Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1585/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər:məhkəmə aktının maraqlarına toxunan şəxs qismində cəlb edilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3058/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və həmin evə köçürülməsi barədə qətnamənin çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Maraqlı şəxs İmamverdi oğlu sözügedən mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin həmin qərardadından Maraqlı şəxs İmamverdi oğlunun verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4931/2024 saylı qərardadına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-058/2024 saylı iş üzrə 03 iyul 2024-cü il tarixli qərardadı ləğv olunmaqla işin Maraqlı şəxs İmamverdi oğlunun ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3058/2022 saylı qərardadına əsasən, Maraqlı şəxs İmamverdi oğlunun maraqlı şəxs qismində cəlb edilməyə dair ərizəsi təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ona geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3058/2022 saylı qərardadından Maraqlı şəxs İmamverdi oğlu şikayət verərək qərardadın ləğv edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)3058/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə yuxarı instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3058/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)3058/2022 saylı qərardadından Maraqlı şəxs İmamverdi oğlunun verdiyi şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-6069/2024 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3058/2022 saylı qərardadının ləğv olunmaqla işin Maraqlı şəxs İmamverdi oğlunun ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin Qərardadda həmçinin göstərilmişdir ki, təkrar araşdırma zamanı ərizəçinin X4 vərəsəsi olub-olmaması, mübahisəli evin mirasqoyan İ.A. Yusifovdan qalan miras kütləsinə daxil olub-olmaması, maraqlarına toxunmasını hesab etdiyi məhkəmə aktı barədə ərizəçinin nə vaxt məlumatının olmasına dair hallar da araşdırıldıqdan sonra, mübahisəli əmlakla bağlı qəbul edilən məhkəmə aktının R.İ. Yusifovun maraqlarına, yəni hüquq və vəzifələrinə toxunub-toxunmamasına dair sübutlara məcmu halında hüquqi qiymət verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3058/2022 saylı qətnaməsinin ərizəçi Maraqlı şəxs İmamverdi oğlunun hüquq və vəzifələrinə toxunması müəyyən edilməklə, həmin qətnamədən ərizəçi Maraqlı şəxs İmamverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təkrar məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs İmamverdi oğlu xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış QAZ 21 minik markalı ** HU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən 1/8 hissədə pay almalıdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-3683/2010 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin müəyyən edilir ki, ünvan 1 ünvanda olan evin (özbaşına tikili) kirayəşini X6r və o, ailə tərkibi (16 nəfər) ilə həmin ünvanda qeydiyyatdadır. Ərizəçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)3058/2022 saylı qətnaməsinin mübahisələndirilməsi əsasları ondan ibarət olmuşdur ki, İddiaçı həmin ünvanın onların yaşadığı hissəsinə köçürülmüşdür. Məhkəmə qeyd etmişdir ki, ərizəçi Maraqlı şəxs atası X1 miras qalmış daşınar əmlaka dair məcburi paya vərəsəlik hüququ tanındığından, hazıki mülki iş üzrə də atasının kirayəşini olduğu mübahisəli əmlaka (Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi 46/48 saylı ev) gələcəkdə əmlaka dair hüquqmüəyyənedici sənədlərin əldə olunduğu təqdirdə əmlakın miras kütləsinə daxil olmaqla həmin əmlakdan onun məcburi pay almaq hüququ istisna edilmədiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3058/2022 saylı qətnaməsinin onun hüquq və vəzifələrinə toxunması müəyyən edilir. Məhkəmə daha sonra qeyd etmişdir ki, apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsi ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə alınmış, qətnamədən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş, apellyasiya şikayəti verilərkən mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna düzgün riayət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3058/2022 saylı qətnaməsindən ərizəçi Maraqlı şəxs İmamverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə riayət edilməklə verilmişdir və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, ərizəçi Maraqlı şəxs ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu, M.Əlizadə küçəsi 46/48 saylı evin (alt qatı) 1-ci mərtəbəsində yerləşən həmin mənzilin və ünvanın ayrılmaz hissəsi olan istifadəsində olan yaşayış sahəsinə daxil olmaq üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və həmin evin köçürülməsi barədə qətnamənin çıxarılmasını xahiş etmiş və iddia məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsilə təmin edilmişdir. Maraqlı şəxs İmamverdi oğlu maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. O, bunu onunla əsaslandırmışdır ki, həmin ünvanda yerləşən mənzil özbaşına tikili olsa da atasına məxsus olmuş və həmin daşınmaz əmlak üzrə vərəsədir. Onun buna dair ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməməsi qərara almışdır. Qeyd olunan qərardan Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4931/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunmaqla işin Maraqlı şəxs İmamverdi oğlunun ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3058/2022 saylı qərardadına əsasən Maraqlı şəxs İmamverdi oğlunun maraqlı şəxs qismində cəlb edilməyə dair ərizəsi təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3058/2022 saylı qətnaməsindən vermiş apellyasiya şikayəti ona geri qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3058/2022 saylı qərardadından Maraqlı şəxs İmamverdi oğlu şikayət verərək qərardadın ləğv edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə yuxarı instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul etməsini xahiş etmişdir. Maraqlı şəxs İmamverdi oğlunun verdiyi şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(103)-6069/2024 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3058/2022 saylı qərardadının ləğv olunmaqla işin Maraqlı şəxs İmamverdi oğlunun ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardadda həmçinin göstərilmişdir ki, təkrar araşdırma zamanı ərizəçinin X5 vərəsəsi olub-olmaması, mübahisəli evin mirasqoyan İ.A.Yusifovdan qalan miras kütləsinə daxil olub-olmaması, maraqlarına toxunmasını hesab etdiyi məhkəmə aktı barədə ərizəçinin nə vaxt məlumatının olmasına dair hallarda araşdırıldıqdan sonra, mübahisəli əmlakla bağlı qəbul edilən məhkəmə aktının Maraqlı şəxs maraqlarına, yəni hüquq və vəzifələrinə toxunub-toxunmamasına dair sübutlara məcmu halında hüquqi qiymət verilməsi tövsiyə edilmişdir. Məhkəmə xx.xx.2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməyə istinad edərək həmin özbaşına tikilinin kirayəçinin Maraqlı şəxs atası İmanverdi Yusifov olduğu və qeyd edilən ünvanda mərhumun 16 nəfər ailə tərkibi ilə həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamaları qənaətinə gəlir. Qeyd olunan M.Əlizadə 46/48 ünvanda yerləşən yaşayış sahəsi 20 kvadratmetrdən ibarətdir. Həmin 20 kvadratmetr sahədə 16 nəfərin yaşaması absurddur. Maraqlı şəxs təqdim etdiyi ərizələrində özünün M.Əlizadə 46 ünvanda qeydiyyatda olmaqla yaşadığını göstərir. Məhkəməyə təqdim etdilən MAPS arayışından müəyyən olunur ki, M.Əlizadə 46/48 ünvanda İddiaçı və oğlu Əliəkbər Yusifov qeydiyyatdadırlar. M.Əlizadə 48 ünvanda 9 ailə, M.Əlizadə 46 ünvanda 3 ailə, o cümlədən ərizəçi Maraqlı şəxs qeydiyyatdadırlar. Göstərilən M.Əlizadə 46 və M.Əlizadə 48 ünvanlar eyni nömrə ilə qeyd olunsa da, 12 ailənin yaşadığı müxtəlif mənzillərdən ibarətdir. Həmin mənzillər 52 metr uzunluqdan ibarət olan ensiz həyətə səpələnmişlər. Qərardadda ərizəçinin ifadəsi ilə bildirilir ki, 2(006)- 3058/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin mübahisələndirilməsində əsas ondan ibarət olmuşdur ki, İddiaçı həmin ünvanın onun yaşadığı hissəsinə köçmüşdür. Halbuki, həmin ünvanın M.Əlizadə küçəsi ev 46/48 olduğundan Maraqlı şəxs M.Əlizadə 46/48 ünvanda yerləşən yaşayış sahəsinə hər-hansı aidiyyatı müəyyən edilmir, nə qədər ki, Maraqlı şəxs M.Əlizadə 46 ünvanda yaşamaqla qeydiyyatdadır və yalnız köçürülmə M.Əlizadə 46 ünvana qət edilmiş olsa idi, bu zaman Maraqlı şəxs hüquqlarına toxunulmuş olardı. Əgər Maraqlı şəxs hesab edərsə ki, İddiaçı köçürüldüyü yaşayış sahəsi onun yaşadığı M.Əlizadə küçəsi 46 ünvanına aiddir, belə olduğu halda 2022-ci ildən hazırki günədək o, harada yaşayıb və nədən məlumatsız olaraq şikayət verməyib? Təqdim olunmuş sənədlərdə Maraqlı şəxs qeydiyyat ünvanı M.Əlizadə küçəsi 46-dır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün 3 əsas ola bilər: 1. Yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda mülkiyyət hüququnu təsdiq edən sənəd; 2.Yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; 3. Yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda bu hüququn yaranmasına əsas olmuş sənədlər. Göründüyü kimi Maraqlı şəxs iddia etdiyi yaşayış sahəsinə tələbetmə hüququnun mövcudluğunu təsdiq edən hər-hansı bir sənəd təqdim edə bilmir. Məhkəmə hesab edir ki, ərizəçi Maraqlı şəxs atası X2 miras qalmış daşınar əmlaka dair məcburi paya vərəsəlik hüququ tanındığından, hazırki mülki iş üzrə də atasının kirayəçisi olduğu mübahisəli əmlaka (Bakı şəhəri Nəsimi rayonu, M.Əlizadə küç., 46/48 saylı evə) gələcəkdə əmlaka dair hüquq müəyənləşdirici sənədlərin əldə olunduğu təqdirdə əmlakın miras kütləsinə daxil olmaqla, həmin əmlakdan onun məcburi pay almaq hüququ istisna edilmədiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3058/2022 saylı qətnaməsinin onun hüquq və vəzifələrinə toxunması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. 180.2. özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, dəgər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Göründüyü kimi Maraqlı şəxs atası İmamverdi Yusifov sağlığında belə həmin özbaşına tikiliyə hər hansı sərəncam vermək hüququ olmamış, o cümlədən vəsiyyət etmək və sairə. Həmin tikintinin inşa edildiyi torpaq sahəsi də o cümlədən onun mülkiyyətində olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) mirasqoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi qanunun mənasına görə mübahisəli ev miras kütləsinə daxil deyildir və gələcəkdə də belə bir ehtimalın mövcudluğu yuxarıda şərh olunan maddi normaların təbiətinə ziddir. Hətta qeyd olunan özbaşına tikilinin gələcəkdə hüquqmüəyyənedici sənədlərin əldə olunmasına belə “qanuni gözləntisi” mövcud deyildir. Belə ki, “gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı işi üzrə 2010-cu il 27 may tarixli Qərar g103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin. (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X9rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli qərarlar). Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin məcəllədə nəzərdə tuutlmuş halar istisna olmaqla, tərəflər, 3-cü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmçinin, MPM-nin 357.2-ci maddəsinin mənasına görə, həmin hüquqa, işdə iştirak etməyən cəlb edilməyən lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərdə malikdir. Qanunun şərh olunan maddələrinin mənasına görə Maraqlı şəxs şikayətində qəbul edilən qətnamə ilə onun hüquq və vəzifələrinin nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə əsaslandırılmalıdır. Lakin, şikayət ərizəsində M.Əlizadə küçəsi 46 saylı ünvanda yaşadığını göstərsə də, M.Əlizadə 46/48 ünvanda yerləşən özbaşına tikiliyə onun hansı subyektiv hüquqlarının olmasını əsaslandırmır. Yalnız təhrif olunmuş ifadələr bildirsə də, məhkəmə həmin halları araşdırmamışdır. Maraqlı şəxs hazırki məqamadək maraqlı şəxs qismində cəlb edilməsinə dair bir neçə proseslər keçirilmişdir. Onun buna dair ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməməsi qərara almışdır. Qeyd olunan qərardan Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4931/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunmaqla işin Maraqlı şəxs İmamverdi oğlunun ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bu qərarları prosessual pozuntulara dair bölmədə qeyd etməkdə məqsədi Maraqlı şəxs prosessual qanunvericiliyin ona verilmiş hüquqlarından sui-istifadə etməsinə yönəltməkdən ibarətdir. Belə ki, Maraqlı şəxs hazırki apellyasiya şikayətində barəsində şikayət etdiyi qətnamənin xx.xx.2024-cü il tarixdə ona rəsmi olaraq təqdim edildiyini bildirir. Halbuki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3058 /2022 saylı qərardadı ilə o cümlədən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 4931/2024 saylı qərardadı ilə müəyyən edilir ki, həmin məhkəmə proseslərində Maraqlı şəxs nümayəndəsi Nəsimi Rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı qətnaməsini mübahisələndirsə də, hansı səbəbdən həmin qətnaməni rəsmi surətdə almağa maraq göstərməmişdir. Həmin qətnaməni almadan Maraqlı şəxs həmin qətmanənin məzmunundan məlumatlı olması sual yaradır. Hesab edilir ki, Maraqlı şəxs həmin qətnaməni yalnız əldə edə biləcəyi təqdirdə mübahisələndirə bilərdi. Bu səbəbdən də, Maraqlı şəxs ona verilmiş prosessual hüquqlardan sui-istifadə etməsi qənaətinə gələrək üzürlü səbəbdən prosessual müddəti ötürməsi fikrindədirlər. Apellyator müxtəlif ərizələrində özünün M.Əlizadə 46 bəzən isə M.Əlizadə 48 ünvanında yaşadığını qeyd edir. Halbuki, Maraqlı şəxs və onun nümayəndəsinin mübahisələndirdiyi bir çox məhkəmə proseslərində Maraqlı şəxs məhz M.Əlizadə küçəsi 46 ünvanda yaşadığı qeyd olunur. Belə ki, "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair verilmiş iddia ərizəsinə əsasən çıxarılmış 2(006)-4243/22 saylı, xx.xx.2022-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edildi ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (Maraqlı şəxs) hal-hazırda ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3030/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər X8 və Maraqlı şəxs İmamverdi oğluna qarşı “cavabdehlər tərəfindən yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneənin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin iş üzrə qanuni qüvvəsini almış və icrası həyata keçirilmiş məhkəmə aktları iddiaçının iddia etdiyi yaşayəş sahəsinə təkrar köçürülməsinə dair iddiasının təmin edilməsini mümkünsüz edir və təkrar icra olunmasını tövsiyə etmişdir. Qeyd olunan məhkəmə işində Maraqlı şəxs hazırda mübahisə etdiyi qətnamə haqqında məlumatlandırılmış və həmin işdə cavabdeh qismində işə cəlb olunmuşdur. Göründüyü kimi Maraqlı şəxs hüquqlarına toxunduğu hiss etdiyi qətnaməni özü dediyi kimi rəsmi qaydada almaqda maraq göstərməmiş, lakin onun mövcudluğundan xəbərdar olmaqla həmin qətnaməni çox əvvəllər almaqla onu mübahisələndirmişdir. Beləliklə, Maraqlı şəxs apellyasiya şikayəti vermək hüququnu üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə ərizəçinin M.Əlizadə küçəsi 46/48 ünvana aidiyyatına dair halları sübut etməmişdir. Məhkəmə ərizəçinin dediyi kimi ona məxsus M.Əlizadə küçəsi 46 ünvana aid olan hissəyə köçürülməsinə dair iddialarını əsaslandıran halları sübut etməmişdir. Məhkəmə mübahisə edilən özbaşına tiklmiş daşınmaz əmlakın miras kütləsinə daxil olmasını sübut etməmişdir. Qeyd olunan bütün bu halları məhkəmə qanunla göstərilən sübutlarla deyil, qeyri mötəbər, ziddiyyətli, aid olmayan subutlara istinad etməklə sübut etməsi qənaətinə gəlmişdir. Məhkəmə tərəflərin tələb və etirazlarını əsaslandırdıqları faktlardan səhv nəticəyə gəlmişdir. Belə ki, ərizəçi uzun müddət həmin mübahisə edilən qətnaməyə ona məlum olduğu halda heç bir münasibət bildirməyərək hazırda nümayəndəsi olan qardaşı Aydın Yusifovun mübahisə edilən həmin qətnamə üzrə məhkəmə çəkişmələri tükəndikdən sonra qoşulması Maraqlı şəxs bu işdə maraqlı olmadığını, yalnız Aydın Yusifovun təkidi ilə qoşulmasını müəyyən edir. Ona görə də, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar əsasında yeni qərar çıxarılması, ərizəçi Maraqlı şəxs ərizəsinin təmin edilməməsi xahiş edilir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3058/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3058/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, mülki işin sənədlərindən müəyyən olunur ki, İddiaçı 2010-cu ildə X7, 2022-ci ildə isə Cavabdeh, yəni mərhum X5 vəsiyyətnamə (sonradan etibarsız hesab edilmişdir) üzrə vərəsəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən Bakı şəhəri Nəsimi rayonu M.Əlizadə küçəsi 46/48 saylı evin (alt qatı) 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsinin miras qoyana məxsus olmasını qəbul etmişdir. Mülki işin sənədlərindən daha sonra müəyyən olunur ki, ərizəçi Maraqlı şəxs İmamverdi oğlu atası, mərhum X5 birinci növbəli vərəsələri sırasına daxildir və atasından qalan mirasın bir hissəsini qəbul etsə də, hazırkı işə baxılarkən cəlb edilməmiş, sonuncu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsini rəsmi qaydada xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə aldıqdan sonra qətnamədən verdiyi apellyasiya şikayətini vaxtında elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3058/2022 saylı qətnaməsinin Maraqlı şəxs İmamverdi oğlunun hüquq və vəzifələrinə miras qoyanın vərəsəsi olaraq toxunması, sonuncunun həmin məhkəmə aktından vaxtında, mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna düzgün riayət etməklə apellyasiya şikayəti verməsinə dair birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır, iddiaçının şikayətin dəlilləri isə mübahisələndirdiyi qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-3058/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1585/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1585/2025
12.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver