Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1583/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-yə qarşı “kirayə haqqının ödənilməsi və s.” barədə ilkin iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “ödənilmiş kirayə haqqının qaytarılması və s.” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4475/2021 saylı, 15.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının əvəzi olaraq, aylıq 500 (beş yüz) manat olmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" MTK-dan tutularaq ona ödənilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində maddi və mənəvi zərərin ödənilməsinə dair tələbi üzrə məhkəmə İşi yekunlaşıb məhkəmə qərarı ilə təyin edilmiş kompensasiyanın "xxxx" MTK tərəfindən ona ödənilməsi təmin edilənədək, "Pilot İnşaat- A” MTK tərəfindən ona, kirayə haqqının ödənilməsinin davam etdirlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlkin iddia onunla əsaslandırmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi 2009-cu ildən onun xüsusi mülkiyyətində və 0,1844 ha həyətyanı torpaq sahəsi isə istifadəsindədir. 2017-ci ilin mayiyun aylarında "xxxx" MMC ilə evinin və istifadəsində olan torpaq sahəsinin alınması müqabilində ona ödəniləcək kompensasiyanın məbləği ilə bağlı danışıqlar oldu. "xxxx" MMC-nin təklifi ilə razı olmadığından, MMC onu evindən çıxmağa məcbur etmək üçün ilk öncə evinin kommunal təchizat xətlərini kəsərək, evinə su, qaz və elektrik enerjisinin verilməsinə imkan vermədi. Bundan başqa, ətrafda yerləşən evləri sökərək, qazıntı işləri apardı və evinə gediş-gəliş yolunu bağladı. Evində yaşamaq artıq mümkünsüz olmağına belə ki, qaz, işıq, su xətləri kəsilməyinə baxmayaraq ailəsi ilə birlikdə evdə yaşamağa davam etmişlər. Mülkiyyətdən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması üçün 2017-ci ilin iyununda "Pilot İnşaat-A” MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi və iddianın təmini tədbiri qismində fərdi yaşayış evindən istifadə hüququna qəsdən yaradılan maneələrin dərhal aradan qaldırılması, evin ətrafındakı xarabazarlığın dərhal təmizlənməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasını, habelə cavabdehə, eləcə də digər şəxslərə əmlakı barədə hər hansı hərəkətlərin edilməsinə qadağan qoyulması barədə qərardad çıxarılmasını xahiş etdi. Nəsimi Rayon Məhkəməsi 07 iyui 2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsini təmin etmədi. Bu qərardaddan verdiyi şikayətə baxılmamış, yəni 24 iyul 2017-ci il tarixdə onun və ailəsimin qohumugildə olmağından istifadə edərək, gecə evimin bir hissəni uçurdular. Bundan sonra o, "xxxx" MMCyə qarşı Nəsimi Rayon Məhkəməsinə "Əmlaka vurulmuş maddi» ziyanın bərpa edilməsi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi" təqdim edərək, mülkiyyətində olan evin bir hissəsinin məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bu iddia ərizəsilə yanaşı iddianın təmini tədbiri qismində mülkiyyətində olan fərdi yaşayış evinin ətrafında aparılan, sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyan hər hansı qazıntı-tikinti və sair işlərin apanlmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Lakin Nəsimi Rayon Məhkəməsi 11 avqust 2017-ci il tarixli qərardadı ilə iddiamın təmini tədbiri barədə ərizəni rədd etdi. Bundan sonra o, bu qərardaddan şikayət verdi. Məhkəmədə hər İki iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyi müddətdə, Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qərardadından şikayət verdiyi halda, evi "xxxx" MMC tərəfindən tamamilə uçurularaq, yerlə yeksan edildi. Bakı Apellyasiya Məhkəməsi 08 sentyabr 2017-ci il tarixli qərardadı ilə birinci məhkəmə işi üzrə Nəsimi teyon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qərardadını ləğv etdi və iddianın təmini barədə ərizəni qismən təmin edərək, evdən istifadə hüquqlarına cavabdeh tərəfindən qəsdən yaradılan maneələrin aradan qaldırılmasına qərar verdi. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı qüvvəyə minsə də, evi artıq mövcud olmadığından, yəni qanunsuz olaraq şirkət tərəfindən məhv edildiyindən, qərardadı icra etmək mümkün olmadı. Bundan sonra Nəsimi Rayon Məhkəməsində iddia tələbinin həcminin artırılmasına dair arzə ilə müraciət edərək, aşağıdakıları tələb etmişdir: 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq, torpağın dəyəri olaraq 490.000 manatın, evn dəyəri olaraq 336.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manatın yəni, ümumilikdə 912.090 (doqquz yüz on iki min doxsan) manatın, Mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində vəsaitin, 2) Hüquqi xidmət üçün ödənilməli olan 2.500 (iki min beş yüz) manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, mənə ödənilməsi barədə qətnamə çıxarılsın. Nəsimi Rayon Məhkəməsi 13 iyun 2018-cİ il tarixli qətnaməsi ilə İddia tələblərini qismən təmin edərək, evinin sökülməsi müqabilində 288.000 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınarq, ona verilməsini qət edib. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi iddia tələblərimin təmin edilməməsi hissəsində əsassız olduğu üçün, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" MMC-də apellyasiya şikayəti verərək, qeyd edilən qətnamənin ləğv edilməsini və onun iddia tələblərinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş edib. Apelyasiya şikayətlərinə baxan Bakı Apelyasiya Məhkəməsi 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə mənim apelyasiya şikayətimi təmin etməyib və "xxxx" MMC-nin apelyasiya şikayətini qismən təmin edərək, Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2018-cİ il tarixli qətnaməsini dəyişdirib və "xxxx" MMC-dən onun xeyrinə tutulmalı olan məbləği 229.000 manat müəyyən edib. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin edilməməsi və "xxxx" MMC-nin Apelyasiya şikayətinin qismən təmin hissəsində əsassız olduğundan və maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarıldığından, həmin qətnamədən Ali Məhkəməyə şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərimi təmin edən yeni qərarın çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmə 13 yanvar 2020-ci İl tarixli qərarı ilə şikayətini qismən təmin edərək, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini ləğv edib və işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıb. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi 01.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərini qismən təmin edib və ona dağıdılmış evi ilə yanaşı, torpaq sahəsinə görə də kompensasiya verilməli olduğunu müəyyən edib. Lakin qeyd edilən qərar hələ qüvvəyə minməyib. Belə ki, qeyd edilən qətnamədən də kassasiya şikayəti vermişdir və iş hazırda Ali Məhkəmənin icraatındadır. Məhkəmə proseslərində və məhkəmə qərarlarında "xxxx" MMC tərəfindən evimin söküntüsünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı əsasında keçirildiyi təsdiq edilib. NKnin bu qərarının tələbinə müvafiq olaraq, "xxxx" MMC tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evinin söküldüyü 24 iyu! 2017-ci İl tarixdən hesablanaraq, ona aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Bu kirayə haqqının ödənilməsi 2020-ci İlin iyul ayının 24-dək davam edib. Lakin 2018- ci ilin 24 iyul tarixdən bu günə kimi, "xxxx" MMC tərəfindən ona kirayə haqqının ödənilməsi təmin edilmir. Buna səbəb kimi isə evinin sökülməsinə maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılıb. Məhkəmə qərarının hələ qüvvəyə minmədiyini və icra edilmədiyini bildirsə də, bu günədək ona kirayə haqqının ödənilməsi təmin edilməyib. Ona kirayə haqqı ödəmək əvəzinə, "xxxx" MMC tərəfindən 28 oktyabr 2020-ci il tarixli, 427 saylı pretenziya məktubu göndərilərək, kirayə haqqının "xxxx" MMC ilə şifahi razılaşması əsasında ödənildiyi və bu şifahi razılaşmanı pozaraq ev əvəzinə, kompensasiyanın ödənilməsini tələb etdiyi üçün indiyədək ona ödənilmiş kirayə haqqını geri qaytarmalı olduğu tələb edilib. Yekun məhkəmə qərarı qüvvəyə minməmiş üç ildən artıqdır ki, evi sökülüb və o ailəsilə birlikdə çöldə qalmalı olmuşdur. "xxxx" MMC qanunsuz olaraq məhkəmə qərarı olmadan evini sökməklə onu və ailəmi evsiz qoymaqla yanaşı, üstəlik 2020-ci ilin avqust ayından etibarən ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinin tələbini pozmaqla yanaşı, ailənin vəziyyətini daha da ağırlaşdırıraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyub. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, 2020-ci ilin avqust ayından etibarən bu günədək aylıq 500 1 beş yüz) manat olmaqlaödənilməyən kirayə haqqı üzrə borc məbləği 5500 (beş min beş yüz) manatın təcili otaraq ona ödənilməsinin təmin edilməsi və eyni zamanda, evin sökülməsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi üzrə məhkəmə qərarı icra edilənədək "xxxx" MMC tərəfindən kirayə haqqlarının ödənilməsinin davam etdirilməsi təmin edilməlidir. NK-nin bu qərarının tələbinə müvafiq olaraq, "xxxx" MMC tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evin söküldüyü 24 iyul 2017-ci il tarixdən hesablanaraq, ona aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Lakin 2020-ci ilin avqust ayından isə bu kirayə haqqının ona ödənilməsi dayandırılıb. Səbəb kimi MMC bunu belə əsaslandırıb ki, məhkəmə qərarı ilə ona kompensasiya verilməli olduğundan, kirayə haqqı verilməyəcək. Maddi və mənəvi zərərin ödənilməsinə dair tələbi üzrə hələ məhkəmə işi yekunlaşmayıb, yekun məhkəmə qərarı qüvvəyə minməyib və məhkəmə işinin yekunlaşması və yekun qərarın qüvvəyə minməsi ən azı daha bir il çəkəcək. Hazırda qeyd edilən iş Ali Məhkəmənin icraatındadır. Bunu təsdiq edən elektron məhkəmə sistemindən müvafiq çıxarış ərizəyə əlavə edilir. Onun isə yekun məhkəmə qərarı qüvvəyə minməmiş üç ildən artıqdır ki, evi sökülüb və o, ailəsilə birlikdə çöldə qalmalı olmuşdur. Üstəlik, bu problemlərə dözə bilməyən və evi uçurulan vaxt insult keçirən atası, evsiz qaldıqlarını görüb mart ayında ikinci dəfə insult keçirərək vəfat edib. "xxxx" MMC qanunsuz olaraq məhkəmə qərarı olmadan evini sökməklə onu və ailəsini evsiz qoymaqla, atasının ölümünə səbəb olmaqla yanaşı, üstəlik ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinin tələbini pozmaqla yanaşı, ailənin vəziyyətini daha da ağırlaşdırıraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyub. 2020-ci İlin avqust ayından bu günədək ona ödənilməmiş aylıq kirayə haqqı ayda 500 manat olmaqla, ümumilikdə 5000 manat təşkil edir. Buraya 2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, ayları və 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayı daxildir. 'Pilot İnşaat-A" MMC-yə də kifayət qədər aydındır ki, onunla "xxxx" MMC indiyədək heç bir şifahi və ya yazılı anlaşma olmayıb. Kirayə haqqı da yuxarıda qeyd etdiyim kimi, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinə əsasən ödənilib. Belə ki, qərarın qeyd edilən bəndinə əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binəsi tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi tapşırılıb. Onun evi qanunsuz olaraq, "xxxx" MMC tərəfindən sökülüb və indiyədək ona nə ev, nə də hər hansı bir kompensasiya təqdim edilib. Odur ki, 'Pilot İnşaat-A" MMC tərəfindən ona ödənilməmiş kirayə haqqı borcu ödənilməklə yanaşı, qanuni qüvvəyə minəcək məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya "xxxx" MMC tərəfindən ona ödənilənədək "xxxx" MMC tərəfindən kirayə haqqının ödənilməsi təmin edilməlidir. Çünki, bu qanunun tələbidir.
3. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı kirayə pulu adı ilə əsassız yerə Cavabdeh MTK-dan aldığı 19500 manat məbləğində pulun Cavabdeh MTKya geri qaytarılması və vurduğu 500.000 manat məbləğində mənəvi ziyanın "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4475/2021 saylı, 15.10.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-yə qarşı “kirayə haqqının ödənilməsi və s.” tələbinə dair ilkin iddiasının rədd edilməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK-nın ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “ödənilmiş kirayə haqqının qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir (sədrlik edən: Cəmilə Musayeva).
5. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
6. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının1.3-cü bəndini tətbiq etməli olduğu halda, tətbiq etməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndi ilə Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi” tapşırılıb. NK-nin bu qərarının tələbinə müvafiq olaraq, Cavabdeh MMC tərəfindən 2017-ci ilin 24 oktyabrından başlayaraq, evimin söküldüyü 24 iyul 2017-ci il tarixdən hesablanaraq, iddiaçıya aylıq 500 (beş yüz) manat kirayə haqqı ödənilib. Lakin 2020-ci ilin avqust ayından isə bu kirayə haqqının iddiaçıya ödənilməsi dayandırılıb. Səbəb kimi MMC bunu belə əsaslandırıb ki, məhkəmə qərarı ilə iddiaçıya kompensasiya verilməli olduğundan, kirayə haqqı verilməyəcək. Maddi və mənəvi zərərin ödənilməsinə dair tələb üzrə çıxarılmış məhkəmə qərarı bu günədək icra edilməyib. Üstəlik, Cavabdeh MMC tələbin təmin edilməsi üzrə Ali Məhkəmənin 06 aprel 2021-ci il tarixli qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verib. Hazırda qeyd edilən iş Konstitusiya Məhkəməsinin icraatındadır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər iddiaçıya isə bu günədək maddi və mənəvi zərər ödənilmədən, dörd ildən artıqdırki, evi sökülüb və iddiaçı ailəsi ilə birlikdə çöldə qalmalı olmuşdur. Üstəlik, bu problemlərə dözə bilməyən və evi uçurulan vaxt insult keçirən atası, evsiz qaldığını görüb mart ayında ikinci dəfə insult keçirərək vəfat edib. Cavabdeh MMC qanunsuz olaraq məhkəmə qərarı olmadan evi sökməklə iddiaçını və ailəsini evsiz qoymaqla, atasinın ölümünə səbəb olmaqla yanaşı, üstəlik ona aylıq 500 manat kirayə haqqı ödəməkdən imtina etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinin tələbini pozmaqla yanaşı, ailəsinin vəziyyətini daha da ağırlaşdırıraq, çöldə yaşamaq təhlükəsi ilə üz-üzə qoyub. Nəsimi Rayon Məhkəməsi isə iddia ərizəsində yuxarıda qeyd etdiklərini və iddiaçıya kirayə haqqının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndini əsasında verilməli olduğunu nəzərə almadan, sübutları - kirayə haqqının ödənilməsinə dair müqavilə və s. sənədi məhkəməyə təqdim etmədiyini yazaraq iddia tələbini qanunsuz olaraq təmin etməyib. Cavabdeh MMC-yə də kifayət qədər aydındır ki, iddiaçı ilə Cavabdeh MMC indiyədək heç bir şifahi və ya yazılı anlaşma olmayıb. Kirayə haqqı da iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndinə əsasən ödənilib. Belə ki, qərarın qeyd edilən bəndinə əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi tapşırılıb. İddiaçının evi qanunsuz olaraq, Cavabdeh MMC tərəfindən sökülüb və indiyədək iddiaçıya nə ev, nə də hər hansı bir kompensasiya təqdim edilib. Odur ki, Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməmiş kirayə haqqı borcu ödənilməklə yanaşı, qanuni qüvvəyə minəcək məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya Cavabdeh MMC tərəfindən mənə ödənilənədək Cavabdeh MMC tərəfindən kirayə haqqının ödənilməsi təmin edilməlidir. Tərəflərin izahatları:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini, ilkin iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
11. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2016-cı il tarixli 208 nömrəli Sərəncamının surətindən görünür ki, Cavabdehnə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çıxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilməsi barədə sərəncam verilmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli, 2(006)-380/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 288.000 manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-70/2020 saylı, 13.01.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli 2(103)- 1369/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1676/2021 saylı, 06.04.2021ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020ci il tarixli, 2(103)-3809/2020 nömrəli qətnaməsinin kasassiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(103)-3809/2020 nömrəli icra vərəqəsindən görünür ki, vurulmuş maddi ziyana görə Cavabdeh MTK - dən 283000 manat alınaraq İddiaçı ödənilməlidir. İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manat, mənəvi zərərin əvəzi qismində 500 manat Cavabdeh MTK -dən alınaraq İddiaçı ödənilməlidir.
16. Cavabdeh MTK tərəfindən məhkəmə təqdim edilmiş məxaric kassa orderlərinin surətlərindən görünür ki, MTK tərəfindən İddiaçı 05.08.2017-ci il tarixdən 23.09.2020-ci il tarixədək hər üç aydan bir 1500 manat olmaqla, cəmi 19.500 manat ödəniş edilmişdir.
17. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən 22 iyun 2021-ci il tarixdə qəbul edilmiş qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət təqibinin başlanmasının rədd edilməsi, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmələrinin izah olunması qərara alınmışdır. Hüquqi dəyərləndirmə:
18. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, ilkin iddia üzrə iddiaçıya sökülmüş fərdi yaşayış evinin, evin yerləşdiyi və həyətyanı torpaq sahəsinin əvəzinə cavabdeh tərəfindən maddi zərər olaraq evə görə 283000 manat, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinə görə 165.322,5 manat və mənəvi zərərin əvəzi qismində 500 manat məbləğində pulun ödənilməsi qərara alınmışdır.
19. Hazırda ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia ilə müraciət edərək, "xxxx" MTK tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının əvəzi olaraq, aylıq 500 manat olmaqla, ümumilikdə 5500 manat məbləğində pulun "xxxx" MTK-dan tutularaq ona ödənilməsi, həmçinin tərəf olduğu digər mülki iş üzrə yekun məhkəmə aktı icra edilənədək "Pilot İnşaat- A” MTK tərəfindən kirayə haqqının ödənilməsinin davam etdirlməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
20. Kollegiya işin mahiyyəti baxımından aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Bu Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
24. Kollegiya işin hallarına və yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərərçəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır.
25. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır.
26. İddiaçının apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, iş materiallarınnan görünür ki, həqiqətən də, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun sürən məhkəmə çəkişmələrinə məruz qalmış, bunun müqabilində ona müvafiq məhkəmə aktlarına əsasən dəymiş maddi və mənəvi zərərin ödənilməsi qərara alınmışdır. Lakin hazırkı işdə zərərin mövcud olması halı müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona real zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən sübutları (iddia ərizəsində göstərilən müddət üçün bağladığı kirayə müqaviləsi və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə iddiaçıya real olaraq zərərin dəyməsi halı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi hazırki iddianın rədd edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
27. İddianın “"xxxx" MTK tərəfindən 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək ödənilməyən kirayə haqqının ödənilməsi” hissəsində kollegiya qeyd edir ki, iddiaçı özü də apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli 86 saylı qərarının1.3-cü bəndinə istinad etmiş və iddia tələbinin əsaslı olmasını onunla əsaslandırmışdır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndi ilə Nəsimi Rayon İcra Hakimiyyətinə və tikinti şirkətləri qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi təmin edilsin.
29. İddiaçının apellyasiya şikayətində qeyd edilir ki, sökülən yaşayış binasının yerində tikilən yeni yaşayış binası tikilənədək binadan köçürülən sakinlərin kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur.
30. Nazirlər Kabineti qeyd edilən Qərarının mahiyyətinə görə, sakinlərə kirayə haqqlarının ödənilməsi, onlara yeni tikiləcək yaşayış binasının inşası başa çatanadək onların mənzil ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuşdur. Yəni, sökülmüş binanın əvəzinə yeni tikiləcək binada mənzillə təmin edilmiş şəxslər kirayə haqqının ödənilməsi hüququndan faydalanırlar.
31. İş materiallarından görünür ki, iddiaçıya sökülmüş binanın əvəzinə mənzil verilməsi razılaşdırılmamış, mənzilin əvəzinə ona kompensasiya ödənilmişdir. Belə olan halda, iddiaçıya gələcəkdə tikilməsi nəzərdə tutulmuş binadan mənzil verilməsi vəd olunmadığından, ona kirayə haqqının ödənilməsi zərurəti aradan qalxır.
32. İddiaçı iddia tələbində və apellyasiya şikayətində kirayə haqqının ödənilməsinin davam etdirilməsini qeyd etmişdir. Kollegiya kirayə haqqının ödənilməsinin davam etdirilməsi ilə bağlı qeyd edir ki, İddiaçı təşəbüssü ilə başlanan məhkəmə mübahisələrindən göründüyü kimi, tərəflər arasında kirayə haqqının ödənilməsini özündə ehtiva edən hər hansı müqavilə bağlanmamış, İddiaçı ümumiyyətlə yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və İddiaçı köhnə tikilinin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzilin ayrılması barədə tikinti şirkəti ilə müqavilə bağlamaq niyyətində olmamışdır.
33. İş materiallarında olan Cavabdeh MTK tərəfindən məhkəməyə təqdim edilmiş məxaric kassa orderlərinin surətlərindən görünür ki, MTK tərəfindən İddiaçı 05.08.2017-ci il tarixdən 23.09.2020-ci il tarixədək hər üç aydan bir 1500 manat olmaqla, cəmi 19.500 manat ödəniş edilmişdir.
34. Həmin kassa məxaric orderinə əsasən, pul vəsaitinin kirayə haqqının ödənilməsi təyinatında olması görünmür.
35. Qeyd edilən kassa məxaric orderləri MTK tərəfindən iddiçıya ödənilən məbləğlərin hətta kirayə haqqı üçün verilməsini təsdiq etmiş olsa belə, iddiaçı iddia tələbində və apellyasiya şikayətində kirayə haqqının ödənilməsinin davam etdirilməsi tələbini irəli sürsə də, məhkəmə qeyd edir ki, tərəflər arasında kirayə haqqının ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyan hər hansı razılaşma məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, həmçinin mülki işin materiallarında bu barədə heç bir dəlil–sübut aşkar edilmədiyindən bu hal cavabdehin kirayə haqqını ödəməsini istisna edir.
36. Kollegiya sadalanan xüsusatlara əsasən qeyd edir ki, iddiaçıya sökülən binanın əvəzinə mənzil verilməsi razılaşdırılmadığından, iddiaçıya məxsus mənzil ona kompensasiya verilməsi müqabilində söküldüyündən, iddiaçıya kirayə haqqının ödənilməsi ilə bağlı 5500 manat məbləğində pul vəsaitinin ödənilməsindən və kirayə haqqının ödənilməsinin davam etdirilməsindən ibarət iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
37. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyasiya şikayətində qətnamənin tam deyil, ilkin iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan və qarşılıqlı iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə (ilkin iddianın təmin olunmayan hissəsidə) yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
43. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İlkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4475/2021 saylı, 15.10.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev