Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1579/2020 21.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və X1 oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin nümayəndəsi və vəkili Vəkil, cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-1578/2019 saylı qətnaməsindən cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkəti cavabdehlər Cavabdeh1 və “Çakır Yapı ve X8 Ortaklığı” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 261.628,06 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-1578/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” MMC-dən 261.628.06 (iki yüz altmış bir min altı yüz iyirmi səkkiz dollar altı sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə olan manat məzənnəsi ilə hesablanaraq tutulub, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə olan razılaşma əsasında iddiaçının öz öhdəliklərini yerinə yetirərək, müvafiq malları onlara göndərdikləri, onların isə üzərinə qoyulmuş pul öhdəliyinin yerinə yetirmədiyini əsas gətirərək, müvafiq pul məbləğinin onlardan tutulmasını müəyyən etmişdir. İddiaçı ilə aralarında ticarət əməkdaşlığının olmasını onlar da təsdiq edirlər. Belə ki, müxtəlif vaxtlarda həmin şirkətlə aralarında mal tədarükü ilə bağlı iqtisadi münasibətlər mövcud olub. Lakin iddiaçı Cavabdeh1 adlı bir şəxsi qəsdən cavabdeh kimi qoymaqla, hazırkı işin məhkəmə aidiyyətini dəyişməyə çalışıb. Belə ki, iddiaçı guya həmin şəxsin aralarındakı ticarət münasibətlərinə zamin olduğunu, onların təmiz iş adamı olmalarına inandırmasına istinad etsə də, bununla bağlı iş materiallarına heç bir sübut əlavə etməyib. Sübut təqdim edə bilmədiyindən məhkəmə həmin hissədə iddiaçının tələbini təmin etməmişdir. Onlarda öz növbəsində belə bir şəxsi tanımadıqlarını, həmin şəxsin də onlarla hər hansı əlaqəsinin olmadığını, onların iş və ödəmə potensialına bələd olmadığını və buna görə də, bu ticarətə zamin ola bilməyəcəyini bəyan edirlər. Həmçinin iddiaçı göndərilən mallara müvafiq olaraq, ödəniləsi borcun 261,628,06 ABŞ dolları olduğunu irəli sürmüş, məhkəmə də həmin tələbi təmin etmişdir. Onların “Çakır-Yapı ve X8 Ortaklığı” MMC olaraq hazırda iddiaçıya borcu yoxdur. Həmin borcun yalnız 185000 ABŞ dolları hissəsi “X7 ve X4”nin Azərbaycan Respublikasındakı Filialının “Cəlialabad rayonunun su-kanalizasiya sisteminin qurulması” layihəsinin icrası zamanı iddiaçıdan aldığı mallara görə yaranmış borcudur. Hər iki şirkətinin təsisçisinin eyni adam olmasını nəzərə alan iddiaçı “Çakır-Yapı ve X8 Ortaklığı” MMC-nin indiyədək aldığı mallara görə etdiyi ödənişləri digər şirkətin, “X7 ve X4”nin borcundan silib və nəticədə cavabdeh üçün borc yaradıb. Halbuki, iddiaçı ilə xx xxxxxx 2017-ci il tarixli razılaşmaya görə “X7 ve X4”nin cavabdehə borcu 185000 ABŞ dolları olaraq razılaşdırılıb. Məhkəmə iclasında cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” MMC-nin nümayəndəsi və vəkili X3 bildirdi ki, bir təsisçinin iki şirkəti var. Şirkətdən onlar da digər şirkət də mal alıb. Onların etdikləri ödənişlər digər şirkətin borcundan çıxılıb. “Kamer” olaraq borcu ödəmişlər, qalan borc “Çakırın” borcudur. Konkret olaraq iddiaçıdan həqiqətən də 261.628,06 ABŞ dolları məbləğində mal aldığını etiraf və qəbul edirlər. Lakin həmin mallara görə 150000 ABŞ dolları ödəmişlər. Qalan 111628,06 ABŞ dolları isə borc qaldığını etiraf edirlər. Həmin borcun ödənilməsi üçün də aralarında danışıq gedir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, 185000 ABŞ dollarına görə ayrıca iddia qaldırmışlar. Həmin işin hazırki cavabdehə heç bir aidiyyəti yoxdur. Qaimə fakturalar da ayrı-ayrıdır. Həmin işi bu işə qatmaq lazım deyil. Qarşı tərəf pulu ödəmişdirsə qəbul edilməsi barədə sənəd təqdim etməli idi. Lakin cavabdeh belə bir sübut təqdim etməmişdir. Təqdim edilən qeyri-mötəbər qəbzin də hazırki işə aidiyyəti yoxdur. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən müəyyən etmişdir ki, cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” MMC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətindən fakturada göstərilən məbləğin ödənilməsi ilə bağlı öhdəliyin daşıyıcısı olmuş, lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyərək həmin məbləği ödəməmiş, nəticədə iş materiallarında olan fakturalara əsasən 261.668.06 ABŞ dolları məbləğində borcu yaranmışdır. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkəti cavabdehlər Cavabdeh1 və “Çakır Yapı ve X8 Ortaklığı” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 261.628,06 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia tələbinin digər Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi Cavabdeh1 qarşı hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Cavabdeh1 münasibətdə iddia tələbinin əsası kimi Cavabdeh1 sözügedən şirkətə görə qarant durması, həmin şirkətin təmiz iş adamları olmasına iddiaçını inandırması ilə bağlı göstərdiyi halları təsdiq edən hər hansı subut məhkəməyə təqdim etməmişdir. Eləcə də, iş materialları ilə Cavabdeh1 iddiaçı qarşısında hər hansı formada öhdəlik götürməsi müəyyən olunmur. Tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” MMCdən tutulmalı olan 261.628.06 (iki yüz altmış bir min altı yüz iyirmi səkkiz dollar altı sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni şikayət verənə münasibətdə təmin edilən hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” MMC-nin şikayəti üzrə yoxlanılmalı, digər hissədə və digər şəxs(lər)ə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Təmin edilən hissə üzrə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Cavabdeh tərəfin iddiaçıdan həqiqətən də 261.628,06 ABŞ dolları məbləğində mal alması işin mübahisəsiz halıdır. Çünki, bu halı tərəflər mübahisələndirmir. İşin mübahisəli halı isə cavabdehin həmin məbləğdən 150000 ABŞ dollarının iddiaçıya ödəməsi ilə bağlıdır. Belə olan vəziyyətdə, hazırkı iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Belə ki, cavabdeh iddiaçıdan 261.628,06 ABŞ dolları məbləğində mal aldığını qəbul edir, lakin həmin mallara görə 150000 ABŞ dolları ödədiyini bəyan edir. Əvvəla, 150000 ABŞ dolları ödəməsi barədə cavabdeh məhkəməyə mötəbər sübut təqdim etməmiş, qeyd etdiyi halı sübuta yetirə bilməmişdir. Çünki, bu halı sübut etmək yükü artıq onun üzərinə düşür və bu halın həqiqi olduğunu cavabdeh tərəf sübut etməlidir. İkincisi, cavabdehin aldığı mallara görə etdiyi ödənişləri iddiaçının başqa şirkətin borcuna silməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının hansısa şirkətlə öz aralarında borc məbləğlərini razılışdırması hazırki iddianın əsaslılığına təsir etmir. Çünki, həmin razılaşmanın(iş vər.135) hazırki işə hər hansı bir aidiyyətinin olması təsdiq olunmur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” məhdud məsuliyyətli cəmiyyətin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)- 1578/2019 saylı qətnaməsi cavabdeh “Çakır Yapı ve X8 Ortaklığı” məhdud məsuliyyətli cəmiyyətin apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza Xəyal Sarıyev Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1579/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1579/2020
21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver