Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1570/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Əliəkbər oğlu cavabdehlər Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X7 və Cavabdeh4 qarşı “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi, mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliəkbər oğlu cavabdehlər Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X7 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən, yeni inşa etdiyi fərdi evindən çıxarılmalarını, ona vurduqları 15000,0 maddi zərərin, 5000,0 manat mənəvi zərərin, 25000,0 əldən çıxmış faydanın və 30,0 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı iş üzrə mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı Əliəkbər oğlu, Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X7 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən 52 saylı evin yaxınlığında inşa edilmiş yarımçıq tikilidən və onun yerləşdiyi torpaq sahəsindən sahiblik və istifadə etməyinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehlər İddiaçı Əliəkbər oğlu, Cavabdeh1 Əliəkbər oğlunun, Cavabdeh2, X5, Cavabdeh4 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı Əliəkbər oğlu apellyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Əliəkbər oğlunun prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı Əliəkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qəradaddan Cavabdeh1 Əliəkbər oğlu və X2 hüquqi varisi X8 tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 Əliəkbər oğlu və iş üzrə mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 hüquqi varisi X6 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayətin təmin edilməməsi, Cavabdeh1 Əliəkbər oğlu və iş üzrə mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 hüquqi varisi X6 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(003)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətlərin təmin olunmaması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işə yeni nömrə verilmişdir. Bundan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsini və ya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(003)-7700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş baxışdan çıxarılmış və birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 şikayətləri təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1570/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayətlər mümkün hesab edilmiş və qərardaddan verilən şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında yazılı icraat qaydasında 06 fevral 2024-cü il tarixində baxılması qərara alınmışdır. Bununla belə məhkəmə kollegiyası iş materiallarını araşdaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər qeyrimümkün hesab edilməli və şikayətlərin icraata qəbul qərardadı ləğv edilməklə, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Əliəkbər oğlunun prosessual müddətin bərpasına dair ərizəsinin xx.xx.2023-cü il tarixdə təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı Əliəkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 Əliəkbər oğlu və iş üzrə mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 hüquqi varisi X8 şikayət vermiş və nəticə etibarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mübahisələndirdiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı apellyasiya qaydasında yoxlanılmış və qanuni qüvvəsini almışdır. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Həmin qərardadda qeyd edilmişdir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mübahisələndirdiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı apellyasiya qaydasında yoxlanıldığından hazırki şikayətlərin təkrarən apelyasiya qaydasında yoxlanılması üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1570/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər qeyri-mümkün hesab edilməli və mülki iş şikayətlərin qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1570/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər qeyrimümkün hesab edilsin və mülki iş şikayətlərin geri qaytarılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1570/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1570/2024
06.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver