Məhkəmə qərarları › İş №2(103)-1549/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1549/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1549/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2569/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin nisyə alqı-satqısına dair şifahi razılaşma olmuşdur.

2. 13.03.2022-ci il tarixdə Cavabdeh mülkiyyətində olan Mercedes Benz E 300 markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixədək idarə etmək üçün İddiaçı etibarnamə vermişdir.

3. İş materiallarında olan qəbzlərə əsasən nəqliyyat vasitəsi İddiaçı sahibliyində olduğu dövrdə inzibati xətalara dair tərtib edilmiş protokollar üzrə xx.xx.2022 tarixində 50 manat, xx.xx.2022 tarixində 40 manat, xx.xx.2022 tarixində 55 manat, xx.xx.2022 tarixində 62 manat, xx.xx.2022 tarixində 54.5 manat, xx.xx.2022 tarixində 9 manat, 14.07.22 tarixində 9 manat, xx.xx.2022 tarixində 16 manat, xx.xx.2022 tarixində 16 manat, xx.xx.2022 tarixində 32 manat, xx.xx.2023 tarixində 36 manat, xx.xx.2023 tarixində 52,5 manat, xx.xx.2023 tarixində 45 manat cərimə hesablanmışdır.

4. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, **-FO-*** dövlət qeydiyyat nişanlı Cavabdeh məxsus nəqliyyat vasitəsi X1 məxsus sexə təmir məqsədilə gətirilmiş, maşında görülmüş müxtəlif işlərə əsasən 990 manat xərc çəkilmişdir.

5. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı "xxxx" ASC ilə sığortalı İddiaçı arasında xx.xx.2022-ci il tarixdə icbari sığorta müqaviləsi bağlanmış və Mercedes Benz E 300 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixədək sığortaçı tərəfindən sığortalanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödədiyi ümumilikdə 5.000 manat və avtomobilə xərc olaraq çəkdiyi 1.315 manat olmaqla, 6.315 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilkin ödəniş 1.300 manat olmaqla 28 ay müddətinə ayda 550 manat ödəmək şərtilə 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Sonra aralarında narazılıq yaranmış və avtomobili geri qaytarmaq istəmişdir. Bu səbəbdən, ödədiyi ümumilikdə 5.000 manat və avtomobilə xərc olaraq çəkdiyi 1.315 manat olmaqla 6315 manat pul Cavabdeh tutularaq ona ödənilməlidir.

8. Daha sonra Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 3.300 manat icarə haqqı və digər xərclər olmaqla, ümumilikdə 4.917 manat pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsi deyil, icarə müqaviləsi bağlanmışdır. Lakin icarəçi İddiaçı müqavilə öhdəliklərinə əməl etməmişdir. Bu səbəbdən, ödənilməmiş 3.300 manat 6 aylıq icarə haqqının, təmirə ödənilmiş 990 manat, cərimələrə ödənilmiş 507 manat və texniki pasportun alınmasına ödənilmiş 120 manat olmaqla, ümumilikdə 4.917 manat pul İddiaçı tutularaq ona ödənilməlidir.

10. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, cavabdeh icarə müqaviləsini təqdim etsin. O, oktyabr ayının ödəniş çekini məhkəməyə təqdim etmişdir. O, cavabdehə 1.300 manat vermişdir, lakin nəqliyyat vasitəsi cavabdehə xx.xx.2023-cü il tarixdə saat 16:47 radələrində Masallı rayon polis şöbəsində təqdim edilmişdir. Cavabdeh arayışda göstərir ki, Mercedes Benz E 300 markalı dizel yanacağı ilə işləyən benzin nasosun dəyişməsi 170 manatdır. Dizel ilə işləyən avtomobillərdə benzin nasosu olmur. O, təqdim etmiş diskdə mühərrikin özü və yağı görsənir. Hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2569/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 9/5325 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı “Mercedes Benz E 300” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 940 manat müəyyən edilmişdir.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2569/2023 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) ilkin iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh arasında 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə Cavabdeh 4.700 manat pulun tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi, iş üzrə aparılmış 50 manat məbləğində ekspertiza xərcinin ilkin iddia üzrə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, sözügedən avtomobilin ağlabatan bazar dəyəri nəzərə alınmaqla işin mübahisəsiz halı üzrə 1.000 manat ilkin ödəniş olmaqla 28 ay ərzində hər ay 550 manat olmaqla (ümumilikdə 1000+15.400=16.400 manat) icarə münasibətlərinin yaranması əsaslı və məntiqli hesab edilmir. İlkin iddia üzrə iddiaçı tərəfindən tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasına dair əsaslı sübut təqdim edilməsə də, məhkəmə ədalət naminə minimal məntiq, davranış qaydalarını əsas götürməklə hesab etmişdir ki, 1996-cı il buraxılışlı avtomobilin dəyərindən 2-3 dəfə baha qiymətə məhz icarəyə götürülməsi və icarə müddəti bitdikdən sonra icarəyə verənə geri qaytarılması ağlabatan hesab edilmir.

14. Məhkəmə müstəqil qaydada ağlabatanlıq prinsipini və daxili inamını əsas götürməklə hesab etmişdir ki, tərəflər arasında 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mövcud olmuş münasibət icarə deyil, məhz alqı-satqı münasibətləridir. Münasibətin alqı-satqı münasibəti olması qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən tam qəbul edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə alqısatqı müqaviləsinin notarial qaydada bağlanılması məcburi hesab edilsə də, bu qaydaya əməl edilməmişdir.

16. Tərəflər arasında şifahi nisyə (MM-in 600.4-cü maddəsi) alqı-satqı müqaviləsinin predmeti olmuş 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı, **-FO- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi qeyd olunan maddi hüquq normalarının (MM-in 650 və 144.1-ci maddəsi) imperativ tələblərinə uyğun olmadığından etibarsız hesab edilməli və MM-in 337.5-ci maddəsinin tələblərinə əsasən etibarsız alqı-satqı müqaviləsi üzrə ilkin faktiki və hüquqi vəziyyət bərpa edilməlidir. Araşdırma nəticəsində müəyyən edilir ki, 1996-cı il buraxılışlı Mercedes Benz E 300 markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda Cavabdeh sahibliyindədir.

17. Məhkəmə qeyd etmişdir ki, etibarnamə müqavilə olmamaqla (əvəz etməməklə) əmlaka dair sadəcə təmsilçiliyi (istifadə və ya sərəncam) müəyyən edən hüquqi aktdır.

18. Məhkəmə hesab etmişdir ki, göstərilən hüquqi mövqe nəzərə alınmaqla, qarşılıqlı iddia tələbi tam əsassızdır və təmin edilməməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 600.4, 650, 1091-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə səhvdir. Məhkəmə özü də qətnamədə göstərir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı da bildirir ki, o, avtomobili ilkin ödəniş 1.000 manat olmaqla 28 ay müddətində hər ay 550 manat ödəməklə almışdır. 6 ay 550 manat, 7-ci ay 440 manat ödəmiş və sonra 6 ay pul ödəməmişdir və Cavabdeh Ağadadş oğlu avtomobili ondan geri almışdır. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı alqı-satqı müqaviləsində ( müddətli müqavilə – 28 ay ) tərəflərin razılaşdırdıqları vəzifəsini icra etmədiyi üçün ( hər ay 550 manat ödəmək vəzifəsi ) Cavabdeh özünə məxsus olan avtomobili ondan geri almış və verdiyi etibarnaməni ləğv etmişdir. Məhkəmə bir halı da nəzərə almamışdır ki, İddiaçı avtomobili könüllü olaraq geri qaytarmamış, həmin avtomobili heç bir haqq ödəmədən 6 ay istismar etmişdir. Alqı-satqı müqaviləsi isə 28 ay müddətinə bağlanmış və yalnız tam ödəniş həyata keçirildikdən sonra alqı-satqı başa çatmış sayılır. Məhkəmə Mülki Məcəllənin 144.1 və 650-ci maddələrinə iş üzrə düzgün istinad etməmişdir. Bu halda daşınmaz əmlakların alqı-satqısına dair müddəalar göstərilən daşınar əmlaka dair alqısatqı müqaviləsinə tətbiq edilə bilməz. Belə ki, nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “ Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasın”a əsasən, yalnız Azərbaycan Respublikası Baş X6 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin Notariat qaydasında alqı-satqısı Azərbaycan Respublikasında tətbiq olunmur. Məhkəmə tərəfindən istinad edilmiş həmin qanun normaları iş üzrə düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnaməsində onun alqı-satqı müqaviləsi barədə göstərdikləri tam deyildir. Belə ki, o, bildirmişdir ki, nəticə etibarı ilə münasibətlər alqı-satqı münasibətləridir. Lakin bu müqavilə 28 ay müddətinə bağlanılıb və 28 ay tərəflərin razılığına əsasən hər ay ödənilməli olan 550 manatla, bütün məbləğ tam ödənildikdən sonra alqı-satqı müqaviləsi başa çatmış hesab olunur. İddiaçı isə həmin razılaşmanın tələblərini 7 ay tam olmayaraq icra etmiş (6 ay 550 manat, 7-ci ay 440 manat), ondan sonra isə 6 ay heç bir haqq ödəmədən avtomobili idarə və istismar etmişdir. Məhkəmənin göstərdiklərindən belə nəticə çıxarmaq olar ki, istənilən şəxs avtomobili bu formada alıb ondan müəyyən müddətə istifadə edərək avtomobili geri qaytara və ödədiyi pulu geri ala bilər. Məhkəmə qarşılıqlı iddia tələbinin tam əsassız olduğunu əsaslandırmamış və təmin edilməməsinin səbəblərini göstərməmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, maşını 6 ay heç bir haqq ödəmədən istismar etdiyinə görə 3.300 manat, avtomobil İddiaçı götürüldükdən sonra avtomobilin normal vəziyyətə gətirilməsi üçün 990 manat təmir xərcləri, yol hərəkəti qaydalarını pozduğuna görə 507 manat cərimə ödənilməsinə, yeni texniki pasportun alınması üçün 120 manat ödənilməsinə heç bir hüquqi qiymət verilməmişdir. Avtomobilin təmir xərcləri ilə bağlı İddiaçı vəsatəti ilə məhkəmə texniki ekspertizası təyin edilmiş və keçirilmişdir. Ekspert rəyi ilə təmir xərcləri 940 manat müəyyən edilmişdir. Tərəf təmir xərcləri ilə bağlı vəsatət verməklə artıq təmir xərclərinin olması faktını təsdiq etmişdir. Cərimələr və texniki pasporta ödənilmiş məbləğlər də qəbzlərlə sübut olunur. Həmçinin tərəfin avtomobildən 13 ay istifadə etməsi də işin mübahisəsiz halıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

25. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə ilkin iddia qismən təmin olunduğundan, qarşılıqlı iddia təmin edilmədiyindən və apellyasiya şikayətinin məzmununa uyğun olaraq qətnamə iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ilkin iddianın təmin olunan hissəsində və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. İşdən müəyyən olunur ki, tərəflər arasında avtomobilin hissə-hissə ödəniş edilməklə nisyə qaydada satılmasına dair alqı-satqı münasibətləri mövcud olmuş, İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 4.700 manat ödənilmiş, lakin qanunvericiliyin tələb etdiyi qaydada nəqliyyat vasitəsinin alqı-satqısı həyata keçirilməmişdir.

31. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili həm birinci instansiya məhkəməsində işə baxılarkən, həmçinin apellyasiya şikayətində tərəflər arasında münasibətlərin nəticə etibarı ilə alqı-satqı münasibətləri olduğunu təsdiqləmişdir.

32. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında cavabdehə məxsus nəqliyyat vasitəsinin alqı-satqısı rəsmi qaydada həyata keçirilmədiyindən, onlar arasında alqı-satqı barədə razılaşma etibarsız olmuşdur.

33. Mülki qanunvericiliyin tələblərinə əsasən tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 4.700 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı tələb üzrə iddiaçının apellyasiya şikayətində də göstərilmişdir ki, nəticə etibarilə münasibətlər alqı-satqı münasibətləridir. Lakin bu müqavilə 28 ay müddətinə bağlanılıb və 28 ay tərəflərin razılığına əsasən hər ay ödənilməli olan 550 manatla, bütün məbləğ tam ödənildikdən sonra alqı-satqı müqaviləsi başa çatmış hesab olunur. Eyni zamanda, onun tərəfindən avtomobilin qarşılıqlı iddia üzrə cavabdehə icarəyə verilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

35. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı ona 6 ay müddətində heç bir icarə haqqı ödənilmədiyinə istinad etsə də, o, ödənişlər edilmədiyi halda 6 ay ərzində ona məxsus nəqliyyat vasitəsini geri tələb etməmişdir.

36. Bununla belə, işdə olan qəbzlərdən müəyyən edilir ki, nəqliyyat vasitəsinin qarşılıqlı iddia üzrə cavabdehin istifadəsində olduğu müddətdə onun tərəfindən yol verilmiş inzibati xətalara görə cərimələr tətbiq olunmuş və ümumilikdə 477 manat məbləğində cərimə onun əvəzinə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır.

37. Qeyd olunanlarla yanaşı, iş materiallarında olan nəqliyyat vasitəsinin təmiri ilə bağlı çəkilmiş xərclərə dair verilmiş arayışda 990 manat xərcin çəkildiyi göstərilsə də, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq ekspert rəyi ilə həmin nəqliyyat vasitəsinin təmir-bərpa xərcinin 940 manat olması müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, nəqliyyat vasitəsinin uzun müddət qarşılıqlı iddia üzrə cavabdehin sahibliyində olması, onun tərəfindən uzun müddət idarə edilməsi (nəqliyyat vasitəsinin idarə edilməsi müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara dair tərtib edilmiş protokollarla öz təsdiqini tapır) nəticəsində nəqliyyat vasitəsinin mülkiyyətçi tərəfindən əvvəlki vəziyyətə gətirilməsi üçün müəyyən xərclərin çəkilməsi ağlabatandır.

39. Bununla belə, məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehin benzin nasosu ilə bağlı etirazını nəzərə alaraq (170 manat dəyərində) hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən qeyd edilmiş 170 manat xərc çıxılmaqla 770 manat məbləğində vəsait ondan tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir.

40. O da qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin texniki pasportun alınması üçün 120 manat ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

41. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2569/2023 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində qismən - təmirə və cərimələrə görə ödənilmiş vəsaitlə bağlı hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul etməklə qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı avtomobilə çəkilmiş xərclərə görə 770 manat, ödənilmiş cərimələrə görə 477 manat, ümumilikdə 1247 manat məbləğində vəsait tutularaq Cavabdeh xeyrinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin ilkin iddia və qarşılıqlı iddia üzrə mübahisələndirilən hissəsində ayrı-ayrılıqda iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2569/2023 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı avtomobilə çəkilmiş xərclərə görə 770 manat, ödənilmiş cərimələrə görə 477 manat, ümumilikdə 1247 manat məbləğində vəsait tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar