Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1584/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və müqavilənin predmeti olan mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli qərardadından cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehə qarşı irəli sürdüyü “müqavilənin ləğv edilməsi və müqavilənin predmeti olan mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və şikayətlə yanaşı “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə ərizə vermişdir. “Buraxılmış prosessual müddətin bərpası” barədə ərizəyə və apellyasiya şikayətinin qəbul edil məsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə ərizənin təmin edilməsini, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbini üzrlü hesab edilməsini və buraxılmış prosessual müddətin cavabdehə münasibətdə bərpa edilməsini qərara almışdır. İddiaçı QSC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, “buraxılmış prosessual müddətin bərpası” barədə ərizənin təmin edilməməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayətin “xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsi hissəsinin” təmin edilməsini və şikayətin qalan hissəsinə, habelə “buraxılmış prosessual müddətin bərpası” barədə cavabdehin ərizəsinə baxılması üçün işin məhkəmə baxışı iclasına təyin edilməsini qərara almışdır. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iddiaçı QSC-nin şikayətinin qalan hissəsinin təmin edilməsini, “buraxılmış prosessual müddətin bərpası” barədə cavabdehin ərizəsinin təmin edilməməsini cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin qaytarılmasını qərara amışdır. Qeyd edilən bu – sonuncu qərardaddan cavabdeh şikayət vermiş və qərardadın ləğv edilərək “buraxılmış prosessual müddətin bərpası” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə rədd edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 130.1-ci maddəsinə görə isə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Rayon Məhkəməsi, cavabdehin verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin rədd edilməsi və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icra hərəkətlərini həyata keçirən Bakı Şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən cavabdehə “tələbin könüllü icra edilməsi barədə bildiriş” göndərmiş, cavabdeh həmin bildirişi qəbul etmiş və onun nümayəndəsi X1 xx.xx.2022-ci il tarixdə İcra Şöbəsinə verdiyi "xxxx" iddiaçı QSC-yə olan borcunu xx.xx.2022-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli qətnamədən cavabdehin xəbəri olmuş, lakin o, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Cavabdeh “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə versə də, prosessual müddətin məhz üzürlü səbəbdən ötürülməsi müəyyən edilmir. Məhkəmə qeyd edir ki, cavabdehin verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayət onunla əsaslandılmışdır ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamədən, həmin qətnamənin qəbul edilmiş mülki iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarından cavabdehin xəbəri olmamış, həmin qətnamə ona təqdim edilməmişdir. Belə ki, cavabdeh, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olsa da orada yaşamır. O, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. İcra məmuru tərəfindən cavabdehə zəng olunandan sonra onun bu məhkəmə prosesindən məlumatı olmuşdur. Qətnamə xx.xx.2022-ci il tarixdə rəsmi olaraq cavabdehə təqdim edilmiş və o, qanunda nəzərdə tutulmuş müddət ərzində apellyasiya şikayəti vermişdir. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə cavabdehin qeydiyyatda olduğu Qəbələ rayonu, Vəndam qəsəbəsi ünvan üzrə göndərilsə də, müvafiq poçt şöbəsi tərəfindən zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi ilə Məhkəməyə qaytarılmışdır (bax: iş v. 64). xx.xx.2022-ci il tarixdə cavabdeh ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək qətnamənin ona verilməsini xahiş etmiş (bax: iş v. 106) və bu ərizəyə əsasən qətnamə xx.xx.2022-ci il tarixdə cavabdehin etibarnamə üzrə nümayəndəsi O.Zərbalayevə təqdim edilmişdir. Bundan sonra apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətdə, yəni xx.xx.2022-ci il tarixdə, cavabdeh apellyasiya şikayəti vermişdir. Belə olan halda hesab edilməlidir ki, MPM-nin yuxarıda qeyd edilmiş 360-cı maddəsinə görə cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət buraxılmamışdır. Cavabdehin nümayəndəsi O.Zərbalıyevin xx.xx.2022-ci il tarixdə İcra Şöbəsinə "xxxx" verməsi barədə iddiaçı QSC-nin bildirdiyi və Rayon Məhkəməsinin əsaslı hesab etdiyi dəlilə gəldikdə Məhkəmə qeyd edir ki, dəlil əsaslı deyil. Belə ki, cavabdehin nümayəndəsi O.Zərbalıyevin xx.xx.2022-ci il tarixdə "xxxx" verməsi qətnamənin onun tərəfindən qəbul edilməsi kimi qəbul edilmiş olsa belə, apellyasiya şikayəti cavabdeh tərəfindən yuxarıda qeyd edildiyi kimi, xx.xx.2022-ci il tarixdə verilmişdir. Bu baxımdan da müəyyən edilir ki, cavabdeh, qətnamədən apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehə münasibətdə qeyd edilən qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddət buraxılmamışdır. Bu səbəbdən buraxılmamış hesab edilən müddət bərpa, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə isə təmin edilə bilməz. Lakin apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə və həmin ərizəyə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli qərardad ləğv edilsin. Cavabdeh “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə ərizəsi, müddətin ötürülməməsi səbəbindən təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1584/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1584/2023
03.02.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver