Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-157/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İş № 2(103)-157/2022 Açar sözlər: (kredit borcu, tələbin ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(004)-332/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.“Zaminbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 189/13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 7% olmaqla, 200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də, 12-ci mərtəbədə yerləşən 218,00 kv.m ümumi sahəsi olan 4 otaqlı, 48 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2013-cü il tarixli, 189/13/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. 2.Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 189/13 saylı kredit müqaviləsi üzrə 137.094,55 manat əsas borc, 6.147,13 manat faiz borcu, 7.767,48 manat cərimə, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5.559,68 manat faiz borcu olmaqla, cəmi 156.568,84 manat məbləğində borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı ləğv prosesində olan “Zamınbank" ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də, 12-ci mərtəbədə yerləşən 218,00 kv.m ümumi sahəsi olan 4 otaqlı 48 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan eldə edilmiş pul vəsaitinin ödənişə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, “Zaminbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 189/13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 7% olmaqla, 200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63də, 12-ci mərtəbədə yerləşən 218,00 kv.m ümumi sahəsi olan 4 otaqlı, 48 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2013-cü il tarixli, 189/13/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli, 189/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 137.094,55 manat əsas borc, 6.147,13 manat faiz borcu, 7.767,48 manat cərimə, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5.559,68 manat faiz borcu olmaqla, cəmi 156.568,84 manat. məbləğində borc öhdəliyi yaranmışdır. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra- məhkəmə) 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilərək, xx.xx.2014cü il tarixli, 189/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 137.094,55 manat əsas borc, 6.147,13 manat faiz borcu, 700 manat cərimə, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarınaəsasən hesablanan 5.559,68 manat faiz borcu olmaqla, cəmi 149.501,36 (yüz qırx doqquz min beş yüz bir manat 36 qəpik) məbləğində borc və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi, tutmanın Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də, 12-ci mərtəbədə yerləşən 218,00 kv.m ümumi sahəsi olan 4 otaqlı, 48 nömrəli mənzilə (ipoteka predmetinin ilkin satış qiyməti 872.000 (səkkiz yüz yetmiş iki min) manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əldə olunan vəsait hesabına iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada Cavabdeh1 tutulması, iddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qismən qəbul edərək, verdiyi izahatında faiz və cərimə borcunun şişirdiyildiyini göstərmiş və iddia tələbinin faiz və cərimə hissəsində təmin olunmamasını məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 319.6, 385.1, 442, 445.1, 448.2, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, “Zaminbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 189/13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 60 ay müddətinə, illik 7% olmaqla, 200.000 manat məbləğində kredit verilmişdir. 9.Kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2013-cü il tarixli, 189/13/1 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də, 12ci mərtəbədə yerləşən 218,00 kv.m ümumi sahəsi olan 4 otaqlı 48 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 10.İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, kredit alanın müvafiq kredit müqaviləsi üzrə banka 137.094,55 manat əsas borc, 6.147,13 manat faiz borcu, 7.767,48 manat cərimə, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5.559,68 manat faiz borcu olmaqla, cəmi 156.568,84 manat məbləğində borcu yaranmışdır. 11.Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında iş materiallarına əlavə edilmiş “Daşınar və Daşımnaz Əmlakların Qiymətləndirilməsi Xidməti “ MMC tərəfindən verilmiş 20 saylı, xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də, 12-ci mərtəbədə yerləşən 218,00 kv.m ümumi sahəsi olan 4 otaqlı 48 nömrəli mənzilin real bazar qiyməti 872.000 manat təşkil edir. 12.Məhkəmə hesab etmişdir ki,bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. 13.Məhkəmə qeyd olunanlara əsasən hesab emişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli, 189/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 137.094,55 manat əsas borc, 6.147,13 manat faiz borcu, 700 manat cərimə, müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5.559,68 manat faiz borcu olmaqla, cəmi 149.501,36 manat məbləğində borc və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməli, tutma ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti tutularaq, banka ödənilməlidir. 14.Habelə, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 319.6, 385.1, 442, 445.1,445.7, 448.2, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, “ipoteka predmetinə tutmanın yönəldilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ipoteka müqaviləsinin bağlanmasından məlumatlı olmamışdır. Həmin ipoteka müqaviləsinə imza etməmişdir. Orada göstərilən şərtlər onun iradəsini ifadə etmir. İkincisi məhkəmədə işə baxılarkən, ona məxsus ipoteka predmetinin ilkin satış qiyməti düzgün qiymətləndirilməmişdir. Həmin əmlakın real bazar dəyəri məhkəmə tərəfindən qiymətləndirildiyindən xeyli yüksəkdir. Həmin əmlak şəhərin mərkəzində yerləşir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 20.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 21.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, onun nümayəndəsi və vəkili ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, buna görə işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya nümayəndənin üzürlü səbəbin nədən ibarət olması və bununla bağlı sübut təqdim etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 23.Maddə 385.1.Öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 26.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 27.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 28.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 29.Maddə 295.Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 30.Maddə 317.1.Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 31.Maddə 319.1.Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 32.Maddə 319.6.İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33.Maddə 1.0.1.İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 34.Maddə 1.0.9.İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 35.Maddə 33.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 36.Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 37.Maddə 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. 38.Maddə 39.1.İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 41.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 43.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 45.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 46.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə həmin hissələrdə mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 47.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəllillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 48.Belə ki, kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Cavabdeh1 həmin müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq öhdəliyini pozduğundan, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. 49.Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 50.Məhkəmə kollegiyası Cavabdeh2 ipoteka müqaviləsinin bağlanmasından xəbərinin olmaması, müqavilədəki imzanın ona aid olmaması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: 51.Cavabdeh Nəsimi Rayon Məhkəmsinə hazırkı iş üzrə iddiaçı LPO İddiaçı ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsızlığı tələbi ilə müraciət edərək, qeyd olunan ipoteka müqaviləsinin mübahisələndirmiş, Nəsimi Rayon Məhkəməsi tərəfindən mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. 52.Daha sonra Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində, və eyni əsaslarla mühabisə üzrə işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxıldığından ərizə baxılmamış saxlanılaraq, cavabdehə izah edilmişdir ki, o, tərəf olduğu ipoteka müqaviləsinin etibarsızlığına dair dəlil və sübutlarını iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə- hazırkı işə baxan Bakı Apellyasiya Məhkəməsinə bildirmək hüquqna malikdir. 53.Nəsimi Rayon Məhkəməsini qeyd olunan qərardadı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınn 28 aprel 2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. 54.İş materiallarına əlavə edilmiş, Nəsimi Rayon Məhkəməsi tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1441 saylı, 10 noyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 3M3/839 saylı notariat işinin içərisində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də, 12-ci mərtəbədə yerləşən 218,00 kv.m ümumi sahəsi olan 4 otaqlı, 48 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü il tarixli 189/13/1 saylı ipoteka müqaviləsinin sonunda “ipoteka qoyan” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. 55.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməli və iş üzrə əlavə ekspertizanın keçirilməsinə əsas yoxdur. 56.Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). 57.Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. 58.Beləlikə, ipoteka müqaviləsindəki imzanın cavabdehə aid olması ekspert rəyi ilə öz təsdiqini tapdığından, həmçinin, cavabdehin müavilənin etibarsızlığı ilə bağlı dəlilini təsdiq edəcək başqa heç bir mötəbər sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyatorun qeyd olunan dəlili əsassız olmaqla, heç bir sübuta əsaslanmır. 59.İddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı Kollegiya qeyd edir ki, Cavabdeh2, öhdəliyin icrasını təmin etmək üçün əmlakının ipoteka predmeti kimi yüklü edilməsinə razılıq vermiş, lakin öhdəliklərin yerinə yetirilməsi gecikdirildiyindən, ipoteka saxlayan iddiaçı, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsini tələb etmək hüququna malikdir. 60.Məhkəmə kollegiyası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 61.Kollegiya həmçinin, qeyd edir ki, “Daşınar və Daşımnaz Əmlakların Qiymətləndirilməsi Xidməti “ MMC tərəfindən verilmiş 20 saylı, xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də, 12-ci mərtəbədə yerləşən 218,00 kv.m ümumi sahəsi olan 4 otaqlı, 48 nömrəli mənzilin real bazar qiyməti 872.000 manat təşkil edir. 62.Həmin rəydə qeyd olunmuşdur ki, mənzilə baxış keçirilməsinə şərait yaradılmayıb, qiymət monitorinq əsasında aparılmışdır, bu səbəbən hazırkı apellyasiya mərhələsində məhkəmə kollegiyasının 06 iyul 2022-ci il tarixli qərardadı əsasında ipoteka predmeti olan əmlakla bağlı qiymətləndirmə rəyi alınmışdır. 63.Belə ki, ”Property” MMC-nin PR/M-053-2022 saylı, 05 noyabr 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63-də, 12-ci mərtəbədə yerləşən 218,00 kv.m ümumi sahəsi olan 4 otaqlı, 48 nömrəli mənzilin 2020-ci il tarixinə bazar dəyəri-780000 manat, likvid dəyəri 700000 manat; hazırkı günə bazar dəyəri 915000 manat, likvid dəyəri 820000 manat təşkil edir. 64.Kollegiya həmçinin, qeyd edir ki, ”Property” MMC-nin 05 noyabr 2022-ci il tarixli rəyi kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə, müqayisəli təhlil aparılmaqla) müəyyən olunmuşdur. 65.Göründüyü kimi cavabdeh apellyasiya şikayətində əmlakın bazar dəyərinin məhkəmə araşdırması zamanı qiymətləndiriləndən xeyli yüksək olduğunu bildirsə də, bu hal qiymətləndirmə rəyləri ilə öz əskini tapmadığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmuşdur. 66.Qeyd olunan xüsusatları ümumiləşdirərək, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mübahisələdirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 67.Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza xərci tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflərə aid edilməlidir. 68.Məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 285 manatı Cavabdeh2, 15 manatı iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN AZ58RBTA********************, Bank: Rabitəbank ASC, Nərimanov filialı VÖEN:**********, Müxbir hesab: AZ61NABZ********************, FAD:505442; SWİFT:RBTAAZ22) keçirilməlidir. 69.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 70.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 71.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 72.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh2tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(004)-332/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 285 (iki yüz səksən beş) manatı Cavabdeh1, 15 (on beş) manatı iddiaçı LPO İddiaçı ASC-dən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN AZ58RBTA********************, Bank: Rabitəbank ASC, Nərimanov filialı VÖEN:**********, Müxbir hesab: AZ61NABZ********************, FAD:505442; SWİFT:RBTAAZ22) keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-157/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-157/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver