Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1568/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: sahiblik hüququ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Alıyeva Gülər Nemət qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi Orucov Nəcəf Nəciəli oğlunun, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə Rüstəm oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2338/2024 saylı, 5 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixdə 135 saylı Əmrindən xx.xx.1990-cı il tarixli 428 saylı çıxarışın surətinə əsasən İddiaçı Binə qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır.
2. Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixdə 135 saylı Əmrindən xx.xx.1990-cı il tarixli 428 saylı çıxarışın surətinə əsasən X5 Binə qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır.
3. AR-İİ seriyalı 609053 saylı xx.xx.2022-ci il tarixli etibarnamənin surətinə əsasən X6 12 iyul 1990-cı il tarixli 426 saylı Əmrlə ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda 0,03 ha torpaq sahəsinin üzərindəki hüquqlarını xx.xx.2092-ci il tarixədək Cavabdeh2 vermişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “ünvan 1 ünvanında yerləşən, 0,03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması” tələbinə iddiası rədd edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4657/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5155/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon donuz kökəltmə üzrə əmr - 135 çıxarış 12 iyul 1990-cı il qərarı əsasında aldığı, ona məxsus 0,03 ha fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsində tikdiyi evdən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon donuz kökəltmə üzrə 135 nömrəli 12 iyul 1990-cı il tarixli 1224 nömrəli əmrlə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarı əsasında Sovxoz Həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 nömrəli evinə kənar şəxslərin girərək evi aldıqlarını bildirdi. Naxçıvan Muxtar Respublikasından gələrək ona məxsus evə kimin gəlməsi, evi kimin satması, evinin kim tərəfindən zəbt olunmasını araşdırmaq üçün evə gəlmişdir. Evə girişdə müvəqqəti qoyduğu qapının sökülməsi, yerində darvaza qoyulmasını görmüşdür. Darvazanı sökərək, çətinliklə Cavabdeh1 tapıb darvazasını aparmasını, evin ona məxsus olmasını bildirmişdir. Sənədləri, qonşuları yanında dindirdikdə Cavabdeh1 aldadıldığını bildi. Buna görə də Cavabdeh1 və onun kimi bir neçə şəxsi aldadaraq ev satan şəxsi məhkəməyə verdi. Bakı şəhəri Xətai Rayonu Məhkəməsinin 1(011)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünü Azərbaycan Respublikasının Ali Məhkəməsi də qüvvədə saxlayaraq Cavabdeh1ı aldadaraq satan şəxslərə cəza vermişdir. Hökmün 4-cü səhifəsində cavabdeh - Cavabdeh1 ona satılan torpaq sahəsi sənədlə qeyd olunan yerdə olmadığını, aldandığını, həmin torpağı tikili ilə birlikdə satıldığını, orada olan hasar və tikilini özünün tikmədiyini göstərmişdir. Eyni zamanda aldanmasına peşman olmasını və zərərinin geri qaytarılmasını tələb etmişdir. Xəzər Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh1 aldadan şəxslərin həbsi və ona vurulan zərərin ödənmədiyinə görə Cavabdeh1 və həyat yoldaşı Xəzər Rayon Məhkəməsinə onlara aldadılaraq satılan evinə köçürülmələri, həmin yaşayış evinə qanunsuz müdaxilənin qarşısının alınması barədə iddia verdikdən sonra, yeni qoyduğu qapını qıraraq evə yenidən girmişlər, bu dəfə isə işin məhkəmədə olmasını, məhkəmə qərarından sonra ancaq çıxacaqlarını, özlərini əks halda yandıracaqlarını, özlərinə xəsarət yetirəcəkləri ilə onu hədələməyə başlamışdırlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaları təmin olunmamış və qanuni qüvvəyə minmişdir. Artıq cavabdehlər onlara evin məxsus olmamasını bilsələr də sanki o aldatmış kimi evdən çıxmırlar.
10. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli fərdi yaşayış evinə yerli baxış keçirilmiş və baxış zamanı mübahisəli fərdi yaşayış evinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda (Cəlil Məmmədquluzadə küçəsində kanalın üstü adlanan ərazidə) yerləşməsi, fərdi yaşayış evinin bir mərtəbəli olmaqla, tam təmirli olmaması, yaşayış üçün tam yararlı olmaması müəyyən edilmişdir. Yerli baxış zamanı yerli baxışda iştirak edən Cavabdeh1 bildirmişdir ki, mübahisəli evi aldıqdan 2 ay sonra İddiaçı onlara yaxınlaşaraq həmin evin ona məxsus olduğunu bildirmişdir. O, evdə müəyyən təmir işləri aparmışdır.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2338/2024 nömrəli, 5 dekabr 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən aydınlaşdırılmalı məqamlardan biri tikiliyə sahiblik hüququnu kimin və necə əldə etməsi, ümumiyyətlə iddiaçının həmin əşya üzərində belə bir hüquqa (sahiblik hüququna) malik olub-olmamasıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının özbaşına tikili üzərində sahiblik hüququ mövcuddur. Belə ki, məhkəmə iclasında iştirak edən şahidlər mübahisəli fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilməsi halını təsdiq etmişdirlər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, istər qanuni qüvvəyə minmiş hökm və qətnamə ilə, istərsə də, şahid ifadələri ilə mübahisəli fərdi yaşayış evini iddiaçı öz şəxsi vəsaiti hesabına tikərək ərsəyə gətirməsi ilə tikilidən sahiblik və istifadə hüququ əldə etmişdir. Məhkəmə işdə preyudisial əhəmiyyət daşıyan yekun məhkəmə aktlarını mövcud olduğunu qeyd etmişdir.
13. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 139.3, 164.1, 164.2, 165.1, 165.2, 178.1 və 180.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
14. Cavabdeh2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli, 2(003)-2338/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Amma məhkəmə bu vəzifəni yerinə yetirməyib. Həmçinin Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məhkəmənin hazırkı iş üzrə qətnaməsi isə adıçəkilən maddənin pozuntusu ilə qəbul edilmişdir. Belə ki, cavabdehin hüquq və mənafelərinin təsdiqilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış, iştirakı təmin edilməmiş, həqiqətə nail olmaq üçün zəruri hərəkətlər edilməmiş və sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaqla yanaşı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür iddiaçının subyektiv hüququ olmasada, məhkəmə hazırkı iddia tələbi təmin etmiş və iddiaçının maraqlarına uyğun prosessual hərəkətlər etmişdir. Bu halın özünün əsassız olması ilə yanaşı qeyd edir ki, ümumiyyətlə hazırkı tələblə bağlı hər hansı araşdırma aparılmadan yekun məhkəmə aktı çıxarılması olduqca qanunsuz yanaşmadır.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, işin halları ondan ibarətdir ki, onun təmsil etdiyi şəxs mübahisəli yaşayış evini pul vəsaiti verərək almışdır, alandan sonra orada kifayət qədər yaxşılaşdırma işləri görmüşdür. Daha sonra həmin evlə bağlı mübahisə yaranmış, müəyyən olmuşdur ki, təmsil etdiyi şəxsi aldadıblar. Bununla bağlı cinayət işi başlanmışdır. Aldadan şəxslər də cinayət məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı hesab edir ki, cinayət işi başlanıldığına görə ev guya ona məxsusdur. Bununla bağlı məhkəməyə sənəd təqdim edərək iddia qaldırır ki, ev müvafiq əmr, 13 iyul 1990-cı il tarixli çıxarışla ona verilmişdir. İddia tələbində də qeyd etmişdir ki, müvafiq əmr, çıxarışa əsasən ev ona verilmiş evdən çıxarılmasını tələb edir. Necə ki, əvvəllər cavabdehin tələbi subyektiv hüququn olmaması əsası ilə təmin edilməmişdir, ona görə də Xəzər Rayon Məhkəməsi də eyni əsaslarla iddianı təmin etməməlidir. Çünki, iş materiallarından da görünür ki, iddiaçı evi iki min neçəci ildə almış, amma əmr 1990-cı ildə verilmişdir. Bu sənədlə bağlı sorğu verilmiş və saxta olduğu təsdiqlənmişdir, heç bir hüquqi əsası olmayan sənəddir. İddiaçı da tələbində bu sənədə əsaslanır. İddia tələbi mümkünsüz və əsassızdır, çünki istinad etdiyi sənədin hüquqi əsası yoxdur. Buna görə də iddiaçı yaşayış sahəsindən çıxarılma ilə bağlı tələb irəli sürə bilməz. Xəzər rayonunda əksər şəxslərə belə sənədlər verilmişdir, bununla bağlı nə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur. Eyni yanaşmanı iddiaçıya qarşı da qoymaq lazımdır. İddiaçının da saxta sənədə əsaslandığı üçün subyektiv hüququ yoxdur. Həmçinin qarşı tərəfin məhkəməyə gətirdiyi şahidlərin ifadələrində ziddiyət vardır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Təmsil etdiyi şəxs də orada tikinti işləri aparmış, xərclər çəkmişdir. Məhkəmə hökmü ilə zərərçəkmiş şəxs kimi tanınsa da zərərin nədən ibarət olduğu qeyd edilməmişdir. Maddi baxımdan zərərin miqdarı və s. qeyd edilməmişdir. 18.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Orucov Nəcəf Nəciəli oğlu apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onun sol tərəfində qonşu vardır, o bildirir ki, orada ev tikən zaman burada çox ev yox idi. O bildirir ki, İsgəndər adlı şəxsi tanıyır. Xalid adlı şəxs ortaya çıxmışdır. Onun həyətini qazmışdı. O, özü kənarda kirayədə yaşayırdı. Onu həmin əraziyə baxan bölməyə çağırdılar ki, ərizə yazmalıdır. O da savadsız adam idi, onlar nə deyib onu yazmışdır. Qarşı tərəflə onda eyni sənəddir. O, Azər adlı şəxsdən almışdır və həmin şəxs hazırda həbsdədir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş və əlavə olraq bildirmişdir ki, aldadan şəxs də etiraf edir ki, aldatmışdır və cəzası nədirsə çəkəcək. Eyni zamanda qarşı tərəf də etiraf edir ki, evin sahibi gələndən sonra o bilmişdir ki, aldadılıb. Qarşı tərəfin vəkili də məhkəmə ilə birgə evə baxış keçirmişdir, qarşı tərəf evə heç nə etməmişdir. Evi o öz əli ilə tikmişdir. O, Naxçıvanda idi, qonşular ona zəng vuraraq bildirmişdir ki, “sən evi satmısan?”. O deyib ki, yox, gəlib görüb ki, evə darvaza qoyurlar. Qarşı tərəf həmin satan adamdan şikayət etdi, onu həbs etdirdi. Mübahisəli evə qaz-işıq xətləri çəkilən zaman o Naxçıvanda idi. Ona zəng gələndən sonra gəlib gördü ki, evə sayğac qoyulmuşdur.
Apellyasiya baxışının hədləri
21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 22.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ona aid hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
25.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 26.157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 27.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 28.163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi iləəldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 29.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmaqadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 30.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 31.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 32.166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 33.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
34.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 37.82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 38.233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
39.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. 40.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.
41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəmənin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 43.Baxılan işdə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olubolmaması, eləcə də iddianın təmin edilməsi üçün əsasların mövcudluğu iddiaya uyğun gələn qanun normalarının şərtləri əsasında yoxlanılmalıdır. 44.İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi mübahisəli torpaq sahəsinin Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixdə 135 saylı Əmrindən xx.xx.1990-cı il tarixli 428 saylı çıxarışla fərdi yaşayış evi tikilməsi üçün 0.03 ha torpaq sahəsinin ona ayrılmasına, həmin torpaq sahəsinin üzərində mövcud olan evin onun tərəfindən tikilməsinə istinad edir. 45.İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının torpağa və ya tikiliyə dair hüquq-müəyyənedici sənədinin olmamasına baxmayaraq hazırkı iş üçün preyudisiya əhəmiyyətinə malik olan məhkəmə aktlarına istinadən iddiaçının irəli sürdüyü tələblər üzrə subyektiv hüquqa malik olduğunu, cavabdehlərin isə mübahisəli əmlaka hər hansı aidiyyəti olmadığını təsdiq etmişdir. 46.Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 47.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. 48.Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. 49.Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata-ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. 50.Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkretfaktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir.
51. Birinci instansiya məhkəməsi iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “ünvan 1 ünvanında yerləşən, 0,03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 834/2023 nömrəli iş üzrə 8 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hallara istinad etmişdir.
52. Hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan bu hallardan da müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikilidir, iddiaçıların həmin tikiliyə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. Cavabdeh1 və Cavabdeh2 həmin sahənin və yarıtikilinin saxta sənəd əsasında onlara satılmasından məlumatlıdırlar, Cavabdeh1 zərərçəkmiş şəxs qismində çıxış etdiyi cinayət işi üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə bu hallar öz təsdiqini tapmışdır.
53. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən göründüyü kimi, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh1 ifadə verərək bildirmişdir ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, 8 Noyabr prospektində yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Öz evi olmadığından, fəhləliklə özünə topladığı pulla torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün “tap.az” sosial şəbəkəsində elanlarda olan bir ünvan diqqətini çəkmiş və həmin elanda olan telefon nömrəsinə zəng vurmuşdur. Özünü Emin kimi təqdim edən şəxsə torpaq sahəsi almaq istədiyini bildirmiş və sonuncu Arif adlı şəxsin mobil nömrəsini vermişdir ki, həmin nömrə ilə əlaqə saxlayıb danışsın. 2022-ci ilin fevral ayının sonlarında Arif adlı şəxsə zəng vurub, torpaq sahəsinə baxmaq istəyini bildirmişdir. Bunun səhərisi gün “Əhmədli” metrostansiyasının yaxınlığında Ariflə görüşmüş, onun yanında sonradan adını bildiyi Azər adlı şəxs də gəlmişdir. Arif bildirmişdir ki, həmin torpaq sahəsi Azərə məxsusdur, həmin sahəni Azər satır və orada tikilmiş hasar və evi Azərlə birlikdə tikmişdir. Sonra onlarla birlikdə Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozuna getmiş və həmin evi görəndən sonra bəyənmişdir. Orada torpaq sahəsini tikililərlə birlikdə 12.000 manata razılaşmışlar. Ondan sonra birlikdə Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat ofisinə getmişlər. Orada 12.000 manatı sayıb Arifə vermiş, sonuncu da pulu yenidən sayıb Azərə vermiş, sonra onlarla birlikdə notariat ofisinə girmiş və orada Azərin adından onun həyat yoldaşı Cavabdeh2 adına etibarnamə təsdiq etdirərək, ona təqdim etmişdir. X7 etibarnamədən başqa Abşeron Rayon X9 üzrə əmrdən çıxarışın surətini də təqdim etmişdir. Bundan təxminən 2 aydan sonra aldığı evin elektrik sayğacını çəkdirmiş, ondan da 3 gün sonra həyətinin darvazası olmadığına görə alıb yerinə qoymuşdur. Bir neçə gündən sonra aldığı evin əvvəlki sahibi onu axtarıb tapmış və o, özünü İddiaçı kimi təqdim edən şəxslə görüşmüşdür. Həmin şəxs ona torpaq sahəsinin sənədini göstərmiş və məlum olmuşdur ki, həqiqətən də həmin torpaq sahəsi İddiaçı məxsusdur. Onda başa düşmüşdür ki, Azər və Arif adlı şəxslər onu aldadaraq, 12.000 manat pulunu ələ keçirmişlər. Halhazıradək ona dəymiş ziyan ödənilməmişdir.
54. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, 2012-ci ildə Binə qəsəbəsi, X9 ərazisində özünə 0,03 ha torpaq sahəsini tanışı Asəf adlı şəxsdən 3000 ABŞ dolları pul verərək almışdır. Asəf həmin torpaq sahəsinə dair ona sənəd vermişdir. 2013-cü ildə həmin torpaq sahəsində özünə 9x12 metr ölçüdə ev tikmiş, lakin sonradan maddi imkanı olmadığından təmir işlərini görə bilməmişdir. O, ara-sıra gedib həmin evə baş çəkmişdir. Qonşular da onun xahişinə görə evə nəzarət etmişlər. 2022-ci ilin aprel ayında qonşuluqda yaşayan Baloğlan adlı şəxs zəng edərək bildirmişdir ki, onun evinə işıq sayğacı quraşdırırlar. O, da bundan xəbərsiz olduğunu demişdir. Baloğlandan həmin sayğacı kim quraşdırdığını soruşmuş, sonuncu demişdir ki, işıq idarəsinin əməkdaşlarıdır və həmin şəxslər Cavabdeh1 adlı şəxsin olduğunu demişdirlər. Bundan başqa, Baloğlan bildirmişdir ki, hətta hasarın dəmir darvazası da kiminsə tərəfindən qoyulmuşdur. Onun isə bunların heç birindən xəbəri olmamışdır. Hökmdən göründüyü kimi, X2 Anar Nəcəf oğlunu aldadaraq Binə qəsəbəsi Donuzkökəltmə Sovxozunda 0,03 ha torpaq sahəsi “Əhmədli” metrostansiyasının yaxınlığında görüşərək, həmin torpaq sahəsinə baxmış keçirərək, torpaq sahəsinin hasarı tikilmiş və içərisində tikilmiş ev olmasını müəyyən etmişlər və Anar torpaq sahəsini və tikilini bəyəndikdən sonra X13 Orucova 12.000 manata satmışdır
55. Beləliklə də iddiaçılar ünvan 1 ünvanında yerləşən, 0,03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmirbərpa işlərinin aparılmasına cavabdeh İddiaçı tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılmasını xahiş etsələr də, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 834/2023 nömrəli iş üzrə 8 iyun 2023-cü il tarixli qətnaməsi ilə mübahisəli ünvana dair onların hüquqlarının olmadığı, əksinə torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq digər şəxsə ayrıldığı müəyyən olunmuşdur.
56. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “ünvan 1 ünvanında yerləşən, 0,03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4657/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5155/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə istinadən, iddiaçıların mübahisəli ünvana dair hər hansı hüquqlarının olmasının təsdiq olunmadığı, əksinə, torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh X1 ayrıldığı təsbit edilmişdir. 57.Məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda qeyd edilən məhkəmə aktı ilə qət edilmiş nəticənin başqa məhkəmə posesində mübahisələndirilməklə fərqli nəticə əldə edilməsi hüquqi müəyyənlik prinsipinə xələl gətirər. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi daşınmaz əmlakın faktiki sahibidir, onun bu hüquqa malik olması hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Hazırkı mübahisənin həlli üçün əhəmiyyəti olan bu hallar da yenidən məhkəmə araşdırmasının predmeti ola bilməz.
58. Beləliklə iddiaçı mübahisəli tikiliyə dair müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malikdir, o, bu hüququnu üçüncü şəxslərin müdaxilələrindən məhkəmə qaydasında müdafiə edə bilər. İddia ərizəsindən də göründüyü kimi tələbin mahiyyəti iddiaçının özbaşına tikili hesab edilən fərdi yaşayış evindən məhrum olduğundan həmin fərdi yaşayış evinin onun sahibliyinə verilməsindən ibarətdir.
59. İddianın təmin edilməsi üçün Mülki Məcəllənin istinad olunan 164 və ya 165-ci maddələrində nəzərdə tutulmuş şərtlər: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-ci maddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydalar) – mövcuddur.
60. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.
61. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
62. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2338/2024 saylı, 5 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev