Məhkəmə qərarları › İş №2(103)-155/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-155/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-155/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Cavabdeh7 və onun (eyni zamanda digər Cavabdeh4) vəkili X2 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh7 və başqalarına qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(011)-79/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh7 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, Həmçinin, iddiaçı Cavabdeh4 cavabdeh «xxxx» ASC-yə qarşı «ipoteka müqavilələrinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(005)-446/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh7 və başqalarına qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(011)-79/2018 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh7 və Cavabdeh4 apellyasiya şikayətləri vermişlər. Eyni zamanda, iddiaçı Cavabdeh4 cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 may 2013-cü il tarixli, 104851 0002,13 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(005)- 446/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 avqust 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Apellyasiya baxışında Cavabdeh7 və cavabdehlərin vəkili X3 məhkəmə kollegiyasına apellyasiya şikayətlərindən imtinaya dair ərizə təqdim edilərək, göstərilmişdir ki, mübahisə iddiaçı bankla məhkəmədən kənar qaydada həll olunmuş, cavabdehlərə məxsus, ipoteka qoyulmuş daşınmaz əmlaklar ipotekadan azad olunmuş, həmin əmlaklarla bağlı kredit borcu ödənilmişdir. Bu səbəbdən də cavabdehlər Cavabdeh7 və Cavabdeh4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(011)- 79/2018 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətlərindən, eyni zamanda iddiaçı Cavabdeh4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(005)-446/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edir və apellyasiya icraatına xitam verilməsini xahiş edirlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi mübahisənin Cavabdeh7 və Cavabdeh4 aid hissədə məhkəmədən kənar qaydada həll olunduğunu, cavabdehlərə məxsus, ipoteka qoyulmuş daşınmaz əmlakların ipotekadan azad edildiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini, həmçinin şikayətlərdən imtina ilə bağlı ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri üzrə icraata apellyasiya şikayətlərindən imtina edildiyindən, xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilməlidir ki, məhkəmədə mülki (həmçinin, kommersiya mübahisələrin) işlərin başlanması bir qayda olaraq məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, icraatın sonradan davam etdirilib-etdirilməməsi də məhz həmin şəxslərin iradəsindən asılıdır. Dispozitivlik prinsipinə uyğun olaraq, apellyasiya şikayəti vermiş şəxsin ondan imtina etməsi, icraatın davam etdirilməsini lüzumsuz edir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(011)-79/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh7 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(005)-446/2020 saylı qətnaməsindən iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətlərindən imtina edildiyindən xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar