Məhkəmə qərarları › İş №2(103)-1573/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1573/2025

15.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1573/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti cəlb olunmaqla əmrin ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin Nümayəndə iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5149/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nə satış şöbəsinin direktoru vəzifəsinə qəbul olunmuş və və aylıq əmək haqqısı 854 manat müəyyən edilmişdir. İşə başlama tarixi 15 yanvar 2024-cü il müəyyən edilmişdir.

2. Cavabdeh MMC-nin 21 may 2024-cü il tarixli 20/05 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı AR ƏM-ni 70.ç-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün yəni həmin maddənin “C” işçinin təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və “F” işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərfibi olan ictimai-təhlükəli əməllərə yol verməsi bəndlərinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir.

3. 04 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 04 yanvar 2024-cü il tarixdə cəmiyyətin vəzifəli şəxslərinin ezamiyyətdə olarkən cəmiyyətin ofisini iş vaxtı rəhbərlyi yazılı və ya şifahi məlumatlandırmayaraq tərk etmişdir. İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyərək əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarını pozmuş iş yerini icazəsiz tərk etmişdir. Nəticəfə rəhbərlik məzuniyyətdən tez gəldiyi üçün ofisə daxil olaraq cəmiyyətin içərisində olan ofis binasının nəzarətsiz və qapıları açıq vəziyyətdə olduğunu müəyyən etmişlər. Əməkdaş İddiaçı zəng edərək harada olduğu barədə məlumat almaq mümkün olmamışdır. Əməkdaş İddiaçı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir.

4. 11 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 11 yanvar 2024-cü il tarixdə cəmiyyətin ofisini iş vaxtı rəhbərlyi yazılı və ya şifahi məlumatlandırmayaraq tərk etmişdir. İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyərək əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarını pozmuş iş yerini icazəsiz tərk etmişdir. Bununlada əmək və icra intizamını kobud surətdə pozmuşdur. Əməkdaş İddiaçı zəng edərək harada olduğu barədə məlumat almaq mümkün olmamışdır. Növbəti gün İddiaçı mobil telefon vasitəsilə müdiriyyət ilə əlaqə yaradıb öz üzürxaqlığını bildirərək işdən azad olunamaması üçün xahiş etmişdir. Əməkdaş İddiaçı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir.

5. Cavabdeh MMC-nin cəmiyyətin baş mühasibinə ünvanladığı 09 fevral 2024-cü il tarixli məktubundan görünür ki, cəmiyyətin işgüzar münasibəti zəmnində apardığı təsərrüfat fəaliyyəti üzrə Bioloji Təbabət MMC, Central Clinic MMC, Yasamal Hospital MMC və AzMedical MMC ilə edilmiş üzləşmə zamanı satış şöbəsinin direktoru İddiaçı tərəfindən edilmiş əməliyyatlar üzrə 7887 manat vəsaitin çatışmadığı müəyyən edilmişdir. İddiaçı şirkətə məxsus olan vəsaiti müştərilərdən alaraq mənimsəmişdir. Alınan vəsaiti gətirib ofisdə əməliyyatçı vəzifəsində işləyən X7 təhvil verdiyini bildirərək məsuliyyətdən boyun qaçırmışdır.

6. 26 fevral 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı əmək funksiyalarını tez-tez pozulmasını nəzərə alaraq hərəkətlərinə nəzarət tədbiqi zamanı iş vaxtında qeyri-işlərələ məşğul olaraq şirkətin əleyhinə olan əməllər aşkar olunmuşdur. Belə ki, İddiaçı rəhbərliyin verilmiş tapşırığını yerinə yetirməmiş, aparılan telefon danışıqlarını rəhbərliyə təqdim etməkdən boyun qaçırmış, bununla da əmək və icra intizamını kobud şəkildə pozmuşdur. İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyərək əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarını pozmuş iş və icra intizamına əməl etməmişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir.

7. Cavabdeh MMC-nin tərtib edilmiş cədvəldə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X10 tərəfindən həmin tarixdə Cavabdeh MMC-nin satış şöbəsinin direktoru İddiaçı təhvil verilib. Bu məbləğlərin içindən xx/xx/2023-1000 manat və xx.xx.2023-1185 manat ödəmə İddiaçı Miisir qızının şəxsi kartına köçürülüb yerdə qalan məbləğ isə əlbəəl nəğd şəkilində alınmışdır.

8. Cavabdeh MMC-nin tərtib edilmiş cədvəldə qeyd edilmişdir ki, xx.xx.2024-ci il tarixdə İmişli Medisan kilinikası tərəfindən Cavabdeh MMC-nin satış şöbəsinin direktoru İddiaçı 1118 manat pul nəğd şəkildə pul verilmişdir. Bu məbləğlərin içindən xx/xx/2023-1000 manat və xx.xx.2023-1185 manat ödəmə İddiaçı şəxsi kartına köçürülüb yerdə qalan məbləğ isə əlbəəl nəğd şəkilində alınmışdır

9. xx.xx.2022-ci il tarixli Central Clinic tərəfindən təqdim edilən qəbzdən görünür ki, Central Clinic tərəfindən İddiaçı məxsus karta 400 manat pul göndərilmişdir.

10. X5 iştirak edilməməsi barədə MŞB/6-01134 nömrəli 20 iyun 2024-cü il tarixli arayışında görünür ki, 50 manat mediasiya xərci, 10 manat kargüzarlıq xırci İddiaçı tərəfindən ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti olmaqla əmrin ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək, onun həmin vəzifəyə işə bərpa edilməsi, xx.xx.2024- cü il tarixdən əvvəlki vəzifəyə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının və son haqq hesabın ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 2020 (iki min iyirmi) manat pulun, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat mediasiya haqqının, 10 (on) manat kargüzarlıq xərcinin, cəmi 2080 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi (xx.xx.2024-cü il işə başlama tarixi, bildirişin imzalandığı tarix isə xx.xx.2024-cü il) bağlanaraq satış şöbəsinin direktoru (əmək müqaviləsi üzrə) vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 854 (səkkiz yüz əlli dörd) manat məbləğində əmək haqqının ödənilməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmrə əsasən iddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ç. maddəsinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə əmək kitabçası iddiaçıya təhvil verilmişdir və həmin tarixdən iddiaçı işləmir. Hesab edir ki, İddiaçı işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmr tamamilə qanunsuz və əsassızdır. İddiaçı xx.xx.2024-cü il tarixdə əməkdaşlıq etdiyi klinikalardan birinə satış məqsədi ilə məhsullar aparmağa hazırlaşırdı. Müştəri məhsulların toplam qiymətinin çox olduğunu və 2 ayrı hesab-faktura (qaimə) şəklində təqdim edilməsini təklif etdikdə isə iddiaçı hesab-fakturada (qaimə) düzəliş etmək üçün işdə qalmışdır. Bu zaman Cavabdeh MMC-nin direktoru X8 iddiaçıya niyə hələ də işdə olduğu barədə irad bildirir. İddiaçı isə sənədlərdə düzəliş üçün yubandığını bildirsə də R.E.Abdullayeva iddiaçıya gün ərzində dəfələrlə əsəbi formada zəng etmiş və qışqıraraq ofisə geri qayıtmasını tələb etmişdir. İddiaçı ofisə geri qayıtdıqda isə niyə telefonunun məşğul olması barədə izahat tələb edib və telefonuna baxmaq üçün iddiaçının şəxsi telefonunu ona verməsini tələb etmişdir. İddiaçı isə bu tələbə etiraz edərək telefonun şəxsi olduğunu və telefondan ailəsi (uşaqları) ilə əlaqə saxlamaq üçün istifadə etdiyini bildirmişdir. R.E.Abdullayeva iddiaçının bu sözlərindən də əsəbləşərək qışqırıb, nalayiq sözlər və ifadələr işlədərək masanın üzərindəki əşyaları iddiaçının üzərinə atıb, onu “tərbiyəsiz” adlandıraraq təhqir etmişdir. İddiaçı isə mübahisə nəticəsində R.E.Abdullayevaya işdən çıxmaq istəyini bildirmiş və üst geyimi və çantasını götürərək iş yerini tərk etmişdir. R.E.Abdullayevanın otağında olan yüksək səsli mübahisəni eşidən digər işçilər 2-ci mərtəbəyə direktorun iş otağa yaxınlaşanda isə R.E.Abdullayeva daha da əsəbləşib qışqıraraq hamını qovmuşdur. R.E.Abdullayeva Şirkətin əməliyyatçısı vəzifəsində çalışan X12 ilə də kobud rəftar edərək niyə iş yerində olmadığını soruşmuşdur. Bu mübahisə nəticəsində X6 da əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Məlumat üçün bildirmək istərdim ki, X12 tərəfindən hüquqlarının müdafiəsi məqsədi ilə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. xx.xx.2024-cü il tarixindən sonra iddiaçı iş yerinə getməmişdir. Buna baxmayaraq iddiaçının əmək müqaviləsinə xitam verilməmiş, əmək haqqı ödənilməmişdir. R.E.Abdullayeva tərəfindən bir neçə dəfə iddiaçıya işçilər vasitəsi ilə “əskik mallar və pul” barədə məlumat göndərilmişdir. Lakin iddiaçı kassir, mühasib və ya anbardar vəzifəsində işləmədiyindən bu iddialar əsassızdır. xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmrə əsasən iddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ç. maddəsinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunarkən iddiaçıdan heç bir izahat alınmamış, əsas göstərilməmiş və “Əmək müqaviləsinə xitam verilməsi” barədə ƏMR-lə tanış olmamış və ona Əmək Qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət olunmuşdur və MŞB/6-01134 saylı, xx.xx.2024cü il tarixli X5 (İMS) cavabdehin iştirak etməməsi barədə arayış verilmişdir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edirəm ki, Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassız hesab edilməli, İddiaçı işə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən əvvəlki vəzifəyə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının və son haqq hesabın ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 2020 (iki min iyirmi) manat pulun, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat mediasiya haqqının, 10 (on) manat kargüzarlıq xərcinin, cəmi 2080 manat vəsait Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

13. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı iş və icra intizamını kobud formada pozaraq, anbardan mallar götürmüş daha sonra sistemdən həmin malların qiymətini azaldaraq mənimsəmişdir. İddiaçı cavabdeh təşkilatda uzun müddət işlədiyindən onun barəsində hüquq mühafizə orqanalarına məlumat verməmişdir. Sözügedən aktlar məhz iddiaçının icra intizamını pozması səbəbindən tərtib edilmişdir. İddiaçının vəzifələrini müəyyən edən hər hansı bir təlimat olmamışdır. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyətini müəyyən edən müqavilə olmamışdır. xx.xx.2024-cü il tarixli və xx.xx.2024- cü il tarixli aktlar hazırki müqavilə üzrə deyildə bundan əvvəl bağlanmış müqavilə üzrə əmək funksiyalarını yerinə yetirilməsi ilə bağlı tərtib edilmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçı malların çıxarılmasını həyata keçirirdi, malların çatdırılması birbaşa həyata keçirməmişdir. Malları sürücü çatdırmışdır müştərilərə, lakin sürücü də iddiaçının qardaşı olmuşdur.

14. Cavabdeh MMC-nin nümayəndəsinin məhkəməyə xüsusi qərardadın çıxırılmasına dair vəsatət verərək bildirmişdir ki, İddiaçı İddiaçı tərəfindən əməkdaşı olduğu satış bölməsinin işini apararkən alınmış vəsaitlərin iş yoldaşı ilə əlbir olaraq sənədlərin saxtalaşdırılması yolu ilə şirkətin kassasına mədaxil etmədikləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilən kitablar və qaimələr əsasən malların təqdim edildiyi aydın görsənir. Həmin malların təqdim edildiyi müəssiəslər tərəfindən edilmiş üzləşmə aktlarına əsasən təqdim edilmiş malların dəyəri əlbə-əl və İddiaçı məxsus Azərbaycan bank kartına köçürüldüyü göstərilmişdir. İddiaçı cinayət törədilərək yəni cəmiyyətin mallarını sataraq təhvil edilməli vəsaiti mənimsəmiş və xeyli miqdarda pulları dələduzluq yolu ilə ələ keçirilmişdir. İddiaçı vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq xeyli miqdarda pularını dələduzluq yolu ilə ələ keçirməsi, eyni zamanda cəmiyyətin anbarından təhvil alınmış malların miqdar və sayını əllərində olan imkanlardan istifadə edərək azaldaraq işgüzar münasibətlərdə olduğu müəssisələrin anbarına təhvil verilmiş miqdardan az göstərərək və bununla da bu hallar vəzifə səlahiyyətlərindən sui-istifadə əməli kimi qiymələndirilməlidir və Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi ilə tövsid edilməlidir.

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5149/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi Cavabdeh MMC-nin “işdən azad olunma barədə” xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin satış şöbəsinin direktoru vəzifəsinə bərpa edilməsi və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, 50 (əlli) manat mediyasiya xərci, 10 (on) manat kargüzarlıq xərci və 500 (beş yüz) manat vəkil xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 16.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında İddiaçı ilə Cavabdeh MMC-də satış şöbəsinin diroktoru vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh MMC-nin xx.xx.2024- cü il tarixli 20/05 nömrəli əmrinə əsasən, Premiummed” MMC-də satış şöbəsinin diroktoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” və “c” bəndləri qeyd edilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi sözügedən bəndlərə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlarda göstərilən halların əsas olduğunu bildirsədə, məhkəmə qeyd edir sözü gedən aktların ilk ikisi hərəflər arasında bağlanmış əmək müqaviləsindən əvvəl olduğundan sözügedən aktlar xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğvi üçün əsas hesab edilə bilməz. Bundan sonra məhkəmə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda göstərilənəri möhtəbər sübüut kimi qiymətləndirilə bilməz. Belə ki sözügedən aktda dəymiz ziyanın hansı dövürü əhatə etməsi, hansı MMC-nin hansı məbləğdə ödəniş etdiyini və bu ödənişin hansı əsasla iddiaçıya ödədiyini sübut edən təkzibolunmaz dəlillər məhkəməyə təqdim edilməmişdir. Bundan sonra məhkəmə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilənləri-“ İddiaçı əmək funksiyalarını tez-tez pozulmasını nəzərə alaraq hərəkətlərinə nəzarət tədbiqi zamanı iş vaxtında qeyri-işlərələ məşğul olaraq şirkətin əleyhinə olan əməllər aşkar olunmuşdur. Belə ki, İddiaçı rəhbərliyin verilmiş tapşırığını yerinə yetirməmiş, aparılan telefon danışıqlarını rəhbərliyə təqdim etməkdən boyun qaşırmış, bununlada əmək və icra intizamını kobud şəkildə pozmuşdur” araşdıraraq bildirir ki, cavabdeh işə götürən iddiaçının iş vaxtında qeyri işlər ilə məşğul olduğunu bildirsə də, sözügedən qeyri işlərin konkret nələr olduğunu qeyd etməmişdir, həmçinin iddiaçıya məxsus telefonu danışıqlarının rəhbərlikə təqdim etməsindən imtinasını isə əmək və icra intizamını pozması kimi qiymətləndirsədə, iddiaçının şəxsi telefon danışıqları şəxsi həyat sirri olduğundan bunun məcburi qaydada tələb edilməsi iddiaçının deyildə cavabdehin əmək qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə maddi ziyanın vurulması və işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi sübuta yetrilsin. Hazırki işdə məhkəməyə təqdim edilən xx.xx.2023cü il tarixli qəbz əmək müqaviləsinin tarixindən əvvəlki dövürü əhatə edir, bundan başqa cavabdehin təqidm etdiyi üzləşmə altları isə yalnız cavabdeh təşkilat və onunla mal alışverişində olan digər təşkillatlar tərəfindən tərtib edilmiş və vurulmuş olduğu iddia edilən maddi ziyanın əksəriyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixi əhatə etməsi göstərilmişdir. Göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmamışdır, yəni, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları olmadığından və buna dair hər hansı möhtəbər sübut məhkəməyə təqdim olunmadığından iddia təmin edilməli, Cavabdeh MMC-nin “işdən azad olunma barədə” xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-nin satış şöbəsinin direktoru vəzifəsinə bərpa edilməli və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 10, 68-ci maddəsinin 1 və 2-ci bəndi, 70, 71-ci maddəsinin 2-ci hissəsi, 72-ci maddəsinin “c” və “f” bəndi, 76.1, 70-ci maddələri; «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1, 218.1, 14.2, 77.1 və 216-220 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin iddiaçının iddiasının qismən təmin edilmiş hissəsinin (yəni Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 20/05 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və Cavabdeh MMC-dən 560 manat vəsaitin tutulması hissəsinin) ləğv edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılmamış, iş üzrə tərəflərin məhkəməyə təqdim etdiyi sənədlər və sübutlar tədqiq edilməli olduğu halda, heç bir araşdırma aparmadan iddiaçının maraqlarını müdafiə edən qərəzli qətnamə qəbul edilmişdir. Rayon məhkəməsi qət etdiyi qətnaməsində iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən günlərdə baş verən halları qeyd etməsinə baxmayaraq, həmin hissədə iddiaçının iddia tələbinin əsaslı olmasını belə əsaslandırmışdır ki, cavabdeh tərəf iddiaçının aktlarla təsdiq edilən günlərdə cavabdehə hansı qaydada ziyanın vurulduğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, bu əsasla iddiaçının həmin hissədə iddiasını əsaslı saymışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə əməkdaşlıq etdiyi klinikalardan birinə satış məqsədi ilə məhsullar aparmağa hazırlaşdığını özü ərzəsində geniş şərh edir. Müştərinin məhsulların toplam qiymətinin çox olduğunu və 2 ayrı hesab-faktura (qaimə) şəklində təqdim edilməsini təklif etdikdə isə iddiaçı hesab-fakturada (qaimə) düzəliş etmək üçün işdə qaldığını göstərmişdir. Cavabdeh MMC-nin direktoru X8 iddiaçıya niyə hələ də işdə olduğu barədə irad bildirir. Hesab edir ki, müəssisə rəhbərinin rəhbərlik etdiyi qurumun əməkdaşının iş vaxtında hansı işlə məşğul olduğu və ya olacağı barədə soruşması tam qanuni və əsaslıdır. Bu halda rəhbər və əməkdaş arasında disskusiya yaranmışdır ki bunu digər əməkdaşların da təsdiqləyə biləcəyi, araşdırıla biləcəyi halda məhkəmə tərəfindən bu tədqiq edilməmişdir. İddiaçı verdiyi iddia ərizəsində və qəbul edilmiş qətnamədə də “mübahisə nəticəsində R.E.Abdullayevaya işdən çıxmaq istəyini bildirmiş və üst geyimi və çantasını götürərək iş yerini tərk etmişdir” cümləsi vardır. Burdan aydın olur ki, İddiaçı işdən getməyi özü planlaşdırmışdır. Ərizədə qeyd edilmişdir ki, bu hadisələr Direktorun otağında baş vermişdir. Digər açıqlamada isə Direktorun onun otağına gəldiyi qeyd edilir. Direktor R.E.Abdullayev bela bir halın ümumiyyətlə olmadığını sadəcə disskusiya olduğunu bildirir. R.E.Abdullayevanın otağında olan disskusiyanı eşidən digər işçilər 2-ci mərtəbəyə direktorun iş otağa yaxınlaşmışlar. Rəhbərin hər hansı işçinin gündəlik fəaliyyəti, iş planı ilə maraqlanmağı vacibdir. Həmin vaxt baş verənlərdə bilavasitə İddiaçı günahkar olduğu üçün 12 yanvar 2024-cü il tarixində vatsapda üzürxahlıq məqsədi ilə direktora yazmış və yazışmaları da təqdim edə bilər. Hazırki rəqabət və iqtisadi inkişaf dönəmində hər müəssisə öz fəaliyyətini effektiv kadrlarla zənginləşdırməlidir ki, müəssisənin işi daha da səmərəli olsun. Müəssisə rəhbərliyi tərəfindən, bir neçə dəfə İddiaçı rəhbərlik etdiyi sahədə maliyyə çatışmamazlıqları, sənədlərdə saxtalaşma, anbarda malların əskik olaması barədə məlumatlandırılmışdır. Hətta, İddiaçı çatışmayan məbləğin onun tərəfindən qaytarılmalı olduğu əməkdaş tərəfindən ona dəfələrlə bildirilmişdir. Bu müəssisənin əməkdaşları tərəfindən də təsdiq edilə bilər. İddiaçı çatışmamazlıqlardan qəpiyə kimi xəbərdardır. İddiaçı kassir, mühasib və ya anbardar vəzifəsində işləmədiyini bildirməsi bir sıra aşkar sübutların araşdırılmamasına əsas vermir. Bəs İddiaçı hansı vəzifədə işlədiyini və həmin vəzifə üzrə vəzifə təlimatlarını və əmək funksiyalarını bilirmi? Həmin vəzifə öhdəlikləri işgüzar əməkdaşlıq zəminində mal təqdim edilmiş müəssislərin pullarını almağı, şəxsi kart hesabına köçürməyi, qaimləri şəxsən aparıb həmin müəssisələrə- bir yox bir neçə yox demək olar ki əməkdaşlıq edilən bütün müəssisələrə paylamağı ehtiva edirmi? Adı dəfələrlə çəkilən digər əməkdaş X6 da müəssisənin daxili proqramına giriş açarı olduğu üçün eyni əməllər əlbir olaraq törədildiyinə dair əsaslar vardır. Məhkəmə tərəfindən araşdırılamayan vacib bir məsələ İddiaçı məxsus 4127 2093 0961 7253 saylı Azərbaycan Beynəlxalq Bankı kartına müəssisənin müştəriləri tərəfindən köçürülmüş vəsaitlərin həmin müştərilər tərəfindən verilmiş üzləşmə aktları ilə sübut edilən mənimsənilmiş vəsaitlərin aşkar edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli vəsatət idi. Lakin bu məsələyə məhkəmə münasibət bildirməmişdir. Məhkəmə tərəfindən araşdırılamayan digər bir vacib məsələ İddiaçı digər əməkdaşla anbardan götürən malların qaimə üzrə qiymətinin azaldılaraq müəssisəyə digər saxta qaimə əsasında təqdim edilməsi, bir neçə müəssisənin möhür və imzası ilə təsdiq edilmiş üzləşmə aktlarında malların təhvil götürülməsi və pulun məhz İddiaçı verildiyi göstərildiyi üçün xx.xx.2024-cü il tarixli Xüsusi Qərardad çıxarılması ilə bağlı Vəsatəti qeyd edilmiş sübutların alınması ilə bağlı 1-ci və təqdim edilmiş sübutlar araşdırılmamış “əməldə hazırda hər hansı bir cinayət tərkibinin olduğu sübuta yetirilə bilmədiyindən vəsatət təmin edilə bilməz” qeydi ilə təmin edilməmişdir.Bundan başqa qeyd edilmişdir ki, işdən azad olunarkən İddiaçı heç bir izahat alınmamış, əsas göstərilməmiş və “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış olmamış və ona Əmək Qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Lakin iş materiallarında dəfələrlə verilmiş xəbərdarlıqlar, əmək və icra intizamının pozulmasına dair aktlar və edilmiş xəbərdarlıqları imzalamaqda imtina edilməsi barədə qeydlər mövcuddur. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə də əməkdaşın uzun müddət bu müəssisədə işlədiyini əsas gətirərək münasibətlərin cinayət tərkibinin araşdırılması məqsədi ilə müvafiq quruma təqdim etmək istəmədikləti qeyd edilib. Mallar əməkdaşın qardaşı tərəfindən daşınmışdır. Məsələ ondadır ki, mallar anbardan say üzrə düz çıxmış və mənzil başına çatdırılmış olsa belə malların dəyəri əməkdaş İddiaçı kart hesabına daxil olmuşdur. Digər bir halda isə malların dəyəri azaldılmış, mallara qiymətini azaldaraq əslində malların faktiki dəyərini təqdim edilmiş müəssisədən almışdır. Rəhbərlik İddiaçı bu məsələ ilə bağlı dəfələrlə məlumat vermişdir. Müəssisənin anbarına gələn və satılan mallar Azərbaycan Respublikası gömrüyündən keçəndən ciddi qeydiyyat şəraitində hərəkət edir. Mallar həmçinin spesifik bir mal olduğu üçün onların gizlin satmaq və ya satıb gizlətmək mümkün deyil. Müəssisənin məşğul olduğu fəaliyyət üzrə əhatə dairəsi məhduddur. Qətnamədə toxunulan məsələlərdən biri də telefon danışıqlarının rəhbərliyə təqdim etməməsində haqlı olduğu, bunun şəxsi həyat sirri olduğu bildirilsə də bu hərəkətin paralel işgüzar münasibət qurulmuş müəssisələrdən alınmış məlumatların yoxlanılması məqsədi ilə edildiyi əsas səbəb olmuşdur. Əmək məcəlləsinin müvafiq bəndlərinin sadalandığı qərar üzrə bildirmək istəyir ki, qeyd edilənlər tamamiilə əsassız və qanunsuzdur. İşçi rəhbərliklə mübahisə edir, işçilərlə davranış qaydalarını pozur və əməkdaşlarla əlbir olub qanunsuz əməllər törədir. Bunun hansı nəticələrə gətirib çıxartdığı göz qabağındadır. Belə işçi işlədiyi kollektivə hansı təsiri edə bilər. Lakin nədənsə məhkəmə bu halları araşdırmamıdır. Hazırda qeyd edilən hallar barədə müəssisənin digər əməkdaşları da öz fikirlərini bildirməyə hazır olsalar da bu da məhkəmə tərəfindən tədqiq edilməmişdir. Müəssisə əməkdaşları qeyd edilən halların canlı şahidləridir. Qeyd edilmiş aktların hansı dövrə aid olması məsələsi isə törədilmiş xəta və, və ya cinayət əməlinin mövcud olmaması anlamına gəlmir. İş materiallarına əlavə edilmiş aktlar və üzləşmələr həmçinin karta köçürülən pul vasaitləri, müəssisənin kassasına təhvil verilməməsi, ümumi anbarda qeyd edilən malların əskik gəlməsi daha hansı qeyri qanuni hərəkəti və ya təqsirli hərəkəti nəticəsində işəgötürənə maddi ziyanın vurulması daha necə sübut edilməlidir. Bir halda ki təqdim edilmiş sübutlar araşdırılmadan qalmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin e-2(008)-5149/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiasını qismən təmin edərkən yol verdiyi digər qanun pozuntusu ondan ibarətdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş rəsmi sübutlara heç bir qanuni əsas olmadan məhkəmə tərəfindən səthi yanaşması hallarıdır ki, cavabdeh tərəf məhkəmənin bu addımı ilə ümumiyyətlə razılaşmır. Belə ki, məhkəmə öz qətnaməsində qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh MMC- nin xx.xx.2024-cü il tarixli 20/05 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Bu məqsədlə məhkəmə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 11.01.24, 26.02.24 və bu kimi digər tarixli aktlar, həmin aktlarda göstərilən məlumatlar, o cümlədən həmin aktda qeyd edilən məlumatları təsdiq edən cavabdeh tərəfindən təqdim edilmiş müvafiq aktları, xəbərdarlıqları tədqiq edərək, həmin sübutları mötəbər sübut kimi qəbul etməmişdir. Halbuki, həmin rəsmi sübutlar məhkəmə tərəfindən mübahisəsiz qaydada mötəbər sübutlar kimi qəbul edilməlidir. İş materillarında olan 04 yanvar 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 04 yanvar 2024-cü il tarixdə cəmiyyətin vəzifəli şəxslərinin ezamiyyətdə olarkən cəmiyyətin ofisini iş vaxtı rəhbərlyi yazılı və ya şifahi məlumatlandırmayaraq tərk etmişdir. İddiaçı əmək funksiyalarını lazımi qaydada yerinə yetirməyərək əmək müqaviləsi üzrə vəzifə və əmək funksiyalarını pozmuş iş yerini icazəsiz tərk etmişdir. Nəticəfə rəhbərlik məzuniyyətdən tez gəldiyi üçün ofisə daxil olaraq cəmiyyətin içərisində olan ofis binasının nəzarətsiz və qapıları açıq vəziyyətdə olduğunu müəyyən etmişlər. Əməkdaş İddiaçı zəng edərək harada olduğu barədə məlumat almaq mümkün olmamışdır. Əməkdaş İddiaçı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir. Növbəti gün İddiaçı mobil telefon vasitəsilə müdiriyyət ilə əlaqə yaradıb öz üzürxaqlığını bildirərək işdən azad olunamaması üçün xahiş etmişdir. Əməkdaş İddiaçı baş vermiş hadisə ilə bağlı izahat verməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin cəmiyyətin baş mühasibinə ünvanladığı 09 fevral 2024-cü il tarixli məktubundan görünür ki, cəmiyyətin işgüzar münasibəti zəmnində apardığı təsərrüfat fəaliyyəti üzrə Bioloji Təbabət MMC, Central Clinic MMC, Yasamal Hospital MMC və AzMedical MMC ilə edilmiş üzləşmə zamanı satış şöbəsinin direktoru İddiaçı tərəfindən edilmiş əməliyyatlar üzrə 7887 manat vəsaitin çatışmadığı müəyyən edilmişdir. İddiaçı şirkətə məxsus olan vəsaiti müştərilərdən alaraq mənimsəmişdir. Alınan vəsaiti gətirib ofisdə əməliyyatçı vəzifəsində işləyən X7 təhvil verdiyini bildirərək məsuliyyətdən boyun qaçırmışdır. İşin rəsmi və faktiki hallarından görünür ki, iddiaçının məhz cavabdeh təşkilatda tutduğu vəzifədən azad olunmasına dair verilmiş xx.xx.2024-cü il tarixli 20/05 saylı əmrin əsası kimi, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 11.01.24, 26.02.24 və bu kimi digər tarixli aktlar çıxış edir. Həmin 11.01. 2024-cü il tarixli Aktın məzmunundan görünür ki, Cavabdeh MMC-nin Satış şöbəsinin Direktoru vəzifəsində çalışan İddiaçı 11.01.24, 26.02.24 və bu kimi digər tarixlərində Cəmiyyət üzrə işçilərin işə davamiyyətinə riayət etməyərək üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməmişdir, bununla da özünün əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin, «a» və «b» bəndlərinin, bağladığı Əmək kontraktının tələblərinin, habelə Cavabdeh MMCnin “X3”nın müvafiq tələblərinin pozulması olaraq, AR ƏM-ııin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmiş, yuxarıda göstərilən halların işçi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə və onun işdən çıxarılmasına əsas verdiyi qeyd olunmuşdur. Apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, məhz həmin Aktda qeyd edilən məlumatlar cavabdeh tərəfindən təqdim edilmiş müvafiq hallarla da öz təsdiqini tapmışdır. Yəni iddiaçının yuxarıda qeyd edilən Aktda göstərilən tarixlərdə heç bir üzürlü hallar olmadığı halda, işə çıxmaması, gecikməsi, işdən qeyri fəaliyyətlə məşğul olması faktları tərəfindən aktlarla tam sübuta yetirilmişdir. Hətta iddiaçının özünün də məhkəməyə təqdim etdiyi iddia ərizəsində etiraf edici ifadəsindən görünür ki, iddiaçı qeyd edilən tarixlərdə işdə mübahisə yaratmış işə çıxmamışdır və iddiaçı, öz ərizəsində bildirmişdir ki, işəgötürən tərəfindən həmin tarixlərdə ona zəng vurularaq işə laqeyid yanaşılmanın səbələri zəng vasitəsi ilə soruşulmuşdur. Bütün bu faktlar cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş Aktların qanuni və əsaslı olmasını təsdiq etdiyi halda, məhkəmənin bu sübuta səthi yanaşması ümumiyyətlə yolverilməzdir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi hazırki iş üzrə cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinə baxarkən, vaxtilə rayon məhkəməsinə cavabdeh tərəfindən təqdim edilmiş sübutlara (xx.xx.2024, xx.xx.2024-cü il və digər tarixli aktlar, həmin aktda göstərilən məlumatlar, o cümlədən həmin aktda qeyd edilən məlumatları təsdiq edən cavabdeh tərəfindən təqdim edilmiş müvafiq xəbərdarlıqlar və sair hallar) mötəbər sübut kimi qiymət verilməli və qəbul edilməlidir. Məhz həmin sübutlar cavabdeh tərəfindən qanuni əsaslarla əldə edildiyindən (yəni iddiaçının işdə edilmiş əmək intizamının bu və ya digər halda pozulması də öz təsdiqini tapdığından) iddiaçının iddiasının qismən təmin edilmiş hissəsidə apellyasiya məhkəməsi tərəfindən rədd edilməli və rayon məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

21.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdi. 22.Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi qeyd etmişdir ki, akt aprel ayında tərtib edilib, MMC-yə zərər dəymişdir. Dəyən zərəri konkret olaraq yaxın zamanlarda aşkar etdilər. Xüsusi qərardad çıxarılmasını xahiş edirlər. Audit rəyi də var, Məhkəmə iclası təxir edilsə təqdim edə bilərlər. Dəymiş ziyan ödənilməyib. Ödəniş edilsə barışıq ola bilər. dəymiş ziyanın ödənilməsini xahiş edirlər. 23.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, barışıq mümkün olmadı. Təqdim olunan rəy gecikmiş sübutdur, heç bir əsası yoxdur. Təqdim olunan sübutlar birinci instansiya məhkəməsinin baxış iclasında təqdim edilib. Hüquqi şəxsin nümayəndəsinin əsas iş yeri həmin hüquqi şəxs olduqda təmsil edilə bilər. Həmin zaman da qarşı tərəfin təqdim etdiyi sənədlər də qəbul edilməməlidir. Təqdim olunan sübutlar da daha əvvəlki vaxta təsadüf edib. Rəy ilə razı deyilər, sübut kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsində aktı, rəyi təqdim edə bilərdilər. Orada niyə təqdim edilməyib, əsaslandırmayıblar.

24. xx.xx.2025-ci il tarixli məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında qeyd etdi ki, vəkil, məhkəmə xərclərinin ödənilməsini tələb edir. Bu halda barışıq ola bilər. Karta oturan pulları Rəna xanıma vermişdir. Başqa işçilərin də kartına pul otururdu, onlar da eyni qaydada kartdan pulu çıxarırdılar və Rəna xanıma verirdilər.Ofisdəki əməkdaşlar şahid kimi gələ bilər. Ofis menecerlərinin bu barədə məlumatı var. Lakin hər ikisi də oradan çıxıb, həmin zaman orada olublar. Möhür Rəna xanımda olub.Möhürü sonda o, vururdu.Neçə il belə işləmişdir. İndi akt tərtib edilib. 22 günün pulu verilməyib.Məzuniyyət ödənişi də verilməyib.Hazırda yeni işdə işləyir. İşə bərpa edilmək istəmir. 22 fevralda işdən çıxmışdır.

Tətbiq edilən hüquq normaları:

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2, 3-cü bənd: Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır; Maddə 11, 1-ci hissə: Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Maddə 11, 2-ci hissə: İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 68, 1-ci hissə: Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 68, 2-ci hissə a) bəndi: Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; Maddə 70, “ç” bəndi: İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71, 2-ci hissə: Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Maddə 71, 3-cü hissə: İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 84, 1-ci, 2-ci və 3-cü hissələr:

1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinə xitam verilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsinə xitam verilən gün, ay və il; -əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Maddə 300, 1-ci bənd: Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 188.1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.

2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Maddə 190.1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.

3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətidə qətnaməni iddia tələbinin qismən təmin edilən hissəsində mübahisələndirdiyindən və qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını iddianın qismən təmin edilən hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. 31.Kollegiya ilkin olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. 32.Hazıki işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-də 2018-ci ildən çalışmışdır. Daha sonra onunla olan əmək müqaviləsinə xitam verilsə də qısa müddətdən sonra xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında yeni əmək müqaviləsi bağlanaraq iddiaçı satış şöbəsinin diroktoru vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 20/05 nömrəli əmrinə əsasən, Premiummed” MMC-də satış şöbəsinin diroktoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” və “c” bəndləri qeyd edilmişdir. 33.Cavabdehin nümayəndəsi əmrin verilməsinə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlarda göstərilən halların əsas olduğunu bildirsə də, kollegiya qeyd edir ki, həmin aktların ilk ikisi tərəflər arasında bağlanmış sonuncu əmək müqaviləsindən əvvəlki tarixdə tərtib edilmiş aktlar olduğundan həmin aktlar xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğvi üçün əsas hesab edilə bilməz. 34.Nəzərə alınmalıdır ki, cavabdeh istinad etdiyi xx.xx.2024-cü il tarixli aktda 2023-cü ildə İddiaçı edilmiş ödənişlər qeyd edilmişdir. Həmin tarixdə edilmiş maliyyə çatışmazlığını hansı səbəbdən 2024-cü ildə müəyyən edilməsi və ona istinad edilməsinə dair əsaslandırılmış bir əmr verilməmişdir. 35.Belə ki, Cavabdeh MMC-nin tərtib edilmiş cədvəldə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X10 tərəfindən həmin tarixdə Cavabdeh MMC-nin satış şöbəsinin direktoru İddiaçı təhvil verilib. Bu məbləğlərin içindən xx/xx/2023-1000 manat və xx.xx.2023-1185 manat ödəmə İddiaçı Miisir qızının şəxsi kartına köçürülüb yerdə qalan məbləğ isə əlbəəl nəğd şəkilində alınmışdır.

36. Cavabdeh MMC-nin tərtib edilmiş cədvəldə isə qeyd edilmişdir ki, xx.xx.2024-ci il tarixdə İmişli Medisan kilinikası tərəfindən Cavabdeh MMC-nin satış şöbəsinin direktoru İddiaçı 1118 manat pul nəğd şəkildə pul verilmişdir. Bu məbləğlərin içindən xx/xx/2023- 1000 manat və xx.xx.2023-1185 manat ödəmə İddiaçı şəxsi kartına köçürülüb yerdə qalan məbləğ isə əlbəəl nəğd şəkilində alınmışdır 37.Əmək qanunvericiliyinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 38.İddiaçı da izahatında təsdiq etmişdir ki, onun və işçilərin kartına pul otururdu, sonra kartdan pulu çıxarıb direktor Rəna xanıma verirdilər. Neçə il bu qaydada işlədiyini təsdiq etmişdir. 39..İşdə olan İddiaçı ilə Rəna xanım arasında yazışmada da Rəna xanım təsdiq etmişdir ki, İddiaçı özlərindən bilmiş. Hər şeyi ona əmanət etmişdir... Bu yazışma ilə bağlı iddiaçı 06 mart 2025-ci il tarixli iclasda izahatında aydınlıq gətirmişdir ki, 11 yanvar tarixində Rəna xanım və digər işçi Nərmin arasında mübahisə yarandı. O , Nərmini sakitləşdirmək üçün onun arxasınca getmişdir. 12 yanvar tarixində Rəna xanıma üzrlü sayın mesajını yazdı və 15 yanvarda işə qayıtdı. 40.Göründüyü kimi tərəflər arasında əmək münasibətləri yenidən bərpa edilərək, yeni əmək müqaviləsi bağlanmışdır. 41.Həmçinin xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilir ki, “İddiaçı əmək funksiyalarını tez-tez pozulmasını nəzərə alaraq hərəkətlərinə nəzarət tədbiqi zamanı iş vaxtında qeyri-işlərlə məşğul olaraq şirkətin əleyhinə olan əməllər aşkar olunmuşdur. Belə ki, İddiaçı rəhbərliyin verilmiş tapşırığını yerinə yetirməmiş, aparılan telefon danışıqlarını rəhbərliyə təqdim etməkdən boyun qaçırmış, bununla da əmək və icra intizamını kobud şəkildə pozmuşdur” Lakin aktda qeyd edilənlərin doğruluğu başqa hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamaqla iddiaçının gördüyü iddia edilən iş vaxtı qeyri-işlərin konkret olaraq nədən ibarət olması göstərilməmişdir. 42.Kollegiya qeyd edir ki, cavabdeh əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi hallarına istinad etsə də bu halları təsdiq edəcək sübutlara əmrdə istinad etməmişdir. 43.Nəticədə kollegiya əmrin ləğv edilməli olmasına dair rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşır. 44.Məhkəmə kollegiyası iddia tələbinin işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi ilə bağlı hesab edir ki, həmin hissədə iddia tələbi tam təmin edilərkən məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. 45.Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh MMC-nin rəhbəri X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsində özünün xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

46. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh MMC-nin rəhbəri X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsində iddiaçı qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə işdən azad olunmağı üçün müraciət etsə də hələ də işdən azad olunmamışdır. Təkrarən xahiş edir ki, özünün işdən azad olunmağı üçün köməklik göstərilsin. 47.Həmçinin məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında İddiaçı bildirmişdir ki, hazırda yeni işdə işləyir. İşə bərpa edilməsini istəmir. Sadəcə işlədiyi dövrün əmək haqqısı ödənilmədiyində və çəkdiyi məhkəmə xərclərinə görə iddiasını müdafiə edir. 48.Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdən sonra işə çıxmamış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə işəgötürənə müraciət etmişdir. 49.Belə olan halda kollegiya hesab edir ki, iddiaçının əvvəlki işinə qayıtmaq barədə iradəsi olmadığından onun işə bərpa edilməsi barədə tələbi təmin edilməməlidir. 50.Belə ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. 51.Digər tərəfdən Kollegiya hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən sonra işə çıxmaması nəzərə alınmaqla məhz həmin tarixədək iddiaçıya ödənilməli olan əmək haqqı tələbi təmin edilməlidir. Belə ki, işəgötürən əmək münasibətlərinə xitam verdikdə işçiyə son haqq hesabı etməli olduğu halda, iddiaçı ilə son haqq-hesabın aparılması işdən ümumiyyətlə müəyyən edilmir. 52.Məhkəmə kollegiyası Cavabdeh MMC tərəfindən təqdim edilən "xxxx" MMC-nin direktor-auditoru, Cavabdeh MMC-nin direktoru X8 və həmin MMC-nin icraçı direktoru X1 iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli AKT və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli Auditor hesabatı ilə bağlı qeyd edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla işə baxılmanın apellyasiya mərhələsində yeni sübutların qəbul edilməsinə yol verilmədiyindən, həmin akt və auditor hesabatı hazırkı halda sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdehin təqdim etdiyi akt və audit rəyi hazırda mübahisə predmeti olan xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmrin qəbul edilməsindən təxminən 1 il sonra tərtib edilmişdir.

53. Kollegiya hesab edir ki, hazırkı halda təqdim edilən akt və auditor hesabatı mübahisə predmeti olan xx.xx.2024-cü il tarixli, 20/05 saylı əmrin əsası kimi istinad olunan halların sübutu kimi qiymətləndirilə bilməz. 54.Beləliklə, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5149/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı Cavabdeh MMC-nin satış şöbəsinin direktoru vəzifəsinə bərpa edilməsi və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissələrində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixədək əmək haqqının ödənilməsi təmin edilməli, idda tələbi qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 55.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5149/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - İddiaçı Cavabdeh MMC-nin satış şöbəsinin direktoru vəzifəsinə bərpa edilməsi və Cavabdeh MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixədək əmək haqqının ödənilməsi təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş rüsum apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar