Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1564/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və X13 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi, subyektiv hüquq, hüquqi müəyyənlik) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndə və vəkilləri X1 və Vəkil2, Cavabdeh X12 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)- 3162/2022 nömrəli qətnaməsindən X20 (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Yaşayış binasında mənzil tikintisi haqqında” 17 may 2006-cı il tarixli müqavilə ilə Cavabdeh2 MMC ünvan 1 ünvanında yerləşən, həmin MMC tərəfindən tikilməkdə olan binanın ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsini payçı İddiaçı verməyi, payçı isə sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 kv.m üçün 2500 ABŞ dolları razılaşdırılmaqla qeyri-yaşayış sahəsinin pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC-nin maliyyə arayışına əsasən pay dəyəri olan ******* ABŞ dolları İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır.
2. “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 2011-ci il tarixli müqavilə ilə Cavabdeh2 MMC ünvan 1 ünvanında yerləşən həmin MMC tərəfindən tikilməkdə olan binanın 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7- ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsini payçı Cavabdeh1 verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 kv.m üçün 2521 manat olmaqla, cəmi 300000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 MMCnin 18 sentyabr 2011-ci il tarixli maliyyə arayışına əsasən pay dəyəri olan 300000 manat Cavabdeh1 tərəfindən tam ödənilmiş, borcu yoxdur.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh2 MMC tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti 46, 558-ci məhəllədə yerləşən binada ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh2 MMC arasında müqavilənin bağlanmasından 17 il keçməsinə baxmayaraq, 500 kv.metr qeyriyaşayış sahəsinin təhvil verilməsinə dair müqavilə öhdəliyi cəmiyyət tərəfindən yerinə yetirilməmişdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin bir hissəsi 18 sentyabr 2011-ci il tarixli müqavilə əsasında MMC tərəfindən Cavabdeh1 satılmışdır. Cavabdehlər arasında bağlanmış həmin müqavilə qanunsuz və əsassız olmaqla, iddiaçının mülkiyyət hüququnu pozur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)- 3162/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 MMC və Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyriyaşayış sahəsinin boşaldılaraq, İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakim Ayaz Məmmədov).
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin mülkiyyətində olmayan əşya (qeyriyaşayış sahəsi) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin əmlak barədə X20 ilə 18 sentyabr 2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 324.1, 337.1, 337.2, 337.5, 425, 452.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Qətnamədən cavabdeh X20 apellyasiya şikayəti verərək, onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində cavabdeh X12 qeydiyyat ünvanını ünvan 2 ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2B, mənzil 44 ünvanıdır. X20 ünvan 4da olmadığı üçün həmin sənədlər mülki işə aidiyyatı olmayan şəxs tərəfindən qəbul edilmişdir. Mülki işlə tanış olarkən, mülki işdə olan xəbərnamələri vətəndaşın özünün imza etməməsi bunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində qeyd edilir ki, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquq şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Lakin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələblərini pozaraq iddiaçının iddia ərizəsində cavabdehin ünvanı hissəsində qeyd edilən Bakı şəhəri, Hüseyn Cavid prospekti ev 46 ünvanının cavabdeh X18 aid olub-olmaması hissəsini dəqiqləşdirməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı olduğu halda iddia ərizəsi icraata götürülmüş və iddia təmin edilmişdir. Məhkəmənin mövqeyi bununla əsaslandırılmışdır ki, “iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. Belə ki, Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-c maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir”. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olarkən tarixi müəyyən edilməyən maliyyə arayışı, Araz-T.İ MMC-yə məxsus olmayan möhür vardır. Məhkəmə sübutları araşdırarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78, 79, 87-ci maddəsinin tələblərini pozmuş, iddiaçının təqdim etdiyi arxiv arayışının tarixi barədə, təqdim edilən müqavilənin Araz-T.İ MMC-yə məxsus olub-olmamasını müəyyənləşdirməmişdir. Bundan başqa, Araz-T.İ MMC xx.xx.2022-ci il tarixli hazırlıq iclasında mülki işin dayandırılması barədə ərizə versə də məhkəmə 2(004)3162/2022 saylı mülki işin dayandırılmasına istər məhkəmə iclas protokolunda, istər məhkəmə qərardadı ilə, istərsə də məhkəmə qətnaməsində münasibət bildirməmişdir. Cavabdeh mülki işin dayandırılmasının səbəbi kimi Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2857/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verdiyi əsas götürmüşdür. Lakin məhkəmə buna baxmayaraq, iddiaçının təqdim etdiyi Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2857/2020 saylı qətnaməsinə münasibət bildirmişdir. Qeyd edir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin cavabdeh X13 aid olduğunu bilə-bilə məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli müqaviləni əsas sübut kimi təqdim etmişdir. Lakin, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1- 373.2-ci maddələrində qeyd edilənləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd edilir ki, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsi müddətin keçməsi ilə bağlı ərizənin verilməsi hüququnun pozulması anlamına gəlmişdir. Əlavə olaraq qeyd etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzi tikintisi haqqında” müqaviləyə əsasən, Araz-T.İ” MMC ünvan 1 ünvanında yerləşən Araz-T.İ” MMC-nin tikilməkdə olan binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7-ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 m² olan qeyriyaşayış sahəsinin payçıya (Cavabdeh1) verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 m² üçün 2521 manat olmaqla, cəmi 300.000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüş və öhdəliyi tam icra etmişdir. Cavabdehin məhkəmə iclasının gedişatından xəbərdar olmadığı üçün həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 24 may 2023-cü il tarixli rəyinə əsasən İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyriyaşayış sahəsidir. Baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğunu nəzərə alınaraq, iddiaçıya verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh2 MMC ilə və Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, hazırda mövcuddur, konfiqurasiyası və nisbi ölçüləri Cavabdeh2 MMC-nin direktoru R.S.Qazaxlı və “Payçı” Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plansxemə uyğun olmaqla, sahəsi 119 kv.m təşkil edir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.
13. Apellyasiya məhkəməsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2- 1(81)-3290/2015 saylı, 21 iyul 2015-ci il tarixli, 2-1(81)-2123/2015 saylı, 28 aprel 2023cü il tarixli, 2-1(81)-1268/2018 saylı, 12 fevral 2018-ci il tarixli qərarları araşdırılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1067/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)-3162/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. (hakimlər: Məmmədova Şərafət (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz və Yusifov Cahangir)
15. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu da özlüyündə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının surət olaraq təqdim etdiyi və İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi 500,0 kv.m sahə üçün plan-sxem olmamışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən 500,0 kv.m qeyri-yaşayış sahəsinin plan-sxemini təqdim etməmiş, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh1 verilmiş 119 kv.metr qeyri-yaşayış sahəsinin ümumi plan sxeminin surətini təqdim etmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən qeyri-yaşayış sahəsi 500,0 kv.m təşkil edir. Bu səbəbdən, yəni, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, yuxarıda istinad olunan ekspert rəyinə əsasən İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üstüstə düşdüyü müəyyən edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 337.1, 337.2, 337.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7-ci maddələri ilə əsaslandırmışdır..
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(103)-1067/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus qeyriyaşayış obyektinin bir hissəsi 18 sentyabr 2011-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh1 satılmışdır. Lakin, MMC ilə iddiaçı arasında daşınmaz əmlaka dair müqavilə daha əvvəl, 17 may 2006-cı ildə bağlanmışdır. Odur ki, cavabdehlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın boşaldılaraq iddiaçıya qaytarılması zəruridir. İddiaçı tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər yerinə yetirilərək qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən ******* ABŞ dolları məbləğində pul vəsaiti cəmiyyətə ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə, iddiaçının qeyriyaşayış sahəsinə mülkiyyət hüququ təsdiq edilmişdir. Cavabdehlər arasında bağlanmış müqavilə qanunsuz və əsassız olmaqla, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Apellyasiya instansiya məhkəməsi işin hallarını və müvafiq araşdırmanı tam aparmamış və ya aparmaq istəməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi öz təşəbbüsü ilə ekspertiza keçirsə də, qətnamə qəbul edərkən ekspert rəyinin məhkəmə üçün məcburi olmadığı qənaətinə gəlmişdir. Ekspertiza təyin edilərkən iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqaviləyə əsasən 500 kv.m qeyri yaşayış sahəsinin yerinin müəyyən edilməsi sualı qoyulsa da, ekspert tərəfindən icra edilməmişdir. Məntiqlə yanaşıldıqda 500 kv.m qeyri-yaşayış sahəsinin 119 kv.m hissəsinin faktiki mövcudluğu ekspert tərəfindən müəyyən edilirsə, demək ki, digər hissəsi də mübahisəli qeyriyaşayış sahəsinin ətrafındakı yerlərdir. İddiaçının iddia üçün subyektiv hüququnun olmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə yalnız cavabdehin göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutları əlaqələndirməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmiş, iddiaçının göstərdiyi sübutlara isə heç bir qiymət verməmişdir.
20. Kassasiya şikayəti Konstitusiyanın 60, 71, 127-ci, Mülki Məcəllənin 152.1, 337.1ci, Mənzil Məcəlləsinin 112.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 2(102)-4176/2023 qərarı (E.Şamayev sədrlik edən məruzəçi, hakimlər Ə.Xıdırov, E.Vəliyeva) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(103)-1067/2023 nömrəli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.
22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnun olmamasını əsaslandırarkən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə işin digər sübutları ilə yanaşı hüquqi qiymət verməmiş və bununla da, Mülki Prosessual Məcəllənin 88 və 101.7-ci maddələrinin tələblərini pozmuşdur. İş materiallarında olan ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqat yalnız 119 kv.m. qeyri-yaşayış sahəsi üzrə keçirilmişdir. Halbuki, iddiaçı müqavilə üzrə onun sahibliyinə 500 kv.m qeyri-yaşayış sahəsinin verilməsini və həmin sahənin 119 kv.m. hissəsinin cavabdehlər arasında bağlanmış müqavilənin predmetinin olmasını iddia etmişdir. Apellyasiya məhkəməsi iddiaçının müqaviləsi üzrə plan-sxemin təqdim edilməməsini qeyd etməkdə, Cavabdeh1 sahəsinin iddiaçının sahəsi ilə üst-üstə düşməsinə dair ekspert rəyi ilə razılaşmamışdır.
23. Məhkəmə kollegiyasının hesab etmişdir ki, apellyasiya məhkəməsinin gəldiyi bu qənaət natamam araşdırmanın nəticəsi olmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçı ilə bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə sonuncunun sahibliyinə verilən sahənin konfiqurasiyası, dəqiq yerləşmə nöqtələri və eyniləşdirməyi imkan verən digər məlumatlar öz əksini tapmamışdır. Əksinə, cavabdehlər arasında bağlanan 18 sentyabr 2011-ci il tarixli müqavilədə mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən inşa edilən binanın 2-ci giriş, 1-ci mərtəbəsində, girişdə solda 7-ci və 8-ci sütunların arasında yerləşməsi göstərilmişdir. Qeyd olunmuşdur ki, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən cavabdeh MMC-nin tikdiyi binanın qeyriyaşayış sahəsinin ümumi ölçülərini müəyyən etmək üçün hər hansı araşdırma aparılmamışdır. Halbuki, binanın qeyri-yaşayış sahəsi ümumilikdə 500 kv.m. olduğu təqdirdə, faktiki olaraq onların hər birinin sahibliyinə verilən sahələr üst-üstə düşməlidir. Binanın qeyri-yaşayış sahəsinin ümumi ölçüsü 500 kv.m.- dən artıq olduğu halda isə, qalan sahələrə münasibətdə MMC ilə işə cəlb olunmayan şəxslər arasında müqavilələrin mövcudluğu araşdırılmaqla, mübahisələndirilən sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olacaqdır.
24. Göründüyü kimi, iddiaçı etibarlılığı mübahisələndirilməyən müqavilə əsasında qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına istinad etdiyi halda, apellyasiya məhkəməsi həmin müqavilə üzrə nəzərdə tutulan sahənin naturada yerləşmə vəziyyətinin müəyyən etmək mümkün olmamasını əsas götürüb, iddiaçının subyektiv hüquqa malik olmaması nəticəsinə gəlməklə, Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə almamış, əsassız olaraq tərəflər arasında mübahisəli hüquq münasibətlərinin qanuni əsasını müəyyən etməmiş və maddi hüquq normalarına əsasən iddiaya hüquqi qiymət verməmişdir.
25. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli sahə üzərində mülkiyyət hüququnun müqavilə bağlanılarkən sahənin dəyərini tam ödəməklə yarandığını, sonradan Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin hüququnun bir daha təsdiq olunduğunu iddia edir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsi hazırda Cavabdeh1 faktiki istifadəsində olsa da, ona nə vaxt təhvil verilməsi iş üzrə araşdırılmamışdır. Halbuki, bu halların araşdırılması müvafiq maddi hüquq normasının tətbiqi nöqteyi-nəzərdən əhəmiyyətlidir.
26. Kassasiya instansiyası məhkəməsi mövqeyini Konstitusiyanın 13, 60-cı maddəsinin birinci hissəsinə; Mülki Məcəllənin 6.1.5, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 452.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 101.7, 103.1, 217.3, 217.4, 416.1, 416.2, 418.1-ci maddələrinə; Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinad etməklə əsaslandırmışdır
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Təkrar apellyasiya baxışı zamanı cavabdeh MMC tərəfindən inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin ümumi konfiqurasiyası və ölçülərinin müəyyən olunması üçün layihə sənədlərin təqdim olunması tərəflərə təklif olunmuş, bu sənədlərin, eləcə də binanın 2-ci girişinin 1-ci mərtəbəsində mülkiyyət hüququ üzrə qeydiyyata alınmış qeyriyaşayış sahələrinə dair sənədlərin alınması ilə bağlı müvafiq sorğular verilmiş və əlavə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
28. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27 may 2024-cü il tarixli rəydə aşağıdakılar qeyd olunmuşdur:
29. İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətinə dair heç bir məlumat olmadığına görə, həmin sahəni müəyyən etmək mümkün olmadı;
30. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S. Qazaxlı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plansxemə uyğun olmaqla sahəsi 119 m2 təşkil edir;
31. ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (sahələrinin) ümumi sahəsi 488,4 m2 təşkil edir;
32. ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində, girişdən solda 7-ci və 8-ci sütunlar arasında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 119 m2 təşkil edir.
33. Məhkəmə kollegiyasının sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilən sənədlərdən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində 144,8 m2 qeyri-yaşayış sahəsi X8, 137,6 m2 qeyri-yaşayış sahəsi X5, 82 m2 qeyri-yaşayış sahəsi X3 adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin sənədlər tədqiq edilərkən müəyyən olunmuşdur ki, X8 adına qeydə alınmış əmlak binanın 2-ci girişinin 1-ci mərtəbəsində soldan 1-ci və 2-ci sütunların arasında, X5 adına qeydə alınmış əmlak binanın 2-ci girişinin 1-ci mərtəbəsində soldan 5-ci və 6-cı sütunların arasında yerləşir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1408/2024 saylı, 1 avqust 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 2(004)-3162/2022 saylı iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, "xxxx" MMC ilə X20 arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 2011-ci il tarixli müqavilə etibarsız edildiyindən, həmin müqavilə üzrə ödənilmiş 300 000 (üç yüz min) manat "xxxx" MMC-dən alınaraq X13 qaytarılması qət edilmişdir. (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruizəçi) Xumar Mərdanova, Məmməd Məmmədov)
35. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyri-yaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsi digər şəxslərin (X8, X5 və X3) adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşin materiallarından aydın olur ki, qeyri-yaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsinin adı çəkilən şəxslərin (onların sələflərinin) mülkiyyətinə verilməsinə 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarları əsas təşkil edir və iddiaçı tərəfindən həmin qərarlar mübahisələndirilmişdir.
36. Yuxarıda qeyd olunduğu kimi, əvvəlki apellyasiya baxışı zamanı alınmış ekspert rəyi əsasında, iddiaçı və "xxxx" MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqaviləyə əsasən ona verilmiş qeyri-yaşayış sahəsi ilə, "xxxx" MMC və X20 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilə üzrə X13 verilmiş qeyriyaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.
37. Beləliklə görünən odur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və mumi sahəsi 488,4 m² olan qeyri-yaşayış sahələri faktiki olaraq tam şəkildə iddiaçıya satılmış, lakin onunla müqavilə bağlandıqdan 5 il sonra həmin qeyri-yaşayış sahələrinin 119 m²-lik hissəsinə dair X20 ilə də müqavilə bağlanmışdır. 37. Kassasiya instansiyası məhkəməsi də öz qərarında vurğulamışdır ki, binanın qeyriyaşayış sahəsi ümumilikdə 500 kv.m. olduğu təqdirdə, faktiki olaraq tərəflərin hər birinin sahibliyinə verilən sahələr üst-üstə düşməlidir.
38. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir
39. Qeyd olunanlardan göründüyü kimi, mübahisəsi gedən əmlakla bağlı həm iddiaçı, həm cavabdeh Əli Kərimli ilə müqavilələr bağlanmış, bununla belə, həmin əmlakın da daxil olduğu bütün qeyri-yaşayış sahələrinin qanuni qüvvədə olan məhkəmə qərarları əsasında iddiaçıya təhvil verilməli olduğuna göstəriş verilmişdir.
40. Bu həm də o deməkdir ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktı ilə qiymət verilmiş, onun irəli sürdüyü hallara hüquqi müəyyənlik gətirilmişdir - hüquqi müəyyənlik prinsipi isə digər ləblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
41. Göstərilənlərə əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
42. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi əqdin etibarsızlığının hüquqi nəticələrini tətbiq edib tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını təmin etməməklə maddi hüquq normasının (§ 44) tələbini pozmuşdur. Belə ki, Əli Kərimli ilə "xxxx" MMC arasında bağlanmış əqd etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməli idi.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apelyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə görə də, əqdi etibarsız hesab edən məhkəmə, bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll tməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir.
45. Bu kontekstdə kollegiya hesab etmişdir ki, “Yaşayış binasında mənzil tikintisi haqqında” 8 sentyabr 2011-ci il tarixli müqavilə X12 Cavabdeh2 MMC-nə ödədiyi 300.000 manat həmin MMC-dən alınıb ona qaytarılmalıdır.
46. Kollegiya onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən və qətnamədə ləğv edilməli hissə olmadığından, yol verilmiş sözügedən səhv qətnamənin ləğvinə səbəb olmamalı, restitusiya ilə bağlı müddəa ətnaməyə lavə edilərək qətnamə müvafiq qaydada dəyişdirilməlidir.
47. X9 da izah etmişdir ki, o, ona vurulmuş ziyanın ödənilməsi üçün MMC-nə qarşı müvafiq iddia tələbi irəli sürmək hüququna malikdir.
48. Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 164.1, 165.1, 165.2, 324, 337.1, 337.2, 337.5, 339.1, 390.5, 404, 452.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 82.3, 88, 101.7, 102.1, 102.2, 103.1, 106.1, 217.3, 384.0.2, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
49. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il, 2(103)-1408/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "Araz-T.İ.” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə və digər sənədlərdə İddiaçı verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyri-yaşayış sahəsi olması qeyd edilmişdir. Ekspertiza baxış zamanı təqdim olunan sahənin 119 kv.metr olduğunu nəzərə alaraq, X6 verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmamışdır. lakin "xxxx" MMC ilə və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşməsi, hazırda mövcud olması, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S.Qazaxlı və "Payçı" Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla, sahəsi 119 m² təşkil etməsinin müəyyən olunması məhkəmə kollegiyasına nəticəyə gəlmişdir ki, iddiaçının “Araz- T.İ." MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləni və müqaviləyə əsasən Cavabdeh1 qeyri-yaşayış sahəsinin verilməsini mübahisələndirməyə subyektiv hüququ olmadığı halda Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası İddiaçı subyektiv hüququ olduğunu göstərmişdir. Bundan başqa, cavabdeh X12 iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olarkən tarixi müəyyən edilməyən maliyyə arayışı, Araz-T.İ MMC-yə məxsus olmayan möhür olduğunu müəyyən etmiş və bununla bağlı apellyasiya şikayətində həmin saxta sübutların araşdırılmasını tələb etmişdir. Məhkəmə sübutları araşdırarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78, 79, 87-ci maddəsinin tələblərini pozmuş, iddiaçının təqdim etdiyi arxiv arayışının tarixi barədə, habelə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilənin Araz-T.İ MMC-yə məxsus olub-olmamasını müəyyənləşdirməmişdir. Cavabdeh1 tərəfindən müqavilə əsasında təqdim edilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədəki binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyriyaşayış sahəsini əsaslı təmir etmişdir. Hal-hazırda da sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh1 istifadəsindədir. Lakin məhkəmə bu halı nəzərə almamış, Cavabdeh1 mülkiyyət hüququ, yəni subyektin ona mənsub olması hüququnu pozmuşdur. Necə olur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyriyaşayış sahələri təşkil etdiyi halda, iddiaçı, İddiaçı aid müqavilədə olan yeri müəyyən edilməyən 500 kv.m. qeyriyaşayış sahəsini Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədəki binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsi ilə eyniləşdirir?! Ali Məhkəmənin 06 dekabr 2023-cü il tarixli 2(102)-4176/2023 saylı qərarında qeyd edilmişdir ki, “işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən cavabdeh MMC tərəfindən inşa olunmuş binanın qeyriyaşayış sahəsinin ümumi konfiqurasiyası və ölçülərinin müəyyən olunması üçün layihə sənədlərinin təqdim olunması tərəflərə təklif olunmalı, zəruri olduğu halda bu sənədlərin məhkəmə qaydasında alınması ilə bağlı müvafiq sorğuların verilməsi və əlavə məhkəmə tikinti ekspertizanın keçirilməsi məsələsi tərəflərlə müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.” Bakı Apellyasiya Məhkəməsinə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 27 may 2024-cü il tarixli rəydə göstərilmişdir ki; - İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyriyaşayış sahəsinin yerləşmə vəziyyətinə dair heç bir məlumat olmadığına görə, həmin sahəni müəyyən etmək mümkün olmadı; - "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S. Qazaxlı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plansxemə uyğun olmaqla sahəsi 119 m2 təşkil edir; - ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (sahələrinin) ümumi sahəsi 488,4 m² təşkil edir; - ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində, girişdən solda 7-ci və 8-ci sütunlar arasında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 119 kv.m təşkil edir. Ekspert rəyində İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətinə dair heç bir məlumat olmadığına görə, həmin sahəni müəyyən etmək mümkün olmaması qeyd edilsə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ekspert rəyində qeyd edilən cavablara münasibət belə bildirməmişdir. Ekspert rəyində ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (sahələrinin) ümumi sahəsi 488,4 m2 təşkil edildiyi qeyd edilsə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ekspert rəyində qeyd edilən cavaba münasibət belə bildirməmişdir. Halbuki İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyri-yaşayış sahəsi müəyyən olunur. Burada yaranan m2(kvadrat metr) fərqindən əlavə "xxxx" MMC tərəfindən inşa olunan binanın 1-ci mərtəbəsində 3(üç) qeyri-yaşayış sahəsi üzrə DƏDRX tərəfindən mülkiyyətçilərə çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası təqdim edilən sübutlara göz yumaraq əsassız qətnamə qəbul etmişdir. Həmin qeyri-yaşayış sahəsinin harada yerləşdiyinə dair ekspert rəyində 1-ci sualına cavab olaraq “İddiaçı aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyriyaşayış sahəsinin yerləşmə vəziyyətinə dair heç bir məlumat olmadığına görə, həmin sahəni müəyyən etmək mümkün olmadı” qeyd edilsə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024- cü il, 2(103)-1408/2024 saylı qətnaməsinin əsaslandırma hissəsində ekspertin rəyi ilə məhkəmənin razılaşmaması əsaslandırılmamışdır.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3876/2024 nömrəli iş üzrə 05 dekabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1408/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
52. Kassasiya instansiya məhkəməsi qərarıda qeyd etmişdir ki, Baxılan iş üzrə apellyasiya instansiya məhkəməsinin “...mübahisəsi gedən qeyriyaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktı ilə qiymət verilməsi və onun irəli sürdüyü hallara hüquqi müəyyənlik gətirilməsinə dair nəticəsi Konsutusiya Məhkəməsinin bu qərarın 46-cı bəndində göstərilən mövqeyinə uyğun olmamışdır. Digər tərəfdən iddiaçı mübahisəli sahə üzərində mülkiyyət hüququnun müqavilə bağlanılarkən sahənin dəyərini tam ödəməklə yarandığını, sonradan Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin hüququnun bir daha təsdiq olunduğunu iddia edir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsi hazırda Cavabdeh1 faktiki istifadəsindədir, sahənin ona nə vaxt təhvil verilməsi iş üzrə əhəmiyyətli olan haldır. Hər nə qədərki iddiaçının maliyyə arayışında tarix olmadığından pay haqqının ödənilməsi tarixinin müəyyən edilməsi mümkünsüzdür, bu halda həmin arayışın digər sübutlarla birlikdə qiymətləndirilməsi vasitəsi ilə iddiaçının pay haqqını ödəyib-ödəməməsi, ödəmişdirsə bu ödənişin məhz hansı tarixdə icra edilməsinin müəyyən edilməsi zəruridir. Məhz bu qərarın 55-56-cı bəndlərində göstərilənlərin aydınlaşdırılmalı olması kassasiya məhkəməsi tərəfindən zəruri hesab edilmişdir. Nəzərə alınmalıdır ki, bu halların araşdırılması müvafiq maddi hüquq normasının tətbiqi nöqteyi-nəzərdən əhəmiyyətlidir. İşə təkrar apellyasiya icraatında baxılarkən həmin göstərişlərə uyğun da hər hansı araşdırma aparılmamış və bununla bağlı cavabdeh tərəfin dəlillərinə qiymət verilməmişdir..
53. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin digər halları ilə müəyyən olunur ki, iddiaçının iddia ediyi ümumi sahənin 119 kv.m.-dən artıq qalan hissəsi üçüncü şəxslərlə bağlanmış müqavilələrlə özgəninkiləşdirilmiş, ayrılmış sahələrə həmin şəxslərin mülkiyyət hüququ qeydə alınmışdır. Təkrar apellyasiya icraatında işə baxan məhkəmə həmin şəxslərin adına daşınmaz əmlakın digər hissələrinin qeydə alınmasını müəyyən edir, lakin həmin şəxslərin işə cəlb edilməsi ilə bağlı məsələni tərəflərlə birlikdə müzakirə etmir. Belə müzakirənin aparılması və digər mülkiyyətçilərin işə cəlb edilməsi işin bütün hallarına qiymət verilməsinə şərait yaratmış olar və tərəflərin qarşılıqlı olaraq irəli sürdüyü dəlillərin qiymətləndirilməsinə yardım etmiş olardı. Eyni zamanda məhkəmələr nəzərə almalı idilər ki, üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması məhkəmə aktları əsasında aparılmışdır. Bu baxımdan həmin məhkəmə aktlarının qüvvədə olması, onlardan şikayət verilməsi, şikayət verilmişdirsə yenidən baxılıbbaxılmaması aydınlaşdırılmalı olan məsələlərə aid olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
54. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X20 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
55. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndə və vəkilləri X4 və Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
56. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hər üç müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh X20 qeyri-yaşayış sahəsinə dair müqavilə bağladıqları tarixdən həmin sahəni mağaza kimi istifadə etmişlər. Daha sonra hər üç müstəqil tələb irəli sürməyən üçüncü məhkəmə qərarı ilə həmin sahənin mülkiyyətçisinə çevrilmişdir. İddiaçı 20 ilə yaxın müddət ərzində bir dəfə də olsun qeyri-yaşayış sahəsinin olduğu yerə gəlməmiş və maraqlanmamışdır.
57. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
58. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
59. Maddə 29, İİİ-İV hissələr. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
60. Maddə 60, İ hissə. hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
61. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
62. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
63. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
64. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
65. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
66. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
67. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
68. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
69. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
70. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
71. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
72. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
73. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
74. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
75. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
76. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
77. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
78. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
79. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
80. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
83. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
84. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
85. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
86. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
87. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
88. Hazırki halda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə yönəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)- 3162/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
90. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
91. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
92. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
93. Belə ki, baxılan iş üzrə iddiaçının mövqeyinə görə ünvan 6 ünvanında yerləşən tikilməkdə olan binanın ümumi sahəsi 500 kv.m olan qeyriyaşayış sahəsini 17 may 2006-cı il tarixli müqavilə ilə "xxxx" MMC-dən almış və hər kv.m dəyəri olan 2500 ABŞ dollarına almış, cəmi 1.250.000 ABŞ ödəmiş, MMC-yə hər hansı borcu qalmamışdır.
94. Cavabdeh Əli Kərimlinin mövqeyinə görə ünvan 6 ünvanında yerləşən tikilməkdə olan binanın ümum sahəsi 119 kv.m olan qeyriyaşayış sahəsini 18 sentyabr 2011-ci il tarixli müqavilə ilə "xxxx" MMC-dən hər kv.m dəyəri olan 2521 manata almış, cəmi 300.000 manat ödəmiş, MMC-yə hər hansı borcu qalmamışdır.
95. Cavabdeh2 tərəfindən İddiaçı verilmiş maliyyə arayışında borcun tam ödənilməsi gösərilsə də maliyyə arayışının hansı tarixdə verilməsini müəyyən etmək mümkün deyildir.
96. Cavabdeh2 tərəfindən Cavabdeh1 verilmiş 18 sentyabr 2011-ci il tarixli maliyyə arayışında borcun tam olaraq həmin gün ödənilməsi, borcun qalmaması göstərilmişdir.
97. İddiaçı onunla bağlanmış müqaviləyə, maliyyə arayışına, onunla MMC arasında başlanmış mülki iş üzrə qəbul olunmuş və qanuni qüvvədə olan 03 noyabr 2020ci il tarixli qətnaməyə istinad edərək cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin sahibliyində olan 119 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini təmin etmək üçün cavabdehin qeyri-yaşayış sahəsindən (ümumi sahənin 119 kv.m hissəsindən) çıxarılmasını iddia etmişdir.
98. Cavabdeh1 isə etirazında və apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında tarix yoxdur, müqaviləyə MMC-yə məxsus olan möhür vurulmamış, müqavilədə MMC-yə aid olmayan möhür əks etdirilmişdir. Məhkəmə sübutları araşdırarkən prosessual qanunvericiliyin tələbini pozmuş, arayşın və müqavilənin MMC-yə aid olmasını müəyyənləşdirməmiş, bununla bağlı vəsatətlər verilsə də məhkəmələr bu vəsatətlərə qanun uyğun qaydada baxmamışlar. Bununla yanaşı cavabdeh iddiaçının istinad etdiyi xx.xx.2020-ci il tarixli qətnaməni mübahisələndirdiyini, bununla bağlı icraatın dayandırılmasını xahiş etsə də məhkəmələrin buna əhəmiyyət vermədiyini bildirmişdir.
99. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər əsasında araşdırmalar aparılmış, müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyri-yaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsi digər şəxslərin (X8, X5 və X3) adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
100. Göründüyü kimi, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyriyaşayış sahələri faktiki olaraq tam şəkildə iddiaçıya satılmış, lakin onunla müqavilə bağlandıqdan 5 il sonra həmin qeyri-yaşayış sahələrinin 119 m2-lik hissəsinə dair X20 ilə də müqavilə bağlanmışdır.
101. İşin faktiki halları ilə müəyyən edilir ki, mübahisəsi gedən əmlakla bağlı həm iddiaçı, həm cavabdeh Əli Kərimli ilə müqavilələr bağlanmışdır. Bu halda isə, iddiaçı hazırkı iddia tələbi irəli sürülməsi üçün subyektiv hüquqa malik olmuşdur.
102. Kassasiya instansiya məhkəməsinin qərarında həmçinin qeyd edilmişdir ki, təqdim olunmuş, maliyyə arayışı və müqavilə kserosurət olmaqla, həmin sənədlərin əsli məhkəmələrə təqdim olunmamışdır. Müəyyən olunmuş bu fakt isə cavabdehin apellyasiya şikayətində iddia olunanların aydınlaşdırılmaması və aydınlaşdırılmasına cəhd edilməməsini aşkar olaraq sübut etmiş olur.
103. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq iddiaçından maliyyə arayışı və müqavilənin əsli tələb edilmiş və təqdim edilmiş sənədlərin əsli iş materiallarına əlavə edilmişdir. Həmin arayışın və müqavilənin əslində hər hansı qeyrimüəyyənlik (möhrün fərqli olması və.s) halları müəyyən edilməmişdir.
104. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsi hazırda Cavabdeh1 faktiki istifadəsindədir, sahənin ona nə vaxt təhvil verilməsi iş üzrə əhəmiyyətli olan haldır. Hər nə qədərki iddiaçının maliyyə arayışında tarix olmadığından pay haqqının ödənilməsi tarixinin müəyyən edilməsi mümkünsüzdür, bu halda həmin arayışın digər sübutlarla birlikdə qiymətləndirilməsi vasitəsi ilə iddiaçının pay haqqını ödəyib-ödəməməsi, ödəmişdirsə bu ödənişin məhz hansı tarixdə icra edilməsinin müəyyən edilməsi zəruridir.
105. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1 ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyri-yaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsinin mülkiyyətçiləri X15, X11 və X7 mülki işə cəlb edilmiş və mübahisələndirilən sahələrin üst-üstə düşməsi müəyyən edilmişdir. İddiaçının iddia ediyi ümumi sahənin 119 kv.m-dən artıq qalan hissəsi üçüncü şəxslərlə bağlanmış müqavilələrlə özgəninkiləşdirilmiş, ayrılmış sahələrə həmin şəxslərin mülkiyyət hüququ qeydə alınmışdır. Üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair məhkəmə aktları qanuni qüvvəsini almışdır.
106. Həmçinin mülki işə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdən biri X11 məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında bildirmişdir ki, hər üç müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh X20 qeyriyaşayış sahəsinə dair müqavilə bağladıqları tarixdən həmin sahəni mağaza kimi istifadə etmişlər. Daha sonra hər üç müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə qərarı ilə həmin sahənin mülkiyyətçisinə çevrilmişdir. İddiaçı 20 ilə yaxın müddət ərzində bir dəfə də olsun qeyri-yaşayış sahəsinin olduğu yerə gəlməmiş və maraqlanmamışdır.
107. Məhkəmə kollegiyası tərəfindən verilmiş suallara cavab olaraq iddiaçı tərəf bu halı təkzib etməmiş və bildirmişdir ki, müqavilə bağlandıqdan sonra keçən müddət ərzində mübahisəli əmlakın olduğu yerdə olmamışdır.
108. Kollegiya kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən mövqeyi və Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsində tərəf olmadığı nəzərə alaraq həmin qətnamənin hazırkı mübahisə üzrə tərəflərə münasibətdə predusiallıq daşımadığı qənaətinə gəlir və həmin hala dair əlavə araşdırmanın aparılmasına lüzum görmür.
109. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda vurğulanmışdır ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər.
110. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini araşdırıb, hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin müddəaları tətbiq edilməklə hüquq qiymət verilməlidir.
111. Belə ki, həmin normanın tələbinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
112. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər əsasında araşdırmalar aparılmış, iddiaçı tərəf vermiş olduğu izahatda maliyyə arayışında tarixin olmamasının tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmadığını və ödənişin müqavilə ilə eyni tarixdə icra olunduğunu bildirmişlər. Kollegiya qeyd edir ki, bu halın əksini sübut edəcək hər hansı sübut işin halları ilə müəyyən edilmir. Belə olan halda isə, iddiaçı tərəfindən pay haqqının ödənilməsi, məhz müqavilə bağlanıldığı tarixində, yəni 17 may 2006-cı ildə icra edilməsi qəbul edilməlidir. Lakin işin digər mübahisəsiz halı da ondan ibarətdir ki, mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmiş, 18 sentyabr 2011-ci il tarixindən Cavabdeh1 təhvil verilmiş, qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən əsaslı təmir edilməklə 14 ilə yaxın müddət ərizində İikin olaraq ərzaq mağazası kimi, daha sonra isə paltar mağazası kimi cavabdehin istifadəsindədir. Bu hal tərəflər arasında mübahisələndirlimir.
113. Kollegiya hesab edir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə ilkin olaraq iddiaçı ilə bağlanmış olsa belə iddiaçıya deyil, cavabdehə təhvil verildiyindən və Cavabdeh1 tərəfindən əsaslı təmir edilərək hazırda da onun istifadəsində olduğundan İddiaçı cavabdeh MMC-dən alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh1 təhvil verildiyi andan aradan qalxmışdır.
114. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, işin müəyyən edilmiş halları və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından bu qənaətə gəlmək olur ki, iddia tələbi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar müəyyən edilmədiyindən, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
115. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
116. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
117. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
118. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)- 3162/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı tutularaq cavabdeh X13 ödənilsin. Apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının xərci olan 100 (yüz) manat İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.