Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1550/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək müqaviləsinin müddətli bağlanmasının mümkün olduğu hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı xx.xx.2016-cı il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 28.6-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.
2. Dövlət Sosial Təminat Xidməti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmiş, struktur dəyişikliyi ilə əlaqədar İddiaçı xx.xx.2016-cı il tarixdə Fondun Beyləqan rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir.
3. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək dövlət qulluqçusu statusunda olmaqla ona 3-cü dərəcə dövlət qulluqçusu dərəcəsi verilmişdir.
4. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Fondun publik hüquqi şəxs yaradılmış, Fərmanın 4.1-ci bəndində publik hüquqi şəxsin nizamnaməsinin layihəsinin 3 ay müddətində hazırlanması, 7-ci bəndində Fondun öz fəaliyyətini davam etdirməsi tapşırılmışdır.
5. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsinin təsdiq edilməsi qərara alınmış və Nazirliyə bir ay müddətində publik hüquqi şəxsin strukturunun təsdiq edilməsi, eyni zamanda Fondda işləyən işçilərin publik hüquqi şəxsdə müəyyən vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır. Fərmanın 5.1-ci bəndinə görə yaradılmış publik hüquqi şəxs Fondun hüquqi varisi kimi müəyyən edilməklə, Fondun bütün hüquq və öhdəlikləri, habelə əmlakı publik hüquqi şəxsə keçmişdir.
6. Həmin Fərmanla təsdiq edilmiş nizamnaməyə əsasən publik hüquqi şəxsin fəaliyyət istiqamətlərinə onun hüquqi sələfi olan Fondun fəaliyyət istiqamətləri üzrə xidmətlər daxil edilmişdir.
7. Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar İddiaçı xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə onun öz ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə xitam verilmişdir.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X17 xx.xx.2020-ci il tarixli **********76 nömrəli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyinatların aparılması haqqında” əmri ilə Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmrə əlavə edilən 1 nömrəli siyahıda adları qeyd olunan şəxslər 2020-ci ilin 17 avqust tarixdən tərəflərin razılığı ilə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə müvafiq vəzifələrə təyin edilmişlər. Əmrin qəbul edilməsinə əsas olaraq Fondun X11 eyni tarixli xidməti məruzəsi, siyahıda adları sadalanan işçilərin ərizələri və onlarla bağlanmış əmək müqavilələri göstərilmişdir. Əmrdə qeyd olunmuşdur ki, Fondda struktur dəyişikliyindən sonra bütün işçilərlə əmək müqaviləsi 3 aylıq müddətə bağlanmışdır.
9. Həmin Əmrin 1 nömrəli əlavəsinə görə, İddiaçı Beyləqan rayon filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
10. Publik hüquqi şəxsin İdarə Heyətinin sədri X6 ilə İddiaçı arasında bağlanmış 14 avqust 2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsində də müqavilənin 3 ay müddətinə bağlandığı göstərilmiş, bununla belə müqavilənin 6-cı bəndində işçinin iş dövrünün xx.xx.2020-xx.xx.2021-ci illəri əhatə etdiyi qeyd edilmişdir.
11. Müqaviləyə əsasən İddiaçı əmək funksiyalarına şöbənin işinin təşkili və fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi; şöbənin işçiləri arasında vəzifə və iş bölgüsünün aparılması; onlar tərəfindən icra və əmək intizamına, etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək; şöbənin illlik iş planını filial direktoru ilə razılaşdırmaqla təqdim etməkvə onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirmək və s. aid edilmişdir.
12. Əmək müqaviləsinə əlavə və dəyişikliklər olunmasına dair xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İddiaçı Fondun 10 saylı regional ərazi filialının Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə, daha sonra idarənin adı dəyişdirildiyindən indiki X3 müdiri vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinə əlavə və dəyişikliklər olunmasına dair müqavilələr 14 avqust 2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinin tərkib hissəsi olmaqla onun digər müddəaları, o cümlədən 3 ay müddətinə bağlanmasına dair müddəası öz qüvvəsində qalmışdır.
13. Nizamnamədən, 14 avqust 2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsindən, o cümlədən əmək müqaviləsinə əlavə və dəyişikliklər olunmasına dair xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, Fondun sələfi olaraq yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətinə daxil olan xidmətlər, eyni zamanda İddiaçı əmək funksiyasına daxil edilmiş işlər daimi xarakter daşıyır.
14. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri H.Məmişovun xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə uyğun olaraq müddətli əmək müqaviləsində göstərilən müddətlərin bitməsinə görə Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 19 may 2022-ci il tarixdən xitam verilmişdir. Əmrin qəbul edilməsinə əsas olaraq Fondun X11 xx.xx.2022-ci il tarixli **********5 nömrəli xidməti məruzəsi göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X3 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə bərpa olunması, əmək müqaviləsinin müddətsiz bağlanması və 19 may 2022-ci il tarixdən işə bərpa ediləcəyi tarixə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında X8 üzrə Komissiyasının təşkil etdiyi müsabiqədən yüksən nəticə göstərməklə uğurla keçərək xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti həmin nazirlyin nəzdində olan Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmiş, həmin struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2016-cı il tarixdə o, Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun əsasında publik hüquqi şəxs yaradılmış, publik hüquqi şəxsin yaradılması ilə əlaqədar öz ərizəsi əsasında onunla bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bundan sonra əməkdaşların bilik səviyyələrinin yoxlanılması məqsədilə Fond tərəfindən keçirilmiş test imtahanında ümumi 100 ballıq sistemdən 87 bal toplamış və bu yüksək nəticəyə görə xx.xx.2020-ci il tarixdə AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsasında yaradılmış publik hüquqi şəxsin Beyləqan rayon filialının Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Publik hüquqi şəxs yaradıldıqdan sonra işçilərlə müqavilələr müddətli olaraq bağlanmışdır. Yəni xx.xx.2020-ci il tarixdən etibarən ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs öz işçiləri ilə əmək müqavilələrini 3 aylıq müddətə bağlamışdır. Fondun rəhbər heyəti tərəfindən müsahibə yolu ilə imtahan edildikdən sonra isə o, xx.xx.2020-ci il tarixdə Fondun 10 saylı regional ərazi filialının (indiki X3) Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə o 2022-ci il 19 may tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmişdir. Hazırda işləmir, 3-cü dərəcə dövlət qulluqçusudur, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2-ci təhsil alır. İstər məsləhətçi vəzifəsində, istərsə də şöbə müdiri vəzifəsində işlədiyi dövr ərzində vətəndaş məmnunluğunun təmin edilməsi və şəffaflıq əmək fəaliyyətinin əsas prinsipi olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışdığı 6 il yarıma yaxın vaxt ərzində vətəndaşlar tərəfindən onun əmək fəaliyyəti ilə bağlı hər hansı dövlət orqanına şikayət daxil olmamışdır. Fəaliyyəti dövründə rəhbərlik tərəfindən verilmiş əmr, tapşırıq və göstərişləri daim yüksək səviyyədə və vaxtında icra etmişdir. Fondun X3 rəhbərliyi onun fəaliyyətindən tam razı olmuş və fəaliyyətini yüksək qiymətləndirmişdir. İşdən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad edilmişdir. İşdən azad edilməsi haqqında qeyd olunan əmri qanunsuz və əsassız sayır. Belə ki, sonuncu dəfə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X3 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsində çalışmış, əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olmuşdur. Belə ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. ƏM-nin 47-ci maddəsində isə göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. Bununla da hesab edir ki, cavabdeh tərəfindən ƏM-nin 45 və 47-ci maddələrinin tələbləri pozulmuşdur. Çünki, xx.xx.2016-cı ildən son 6 il müddət ərzində fasiləsiz olaraq cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləməsi və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti və ya mövsümü deyil, daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün ƏM-nin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh onunla qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Baxmayaraq ki, onunla müddətli əmək müqaviləsi bağlanması üçün hər hansı hüquqi əsas olmamışdır. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o, halda müəyyən müddətə bağlanıla bilər ki, ƏM-nin 47-ci maddəsində göstərilən hallar mövcud olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü işin daimi xarakterə malik olması istisna edilmir və bu hal əvvəldən cavabdehə bəlli olmuşdur. Başqa sözlə, onunla müddətli əmək müqaviləsinin bağlanması üçün ƏMnin 47-ci maddəsində göstərilən hallar olmamışdır. Bütün bunlara baxmayaraq cavabdeh, son 6 il müddət ərzində onunla əmək münasibətində olmağına rəğmən onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlayıb, sonradan isə müddətin qurtarmasını əsas gətirərək bağlanmış əmək müqaviləsinə xitam vermişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin ona ünvanlanan məktubunda onunla müddətli əmək müqaviləsinin ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığı və həmin müqavilənin bilavasitə onun iradəsini ifadə etdiyi göstərilsə də, o bununla razılaşmır. Belə ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Cavabdehlə onun arasında sonuncu dəfə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinin qanuniliyinə qiymət verilərkən ilk növbədə onun son 6 il müddət ərzində əvvəl ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunda, sonradan isə yeni yaranmış publik hüquqi şəxsdə fasiləsiz və etirazsız işləməyi, habelə gördüyü işin, xidmətin daimi xarakterə malik olması nəzərə alınmaqla, tərəflərin hər bir dəlilinə, o cümlədən mübahisənin diqqətəlayiq bütün digər hallarına düzgün hüquqi qiymət verilməlidir. Eyni zamanda, hazırki əmək mübahisəsinin xarakteri baxımından ona münasibətdə cavabdehin daha üstün statusda olması nəzərə alındıqda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq onun üzərinə qoyulması qanuni və əsaslı sayıla bilməz. Uzun müddət ərzində fasiləsiz və etirazsız olaraq ƏƏSMN yanında DSMF-nin Beyləqan rayon şöbəsində müddətsiz əmək müqaviləsi ilə işləyərək öz ərizəsi ilə işdən azad edildikdən sonra yeni yaradılmış və nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən publik hüquqi şəxsin onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmasına və onun bütün hüquq və öhdəliklərini daşımasına baxmayaraq, öz sələfindən fərqli olaraq işçilərlə müddətsiz deyil, 3 aylıq müddətli əmək müqaviləsi bağlayır. Hesab edir ki, bu, işçini işəgötürəndən asılı edən və işçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş haldır.
17. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X3 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə bərpa olunması, əmək müqaviləsinin müddətsiz bağlanması, 19 may 2022-ci il tarixdən işə bərpa ediləcəyi tarixə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqı və mükafatların, eyni zamanda 50 manat məbləğində mediasiyaya dair xərcin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçılə Fond arasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən 3 (üç) ay müdddətinə əmək müqaviləsi bağlanılmış, müqavilədə işçinin xx.xx.2020-ci il tarixdən işə başlamalı olduğu, əmək haqqının məbləği, qəbul edildiyi vəzifənin adı qeyd olunmuş, müqavilə həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra işəgötürən tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması ilə bağlı 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmr verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrlə Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Fondun 10 saylı regional ərazi filialının Beyləqan rayon qəbul şöbəsinin müdiri, xx.xx.2021-ci il tarixli **********1 nömrəli əmrlə Fondun X3 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli nömrəli əmrlə İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur: 1) müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli; 2) müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Normanın təhlilindən məlum olur ki, hər 2 şərt eyni vaxtda mövcud olmalı və müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Lakin qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir.
19. Cavabdehin nümayəndəsi vəsatət də verərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmiş, vəsatətini belə əsaslandırmışdır ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında" Qanunla müəyyən edilmiş qaydada X4 iştirak tələb olunur - iddia ərizəsindən isə məlum olur ki, həmin ərizə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş, ərizəyə qoşma kimi şəxsiyyət vəsiqəsinin surəti, Fondun xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrinin surəti əlavə olunmuş, ərizəyə qoşma qismində mediasiyada iştirakla bağlı arayış təqdim edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi ilə mülki iş üzrə təqdim etdiyi sənədlərin qəbul edilməsini xahiş etmişdir. Həmin sənədlər qismində X4 iştirak edilməməsi barədə arayış, əmək kitabçası əlavə edilmişdir. Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatının 30 iyun 2022-ci il tarixli MSB/4-01325 nömrəli X4 iştirak edilməməsi barədə arayışında əmək mübahisəsi üzrə mediasiyanın keçirilmə vaxtı xx.xx.2022-ci il tarixə saat 11:00-ə təyin edilmişdir. İddiaçıya müvafiq arayış xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Qanunvericilik aktlarının qarşılıqlı təhlilindən isə məlum olur ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl X4 iştirak tələb olunur. Hazırki işin faktiki hallarından isə görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra X4 iştiraka dair arayış təqdim etmiş, iddiaçının məhkəməyə müraciəti zamanı belə bir arayış mövcud olmamışdır.
20. Məhkəmə iclaslarında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onunla cavabdeh tərəfindən müddətli əmək müqaviləsi bağlanaraq Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi kobud şəkildə pozulmuşdur. Çünki Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 saylı Fərmanına əsasən Fondun strukturu dəyişdirilərək publik hüquqi şəxsə çevrildikdən sonra hüquqi varis olaraq bütün işçilərlə əmək müqavilələri 3 aylıq müddətə bağlanmışdır. Bu isə ona dəlalət edir ki, bütün işçilər kimi o, da işəgötürənin diktəsinə əsasən 3 aylıq müddətə əmək müqaviləsi bağlamaq məcburiyyətində qalmışdır. Əks təqdirdə isə işəgötürənin onunla əmək müqaviləsi bağlamayacağı mövcud şəraitdən real görünürdü. Ona görə də müddətli əmək müqaviləsinin bağlanması üçün imzası onun razılığını, yəni könüllü iradəsini ifadə etməmişdir. Bu hal isə ƏM-nin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinin ona münasibətdə kobud şəkildə pozulması deməkdir. Bununla da o, yüksək nəticə göstərməklə əldə etdiyi əvvəlki vəzifəsini itirməmək üçün 3 aylıq müddətə əmək müqaviləsini imzalamaq məcburiyyətində qalmışdır. Halbuki əvvəlki işəgötürənlə bağlanmış əmək müqaviləsi müddətsiz olduğu halda, əvvəlki işəgötürənin hüquqi sələfi olan cavabdehlə 3 aylıq müddətə əmək müqaviləsi bağlamaqda onun hər hansı üstün marağı və motivi aşkar şəkildə olmamışdır. Baxmayaraq o, Fondda 6 ildən artıq fasiləsiz olaraq xidmət etdiyi müddətdə daimi xarakter daşıyan vəzifələrini layiqincə icra etmiş, barəsində korrupsiyaya şərait yaradan hallarla bağlı hər hansı vətəndaşdan şikayət daxil olmamışdır. xx.xx.2022-ci il tarixli audit yoxlamasının nəticəsinə dair arayışdakı nöqsanlar onun müdir vəzifəsini icra etdiyi dövrü əhatə etmir, eləcə də onun aşkar edilmiş nöqsanlara heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq Fond tərəfindən nazirə ünvanlanmış və əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə əsas olaraq göstərilən xidməti məruzədə qeyd olunmuşdur ki, guya o, aşkar edilmiş nöqsanları etiraf etmişdir. Halbuki bu xüsusat həqiqəti əks etdirmir. Çünki xidməti məruzədə qeyd olunanlardan fərqli olaraq o, izahatında nöqsanların onun tərəfindən törədildiyini etiraf etməmiş, sadəcə onun müdir vəzifəsinə təyin olunduğu tarixdən əvvəl baş vermiş nöqsanların mövcudluğunu təsdiqləmişdir. Həmçinin yoxlamaya dair arayışa diqqət edildikdə aşkar şəkildə görmək mümkündür ki, barələrində yoxlama aparılan digər əməkdaşların əvvəlki tutduğu vəzifələr qeyd edilməklə məqsəd onların yoxlama dövründə həmin vəzifəni icra edib-etməməsini göstərmək olmuşdur. Lakin arayışda yalnız onun sonuncu vəzifəsi göstərilmiş, əvvəlki tutduğu vəzifələr göstərilməmişdir. Bu hal ona qarşı ayrı-seçkiliyin sübutudur. Beləliklə cavabdeh rəhbərlik qarşısında onun barəsində həqiqətə uyğun olmayan yalan və nüfuzdan salan rəy formalaşdırmaqla, qanunsuz olaraq işdən azad edilməsinə nail olmuşdur. Bundan başqa əgər yoxlama arayışı və xidməti məruzədə qeyd olunanlar həqiqəti əks etdirmiş olsaydı onun əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-hissəsinin "b” bəndinə görə deyil, 70-ci maddəsinin "ç” bəndinə görə xitam verilə bilərdi. İşdən azad edilməmişdən öncə xx.xx.2022-ci il tarixdə o, rəhbərliyin qəbuluna dəvət edilərək əmək müqaviləsinə xitam verilməsinə dair könüllü ərizə verməsini təklif etmişlər. O, təklifdən imtina etdikdə müqaviləyə müddətinin bitməsi əsası ilə xitam verilmişdir.
21. Bundan başqa iddiaçı, onunla 3 aylıq müddətli əmək müqaviləsi bağlamasının qanunsuz olmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarını təqdim edərək vahid məhkəmə təcrübəsinin nəzərə alınmasını xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iddiaya qarşı yazılı etirazında qeyd etdiklərini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılaşması ilə, iddiaçının özünün sərbəst iradə ifadəsi ilə imzalanmaqla bağlanmışdır. Müqavilə bağlanarkən ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələbləri pozulmadığından qanuni hesab edilməlidir.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi Nümayəndə2 izahatında əlavə olaraq bildirmişdir ki, işçilərlə müddətli əmək müqavilənin bağlanması işəgötürənin hüququdur və cavabdeh bu hüququndan istifadə etmişdir. İddiaçı isə könüllü olaraq müddətli müqaviləni bağlayaraq, buna dair sərbəst iradəsini ifadə etmiş, əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması barədə məlumatlı olmuşdur. İddiaçı ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə deyil, 68-ci maddənin 2-ci hissəsinin “f” bəndinə əsasən xitam verilmişdir. Bu səbəbdən hesab edir ki, əmrdə əsas kimi xidməti məruzə göstərilsə də, məruzədəki qeyd olunan nöqsanların araşdırılması zərurəti yoxdur və bu xüsusatla bağlı məhkəməyə xidməti yoxlamaya dair arayışdan başqa sübut təqdim etmir.
24. Nümayəndə2 xidməti məruzəyə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin razılığının olması xüsusatı ilə bağlı sübut olaraq məhkəməyə Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilmiş “X9”ndən xx.xx.2022-ci il tarixli çıxarışı təqdim edib bildirmişdir ki, Nazir tərəfindən elektron qaydada qoyulmuş “baxılmaq üçün” məzmunlu dərkənar və “razıyam icra edin” məzmunlu qeyd qanunvericiliklə müəyyən edilmiş razılığı ifadə edir.
25. Birinci instansiya məhkəməsinin 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 may 2022-ci il tarixli **********1 saylı “İddiaçı tutduğu vəzifədən azad edilməsi” haqqında əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsində əvvəlki vəzifəsinə, yəni X3 Beyləqan rayon qəbul şöbəsinin müdiri vəzifəsinə bərpa olunması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2022-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
26. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
26.1. İddiaçının işdən azad edilməsinə dair əmrdə əsas olaraq göstərilən X14 sədri H.Məmişovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış xidməti məruzəsində göstərilmişdir ki, nazirin xx.xx.2022-ci il tarixli **********6 və ********** nömrəli əmrlərinə əsasən Fondun 2 saylı Lənkəran-Astara regional filialında və X3 Beyləqan rayon qəbul şöbəsində keçirilən audit yoxlaması zamanı aşkar edilmiş nöqsanlarla bağlı filial müdirləri Zamin Əliyevin və İddiaçı izahatlarında nöqsanları törətmələrini etiraf etmişlər. Məruzədə ƏM-nin 186-cı maddəsinə istinad edilərək qeyd edilmişdir ki, işçi əmək funksiyasını tam və ya qismən icra etmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Qeyd olunanlar nəzərə alınaraq yol verdikləri nöqsanlara görə 2 saylı Lənkəran-Astara regional filialın direktoru X5 yazılı xəbərdalıq, X3 Beyləqan rayon qəbul şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə uyğun olaraq xitam verilməsinə dair razılıq verilməsi xahiş edilmiş və razılıq veriləcəyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi vurğulanmışdır. 26.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X15 xx.xx.2022-ci il tarixli ********** nömrəli əmrindən müəyyən edilir ki, Fondun Mil-Muğan regional filialın Beyləqan rayon qəbul şöbəsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin auditi məqsədilə işçi qrupu yaradılmışdır. 26.3. Fondun Daxili nəzarət və audit şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan isə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində X3 Beyləqan rayon qəbul şöbəsi üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin auditi keçirilmişdir. Yoxlama zamanı X3 digər şöbələri ilə yanaşı Beyləqan rayon şöbəsində bəzi nöqsanlar aşkar edilmişdir. Arayışın nəticəsi olaraq təkliflər hissəsinin 8-ci bəndindən müəyyən edilir ki, barələrindən intizam tənbeh tədbrinin tətbiq edilməsi təklif edilmiş digər vəzifəli şəxslərin əvvəlki vəzifələrdə olduğu müddətlər göstərilməsinə baxmayaraq Beyləqan rayon qəbul şöbəsinin müdiri olan İddiaçı əvvəlki vəzifələrdə olduğu müddət göstərilməmişdir. Həmçinin, yuxarıda qeyd olunan əmrlərdən müəyyən edilmişdir ki, iddiaçı həmin şöbənin müdiri vəzifəsinə xx.xx.2020-ci il tarixdə təyin edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yoxlamanın əhatə etdiyi dövrün yalnız 8 günü onun şöbənin müdiri vəzifəsini icra etdiyi vaxta təsadüf etmişdir. Bundan başqa, arayışdan görünür ki, aşkar edilən nöqsanlar ümumi qeyd edilməklə, iddiaçı tərəfindən konkret olaraq hansı nöqsanlara yol verilməsi göstərilməmişdir. 26.4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X15 xx.xx.2022-ci il tarixli **********2 nömrəli əmrindən müəyyən edilir ki, qeyd olunan xx.xx.2022-ci il tarixli yoxlamanın nəticələrinə dair arayışa əsasən X16 Sədrinə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. 26.5. Xidməti məruzədə iddiaçının nöqsanları etiraf etməsinin qeyd edilməsinə baxmayaraq, işə əlavə edilmiş İddiaçı xx.xx.2022-ci il tarixli izahatının məzmunundan müəyyən edilir ki, o, müvafiq olaraq, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində aşkar edilmiş nöqsanların 10 gün ərzində aradan qaldırılması istiqamətində zəruri tədbirlər görəcəyini bildirmiş, lakin nöqsanların onun tərəfindən törədilməsini göstərməmiş, bununla bağlı etirafını ifadə etməmişdir. 26.6. Beləliklə, məhkəmə baxışı zamanı cavabdehin nümayəndələri iddiaçının işdən azad olunmasının qeyd olunan xidməti məruzə ilə bağlı olmamasını iddia etmələrinə baxmayaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin xidməti məruzə İddiaçı AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə uyğun olaraq işdən azad olunmasına dair xx.xx.2022-ci il tarixli əmrin qəbul edilməsi üçün əsas olmuşdur. Xidməti məruzədə, eləcə də onun əsasını təşkil edən Fondun Daxili nəzarət və audit şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda ümumi olaraq göstərilmiş nöqsanların əhatə olunduğu dövrün isə yalnız 8 günü iddiaçının şöbənin müdiri vəzifəsini icra etdiyi vaxta təsadüf etmişdir ki, bu müddət ərzində iddiaçının nə kimi ciddi nöqsana yol verməsinə dair məhkəməyə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Həmçinin işin faktiki halları ilə belə bir hal aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, 8 gün ərzində iddiaçı tərəfindən xidməti vəzifələrinin icrasında kobud nöqsana yol verilməsi ehtimalı real deyildir. 26.7. Məhkəmə həmçinin qeyd edir ki, Fondun Daxili nəzarət və audit şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda digər vəzifəli şəxslərdən fərqli olaraq iddiaçının yoxlama dövrü ərzində həmin şöbənin müdiri vəzifəsini icra etməyə başladığı tarixin göstərilməməsi, dolayısı ilə yoxlamanın yalnız 8 günlük müddətinin onun vaxtına tasadüf etməsinin gizlədilməsi, xidməti məruzədə nöqsanlar aşkar edilmiş şəxslərdən biri barəsində xəbərdarlıq intizam tənbehinin iddiaçı barəsində isə müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi kimi qeyri-mütənasib olan ciddi tədbir görülməsi üçün xidməti məruzə ilə müraciət olunması kimi hallar iddiaçıya münasibətdə ayrı-seçkilik kimi qəbul edilməlidir. 26.8. Göstərilənlərlə yanaşı cavabdehin nümayəndələri məhkəmə baxışı zamanı izahatlarında bildirmişlər ki, xidməti məruzə Fondun Nizamnaməsinin 4.11.11-ci bəndinə əsasən Nazirliklə razılaşdırılmışdır və buna dair sübut olaraq məhkəməyə Nazirliyinin Sənədlərlə və vətəndaşlar müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilmiş "X9”ndən xx.xx.2022-ci il tarixli çıxarış təqdim edilmişdir. Çıxarışdan müəyyən edilmişdir ki, Nazir tərəfindən "razıyam icra edin” məzmunlu qeyd xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Lakin çıxarışdan xidməti məruzənin hansı faktla bağlı olmasını, ümumiyyətlə hazırki işlə bağlılığını müəyyən etmək mümkün olmamış, buna dair nümayəndələr tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, çıxarış mülki iş üzrə mötəbər sübut olaraq qəbul edilə bilməz. Bu isə ona dəlalət edilir ki, iddiaçının müddət bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət edilməklə razılıq əldə edilməsi ilə bağlı xüsusat sübutetməyükü daşıyan cavabdeh tərəfindən sübuta yetirilməmişdir. 26.9. Məhkəmə həmçinin işin faktiki müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, müddətsiz əmək müqaviləsi əsasında eyni müəssisədə, eyni fəaliyyət istiqaməti üzrə xx.xx.2016-cı ildən 14 avqust 2020-ci il tarixədək işləyən işçinin struktur dəyişikliyi ilə bağlı öz təşəbbüsü ilə könüllü olaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verməsi və onun yenidən işə qəbul olunmaq üçün ərizə verərək 3 aylıq müddətli əmək müqaviləsi bağlamaq istəməsi inandırıcı deyildir. Belə ki, mübahisəsizdir ki, müddətsiz əmək müqaviləsinin bağlanması işçinin əmək hüquqlarının təmin edilməsi üçün daha uyğundur. Bundan başqa eyni bir əmrlə (publik hüquqi şəxsin X11 xx.xx.2020ci il tarixli **********76 nömrəli əmri) işçilərin əksəriyyəti ilə 1 ay sınaq müddəti təyin edilməklə 3 aylıq müddətə əmək müqaviləsinin bağlanması halı belə özü-özlüyündə ona dəlalət edir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diqtəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir. İddiaçı özü də bildirir ki, müəssisədə struktur dəyişikliyindən sonra yenidən işə bərpa olunmaqdan məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq ərizə yazmağa məcbur olmuşdur. 26.10.Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı əmək fəaliyyəti dövründə hər hansı nöqsanlara yol verməsi, əmək funksiyalarını lazımınca yerinə yetirməməsi ilə bağlı hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, yalnız struktur dəyişikliyi olmuş, lakin fəaliyyət istiqaməti daimi xarakter daşıyan müəssisədə eyni vəzifə olmamasına baxmayaraq, əksinə olaraq müsbət nəticə göstərdiyinə görə rəhbər vəzifəyə təyin edilən işçi ilə bir ay sınaq müddəti təyin edilməklə, 3 ay müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı müqavilələrlə qeyd olunan müddəanın qüvvədə saxlanması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. 26.11. İşçi ilə bağlanmış əmək müqaviləsinin məzmunundan, publik hüquqi şəxsin nizamnaməsində göstərilən fəaliyyət istiqamətindən görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuş və işin bu halı cavabdeh tərəfindən mübahisə olunmur. Həmçinin yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Fondun hüquqi varisidir və struktur dəyişikliyindən sonra onun bazasında eyni fəaliyyətlə məşğul olmuşdur ki, iddiaçı əvvəl həmin müəsisədə müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Göründüyü kimi ƏM-nin 45 və 47-ci maddələrinin tələblərinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə əsassız olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlayarkən onun işsiz qalmaq təhlükəsi ilə üzləşməsini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə işəgötürən cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. 26.12.Məhkəmə hesab edir ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran hallar olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsini bağlanması qanunsuzdur və nəticədə ƏM-nin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. 26.13.Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011 -ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. 26.14.Məhkəmə cavabdehin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədin məhkəməyə gec təqdim olunması səbəbiylə baxılmamış saxlanılmasına dair vəsatətinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, mediasiya təklifinə dair məktub cavabdehə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Həmçinin məktubda cavabdeh "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 21 və 32-ci maddələrinə istinad edərək açıq-aşkar mediasiya prosesinə zərurət yaranmadığını bildirmişdir. Bundan başqa cavabdehin eyni tarixli digər məktubundan müəyyən edilir ki, iddiaçının müvafiq məsələyə dair 2022-ci ilin 23 may, 24 may, 25 may, 2 iyun və 09 iyun tarixlərindən maraciətləri olmuşdur. Cavabdeh tərəfindən iddiaçının işə bərpa olunması haqqında həmin müraciətləri təmin edilməmişdir. Beləliklə cavabdehin açıq-aşkar hərəkətlərinə əsasən müəyyən olunur ki, onun mübahisənin məhkəmədənkənar barışıq yolu ilə həll olunmasında niyyəti olmamışdır. 26.15.Bundan başqa məhkəmə tərəfindən mülki iş üzrə ilkin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. MPM-nin 167-ci maddəsinin məzmununda da görünür ki, hazırlıq iclası ilkin dinlənilmə olmaqla tərəflərin iştirakları ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; məhkəmə tərəfindən tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlaması, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməsi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi təklif edilir. Hazırki iş üzrə iddiaçı tərəfindən bu hal hazırlıq iclası keçirilənədək aradan qaldırılmış və xx.xx.2022-ci il tarixdə məhkəməyə "X4 iştirak edilməməsi barədə arayış” təqdim edilmişdir. Həmin arayış elektron kabinetə yerləşdirilmiş, bununla da cavabdehin ilkin hazırlıq iclasının keçirilməsinə 20 gün qalmış arayışla tanış olub etiraz etməsi üçün imkanı olmuşdur. Lakin cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə elektron kabinetdən yalnız iddia tələbinə etirazla məhkəməyə müraciət etmiş qeyd olunan xüsusata münasibət bildirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin işə baxılmamış saxlanılmasına dair vəsatəti əsassız olduğundan rədd edilməlidir.
27. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 14-cü, Əmək Məcəlləsinin 12-ci, 45-ci, 47-ci, 68-ci, 70-ci, 71-ci, 73-cü, 74-cü, 84-cü, 294-cü maddələrinə istinad etmişdir.
28. Qətnamədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, Əmək Məcəlləsinin 45-ci maddəsini yanlış təfsir etdiyini, həmin maddi hüquq normasını işin hallarına düzgün tətbiq etmədiyini, iddiaçının özünün könüllü olaraq müddətli əmək müqaviləsi bağlamış olmasını, habelə onun “Mediasiya haqqında” Qanunun tələblərinə əməl etmədən iddia qaldırdığını nəzərə almadığını, iddianı baxılmamış saxlamalı olduğu halda tamamilə formal yanaşma ilə iddianı təmin etdiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
29. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etiraz iddia ərizəsinin və onun birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun əsaslandırılmaqla qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat vermişdir.
31. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
32. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
33. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
34. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
35. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
36. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ...b) əmək müqaviləsinin müddətinin qurtarması.
37. Maddə 73. 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
38. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin olunan hissəsi üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü iddiaçı qətnamədən şikayət verməmiş, apellyator isə qətnaməni faktiki olaraq sözügedən hissədə mübahisələndirmişlər. Bu o deməkdir ki, iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissədə qətnamə apellyasiya baxışının predmeti deyildir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Kollegiya aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.
50. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, cavabdeh publik hüquqi şəxs Fondun hüquqi varisi kimi müəyyən edilməklə, Fondun bütün hüquq və öhdəlikləri, habelə əmlakı publik hüquqi şəxsə keçmiş, publik hüquqi şəxsin fəaliyyət istiqamətlərinə onun hüquqi sələfi olan Fondun fəaliyyət istiqamətləri üzrə xidmətlər daxil edilmiş, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixindək müddətsiz əmək müqaviləsi əsasında işləmişdir.
51. Müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır.
52. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
53. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
54. Bu nöqteyi nəzərdən apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2016-cı ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
55. Kollegiyanın qənaətinə görə, iddiaçı ilə qanunun tələbinə uyğun olmayan müddətli əmək müqaviləsinin bağlanması və onun sonra işdən azad edilməsi, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunan və eləcə də əmək qanunvericiliyi ilə müdafiə olunan əmək hüququna zidd olmuşdur.
56. Kollegiya onu da qeyd edir ki, əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3687/2022 saylı iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə