zədələyindən sökülməlidir. Eyni zamanda qanunvericiliyin tələbləri və ekspert rəyi əsas götürülməklə məhkəmə hesab edib ki, qarşılıqlı iddia üzrə iddiaçının təklif etdiyi əvəz kifayət qədər ədalətli və mütənasibdir. Həmçinin məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK təhvil veriləcək mənzillərin təmir edilməsini də təklif etsə də, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin təklifi qəbul etməmiş, onların təmirinin keyfiyyətsiz olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə mənzillərin təmiri üçün hər kv.m-ə görə 150 manat məbləğində pulun verilməsini ağlabatan və məqsədəuyğun hesab edir. Belə ki, mövcud vəziyyətdə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə yaşayış sahələrinin yenidən qurulmasına dair tədbirlərin həyata keçirilməsinə maneəçilik törədilməsi, mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsinə yol açır. Hazırki mübahisə nəinki mübahisələndirilən mənzilin mülkiyyətçisi üçün, eyni zamanda ətraf ərazidə yaşayanlar üçün təhlükə törətməklə ictimai ədalət prinsipinin pozulmasına səbəb olur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv edilərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını və ya qarşılıqlı iddia üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətində göstərilir ki, qeyd olunan ərazidə onun və qonşuların mülkiyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli 505 saylı sərəncamı ilə ünvan 15 ünvanda 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, sərəncamın 1.1.-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin Cavabdeh MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd olunan qanunvericiliyin normalarını nəzərə almamışdır. Ən azından, qüvvədə olan sərəncamda qeyd edilib ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin əvvəlcədən köçürülməsi və vəsaitin ödənilməsi Cavabdeh MTK tərəfindən həll edilməlidir. MTK isə ərazidə hündürmərtəbəli yaşayış evi tikdikdən sonra həmin ərazidə ona məxsus yaşayış evini əvvəlcə 265000 manat, sonra isə dəyərindən 2 dəfə az yaşayış sahəsi verməklə əlindən almaq istəyir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız qarşılıqlı iddia üzrə iddiaçının mövqeyini nəzərə almaqla qətnamə qəbul etmişdir. Belə ki, ilk iddia üzrə cavabdeh məhkəmə araşdırmasında iddia tələbində istinad etdiyi - Cavabdeh MTK tərəfindən istismara verilmiş və məskunlaşmış, çıxarışlarla təmin edilmiş, A blokunda 4-cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı ümumi sahəsi 137.8 kv.m , A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı ümumi sahəsi 93.5 kv.m mənzil və B blokunda 1 ədəd 1 otaqlı sahəsi 59,9 kv.m. sahəsi olan mənzillərlə bağlı hər hansı hüquqmüəyyənedici sənəd (order, müqavilə, çıxarış) təqdim etməmiş, yalnız hansısa mənzilə aid təsdiq olunmamış layihədən çıxarışı təqdim etməklə kifayətlənmişdir. Bu barədə tərəfindən dəfələrlə vəsatət verilsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş və mənzillərlə bağlı sənəd təqdim etməsini qarşı tərəfdən tələb etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfdən məhz onun dediklərinin etiraf etməli olmasını bildirmişdir. Ən azından iddia tələbində istinad edilən mənzillərin mövcudluğu barədə hər hansı sübut yoxdur. Eləcə də, tərəfindən əvvəlki məhkəmə çəkişməsi üzrə əldə olunmuş sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutlara hüquqi qiymət verməyib. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Məhkəmə yalnız qarşı tərəfin şifahi formada istinad etdiyi dəlillərə əsaslanmış, əvvəllər eyni mübahisə predmeti üzrə qarşı tərəfin iddiadan imtina etməsinə əhəmiyyət verməmiş, eləcə də mübahisəni düzgün araşdırmamışdır. Hazırki iş üzrə bir-birinə zidd ekspert rəyləri mövcuddur. Məhz mübahisəli yaşayış evinin daxili ölçülərinin 380 kv.m və dəyərinin 700.000 manat olması barədə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5565 saylı ekspert rəyi, yaşayış evinin yararlı vəziyyətdə olması barədə X1 xx.xx.2021-ci il tarixli 139 saylı ekspert rəyi və yaşayış evinin ümumi sahəsinin 380 k.vm və dəyərinin 850000 manat olması barədə "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli 01 saylı ekspert rəyləri mövcud olduğu halda, məhkəmə birtərəfli qaydada yalnız Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə istinad edərək əsassız qətnamə qəbul etmişdir. Bu barədə tərəfindən təkrar ekspertiza təyin edilməsi barədə vəsatəti isə təmin edilməmiş, hətta mübahisəyə obyektiv baxılmasını təmin edilməsi məqsədilə yerində baxış keçirilməsi barədə vəsatət verilsə də, bu barədə vəsatəti də rədd edilmişdir. Halbuki, yaşayış evi 3 mərtəbəli və mansard sahəsindən ibarət olmaqla, 1-ci mərtəbənin ümumi sahəsi 130 kv.m olduğu və tikili ümumilikdə 4 mərtəbədən (3 mərtəbə və mansard) halda, ümumi sahə necə 289,5 kv.m təşkil edə bilərdi? Hətta sonuncu dəfə "xxxx" MMC-nin mütəxəssisi C.Ə.Məmmədkərimov xx.xx.2023 -cü ildə yaşayış evinə baxış keçirərkən, yaşayış evinin uznluğunun 17 metr, eninin isə 7,45 metr olmaqla, 1 mərtəbənin 126,65 metr, cəmi isə 506,6 kvm olması barədə yazılı və imzalı formada qəbz vermişdir (surəti məhkəməyə təqdim edilib). Lakin ekspert rəyini tanımadığı və evə baxış keçirməyən Abdul Nuriyev adlı şəxs imzalayıb. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İlham Xudiyev şəxsən özü mülkiyyətində olan fərdi yaşayış evinə baxış keçirdib və onunla birlikdə evin bütün ölçülərini lazer ölçü vasitəsilə yerində ölçmüşdür. Məhkəmə eksperti İlham Xudiyevin verdiyi rəydə yaşayış evinin daxili ölçülərinin 380 kv.m olduğu halda, həmin rəyin verilməsindən heç bir il keçməmiş digər ekspert Xəyyam İskəndərovun verdiyi xx.xx.2023cü il tarixli ekspert rəyində yaşayış evinin təxminən 90 kv.m arıqlayıb 289,4 kv.m olub ? Gülməli və absud haldır ki, yəni 1 il müddətində evinin 90 kv.m hissəsi hara yoxa çıxdı. Halbuki, Xəyyam İskəndərov da ümumiyyətlə onun evində baxış keçirməyib və heç bir ölçmə işləri aparmayıb, həmin vaxt Mərkəzin digər Amid adlı eksperti evinə baxış keçirmişdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi işdə mövcud olan ekspert rəylərini birtərəfli qaydada tədqiq etmiş və digər sübutlarla yanaşı qiymətləndirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
22. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdilər və qətnamənin ləğv edilərək ilk iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdilər.
23. Məhkəmə iclasında Cavabdeh MTK-nın sədri X5 və MTK-nın nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
24. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
26. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması. Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi.
27. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.5. Tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, ilk iddianın qismən təmin, qarşılıqlı iddanın isə rədd edilməsi üçün əsasdır.
30. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
32. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin olunduğu üşün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
33. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
34. İlk iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, eləcə də qarşılıqlı iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmamışdır.
35. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilk iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından və ilk iddia etiraf edildiyindən qismən haqlı sayılır, ; qarşılıqlı iddia haqlı sayılmır.
36. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hər iki iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından kifayət qədər geniş və ətraflı araşdırma aparmasına şərait yaratsa da işin hallarına və tərəflərin haqq-ədalətə söykənən bərabər mənafeləri nəzərə alınmaqla düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, hər iki iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
37. Belə ki, mülki iş apellyasiya icraatında olarkən həqiqətin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edildi və alınmış ekspertizanın 10 yanvar 2025-ci il tarixli rəyində qeyd edilib ki, İddiaçı İslam oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa edilmiş tikilinin (fərdi yaşayış evinin) çöldən-çölə hesablandıqda ümümi sahəsi 345,1 kv. metr (birinci mərtəbənin uzunluğunun 16.65 metr, eninin 7.0 metr, ikinci mərtəbənin uzunluğunun 16.65 metr, eninin 6.55 metr, üçüncü mərtəbənin uzunluğunun 16.65 metr, eninin 6.55 metr, zirzəminin eni 2,80 metr, uzunluğu 3,80 metr, olduğu müəyyən edilmişdir. İddiaçı İslam oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa edilmiş tikilinin (fərdi yaşayış evinin) ümümi sahəsinin işdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5565 saylı ekspert rəyində göstərilən 380 kv.metr sahə mülki iş materiallarına əlavə olunmuş İddiaçı İslam oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 saylı mənzilə dair tərtib olunmuş layihədə (müvafiq qurumlarla razılaşdırmamış layihədə göstərilən sahələr əsasında) göstərilən sahələr nəzərə alınmaqla rəy tərtib edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli 10/2424 saylı rəydə göstərilən sahələr mənzildə yerləşən tikililərin faktiki sahələri əsasında tərtib olunmuş, lakin mənzilin zirzəmi mərtəbəsində yerləşən 10.6 kv. metr sahə göstərilməmişdir. İddiaçı İslam oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 saylı (mənzil) fərdi yaşayış evinə və həmin ərazidə yerləşən analoji fərdi yaşayış evinə uyğun analoji məlumatlar, yəni satışına və qiymətinə dair qiymətlər olmadığından həmin daşınmaz əmlakların bazar dəyərini müəyyən etmək mümkün olmadı. Cavabdeh MTK-nın təklif etdiyi mənzillərin qapıları bağlı olduğundan, yəni tədqiqat obyekti təqdim edilmədiyindən, mənzillərə dair uyğun analoji məlumatlar, yəni satışına və qiymətinə dair qiymətlər olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.
38. Göründüyü kimi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsindəki 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa etdiyi tikilinin(fərdi yaşayış evinin) çöldən-çölə hesablandıqda ümumi sahəsinin, yəni eni və uzunluğu göstərilməklə nə qədər təşkil etməsinə, eləcə də ümumi sahəsinin işdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5565 saylı ekspert rəyində 380 kv. metr, xx.xx.2023-cü il tarixli 10/2424 saylı rəyində isə 289,4 kv. metr müəyyən edilməsinin səbəblərinin, yəni ölçülərin fərqli olmasının hansı hissələrlə bağlı olduğuna sonuncu ekspert rəyində aydınlıq gətirildi. Buna baxmayaraq, tikilinin hazırkı bazar dəyəri, eləcə də MTK-nın təklif etdiyi mənzillərin təmirsiz və təmirli vəziyyətdə real bazar dəyərinn isə (1 kv. metrinin dəyəri də göstərilməklə)müəyyən edilməsi mümkün olmamışdır. Ancaq mübahisə predmeti olan tikili ilə bağlı həm əvvəlki iş, həm də hazırkı iş üzrə alınmış çoxsaylı qiymətləndirmə və ekspert rəyləri əsasında iş üzrə yekun nəticəyə gəlinməsi mümkün hesab edilir.
39. Çünki tərəflər arasında mübahisə predmeti olan - İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsindəki 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa etdiyi tikili(fərdi yaşayış evi) ilə bağlı uzun illərdir ki, tərəflər arasında məhkəmə mübahisələri davam edir. Bundan əvvəlki mübahisənin hansı nəticə ilə yekunlaşdığı işdə olan məhkəmə aktları, o cümlədən iş materiallarından açıq-aydın bəlli olur. Buna baxmayaraq, tərəflər bir-birinə qarşı yenidən hazırkı iş üzrə ilkin və qarşılıqlı iddialarla məhkəməyə müraciət ediblər. Belə ki, iddiaçı evinin ümumi sahəsinin 502 kv.m. olduğuna və həmin evin yaxınlığında cavabdeh tərəfindən tikinti işlərinin aparıldığına, evin yerləşdiyi torpaq sahəsinin cavabdehin istifadəsinə verildiyinə istinad edərək yaşayış evinin əvəzində MTK tərəfindən inşa edilmiş binada 20-30 faiz əlavəsi ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmasını, MTK isə qarşılıqlı iddia ilə İddiaçı məxsus evin yerləşdiyi torpaq sahəsinin MTK-nın icarəsinə verildiyinə, torpaq vergisinin onun tərəfindən ödənildiyinə, evin qəzalı vəziyyətdə olduğuna və binanın sakinləri üçün təhlükə daşıdığına və sair hallara istinad edərək evin sökülməsi müqabilində 3 təmirli (və ya təmir xərci ilə birlikdə) mənzilin verilməsinin təmin edilməsini məhkəmədən xahiş edib. Göründüyü kimi, tərəflərin bir-birinə qarşı hazırkı iddiaları əvvəlkindən fərqlənsə də, nəticə etibarı ilə hər iki tərəfin yenə də nail olmaq istədikləri məqsəd oxşar hesab edilir. Bu hallar bir daha ona dəlalət edir ki, iddiaçı qəzalı vəziyyətdə və yaşayış üçün yararsız vəziyyətlə olan evini sökülməsi və əvəzində mənzil və ya bazar dəyərini almaq məqsədi ilə MTK-ya vermək istəyir, MTK isə inşa etdiyi çoxmənzilli yaşayış binasının həyətində yerləşdiyinə və sakinlər və digər şəxslər üçün təhlükə yaratdığına görə həmin tikilinin sökülərək əvəzində mənzil vermək istəyir.
40. Qeyd olunduğu kimi, sökülməsi tələb edilən tikilinin sahəsini(ölçüsünü) tərəflər xüsusi olaraq mübahisələndirdiyindən mübahisələndirilən hal onun əvəzində veriləcək yeni mənzillərin sayı və ölçüsü ilə bağlıdır. Apellyasiya baxışı zamana dəfələrlə mübahisənin barışıqla tamamlanması təklif edildi, tərəflər buna yaxın olsa da real nəticə əldə edilmədi. Göründüyü kimi, məhkəmə tərkibinin israrlı təşəbbüsünə baxmayaraq tərəflər əvvəlcə birbirinin təklifini qəbul etmədilər. Ancaq mübahisə də həll edilməmiş kimi qalmamalıdır. Çünki tərəflərin bu vəziyyətdə qalması hər iki tərəfin mənafeyinə uyğun olmamaqla yanaşı, çoxsaylı bina sakinlərinin(yerində baxış zamanı, eləcə də çəkilmiş videoyazıda da binanın həyətinin uzun illərdir ki, hasarlanmış vəziyyətdə qaldığı göründü) maraqlarını pozur, üstəlik mübahisə predmeti olan tikilinin qəzalı vəziyyətdə və yaşayış üçün təhlükəli olması həm bina sakinlərinin və digər şəxslərin, o cümlədən iddiaçının və ailə üzvlərinin həyat və sağlamlığı üçün real təhlükə yaradır. Ona görə də mübahisənin birdəfəlik həlli baxımından hər iki tərəfin mənafeyi nəzərə alınmaqla ədalətli nəticəyə gəlinməlidir.
41. Bu mənada, MTK-nın mövqeyi də iddiaçının mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu bundan məhrum etmir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada, mütənasib olaraq mənzilinin qanuni sahəsindən dəfələrlə, eləcə də faktiki sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən eyni ünvanda, yeni inşa olunmuş binada təmirli yaxud təmir xərci ödənilməklə təmirsiz 3 mənzili onun mülkiyyətinə verməyi təklif edir. MTK-nın şəhərin müasir tələbinə cavab verməyən iddiaçıya məxsus tikilinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma işləri aparması və artıq sahəyə malik mənzil verməsi söküləcək tikiliyə görə ədalətli və mütənasib təklifdir. Lakin iddiaçı ilə belə razılıq əldə etmək mümkün olmadığından ərazidə standartlara uyğun, yeni yaşayış massivinin salınmasının icrasına maneçilik yaradır. Rəşid Cəlilovun yeni mənzillərin dəyərinin söküləcək tikilinin dəyərindən az olmasını xüsusi olaraq bəyan etmir, əksinə söküləcək qəzalı və yaşayış üçün təhlükəli olan tikilinin real bazar dəyərinin yeni təmirli mənzillərin dəyərindən aşağı olduğu açıq-aşkar görünür. Eyni zamanda yeni mənzillər köhnə mənzilin yanında, yəni eyni ərazidəki binadan verilməsi təklif olunur. Bu cür vəziyyətdə, həm dəyəri, həm digər şəraiti və halları baxımından söküləcək qəzalı və təhlükəli tikilidən fərqlənən yeni mənzil, əksinə Rəşid Cəlilovun istəyinə və maraqlarına uyğundur. X8 daha artıq sayda və ölçüdə mənzillər yaxud söküləcək tikilinin real bazar dəyərinə adekvat olmayan kompensasiya əldə etməyə nail olmaq istəyi və arzusu anlaşılan olsa da bu hal digər tərəfin də hüquqlarını pozmamalı və mənafeyinə zidd olmamalıdır.
42. Konstitusiya Məhkəməsi Plenumu "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
43. Apellyasiya baxışı zamanı xx.xx.2024-cü il tarixdə iddiaçı Rəşid Cəlilov yazılı ərizə ilə məhkəməyə müraciət mülki iş üzrə tərəflər arasında sonuncu barışıq olaraq 650000(altı yüz əlli min) manat kompensasiya ödəniləcəyi təqdirdə iddianın bu formada təmin olunmasına etiraz etmədiyini bildirdi. Həmin vaxt MTK bu məbləğlə razılaşmasa da 2024-cü ilin sentyabr ayında, yəni mülki iş ekspertiza təyin olunması ilə əlaqədar Məhkəmə Ekspertiza Mərkəzində olarkən MTK tərəfindən məhkəməyə müraciət edilərək iddiaçının iddiası üzrə mənzilin dəyəri kimi qiymətləndirdiyi 650000(altı yüz əlli min) manatı qəbul etdiyini və ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını bildirdi. Ekspertiza rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı bu dəfə daha artıq məbləğdə kompensasiya istədiyini bildirdi. Sonuncu məhkəmə iclasında isə MTK-nın nümayəndələri mübahisənin birdəfəlik yekunlaşması məqsədi ilə tələb edilən 650000(altı yüz əlli min) manat kompensasiyanın artıraraq 660000(altı yüz altmış min) manat olmasını təklif edərək ödəməyə hazır olduğunu bildirdilər.
44. Məhkəmə tərkibi bu hallarla bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
45. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia tələbinin giriş hissəsində söküntü ilə bağlı kompensasiya ödənilməsi, nəticə hissəsində isə yaşayış sahəsi ilə təmin olunmasını tələb etməsi bir-birini tamamlamayan şəkildə göstərilsə də mahiyyət etibarı ilə eyni məzmunlu olduğundan rədd olunması üçün əsas ola bilməz. Çünki məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1 və 167.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.
46. Bununla əlaqədar, məhkəmə tərkibi vurğulayır ki, iddiaçı tərəfin tələbini bu formada dəqiqləşdirilməsi və onun qəbul edilməsi heç də apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 372.2, 372.4 və 372.5-ci maddəsinə əsasən yeni tələblərin qəbul edilməsi kimi qiymətləndirilməməlidir. Çünki hazırkı iddianın predmeti iddiaçının mübahisə predmeti olan evin sökülməsi nəticəsində yaşayış sahəsi və ya bazar dəyərinə uyğun kompensasiya əldə etməsi ilə bağlı olmuşdur. Buna görə də iddiaçının apellyasiya baxışında verdiyi 650000(altı yüz əlli min) manat kompensasiya ərizəsi birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblərin irəli sürülməsi kimi dəyərləndirilməməlidir. Çünki iddianın predmeti deyil, onun obyektinə daxil olan, yəni mübahisə predmeti olmuş evin sökülməsi nəticəsində əldə edilənlərə görə, yəni məhz cavabdeh tərəfin iddianın obyektinə daxil olan həmin 3 mənzilin pul formasında kompensasiya ilə əvəz olunmasına görə dəyişdirilmişdir. Hətta iddiaçının apellyasiya baxışında dəqiqləşdirdiyi bu tələb yeni tələb kimi qəbul edilsə belə bu cür tələb yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsində təqdim edilməsi ondan asılı olmayan səbəblərə görə mümkün ola, başqa sözlə dəyişdirilmiş tələb birinci instansiyada işə baxılmanın predmeti ola bilməzdi. Çünki apellyasiya instansiyasının baxışına bu cür yeni tələblər kimi qiymətləndirilə biləcək tələb yalnız yuxarıda qeyd olunan faktların aşkar olunmasına və ya faktlar haqqında məlumatın verilməsinə əsasən yeni yaranmış mövcud vəziyyətdə məsələlərin(mübahisənin) həll edilməsinə yönəlmişdir. Bunun üçün iddiaçının yenidən ayrıca icraatda iddia irəli sürməsinə də əsas ola bilməz. Çünki prosessual qənaət prinsipi də bu cür vəziyyətdə yaranmış mübahisənin bu qaydada həll edilməsini tələb və məcbur edir.
47. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı və cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilkin iddianın bu qaydada təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, hüquqdan sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
48. Şərh olunanlara əsasən, ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-807/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı Cavabdeh MTK-ya qarşı söküntü ilə bağlı kompensasiya ödənilməsi ilə bağlı iddiası qismən təmin edilməli; İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsindəki 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa etdiyi tikili(fərdi yaşayış evi) sökülməsi üçün Cavabdeh MTK-ya təhvil verilməli və əvəzində 660.000 (altı yüz altmış min) manat tutularaq ona ödənilməli; Tikilinin(fərdi yaşayış evinin) təhvil verilməsi ilə pulun tutulması eyni vaxtda icra olunmalı; ilk iddia qalan hissədə təmin edilməməli; İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı qəzalı mənzil barədə qarşılıqlı iddiası isə təmin edilməməli; ekspertiza tədqiqatının ümumi dəyəri - 200 (iki yüz) manat Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməli; iddia ərizələrinin, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir.
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-807/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı Cavabdeh MTK-ya qarşı söküntü ilə bağlı kompensasiya ödənilməsi ilə bağlı iddiası qismən təmin edilsin. İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsindəki 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa etdiyi tikili(fərdi yaşayış evi) sökülməsi üçün Cavabdeh MTK-ya təhvil verilsin və əvəzində 660.000 (altı yüz altmış min) manat tutularaq ona ödənilsin. Tikilinin(fərdi yaşayış evinin) təhvil verilməsi ilə pulun tutulması eyni vaxtda icra olunsun. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı qəzalı mənzil barədə qarşılıqlı iddiası isə təmin edilməsin. Ekspertiza tədqiqatının ümumi dəyəri - 200 (iki yüz) manat Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün, iddia ərizələrinin, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.