Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1556/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “əmrin ləğv edilməsi və pul tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(005)-3936/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində işləyir. İddiaçı və eyni idarədə işləyən Dadaş Mahmudov arasında iş vaxtı və iş yerində mübahisə olmuş və barələrində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Dadaş Mahmudova intizam tənbehi sayılmayan xəbərdarlıq edilmiş, lakin İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Hazırda İddiaçı ona bu intizam tənbehinin verilməsinin əsassız olduğunu bildirməklə ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və həmin əmrin mübahisələndirilməsinə görə vəkillə bağlanmış müqavilə üzrə onun tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş 700 manat məbləğində pulun və mediasiya sessiyasında iştirakla əlaqədar ödənilmiş 60 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin tabeçiliyində olan “Mədəngeofizika” idarəsində mühasib vəzifəsinə işə qəbul olunmuşdur və 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi İqtisadiyyat va X2 uçotu va hesabatı şöbəsinin aparıcı mühasibi vəzifəsində işləyir. İş fəaliyyəti ərzində həmişə nümunəvi davranışı və işə olan məsuliyyəti ilə fərqlənmiş, öz əmək funksiyalarını hər zaman vicdan və dəqiqliklə yerinə yetirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə işlə bağlı Maliyyə va Vergilər Şöbəsinin aparıcı iqtisadçısı Şahid1 yanında olarkən həmin otaqda işləyən Dadaş Mahmudov, İddiaçı "bir də bu otağa gəlmə” deyə demişdir. Bu ifadə iş şəraitinin qaydalarına zidd olduğu halda, yenə də ondan böyük olan həmkarına etik qaydalara uyğun müraciət edib səbəbini bilmək istədikdə o, cavab olaraq “sən kimsən ki, mən sənə açıqlama verim” demiş və əlavə olaraq guya ki, ona aid olan sirri paylaşdığına dair yersiz əsas gətirmişdir. xx.xx.2023-ci il tarixdə X11 bir otaqda işlədiyi üçün onların otağına getmiş, Rəşadla görüşüb dəhlizə çıxanda Dadaş Mahmudov onun qarşısına çıxmış, o da məsələyə aydınlıq gətirmək üçün Dadaş Mahmudova söhbət etmək istədiyini bildirmişdir. X14 kobud şəkildə “mənə sənin heç bir sözün ola bilməz” deyərək cavab vermiş və İddiaçı itələyərək otaqdan çıxarmağa çalışmışdır. İş yoldaşı Şahid1 yanlarında olduğu üçün mübahisəni sakitləşdirmiş və digər iş yoldaşları Zaur və Hakim də yanlarına gəlmişlər. İddiaçı Dadaş Mahmudovla aralarındakı anlaşılmazlığı sivil yolla həll etməyə çalışsa da, heç bir nəticə olmamış, əksinə bu hadisə baş vermişdir. Dadaş Mahmudov onunla olan mübahisədən sonra rəhbərliyə şikayət etmiş və barəsində təqdimat yazmışdır. Bundan sonra rəhbərlik tərəfindən İddiaçı olanlarla bağlı izahat yazmaq tələb olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə izahat yazaraq rəhbərliyə təqdim etmiş və ona izahatı yazıb verdikdən sonra işinə davam etməyi, nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmişdir. Həmçinin iş yoldaşları Şahid1, Zaur Məmmədov və Hakim Əsədov da hadisə ilə bağlı xidməti yazı və izahat yazmışlar. Bundan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmr təqdim edilmişdir. Həmin əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, Dadaş Mahmudova isə sadəcə xəbərdarlıq edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdarlıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdarlıq edilməsi haqqında” 14-2-4/3-1İ299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrində İddiaçı oxşar hallara əvvəllər də yol verdiyinə görə barəsində GGİ-nin müvfiq əmri ilə intizam tədbiri verildiyi üçün hazırki iş üzrə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyi göstərilmiş, belə bir əsaslandırma ilə işəgötürən qanunverciliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin İddiaçı barəsində olan “intizam tənbehinin verilməsi haqqında” SOCAR**********00040020A00477 saylı əmri xx.xx.2022-ci il tarixdə verilmiş, Əmək Məcəlləsinin 190.1-ci maddəsinin tələblərinə görə isə həmin intizam tənbehi yalnız altı ay ərzində qüvvədə olmuşdur. İşəgötürən isə artıq qüvvədən düşmüş intizam tənbehinə istinad edərək ona sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi vermişdir. Bundan əlavə, Dadaş Mahmudov İddiaçı mübahisəyə təhrik etmiş, sonradan aydınlaşdıran zaman İddiaçı heç kimə hər hansı etik davranış qaydalarına zidd söz demədiyi müəyyənləşmiş, D.Mahmudov fiziki güc tətbiq edərək İddiaçı itələmiş və otaqdan çıxarmağa çalışmışdır. Halbuki, Əmək Məcəlləsinin 186.3-cü maddəsinin tələblərinə görə xəbərdarlıq intizam tənbehi sayılmır. Buradan aydın olur ki, işəgötürən onların bərabərlik hüququnu pozmuş, ayrı-seçkiliyə yol verərək, Əmək Məcəlləsinin 2-ci maddəsinin tələblərini pozmaqla onun barəsində sərt intizam tənbehi tətbiq etmiş, Dadaş Mahmudova isə intizam tənbehi sayılmayan xəbərdarlıq etmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrində guya mübahisə zamanı nalayiq ifadələr işlədilməsinə yol verildiyinə istinad etmişlər. Halbuki, həmin mübahisə zamanı İddiaçı tərəfindən hər hansı bir nalayiq ifadələr işlədilməsinə yol verilməmiş, heç kim bu hala şahid olmamışdır. X16, nə də digər şəxslər, şahidlər İddiaçı nalayiq ifadələrdən istifadə etməsi barədə hər hansı bir fikir səsləndirməmiş, izahatları ilə təsdiq etməmişdirlər. Əgər olsaydı da belə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi təhqir cinayətinin subyektlərini, hansı halların təhqir hesab edilərək həmin əmələ yol vermiş şəxsin cinayət məsuliyyətinə cəlb edilərək cəzalanmasını geniş şəkildə göstərmişdir. Yəni, İddiaçı ən pis halda Dadaş Mahmudovu təhqir etmiş olsaydı da, bu məsələ onların əmək münasibətlərinə, yəni işəgötürənə heç bir aidiyyəti olmamışdır. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərdən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi xəbərdarlıq edilə bilər. Bu səbəbdən də D.Mahmudova kollektivdəki nüfuzunu, peşəkarlığını və sair halları nəzərə alaraq, yazılı xəbərdarlıq verilmişdir. Qeyd olunanlarla bağlı, İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müraciət etmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən araşdırma aparılmış, intizam tənbehinin tətbiq edilməsi qanunvericiliyin tələbinə uyğun şəkildə aparılması barədə İddiaçı yazılı cavab verilmişdir. Bundan başqa İddiaçı Geofizika və Geologiya İdarəsinə xx.xx.2023-cü il tarixdə ünvanlanmış Mediasiya prosesinin tətbiqi barədə təklifdə mediatorun adı, atasının adı, soyadı və ya mediasiya təşkilatı barədə məlumat göstərilmədiyindən məsələyə münasibət bildirilməsi mümkün olmamış və İddiaçı bu barədə yazılı məlumat verilmişdir. (Məktubun surəti əlavə olunur). Lakin, Bakı şəhəri Nizami rayon, Nizami Abdullayev küçəsi ev 4/45 yerləşən 2 saylı mediasiya təşkilatının mediatoru X7 tərəfindən xx.xx.2023-cü il tarixdə hazırlanış X6 (İMS) barədə bildiriş 12 sentyabr 2023-cü il tarixdə Geofizika və geologiya İdarəsinə daxil olmuşdur. Geofizika və geologiya İdarəsi tərəfindən 14 sentyabr 2023-cü il tarixli 14-2-4/2-725/2023 nöməli məktubla cavab verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində çağırılmış Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı 2009-cu ildən iş yoldaşı olaraq tanıyır, bir-birlərindən işgüzar asılılıqları yoxdur. Dadaş Mahmudov bir gün heç bir əsası məlum olmadan İddiaçı ilə işləmək istəmədiyini və onu görmək istəmədiyini bildirmişdir. Sonra isə İddiaçı otaqda olarkən onu məcburi olaraq otaqdan çıxarmağa çalışmış və ona burda işləməyəcəyini bildirmişdir. Tərəflər arasında olan bu anlaşılmazlıq ona da təsir etdiyinə görə İddiaçı da çağıraraq Dadaş Mahmudovla mübahisəni həll etməyə çalışmış, lakin barələrində araşdırma başlanmışdır. Bu zaman İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı məhkəmədə işi olduğuna görə ona əsas olmadan daha ağır cəza verilmişdir. İddiaçı öz davranışda hər hansı nalayiq hərəkətlərə yol verməmiş, hər hansı nalayiq söz və ya ifadə işlətməmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində çağırılmış Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı və Dadaş Mahmudov arasında yaranmış mübahisə üzrə rəy onun tərəfindən hazırlanmışdır. Toplanmış materiallardan İddiaçı və Dadaş Mahmudovun hərəkətlərində ciddi tənbeh tədbiri tətbiq olunması üçün hər hansı əsas müəyyən edilməmiş və bu yöndə də rəy verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(005)- 3936/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən vəkil xərcinə görə 200 manat, mediasiya xərci olaraq 60 manat pul İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından aydın olur ki, İddiaçı intizam tənbehinin verilməsi üçün əsas olmuş, onunla Dadaş Mahmudov arasında olan mübahisə zamanı İddiaçı tərəfindən hər hansı nalayiq söz və ya ifadə işlədilməmiş, intizam tənbehinin verilməsinə əsas ola biləcək hər hansı başqa hərəkət edilməmişdir. Bunu hüquq şöbəsi tərəfindən tərtib edilmiş rəy də şahid ifadələri ilə birlikdə təsdiq edir. İddiaçı barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair 26 iyul 2023-cü il tarixli əmrdə qeyd olunur: “İddiaçılə Mahmudov arasında şəxsi məsələlərlə bağlı danışıq zamanı aralarında mübahisə yaranmış və etik davranış qaydalarını pozaraq bir-birlərinə qarşı kobud rəftara və nalayiq ifadələr işlədilməsinə yol vermişlər. Bu hərəkətləri ilə onlar əmək intizamını və müəssisədaxili intizam qaydaları pozulmuşdur. Nəzərə alınmalıdır ki İddiaçı oxşar hallara əvvəllər də yol verdiyinə görə GGl-nin müvafiq əmri ilə barəsində intizam tənbehi verilmişdir.” Lakin iş materialları ilə İddiaçı və Dadaş Mahmudovun bir-birlərinə qarşı nalayiq ifadələr işlətməsini təsdiq edən heç bir sübut yoxdur. Həmçinin əmrin verilməsinə əsasən olaraq İddiaçı tərəfindən əvvəllər də oxşar hallara yol verilmiş olduğu qeyd olunur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı barəsində işəgötürən tərəfindən “intizam tənbehinin verilməsi haqqında” xx.xx.2022-ci il tarixli əmr verilmişdir. İddiaçı bu əmrin ləğv edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və mülki iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Aydındır ki, qeyd edilən əmr xx.xx.2022-ci il tarixli olmaqla üzərindən 6 aydan çox müddət ötmüşdür və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.1-ci maddəsinə əsasən qüvvədən düşmüşdür. İş materiallarında İddiaçı barəsində başqa intizam tənbehinin verilməsi müəyyən olunmur. Belə olan halda artıq qüvvədən düşmüş intizam tənbehinə əsaslanaraq şəxsə yeni, daha ağır intizam tənbehinin verilməsi əmək qanunvericiliyinin pozuntusudur. Ümumiyyətlə, İddiaçı və Dadaş Mahmudov arasında yaranmış mübahisənin inzitam pozuntusu olmadığını göstərən dəlillər olduğu halda əmrin məhz nəyə əsaslanması aydın deyil, əsaslandığı hallar isə yuxarıda qeyd edilən əsaslardan qanunvericiliyə uyğun deyil. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş və etirazlarını məhkəməyə təqdim etmişdir. Lakin qeyd edilən əmrin əsaslandığı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı və Dadaş Mahmudov arasında olan mübahisə zamanı İddiaçı və ya Dadaş Mahmudov tərəfindən daxili intizam qaydalarının daha kobud pozulduğu aydın olmadığı halda, Dadaş Mahmudova inzitam tənbehi sayılmayan xəbərdarlıq edilmiş, İddiaçı isə intizam tənbehi tətbiq edilmişdir. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən bərabərlik hüququnun pozuntusudur. Cavabdeh etiraz ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü maddəsinə istinad etməklə Dadaş Mahmudova intizam tənbehi verilmədiyini qeyd edir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh etirazında qeyd edilən normaya istinad etsə də, bu normanı hansı əsaslardan çıxış edərək, Dadaş Mahmudova tətbiq edildiyi aydın deyil. Belə olan halda bu norma İddiaçı da tətbiq edilə bilərdi. Hazırki halda isə cavabdeh iddiaya etirazını əsaslandıra bilməmişdir. İddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan vəkil orderindən, müqavilədən və ödəniş qəbzlərindən aydın olduğu üçün məhkəmə vəkil xərcinin cavabdehdən tutulmasını qanuni hesab etmişdir, lakin tutulmalı olan məbləğə münasibətdə tələb olunan vəkil xərcinin 200 manat məbləğində tutulmasını daha ağlabatan və ədalətli hesab etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 186.1, 186.2, 186.3, 189.3, 190.1, 190.3; eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onun əsaslandırılmışdır ki, İddiaçı D.Mahmudova qarşı nalayiq ifadələr işlətməsi barədə müvafiq əmrdə qeyd edilənlər qətnamədə deyildiyi kimi heç bir sübutla təsdiq olunmasa belə ona intizam tənbehinin verilməsinə səbəb olmuş yeganə pozuntu halı deyil. Belə ki, əmrdə bu halla yanaşı İddiaçı intizam məsuliyyətinə cəlb edilməsinə səbəb olan digər hal kimi nəzərə alınmış, iş yoldaşına qarşı kobud rəftara yol verməsi barədə məlumatlar da öz əksini tapır ki, bu da intizam icraatı zamanı İddiaçı iş yoldaşlarının, məhkəmə mübahisələndirilməsi zamanı isə şahidlərin verdiyi izahatlardan aydın görünür. Belə olan halda qeyd edilənlər obyektiv təhlil edildikdə iki işçi arasında kobud rəftarla müşayiət olunan münaqişə zamanı həmin işçilərin bir-birinə “layiqli” ifadələr işlətməsini ehtimal etmək məntiqsiz olardı. İddiaçı barəsində aparılmış intizam icraatına istinad edilən qanunvericiliyin işığında baxdıqda aydın görünür ki, işəgötürən tərəfindən onun əməlləri əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməmişdir. Belə ki, İddiaçı intizam tənbehinin verilməsi barədə əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edilməmiş və bu maddənin tətbiqi ilə bağlı hüquqi nəticələr işin hallarında mövcud deyildir. İddiaçı daxili intizam qaydalarını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən ona verilmiş intizam tənbehi ilə bağlı müvafiq əmrdə qeyd edilən məlumatlar yalnız həmin işçi barəsində aparılan sonuncu intizam icraatı zamanı onu intizamsız işçi kimi xarakterizə edən hal olaraq nəzərə alınmış və bu əmək qanunvericiliyinin tələbləri baxımından heç bir hüquqi nəticəyə səbəb olmamışdır. Bundan başqa İddiaçılə D.Mahmudov arasında mübahisə zamanı kobud rəftara yol verilərək GGİ-nin Daxili intizam qaydalarının 5.1-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da göstərilən hal üzrə intizam icraatının həyata keçirilməsi üçün əsasdır. İddiaçı əvvəllər də oxşar pozuntu hallarına yol verməsi ilə bağlı intizam məsuliyyətinə cəlb edilməsini, D.Mahmudovun isə uzun müddətli əmək fəaliyyəti dövründə ümumiyyətlə intizam məsuliyyətinə cəlb edilmədiyini, peşəkarlıq səviyyəsinin daha yüksək olmasını və bunun sübutu kimi onun rəhbər vəzifəyə irəli çəkilərək həmin vəzifə üzrə əmək funksiyalarını uzun müddət nöqsansız icra etdiyini, birincinin isə peşəkarlıq səviyyəsini səciyələndirən, ona münasibətdə yuxarıda sadalanan diqqətəlayiq xüsusiyyətlərin olmadığını nəzərə alınaraq işəgötürən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş D.Mahmudova isə yazılı xəbərdarlıq etməklə kifayətlənmişdir. Bundan əlavə “SOCAR”-da təqaüd yaşına çatmış işçilərin əmək müqaviləsinə xitam verilməsi şərti əmək müqaviləsi bağlanarkən tərəflər arasında qabaqcadan razılaşdırılmışdır. Pensiya yaşına çatmış D.Mahmudovla bağlanmış əmək müqaviləsinə həmin müqavilənin yuxarıda göstərilən şərti nəzərə alınmaqla xitam verilməli idi. Bununla belə D. Mahmudovun təqaüd yaşına çatmasına baxmayaraq, onun yetərincə peşəkar, nizam-intizamlı, savadına və təcrübəsinə ehtiyac duyulan bir mütəxəssis olduğunu nəzərə alaraq “SOCAR”-ın müvafiq qərarı ilə onunla bağlanmış əmək müqaviləsinin müddəti müstəsna hal kimi 1 il müddətinə uzadılmışdır. D.Mahmudovun qeyd edilən keyfiyyətlərini nəzərə almadan onunla eyni xarakterli intizam xətasına yol vermiş, göstərilən üstünlüklərə malik olmayan işçiyə (İddiaçı) tətbiq edilən intizam tənbehinin ona da verilməsi ədalətli hesab edilə bilməz. Həmçinin, məhkəmə qərar verərkən iddiaçı tərəfindən iştirak edən şahidin, hüquq şöbəsinin sabiq rəisi olan Şahid2 tərtib etdiyi hüquqi rəyində qeyd olunanlara əsaslanmışdır. Belə ki, Şahid2 öz hüquqi rəyində Geofizika və geologiya İdarəsinin Daxili İntizam qaydalarında qeyd olunan “İş vaxtı davranış qaydaları.Tabeçilik” bölməsinin 5.1-ci bəndinə görə, işçi vəzifə borclarını yerinə yetirərkən iş yoldaşları, rəhbərləri və tabeçilikdəki şəxslərlə mədəni, mehriban və nəzakətlə davranmalıdır.” müddəasının pozulmasına görə hər hansı intizam məsuliyyətin nəzərdə tutulmadığını qeyd etmişdir. Buradan açıq aydın görünür ki, işəgötürən işçi tərəfindən müvafiq qaydalarının hər hansı seçilmiş bəndlərinin deyil, Qaydaların bütövlükdə pozmasına görə ƏM-nin 186-cı maddəsində qeyd edilən intizam tənbehlərindən birini verə bilər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi:
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. 186.1. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 187.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 190.1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Geofizika və geologiya İdarəsinin rəisi Elçin Şirinova ünvanlanmış və Hüquq Şöbəsinin rəisi Şahid2 tərəfindən hazırlanmış hüquqi rəydə qeyd olunur ki, hər iki işçi bir-birini etik davranış qaydalarını pozmaqda təqsirləndirirlər, lakin heç biri bu halı sübut edə bilmir. İÜD-nin tərkibində müəyyən qruplaşmaların mövcud olduğunu nəzərə alaraq hesab edilir ki, mübahisə təxribat nəticəsində yaradılmışdır. Hər iki işinin izahatına görə onlar bir-birinə hörmətsizlik göstərmiş, lakin bu hal əmək və icra intizamının pozulması halı kimi qiymətləndirilə bilməz. İş materiallarında olan “İntizam tənbehinin verilməsi və xəbərdarlıq edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli əmrdə qeyd olunur ki, Geofizika və geologiya İdarəsinin Rəhbərlik yanında aparatının aparıcı iqtisadçısı Dadaş Mahmudov xx.xx.2023-cü il tarixli təqdimat ilə idarə rəhbərliyinə müraciət edərək xx.xx.2023-cü il tarixində GGl-nin Mühasibat uçotu və hesabatı şöbəsinin aparıcı mühasibi İddiaçılə aralarında mübahisə yarandığını, sonuncu tərəfindən ona qarşı etik davranış qaydaları pozularaq kobud rəfdara yol verildiyini bildirərək Quliyev barəsində müvafıq tədbir görülməsini xahiş etmişdir. Qeyd edilənlərlə bağlı İddiaçı və D.Mahmudovun izahatları alınmışdır. Alınmış izahatlardan və hadisənin şahidi olan idarənin digər işçilərin verdikləri yazılı məlumatlardan müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə İddiaçılə D.Mahmudov arasında şəxsi məsələlərlə bağlı danışıq zamanı aralarında mübahisə yaranmış və etik davranış qaydalarını pozaraq bir-birlərinə qarşı kobud rəfdara və nalaiq ifadələr işlədilməsinə yol vermişlər. Bu hərəkətləri ilə onlar əmək intizamını və müəssisədaxili intizam qaydaları pozulmuşlar. Nəzərə alınmalıdır ki, İddiaçı oxşar hallara əvvəllər də yol verdiyinə görə GGl-nin müvafiq əmri ilə barəsində intizam tənbehi verilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsini əsas tutularaq Əmək intizamını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən, Mühasibat uçotu və hesabatı şöbəsinin aparıcı mühasibi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi; əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini tam yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, GGl-nin Rəhbərlik yanında aparatın aparıcı iqtisadçısı X4 xəbərdarlıq edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” idarəsinin rəisi X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00477 saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci 'hissəsinin “a” bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş və qeyd edilmişdir ki, nəzərinə çatdırılsın ki, əmək və icra intizamını bir daha pozarsa, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi kimi intizam məsuliyyəti də daxil olmaqla daha ciddi məsuliyyətə cəlb olunacaqdır. Həmin əmr iddiaçı tərəfindən mübahisələndirilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 sentyabr 2023-cü il tarixli qərarda qeyd olunur ki, araşdrıma zamanı müəyyən edilmişdir ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində işləyir. İddiaçı və eyni idarədə işləyən Dadaş Mahmudov arasında iş vaxtı və iş yerində mübahisə olmuş və barələrində iş yeri tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində verilmiş hüquqi rəydə mübahisənin iş yerinin intizam qaydalarının pozuntusu kimi dəyərləndirilməsi və onların intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasların olmadığı qeyd edilsə də, Dadaş Mahmudova intizam tənbehi sayılmayan xəbərdarlıq edilmiş, lakin İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Hazırda İddiaçı ona bu intizam tənbehinin verilməsinin əsassız olduğunu bildirməklə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsini əsas tutularaq Əmək intizamını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən, Mühasibat uçotu və hesabatı şöbəsinin aparıcı mühasibi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Göründüyü kimi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən verilmişdir. Həmin maddədə qeyd edilir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini (hazırki işdə mübahisəsi gedən “b” bəndinə əsasən) sonuncu xəbərdarlıqla şiddətli töhmət verilə bilər. Göründüyü kimi iddiaçıya bu əsasa görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi üçün onun tərəfindən əmək funksiyasını tam və ya qismən yerinə yetirməməli, yaxud keyfiyyətsiz yerinə yetirməli, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması müəyyənləşməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən normada sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi üçün əsaslardan biri kimi də məhz “müəssisədaxili intizam qaydalarını pozulması” müəyyən edilmişdir. İşin faktiki hallarından isə görünür ki, iddiaçı D.Mahmudova qarşı nalayiq ifadələr işlətməsi barədə müvafiq əmrdə qeyd edilənlər hər hansı bir sübutla təsdiq olunmasa da iddiaçıya intizam tənbehinin verilməsinə səbəb olmuş yeganə pozuntu halı iddiaçının “nalayiq ifadələr işlətməsi”deyil. Belə ki, iş materiallarına əlavə olunmuş Geofizika və geologiya İdarəsinin rəisi Elçin Şirinova ünvanlanmış və Hüquq Şöbəsinin rəisi Şahid2 tərəfindən hazırlanmış hüquqi rəyə xx.xx.2023-cü il tarixli əlavədən görünür ki, Hakim Əsədov xidməti yazısında, Zaur Məmmədov isə izahatında göstərmişdir ki, “Dadaş Mahmudov və İddiaçı bir birilərinin yaxalarından tutaraq mübahisə edərkən onları aralayıblar. Belə olan halda məlum olur ki, bir tərəf deyil, hər iki tərəf bir birinin yaxasından tutub mübahisə edib. Ona görə də tərəflərdən birini təqsirkar saymaq olmaz. Hesab edirəm ki, İUD işçiləri arasında nizam-imtizamı gücləndirmək lazımdır”. Yuxarıda qeyd olunan mübahisəli əmrdə bu halla yanaşı iddiaçının intizam məsuliyyətinə cəlb edilməsinə səbəb olan digər hal kimi nəzərə alınmış, iş yoldaşına qarşı kobud rəftara yol verməsi barədə məlumatlar da öz əksini tapır ki, bu da intizam icraatı zamanı iddiaçının iş yoldaşlarının verdiyi izahatlardan da aydın görünür. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı daxili intizam qaydalarını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən ona verilmiş intizam tənbehi ilə bağlı müvafiq əmrdə qeyd edilən məlumatlar yalnız həmin işçi barəsində aparılan sonuncu intizam icraatı zamanı iddiaçının intizamsız işçi kimi xarakterizə edən hal olaraq nəzərə alınmışdır. Bundan başqa İddiaçılə D.Mahmudov arasında mübahisə zamanı kobud rəftara yol verilərək GGİ-nin Daxili intizam qaydalarının 5.1-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da göstərilən hal üzrə intizam icraatının həyata keçirilməsi üçün əsasdır. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Hazırda isə mübahisələndirilən əmrdə qeyd olunan normaya istinad edilməmiş və bu maddənin tətbiqi ilə bağlı hüquqi nəticələr işin hallarında mövcud deyildir. Göründüyü kimi iddiaçının daxili intizam qaydalarını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən ona verilmiş intizam tənbehi hazırki əmrdə iddiaçını xarakterizə edən hal olaraq nəzərə alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı və Dadaş Mahmudov arasında yaranmış mübahisənin inzitam pozuntusu olmadığını göstərən dəlillər olduğu halda əmrin məhz nəyə əsaslanması aydın olmaması barədə gəldiyi nəticə düzgün olmamışdır. Çünki iddiaçı tərəfindən iş yoldaşına qarşı kobud rəftar edilməklə bir-birilərinin yaxalarından tutaraq mübahisə edərkən, müəssisədaxili intizam qaydalarını pozduğuna görə ona qarşı inzitam tənbehi tətbiq edilmişdir. Digər tərəfdən iddiaçı, Dadaş Mahmudova xəbərdarlıq edilməklə onunla D.Mahmudov arasında bərabərlik hüququnun pozuntusu olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi də iddiaçının dəlilləri ilə razılaşmaqla iddiaçıya qarşı bərabərlik prinsipinin pozulmasını müəyyən etmişdir. Halbuki Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Göründüyü kimi intizam tənbehini verilərkən istinad edilən normada sadalanan hallar nəzərə alınmaqla işçiyə xəbərdarlıq edilə bilər. Hazırki işin hallarından isə göründüyü kimi iddiaçının əvvəllər də oxşar pozuntu hallarına yol verməsi ilə bağlı intizam məsuliyyətinə cəlb edilməsi fonunda D.Mahmudovun isə uzun müddətli əmək fəaliyyəti dövründə ümumiyyətlə intizam məsuliyyətinə cəlb edilmədiyi, peşəkarlıq səviyyəsinin daha yüksək olması və bunun sübutu kimi onun rəhbər vəzifəyə irəli çəkilərək həmin vəzifə üzrə əmək funksiyalarını uzun müddət nöqsansız icra etdiyi, birincinin isə peşəkarlıq səviyyəsini səciyələndirən, ona münasibətdə sadalanan diqqətəlayiq xüsusiyyətlərin olmadığını nəzərə alınaraq işəgötürən tərəfindən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş D.Mahmudova isə yazılı xəbərdarlıq etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, D.Mahmudova münasibətdə diqqətəlayiq halların nəzərə alınması, həmçinin qeyd edilən halların iddiaçıya münasibətdə olmaması səbəbindən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə istinad edilməklə mübahisədə iştirak etmiş digər tərəfə yazılı xəbərdarlıq edilməsi bərabərlik prinsipinin pozulması demək deyildir. Bununla yanaşı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı və Dadaş Mahmudovun hərəkətlərində ciddi tənbeh tədbiri tətbiq olunması üçün hər hansı əsas müəyyən edilməmiş və bu barədə də rəy verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Əmək qanunvericiliyində belə bir rəyin mütləq nəzərə alınması barədə hər hansı norma mövcud deyil, digər tərəfdən həmin rəyin işin müəyyən edilmiş halları kimi də nəzərə alınması üçün əsas deyil, çünki iddiaçı ilə D.Mahmudov arasında mübahisə olmuş və işin müəyyən edilmiş hallarından da göründüyü kimi onlar bir-birinə hörmətsizlik göstərmişlər ki, bu halın mövcudluğu isə müəssisədaxili intizam qaydalarını pozulması kimi qiymətləndirilməlidir. İddiaçıya münasibətdə intizam tənbehinin, digər işçiyə isə xəbərdarlıq edilməsinin tərəflər arasında bərabərlik prinsipinə zidd olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Göründüyü kimi İddiaçı və Dadaş Mahmudov arasında yaranmış mübahisə inzitam pozuntusu olması işin faktiki halları ilə müəyyən edildiyindən, həmçinin iddiaçı ilə Dadaş Mahmudovu xarakterizə edən hallar (Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndi) nəzərə alındıqda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ- 299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi barədə iddia tələbinin əsassız olması müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi barədə iddia tələbi rədd edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Beləliklə Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bununla da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası göstərilən nəticəyə gəlməklə yanaşı iddiaçıya 14-2-4/3-1İ- 299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmr ilə verilmiş intizam tənbehinin altı ay müddətində, yəni, xx.xx.2024-cü tarixə kimi qüvvədə olmasını da qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(005)- 3936/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “əmrin ləğv edilməsi tələbi”nə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə