Məhkəmə qərarları › İş №2(103)-1575/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1575/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1575/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «mənzilə köçürülmə» tələbinə dair ilk, həmçinin X2 cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma, mənzilin təhvil verilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(010)-3464/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh X3 (bundan sonra, cavabdeh) qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iki azyaşlı uşaqları - 07.02.2008-ci il təvəllüdlü X6 və 04.12.2015-ci il təvəllüdlü X8 lə birlikdə Bakı şəhəri, Zığ qəsəbəsi, Dədə Qorqud y/massivində inşa etdikləri mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 13 oktyabr 2007-ci ildə X10 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 07.02.2008-ci il il təvəllüdlü X6 və 04.12.2015-ci il təvəllüdlü X8 olmaqla iki övladları dünyaya gəlmişdir. İki övladı bir ildən çoxdur ki, onun himayəsindədir və hazırkı bazar iqtisadiyyatı dövründə hamıya məlumdur ki, iki uşağı yeməklə və geyimlə təmin etmək həddindən artıq çətindir. O, oğlunu və qızını saxlaya bilmir, maddi cəhətdən çətinlik çəkir anasının himayəsində yaşayır. Onlar birgə yaşadıqları dövrdə əmisinin köməyi ilə o və həyət yoldaşı 2014-cü ildə Suraxanı - Hovsan yolunun sağ tərəfində Dədə Qorqud yaşayış massivində üç otaqlı ev tikmişlər. O, həmin evdə yaşamış və ona məxsus cehiz əşyaları da həmin mənzildədir. Lakin, qaynanası Cavabdeh onu öz zəhməti ilə tikdiyi həmin mənzilə buraxmır. Cavabdeh Türkiyə vətəndaşı ilə ailə quraraq Türkiyədə yaşayır. Mənzilin açarını ona vermir, həyat yoldaşı isə Ukraynada atasının yanında yaşayır. Onun isə yaşamağa heç bir yeri yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda, X4 cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma, mənzilin təhvil verilməsi» barədə qarşılıqlı iddia verərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu, y/s, 85-ci küçə, 13 saylı ünvanda yerləşən yaşayış sahəsindən özünə məxsus əşyalarla birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, oğlu Valeh Kərimov 2007-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra, Aygünün təzyiqi nəticəsində qoşulub qaçmışdır. O, bu zaman Günəşlidə kirayədə yaşamış, Aygün və Valeh onun kirayədə qaldığı evdə yaşamağa başlamışlar. Aygün kirayə yaşadıqları evə heç bir cehiz gətirməmişdir. Bir müddət yaşadıqdan sonra, Aygün evdə söz-söhbət yaradaraq, anasının yanına gedərək onunla yaşamağa başlamışlar. Oğlu Veleh də Aygünlə birlikdə anasının yanında yaşamağa davam etmişdir. Bir müddət anasının yanında yaşadıqdan sonra, orada da sözsöhbət olduğu üçün Qaraçuxur qəsəbəsində kirayə ev tutaraq həmin mənzildə kirayə yaşamışlar. Həmin kirayə evdə də, Aygün ev sahibi ilə dolanmayaraq, mübahisə yaranmış, sonra təkrar olaraq anasının yanında yaşamağa başlamışlar. Sonra onun qohumu Aygüngilə təklif etmişdir ki, Mərdəkan qəsəbəsində hansısa imkanlı şəxsin evində bağbançı kimi yaşaya bilərlər. Valeh və Aygün gedib orada yaşamışlar. Bu müddət ərzində o, oğlu Taleh və qızı Ülviyyə ilə birlikdə Günəşlidə iki otaqlı evdə kirayədə yaşamışlar. Aygün Mərdəkanda da dolanmayaraq, söz-söhbət yaratmış və oradan çıxıb yenə anasıgilə getmişdir. Dəfələrlə kirayələrdə yaşamışlar, bir müddət yaşadıqdan sonra isə yenə anasının yanma getmişdir. Belə demək olar ki, Aygün anasına bağlı olduğu üçün çox qıraq yerdə yaşamayıb, dərhal anasıgilə qayıtmışdır. O, 2004-cü il tarixdə «VAZ-2108» markalı avtomobil almışdır. Sonra 2006-cı il tarixdə həmin maşını sataraq Zığ qəsəbəsi Hövsan yolundan 3 sot torpaq sahəsi almışdır. 2009-cu ildən 2018-ci ilə kimi «xxxx» QSCdə müxtəlif işlərdə işləmişdir. Sonra «xxxx» ASC-dən və «xxxx» KB ASC-dən kredit götürərək, həmin torpaq sahəsində ev tikdirməyə başlamışdır. Həmin vaxtı Valeh fəhləlik edərək öz ailəsini dolandırmış, evin tikintisinə heç bir köməklik etməmişdir. Bundan sonra o, işləmək üçün Türkiyə Respublikasına köçmüş, hər ay da Valehə və Aygünə uşaqlarını dolandırmaq üçün pul göndərmişdir. Bir müddət sonra Valeh də Türkiyəyə gələrək, işləməyə başlamış, daha sonra Aygünü və uşaqları da, Türkiyəyə gətirmişdir. Aygün 8 ay yaşadıqdan sonra, evdə mübahisə yaradaraq anasının yanına Bakı şəhərinə qayıtmışdır. O yenə də, nəvələrinə pul və geyim əşyaları göndərmişdir. Bu müddət ərzində Aygün anası gildə yaşamışdır, lakin Aygün Valehin ondan ayrılmasını bildiyi üçün, 07.08.2020-ci il tarixdə ona məxsus mülkiyyətində olan mənzilin qanunsuz olaraq qapısının açarını qıraraq anası ilə birlikdə orada yaşamağa başlamışdır. Evin qapısının açarını da dəyişmişdir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(010)- 3464/2020 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) ilk iddia təmin olunmamış, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu, y/s, 85-ci küçə, 13 saylı ünvanda yerləşən yaşayış sahəsindən özünə məxsus əşyalarla birlikdə çıxarılması, həmin mənzil boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı X3 təhvil verilməsi, ilk iddia və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia və qarşılıqlı iddia üzrə iddiaçıların özlərinə aid edilməsi qət olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində mübahisəli yaşayış sahəsinin ünvanını Bakı şəhəri, Zığ qəsəbəsi, Dədə Qorqud y/massivi kimi göstərsə də, həmin ünvan ünvan ilə eynidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız saayraq, qarşılıqlı iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdehin oğlu Valeh Kərimov arasında 13 oktyabr 2007-ci il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahdan 07.02.2008-ci il il təvəllüdlü X6 və 04.12.2015-ci il təvəllüdlü X8 adında iki yetkinlik yaşına çatmayan uşaqlarının olması, mübahisə predmeti olan yaşayış sahəsinin (Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu, y/s, 85-ci küçə, ev 13) 12 avqust 2017-ci il tarixdən cavabdehin adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda işdə olan sübutlara (Bakı şəhəri Suraxanı rayon Zığ bələdiyyəsinin 30 sentyabr 2020-ci il tarixli arayışı, Bakı şəhəri A.Səfərov adına 114 nömrəli tam orta məktəbin 09 oktyabr 2020-ci il tarixli arayışı və s.) əsasən, iddiaçı təqribən 2015-ci il tarixdən etibarən ailə üzvləri ilə birlikdə mübahisəli yaşayış sahəsində qeydiyyatsız yaşayır. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən tərəflər arasında münasibətlərin 2007-ci il tarixdə yaranmasını, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 228-ci maddəsinə əsasən iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə ilə bağlı notariat qaydasında təsdiq olunmuş razılaşmanın olmamasını və s. göstərmişdir. Halbuki, işdə olan sübutlardan aydın olur ki, iddiaçı uşaqları ilə mübahisəli yaşayış sahəsinə köçüb, orada yaşayan dövrlərdə əmlak cavabdehin xüsusi mülkiyyətində olmamış, yalnız 12 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Belə olan halda isə, həmin dövrdə tərəflər arasında yaşayış sahəsindən istifadə sahəsində notariat qaydasında təsdiq olunmalı olan müvafiq razılaşmaya zərurət olmamış, tərəflər qarşılıqlı razılıq əsasında yaşayış sahəsindən istifadə edərək, təsərrüfat idarə etmişlər. İddiaçı Mənzil Məcəlləsi qüvvəyə mindikdən (2009-cu il) sonra, yəni 2015-ci ildən etibarən ailə üzvü kimi etirazsız olaraq mübahisəli yaşayış sahəsində yaşamışdır. Həmin dövr üzrə (xüsusi mülkiyyət hüququ yarananadək) tərəflər arasında olan münasibətlər, həmçinin Mənzil Məcəlləsinin 68-ci maddəsi üzrə (analogiya üzrə) tənzimlənməklə, iddiaçının yaşayış sahəsindən istifadəsi qanuni əsaslara söykənmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixi Qərarında göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar». Göründüyü kimi, yaşayış sahəsi üzərində ilk dəfə xüsusi mülkiyyət hüququ 2017-ci il tarixdə dövlət qeydiyyatına alındığından, həmin vaxtdan sonrakı münasibətlər Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən həll olunmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün «yaşayış sahəsindən istifadə etmək hüququ» ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq qəbul edir ki, hazırki mövcud vaxtda iddiaçının yaşayış sahəsinə istifadə hüquqları saxlanılmır. Çünki, iddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsi anlamında cavabdehin ailə üzvü olmamaqla, ailə münasibətlərinə də faktiki xitam verilmişdir. Buna baxmayaraq, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamış, iddiaçının maddi vəziyyətini, yanında iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və s. diqqətə layiq digər hallar, hazırki vaxtda özünü yaşayış sahəsi ilə təmin etməyə imkanın olubolmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, tələbdə olub-olmamasından asılı olmayaraq qanunvericiliyin qeyd edələn normasının dispozitiv şərtləri daima yoxlanılmalıdır. Bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz, çünki qanunverici belə bir səlahiyyəti məhkəməyə tanımışdır. Həmçinin, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadından da görünür ki, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə məhkəmələr keçmiş ailə üzvünün onun tərəfindən müvafiq tələbin verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərari). Məhkəmə kollegiyası iddiaçının vəziyyətini, yanında azyaşlı uşaqlarının olmasını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının yaşayış sahəsindən istifadə etmək hüququnun müvəqqəti (1 il müddətinə) saxlanılması məqsədəmüvafiq olardı. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı hazırda faktiki olaraq mübahisəli yaşayış sahəsində yaşadığından, ilk iddia tələbinin (mənzilə köçürülmə) mahiyyəti aradan qalxmışdır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə dəyişdirilməli, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququ müvəqqəti, yəni 01 (bir) il müddətinə saxlanılmalı, həmin müddət bitdikdən sonra iddiaçı oradan özünə məxsus əşyalarla birlikdə çıxarılmalı, həmin mənzil boşaldılaraq cavabdeh X3 təhvil verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı «mənzilə köçürülmə» tələbinə dair ilk, həmçinin X2 cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma, mənzilin təhvil verilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(010)-3464/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(010)-3464/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu, y/s, 85-ci küçə, 13 saylı ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququ müvəqqəti, yəni 01 (bir) il müddətinə saxlanılsın və müddət bitdikdən sonra özünə məxsus əşyalarla birlikdə həmin yaşayış sahəsindən çıxarılsın, yaşayış sahəsi boşaldılaraq cavabdeh X3 təhvil verilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar