Məhkəmə qərarları › İş №2(103)-1569/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1569/2022

27.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1569/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(001)-4624/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok A, mənzil 84-dən köçürəlmələri və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(001)-4624/2021 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsində iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh İddiaçınə qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair 2- 2(113)-2830/2021 saylı mülki iş qanuni qüvvəsini alanadək, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(001)-4624/2021 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(001)-4624/2021 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi-vəkili tərəfindən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş 10 gün müddət ötürüldüyü üçün şikayət geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verib adı çəkilən məhkəmə qərardadının ləğv edilməsi, işə mahiyyəti ürə baxılmasını, əks təqdirdə işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(001)-4624/2021 nömrəli qərardadı iddiaçıya təqdim olunmamışdır. Bu səbəbdən də, 10 günlük şikayət müddətinin keçməsinə istinad edilməsi əsassızdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.01.2022-ci il tarixli 2(001)-235/2022 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(001)-4624/2021 nömrəli qərardadının iddiaçıya göndərilmə məktubu 05 noyabr 2021-ci il tarixdə tərtib olunmuş, lakin qərardadın poçta təqdim olunmasına dair reyestr və qanunla müəyyən edilmiş qaydada iddiaçıya çatdırılmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə elektron kabinetə yerləşdirilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2(001)-4624/2021 nömrəli qərardadından İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə 15.12.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli qərardadından verilmiş şikayət qismən təmin edilməli, həmin qərardad ləğv edilməklə iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli qərardadından şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülübötürülməməsinin yenidən araşdırılması və buna müvafiq olaraq sonraki prosessual hərəkətlərin aparılması məqsədi ilə mülki iş rayon məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(001)-4624/2021 nömrəli qərardadı ləğv edilsin və mülki iş iddiaçı tərəfindən şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsinin yenidən araşdırılması və buna müvafiq olaraq sonraki prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar