Məhkəmə qərarları › İş №2(103)-1581/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1581/2025

27.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1581/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ilkin vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ilkin vəziyyətə qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3238523Vəkil4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ilkin vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(010)- 437/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları

1. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli sərəncamına əsasən Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 2 hektar 99 il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin 23 iyun 2008-ci il tarixli rəyinə əsasən İddiaçı 99 il müddətinə 2 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən etiraz edilməmişdir.

3. Abşeron rayon İcra Hakimiyyəti ilə X5 arasında bağlanmış 18 iyun 2008-ci il tarixli, 705 nömrəli icarə müqaviləsinə əsasən 2 ha torpaq sahəsi 99 il müddətinə sonuncuya icarəyə verilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayon İHB-nın 18 iyun 2008-ci il tarixli 705 nömrəli Sərəncamı və 18 iyun 2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı Abşeron rayonu, Hövsan qəsəbəsində 20000.76 kv.m sahibkarlıq tikinti məqsədilə torpaq sahəsi ayrılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları) X8 ktabında 02 sentyabr 2009-cu il tarixdə 13002 nömrə ilə uçota alınmışdır.

5. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 06 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 99 il müddətinə icarə qaydasında İddiaçı ayrılmış 2 ha torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisində yerləşir.

6. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 07 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Abşeron RİH tərəfindən Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 99 il müddətinə icarə qaydasında İddiaçı ayrılmış 2 ha torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazi vahidinə aid olduğu məlum olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 saylı sərəncamı ilə tikinti və sahibkarlıq məqsədi ilə istifadəsinə ayrılmış 2 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m torpaq sahəsinin boşaldılması, ilkin vəziyyətə qaytarılması və torpaq sahəsinin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. (iddia tələbi dəqiqləşdirilmişdir)

8. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 saylı sərəncamı ilə Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Hövsan Südçülük KTMİ müəssisəsi ərazisindən sahibkarlıq və tikinti məqsədi ilə 2.0 hektar torpaq sahəsi 99 il müddətinə icarə qaydasında İddiaçı ayrılmışdır. Torpaq sahəsi tam qanuni formada onun istifadəsinə verildikdən sonra o, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, Abşeron Rayon şöbəsi tərəfindən xx.xx.2008-il tarixli 189a saylı rəyə əsasən X7 ərazisində 2 hektar topaq sahəsinə dair sənədləşmə işlərini rəsmiləşdirmişdir. Həmin rəy X3 Komitəsinin Abşeron Rayon şöbəsinin müdiri tərəfindən imzalanaraq möhürlənmişdir. X9 saxlanılmış torpaqda icarə qaydasında sahibkarlıq və tikinti məqsədi ilə 99 il müddətinə torpaq sahəsinin seçilməsinə dair Komissiyanın sədri Abşeron rayon İcra Hakimiyyəti başçısı, komissiyanın üzvləri DTXK-nın Abşeron rayon şöbəsinin müdiri tərəfindən Akt imzalanaraq möhürlə təsdiq edilmişdir. Abşeron rayonu X1 Yerquruluşu Planından çıxarışda qeyd edilən miqyasda əks etdirilərək natura və xəritəyə keçirilmişdir. Torpaq sahəsinin İcarəyə verilməsi haqqında xx.xx.2008- ci il tarixli 705 saylı sərəncama əsasən torpaq icarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsi tikinti və sahibkarlıq məqsədi ilə tam qanuni yolla iddiaçının istifadəsinə verilmişdir. Lakin iddiaçı bir müddət sonra torpaq sahəsinə gedib baxdıqda oranın qanunsuz olaraq zəbt edilib tikinti işləri aparıldığını görmüşdür. Belə olan halda iddiaçı məcbur qalaraq polisə müraciət etmiş və polis tərəfindən araşdırılma aparılmışdır, lakin həmin hallar təkrar davam etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 18 iyun 2008-ci il tarixli Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin verdiyi 23 iyun 2008-ci il tarixli Rəyinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi Torpaq sahəsinin planı və ölçüsünə, o cümlədən 18 iyun 2008-ci il tarixli 705 saylı İcarə müqaviləsinə əsaslanaraq öz hüquqlarının müdafiəsini məhkəmədən xahiş etmişdir. Sözügedən sərəncama əsasən Abşeron rayonunun X10 Fonduna daxil olan topraq sahəsindən 2 ha 99 illik iddiaçının icarəsinə verilmişdir. Sərəncam verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na uyğun olaraq verilməsi göstərilsə də, sərəncamda sahibkarlıq məqsədi ilə istifadə üçün verildiyi göstərilmişdir. Yəni, sahibkarlıq məqsədi ilə verilməsi və Nazirlər Kabinetinin qərarında göstərilən məqsədlərlə verilməsi tamamilə fərqlidir. Nazirlər Kabinetinin qərarına istinad olunan örüş, otlaq və biçənək torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar olmuşdur. Həmçinin 2 ha ərazi Bakı şəhəri üçün böyük bir ərazidir və oranın ətrafında fərdi yaşayış evləri var. Belə olan halda 99 illiyə sahibkarlıq məqsədi ilə verilməsi qeyri-mümkün bir haldır. Bu kimi sərəncamlar saxta sərəncamlardır və əksər hallarda sonradan ləğv edilir. Prezidentin müvafiq sərəncamı əsasında 2015-ci ilin fevral ayında X3 Komitəsi bu kimi qanunsuz sənədlər verilməsinə görə ləğv edilmiş və səlahiyyətləri Ekologiya Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidmətinə və Sərhəd Xidmətinə verilmişdir. Mülki Məcəlləyə əsasən müddəti 11 aydan çox olan icarə müqavilələri Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçirilməlidir. Qarşı tərəf plan-cizgi alıb, koordinatlar müəyyən edilib, lakin son addım olaraq qeydiyyatdan keçirməyib. Bundan əlavə, həm Abşeron rayon İcra Hakimiyyəti Başçısının Sərəncamında, həm də digər sənədlərdə torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının müvafiq Reyestr Xidmətində təmin edilməsi vacib şərt kimi qeyd edilmişdir. İddiaçı 705 saylı İcarə müqaviləsini məhkəməyə təqdim etsə də, icarə müqaviləsi əsasında icra hakimiyyətinə hər hansı bir ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, daşınmaz əmlakla bağlı bütün hüquqlar qeydiyyata alınmalıdır, bu tələb qanundan irəli gəlmişdir. İddiaçının təqdim etdiyi sənədlər hüquqların qeydiyyata alınması üçün əsas olan sənədlərdən olsa da, nədənsə İddiaçı bu hüququnu qeydiyyata aldırmamış və həmin əmlak üzərində hüquqları da (icarə, istifadə) yaranmamışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü isə texniki sənəd olmaqla, şəxsə hər hansı bir hüquq vermir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-437/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 nömrəli sərəncamı və 18 iyun 2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsinin (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m hissəsinin boşaldılması, torpaq sahəsinin cavabdehin vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması və İddiaçı təhvil verilməsi, Cavabdeh 100 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.

11. Qətnamə onunla əsaslandırlmışdır ki, Abşeron rayon İHB-nın 18 iyun 2008-ci il tarixli 705 nömrəli Sərəncamı və 18 iyun 2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsi (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olmaqla Abşeron rayonunun X11 aid olmuşdur. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olmuşdur. Həmin torpaq sahəsi Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində yerləşmişdir. Suraxanı rayonu, Südçülük ərazisində (Hövsan qəsəbəsi) yerləşən torpaq sahəsi Abşeron rayon İHB-nın 18 iyun 2008-ci il tarixli 705 nömrəli sərəncamına əsasən müvafiq tarixə qədər istifadəsiz olan Suraxanı rayonu, Südçülük ərazisində (Hövsan qəsəbəsi) yerləşən 2 hektar torpaq sahəsi 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Lakin cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsininin 700 kv.m-ni zəbt edərək orada qanunsuz tikinti işləri aparmışdır. Cavabdehin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsi olmuşdur. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İş üzrə araşdırma zamanı mübahisəli torpaq sahəsində lazımı layihə-smeta sənədləri tərtib edilmədən qanunsuz tikililər inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) qanunsuz özbaşına tikinti işlərinin aparılması faktı tərəflərin izahatları ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəf qeyd olunan faktı inkar etməmiş və yalnız iddiaçının sənədlərinin əsassız olduğunu, subyektiv hüququnun olmadığını bildirmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayon İHB-nın 18 iyun 2008-ci il tarixli 705 nömrəli sərəncamı və 18 iyun 2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi cavabdeh tərəfindən mübahisələndirilməmiş və qüvvədədir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin özbaşına tikinti işlərinin aparılması iddiaçının birbaşa maraqlarına toxunmuşdur və bu səbəbdən iddia əsaslı olmuşdur. Cavabdehin iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması ilə bağlı arqumentinə münasibət bildirən məhkəmə hesab etmişdir ki, bu dəlil əsassızdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da belə, qanuni əsasla ona sahiblik və istifadə hüquqları əldə etmişdir. Əmlakdan qanuni əsasla istifadə onun faydalı xassələrindən yararlanmaqla yanaşı, ondan istifadəyə üçüncü şəxslərin yaratdığı maneələrdən qorunmaqla bağlı subyektiv hüquq da vermişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 180.1, 180.2, 180.3, 180.4, 706.1, 706.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9, 12, 14, 84, 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli məsələni araşdırarkən məhkəmə işə birtərəfli baxmış, cavabdeh tərəfindən təqdim olunmuş sübutları, vəsatətləri nəzərə almamışdır. Həm Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamında, həm də digər sənədlərdə torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının müvafiq reyestr xidmətində təmin edilməsi vacib şərt kimi qeyd edilmişdir. İddiaçı 705 saylı icarə müqaviləsini məhkəməyə təqdim etsə də, icarə müqaviləsi əsasında icra hakimiyyətinə hər hansı bir ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Daşınmaz əmlakla bağlı bütün hüquqlar qeydiyyata alınmalıdır, bu tələb qanundan irəli gəlir. İddiaçı bu hüququnu qeydiyyata aldırmamış və həmin əmlak üzərində hüquqları da (icarə, istifadə) yaranmamışdır. Hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn 2-ci və 3-cü elementləri 1-ci elementin mövcudluğu ilə bağlıdır. 1-ci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Cavabdeh faktiki olaraq torpaq sahəsində artıq 10 ildir ki (700 kv.m-lik) ailəsi birgə yaşayır. Cavabdeh başqa 100-lərlə həyət evləri həmin ərazidə tikilmişdir və insanlar tərəfindən 10 ildir ki, istifadə olunur. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün özünə sərf edən maddi hüquq normalarına istinad etmiş, Torpaq və Mülki Məcəllənin müvafiq normalarına istinad etməmişdir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. İddiaçının təqdim etdiyi sərəncamda hüquqların qeydiyyata alınması əsas şərt kimi göstərilmişdir. İddiaçının hüquqları qeydiyyata alınmamışdır. İddiaçı ilə Abşeron İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin şərtləri yerinə yetirilməmiş və 15 il ərzində icarədar bir dəfə də olsun icarə haqqını ödəməmişdir. İddiaçı torpaqların istifadəsini tənzimləyən xüsusi qanun olan Torpaq Məcəlləsinin normalarını kobud şəkildə pozmuşdur. Sədrlik edən hakim cavabdeh tərəfindən təqdim olunan sübutları qeyri mötəbər, lakin iddiaçı tərəfindən təqdim olunan sübutları əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə onun tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar ümumiyyətlə, nəzərə alınmamışdır. Müddətin keçməsi ilə bağlı təqdim etdiyi ərizəni müqavilənin etibarlılığına şübhə ilə yanaşdığı məqsədilə verdiyi güman edilmişdir. Hakimin bu işdə qərəzli olmasına əsas verən hallardan biri də iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri olaraq verdiyi ərizənin işə sədrlik edən hakim tərəfindən təmin edilməsi olmuşdur. Həmin qərardaddan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsi tərəfindən təmin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, faktiki olaraq iş üzrə cavabdehin istifadəsində olan, mübahisə predmetinə təşkil edən tikililərin Abşeron Rayon İcra Hakimiyyətinin 18 iyun 2008-ci il tarixli 705 nömrəli sərəncamı və 18 iyun 2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə iş üzrə İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-229/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 473/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən torpağa və ya tikiliyə dair hüquq-müəyyənedici sənəd əldə etmədən və heç bir hüququ müəyyən edilmədən, apellyasiya şikayətində digər tərəfin subyektiv hüququna istinad etməsi əsassız olmuşdur. Belə ki, bu dəlili irəli sürmək torpağın mülkiyyətçisinə və ya digər hüquq sahibinə mənsubdur və torpağın mülkiyyətçisi ilə istifadəçi arasında olan münasibətlərdən irəli gələn mübahisələrə aiddir. Bundan əlavə, cavabdehin həmin torpaq sahəsində məskunlaşması illər öncə müəyyən razılıq əsasında baş tutması sübuta yetirilməmişdir. Belə razılıq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməli, habelə bu razılığın qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün ilk növbədə mülkiyyətçinin icarəyə verənə münasibətdə razılığı olmalıdır. Qeyd edilən və digər dəlillərin hüquqi və faktiki əsası olmadığından, habelə təyin edilmiş ekspertiza da iddia tələbi üzrə dəlilləri təsdiq etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1, 193.2, 193.3, 337.1, 337.3, 390.1, 390.4, 390.5, 402.1, 402.2, 402.3, 402.4, 402.5, 404.1, 404.2, 405.1, 406.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)-229/2024 saylı qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlillərinə görə, torpaq üzərində hüquqlar onların dövlət reyestrində lazımi qaydada qeydə alınmasından sonra yaranır. Hazırkı iş üzrə iddiaçı tərəf belə bir hüquq qeydə aldırmamış, yalnız məhkəməyə sərəncam təqdim etməklə mübahisəli ərazinin onun istifadəsində olmasını məhkəmə vasitəsilə təsdiqlətməyə çalışmışdır. Halbuki qeyd edilən ərazi uzun müddətdir ki, cavabdehin faktiki və hüquqi istifadəsində olmuşdur. Lakin işə baxan məhkəmələr qeyd edilən halı nəzərə almamış, yalnız təqdim edilən sənədlərə baxmaqla, həmin sənədlərin həqiqiliyini yoxlamadan, işin faktiki hallarını nəzərə almadan qətnamə qəbul etmişlər. İddiaçının təqdim etdiyi sərəncamda hüquqların qeydiyyata alınması əsas şərt kimi göstərilmişdir. İddiaçının hüquqları qeydiyyata alınmamışdır. İddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin şərtləri yerinə yetirilməmiş və 15 il ərzində “icarədar” bir dəfə də olsun icarə haqqını ödəməmişdir. Birinci instansiya və apellyasiya instansiya məhkəmələri maddi və prosessual hüquq normalarına düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını araşdırmamış, eyni zamanda iş üzrə təqdim edilmiş sübutlara da düzgün hüquqi qiymət verilməmiş, iddiaçının iddiasının əsasını təşkil edən heç bir sübut təqdim etməməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar qeyrimötəbər sübutlar adlandırılmaqla iddiaçının mənafeyini qoruyan qətnamə qəbul edilmişdir. İşə baxan məhkəmələr sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar lazımi qaydada qiymətləndirilməmişdir. Eyni zamanda məhkəmə işi faktiki hallarına da düzgün hüquqi qiymət verməmiş, lazımi qaydada araşdırma aparmamışdır. Belə ki, cavabdeh uzun müddət həmin ərazidə yaşamışdır və özünə lazımi qaydada şərait qurmuşdur. İddiaçının icarəyə götürdüyü ərazi ilə 15 ildən çox bir müddətə maraqlanmaması, həmin ərazidən istifadə etməməsi və cavabdeh tərəfindən istifadə edildiyi bilindiyi halda heç bir müdaxilə etməməsi belə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin tamamilə yalan olmasını bir daha təsdiq etmişdir. Lakin məhkəmə bu müddət ərzində heç bir hərəkət göstərməməsinin səbəbini belə araşdırmamışdır. Halbuki məhkəmə tərəfindən nəzərə alınmalı idi ki, bu torpaq sahəsi tərəflərin heç birinin mülkiyyətində deyil, yalnız istifadə üçün verilmişdir. Belə olan halda artıq uzun müddət iddiaçı tərəfindən istifadə edilməməsi onun istifadə hüququ vardısa belə itirilməsinə səbəb olmalı idi. Məhkəmə instansiyaları düzgün araşdırma aparmamış, iddiaçının torpaq sahəsi ilə bağlı mövqeyini nəzərə almaqla maddi hüquq normalarına düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır

21. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “-50. Cavabdehin etiraz və şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğunu sübuta yetirə bilməmişdir. - 51. Apellyasiya məhkəməsi bu xüsusat üzrə mövqeyini belə əsaslandırmışdır ki, “cavabdeh tərəfindən torpağa və ya tikiliyə dair hüquq-müəyyənedici sənəd əldə etmədən və heç bir hüququ müəyyən edilmədən, apellyasiya şikayətində digər tərəfin subyektiv hüququna istinad etməsi əsassız olmuşdur. Belə ki, bu dəlili irəli sürmək torpağın mülkiyyətçisinə və ya digər hüquq sahibinə mənsubdur və torpağın mülkiyyətçisi ilə istifadəçi arasında olan münasibətlərdən irəli gələn mübahisələrə aiddir” (§ 18). - 52. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən bu mövqe ilə razılaşmır, hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. - 53. Əvvəla, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirmək cavabdehin etirazından asılı olmayaraq məhkəmənin xidməti vəzifəsidir. ... - 57. Baxılan işdə iddiaçının tələbinin apelyasiya məhkəməsi tərəfindən hansı qanun normasının (dispozisiya şərtləri) əsasında yoxlanıldığı və həll edildiyini müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, qətnamənin “Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi” bölməsində Mülki Məcəllənin 139-1, 158, 164, 165, 180, 241, 242-ci, Torpaq Məcəlləsinin 48.5, 55, 111-ci maddələrinin mətni yazılaraq məhkəmənin gəldiyi nəticə qeyd olunmuşdur (§ 18-19). - 58. Göründüyü kimi, apelyasiya məhkəməsinin bir iddianın həlli üzrə eyni qətnamədə istinad etdiyi maddi hüquq normaları bir-birindən mahiyyətcə əhəmiyyətli şəkildə fərqlənən müxtəlif iddia tələblərinin qanuni əsaslarını təşkil edirlər. Məsələn, Mülki Məcəllənin 158-ci maddəsi məhdud əşya hüquqları və onların müdafiəsinə dair, 164 və 165-ci maddələri sahibliyin müdafiəsinə dair tələbləri, 180-cı maddəsi isə özbaşına tikili və onun maraqlı tərəfin müraciəti üzrə sökülməsi tələbini ehtiva edir. - 59. Hazırkı iş üzrə iddiaçının tələbinin göstərilənlərdən hansı hüquqi əsasa görə təmin edildiyi, yəni iddiaçının bildirdiyi faktiki halların hansı normanın dispozisiya şərtləri ilə uyğunluq təşkil etdiyi əsaslandırılmamışdır. - 60. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. ... - 63. Odur ki, baxılan işdə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması, eləcə də iddianın təmin edilməsi üçün əsasların mövcudluğu iddiaya uyğun gələn qanun normalarının şərtləri əsasında yoxlanılmalıdır. - 64. Diqqətdə saxlanılmalıdır ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. - 65. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi mübahisəli torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 705 nömrəli sərəncamı ilə icarə qaydasında ona ayrılmasına, həmin sərəncam əsasında onunla Torpaq icarə müqaviləsinin bağlanmasına, habelə X3 Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsünün qeydə alınmasına istinad edir. - 66. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı təmin edərkən həmin sənədləri işin müəyyən edilmiş halı kimi göstərmiş, cavabdehin torpağa və ya tikiliyə dair hüquqmüəyyənedici sənədinin olmamasına əsaslanmışlar. - 67. Bununla belə, məhkəmələr nəzərə almamışlar ki, torpaq sahəsinin ayrılması barədə inzibati akt (o cümlədən sahənin planı və ölçüsü) mülki hüquq münasibətləri baxımından deyil, şəxslə inzibati orqanlar arasındakı hüquq münasibətlərində əhəmiyyət kəsb edir. - 68. Mülki hüquq münasibətlərinin iştirakçıları, o cümlədən iddiaçının icarəçi statusunun tanınması üçün torpaq sahəsinin onun icarəsinə verilməsi haqqında müqavilə əsas götürülür (Mülki Məcəllə, m.700.1, 706.1 - § 36-37; Torpaq Məcəlləsi, m. 66.1 - § 38). - 69. Odur ki, məsələyə mülki hüquqi aspektdə qiymət verilməsindən ötrü əvvəlcə həmin müqavilənin qüvvədə olub-olmaması, hüquqi nəticə (o cümlədən sahəni icarəyə götürən şəxsə icarəçi statusunu) yaradıb-yaratmaması müəyyən edilməli, belə nəticə yaradırsa, həmin müqavilədən irəli gələn hüquqların kim(lər)ə qarşı irəli sürülə biləcəyinə qiymət verilməlidir. - 70. İş materiallarında olan, Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 705 nömrəli Torpaq icarə Müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, “Bu müqavilə ...icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minir. ...Bu müqavilə Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən Dövlət qeydiyyatına alınan gündən etibarlı sayılır”. - 71. Göründüyü kimi, müqavilənin qüvvəyə minməsi və etibarlı bir əqd kimi hüquqi nəticə yaratması onun dövlət reyestrindəki qeydiyyatından asılı edilmişdir. - 72. Buna baxmayaraq, apelyasiya məhkəməsi həmin halın sübuta yetirilib yetirilmədiyini əsaslandırmamış, dolayısı ilə iddiaçının istinad etdiyi icarə müqaviləsinin qüvvədə (buna müvafiq iddiaçının icarəçi hüquqlarının) olub-olmamasına qiymət verməmişdir. Halbuki, bu xüsusatlar iddiaçının subyektiv hüququ baxımından özünün istinad etdiyi halın müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edirdi. - 73. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta hüquqi qüvvəsi olan və etibarlı bir müqavilədən irəli gələn tələblərin kimə qarşı irəli sürülə biləcəyi, yəni tələb hüquqları ilə əşya hüquqlarının fərqi diqqətdə saxlanılmalıdır. - 74. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır. - 75. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ – MM, m.567; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ – MM, m. 675). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır. - 76. Şəxsin əşya üzərindəki hüquqları müqavilə tələbləri ilə yanaşı, əşya hüquqlarından və qanundan irəli gələn digər əsaslarla qoruna bilər. - 77. Yeri gəlmişkən, apellyasiya məhkəməsinin qətnaməsində qeyd etdiyi normaların əksəriyyəti məhz bu əsaslara aiddir. Bunu nəzərə alaraq məhkəmə kollegiyası vurğulayır ki, həmin əsasların hər birinin özünəməxsus şərtləri və funksiyaları vardır. Odur ki, iddia həmin normalardan hər hansı biri ilə təmin edildiyi halda, işin müəyyən edilmiş halları normanın şərtlərinə uyğun əsaslandırılmalıdır. - 78. Məsələn, tələb Mülki Məcəllənin 157.8 və (ya) 158.4-cü maddələri ilə haqlı sayıldıqda, iddiaçının əvvəlcə məhdud əşya hüququna malik olması, daha sonra əşyadan istifadə ilə bağlı cavabdehin yaratdığı manelər (məhdudiyyətlər) və bu manelərin qanunsuz olması müəyyən edilməlidir. - 79. Baxılan işdə apelyasiya məhkəməsinin iddiaçının məhdud əşya hüququnu təsbit etmədən qeyd olunan normaya istinadı əsaslı olmamışdır. - 80. Yaxud iddia Mülki Məcəllənin 164 və ya 165-ci maddələrinə əsasən təmin edildikdə, məhkəmə tərəfindən aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-ci maddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydalar). - 81. Bu şərtlərdən hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın təmin olunmasını istisna edir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır. - 82. İş üzrə cavabdeh bildirir ki, on ildən çoxdur ki, ailəsi ilə birgə həmin torpaq sahəsində ev tikib müəyyən razılıq əsasında yaşayır. - 83. Bu baxımdan iddianı sahibliyin müdafiəsi çərçivəsində təmin edən məhkəmə cavabdehin dəlillərini də nəzərə alaraq, hüquqi qiymətləndirməni göstərilən ardıcıllıqla aparmalı, digər şərtlərlə yanaşı, cavabdehin iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törətməsini və Mülki Məcəllənin 165.2-ci maddəsindəki müddətin keçmədiyini də əsaslandırmalıdır. Lakin baxılan işdə belə əsaslandırma aparılmamışdır. - 84. Eyni qaydada Mülki Məcəllənin 180.4-cü maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün mübahisə obyektinin özbaşına tikili olması ilə yanaşı, həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir. - 85. Buna baxmayaraq, apelyasiya məhkəməsi sadalanan qanun normalarının heç birinin şərtlərinə uyğun şəkildə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır. Belə olan halda qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. - 86. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, bu hallar üzrə sübutetmə yükü, eləcə də tələbin qanuni əsası düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.”

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin 14-cü bəndində qeyd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi.

25. İddiaçının nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri

1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.

6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir

28. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 2. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. Maddə 22. İcarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;

29. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Kassasiya instansiya məhkəməsinin əsas mövqeyi iddiaçının subyektiv hüququnun olub – olmadığının aşağı instansiya məhkəməsi tərəfindən araşdırılmaması olmuşdur və bununla bağlı qərarın 67-69-cu bəndlərində qeyd edilmişdir ki, torpaq sahəsinin ayrılması barədə inzibati akt (o cümlədən sahənin planı və ölçüsü) mülki hüquq münasibətləri baxımından deyil, şəxslə inzibati orqanlar arasındakı hüquq münasibətlərində əhəmiyyət kəsb edir, mülki hüquq münasibətlərinin iştirakçıları, o cümlədən iddiaçının icarəçi statusunun tanınması üçün torpaq sahəsinin onun icarəsinə verilməsi haqqında müqavilə əsas götürülür, məsələyə mülki hüquqi aspektdə qiymət verilməsindən ötrü əvvəlcə həmin müqavilənin qüvvədə olub-olmaması, hüquqi nəticə (o cümlədən sahəni icarəyə götürən şəxsə icarəçi statusunu) yaradıb-yaratmaması müəyyən edilməli, belə nəticə yaradırsa, həmin müqavilədən irəli gələn hüquqların kim(lər)ə qarşı irəli sürülə biləcəyinə qiymət verilməlidir.

33. Apellyasiya şikayətinin də əsas dəlilini o təşkil edir ki, 11 aydan çox olan icarə müqavilələri Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçirilməlidir. Qarşı tərəf plan-cizgi alıb, koordinatlar müəyyən edilib, lakin son addım olaraq qeydiyyatdan keçirməyib. Bundan əlavə, həm Abşeron rayon İcra Hakimiyyəti Başçısının Sərəncamında, həm də digər sənədlərdə torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının müvafiq Reyestr Xidmətində təmin edilməsi vacib şərt kimi qeyd edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın faktiki əsası kimi yalnız torpaq sahəsinin ayrılması barədə inzibati akta deyil, həmçinin, icarə müqaviləsinə də istinad olunur.

35. Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 705 nömrəli Torpaq icarə Müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, “Bu müqavilə ...icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minir. ...Bu müqavilə Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən Dövlət qeydiyyatına alınan gündən etibarlı sayılır”. Kassasiya instansiyası məhkəməsi bu xüsusatla bağlı qeyd etmişdir ki, müqavilənin qüvvəyə minməsi və etibarlı bir əqd kimi hüquqi nəticə yaratması onun dövlət reyestrindəki qeydiyyatından asılı edilmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin qüvvəyə minməsi və etibarlı bir əqd kimi hüquqi nəticə yaratmasının dövlət reyestrindəki qeydiyyatından asılı edilməsi sərəncamda göstərilsə də, etibarlılıq şərti məhz bu haldan asılı edilə bilməz. Etibarllıq şərti və subyektiv hüquqla bağlı məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Torpaq Məcəlləsinə görə xüsusi mülkiyyətdə olan torpaq sahəsinə dair istifadə və icarə müqaviləsi üçün notarial forma, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üçün isə sadə yazılı forma məcburi forma kimi nəzərdə tutulmuşdur.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun göstərişləri kirayəçinin (icarəçinin) əşyadan istifadə hüququnun əşya hüququ olduğunu təsdiq edir. Belə ki, Qanunun 19.1- ci maddəsinə görə, müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına almır. Qanunun preambulasında qeyd olunub: “Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının... dövlət qeydiyyatı... qaydalarını müəyyən edir”. Göründüyü kimi, “əşya hüquqları” ifadəsindən istifadə olunub, bu isə onu təsdiq edir ki, həmin qanun icarə və istifadə hüququnu əşya hüququ kimi tanıyır, əks təqdirdə bu hüquq qeydə alınmalı deyildi.

38. Mülki Məcəllənin 399.1-ci maddəsində bütün müqavilələr baxımından belə bir ümumi tənzimləmə nəzərdə tutulmuşdur: “Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur”.

39. Mülki Məcəlləyə görə icarə münasibətlərinin əmələ gəlməsi, yəni icarə münasibətləri üzrə haqq (hüquq) və öhdəliklər icarə müqaviləsi qüvvəyə mindiyi anda yaranır. "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa görə də "İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir". Həmçinin "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində torpaq icarəsi anlayışı "Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir" şəklində açıqlanmışdır. Torpaq Məcəlləsində də torpaq icarəsi anlayışı "Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir" şəklində açıqlanmışdır.

40. İcarə münasibətlərinin əsası və özəyi bir tərəf (icarəçi) üçün icarə predmetini istifadə etməklə bağlı haqqın, digər tərəf (icarəyə verən) üçün isə, bunun müqabilində ondan əvəz almaq haqqının yaranmasıdır. Başqa sözlə, icarə müqaviləsinin bağlanmış hesab olunmasının ən əsas hüquqi nəticəsi tərəflər üçün sözügedən bu haqq və öhdəliklərin yaranmasıdır. İcarə müqaviləsi bağlanmış olmasına baxmayaraq, bir tərəfin torpaqdan istifadə haqqı, digər tərəfin də bunun əvəzində pul almaq haqqı yaranmazsa, onda hüquqi baxımdan ümumiyyətlə müqavilədən danışmaq mümkün olmazdı. Çünki icarə müqaviləsinin əmələ gətirdiyi hüquqi nəticə məhz bir tərəfin torpaqdan istifadə haqqı, digər tərəfin də bunun əvəzində pul almaq haqqıdır. Burada hər bir tərəfin haqqı qarşı tərəf (kontragent) üçün öhdəliyi əmələ gətirir. Aydın məsələdir ki, bir tərəfin torpaqdan istifadə haqqı, digər tərəfin də bunun əvəzində pul almaq haqqı yaranmadığı müddətcə tərəflər barəsində heç "icarəçi" və "icarəyə verən" anlayışlarından da bəhs etmək mümkün deyildir. Bütün bunlar da açıqca və şübhəsiz olaraq onu göstərir ki, icarə müqaviləsi bağlanıldığı andan etibarən "icarəçi" və "icarəyə verən" statusları yaranır. "İcarəçi" və "icarəyə verən" statusları ona görə yaranır ki, icarə müqaviləsi bağlanıldığı andan etibarən bir tərəfin qarşı tərəfdən (kontragentdən) icarə predmeti olan torpaq sahəsini icarə müqaviləsində nəzərdə tutulan qaydada onun istifadəsinə verilməsini istəmək haqqı, digər tərəfin isə, bunun (istifadə və faydalanmanın) müqabilində ondan əvəz almaq haqqı yaranır.

41. İcarə müqaviləsi üzrə yaranan əsas hüquqi nəticə odur ki, bir tərəf üçün icarə predmetini qarşı tərəfin istifadəsinə vermək öhdəliyini öz üzərinə götürməsi müqabilində qarşı tərəfdən əvəz (icarə pulu) almaq haqqı, qarşı tərəf üçün də pul vermək öhdəliyini öz üzərinə götürmək müqabilində icarə predmetindən istifadə etmək haqqı yaranır. Əgər tərəflər üçün bu haqq (hüquq) və öhdəliklərdən biri yaranmazsa onda bu o deməkdir ki, ya müqavilə bağlanmayıb, yəni müqavilə ümumiyyətlə hələ heç mövcud deyil, ya da ki, müqavilə bağlanmış olmasına baxmayaraq əhəmiyyətsizdir. Başqa sözlə, torpaq icarəsi müqaviləsinin etibarlı şəkildə bağlanmış olması demək, bir tərəf (icarəyə verən) üçün torpağı icarəçinin istifadəsinə vermək öhdəliyinin yaranması və bu öhdəliyinin müqabilində isə qarşı tərəfdən (icarəçidən) əvəz (icarə pulu) almaq haqqının yaranması, icarəçi üçün isə pul vermək öhdəliyinin yaranması müqabilində torpaqdan icarəçi kimi istifadə etmək haqqının yaranmış olması deməkdir. Məhz icarə müqaviləsi bağlanıldığı andan etibarən icarəyə verənin və icarəçinin haqq (hüquq) və öhdəlikləri yarandığı üçün həmin andan (icarə müqaviləsi bağlanıldığı andan) etibarən də “icarəyə verən” və “icarəçi” statusları da hüquqi baxımdan əmələ gəlmiş olur.

42. Apellyasiya şikayətinin dəlillərindən biri kimi ona istinad olunmuşdur ki, iddiaçı ilə Abşeron İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin şərtləri yerinə yetirilməmiş və 15 il ərzində icarədar bir dəfə də olsun icarə haqqını ödəməmişdir.

43. Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 705 nömrəli Torpaq icarə Müqaviləsinin qüvvədə olub – olmaması, icarə haqlarının ödənilib – ödənilməməsi ilə bağlı məhkəmə tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir.

44. Abşeron rayon İcra Hakimiyyətinin 12 mart 2025-ci il tarixli məktubunda Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 705 nömrəli Torpaq icarə Müqaviləsinin qüvvədə olduğu, 22 aprel 2025-ci il tarixli məktubunda isə İddiaçı tərəfindən icarə haqlarının tam ödənilməsi və icarə haqqı borcunun olmadığı qeyd olunmuşdur.

45. Göründüyü kimi Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsi üzrə münasibətlərin davam etdirildiyi, sonuncu tərəfindən icarə haqlarının ödənildiyi və torpaq sahəsindən istifadə olunduğu halda müqavilənin qüvvəyə minməsinin və etibarlı bir əqd kimi hüquqi nəticə yaratmasının sərəncama əsasən onun dövlət reyestrindəki qeydiyyatından asılı edilməsinin heç bir hüquqi əsası yoxdur, yəni, icarə müqaviləsi bağlanıldığı andan etibarən icarəyə verənin və icarəçinin haqq (hüquq) və öhdəlikləri yarandığı üçün həmin andan (icarə müqaviləsi bağlanıldığı andan) etibarən də “icarəyə verən” və “icarəçi” statusları da hüquqi baxımdan əmələ gəlmiş, icarə münasibətləri hal – hazırda da davam etdirilir.

46. Apellyatorun digər dəlili isə koomunal xidmətlərə görə sayğacların cavabdehin adına qeydə alınması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu barədə hər hansı bir sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, bu sənədlərin torpaq sahəsi üzərində hər hansı bir hüququnu müəyyən edən sənəd kimi qiymətləndirilməsi mümkün deyildir.

47. Mülki Məcəllənin 157.8-ci maddəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu maddə mahiyyət və funksiya etibarı ilə yalnız əşya hüquqları ilə bağlıdır və elə buna görə də MM-in 3-cü bölməsində yer almaqadadır. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu 15.1-ci maddəsində qeyd olunmuşdur ki, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.

48. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin normaların düzgün tətbiq olunmaması barədə arqumentləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bir iddianın həlli üzrə eyni qətnamədə istinad etdiyi maddi hüquq normaları bir-birindən mahiyyətcə əhəmiyyətli şəkildə fərqlənən müxtəlif iddia tələblərinin qanuni əsaslarını təşkil edən normalar tətbiq olunmuş və iddiaçının tələbinin göstərilənlərdən hansı hüquqi əsasa görə təmin edildiyi, yəni iddiaçının bildirdiyi faktiki halların hansı normanın dispozisiya şərtləri ilə uyğunluq təşkil etdiyi əsaslandırılmamışdır və bu hallar Mülki – Prosessual Məcəllənin 385.1.1-ci maddəsinin tələbi baxımından qətnamənin ləğvi üçün əsasdır.

49. Buna görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, hazırkı qətnamənin əsaslandırıcı hissəsində qeyd olunan xüsusatlar nəzərə alınmaqla qüvvədə olan, etibarlılıq şərtlərinə cavab verən icarə müqaviləsi üzrə torpaq sahəsi icarəçi statusunda olan iddiaçıya məxsus hüquqlar əsassız olaraq cavabdeh tərəfindən pozulduğundan iddia təmin olunmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(010)- 437/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qisimən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(010)- 437/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 iyun 2008-ci il tarixli 705 nömrəli sərəncamı və 18 iyun 2008-ci il tarixli 705 nömrəli icarə müqaviləsi ilə İddiaçı ayrılmış Abşeron rayonu, Hövsan Südçülük KTMİ müəssisəsinin ərazisində (hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində) yerləşən 20000.76 kv.m torpaq sahəsinin (əsas döngə nöqtələrinin koordinatları 423113.84, 423150.23, 423017.49, 422976.72 (X koordinatları) və 4473973.87, 4473834.50, 4473798.96, 4473936.78 (Y koordinatları)) Cavabdeh tərəfindən zəbt edilmiş 700 kv.m hissəsi boşaldılsın, torpaq sahəsi Cavabdeh vəsaiti hesabına ilkin vəziyyətə qaytarılsın və İddiaçı təhvil verilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar