Məhkəmə qərarları › İş №2(103)-1548/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1548/2023

03.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1548/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Babayevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının evə köçürülməsi qət edilib. Cavabdeh1 bu qətnamədən apellyasiya şikayəti verib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, müddətin bərpası barədə ərizə təmin edilsin, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti Cavabdeh1 münasibətdə bərpa edilsin. İddiaçı şikayətində tələb olunub ki, qəradad ləğv edilsin və müddətin bərpası barədə ərizə təmin edilməsin. Şikayət təmin olunmalıdır. Bunun iki səbəbi var. Birinci, qətnamənin Cavabdeh1 apellyasiya şikayətində mübahisələndirilən hissəsi (evə köçürülmə hissəsi) bundan əvvəl digər Cavabdeh2 apellyasiya şikayəti əsasında yoxlanılıb və həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Apellyasiya məhkəməsinin bu barədə olan qətnaməsi isə kassasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılıb. Bununla da qətnamənin evə köçürülmə hissəsi qanuni qüvvəyə minib. Qətnamənin yuxarı məhkəmə tərəfindən yoxlanılmış və qanuni qüvvəyə minmiş hissəsi yenidən yoxlanıla bilməz. İkinci, qətnamədən Cavabdeh1 daha əvvəl verdiyi apellyasiya şikayəti geri qaytarılıb. Əsas ondan ibarət olub ki, Cavabdeh1 qətnaməni alıb, lakin şikayətvermə müddətini ötürüb. Birinci instansiya məhkəməsinin bu barədə olan qərardadı apellyasiya məhkəməsinin qərardadı ilə dəyişdirilmədən saxlanılıb və qərardad qanuni qüvvəyə minib. Lakin apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə və qərardad onunla əsaslandırılıb ki, qətnamənin Cavabdeh1 tərəfindən alınması (yəni qanuni qüvvəyə minmiş qərardadla müəyyən edilmiş hal) öz təsdiqini tapmır, ona görə də müddət bərpa olunmalıdır. Qanuni qüvvəyə minmiş qərardad bu məsələyə münasibətdə məcburidir, ona görə də həmin hal yenidən yoxlanıla və buna zidd olan qərardad qəbul oluna bilməz. Beləliklə, məhkəmə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə əsaslanarq heab edir ki, qərardad ləğv edilməli və müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. Cavabdeh1 “apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə” ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar