Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1554/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(004)-5582/2023 saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 Íqoreviçin və Tağıyeva Marina Íqorevnanın həmin mənzilə dair sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Íqoreviç, Tağıyeva Marina Íqorevna Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 saylı fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə 35 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 34 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 350 manat məbləğində kirayə haqqı ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikintinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5582/2023 saylı qərardadı ilə kompleks məhkəmə tikinti-texniki (inşaat) və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilməklə iş üzrə icraat dayandırılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5582/2023 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 07 yanvar 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikyaət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mənzilin mülkiyyətçisidir və o mülkiyyət hüquqlarından qanunun tələblərini pozmamaq və 3-cü şəxslərə zərər verməmək şərti ilə istədiyi kimi istifadə etməkdə haqlıdır. Cavabdeh iddiaçı mənzilə mülkiyyət hüququnun xitam ilə razı deyildir və mənzilin şəraiti, sahəsi və s. kimi məsələləri mübahisələndirməmişdir. Bu çərçivədən "xxxx" MMC-nin tələbi və hərəkətləri qanunsuzdur, tikintini dayandırmalıdır. İddiaçı tərəfindən tikintinin davamı cavabdehin mənzil hüquqlarının pozulması təhlükəsini yaradır və məhkəmənin vəzifəsi bunun qarşısının alınmasıdır. Lakin məhkəmə tədbir görməmiş, əksinə mübahisə predmetinə aid olmayan suallar barəsində ekspertiza təyin etmiş, mülki işin icraatını isə həmin müddətə qədər dayandırmışdır . Ümumilikdə qərardad ilə cavabdehin hüquqları pozulma təhlükəsi ilə üz-üzə qalmışdır. Hüquqlarını müdafiə etdiyi Cavabdeh1 İddiaçınə qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və tikintinin dayandırılması" tələbi ilə qarşılıqlı iddia qaldıraraq məhkəməyə müraciət etmişdir. İstər iddianın məzmunundan, istərsə də işin faktiki hallarından göründüyü kimi, mübahisə evin qiyməti, onun sahəsi və ya şəraiti ilə bağlı deyil. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməməklə yanaşı, həmçinin öz təşəbbüsü ilə ekspertiza təyin edərkən ekspert rəyinin mübahisənin məzmunu ilə bağlı olmayacağını, mübahisənin həllində və ya məhkəmənin ədalətli qərar verməsində rolu olmayacağını nəzərə almamışdır. Ekspertizanın qarşısına qoyulan suallar tərəflərin tələbləri ilə əlaqədar deyildir, üstəlik nəticədə iş üzrə icraatın dayandırılması ilə proses lüzumsuz şəkildə uzadılmışdır. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(004)- 5582/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə ekspertiza təyin olunduqdaiş üzrə icraatı dayandıra bilər. Prosessual Qanunvericiliyin tələbinə görə, qeyd olunan halda, iş üzrə icraatın dayandırılması ilə bağlı məhkəməyə hüquq verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qəbul etdiyi 26 dekabr 2023-cü il tarixli qərardadı ilə ekspertiza rəyi alınanadək iş üzrə icraatın dayandırılması qənaətinə gələrkən haqlı olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq MPM-in 172-ci maddəsində nəzərdə tutulan prosessual müddətlərə qənaət etmək məqsədilə iş üzrə icraatın dayandırılmasını məqsədə müvafiq hesab etmiş, MPM-nin 255.0.5-ci maddəsinin dispozitiv imkanını qiymətləndirməklə qanuni və əsaslı olaraq mülki iş üzrə icraatı dayandırmaq hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(004)-5582/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1554/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1554/2024
05.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver