Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1574/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə), Cavabdeh1 "xxxx" ASC və "xxxx" MTK-ya qarşı iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul; maddi və mənəvi zərər) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “subroqasiya qaydasında pul tələbinə dair” ilkin, Cavabdeh1 iddiaçı "xxxx" ASC və "xxxx" MTK-ya qarşı “maddi və mənəvi ziyanın vurulması tələbinə dair” qarşılıqlı iddiaları barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13/2022 saylı 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 14 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, bina 99, M5, 3 saylı mənzil xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, bina 99, M4, 3 saylı mənzil isə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək daşınmaz əmlakın icbari sığortası növü üzrə iddiaçı tərəfindən sığortalanmışdır.
2. xx.xx.2018-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən evdən su axması nəticəsində Eldəniz Süleymanlıya və İsa Süleymanova məxsus yuxarıda qeyd edilən mənzillərə maddi ziyan dəymişdir.
3. "xxxx" MTK tərəfindən xx.xx.2018-ci il tarixli və xx.xx.2011-ci il tarixli arayışlarda cavabdehin yaşadığı mənzildən X6 yaşadığı 5-ci və X1 yaşadığı 4-cü mərtəbələrdə yerləşən 3 saylı mənzillərə su axıdılması müəyyən edilmişdir.
4. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli Sığorta aktına əsasən 2732 manat məbləğində sığorta ödənişi faydalanan şəxs İsa Süleymanova və xx.xx.2019-ci il tarixli Sığorta aktına əsasən 300 manat məbləğində sığorta ödənişi isə digər faydalanan şəxs Eldəniz Süleymanlıya ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2732 manat və 300 manat olmaqla, ümumilikdə 3032 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Eyni zamanda Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsini, ona vurulan 300 manat maddi və 100 manat mənəvi ziyanın ASC və "xxxx" MTK-dan müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ASC tərəfindən MP-P 00441 nömrəli sığorta şəhadətnaməsi əsasında "Daşınmaz əmlakın icbarı sığortası” növü üzrə sığortalanmış X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, bina 99, M5 saylı mənzil və X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, bina 99, M 4, 3 saylı mənzil xx.xx.2018-ci il tarixdə cavabdehə məxsus Bakı şəhəri, Sadıqcan küçəsi, bina 99 M6, 3 saylı mənzildə baş vermiş subasma hadisəsi nəticəsində zədələnmişdir. Bununla əlaqədar olaraq sığorta aktı tərtib edilməklə, sığorta şəhadətnaməsində və müqavilədə nəzərdə tutulmuş qaydada sığorta hesablamaları aparıldıqdan sonra ASC tərəfindən vətəndaş İsa Süleymanova 2732 manat, Eldəniz Süleymanlıya isə 300 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş məbləğ cavabdehdən tələb edilməsə də hazırki vaxtadək ödənilməmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə mülkiyyətçi kimi onun arasında xx.xx.2017-ci il tarixli müqavilə imzalanmasına və razılaşmanın MP-R 00591 saylı «Əmlak Sığortası Şəhadətnaməsi» ilə rəsmiləşdirilməsinə baxmayaraq, sığorta hadisəsi bardə məlumatı olan, dəfələrlə dəvət edilməsinə baxmayaraq mənzilinə baxış keçirməkdən imtina edən sığortaçı ona dəymiş ziyanla maraqlanmamışdır. Su sisteminin qəzası olmasına baxmayaraq qəza vəziyyəti və səbəbi araşırılmamışdır. Bu hərəkətləri ilə sığortaçı şirkət tərəfindən ona maddi və mənəvi ziyan vurulmuşdur. Maddi ziyan təmirə çəkilən və ya bəhanəli olan xərclər, mənəvi ziyanı isə sığortaçı şirkət kimi dəvətlərini, tələblərini cavablandırmamaqla sarsıntı keçirməyi kimi qiymətləndirir. Qəza baş verən binada su təzyiqi həmişə normadan artıq olur. Bunu asanlıqla söhbətdə və binada yerşən mənzillərin tavanlarında axan su sızmalarının izlərindən də açıq aydın müəyyənləşdirmək mükündür. Suyun təzyiqlə verilməsi su daşıyıcısının partlamasına səbəb olmuşdur. Digər tərəfdən su aşağıda yerləşən 5-ci mərtəbəyə sızması barədə dərhal "xxxx" MTK-nın komendantına məlumat verilmişdir. Lakin komendant buna operativ reaksiya verməmiş, «gedin mərkəzi su turbasının kranını qapadın» deməklə kifayətlənmişdir. Bu səbəbdən su sızması 4-cü mərtəbəyə çatanadək suyun mərtəbə daxili mərkəzi ötürücüdən dayandırılması xeyli müddətə ləngidilmişdir. Bunu əlaqədar qonşular da təsdiq edə bilər. Ən azı qonşular söhbətlərində bu halı dəfələrlə səsləndirmişlər. Binada qəza hadisələrinin qarşısının alınmasında birbaşa nəzarəti üzərinə götürmüş "xxxx" MTK suyun nəzarətsiz axıdılmasında birbaşa təqsirkardır. Əks halda vanna otağından axan su qısa müddət ərzində 4-cü mərtəbəyə sıza bilməzdi.
9. Mənzillərə su axıdılmasının səbəbləri, cavabdehə məxsus mənzildə su borularında hər hansı nasazlığın mövcud olması və dəymiş zərərin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilməklə iş dəfələrlə ekspertizaya qaytarılsa da, sığortalanmış mənzilin qapısı bağlı olduğundan ekspertizanın keçirilməsi mümkün olmamışdır.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 oktyabr 2022-ci il tarixli 2(011)-13/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) ilkin iddia təmin edilmiş, 3032 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq "xxxx" ASC-yə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə maddi zərər dəymiş mənzillərin sahiblərinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, əmlaka (mənzilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
12. Qarşılıqlı iddia ərizəsinə münasibətdə isə cavabdeh ona iddiaçı və "xxxx" MTK tərəfindən 300 manat məbləğində maddi ziyan vurulduğunu qeyd etsə də, ziyanın nədən ibarət olduğunu, habelə maddi ziyan vurulduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qarşılıqlı iddia ərizəsində ona məxsus mənzilin iddiaçı tərəfindən sığortalandığını və sığorta şəhadətnaməsini qarşılıqlı iddia ərizəsinə əlavə etdiyini qeyd etsə də, bunlar qarşılıqlı iddia ərizəsinə əlavə edilməmiş və ya sonradan məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddiaçının və üçüncü şəxsin hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldığı halları da sübut edə bilməmiş, ümumiyyətlə, ona maddi və mənəvi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 936.1, 936.2, 1096.2, 1097.1, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayətinin əsasları qarşılıqlı iddia ərizəsi ilə eynilik təşkil etməklə, göstərilmişdir ki, "xxxx" MTK-nın qeyd edilən arayışları iş üzrə sübut kimi qəbul edilə bilməz. Su sızmasının səbəbi araşdırılmamışdır. Faydalanan şəxslərin öz mənzillərində olmaması və qapılarının bağlı olması ona məxsus mənzildə su borularında hər hansı nasazlığın mövcud olub-olmamasını müəyyən etməyə mane olmur. “Əmlak Sığorta Şəhadətnaməsi” qarşılıqlı iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş, MTK-ya məxsus mərkəzi su borusundan su sızması nəticəsində onun mənzilinə dəymiş zərəri əks etdirən fotoşəkillər əlavə edilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
18. Cavabdeh1 ərizə ünvanlayaraq Dövlət Sərhəd Xidmətinin zabiti olduğunu, xidməti zərurətlə əlaqədar vəkillə iştirak etmək üçün bugünədək vəkillə müqavilə bağlamaq imkanı olmadığını, ona görə məhkəmə iclasının qısamüddətli təxirə salınmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, ərizə əsassızdır və işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla (936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir), sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
21. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
34. Göründüyü kimi sığorta hadisəsi baş vermiş, sığorta olunan mənzillərə cavabdehə məxsus mənzildən su axıdılması nəticəsində zərər dəymiş və dəymiş zərər məbləği iddiaçı tərəfindən ödənilmişdir.
35. Belə olan halda əmlaka (mənzilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir.
36. İddiaçının hazırki tələbi haqlı olmuşdur.
37. Qarşılıqlı iddia ərizəsinə münasibətdə birinci instansiya məhkəməsi iddianı haqlı olaraq rədd etmişdir.
38. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
39. T. Nəsirov qarşılıqlı iddiasını əsaslandıra bilməmişdir.
40. Cavabdeh qarşılıqlı iddia ərizəsində, ona məxsus mənzilin iddiaçı tərəfindən sığortalandığını və sığorta şəhadətnaməsini qarşılıqlı iddia ərizəsinə əlavə etdiyini qeyd etmiş, bundan başqa apelyasiya şikayətində də sığorta şəhadətnaməsinin eyni zamanda MTK-ya məxsus mərkəzi su borusundan su sızması nəticəsində onun mənzilinə dəymiş zərəri əks etdirən fotoşəkillərin qarşılıqlı iddia ərizəsinə əlavə edildiyini qeyd etsə də, qeyd etdikləri qarşılıqlı iddia ərizəsinə əlavə edilməmiş, apelyasiya baxışı zamanı da təqdim edilməmişdir.
41. Cavabdeh iddia etdiyi halları sübuta yetirə bilməmiş, ona hər hansı maddi zərər vurulması müəyyən edilməmiş, həmçinin qarşılıqlı iddia üzrə cavabdehlərin hansı hərəkəti nəticəsində mənəvi zərərə məruz qaldığını, ümumiyyətlə tələb etdiyi zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübut təqdim edilməmişdir.
42. Kollegiya hesab edir ki, məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qarşılıqlı iddia ərizəsində göstərilənlər qeyd edilmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(010)-13/2022 saylı iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.