Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1546/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi Abbaslı Əsgər Əbülfət oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1-yə və qeyrilərinə qarşı “kredi borcunu tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020cu il tarixli 2(006)-582/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1-yə və qeyrilərinə qarşı “kredi borcunu tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-582/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Kredit Müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1-dən, Cavabdeh2 və Cavabdeh3 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1203414,91 ABŞ dolları əsas, 113525.81 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, cəmi 1317440,72 ABŞ dollarının pul tutulması; tutmanın ilkin satış qiyməti 870000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh11 məxsus, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospektində yerləşən 15 nömrəli evin 245 saylı mənzilinə; ilkin satış qiyməti 160000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh7 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1684 nömrəli evinə; ilkin satış qiyməti 170.000 manat məbləğində, müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh12 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən 5 nömrəli evin 102 nömrəli mənzilinə; ilkin satış qiyməti 66.000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2021 saylı bağ sahəsində yerləşən 0.11 ha torpaq sahəsinə; İlkin satış qiyməti 60.000 manat məbləğində müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh8 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2021 A saylı bağ sahəsinə; ilkin satış qiyməti 72.000 manat məbləğində müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh6 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2022 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə; ilkin satış qiyməti 180.000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,04 ha torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 72.000 manat məbləğində müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh10 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2023 saylı bağ sahəsinə; ilkin satış qiyməti 72.000 manat məbləğində müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh10 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2023 a saylı bağ sahəsinə; ilkin satış qiyməti 1.050.000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh9 məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 119-da yerləşən qeyri- yaşayış sahəsinə yönəldilsin, ipoteka predmetləri açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbi satılmış əmlakların hesabına ödənilməsi; ipoteka predmeti olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesiində yerləşən 5 saylı evin, 102 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılmaları; Cavabdeh11 məxsus, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospektində yerləşən 15 nömrəli evin 245 saylı mənzili satıldıqdan sonra 1 ay ərzində boşaldılması; Cavabdeh5 məxsus, Abşeron rayonu, Masazır kəndində 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan sonra 1 ay ərzində boşaldılması; Cavabdeh7 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1684 nömrəli evi satıldıqdan sonra 1 ay ərzində boşaldıması; Cavabdeh9 məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 119-da yerləşən qeyri-yaşayış sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması; Cavabdeh4 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2021 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması; Cavabdeh8 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2021 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması; Cavabdeh6 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2022 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması; Cavabdeh10 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2023 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması; Cavabdeh10 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan2023 a saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması; iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3778/2020 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-582/2019 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətini aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-582/2019 saylı qərardadı ilə ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3778/2020 saylı qanuni qüvvəsini almış qərardadında göstərilmişdir ki, Cavabdeh1-nin nümayəndəsi Vahid Qəribovun adına verilmiş etibarnamənin qüvvəsi xx xxxxxx 2019-cu il tarixdə başa çatmışdır. Apellyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə tərtib olunmuş və birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilmə müddəti üzürsüz səbəbdən buraxılmışdır. Sonradan Cavabdeh1-nin Baş direktoru Cavabdeh3 səlahiyyətini təsdiq edən sənədləri apellyasiya şikayətinə əlavə edilməsi apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış müddətin bərpası üçün əsas ola bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-582/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ötürülmüş prosessual müddətin bərpa edilməsi məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nin xx xxxxxx 2006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2008-ci tarixli qərarından istifadə oluna bilər. Konstitusiya Məhkəməsi prosessual müddətin bərpa edilməsinin üzrlü səbəbləri barədə hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, «qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın». Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər. Bundan əlavə, MPM-nin məhkəmə aktlarından şikayət vermək yolu ilə mülki-hüquq münasibətlərinin apellyasiya və yaxud kassasiya qaydasında yenidən araşdırılmasını şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun mühüm elementi kimi təsbit edir. Doğrudan da, məhkəmə qərarlarından şikayət vermək hüququnun təmin edilmədiyi şəraitdə məhkəmə müdafiəsinin tamlığından və səmərəliliyindən danışmaq yersizdir. Çünki bu hüquqi mexanizm vasitəsi ilə apellyasiya və kassasiya instansiyası məhkəmələrinə verilmiş səlahiyyətlər çərçivəsində aşağı instansiya məhkəmələrində buraxılmış səhvlərin düzəldilməsi təmin olunur, məhkəmələrə müraciət etmiş şəxslərin hüquqları və qanuni mənafeləri qorunur. Bundan başqa şikayət vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, aşağı instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin məcəllənin 10-1.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. Həmin məcəllənin 10-1.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 10-1.3-cü və 10-1.4cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin məcəllənin 227.4-cü maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, “xxxx” MMC tərəfindən isə məhkəmə qəbzi imzalanmaqla xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Lakin, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi elektron sənəd olmaqla, gücləndirilmiş elektron imza ilə imzalanmış və elektron sənəd dövriyyəsinin predmetidir. Mülki-prosessual qanunvericiliyin tələblərinə görə, elektron formada tərtib edilmiş məhkəmə qətnaməsi və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış işdə iştirak edən şəxslərin elektron kabinetlərində yerləşdirilməlidir. Elektron formada tərtib edilmiş məhkəmə qətnaməsi şəxsi kabinetdə yerləşdirildiyi andan təqdim edilmiş sayılır. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları araşdırmamış, Cavabdeh1-nin şəxsi kabinetinin olub-olmaması, olduğu halda qərarın elektron kabinetə yüklənibyüklənməməsini araşdırmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2(006)-582/2019 saylı qərardadı ləğv olunmalı, göstərilən hallar nəzərə alınmaqla Cavabdeh1 tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2(006)-582/2019 saylı qərardadı ləğv edilsin. Mülki iş Cavabdeh1 tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1546/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1546/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver