Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1571/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 5 nömrəli X7rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi) Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X24 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(008)-6498/2024 saylı qətnaməsindən cavabdeh 5 nömrəli X25 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə 37 nömrəli kardiorevmatoloji məktəbəqədər uşaq sanatoriyasına müvəqqəti olaraq tərbiyəçi müəllim vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1993-cü il tarixdə daimi olaraq tərbiyəçi müəllim vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 65 nömrəli əmrinə əsasən sanatoriyanın adı və profili dəyişdirilərək 5 nömrəli X30 adlandırılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.2 və 14.3-cü bəndlərini rəhbər tutaraq AR Səhiyyə Nazirliyinin 30 dekabr 2019-cu il tarixli 157 nömrəli əmrinə əsasən BBSİ-nin tabeliyindən AR SN-nin tabeliyinə verildiyini rəhbər tutaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, həmin tarixdə 5 nömrəli X17 1.0 ştat vahidi tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 2.xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 5 nömrəli X11 müddətsiz əmək müqaviləsi əsasında tərbiyəçi vəzifəsində işləyir, aylıq əmək haqqı 538 manat təşkil edir. 3.xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə işə gəlməmiş və işə gəlməməsinin hansı üzürlü səbəbi barədə heç kimə məlumat verməmişdir. Ondan izahat tələb olunmuş, o, izahat verməkdən imtina etmişdir. 4.Aktdan görünür ki, İddiaçı daxili nizam-intizam qaydalarına riayət etməməsi, dəfələrlə səhhəti ilə əlaqədar olaraq icazələr almasına, öz işinə səhlənkar yanaşmasına görə rəhbərlik tərəfindən xx.xx.2024-cü il tarixdə şifahi xəbərdarlıq edilmişdir.
5. 5 nömrəli X25 üzrə HİK-nin xx.xx.2024-cü il tarixli iclasının 14 nömrəli protokolundan görünür ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və bu hallar əvvəllər də təkrarlanıb. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə işə gəlməyərək ƏMnin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş kobud pozuntuya görə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. 6.xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 5 nömrəli X12 HİK-nin iclasında İddiaçı izahat tələb olundu və o, izahat verməkdən imtina etdi. 7.xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə işə gəlməmiş və işə gəlməməsinin hansı üzürlü səbəbi barədə heç kimə məlumat verməmişdir. Ondan izahat tələb olunmuş, o, izahat verməkdən imtina etmişdir. İddiaçı həmçinin, sanatoriyanın baş həkimi Milana Musayevanın şərəf və ləyaqətini təhqir etmiş, həkim-kardioloq T.İ.Allahverdiyevanı, bağban G.Z.Vəliyevanı şərləmişdir. 8.5 nömrəli X12 baş həkimi X9 96-K nömrəli xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 9.5 nömrəli X12 baş həkimi X9 97k nömrəli xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. 10.İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/16/2024- 001325 nömrəli arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. 5 nömrəli X12 nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 11.Hüquqi yardımın göstərilməsi haqqında EM-90VK-6737/24 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 300 manat hüquqi yardım haqqı ödənilmişdir.
12. 5 nömrəli X25 tərəfindən verilmiş 03 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, son 4 ildə Mayılzadə Fatimə, Mayılzadə Yusif adlı xəstələr sanatoriyaya qəbul olunmamışlar. 13.xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində bloger Elçin Ləmbəranski iş vaxtı icazə olmadan gizlin çəkilişlər apararaq uşaqlara və işçi heyətinə stres və gərginlik yaşatmışdır. 14.Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında sanatoriyanın keçmiş işçisi İddiaçı qərəzli olaraq sanatoriyanın baş həkimini və işçilərinin işə gəlmə saatlarını, həmçinin, sanatoriyanın giriş və çıxış qapısını, həyətini mobil telefon vasitəsi ilə icazəsiz olaraq videoçəkilişlə lentə almışdır. Uşaqlara və işçi heyətinə stres yaşatmışdır.
15. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı işlədiyi müddət ərzində keçmiş baş həkim X19 tərəfindən xəbərdarlıq edilmişdir. O, işə öz istədiyi vaxtlarda gəlib-gedirmiş, sanatoriyanın daxili nizam-intizam qaydalarını pozurmuş.
16. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı öz əmək funksiyasını dəfələrlə pozaraq iş vaxtı uşaqların dövlət tərəfindən verilən qidası ilə qidalanaraq iş saatlarından “səmərəli” istifadə edib, digər gündə ayağı aşırı vəziyyətdə oturaraq, uzanaraq “məlum” dərman preparatlarının təsiri altında eyforiya halında öz iş saatını yola vermişdir.
17. 5 nömrəli X25 HİK-nin xx.xx.2024-cü il tarixli iclasının 14 nömrəli protokolundan çıxarışdan görünür ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə etiraz edilmir.
18. 5 nömrəli X25 üzrə HİK-nin xx.xx.2022-ci il tarixli iclasının 03 nömrəli protokolundan görünür ki, İddiaçı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə işə istədiyi vaxtlarda gəlibgetdiyinə görə xəbərdarlıq edilmişdir.
19. ИT seriyalı 015164 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1983-cü ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Məktəbəqədər Pedaqoji Məktəbinə daxil olmuş və 1986-cı ildə məktəbi bitirərək ona məktəbəqədər müəssisələrdə tərbiyəçi ixtisası verilmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
20.İddiaçı cavabdeh 5 nömrəli X7rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 nömrəli X12 baş həkimi X9 əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 97k nömrəli əmrinin ləğv edilməsi; onun həmin təşkilatda əvvəlki vəzifəsinə - tərbiyəçi vəzifəsinə bərpa olunması; cavabdehdən məcburi işburaxma müddəti üçün əmək haqqının və 60 manat mediasiya rüsumunun tutulması; pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 300 manat məbləğində pulun cavabdeh 5 nömrəli X8 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 21.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə 37 nömrəli kardiorevmatoloji məktəbəqədər uşaq sanatoriyasında müvəqqəti olaraq tərbiyəçi müəllim vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1993-cü il tarixdə daimi olaraq tərbiyəçi müəllim vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 65 nömrəli əmrinə əsasən sanatoriyanın adı və profili dəyişdirilərək 5 nömrəli X30 adlandırılmışdır. xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.2 və 14.3-cü bəndlərini rəhbər tutaraq AR Səhiyyə Nazirliyinin 30 dekabr 2019-cu il tarixli 157 nömrəli əmrinə əsasən BBSİ-nin tabeliyindən AR SN-nin tabeliyinə verildiyini rəhbər tutaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixli əmrlə 5 nömrəli X17 1.0 ştat vahidi tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir. Onun əmək funksiyası 3 yaşından 7 yaşına qədər olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq idi. İşlədiyi müddətdə həmişə uşaqların qayğısına qalan, öz bilik bacarığını çox böyük həvəs və sevgi ilə uşaqlara çatdıran bir tərbiyəçi olmuşdur. Sanatoriyanın əvvəlki baş həkimi Natella Alxasova həmişə onun uşaqlara olan nümunəvi münasibətinə görə dəyərləndirib. 2023-cü ilin oktyabr ayında Natella xanım yaşla əlaqədar işdən azad edilmiş və onun yerinə Milana Musayeva həmin idarəyə baş həkim vəzifəsinə təyin edilmişdir. Milana xanım onlarla ilk tanışlığında kollektiv qarşısında söz verdi ki, onlarla şəffaf qaydalarla işləyəcək. Baş həkim pedaqoq olmadığına görə o, Uşaq hüquqları haqqında Konvensiyanı, istifadə etdiyi ədəbiyyat siyahısını və illik planını Milana xanıma təqdim etmişdir. 2023-cü ilin noyabr ayında o, öz hesabına məzuniyyət götürmüşdür. Qızı Almaniyada psixoterapevt ixtisası üzrə oxuyur və işləyir. Onunla görüşmək üçün ora getməli oldular. Səfirlikdən ondan bu məzmunda sənəd istədilər ki, idarə onu məzuniyyətə buraxacaq və məzuniyyətdən sonra öz işinə qayıtmağa icazə verəcək. Həyat yoldaşının xəstəliyi ilə əlaqədar, ölkəyə vaxtından əvvəl qayıtmalı oldular. 2023-cü ilin dekabr ayında məzuniyyətdə olduğu dövrdə həyat yoldaşının müalicəsi ilə əlaqədar xəstəxanada olan zaman ona sanatoriyadan zəng edib bildirdilər ki, Milana xanım müəssisədə təmir işləri aparır, gəlib əşyalarını götürsün. Sanatoriyaya gəlib əşyalarını götürəndə baş həkimin ona qarşı soyuq münasibətini sezdi və ona “dekabrın 29-u görüşəcəyik” dedi. O, məzuniyyətdə olduğu dövrdə artıq 2 nəfər müəllimin, 1 nəfər təsərrüfat müdirinin və 1 nəfər təsərrüfat fəhləsinin işdən azad edilməsini eşitdi. O, məzuniyyətdən işə qayıtdıqda artıq başqa mənzərə ilə qarşılaşdı. Bir neçə nəfər işçinin işdən çıxarılmasından sonra növbəti hədəf o idi. Həmin tarixdən 2024-cü ilin 02 avqust tarixinə kimi o, işinə çox çətinliklə davam etdi. Çətinliklər nədən ibarət idi: uşaqlarla işləmək üçün ən vacib məsələ vəsaitlərdir. İşləmək üçün tərbiyəçilərə otaq verilmişdi. O, həmin kabineti günün tələbinə uyğun şəkildə illərlə qurmuşdu. Burada keçirdiyi məşğələləri əks etdirən uşaqlarla bağlı fotoşəkilləri və video-çarxları da var. Baş həkim bir gündə onların hamısını yox etdi və onun bütün vəsaitlərini atdırdı və dedi ki, “buranı yeni formada quracağam, siz indiyə qədər bağça kimi işləmisiniz, mən buranı sanatoriya kimi işlədəcəyəm”. Çox təəssüf ki, indi də uşaqlar sanatoriyaya bağçaya gəldiyi kimi gəlirlər. Əgər axşam idarədə 6 uşaq qalırsa, səhər saatlarında uşaqların sayı 25 olur. xx.xx.2024-cü ildə o, işdə olan zaman uşaqların yuxu zamanında baş həkim onu otağına çağırdı. Baş həkim ona dedi ki,“Heç istəməzdim belə olsun, mən sizi bir ildir ki, qoruyuram, artıq sizi qoruya bilmirəm, işdən çıxmalısınız”. O, səbəbini soruşduqda ona bildirdi ki, “Sizin adınız polisə düşüb, işdən çıxan müəllimə nazirliyə şikayət edib”. Baş həkim ona təklif etdi ki, öz xahişi ilə ərizə yazıb işdən çıxsın. Lakin o, buna qəti etiraz etdi. Bundan sonra Kadrlar Şöbəsinə getdi və orada şöbənin müdiri Yeganə xanımı ağlayan gördü. Səbəbini soruşduqda dedi ki, “Baş həkim deyir ki, Şirinnaz müəllimənin əmək müqaviləsinə bu gün xitam verməlisən”. O isə onları xəbərdar etdi ki, bu işə ədalətlə yanaşsınlar. Elə həmin gün o, məcburi qaydada işdən çıxarılması barəsində X27 Xidmətinə zəng edərək məlumat verdi. Həmin günü iş vaxtımın sonuna kimi işdə oldu. xx.xx.2024-cü ildə İİ növbə saat 2 də işə gəldi. Həmin gün baş həkim böyük tibb bacısını onun yanına nəzarətçi qoydu. xx.xx.2024-cü il tarixə isə saat 07:30-a onu işə çağırdılar. xx.xx.2024-cü il tarixdə saat 07:30-da o, işdə oldu. Vəzifəsinə uyğun olaraq uşaqlarla məşğul olan zaman xəbər gəldi ki, iclas var. İclas mövzusunun nədən ibarət olduğunu bilmirdi. Kabinetə daxil olan zaman gördü ki, baş həkim Milana xanım, həkim-kardioloq Təhminə Allahverdiyeva, Həmkarlar Təşilatının sədri Səadət Məmmədova, Kadrlar Şöbəsinin müdiri Yeganə xanım və həmkarların qalan üzvləri, tərbiyəçi və tibb bacılarından ibarət bir heyət çağırılıb.İclasda baş həkim elan etdi ki, o, işdən azad olunur, iş qaydasını pozmuşdur. İşinin öhdəsindən gələ bilmədiyinə görə AR Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən azad olunur. İclasdan çıxandan sonra həkim-kardioloq Təhminə Allahverdiyeva və Həmkarlar Təşilatının sədri Səadət Məmmədova ona bildirdilər ki, 70 “ç” ilə işdən çıxsa bütün əziyyət və zəhmətləri hədər gedəcək, başqa yerdə işə qəbul ola bilməyəcək. Ona görə də ona öz xahişi ilə ərizə yazaraq işdən çıxmasını təklif etdilər. Təbii ki, o, bununla razılaşmadı. Əşyalarını götürərək müəssisəni tərk etdi. Ona yola salan isə təlim-tərbiyəsi ilə məşğul olduğu fidanları oldu. Lakin cavabdeh tərəfindən ona əmək kitabçası həmin gün deyil, xx.xx.2024-cü ildə verilmiş, əmrin surəti isə bugünə kimi rəsmi qaydada verilməmişdir. O, “Dost Mərkəzi”nə müraciət edərək əmrin surətini əldə etdi. O, cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifi göndərdi və mediasiya sessiyasının keçirilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, ona “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış təqdim edilmişdir. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onunla bağlanmış əmək müqaviləsi cavabdeh təşkilatın baş həkiminin xx.xx.2024-cü il tarixli 97k nömrəli əmri ilə ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin “işçinin özünün əmək funksiyasını yerinə yetirməməsi”, yaxud “bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” müddəasına istinad olunub. Əmrin məzmununda başqa məlumat qeyd olunmayıb. Göründüyü kimi, əmr əsaslandırılmayıb. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu maddədə “əsas” deyiləndə əmrin konkret hallara istinad olunmaqla əsaslandırılması nəzərdə tutulur. Əmrin ləğv edilməsinə əsas olan maddənin nömrəsinin və maddənin mətninin əmrdə qeyd edilməsi əsaslandırma hesab olunmur. O cümlədən əmrin məzmununda əmrin verilməsi üçün əsas hesab edilən hər hansı rəsmi sənəd göstərilməyib. Halbuki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Ona görə də cavabdeh təşkilatın baş həkimi onun hər hansı bir davranışının belə nəticələrə səbəb oluğunu əmrin məzmununda göstərməli idi. Bunu həm də Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsi tələb edir. Orada qeyd olunub ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin belə əsaslandırma yoxdur. Əgər işçi əmək münasibətlərində pozuntuya yol veribsə, lakin bu pozuntu Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində qeyd olunan nəticələrə səbəb olmayıbsa, əmək müqaviləsi 70-ci maddənin “ç” bəndində göstərilən əsasla ləğv edilə bilməz. Belə halda işçiyə qanunvericilikdə nəzərdə tutulan intizam tənbehlərindən biri (töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və s.) verilə bilər. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində işçi üçün ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğv edilməsidir: o, işini və qazancını itririr. O, cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü ildə rəsmi qaydada göndərmiş, xx.xx.2024-cü il tarixdə isə mediasiya üçün 16 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı isə xx.xx.2024-cü ildə əldə etmişdir. Göründüyü kimi, onun pozulmuş hüquqlarının bərpası üçün AR Əmək Məcəlləsinin 296-cı maddənin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmişdir. O, pozulmuş hüquqlarının bərpası ilə bağlı vəkillə hüquqi yardımın göstərilməsinə dair xx.xx.2024-cü il tarixdə EM-90VK-6737/24 nömrəli müqavilə bağlamış, 300 manat ödəniş etmişdir. Bundan başqa, mediasiya sessiyasında iştirak edərək 60 manat dövlət rüsumu ödəmişdir. Çəkdiyi xərclər də cavabdehdən tutularaq ona ödənilməlidir. 22.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, 5 nömrəli X25 adından bəlli olduğu kimi hər cür xəstəliyi olan uşaqların 2 ay müddətində orada qalmasını nəzərdə tutur, 2 aydan artıq uşaqların orada qalmasına isə icazə yoxdur. Amma onun səlahiyyətində olmayan müəyyən vəziyyətlərlə bağlı olaraq ora bağça kimi işlədilib. O, məktəbəqədər təhsili bitirmişdir. Cavabdeh iddiaya etirazın əvvəlində onun erqoterapevt diplomlu olduğunu yazsa da, belə bir diplomu yoxdur. O, məktəbəqədər müəssisələrdə tərbiyəçi-müəllimdir. Buna əsasən də uşaqları yaş qruplarına ayırırdı və onlara hər nə lazım idisə, edirdi. Bəzi xəstə uşalar da vardı ki, onlarla erqoterapevt kimi məşğul olurdu. Hazırda isə sağlam uşaqların bir hissəsi oranı bağça bilib səhər gəlib axşam gedirlər. X1 uşaqları da sağlamdırlar və oranı bağça bilib gəlirdilər. Orada nevropatoloq yoxdur. Oraya daun sindromlu, autizm xəstəliyi olan uşaqlar da götürülüb. Müdir Sevgi adında uşağın yıxılıb başından zərbə alması ilə bağlı onu müəllim olaraq təqsirli bildiyini etirazında yazmışdır. Belə bir şey qətiyyən baş verə bilməzdi, birincisi o, uşaqlara diqqətsiz yanaşmır, ikincisi də ki Sevgi 3 yaşında sağlam, evdən gəlib axşam evə qayıdan bir qızdır və orada ondan böyük 10, 13 yaşlarında oğlanlar və qızlar var. Yay vaxtı uşaqları yedirəndən sonra onlar çöldə oynayırdılar, xəstə və sağlam uşaqlar bir yerdə olmamaları lazım ikən, onlar bir yerdə oynayırdılar, hadisə həmin vaxt baş vermişdi, gözünün qabağında Sevginin başından digər uşaqların tüklərini çıxarmasını görürdü, amma heç nə deyə bilmirdi, hələ o, dinib danışmayadanışmaya onu işdən çıxardılar. Həmin vaxt orada o və Pərvanə müəllim olub, uşağa qarşı bu hərəkətdən sonra ilk köməyə qaçan o oldu, uşağı qucağına alıb tibb bacısının yanına apardı və ona ilkin tibbi yardım göstərildi. Onun səhvi onda oldu ki, həmin vaxt orada normal olaraq kameralara düşdü, müdir də evdən kameraları izləyir. Yeni qaydalara görə onlar valideynləri görə bilmirlər deyə xahiş etdi ki, bu hadisə barədə mütləq uşağın valideyninə xəbər verilsin. Bunlar isə belə tədbirləri görmək əvəzinə sonradan onun haqqında uydurma çıxarıb ona töhmət verməyi düşünüblər. Həmin vaxt ondan heç bir izahat almadılar, sonrakı proseslərdən isə sadəcə olaraq onun məhkəməyə müraciət edəndən sonra xəbəri oldu. Valideynlərin sanatoriyaya uşaqları qəbul olan zaman oradan xəbərləri olmur ki, məhz orada xəstə uşaqlar da var, onlar sadəcə sanatoriyanın prestijli bir yer olduğunu bilirlər. Oranın uşaqlarla bağlı bütün xərclərini də o çəkirdi. Yeni sistem də yaratmışdılar ki, uşaqlar çox vaxt televizor qarşısında əyləşməlidirlər. Sanatoriyada yeganə ixtisaslı kadr o idi, Bakı məktəbəqədər təhsilin məktəbəqədər müəssisələrdə tərbiyəçi ixtisasına yiyələnmiş və 31 ildir ki, bu sənət üzrə iş təcrübəsi var. Məhkəməyə təqdim olunmuş videolardan birində divarın küncündə guya yatdığının əks olunduğu görüntü düşüb. Hansı ki həmin gün o, çox yorğun idi, təzyiqi qalxmışdı, görə bilməyəcəyi işləri görmüşdür, amma susurdu, orda çox ağır proseslər gedirdi və həmin yeri də ona bir az dincəlməsi üçün kameralara düşmədiyini söyləyərək tibb bacısı məsləhət görmüşdü. Görünür, onu tələyə salmağa çalışıblar. Sağlam uşaqlarının sanatoriyaya qəbul olunduğu Milana xanımın dövründə olmayıb, amma Milana xanımın vaxtında, yəni hazırda vəziyyət eyni cürdür. Bu yay onlar çox əziyyət çəkdilər. Nevroloji uşaqları həkim olmasa da, ayrı yazmışdır, neçə ilin tərbiyəçisi olaraq bunları deyir. Harun, Aqil, Rasul, Hafiz, Səma kimi uşaqlar içlərində daun xəstəsi olanlar da var, yaş qrupları da fərqlidir və bu uşaqlar qrup uşaqlarının içərisinə buraxılıb. Uşaqları orta yaş qruplu və məktəbəqədər yaş qruplu uşaqlar kimi bölmüşdür. Burada 7 nəfər uşaq orta yaş qrupludur, 10 nəfəri isə məktəbəqədər yaş qruplu uşaqlardır. Bu uşaqlar hamısı eyni otaqdadırlar, halbuki bu uşaqlar digərləri ilə eyni yerdə olmamalıdırlar. Hazırda nevropotoloq olmadığı halda bu uşaqlar heç bir müalicə almadan sanatoriyada qalıblar. O, məhz ixtisaslı kadr olduğu üçün büütn məşğələlər səhər növbəsi olur deyə o, həmişə səhər növbəsi olmaq istəmişdir.Təxminən apreldən etibarən 3 ay olar ki, onu ikinci növbəyə saldılar. Ondan başqa ikinci növbə Gülnarə və Pərvanə müəllimlə birgə işləmişlər. Müəllimlə heç vaxt ona ondan narazılıqları barədə deməyiblər. Belə bir şey olmayıb. Şahidlərdən biri kollektivin onu sevmədiyini dedi, kollektiv həmişə onu sevib. Burada ifadə verən müəllimlərə böyük ehtimal ki, aqibətlərinin onun kimi olmaması üçün təhdid edib aktları imzalatdırıblar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 23.Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs 1993-cü ildə sanatoriyada tərbiyəçi müəllim kimi işləməyə başlayıb. Əvvəl sanatoriyanın adı başqa olub, 2014-cü ildən profili dəyişilib sanatoriyaya çevrilib. Şirinnaz müəllim də orada 1993-cü ildən 02 avqusta kimi orada tərbiyəçi kimi işləyib. 3-7 yaş uşaqların təlim-tərbiyəsi ilə məşğul olur. Öz iş funksiyaları ilə bağlı pozuntulara yol verməyib. Əvvəlki müdir dövründə ona tənbeh və ay töhmət verilməyib. Sonradan müdir dəyişiləndə artıq kollektiv tərkibində müəyyən dəyişikliklər etməyə başlayıb. Hətta Şirinnaz müəllimdən əvvəl 6 nəfəri də işdən çıxarıb. Şirinnaz xanımın peşəkarcasına işləməsinə rəğmən Milana xanım tərəfindən onun iş fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub. Tərbiyəçi kimi əvvəllər otağı olub, otağı və vəsaitləri əlindən alınıb, təmir adı ilə otağı dağıdılıb, ona bir də otaq verilməyib. O işlərini 31 iyula qədər məsuliyyətlə etmişdir. 31 iyulda Milana xanım onu otağına çağırır, orda başqa adam olmur. Şirinnaz xanıma onu artıq qoruya bilmədiyini deyir, gedib işdən çıxması üçün ərizə yazmasını təklif edir. O da öz növbəsində heç bir təqsiri olmadığını, işdən çıxarılmalı olmadığını deyib və həm Səhiyyə Nazirliyinə, həm X23 müraciət edir. Bununla bağlı sənədləri də məhkəməyə təqdim etmişlər. Daha sonra ayın 2-i müəllim işdə olanda xəbər gəlir ki, iclas keçirilir və orada Şirinnaz xanımın vəzifələrini guya layiqincə həyata keçirmədiyi, dörd gün işə gəlmədiyi müzakirə olunur. Xanım o iclasda öz etirazını bildirir və hansı əsaslarla bunları bildirdiklərini soruşur. Məhkəmədə şahidlər də ifadə verdilər ki, həmin iclasdan sonra Şirinnaz xanımın yanına gedib onun ərizə yazıb işdən çıxmasını xahiş ediblər. Halbuki iş materillarından da görünür ki, guya həmin gün iclas keçirilib və iclasın yekununda da qəbul olunub ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onun işinə xitam verilsin, iş fəaliyyətində guya kobud pozuntular olub. Müəllimin fəaliyyətində isə belə hallar mövcud deyil. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən işçi işdən çıxan zaman əmək kitabçası, həm son haqq-hesabı, həm də işdən çıxarma əmri verilməldir. Ancaq həmin maddənin tələbləri pozulmuşdur. Əmək kitabçası müəllimə bir həftə sonra, 09 avqustda verilmişdir, əmr isə indiyədək verilməmişdir. Müəllim məhkəməyə müraciətlə bağlı əmrin surətini məcbur olub “DOST” Mərkəzindən almışdır. Məhz həmin əmrlə tanış olduqdan sonra onlara Şirinnaz müəllimin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işinə xitam verildiyi məlum olmuşdur. Həmin əmrdə müəllimin hansı kobud pozuntulara əsasən işdən çıxarılması qeyd olunmamışdır. Həmçinin müəllimin işdən çıxarılması ilə bağlı 97 K adlı iki əmr var, məzmunları isə fərqlidir. Halbuki şəxsin işdən çıxarılması ilə bağlı bir əmr olmalıdır. Əmrdə səbəblər əsaslandırılmayıb, rəsmi sənədlər əmrə əlavə olunmayıb. Digər tərəfdən İddiaçı Həmkarlar İttifaqının üzvüdür. Qanunda da göstərilir ki, Həmkarlar İttifaqının işdən çıxarılması üçün əsas varsa, bununla bağlı işəgötürən təqdimatla Həmkarlar İttifaqına müraciət etməlidir, rəsmi sənədlər təqdim edilməlidir və 10 gün müddətində qərar verilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən Həmkarlar İttifaqının sədri ifadəsində ona iclasdan əvvəl belə bir sənədin təqdim edilmədiyini, xanımın işdən çıxarılması barədə ancaq iclasda xəbər bildiyini dedi. Qanunun tələblərinin kobud surətdə pozulduğu görünür. Əmək Məcəlləsinin 71-ci maddəsində göstərilib ki,işçinin iş fəaliyyətinə o halda xitam verilir ki, onun törətdiyi kobud pozuntular müəssisəyə ziyan vermiş olsun, işlərin normal ahəngi pozulmuş olsun. Lakin şahidlərə verilən suallardan aydın oldu ki, hər hansı bir ləngimə və ya ziyan mövcud olmayıb. Üstəlik xanımın həmin günlər işdə olmaması ilə bağlı hər hansı mötəbər sübut mövcud deyil, maaşını tam şəkildə almışdır, məhkəmədə şahid kimi dindirilən mühasib də eynisini dedi. Şahidlər də ziddiyyətli ifadələr verdilər. Hansı ki onlar iştirakları olmadan keçirilən və məzmununu bilmədikləri iclasların aktlarına imza çəkiblər. Son şahid də hətta özünün və Şirinnaz xanımın iclasda olmaya-olmaya ona xəbərdarlıq elan edildiyini dedi, Şirinnaz xanım iclasda olmaya-olmaya ona necə xəbərdarlıq elan etmək olar, ziddiyyətli məqamlardan biridir. Həmçinin şahidlərin də ifadələrindən bilinir ki, iclas günün birinci yarısı keçirilib. Lakin qarşı tərəfin təqdim etdiyi sənədlərdən aydın olur ki, xx.xx.2024-cü il tarixdə, saat 15:09-da müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Həmin saatdan etibarən 31 dəqiqə sonra xanıma işdən çıxarma ilə bağlı 97K nömrəli əmr imzalanmışdır. Halbuki qanunda tənbeh tədbirləri işçiyə əgər onun əməlində pozuntu varsa, onun islah olunması üçün tətbiq olunur. İşçinin davranışlarında hər hansı müsbət dəyişiklikləri görmək üçün 31 dəqiqə çox az müddətdir. Həmçinin həmin əmrdə Şirinnaz xanımın ərizəsi olduğu deyilir, amma belə bir ərizə yoxdur. 02 avqust tarixində imtina aktı göstərirlər. Töhmət verilmə ilə bağlı aktda da göstərirlər ki, baş həkimin sərəncamı var. Onun məzmunu nədən ibarətdir, bilinmir, həmçinin həmin aktda Şirinnaz xanımın izahatından danışılır. Amma belə bir izahat yoxdur. Çünki şahidlər özləri də ifadələrində qeyd edirlər ki, o, izahat verməkdən imtina edib. Yəni Şirinnaz müəllim izahat verməyib, amma qoşmada bu barədə bəhs edilir. Hesab edir ki, Şirinnaz müəllimin pozuntusu olmuş olubsa belə, onun işdən çıxarılması üçün hər hansı əsas olmayıb. Həmçinin burdakı şahidlər hal-hazırda o sanatoriyada işləyirlər deyə müdirin əleyhinə ifadə verməzlər. Bu əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 24.Məhkəmə iclasında cavabdeh 5 nömrəli X12 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini etiraf etməmiş, izahatında bildirmişdir ki, məhkəməyə təqdim olunmuş videolarda iddiaçının iş vaxtı uşaqların yeməyini yeməsi, iş vaxtı yatması əks olunub. Halbuki həmin vaxtlarda o, uşaqlara nəzarət edib onların qayğısına qalmalı idi. Bu diskləri məhkəməyə təqdim edəndə onsuz da iddiaçının uşaqları döyməsi və ya pəncərə sındırması tipli pozuntular etməsinin iddia etməmişdilər. Uşaqlar azyaşlı olduğu üçün üzərlərində hər dəqiqə nəzarət lazımdır, həmçinin onlar xəstə uşaqlardır. Əmək Məcəlləsinin 70-ci və 72-ci maddələrində də göstərişlər var. Bir gün ərzində belə işə gəlməmək işdən çıxarmaya əsasdır. Qarşı tərəf iş ahənginin pozulubpozulmaması barədə şahidlərə suallar versə də, aldığı cavablar o demək deyil ki, iddiaçı işə gəlməyəndə iş ahəngi pozulmur və o işçi gəlməyə bilər. Hansı ki iddiaçı işə gəlmədiyi vaxt orada başqa tərbiyəçi olmasaydı, müdir məcbur qalıb uşaqlara nəzarət üçün ora başqa işçini göndərməli idi və bununla da iş ahəngi pozulur, başqa işçinin səhhətinə də ziyan dəyir və s. Uşaqlara nəzarət və qayğı çox önəmlidir, xüsusilə də burda söhbət xəstə uşaqlardan gedir. Tərbiyəçi iş saatı olan 5 saatın hər dəqiqəsində uşaqlara nəzarət etməlidir. Şahidlərin də bəzi məlumatları xatırlamaması çox normaldır, hamı bəzi məlumatları unuda bilir. Bundan əlavə elə şahidlər oldu ki, iştirak etmədiyi və ya bilmədiyi şeyləri olduğu kimi söylədi, yəni şahidləri də səmimi oldu. Həmçinin heç bir yerdə qeyd olunmayıb ki, müəssisədə keçirilən bütün iclaslarda bütün işçilər hamısı iştirak etməlidir. Həmçinin şahidlər onu da doğru qeyd etdilər ki, iddiaçının işə gəlmədiyinin şahidi olublar, amma onun icazəli və ya icazəsiz olduğunu bilməyiblər və işlərinin başında olduqları üçün bununla bağlı uşaqları nəzarətsiz qoyub narazılıqlarını gedib bildirməyiblər. İddiaçı, Milana xanımın işə başladığı vaxtdan ona qarşı şəxsi qərəzləri olduğunu deyir, Milana xanım müdirdir, o başqa işlərini kənara qoyub hər hansı işçiyə qarşı şəxsi qərəz bəsləyəsi deyildi, həmçinin belə bir hallar mövcud olsa idi Milana xanım bu qədər vaxt gözləməzdi və onu çoxdan işdən çıxarmış olardı. Həmçinin tərəf bununla bağlı hər hansı sübut da təqdim etmədi. İşdən çıxarılan istənilən işçi, əlbəttə, müdirdən narazı olub onunla əvvəldən şəxsi qərəzin olduğunu deyəcəkdir. İddiaçının digər növbəyə keçirilməsi ilə bağlı özü bu barədə öz səhhəti, həyat yoldaşının səhhəti ilə bağlı digər növbəyə keçirilməsini xahiş edib. O, birinci növbədə işləmək istəməsi və müdirin onun məcburi olaraq ikinci iş növbəsinə keçirməsi ilə bağlı heç bir sübut təqdim etməyib. Şiddətli töhmət alması ilə bağlı onu deyir ki, iclasda iddiaçı təhqir edib, şahidlər də bunu təsdiqlədi. İşdən çıxarılma üçün isə şiddətli töhmətin verilib-verilməməsi əsas deyil. Həmçinin heç bir yerdə göstərilməyib ki, işçinin işdən çıxarılması üçün ilk olaraq bütün tənbeh tədbirləri verilib bitməlidir. Bununla əlaqədar iddiaçı öz iddia ərizəsində hansısa qanunda olan imperativ normalara əsaslana bilərdi, amma etməyib. Həmçinin çox yerdə şahid olmuşlar, işçiyə özünün ərizə yazaraq işdən çıxmasının təklif edilməsi o demək deyil ki, o haqlıdır, bu humanistlik göstəricisidir. İddiaçının otağının dağıdılması ilə bağlı fikirləri yanlışdır, müəssisəsinin sadəcə olaraq təmirə ehtiyacı vardı. Müdirin əmr verməsi məsələsi ilə bağlı onu deyə bilər ki, heç bir yerdə göstərilməyib ki, müdir əmri iclasda verə bilməz, sadəcə olaraq öz otağında verməlidir. Həmçinin göstərilməyib ki, verilən əmrdə mütləq şəkildə hər kəsin imzası olmalıdır. Qarşı tərəfin vəkili əmrin surətinin və digər sənədlərin onlara gec təqdim edildiyini deyirlər, amma bununla bağlı sübut təqdim etmirlər. Bütün bunlara əsasən deyə bilər ki, şəxsin işdən çıxarılması qanunvericiliyin tələblərinə əsasən olub, həmçinin 02 avqust tarixindəki iclasın olmaması barədə qarşı tərəf sübut da təqdim etməyib, iclaslardan xəbəri də olub, iclaslarda iştirak da edib. Həmçinin sanatoriyaya sağlam uşaqların qəbulu yəqin ki əvvəlki rəhbərlik dönəmində olub, belə hallar olubsa belə, o özü həmin vaxt bu barədə şikayət etməli idi. Bununla bağlı şahidlərin verdiyi ifadələrlə sadəcə olaraq məhkəməni yayındırmaq istəyir. Ona görə də hesab edir ki, iş üzrə bütün sübutlar lazımınca araşdırılmış, şəxsin əmək intizamını pozması sübuta yetmiş, keçirilmiş iclaslar və iclasların məzmunu məhkəmədə tədqiq olunmuşdur və buna əsasən deyə bilər ki, əmr, tamamilə, qanunidir və ləğv edilməməlidir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 25.Məhkəmə iclasında şahid X26 ifadəsində bildirmişdir ki, o, Şirinnaz xanımla eyni yerdə işləmişdir, o, təmizlik işlərinə baxırdı, Şirinnaz xanım isə müəllim kimi işləyirdi, qohum deyillər. Şirinnaz xanım uşaqlarla məşğul olurdu, birinci olaraq o, işdən çıxarılmışdır. Şirinnaz xanım işdən çıxarılanda orada deyildi. O, fevral ayının axırlarında işdə işçi çoxluğu səbəbilə məcburi olaraq ərizə yazdırılıb işdən çıxarılmışdır, həmin vaxt Şirinnaz xanım hələ işdə idi. Uşaqlar Şirinnaz müəllimi çox sevirdilər. Şirinnaz müəllimin işdən çıxarılması ilə bağlı başqa məlumat bilmir. Orada işlədiyi müddətdə Şirinnaz müəllimə qarşı valideyn və ya müəllimlərdən heç bir narazılıq eşitməmişdir. Orada işlədiyi müddətdə Şirinnaz müəllim hər hansı bir pozuntuya yol verdiyinə rast gəlməmişdir. Şirinnaz xanım həmişə vaxtlı-vaxtında işdə olurdu. Orada işlədiyi müddətdə Şirinnaz müəllim barəsində hər hansı valideynin uşaqları haqqında şikayətlərini müşahidə etməmişdir. Sevgini tanıyır, sanatoriyadakı uşaqlardan biridir, onun başına gələn hadisə vaxtı işdə deyildi, öz növbəsi olan zaman işə gələndə hadisə haqqında - Sevginin saçından tüklərin qoparılması ilə bağlı eşitmişdir. Bu barədə Şirinnaz xanımın təqsirləndirilməsi haqqında heç bir şey eşitmədi, hadisə sadəcə olaraq bir uşağın digər uşağın saçını yolması kimi bilinir. 26.Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, Şirinnaz xanımı 2004-cü ildən bəri tanıyır. Şirinnaz müəllim ilə həm sanatoriyada oxuyan uşaqlarının valideyni kimi, həm də bir qonşu kimi münasibəti var. 2018-ci ildən də uşaqları sanatoriyada bağçaya gedib. Uşaqları onu çox sevir. Onlar hələ də onun işdən çıxarılma səbəbini bilmirlər. Təxminən 2-3 ay olar ki, işdən çıxarılmışdır. Buna səbəb olaraq guya müəllimin uşaqlarla yaxşı davranmamasıdır, amma belə bir şey yoxdur. Əgər elə bir şey olsa, orada olan uşaqlar müəllimi hər görəndə üstünə o cür qaçmazlar. Şirinnaz xanım orada müəllim kimi çalışır, uşaqlarla oynayır, bayramlarda tədbirlər keçirir. Ora somatik sanatoriya adlansa da, orada sağlam uşaqlar da olur deyə, o da uşaqlarını orada bağçaya göndərir. Dövlət bağçalarında yer də yoxdur deyə bu yola əl atmışlar. Uşaqlarını 2018-ci ildə sanatoriyaya qoymuşdur. Qızı 2 yaş 8 aylıq idi, oğlu da eyni vəziyyətdə. İşi ilə əlaqədar valideynlərlə ünsiyyətdə olmağa vaxtı olmurdu. Uşaqları sanatoriyaya aparan vaxt oradakı valideynlərdən Şirinnaz müəllim haqqında uşaqlarla pis davranması barədə məlumatlar eşitməmişəm. Hətta əlaqədə olduğu valideynlərdən biri də Şirinnaz müəllimin işdən çıxarıldığını eşidəndə çox pis olmuşdu. Orada sağlam uşaqlarla bərabər xəstə uşaqların da olduğunu bilirdi. Sevgi adlı şəxsi tanımır. 27.Məhkəmə iclasında şahid X20 ifadəsində bildirmişdir ki, o, 4 saylı kitabxanada kitabxana informasiya texnologiyaları üzrə mütəxəssisdir. 5 ildir ki, Şirinnaz müəllimi tanıyır. Şirinnaz müəllimə onun olduğu kitabxanada oxucu kimi gəlib həmişə uşaqlar üçün uşaq kitabları alırdı. Hansı ki bu barədə ondan soruşanda demişdi, həmişə uşaqlarla yaxşı davranırdı, keçirilən tədbirlərdə o da olurdu. Uşaqlarla bir ana kimi davranırdı, hətta bununla bağlı nümunə kimi çoxlu şəkillər də var. İşdən çıxması ilə bağlı onu deyə bilər ki, qarşı tərəfi tanımır. Müəllimi tanıdığı müddət ərzində ondan heç bir mənfi münasibət görməmişdir. Həmişə maddi cəhətdən də uşaqlara kömək edirdi. Amma Şirinnaz müəllimin işdən çıxarılması ilə bağlı hər hansı məlumatı yoxdur. 28.Məhkəmə iclasında şahid X21 ifadəsində bildirmişdir ki, o, 1 il 6 ay - 2023-cü ilin mart ayından olar ki, həmin sanatoriyada işləyir. Milana xanım ondan bir neçə ay sonra işləməyə başladı - həmin ilin sentyabr ayı olardı. Şirinnaz xanım və Milana xanım ilə hansısa qohumluq, dostluq, qonşuluq münasibəti yoxdur. O, orada kadrlar üzrə mütəxəssisdir. Şirinnaz xanım tərbiyəçi vəzifəsində çalışırdı, uşaqlarla işləyirdi. Onunla əlaqədə olan müəllimlər idi, ondan müəllimlərin onun yorulması, işləyə bilməməsi barədə çox şikayəti olurdu. O, işdən çıxmamışdan qabaq töhmət almışdı. Bundan qabaq isə müəllimlərin ancaq tez-tez icazə alması, uşaqlara baxa bilməməsi, kifayət qədər yorulması ilə bağlı yazılı narazılıqları olurdu. Bir də ki bu əsas kamera görüntüləri də var. Orada əks olunub ki, uşaqlar yatanda o da yatırmış, mətbəxdə uşaqlar ola-ola yemək yeyirmiş. Müdirin telefon görüntülərində görmüşdür. Kamera görüntüləri ancaq müdirdə olur. Kameralarda əks olunmuşlara baxmaq onların səlahiyyətində deyil. İşə gəlməmək üçün tez-tez icazələr alırdı. Bunlardan başqa iddiaçının hərəkətlərində pozuntular görməmişdir. 31 iyul tarixində iddiaçı onun yanına gələndə şəxsi problemlərlə bağlı ağlayırdı. Şirinnaz xanım may ayında 5 gün ərzində ardıcıl işə gəlməyib. Bu müdir tərəfindən aktlaşdırıldı. İşçilərin maaşları ilə bağlı ödəniş cədvəllərini baş tibb bacısı tərtib edir. Onlar da buna nəzarət edirlər, hansı ki bunun əsasında o, tabel yazır. May ayında iddiaçının həmin günlərdə işə gəlməməsi ilə bağlı onun maaşından hər hansı kəsilmələr olmadı. Çünki Şirinnaz xanım gedərək xəbərsiz olaraq tabelə imzalar çəkib. Düşünür ki, bu aktlaşdırılmışdır, yəqin ki vəkildə olar. İddiaçının işdən çıxarılmasından əvvəl onun işə gəlməməsi ilə bağlı hər hansı akt tərtib olunmayıb. Həmkarlar İttifaqının iclasında olub. Onun may ayında həmin 4-5 gün işə gəlməməsindən başqa belə hal olmayıb. May ayı ilə bağlı gəlməmələri də aktlaşdırılmışdır. Həmin vaxtların da maaşını bütöv şəkildə alıb. İddiaçının belə pozuntular etməsi ilə bağlı ona iclasdan əvvəl şifahi formada müdir onu çağırıb bu barədə bildirirdi. Rəsmi şəkildə isə belə xəbərdarlıqlar olmayıb. İclasda ona işə gəlməməsi barədə məlumat verildi. O isə səbəbi demədi, inkar etdi. Şirinnaz xanımın işə ardıcıl günlər gəlməməsi ilə bağlı tərtib olunan aktda deyəsən, imzası var. Həmin ərəfələrdə o, icazələr almışdı, problemləri vardı. O vaxtları tam xatırlamır. İşdən çıxarılma ilə bağlı olan iclasda olmuşdur. O iclası müdir aparırdı. Şirinnaz xanım hər şeyi inkar etdi, dedi ki, deyilənlər əsassızdır. İclasda Şirinnaz xanım ona deyilənlərə qarşı mənfi reaksiya verdi. 29.Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, o, 5 nömrəli X11 loqoped vəzifəsində işləyir. Qısa müddətdir ki, Həmkarlar İttifaqının sədri vəzifəsini icra edir. Milana xanım müdirləridir, Şirinnaz xanım da tərbiyəçidir, iş yoldaşı idilər. Milana xanımı işə gəldiyi vaxtdan tanıyır, əvvəlcə tanımırdı, qohum və ya tanışı deyil. Şirinnaz xanımı da o işə gəldiyi vaxtdan ancaq iş yoldaşı kimi tanımışdır, aralarında tanışlıq və ya qohumluq münasibəti yoxdur. Əvvəllər Şirinnaz xanım öz işini düzgün yerinə yetirsə də, son vaxtlar əmək funksiyalarını düzgün yerinə yetirmirdi. Uşaqlarla işləyəndə səbri çatmırdı, səhhəti yol vermirdi. İşə gəlmirdi, uşaqlarla az müddətdə məşğul olurdu. İndiyədək onu yola verməyə çalışsalar da, artıq alınmadı. İş saatında dincəlir, yemək yeyir, işə neçə gün ardıcıl gəlmir. Əvvəlki müdirə qarşı səbəbini bilmədiyi əsaslarla qapısını çırpmasını görmüşdür. İclas vaxtı yeni müdirləri Milana xanımı təhqir etməsi də var. 27 ildir ki, işləyir, bilir ki, müəyyən qrup uşaqlar var ki, onlarla işləməyə səbr lazımdır, onlarla o beş saatı tam işləmək lazımdır. Yəqin ki, bu cür işləməsələr, onlar da elə olarlar. Bu günə qədər işləyə bilməməsi barədə özünün yazılı ərizəsini görməmişdir. Xəstəlikləri ilə bağlı nə qədər bülleten götürməsinin sayını dəqiq bilmir. Həmkarlar İttifaqının sədri kimi qısa müddətdir ki işləyir. Amma onu deyə bilər ki, məsələn bir ay ərzində onun iki dəfə məzuniyyətə çıxması olmayıb. Son vaxtlar işləmək üçün daha çox səbir gətirəcək işləri görə bilmirdi. Ona ərizəsini yazıb işdən çıxmasını demişdir. Çünki hər şeyin yolunda getməsini istəyirdi. Çünki o həmişə izahat yazmaqdan çəkinib. O, loqopeddir, nitqi qüsurlu uşaqlarla işləyir. Qısa müddətdir ki, aprel ayından da Həmkarlar İttifaqının sədridir. Milana xanımın Şirinnaz xanımı işdən çıxarma ilə bağlı fikri olduğunu iclas vaxtı bilmişdir. Şirinnaz xanımın işdən çıxarılması ilə bağlı onlara akt verilib. Şirinnaz xanımın işdən çıxarılmasının məqsədəuyğun olmasını akt formasında qeyd etmişlər, sonra da protokollaşdırılıb. Bütün işçilərin birliyi ilə qərara alınıb ki, aktlaşdırılsın. 02 avqust iclasında Şirinnaz müəllimin işə gəlməməsi, uşaqların yanına girib yatması, yeməsi, uşaqların yanında ayaqlarını uzanıb dincəlməsi, uşaqların yeməyini yeməsi məsələləri müzakirə olundu. 02 avqust tarixinə qədər Şirinnaz xanımın kobud pozuntuları olması ilə bağlı bildirir ki, onların hər biri ayrı otaqlarda olurlar, ancaq kamera görüntüləri göstəriləndə onların belə hallardan xəbərləri oldu. Şirinnaz xanıma xəbərdarlıqlar olduğunu dəqiq bilmir, bu həmin işçi ilə müdir arasında olan məsələdir. Şirinnaz xanımın bir neçə gün ardıcıl işə gəlməməsi barədə aktları təsdiqləyir. Şirinnaz xanımın bir neçə gün işə gəlməməsi barədə aktları imzalamışdır, təsdiqləyir. Həmin günlər doğurdan da işə gəlməyib. Həmin vaxtlar iddiaçının işə gəlməyəcəyi barədə arayışları ona verilməyib. Həmkarlar İttifaqının iclasında həmin günlər iddiaçının işə gəlməməsi barədə məsələ müzakirə olundu. İclasda Şirinnaz xanımın həmin günlər ardıcıl işə gəlməməsi müzakirə olunanda gəlməmə səbəblərinin deyildiyini dəqiq bilmir, çünki səbəb soruşulanda özündən çıxdı və ancaq təhqir etməyə başladı. Sanatoriyaya ancaq xəstə uşaqlar qəbul olunur. Həmin uşaqlar qayğısız qala bilməz, onlar ata-anadan uzaqdadırlar. 30.Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, o, həkim-kardioloqdur, 5 nömrəli X11 25 illik iş fəaliyyəti var. Şirinnaz müəllim ilə 25 ildir ki, o kollektivdə çalışır. Onun baş həkim Milana xanım Musayeva ilə münasibətlərinə də şahid olmuşdur, müdirləri Şirinnaz müəllimə həmişə xoş münasibət göstərib, onu bütün müəllimlərdən ön sırada saxlayıb və onun üçün güzəştlər edib. Şirinnaz müəllim və Milana xanım ilə heç bir qohum və ya tanışlıq münasibəti yoxdur. Şirinnaz müəllimi iş yoldaşı kimi tanıyır. Müdirləri Milana xanım isə artıq 1 ildir ki, həmin müəssisədə işləyir. Ümumiyyətlə, işdə heç kim onun qohumu deyil. Bir az keçmişə qayıtsa deyə bilər ki, əvvəlki baş həkimləri müəssisəni sanki özəlləşdirmişdi, evi kimi zənn edirdi. Buna görə də bütün işçilərə sanki evlərində imiş kimi sərbəst olmalarını məsləhət edirdi. Amma Milana xanım işə girdikdən sonra sanatoriyada iş rejimi dəyişdi, bütün dəyişiklikləri də öz büdcəsi hesabına etdi. Bütün otaqlarda təmir getdi, ora müasir avadanlıqlar alındı. Bütün işçilər də işə daha ciddi yanaşmalı idilər. Şirinnaz müəllim ilə digər tərbiyəçilər arasında anlaşma olmuş və onlara müəyyən kabinet ayrılmışdı. Amma bu cür kabinetlərin yaradılması hər hansı rəsmi qərarda nəzərdə tutulduğu üçün yox, Milana xanımın işçilərin rahat çalışması üçün yaratdığı şərait idi. Yəni Milana xanım işə başladıqdan sonra bu müəssisənin uşaq bağçası deyil, bir tibb müəssiəsi kimi fəaliyyət göstərməsi yolunda addımlar atdı. Otaqdan tərbiyəçi müəllimləri çıxardaraq loqopedlərin, digər tərbiyəçilərin istifadə etməsi üçün hər kəsin ümumi istifadəsinə verdi. Şirinnaz müəllim də o otaqdan çıxaraq digər tərbiyəçilər kimi fəaliyyətə başladı. Əslində, Şirinnaz müəllimgilin oturduğu otaq illər əvvəl Səhiyyə Nazirliyindən onun adına, onun orada fəaliyyət göstərməsi üçün yazılmışdı. Amma köhnə tərbiyəçi o otağı ona yox, öz mənafeyinə əsasən üç tərbiyəçiyə vermişdi. Bildiyi qədərilə Şirinnaz müəllim də otağın onların istifadəsindən alınıb onların ümumi şöbəyə verilməsinə narazı qaldı. Şirinnaz müəllimin işdən çıxarılması ilə bağlı öz vicdanına əsasən məlumat verəcəkdir. O, müəllimlərdən ən yaşlısıdır, öz peşəsini, həmçinin uşaqları çox sevir. Onlarda tərbiyəçilərin iş saatı beş saatdır. Şirinnaz müəllim işə gələndə iş saatının maksimum iki saat, iki saat yarımını böyük enerji ilə işləyirdi, digər saatları isə səhhəti ilə əlaqədar yorulurdu, o saatları başqa cür istifadə edirdi. Onlarda hər bir şey kameralarda da əks olunur. Bütün bu hərəkətləri də Milana xanımın xoşuna gəlmirdi. Kamera görüntülərində də görmüşdür ki, o, iş saatında yatıb, iş saatında uşaqlarla maraqlanmayıb, yemək yeyib, iş saatında ayaqlarını uzadıb istirahət edib. Onun yerinə bütün öhdəliklər digər tərbiyəçilərin üzərinə düşür. Bayram günlərinin olduğu aylar istisna olmaqla, iş yükünün çox olduğu aylarda Şirinnaz müəllimin uşaqlarla öz otağında deyil, ümumi qrupda işləməsi çox çətin olurdu. Ona görə də o, dəfələrlə tez-tez xəstəlik kağızı alaraq, icazə alırdı. Hansı ki özü də dəfələrlə onun otağına yaxınlaşıb ona artıq yorulduğunu, bu rejimdə işləyə bilmədiyini demişdir. Gücünün, enerjisinin qalmadığını, belə davam edəcəyi təqdirdə artıq ərizəsini yazacağını demişdi. O, dekabr ayında demək olar ki, həftədə bir dəfə gələrək bu tip cümlələr demişdir və o da hər dəfə ona hər şeyin yaxşı olacağı barədə motivasiya vermişdir. Onlarda növbəli sistem olduğu üçün tərbiyəçilər müxtəlif saatlarda - saat 08:00-dan saat 14:00-a kimi və 15:00-dan saat 19:00- a kimi gəlir. Bunların arasında ən rahat növbə saat 14:00-dan 19:00-a kimi olan növbədir. Uşaqlar saat 17:00-da oyanırlar. Təxminən bir saat onları geyindirmək məsələlərinə gedir, digər qalan saatlar isə onlarla məşğul olmağa gedir deyə ən rahat növbə onlarındır. Milana xanım Şirinnaz müəllimi dəfələrlə onun üçün rahat olmasına görə həmin növbəyə salıb. Kamera görüntülərindən başqa Şirinnaz müəllimin kobud pozuntularını görməmişdir, uşaqları da sevir, sadəcə olaraq iş rejimini öz xoşuna gələn kimi işləyir. Yəni dediyi kimi, 5 saatlıq iş rejiminin 2 saatını vicdanla işləyir, amma qalan 5 saatını digər tərbiyəçilər onun işini görür. Ən son zamanlarda ona ən asan növbə verilib və həmin növbədə də onun geriyə qalmış 1 saat işləməsi lazım ikən həmin vaxtlarda da kamerlarda düşüb ki, işləməyib istirahət edir. İşə gedibgəlməyində problem olmayıb, amma dəfələrlə icazələr alıb, gəlməyən günləri olub. Dəfələrlə olub ki, işdə təzyiqi qalxıb və evə gedərək təcili yardım çağırıb. Şirinnaz müəllimin iki saat işləyib beş saat qeyri-işlər ilə məşğul olması bir günün işi deyil. Şirinnaz müəllim hər zaman qrupa gəlib ən sakit, rahat uşaqların seçilib ona verilməsini xahiş edib və üç-dörd nəfər uşağı otağına aparıb onlarla məşğul olub. Videolarda çox uşaqla məşğul olduğu düşsə də, həmin görüntülər bayram tədbirlərində çəkilib. O, sanatoriyada həkim işləyir, saat 09:00-da iş saatı başlayır, saat 15:00-da işsaatı bitir. İşə gələn saatdan nə qədər xəstəni müayinə etmişdirsə, o qədər uşağı da yataqda qoyub getmişdir. Həmçinin, onlar uşaqları xəstəlik kağızları, xüsusi diaqnozlar əsasında qəbul edirlər. Sağlam uşaqlar sanatoriyaya qəbul olunmur. Onlar Səhiyyə Nazirliyinin qərarına əsasən işləyirlər. Məsələn, 3 yaşında olan anasından kənarda qala bilməyən uşaqdırsa, süd verən anadırsa, şəhid ailəsidirsə, tək anadırsa, həmin uşaqlar müalicə aldıqdan sonra həftənin müəyyən günləri evə gedə bilərlər. Bunu ona baş həkimləri deyib, bunun əsasında işlər görülüb. Kamera görüntülərini ona Şirinnaz xanım işdən çıxarılan zaman olan iclas vaxtı baş həkim göstərib. İddiaçının hansısa qeyri-qanuni hərəkətlərini ancaq həmin iclas vaxtı kamera görüntülərində görmüşdür. Əvvəlki baş həkimin vaxtında Şirinnaz xanım töhmət almışdı. Milana xanımın vaxtında isə bu son hadisələrdən əvvəl Şirinnaz xanıma qarşı hansısa mənfi tədbirin görülməsinin şahidi olmamışdır. Şirinnaz xanımın ona gəlib artıq işləyə bilməyəcəyini, yorulduğunu deməsi barədə Milana xanımın hansısa bir rəsmiləşdirmə apardığını görməmişdir. İddiaçının işdən çıxarılmasını iclas günü bilmişdir. Şirinnaz xanımın bir neçə gün işə gəlməməsi barədə tərtib olunan aktdakı imza ona məxsusdur. Ayın 2-i öz aralarında həmin günkü iclasın nə barədə olduğunu müzakirə edəndə bildilər ki, həmin iclasda Şirinnaz müəllim işdən çıxarılacaq. Özü də şahiddir ki, həmin iclasda təəssüfləndiyi üçün göz yaşları tökdü. Həmin iclasda Şirinnaz xanım barədəki iş zamanı yatması, yeməsi, tez-tez icazələr alması iradları ona bildirildi. Özünü pis hiss etdiyindən iclasın məğzi çox yadında deyil. Hətta 2 dəfə o iclası su içmək üçün tərk etmişdir. Həmin günkü iclasın nəticəsində tərtib olunmuş protokolda imzası var. Həmkarlar İttifaqının üzvüdür, bütün protokollarda imzası olmalıdır. O, bir neçə iclasda olmuşdur, baş həkimi təhqirlə bağlı, onun işdən çıxarılması ilə bağlı. Ayın 2-i iclasında iddiaçıya töhmət verildi. İddiaçı baş həkimi təhqir edəndə orada idi. Şirinnaz müəllim onun haram yediyini, insanların haqqına girdiyini, özünün az yediyini, qəşəng fiqurasının olduğunu, amma onların qızı yaşında olmalarına baxmayaraq, haram yeməkdən nə böyüklükdə olduqlarını, şəkər xəstəliyi tapdıqlarını dedi, onların utanıbutanmadıqlarını soruşdu. Bütün bunları jest və mimikaları ilə baş həkimin üstünə gedərək dedi. Özü də bildirdi ki, ürəyindən keçən bütün təhqirləri Milana xanıma deyib və rahatlayıb. Əvvəlki müdirin vaxtında o kabinet onun adına gəlmişdi, Milana xanımın vaxtında isə ora təmir edildi və ümumi şöbənin istifadəsinə verildi. Müvafiq xəstəlik arayışları olmadan xəstə olmayan uşaqlar qəbul edilmir. Əgər uşaqlar xəstə deyildirlərsə, məsuliyyəti müvafiq poliklinikalar daşıyır. Fakt olaraq ona müəyyən xəstəliklərin əks olunduğu sənədlər gəlir. Şirinnaz müəllimin əmək intizamını pozması ilə bağlı aktları imzalamışdırr, həmin aktların həqiqiliyini təsdiq edir. Şirinnaz müəllimin bir neçə gün ardarda işə gəlməmişdi. O, işə gələndə adəti üzrə kimin gəlmədiyini öyrənir, onun həmin günlər gəlmədiyini bildi. 2 avqust iclasından əvvəl hansısa formada iclas olmayıb. Şirinnaz xanımın konkret olaraq 22, 23, 24, 25 iyul tarixlərində işdə olmayıb. Amma onun icazəli və icazəsiz işdən qalmasını bilmir. Həmin o günləri Şirinnaz xanımın işə gəlmədiyi üçün ona hansısa töhmət verilməmiş və ya xəbərdarlıq olunmamışdır. Onun icazəli və icazəsiz işdə olmaması barədə gedib müdirdən soruşmağa xüsusi marağı olmayıb. Şirinnaz xanımın o günlərdə işdə olmaması barədə akt hazır olanda xəbəri oldu. O, 22, 23, 24, 25 iyul tarixlərində işdə olmuşdur. O, iddiaçıya öz xahişi ilə işdən çıxması barədə ərizə yazmasını təklif etmişdir. Çünki Şirinnaz müəllimi düşünmüşdür. 31.Məhkəmə iclasında şahid X16 ifadəsində bildirmişdir ki, Milana xanımı tanıyır, onun işə qəbul əmrini o verib, baş həkimləridir, müdirləridir. Şirinnaz xanımı da tərbiyəçi kimi tanıyır, onların müəssisəsində işləyirdi. O, 1 ili keçib ki, orada işləyir. Şirinnaz xanım əvvəldən işləyirmiş, o tərbiyəçi idi, özü mühasibdir. Yadındadır ki, ondan digər tərbiyəçilər, müəllimlər onun işə gəlməməsinə görə, yükün onların üstünə düşdüyünə görə şikayət edirdi. İşləri də növbəli iş qrafikidir deyə bir nəfər gəlməyəndə digərlərin üstünə yük düşə bilir. Axırıncı dəfə 4 gün ardıcıl işə gəlməmişdi. Onlar işə gəldikdən sonra girişdə imzalar çəkib keçirlər. İddiaçı sonradan gəlmədiyi günlərin yerinə də imzalar çəkmişdi. Buna nəzarəti isə ilk olaraq resepşn, sonra kadrlar üzrə mütəxəssis edir. Kadrlar üzrə mütəxəssis də tabeli hesablayıb dəqiqləşdirəndən sonra ona gəlir. Digər tərbiyəçilər Şirinnaz xanım şikayət edirdi ki, uşaqları onlar tərəfə ötürür, tərbiyəçilər də yorulur. Sanatoriyada köməkçilər olsa da, işi çatdırmaq olmur. Bu problemlər sonradan yarandı. Əgər əvvəldən yaranmış olsa idi, Milana xanım onu çoxdan çıxarmış olardı. Şirinnaz xanım barəsində edilən gileylər, narazılıqlar öz iş yoldaşları, tərbiyəçilər tərəfindən olub ki, onun işini də görməkdən yorulurlar. O, sadəcə bir saat uşaqlarla məşğul olur. Özü də kamera görüntülərindən görüb şahid olmuşdur ki, Şirinnaz müəllim növbəsində yatıb, uşaqların yeməklərini yeyib, iş vaxtı mətbəxdə oturub. İş saatı və istirahətyemək saatı var. İş saatı yemək və çay içmək qadağandır. Sanatoriyada yemək bişmir, kənardan gətirilir. Şirinnaz xanımdan şikayət edənlər əvvəlki işçilərdir, aralarında ən yenisi odur. Şirinnaz müəllimin işdən çıxarılma iclasında iştirak etmişdir. Şirinnaz xanımın işdən çıxarılma iclasında ona işə gəlməmələri ilə, əmək intizamını pozması ilə bağlı iradlar bildirəndə çox pis reaksiya verdi. Çox aqresivləşib özündən çıxdı, təhqir etdi, çölə çıxıb qapını çırptı. Sonra içəri yenidən qayıdıb yenə təhqir etdi. Onlarda elə söhbət olmayıb ki, müdir həmin işçiləri işdən çıxarıb yerinə başqasını gətirmiş olsun. Şirinnaz xanımın işə gəlməməsi ilə bağlı heç bir sənəd təqdim etmədi. İşə gəlməmə səbəbləri ilə bağlı ondan nəsə soruşmaq olmurdu, çox aqressiv cavablar verirdi. Əksinə işə gəlmədiyi günlərə sonradan gedib imza çəkdi. İşçini elə birdən-birə işdən çıxarmırlar. Onlar bu barədə müdirə dedilər, şikayətlər olduqdan sonra bütün bu proseslər baş verdi. Şirinnaz müəllimin yatması, yeməsi ilə bağlı görüntüləri axırıncı iclasdan sonrakı gün görmüşdür. Həmin görüntülərdən iddiaçının iş saatı yeməsi, istirahət etməsi, işçilərin onu çağırmağına rəğmən getməməsi aydın oldu. Mühasib kimi vəzifəsi işçilərin əmək haqqlarının hesablanması və verilməsidir. O, tabelə uyğun əmək haqqı verir. Tabeli də yoxlamaq onun deyil, kadrlar üzrə mütəxəssisin işidir. İmza çəkilibsə, həmin işçinin işə gəlmiş olduğunu hesab edirlər. Tabelə kadrlar üzrə mütəxəssis nəzarət edir, tabeldə rəhbərliyin də imzası olur. Ayın axırı biz əmək haqqları verdikdən sonra onun gəlməməsi ilə bağlı söz-söhbətlər başladı. Sonra tərbiyəçilər gəlib onun işdə olmaya-olmaya tabelə imza çəkməsi barədə, işdə olmaya-olmaya ona əmək haqqı hesablanması barədə şikayətlər etdilər. Onlar bu söhbətlərdən sonra araşdırdılar, kameralara baxıldı. Sonuncu iclas işçilərin təkidi ilə keçirilmişdi ki, Şirinnaz müəllim işləyə bilmir, onlar yorulurlar. Həmin iclasın yekununda heç bir qərar qəbul edilmədi. Sadəcə olaraq Şirinnaz müəllimə təklif olundu ki, öz istəyi ilə, öz ərizəsi ilə işdən çıxa bilər. O isə dedi ki, onları süründürəcək, məhkəməyə müraciət edəcək. Həmin gün Şirinnaz müəllimə deyəsən töhmət verildi, dəqiq xatırlamır. Çünki iclas çox qarışdı, yarımçıq dağılışdılar. Ondan sonra nə baş verməsi barədə məlumatı olmadı. Şirinnaz xanımın onları təhqir etməsi ilə bağlı neçə aktı imzaladığını xatırlamır. Şirinnaz xanımın iyul ayında işə gəlməməsindən əlavə iyul ayına qədər hərəkətlərində belə pozuntular olurdu, amma bir gün və ya yarı günlə bağlı olurdu. Bunlarla bağlı da müdir ona sadəcə xəbərdarlıq edirdi, bu xəbərdarlıqları da gözü ilə görməmişdir, sadəcə kimdənsə eşidirdi. Çünki otaqları fərqli idi deyə şəxsən onun yanında ona xəbərdarlıq olunmayıb. Məsələn, səhhəti ilə bağlı icazələr alırdı. O, 2023-cü ilin oktyabr ayından sanatoriyada işləyir. Bu bir il ərzində ilk dəfə idi ki, tabeli bu cür səhv hesablamışdı. Həmkarlar İttifaqının üzvüdür, aktları imzalamışdır. 32.Məhkəmə iclasında şahid X22 ifadəsində bildirmişdir ki, Milana xanım gəldiyi vaxtdan hər kəs ilə normal münasibətdə olub. Şirinnaz müəllimə ilə də normal münasibətləri olub. Heç biri ilə tanışlıq və ya qohumluq münasibəti olmayıb, hər ikisini iş yoldaşı kimi tanımışdır. Orada 17 ildir ki, işləyir deyə Şirinnaz xanımı daha öncə tanımışdır. 31 iyul 2024-cü ildə Milana xanım onu, Məsiyeva Yeganə xanımı, baş tibb bacısı Zeynalova Aygün xanımı və Şirinnaz müəllimi kabinetinə dəvət etmişdi. Həmin iclasda onun 4 gün - 22, 23, 24 və 25 iyul tarixlərində işə gəlməməsi barədə ona məlumat verilib ondan izahat yazılması tələb olunmuşdu. O isə izahat yazmaqdan imtina etmişdir. Bu hallardan başqa onun səhhəti ilə, qonaqlarının olması ilə bağlı icazə alıb işə gəlməməkləri olub. Həmin 4 gün o işə gəlməyəndə onlar onun icazəli olduğunu düşünmüşdülər. Şirinnaz xanımın iş fəaliyyətində başqa cür kobud pozuntular görməmişdir. O, sanatoriyada tibb bacısıdır. İmzaladığı aktlar var. 31 iyul tarixindəki iclasın aktında imzası var. 18 dekabr 2023-cü ildə Şirinnaz xanımın otaq təmirə bağlandığı üçün əşyalarının qablaşdırılıb yığılaraq özünə təhvil verilməsi ilə bağlı aktda da imzası var. O, əvvəlki müdirin vaxtında işə qəbul olmuşdur. Yeni müdir olan Milana xanım tərəfindən Şirinnaz xanıma qarşı heç bir şəxsi qərəzli hərəkət görməmişdir. Əksinə ən çox hörmət göstərilən müəllimlərdən olub. Yeni rəhbər gələndən sonra əvvəlki iş rejimi ilə davam etdilər, sadəcə olaraq ortaya kabinet məsələləri çıxdı. O da ki otaqlar təmir olunmalı olduğu üçün belə bir məsələ yarandı. Hər tərbiyəçinin ayrıca otağı yoxdur. Qapıların da ağzı açıq olur. Əvvəlki müdirin dövründə üç tərbiyəçiyə bir kabinet verilmişdi. İş növbəsi tibb bacılarında 6 saat, tərbiyəçilərdə isə 5 saatdır. Orada iş vaxtı tərbiyəçi uşaqlar yatan zaman yata bilməz, uşaqlarla yemək yeyə bilməz. Çünki onlara ayrılmış yemək vaxtı var. Uşaqlar yatan zaman tərbiyəçi yatsa, onlar yuxudan qalxıb nəsə istəsə və ya yıxılsa, problem olar və ya uşaqlar bir-birinə nəsə edə bilər. Tərbiyəçi su içməyə çıxsa belə, yerinə kimisə qoyub çıxmalıdır. Əvvəlki rəhbərlik vaxtı Şirinnaz xanıma daxili xəbərdarlıq olduğunu bilir, amma başqa məlumatı yoxdur. Həmişə iki tərbiyəçi və bir tibb bacısı olmalı idisə, Şirinnaz xanım həmin işə gəlmədiyi vaxtlarda isə işdə bir tərbiyəçi və bir tibb bacısı var idi. Şirinnaz xanım da həmin vaxtlar öz səhhəti və ya həyat yoldaşının səhhəti ilə bağlı çox icazə aldığı üçün onun icazəli olduğunu düşünmüşlər. O həmin vaxtlar işə gəlməyəndə başqa tərbiyəçinin üzərinə yük düşdü. Onlar sanatoriyaya uşaqları poliklinikaların göndərişləri ilə qəbul edirlər. Onlarda sənədsiz olaraq sağlam uşaqlar qəbul olunmur. Onlarda həmişə xəstə uşaqlar olmur, profilaktik olaraq müalicəyə ehtiyacı olan uşaqlar da olur. 02 avqust iclasında əmək intizamını pozduğu üçün iddiaçıya xəbərdalıq olundu. Uşaqlar sanatoriyada 56 gün qalmalıdırlar, tez çıxırlarsa, tez də çıxarırlar. 02 avqustda iclas oldu, onun nəticəsində tərtib olunan aktdan onun işdən çıxması ona aydın oldu. Həmin iclasda Şirinnaz xanım etika davranışlarını pozaraq Milana xanımın ünvanına etik olmayan sözlər deyib iclası tərk etdi və işdən çıxma barədə ərizəni yazmaqdan imtina etdi. Həmin iclas günün birinci yarısı oldu, çünki o, məzuniyyətə gedirdi, ona görə dəqiq yadındadır. İclas yekunsuz bitdi, çünki Şirinnaz müəllim iclası tərk etdi. Sonrakı günləri də məzuniyyətdə olmuşdur deyə məlumatı olmadı. İddiaçı işdə olmadığını günlərdə müəssisənin iş fəaliyyətində ləngimə olmadı, iş öz qaydasında davam edirdi, sadəcə olaraq o, işə gəlmədiyi günlərdə digər tərbiyəçi yoldaşına çox yük düşdü. Həmin iclasın sonunda hansısa aktı imzaladığı tam olaraq yadında deyil, səhv etmirsə, imzalamamışdır. İclasın sonunda elə bir aktın olub-olmamasını bilmir, onu bilir ki, o, elə bir akt imzalamamışdır. O, imzaladığı aktda o tarixlər yoxdur. Şirinnaz xanıma bu barədə şifahi olaraq xəbərdarlıq edildi. 22, 23, 24 və 25 iyul tarixlərində işə gəlmədiyi ona deyildi. 31 iyul iclasında ondan başqa Pərvanə xanım, Yeganə xanım, Zeynalova Aygün xanım və baş həkim olub. 31 iyul iclasında Milana xanım iş növbəsində olan işçiləri topladı. Pərvanə xanım tərbiyəçi kimi uşaqların yanında idi, Şirinnaz xanımı çağırdığı üçün o, orada qalmışdı. Sonradan Şirinnaz xanım uşaqların yanına qayıdanda Pərvanə xanım iclasa gəlib Şirinnaz xanımın 22, 23, 24 və 25 iyul tarixlərində işdə olmadığını təsdiqləmişdi. Həmin iclasda Şirinnaz xanımın öz əmək funksiyasını pozduğu və bu barədə izahat yazmalı olduğu deyildi. O isə izahat yazmaqdan imtina etdi. Həmin iclasda Şirinnaz xanıma 4 gün işə gəlməməsi, video görüntülərdə əks olunan uşaqlarla yatması, uşaqların yeməyini yeməsi kadrları barədə deyildi. Ona yüngüllük olsun deyə onun ikinci iş növbəsinə yazılmağı, amma uşaqlarla çox məşğul ola bilməməsi barədə də ona deyildi. Bunlardan başqa ona heç nə deyilmədi. İclasın yekununda tərtib olunan aktı oxuyub imzalamışdır. 31 iyul tarixində Şirinnaz xanıma xəbərdarlıq olunduğunu xatırlamır, səhv etmirsə, xəbərdarlıq olundu. Cümlələr yadında deyil, amma aktı imzalamışdır. 33.Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, Milana xanım ilə heç bir qohumluq əlaqələri yoxdur, Şirinnaz müəllim ilə də iş yoldaşıdırlar. O, 19 ildir ki, orada işləyir, tərbiyəçidir. Həmişə normal münasibətdə olmuşlar. Milana xanım bir ildir ki, orada işə başlayıb. Onlarda növbəli iş rejimidir, iş fəaliyyəti ərzində çox az vaxt Şirinnaz müəllim ilə eyni növbədə olub işləmişdir. Şirinnaz müəllim iyul ayında gəlmədiyi günlərdə onun yerində o işdə olmuşdur. Xatırladığı qədərilə o, ayın axırlarında 3-4 gün ərzində işdə olmamışdı. Həmin günlər o, tibb bacısı ilə bir növbədə birgə işləmişdir. Onun icazəli və ya icazəsiz iş buraxdığını bilmir. Sonra bildi ki, işə icazəsiz olaraq gəlməyib. Bununla bağlı iclas da olmuşdu, iclasla bağlı akt da tərtib edilib. Həmkarlar İttifaqının iclası olmuşdu, həmin aktı imzalamışdır, bu akt, səhv etmirsə, xəbərdarlıq aktıdır. Bir də onun 4 gün işdə olub-olmaması haqqındadır. Bir də, səhv etmirsə, 02 avqustda olan aktda imzası var. Başqa aktlar isə yadında deyil. Şirinnaz xanım həmin dörd gün işdə olmayanda onun yerinə o və tibb bacısı birgə işləmişlər. İki iş növbəsi var, iş növbələri 5 saatdır. Uşaqlar olmayan zaman çay da içə bilirlər, yemək də yeyə bilirlər. Uşaqlar yatan zaman onlara nəzarət olunmalıdır. 2-3 uşaq yatan otaq olur. Hər otağa bir tərbiyəçi nəzarət edir, tərbiyəçi çatmayan otağa da tibb bacısı nəzarət edir. Uşaqlar körpə uşaqdır, onlara yatan zaman nəzarət lazımdır, məktəbəqədər uşaqlardır, yıxıla bilirlər, üstləri açıq qala bilir, hansı ki dəfələrlə belə hallar olub. Üzdən sağlam görünən uşaqlar da var. Amma sağlam uşaqlar yoxdur. Uşaqlar müəyyən poliklinikaların göstərişi ilə gəlir və səndlərində onların nə xəstəliyi olduğu yazılır. Sanatoriyaya öz övladını tibbi sənədi olmadan məhz tanışlıq yolu ilə gətirmək ola bilməz, elə bir şey görməmişdir. Həmkarlar İttifaqının iclasında olmuşdur, orada da Şirinnaz müəllimin dörd gün işə icazəsiz gəlmədiyi müzakirə olunub. Səhv etmirsə, bu barədə ona xəbərdarlıq verildi. Şirinnaz xanımın işə gəlməməsi barədə hər hansı bir sübut, sənəd gətirməsini görməmişdir. Elə bir sənəd gətiribsə də, məlumatı yoxdur. Şirinnaz xanımın reaksiyasını görməmişdir, iclasdan sonra üz-üzə gəlməmişlər. Növbədə kim olacaqdısa, uşaqların problemi olsa, o tərbiyəçi baxmalıdır. İşdə hansı tərbiyəçi olursa, gəlməyənin yerinə iş yükü ona ikiqat düşür. Onlar ancaq uşaqlara cavabdehdirlər və onların başına bir iş gəldikdə onlar cavabdehdirlər. 31 iyul tarixindəki iclasda olmuşdur, Həmkarlar İttifaqının iclası idi. Səhv etmirsə, Şirinnaz müəllim həmin dörd gün işə gəlməməyinin ardından ayın 26-ı işə gəldi. X18 iclası olmalı idi. 2 avqustda olan iclası Milana xanım keçirirdi. 2 avqust olan həmin iclasda isə o iştirak etmədi. Həmin iclas birinci növbə keçirildi, o, uşaqların yanında idi. 31 iyulda Həmkarlar İttifaqının iclasında Şirinnaz xanıma işə gəlməməsi ilə bağlı xəbərdarlıq olundu. 31 iyul iclasının yekununda akt tərtib olunub və o da aktı imzalamışdır. Deyəsən, sonra 02 avqust tarixində Şirinnaz xanıma şiddətli töhmət verilib və o sənədi imzalamışdır. İclasdan sonra kiçik toplantı formasında iclas keçirilib və ona şiddətli töhmət verildiyi elan olunub. 02 avqust tarixindəki iclasda iclas səhər növbəsi keçirilsə də, o, günorta iştirak etmişdir. 02 avqust iclasında olan hadisələrlə bağlı Şirinnaz xanıma töhmət verildi. 31 iyul iclasında o, Təhminə xanım, səhv etmirsə, Aygün xanım var idi. Başqa kimlərin olduğu yadında deyil. Təxminən 5-6 nəfər olardılar. Həmin iclasda Şirinnaz xanıma izahat verməsi tələb olundu, amma izahat vermədi. Bu sənəddəki imza onundur. 02 avqustda olan aktı Şirinnaz xanımın dörd gün işdə olmamasını təsdiqləmək üçün imzalamışdır. 02 avqust iclasında olmamışdır. Şirinnazxanım dörd gün işdə olmadığı müddətdə müəssisəyə nə qədər ziyan dəydiyini deyə bilməz. Amma bu barədə danışıq getmədi. İş fəaliyyətində hansısa dayandırma və ləngimə halları olmadı. Növbədə olmayan nüəllimin yerinə işləyən müəllimin üstünə ikiqat əziyyət düşür, bundan başqa ziyanı yoxdur. İddiaçının Milana xanıma qədərki dövrdə də yatma, yemə halları və ya uşaqların ondan narazı qalması kimi hallar olmasını eşitməmişdir. O müəssisədə uzun müddət çalışsa da, onlarda növbəli iş rejimidir deyə o, Şirinnaz müəllim ilə çox az hallarda eyni növbədə işləmişdir. Yəni Milana xanımın dövründə belə az vaxtlar eyni növbədə olmuşlar və onun dörd gün işə gəlməməsini bilmişdir, çünki o, işə gəlmişdi, amma iddiaçı yox idi, tibb bacısı ilə birgə işləmiş, amma onun icazəli və icazəsiz olduğunu bilməmişdir. Şirinnaz xanımın icazəsiz işə gəlmədiyini səhv etmirsə, 26 iyulda bildi. Dedilər ki, Şirinnaz xanımı çağırıb izahat istədilər, o isə verməyib. Bunu sadəcə olaraq eşitdi, öz gözü ilə görmədi. Daha sonra 31 iyul tarixində keçirilən Həmkarlar İttifaqının iclasında iştirak etdi. 31 iyulda işdə idi. Bütün iclaslar, qəbul edilən qərarlar səhər növbəsi olur. Tarix yadında deyil, amma bir gün səhər növbəsi gəldi və iclas oldu, Şirinnaz xanıma izahat yazmasını dedilər, o iclasda Təhminə xanım, Səadət xanım, səhv etmirsə, Aygün xanım olub. Dəqiq yadında deyil, təəssüf ki. Səadət xanımın məşğələ otağında olmuşdular. Səadət xanımın soyadı yadından çıxdı, deyəsən, Məmmədova idi. Təxminən 5 nəfər olmuşdular. Həmin iclasda dedilər ki, Şirinnaz xanım dörd gün işdə olmayıb, icazəsiz iş buraxıb. Ondan bunlarla bağlı izahat tələb olunub, amma o yazmaqdan imtina edib. Bəlkə də iclasların tarixini səhv xatırlayır. 31 iyulda o, günorta növbəsi olmuşdur. O, Həmkarlar İttifaqının üzvü olduğu üçün iclas vaxtı bir-iki dəfə gəlmişdi, yəni səhər onu çağırmışdılar. 02 avqust iclasında, ümumiyyətlə, olmamışdır. Sadəcə olaraq həmkarlar İttifaqının üzvü olaraq eşitdiklərinə əsasən imzalamışdır. 30 iyulda nə baş verdiyi yadında deyil. Deyəsən, o da Şirinnaz xanımın dörd gün işə gəlməməsi haqqındadır. Həmin dörd günü o bütün gün ərzində işə gəlməyib. Həmin gün bildi. Onlar 6 tərbiyəçidirlər. Həmin dörd günü o işə gəlməyəndə növbədə olduğu üçün onun xəbəri oldu, digər tərbiyəçilərin bəlkə də heç xəbəri olmayıb. Bu cür eyni növbədə işləmələri sadəcə olaraq 1 ay olmuşdur. Digər tərbiyəçilərin isə bununla bağlı nə cür hərəkət etdiklərini bilmir. 34.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 noyabr 2024-cü il tarixli, 2(008)-6498/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Şəbnur Qədirova) iddianın təmin edilməsi, cavabdeh 5 nömrəli X12 “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 97k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı 5 nömrəli X11 tərbiyəçi vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (xx.xx.2024-cü il tarixdən hazırkı qətnamə icra edildiyi günədək) orta əmək haqqının cavabdeh 5 nömrəli X8 alınaraq ona ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 60 manat və vəkillə bağlanan müqavilə üçün ödənilmiş 300 manat məbləğində pulun cavabdeh 5 nömrəli X8 alınaraq İddiaçı ödənilməsi, cavabdeh 5 nömrəli X8 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 35.Məhkəmə iclasında müəyyən edilmişdir ki, 5 nömrəli X12 baş həkimi X9 97k nömrəli xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 36.Məhkəmə iddianın təmin edilməsi gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 37.İlkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan 5 nömrəli X12 baş həkimi X9 97k nömrəli xx.xx.2024-cü il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. 38.Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. 39.Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. 40.Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən əsaslandırılmamışdır. Belə ki, əmək funksiyasını pozmanın konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. 41.Bundan əlavə, məhkəmə hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Lakin cavabdeh tərəfindən eyni gündə, yəni xx.xx.2024-cü il tarixdə həm iddiaçıya birbaşa ən ciddi intizam tənbehi olan sonuncu xəbərdarlıqla töhmət verilmiş, həm də, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır ki, bununla da əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarının tələbləri pozulmuşdur. 42.Bundan başqa, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müddətdə əmək funksiyalarını lazımınca yerinə yetirməməsi öz təsdiqini tapmamış, onun barəsində xx.xx.2024cü il tarixdən əvvəl hər hansı intizam tənbehi tətbiq edilməmişdir. 43.Beləliklə, məhkəmə hesab etmişdir ki, 5 nömrəli X12 baş həkimi X9 97k nömrəli xx.xx.2024cü il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun verilmədiyindən iddiaçının əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. 44.Məhkəmə həmçinin hesab etmişdir ki, 5 nömrəli X12 baş həkimi X9 97k nömrəli xx.xx.2024cü il tarixli əmrinin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. 45.Məhkəmə qeyd etmişdir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırkı əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Çünki cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktlardan və dindirilmiş şahid ifadələrindən görünür ki, həmin ifadələrlə cavabdehin təqdim etdiyi sənədlər ziddiyyətlidir. Belə ki, iddiaçının barəsində tərtib olunmuş aktları, həmkarlar ittifaqı komitəsinin iclas protokolunu imzalayan və hazırkı iş üzrə şahid kimi ifadə verən bəzi şəxslər aktlar tərtib olunan gün işdə olmadıqlarını bildirmişlər ki, bu da həmin sənədlərin qərəzli şəkildə tərtib edildiyini göstərməklə, onların mötəbərliyini şübhə altına alır. 46.Digər tərəfdən, iddiaçının işdə olmadığı günlərə görə sonradan tabeli imzalaması, bu səbəbdən ona gəlmədiyi günlər üçün əmək haqqının hesablanması barədə cavabdehin arqumentləri əsassızdır. 47.Belə ki, cavabdeh iddiaçının 2024-cü ilin iyul ayında 4 gün üzürsüz səbəbdən işə gəlmədiyini bildirsə də, iddiaçının işə çıxdığı növbəti iş günü onun barəsində hər hansı bir intizam tədbiri tətbiq etməmiş, məhkəmə araşdırması zamanı iddiaçının qeyd olunan günlərdə işə gəlməməsi halı sübuta yetirilməmişdir. 48.Bundan başqa, Azəbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 49.Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azəbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuş, cavabdeh tərəfindən həmkarlar ittifaqına təqdimatla müraciət edilməmişdir. 50.Məhkəmə, iddia tələbini “hüquqi yardımın göstərilməsi haqqında EM-90VK6737/24 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə vəkilə ödədiyi 300 manat məbləğində pulun ona ödənilməsi” hissəsində də əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 300 manat hüquqi yardım haqqı ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş pulvəsaitinin tutulması hissəsində təmin edilməli, cavabdeh 5 nömrəli X8 İddiaçı xeyrinə 300 manat məbləğində pul vəsaiti tutulmalıdır. 51.Мəhkəmə şahid ifadələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşmür, həmçinin məhkəmə, şahidlərin hazırda 5 nömrəli X11 işləmələrini nəzərə alaraq, həmin ifadələri cavabdehin etirazının əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etmir. 52.Məhkəmə öz mövqeyiniİnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 45, 72, 80, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2 və 3-cü, 73-cü maddəsinin 1-ci, 76-ci maddəsinin 20-ci, 83-cü maddəsinin 1-ci, 83-cü maddəsinin 3 və 4-cü, 186-cı maddəsinin 2-ci, 300-cü maddəsinin 1-ci, 75-ci maddəsinin 1-ci, 71-ci maddəsinin 2-ci hissələrinə; Mülki Prosessual Məcəlləsinin 88, 14.2, 77.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
53.Cavabdeh 5 nömrəli X25 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediləməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 54.Apellyasiya şikayətinda qeyd olunur ki, məhkəmə yazır: “Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq cavabdeh 5 nömrəli X25 tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, 5 nömrəli X25 ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə 5 nömrəli X12 baş həkimi X9 97k nömrəli xx.xx.2024-cü il tarixli əmri qanuni hesab edilə bilməz.” Halbuki, iş materiallarında olan “xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə işə gəlməmiş və işə gəlməməsinin hansı üzürlü səbəbi barədə heç kimə məlumat verməmişdir. Ondan izahat tələb olunmuş, o, izahat verməkdən imtina etmişdir”. – xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə işə gəlməmiş və işə gəlməməsinin hansı üzürlü səbəbi barədə heç kimə məlumat verməmişdir. Ondan izahat tələb olunmuş, o, izahat verməkdən imtina etmişdir.Yəni işdə olan aktlardan görünür ki,iddiaçı dəfələrlə yəni 4 gün ərzində üzrsüz səbəbdən işə gəlməmiş və bu pozunutunu əsaslanırmaq üçün hətta izahat yazmaqdan imtina etmişdir. Belə olan halda hazırki münbahisəyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq ediıməsi tamamilə haqlı idi. Çünki iddiaçı tərəfindən Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; -pozuntu bir deyil bir neçə gün ərzində törədilmişdir. Yəni iddiaçının əmək müqviləsinə xitam veriməsi qanunun imaperativ normasına əsaslanır. Həmçinin iddiaçının dediklərinin əksinə guya ki, hazırki rəhbərliyin ona qərəzli yanaşmasını təkzib edən daha bir hal odur ki: “- 5 nömrəli X25 üzrə HİK-nin xx.xx.2022-ci il tarixli iclasının 03 nömrəli protokolundan görünür ki, İddiaçı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə işə istədiyi vaxtlarda gəlibgetdiyinə görə xəbərdarlıq edilmişdir. “Yəni iddiaçı əvvəlki rəhbərliyin vaxtında da əmək intizamına etinazsıq yanaşmışdır. -Məhkəmə MPM-nin 8, 14, 77.1, 88, 385-ci maddələrini bir daha pozaraq, yazır: . Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Yəni X29 məntiqi ilə işçi tərəfindən ƏM-nin 72-ci maddəsinin pozulması ona inzibati cəza yaxud əmək müqaviləsinin pozulması kimi sanksiyaların tətbiq edilməsinə yalnız o halda əsas oluna bilər ki,işəgötürən tərəfindən xüsusi üsullarla normal ahəngin pozulmasını sübut etsin. X29 məntiqi ilə hər bir işçi istədiyi vaxt işə gəlməyə bilər və işəgötürən deyil işçi iş intizamını müəyyən etməlidir. X29 məntiqi ilə Sanatoriyada müalicə alan uşaqların səhhəti və sağlamlığını qorumalı olan “tərbiyəçi” istədiyi günlərdə işə gəlməyə bilər,amma Sanatoriyaya deyə bilər ki,”sən sübut et ki,mənim 4(!) gün işə gəlməməyim iş ahəngini pozur,əks halda istədiyim vaxtda gələcəm”. Beləliklə hakim burada MPM-386-cımaddəsini pozaraq,ƏM-nin 72-ci maddəsinin 1-ci hissəsini tətbiq etməməklə qanunu pozmuşdur. -”Мəhkəmə şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşmür, həmçinin məhkəmə, şahidlərin hazırda 5 nömrəli X11 işləmələrini nəzərə alaraq, həmin ifadələri cavabdehin etirazının əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etmir” Bununla məhkəmə MPM-nin 8-ci maddəsini: Maddə
8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.- pozmuşdur.Belə ki “həmçinin məhkəmə, şahidlərin hazırda 5 nömrəli X11 işləmələrini nəzərə alaraq, həmin ifadələri cavabdehin etirazının əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etmir”-yazmaqla heçbir əsas olmadan sübutun mötəbərliyini şübhə altına almış həmçinin MPM-nin : Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. – normasını pozmuşdur. Halbuki qanun birbaşa tələb edirki,” həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir” Lakin hakim sübuta heç bir hüquq normasına əsaslanmadan “qiymət” vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 55.Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
56.Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində və etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 57.Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh 5 nömrəli X12 nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
58. 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”
59. 23-cü maddəsinə əsasən: 1.Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. 2.Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. 3.Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
60. 2-ci maddənin 2-ci hissəsi.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
61. 2-ci maddənin 3-cü hissəsi.Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
62. 3-cü maddənin 3-cü hissəsi. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
63. 3-cü maddənin 5-ci hissəsi.Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
64. 3-cü maddənin 9-cu hissəsi. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
65. 3-cü maddənin 10-cu hissəsi. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
66. Maddə 10.İşçinin əsas vəzifələrinə:a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.
67. Maddə 11.Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
68. Maddə 12.Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.
69. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır.
70. 70-ci maddəsinin “ç” bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.
71. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
72. 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d)qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e)əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə)əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f)iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
73. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
74. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
75. 80-cı maddənin 1-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
76. 80-cı maddənin 2-ci hissəsi. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
77. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
78. 83-cü maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
79. 186-cı maddəsi:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 3.İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
80. 189-cu maddəsinin 1-ci hissəsi. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
81. 294-cü maddənin 5-ci hisssi. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll olunabilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişqaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
82. 189-cu maddəsinin 1-ci hissəsi: Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
83. 296-cı maddəsinin 2-cü hissəsi. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
84. 296-cı maddəsinin 3-cı hissəsi. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyəmüvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin(kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədənbilə-bilə qəsdən pozulduğu gündür. 85.Maddə 297.Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının MülkiProssesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 86.300-cü maddənin 1-ci hissəsi. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 87.Maddə1. Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. 88.Maddə 12. Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var... 89.Maddə 18.Həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 90.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 91.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
92.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 93.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
94.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 95.Kollegiya ilk olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. 96.Həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 97.Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyənedilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. 98.Əmək qanunvericiliyində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona hüquqi məsuliyyət növü kimi intizam və ya digər məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. 99.Hazırki işdən görünür ki, mübahisələndirilən əmrin qanuniliyini şübhə altına alacaq kifayət qədər ziddiyatli məqamlar mövcuddur. 100.Belə ki, işin müəyyən edilmiş fakitki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdə 37 nömrəli kardiorevmatoloji məktəbəqədər uşaq sanatoriyasına müvəqqəti olaraq tərbiyəçi müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə daimi olaraq tərbiyəçi müəllim vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 65 nömrəli əmrinə əsasən sanatoriyanın adı və profili dəyişdirilərək 5 nömrəli X30 adlandırılmışdır.xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.2 və 14.3-cü bəndlərini rəhbər tutaraq AR Səhiyyə Nazirliyinin 30 dekabr 2019-cu il tarixli 157 nömrəli əmrinə əsasən BBSİ-nin tabeliyindən AR SN-nin tabeliyinə verildiyini rəhbər tutaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, həmin tarixdə 5 nömrəli X17 1.0 ştat vahidi tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir.5 nömrəli X12 baş həkimi X9 97k nömrəli xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı iləbağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 101.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 1) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar mövcud olmalıdır. 102.Cavabdeh iddiaçının xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə işə gəlməyərək ƏM-nin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş kobud pozuntuya yol verdiyini iddia edir və bunun sübutu kimi xx.xx.2024-cü il tarixli cavabdeh müəssisənin işçiləri tərəfindən tərtib olunmuş Akta istinad edir. 103.Kollegiya qeyd edir ki, xx.xx.2024-cü il tarixdə 97-k saylı 2 əmr tərtib olunmuşdur. Birinci əmrdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsaslarına istinad olunmuşdur. Həmin əmrdə heç bir əsaslandırılma aparılmamış, əsaslar qeyd olunmamışdır. Halbuki şəxsin işdən çıxarılması ilə bağlı əmrdə əsaslandırma olmalı, rəsmi sənədlər əmrə əlavə olunmalıdır (i/v 51).
104. xx.xx.2024-cü il tarixli 97-k saylı digər əmrdə isə İddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi qeyd olunmuş, əsas olaraq: İddiaçı ərizəsi, 5 saylı X13 HİK-nin xx.xx.2024-cü il tarixli, 14 saylı protokolu, xx.xx.2024-cü il tarixli imtina aktı, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmuşdur (i/v 58). 105.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalıdır və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır. 106.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının hansı pozuntuya yol verməsi və bunun hansı nəticələrə səbəb olduğu göstərilməmişdir. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. 107.Digər tərəfdən kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir. 108.Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 109.Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. 110.Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. 111.Belə ki, məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunma üçün sadalanan hallardan heç birinə yol verilməmişdir. 112.Kollegiya qeyd edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırkı əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Çünki cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktlardan və dindirilmiş şahid ifadələrindən görünür ki, həmin ifadələrlə cavabdehin təqdim etdiyi sənədlər ziddiyyətlidir. Belə ki, iddiaçının barəsində tərtib olunmuş aktları, həmkarlar ittifaqı komitəsinin iclas protokolunu imzalayan və hazırkı iş üzrə şahid kimi ifadə verən bəzi şəxslər aktlar tərtib olunan gün işdə olmadıqlarını bildirmişlər ki, bu da həmin sənədlərin qərəzli şəkildə tərtib edildiyini göstərməklə, onların mötəbərliyini şübhə altına alır. Belə ki, məhkəmədə şahid qismində ifadə verən kadrlar üzrə mütəxəsis X21 ifadəsində qeyd etmişdir ki, Şirinnaz xanım may ayında 5 gün ərzində ardıcıl işə gəlməyib. Onun may ayında həmin 4-5 gün işə gəlməməsindən başqa belə hal olmayıb. Aktlarda isə iddiaçının iyul ayında işə çıxmadığı qeyd olunmuşdur. 113.Digər tərəfdən, iddiaçının cavabdeh tərəfin qeyd etdiyi vaxtlarda işdə olmasını təsdiq edən hallar, onun tabelləri imzalaması, əmək haqqını almasıdır. Cavabdeh tərəfin iddiaçının sonradan tabeli imzalaması, bununla bağlı aktlar tərtib edilməsi ilə bağlı qeyd etdiyi dəlillər, yuxarıda qeyd olunan hallara münasibətdə əsaslı hesab oluna bilməz. 114.Bundan əlavə 5 nömrəli X12 xx.xx.2024-cü il tarixli, 96-k nömrəli ərmi ilə öz əmək funksiyasını düzgün yerinə yetirmədiyinə görə 5 nömrəli X12 Pedoqoji heyətin tərbiyəçisi İddiaçı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi, Baş həkimin sərəncamı, 5 nömrəli X12 HİK-nin xx.xx.2024-cü il tarixli 14 nörməli protokolu məlumatı və İddiaçı izahatı əsas olmuşdur. 115.5 nömrəli X25 üzrə HİK-nin xx.xx.2024-cü il tarixli iclasının 14 nömrəli protokolundan görünür ki, həmin iclasda Qərara alınmışdır ki, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və bu hallar əvvəllər də təkrarlanıb. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə işə gəlməyərək ƏM-nin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş kobud pozuntuya görə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. 116.Göründüyü kimi iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi barədə əmrin və cavabdeh müəssisənin HİK-nin iclasının tarixi eyni (xx.xx.2024-cü il) olmaqla, şiddətli töhmət verilməsi barədə əmrdə əsas kimi HİK-nin xx.xx.2024-cü il tarixli, 14 nörməli protokol məlumatı göstərilmiş, HİK-nin xx.xx.2024-cü il tarixli protokolunda isə S.Ş.Süleyman qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və digər halların onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməməmsinin əsası kimi göstərilmişdir. 117.Beləliklə müəyyən olunur ki, şiddətli töhmətin verilməsi barədə əmr və HİK-nin iclasının tarixləri eyni olmaqla, hər ikisində bir-birinə istinad olunmaqla hansının (əmrin verimləsi, yaxud HİK-nin iclasının) daha əvvəl baş verməsi qeyri-müəyyən olmaqla, biri-biri ilə ziddiyət təşkil edir və kollegiya aşağıda göstərilən hallara görə hesab edir ki, HİK-nin protokolu qanuvericiliyin tələblərinin pozulması ilə qəbul olunmuşdur. 118.Belə ki, Azəbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 119.Lakin iş materiallarından cavabdehin belə bir təqdimatla Həmkarlar İttifaqı Komitəsinə müraciət etməsi müəyyən edilmir. 120.Digər tərəfdən məhkəmədə şahid qismində ifadə verən Həmkarlar İttifaqının sədri vəzifəsini icra edən X15 ifadəsində qeyd etmişdir ki, Milana xanımın Şirinnaz xanımı işdən çıxarma ilə bağlı fikri olduğunu iclas vaxtı bilmişdir. Şirinnaz xanımın işdən çıxarılması ilə bağlı onlara akt verilib. Şirinnaz xanımın işdən çıxarılmasının məqsədəuyğun olmasını akt formasında qeyd etmişlər, sonra da protokollaşdırılıb. 121.Bundan əlavə məhkəmə iclasında ifadə vermiş, cavabdeh müəssisədə tərbiyəçi vəzifəsində işləyən şahid X10, kadrlar üzrə mütəxəsis X21 ifadələrində Həmkarlar İttifaqı Komitəsinin 02 avqustda olan iclasına Milana xanımın rəhbərlik etdiyini bildirmişlər. 122.Göründüyü kimi, cavabdeh tərəfindən əvvəlcədən təqdimatla Həmkarlar İttifaqı Komitəsinə müraciət edilməmiş, Həmkarlar İttifaqı Komitəsinin iclasına isə bu məsələdə maraqlı şəxs olan baş həkim Milana Məsiyevanın sədrlik etəsi bir daha təsdiq edir ki, HİK-nin iclası formal olmuşdur. 123.Kollegiya qeyd edir ki, Həmkarlar İttifaqı haqqında qanunvericiliyin yuxarıda qeyd olunan müddəlarından göründüyü kimi həmin təşkilatın əsas funksiyası işçilərin hüquqlarının qorunmasından, onların işəgötürən tərəfindən hüquqlarının əsassız pozulması və ya məhdudlaşdırılması hallarına qarşı mübarizə aparılmasından ibarət olmasına baxmayaraq, hazırkı iş üzrə cavabdeh müəssisənin HİK-nın xx.xx.2024-cü il tarixli iclasına işəgötürənin sədrlik etməsi həmkarlar ittifaqı komissiyasının müstəqilliyini pozaraq, qərarın formal xarakter daşıdığını təsdiq etməklə, qəbul olunmuş qərarın obyektivliyini istisna edir. 124.Başqa bir hal ondan ibarətdir ki, Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilməsi, bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehinin verilməsinin qadağan edilməsinə baxmayaraq qanunvericiliyin bu tələbi də pozularaq iddiaçıya eyni gündə (xx.xx.2024) iki intizam tənbehisonuncu xəbərdarlıqla şiddətli töhmət və bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 125.Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şahidlərin hazırda 5 nömrəli X11 işləmələri və ifadələr arasındakı ziddiyətli məqamlar nəzərə alındıqda həmin ifadələrin cavabdehin etirazının əsası kimi istinad etdiyi hallara dair sübut mənbəyi kimi qəbul edilməməsi barədə məhkəmənin mövqeyi əsaslı olmuşdur. Lakin bu hal həmin ifadələrin cavabdehin etirazının əsası kimi istinad olunan hallara dair olmayan hissələrdə nəzərə alınmasını istisna etmir. 126.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 244 və 246-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyə görə, ... qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. 127.Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququ subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında hakimiyyət-tabeçilik xüsusiyyətinin olması ilə xarakterizə olunur. Bu baxımdan işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorunmaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 17 iyul 2023-cü il tarixli Qərarı). 128.Göründüyü kimi, qanunverici əmək hüquq münasibətlərinin tənzimlənməsinin subyektlərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli olduğunu təsbit etmişdir. 129.Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. AR ƏM həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 130.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr verilərkən qanunvericiliyin tələbləri pozulmuş, əmrin qanunsuzluğu barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 131.Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələblərinə müvafiq olaraq kollegiya hesab edir ki, məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. 132.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməlidir. 133.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 134.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 135.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 136.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 137.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh 5 nömrəli X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(008)-6498/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov