Məhkəmə qərarları › İş №2(103)-1589/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1589/2022

05.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1589/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin geri qaytarılması, qaytarılmadığı halda evin dəyəri olan 47.000 manat pulun, evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat məbləğində maddi ziyanın, həmin evin içərisində yerləşən dəyəri 1.250 manat olan mətbəx mebeli, ümumi dəyəri 6.120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti, ümumi dəyəri 2.200 manat olan 1 ədəd soyuducu, dəyəri 1.300 manat olan 1 ədəd kondisioner, 500 manat dəyərində 1 ədəd televizor, 1.400 manat dəyərində 81 dioqanallı LG markalı televizor, ümumi dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd koridorda olan şkaf, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün yataq dəsti, dəyəri 140 manat olan 1 ədəd şirə çəkən, dəyəri 100 manat olan ütü, dəyəri 240 manat olan yemək qızdırmaq üçün soba, dəyəri 240 manat olan ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl klon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), dəyəri 1.300 manat olan qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya-300 manat, İphone markalı telefon-2400 manat, 700 manat dəyərində 1 ədəd Samsung J7 markalı telefon, 700 manat dəyərində 1 ədəd Samsung J8 markalı telefondan ibarət əşyaların alınıb iddiaçıya verilməsi, həmin əşyalar olmadığı halda əşyaların 22.390 manat məbləğində dəyərinin, həmçinin evdə olan 4.500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 2013-cü ildə cavabdehlə tanış olmuş, tanışlıq getdikcə yaxın münasibətə çevrilmişdir. Onların yaxşı münasibəti olmuş, iddiaçı cavabdehə etibar etmişdir. O, Rüfət adlı şəxsin vasitəçiliyi ilə ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzili tam təmirsiz vəziyyətdə 47.000 manata cavabdehin adına almışdır. Daha sonra iddiaçı həmin mənzili əsaslı olaraq yüksək səviyyədə təmir etdirmişdir. Mənzil bir otaqdan üç otağa yığılmışdır. Mənzilə qaz, su, elektrik xətləri və sayğacları çəkilmiş, kanalizasiya sistemi qurulmuş, təmir üçün lazım olan bütün avadanlıqlar alınmışdır. Mənzilin təmir-tikinti işlərində qum, sement, taxta, alçipan, oboy, 3 ədəd ümumi otaqlara qapı, mənzilə giriş üçün dəmir seyf qapı, mətbəx aksesuarları, bir sözlə yüksək səviyyədə təmir olunması üçün lazım olan bütün tikinti materiallarından istifadə olunmuşdur. Mənzilə kombi sistemi çəkilmişdir. Ümumilikdə ünvan 1 ünvanında yerləşən 64 saylı mənzili tam təmirsiz vəziyyətdən təmirli vəziyyətə gətirmək üçün 25.650 manat pul sərf edilmişdir. Yaşayış binasında kommunal xidmət göstərilməsi haqqında müqavilə iddiaçının adınadır və iddiaçı evdən çıxarıldığı günədək bütün kommunal borclarını ödəmişdir. Daha sonra həmin mənzilə mətbəx mebeli yığılmış, Belezza mebel mağazasından ümumi dəyəri 6120 manat olan mebel dəsti (yataq və qonaq otağı mebeli), Kontakt Homedan kredit şərtləri ilə ümumi dəyəri 4000 manat olan kondisioner, televizor, soyuducu almışdır. İddiaçı cavabdehə dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl klon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamoklu dəri gödəkçə, dəyəri 1300 manat olan qara rəngli dəri gödəkçə, yaşıl rəngli platya, İphone markalı telefon, 1 ədəd Samsung J7 markalı telefon, 1 ədəd Samsung J8 markalı telefon almışdır. Qeyd olunan mənzilin təmiri üçün "xxxx" ASC-dən kredit və “Birkart” adlanan kartdan yüksək məbləğlərdə pul götürülmüşdür. Daha sonra iddiaçı ilə cavabdehin arasında münasibətlər pisləşdiyindən iddiaçı öz evindən qovulmuşdur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin iddiaçıya geri qaytarılması, qaytarılmadığı halda evin dəyəri olan 47.000 manat pulun, evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat məbləğində maddi ziyanın, həmin evin içərisində yerləşən dəyəri 1.250 manat olan mətbəx mebeli, ümumi dəyəri 6.120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti, ümumi dəyəri 1.379 manat olan 1 ədəd Samsung RT43K6000WW/WT markalı, ağ rəngli soyuducu, dəyəri 1.217 manat olan 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner, 500 manat dəyərində 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, 1.248 manat dəyərində 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor, ümumi dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd koridorda olan şkaf, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün yataq dəsti, dəyəri 140 manat olan 1 ədəd şirə çəkən, dəyəri 100 manat olan ütü, dəyəri 112 manat olan 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba, dəyəri 240 manat olan ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl klon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), dəyəri 1.300 manat olan qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya-300 manat, İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət-2104 manat, 988 manat dəyərində 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 700 manat dəyərində 1 ədəd Samsung J8 markalı telefonun, kombi və ona əlavə avadanlıqlar (1740 manat), Hoffmann 3450 markalı mini soba (99 manat), LG markalı paltaryuyan maşından (600 manat) ibarət əşyaların alınıb iddiaçıya verilməsi, həmin əşyalar olmadığı halda əşyaların 23.137 manat məbləğində dəyərinin, həmçinin evdə olan iddiaçıya məxsus 4.500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 manat pulun, evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat məbləğində maddi ziyanın, həmin evin içərisində yerləşən dəyəri 1.250 manat olan mətbəx mebeli, ümumi dəyəri 6.120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti, ümumi dəyəri 1.379 manat olan 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu, dəyəri 1.217 manat olan 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner, 500 manat dəyərində 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, 1.248 manat dəyərində 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor, ümumi dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd koridorda olan şkaf, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün yataq dəsti, dəyəri 140 manat olan 1 ədəd şirə çəkən, dəyəri 100 manat olan ütü, dəyəri 112 manat olan 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba, dəyəri 240 manat olan ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl klon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), dəyəri 1.300 manat olan qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya-300 manat, İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət-2104 manat, 988 manat dəyərində 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 700 manat dəyərində 1 ədəd Samsung J8 markalı telefon, kombi və ona əlavə avadanlıqlar (1740 manat), Hoffmann 3450 markalı mini soba (99 manat), LG markalı paltaryuyan maşından (600 manat) ibarət əşyaların alınıb iddiaçıya verilməsi, həmin əşyalar olmadığı halda əşyaların 23.137 manat məbləğində dəyərinin, həmçinin evdə olan iddiaçıya məxsus 4.500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(011)- 3886/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 (qırx yeddi min) manat pul vəsaiti, evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 (on yeddi min yüz dörd) manat pul məbləği, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu və dövlət rüsumuna görə ödənilmiş 19 (on doqquz) manat alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun kəsrini təşkil edən 11 (on bir) manat iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 65 (altmış beş) manatı Cavabdeh, qalan 35 (otuz beş) manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X7 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 saylı iş üzrə 23.11.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsini və iddiaçının iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, cavabdehlə qeyri-rəsmi münasibətdə olmuşlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh özü iddiaçı ilə aralarında olan münasibəti etiraf etmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş Azərbaycan Respublikası"xxxx" MMC tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbə, 9-cu mərtəbə, 64 saylımənzilin payçısı əvvəllər X4 olmuşdur. Daha sonra həmin şəxs notarial qaydada mənzil üzrə öz payından imtina etmiş və X4 ilə Cavabdeh arasında 03 aprel 2018-ci il tarixdə pay haqqının verilməsi haqqında yeni müqavilə bağlanmışdır. Pay haqqı dəyəri olan 29.000 manat X2 ödənilmişdir. Satış zamanı ilkin payçıya İddiaçı tərəfindən 47.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mənzil alındığı gündən 2020-ci ilin aprel ayınadək həmin mənzildə İddiaçı ilə Cavabdeh birlikdə yaşamışdırlar. Eyni zamanda, məhkəmə araşdırması zamanı izahatı dinlənilmiş evin keçmiş payçısı olan X1 izahatlarından görünür ki, evin dəyəri olaraq ona çatası pul məbləği iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə məhkəmədə sübut olunmuşdur ki, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzil iş üzrə İddiaçı tərəfindən dəyəri tam şəkildə ödənilməklə alınmışdır. Mənzildə olan bəzi əşyalarla bağlı müqavilələlər və qəbzlər təqdim edildiyi üçün məhkəmə həmin hissədə iddianı təmin etsədə, lakin digər əşyaların-mətbəx mebeli, 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, 1 ədəd xalça, 1 ədəd koridorda olan şkaf, 1 ədəd uşaq otağı üçün yataq dəsti, 1 ədəd şirə çəkən, ütü, ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, nazik qızıl sep, saçaqlı formada qızıl sırğa, ürək şəkilli qızıl klon, qolsuz qara rəngli şuba, qara rəngli palto, içi mexli qara kurtka, qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya, İphone 7 markalı(128 GB) telefon+ yeni qızıl zəmanət, 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 1 ədəd Samsung J8 markalı telefon, kombi və ona əlavə avadanlıqlar, Hoffmann 3450 markalımini soba, LG markalı paltaryuyan və evdə olan iddiaçıya məxsus 4.500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddia tələbini təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı zəruri sübutları təqdim edilməmişdir. Lakin digər əşyalarla münasibətdə çoxsaylı sübutlar təqdim edildiyi üçün hesab edirik ki, məhkəmə analoji qaydada iddiaçının haqlı olmasının göstəricisi kimi nəzərə almalı olsada, lakin əsassız olaraq əmlaklara dair heç bir mülkiyyət hüququna dair sənəd təqdim etməyən cavabdehin mövqeyindən çıxış etmişdir. Qətnamədə iddia təmin edilməyən hissədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. İddianın təmin edilməyən hissəsində məhkəmə yalnız öz fərziyyələrinə əsaslanmaqla qərar qəbul etmişdir. İddia təmin edilməyən hissədə qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, həmin hissədə iddiaçının təqdim etdiyi sübutlar nəzərə alınmamış, nəticədə iddia təmin edilməyən hissədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Göründüyü kimi məhkəmə iddiaçının hüquqlarının qorunmasını tam təmin etməmiş, iddia təmin edilməyən hissədə formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki iddia təmin edilməyən hissədə də iddiaçı özünun haqlı olmağımı təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsədə, lakin məhkəmə obyektivliyi təmin etmədən, iddianı tam təmin etməmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və iddiaçının hüquqları pozulmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 saylı iş üzrə 23.11.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 saylı, 23 noyabr 2021 tarixli qətnaməsi ilə razı deyil. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, məhkəmə prosesinin vaxtı barədə cavabdeh və nümayəndəsi lazımi qaydada məlumatlandırılmamış, maddi hüquq normaları səhv təfsir və tətbiq edilmiş, yalnız İddiaçı əsassız və heç bir sübutla təsdiq olunmayan iddialarına əsasən onun xeyrinə qətnamə çıxarılmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 saylı, 23 noyabr 2021 tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, birgə yaşadıqları dövrdə iddiaçı tərəfindən cavabdehin yaşadığı evə mebellər və bir sıra məişət əşyaları alınmışdır. Qeyd olunan əşyalar iddiaçı tərəfindən hədiyyə olaraq Cavabdeh bağışlanmışdır. Həmin əşyaların cavabdehə məxsus evdə olması onların hədiyyə olaraq alındığını bir daha təsdiqləyir. Lakin hədiyyə ilə bağlı tərəflər arasında yaranmış münasibəti AR MM-də tənzimləyən hüquq norması yoxdur. Tərəflər arasında AR MM-nin 673-cü maddəsində nəzərdə tutulmuş heç bir hal baş vermədiyi üçün alınmış hədiyyələrin geri qaytarılması qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, bir dəst yataq mebeli və qonaq mebel desti, 1 ədəd İVEAXP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba 81 dioqanalli LG Led markalı (43UJ630V) televizor, 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zamanat) kondisioner, 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu cavabdehdən alınaraq iddiaçıya verilməməlidir. ünvan 3 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 (qırx yeddi min) manat pul vəsaitinin məhz iddiaçıya məxsus olduğu hər hansı sübutla öz təsdiqini tapmadığı üçün əsassız varlanma ilə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq norması hazırki mülki mübahisəyə tətbiq edilə bilməz. Ödənişin iddiaçı tərəfindən həyata keçirildiyini təsdiqləyən sübutlar məhkəmə prosesi zamanı tərəflərindən təqdim olunacaqdır. Bir daha qeyd edir ki, cavabdehə məxsus mənzilin pulu Cavabdeh tərəfindən ödənilmişdir. Ödənişin iddiaçı tərəfindən təhvil verildiyini qəbul etsək belə bu pulun ona məxsus olmasına dəlalət etmir. Məhkəmə tərəfindən iş materiallarında olan 04.04.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi, Pay haqqının verilməsi barədə 03.04.2018-ci il tarixli müqavilə nəzərə alınmamışdır. İddiaçının vəsaiti hesabına cavabdehin əsassız olaraq varlandığını təsdiq edəcək mötəbər sübut mövcud deyildir. Bundan başaqa Cavabdeh məxsus evdə iddiaçı tərəfindən mebel və digər məişət əşyalarının alınmasına dair hissədə onların hədiyyə olduğu, AR AM 673-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə qətnaməsində tərəflərin faktiki ər-arvad olmasını təsdiq edir, lakin aralarındakı əmlak münasibətlərinə qanunsuz olaraq digər hüquq normaları tətbiq olunur. Belə ki, iddiaçı ilə cavabdeh iş materiallarından da göründüyü kimi bir müddət birlikdə yaşamışdır. Məhz İddiaçı tərəfindən iddiaçıya məxsus evdə mebel və digər məişət əşyalarının yerləşdirilməsi daşınar əşyaların Cavabdeh hədiyyə olaraq alındığını təsdiqləyir. Məhkəmə mübahisəli mənzilin pulunun iddiaçı tərəfindən ödənildiyi qənaətinə gəlmişdir. Lakin həmin məbləğin məhz kimə məxsus olduğu müəyyənləşdirilməmişdir. Xüsusilə qeyd edir ki, göstərilən məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Bunun əksini qəbul etsək belə, ödənişin iddiaçı tərəfindən təhvil verilməsi 47.000 manat məbləğində pulun məhz ona məxsus olduğuna dəlalət etmir. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında qeyri-rəsmi nikah münasibəti olmuşdur. Buna görə də, pulun iddiaçı tərəfindən təhvil verilməsi tamamilə normal bir haldır. Mənzil cavabdeh tərəfindən alınsa da, yaşadıqları cəmiyyətin adət-ənənələrinə uyğun olaraq pulun ödənilməsi kimi məsələlər iddiaçı tərəfindən həll edilə bilər. Məhkəmə tərəfindən iş materiallarında olan ilkin alqısatqı müqaviləsinə yox, İddiaçı əsassız iddialarına istinad edilərək 47.000 manat məbləğində pulun cavabdehdən tutulması qət edilmişdir. Ödənişin İddiaçı tərəfindən həyata keçirilməsi 47.000 manatın ona məxsus olması mənasına gəlmir. Məhkəmə bu mövqeyini əsaslandırcaq və ya təsdiqləyəcək hər hansı maddi hüquq normasına istinad etməmişdir. 47.000 manatın Cavabdeh tərəfindən cavabdehə verilə biləcəyi ehtimalı nəzərə alınmamışdır. Eyni zamanda iddia ərizəsində qeyd olunanlara əsasən, İddiaçı guya cavabdeh ilə münasibətlərini həyat yoldaşı bildiyinə, həmçinin buna görə aralarında münaqişə yarandığından mübahisəli mənzli öz adına deyil, faktiki ər-arvad kimi yaşadığı Cavabdeh adına rəsmləşdirmişdir. Rəsmi nigahda olduğuna görə adına əmlak almayacaq dərəcədə çoxbilmiş birisinin özündən 30 yaş kiçik, daim gərgin münasibətdə olduğu bir xanımın adına mənzil alması ağlabatan deyildir. Məhkəmə tərəfindən iş materiallarında olan təhvil-təslim aktlarının həqiqiliyi heç bir sübutla təsdiqlənməmişdir. İş materiallarına əlavə edilimiş qaimə-fakturalar və təhvil-təslim aktlarının hüquqi əhəmiyyətli sənəd olub olmadığı nəzərə alınmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi istənilən kağız parçasını sübut kimi qiymətləndirmişdir. Belə ki, mübahisəli mənzil cavabdehin sifarişi və vəsaiti hesabına təmir edildikdən sonra, heç kimin adı qeyd olunmayan qaimə-fakturalar və təhviltəslim aktlar saxlanılmışdır. Lakin iddiaçı evdən çıxarkən onları ələ keçirmiş və öz adını əlavə edərək məhkəməyə sübut qismində təhvil vermişdir. Bir daha qeyd etməliyik ki, mənzil cavabdehin vəsaiti və sifarişi əsasında təmir edilmişdir. Lakin məhkəmə tərəfindən mübahisəli mənzilin kimin sifarişinə əsasən və vəsaiti hesabına təmir edildiyi müəyyənləşdirilməmişdir. Məhkəmə prosesi zamanı təhvil-təslim aktlarının saxta olduğunu, mənzilin məhz cavabdehin sifarişi və vəsaiti hesabına təmir edildiyini təsdiqləyəcək sübutlar tərəfimizdən təqdim ediləcəkdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 saylı iş üzrə 23.11.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin ttam təmin edilməsi barədə yeni qənamə qəbul edilməsini xahiş etmişdir. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, kommunal xərclərin çekləri İddiaçı adında olmuşdur. Nüşabə Bayramova evin keçmiş mülkiyyətçisidir. Birinci instansiya məhkəməsində ifadə verib ki, Valehlə Rəna gəlib evə baxmışlar. Sonra Valeh mənzili alan zaman, evi Cavabdeh adına alacağını bildirmişdir. Mənzilin dəyərini isə İddiaçı tərəfindən ödənildiyini bildirmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, Alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanılmışdır. İddiaçı təqdim etdiyi sənədlərin saxta olduğunu və MTK-da pulla saxta müqavilə hazırladığını bildirmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı təxminən 8 ildir ki tanıyır. 2018-ci ilin avqust ayındə sözügedən mənzilə köçmüşdür. İddiaçı ilə birlikdə yaşamamışlar. Ümumi evin xərcinə 16.000 manat xərc çəkdiyini bildirmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin əvvəlki məhkəmə iclaslarında verdikləri izahatları araşdıraraq hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Əvvəla Məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunmamış hissəsində, Cavabdeh isə iddiianın təmin olunmuş hissəsində mübahisələndirir. Məhkəmə Kollegiyası İddiaçı apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir:Mənzildə olan bəzi əşyalarla bağlı müqavilələlər və qəbzlər təqdim edildiyi üçün 1-ci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etmişdir.Lakin digər əşyaların-mətbəx mebeli, 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, 1 ədəd xalça, 1 ədəd koridorda olan şkaf, 1 ədəd uşaq otağı üçün yataq dəsti, 1 ədəd şirə çəkən, ütü, ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, nazik qızıl sep, saçaqlı formada qızıl sırğa, ürək şəkilli qızıl klon, qolsuz qara rəngli şuba, qara rəngli palto, içi mexli qara kurtka, qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya, İphone 7 markalı(128 GB) telefon+ yeni qızıl zəmanət, 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 1 ədəd Samsung J8 markalı telefon, kombi və ona əlavə avadanlıqlar, Hoffmann 3450 markalımini soba, LG markalı paltaryuyan və evdə olan iddiaçıya məxsus 4.500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddia tələbini təmin etməmişdir. İddiaçı hesab edir ki, digər əşyalara münasibətdə çoxsaylı sübutlar təqdim edildiyi üçün məhkəmə analoji qaydada iddiaçının haqlı olmasının göstəricisi kimi digər əşya və 4.500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində də iddia tələbini təmin etməli idi. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən hissədə tələbini təsdiq edən zəruri sübutları təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin araşdırılması zamanı mübahisələndirilən əşyaların cavabdehin yaşadığı ünvan 1-ci məhəllədə inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzildə olması aşkar edilmişdir. İddiaçı tərəf qeyd edilən əşyaların onun vəsaiti hesabına əldə edildiyini qeyd etsə də, sübutları yalnız əşyaların bir hissəsi üçün təqdim edə bilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu iddiaçı tərəfindən dəyəri ödənilməklə alınmışdır. İddiaçının tələb etdiyi bu əşyalar cavabdehin yaşadığı mənzildə olduğundan mülkiyyətçinin sahibliyindən çıxmış və cavabdehin qanunsuz sahibliyində olması məhkəmə iclasında müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbində qeyd olunmuş əşyalar bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu Cavabdeh alınaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə kollegiyası digər əşyaların-mətbəx mebeli, 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, 1 ədəd xalça, 1 ədəd koridorda olan şkaf, 1 ədəd uşaq otağı üçün yataq dəsti, 1 ədəd şirə çəkən, ütü, ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, nazik qızıl sep, saçaqlı formada qızıl sırğa, ürək şəkilli qızıl klon, qolsuz qara rəngli şuba, qara rəngli palto, içi mexli qara kurtka, qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya, İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət, 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 1 ədəd Samsung J8 markalı telefon, kombi və ona əlavə avadanlıqlar, Hoffmann 3450 markalı mini soba, LG markalı paltaryuyan maşının cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı etiraf olunmayan əmlakların mövcudluğunu, dəyərini və onların hazırda cavabdehdə olduğunu sübut etməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəf həmin əşyaların onun vəsaiti hesabına alındığını, hazırda da cavabdehdə qaldığını bildirsə də, həmin əşyaların həqiqətən onun tərəfindən alınması və ona məxsus olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdi və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdi. Məhkəmə kollegiyası iddia tələbinin evdə olan iddiaçıya məxsus 4.500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə də qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, sübut etmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbinin həmin hissəsini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və həmin hallarla bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti onun əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Məhkəmə Kollegiyası Cavabdeh apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh apellyasiya şikayətinə göstərmişdir ki, ünvan 3 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 (qırx yeddi min) manat pul vəsaitinin məhz iddiaçıya məxsus olduğu hər hansı sübutla öz təsdiqini tapmadığı üçün əsassız varlanma ilə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq norması hazırki mülki mübahisəyə tətbiq edilə bilməz. Ödənişin cavabdeh tərəfindən həyata keçirildiyini təsdiqləyən sübutlar məhkəmə prosesi zamanı tərəflərindən təqdim olunacaqdır. Bir daha qeyd edir ki, cavabdehə məxsus mənzilin pulu Cavabdeh tərəfindən ödənilmişdir. Ödənişin iddiaçı tərəfindən təhvil verildiyini qəbul etsək belə bu pulun ona məxsus olmasına dəlalət etmir. Məhkəmə tərəfindən iş materiallarında olan 04.04.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi, Pay haqqının verilməsi barədə 03.04.2018-ci il tarixli müqavilə nəzərə alınmamışdır. İddiaçının vəsaiti hesabına cavabdehin əsassız olaraq varlandığını təsdiq edəcək mötəbər sübut mövcud deyildir. Bundan başaqa Cavabdeh məxsus evdə iddiaçı tərəfindən mebel və digər məişət əşyalarının alınmasına dair hissədə onların hədiyyə olduğu, AR AM 673-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Eyni zamanda iddia ərizəsində qeyd olunanlara əsasən, İddiaçı guya cavabdeh ilə münasibətlərini həyat yoldaşı bildiyinə, həmçinin buna görə aralarında münaqişə yarandığından mübahisəli mənzli öz adına deyil, faktiki ər-arvad kimi yaşadığı Cavabdeh adına rəsmləşdirmişdir.Birgə yaşadıqları dövrdə iddiaçı tərəfindən cavabdehin yaşadığı evə mebellər və bir sıra məişət əşyaları alınmışdır. Qeyd olunan əşyalar iddiaçı tərəfindən hədiyyə olaraq Cavabdeh bağışlanmışdır. Həmin əşyaların cavabdehə məxsus evdə olması onların hədiyyə olaraq alındığını bir daha təsdiqləyir. Lakin hədiyyə ilə bağlı tərəflər arasında yaranmış münasibəti AR MM-də tənzimləyən hüquq norması yoxdur. Həmçinin, bir dəst yataq mebeli və qonaq mebel desti, 1 ədəd İVEAXP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba 81 dioqanalli LG Led markalı (43UJ630V) televizor, 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zamanat) kondisioner, 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu cavabdehdən alınaraq iddiaçıya verilməməlidir.İş materiallarına əlavə edilimiş qaiməfakturalar və təhvil-təslim aktlarının hüquqi əhəmiyyətli sənəd olub olmadığı nəzərə alınmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi istənilən kağız parçasını sübut kimi qiymətləndirmişdir. Belə ki, mübahisəli mənzil cavabdehin sifarişi və vəsaiti hesabına təmir edildikdən sonra, heç kimin adı qeyd olunmayan qaimə-fakturalar və təhvil-təslim aktlar saxlanılmışdır. Lakin iddiaçı evdən çıxarkən onları ələ keçirmiş və öz adını əlavə edərək məhkəməyə sübut qismində təhvil vermişdir. Bir daha qeyd etməliyik ki, mənzil cavabdehin vəsaiti və sifarişi əsasında təmir edilmişdir. Lakin məhkəmə tərəfindən mübahisəli mənzilin kimin sifarişinə əsasən və vəsaiti hesabına təmir edildiyi müəyyənləşdirilməmişdir. Məhkəmə prosesi zamanı təhvil-təslim aktlarının saxta olduğunu, mənzilin məhz cavabdehin sifarişi və vəsaiti hesabına təmir edildiyini təsdiqləyəcək sübutlar tərəflərindən təqdim ediləcəkdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 manat pulun alınaraq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh qeyri-rəsmi münasibətdə olmuşlar. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri cavabdehin iddiaçı tərəfi tanımadığı ilə bağlı izahatlar vermiş olsa da, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh özü iddiaçı ilə aralarında olan münasibəti etiraf etmişdir. Birinci instansiya məhkəməsinin araşdırılması zamanı təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbə, 9-cu mərtəbə, 64 saylı mənzilin payçısı əvvəllər X4 olmuşdur. Daha sonra həmin şəxs notarial qaydada mənzil üzrə öz payından imtina etmiş və X4 ilə Cavabdeh arasında 03 aprel 2018-ci il tarixdə pay haqqının verilməsi haqqında yeni müqavilə bağlanmışdır. Pay haqqı dəyəri olan 29.000 manat X2 ödənilmişdir. Satış zamanı ilkin payçıya İddiaçı tərəfindən 47.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mənzil alındığı gündən 2020-ci ilin aprel ayınadək həmin mənzildə İddiaçı ilə Cavabdeh ər arvad kimi yaşamışlar. İş materiallarına əlavə edilmiş ünvan 4 ünvanlanmış 2(103)-1589/2022 saylı 28 fevral 2022-ci il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən 14 mart 2022-ci il tarixli, 266 saylı məktubu ilə Bakı şəhəri 18 saylı notariat ofisində 04.04.2018-ci il tarixdə X4 ilə Cavabdeh arasında 3M-122 reyestrlə rəsmiləşdirilmiş “Mənzilin X6 Müqavilə” və müqaviləyə əlavə edilmiş sənədlərin təsdiq olunmuş kserosurəti məhkəməyə göndərilmişdir.Həmin müqavilədə isə mübahisəli mənzilin dəyəri 39.920,0 (otuz doqquz min doqquz yüz iyirmi) manat müəyyən olunmuşdur. Eyni zamanda, birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dinlənilmiş evin keçmiş payçısı olan X1 ifadəsindən görünür ki, evin dəyəri olaraq ona çatası pul məbləği iddiaçı tərəfindən ödənilmişdir. Daha sonra iş materiallarında olan yaşayış binasında kommunal xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, mənzilə dair müqavilə iddiaçı ilə bağlanmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, iddiaçının 2018-ci ilin sonunadək hər hansı borcu yoxdur. İstinad edilən işin halları məhkəmə kollegiyasına belə qənaətə gəlməyə zəmin yaradır ki, iddiaçı və cavabdeh arasında qeyri-rəsmi münasibətlər mövcud olmuşdur. Bu münasibətlər əsnasında əmlak əldə edilmişdir.Tərəflərin rəsmi nikah münasibətləri olmadığından əldə edilmiş əmlak tərəflərin birgə əmlakı hesab edilə bilməz.Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən əmlakın iddiaçının vəsaiti hesabına əldə edilməsini təkzib edən hər hansı sübut təqdim edilməmişdir.Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, ödənişin cavabdeh tərəfindən həyata keçirildiyini təsdiqləyən sübutlar məhkəmə prosesi zamanı tərəflərindən təqdim olunacaqdır.Məhkəmə Kollegiyası iş materialarına əlavə edilmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bakı Apellyasiya məhkəməsinə ünvanladığı şahidin dindirilməsi və sübutun təqdim olunmasına dair vəsatətini şahid "xxxx" MMC-nin nümayəndəsi X3 dindirilməsi hissəsində təmin etsə də, vəsatət verən şəxslər həmin şahidin şəxsiyyətini və səlahiyyətini təsdiq edəcək sənədlərlə birlikdə apellyasiya baxışında iştirakını təmin etməmişlər.(Vəsatətdə göstərilən digər sənədlər iş materiallarında mövcuddur.) Apellyasiya baxışı zamanı Cavabdeh mənzilin 47.000,0 manat ödənişin iddiaçı tərəfindən təhvil verildiyini qəbul etmiş, lakin bu pulun cavabdehin özünə məxsus olmasını bildirmişdir.Bu səbəbdən iş materiallarına əlavə edilmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil1 28 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış vəsatəti təmin olunmamışdır.(ünvan 7 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbə, 9-cu mərtəbə, 64 saylı mənzilin satın alınması ilə bağlı X2 İddiaçı tərəfindən pulun ödənilməsi faktının müəyyən edilməsi üçün 04.04.2018-ci il tarixdə Bakı şəhəri, 18 saylı notariat ofisindən olan təhlükəsizlik kamerası görüntülərinin təqdim edilməsi ilə bağlı notariat ofisinə sorğu verilməsini xahiş etmişdir.) Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ödənişin iddiaçı tərəfindən təhvil verildiyini qəbul etsək belə bu pulun İddiaçı məxsus olmasına dəlalət etmir.Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı Cavabdeh heç yerdə işləmədiyini bildirmiş, mənzilin dəyəri və təmir xərcini qardaşı Rusiyadan göndərdiyini bildirsə də buna dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfin təqdim etdiyi sübutlardan irəli gələrək və Cavabdeh apellyasiya şikayətində ödənişin onun özü tərəfindən həyata keçirildiyini təsdiqləyən sübutların məhkəmə prosesi zamanı tərəflərindən təqdim olunacağını bildirsə də hətta 3-cü məhkəmə baxışı zamanı da belə sübutun təqdim olunmadığını nəzərə alaraq məhkəmə Kollegiyası əsassız varlanma ilə bağlı normaların müddəalarını hazırkı işə tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzil iş üzrə İddiaçı tərəfindən dəyəri tam şəkildə ödənilməklə alınmışdır. Əldə edilmiş mənzil cavabdehin adına rəsmiləşdirilmişdir. Belə olan halda iddiaçı dəyərini tam ödədiyi mənzil üzərində hər hansı pay almaq hüququndan məhrum olmuş, cavabdeh isə əksinə olaraq iddiaçının hesabına varlanmışdır. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin yaranması əsaslarından biri də əsassız varlanmadır. Məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin hallarından çıxış edərək qeyd edir ki, iş materiallarında olan 04.04.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi, Pay haqqının verilməsi barədə 03.04.2018-ci il tarixli müqavilə cavabdehin adına rəsmiləşdirilsə də, iş materiallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilin dəyərini özü ödəməklə təmir edib orada yaşamaq niyyəti olmuş, lakin cavabdehlə münasibəti pozulduğundan mənzili tərk etməyə məcbur olmuşdur.Cavabdeh isə qeyd edilənləri təkzib edəcək sübutları təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat məbləğində maddi ziyanın cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzil İddiaçı tərəfindən tam təmirsiz vəziyyətdə alınmışdır. Mənzili əldə etdikdən sonra iddiaçı mənzildə təmir işləri aparmış, təmir xərcləri iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan qaiməfakturalarla, təhvil-təslim aktları ilə də təmir xərclərinin ödənilməsi təsdiq olunur. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, mübahisəli mənzil cavabdehin sifarişi və vəsaiti hesabına təmir edildikdən sonra, heç kimin adı qeyd olunmayan qaiməfakturalar və təhvil-təslim aktları saxlanılmışdır.Lakin iddiaçı evdən çıxarkən cavabdeh onları ələ keçirmiş və öz adını əlavə edərək məhkəməyə sübut qismində təhvil vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, göstərilənlər tutarlı dəlillər və mötəbər sübutlarla təsdiqini tapmadığından formal mülahizələrə əsaslanmışdır və şikayətin təmin olunmasına əsas vermir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(011)-3886/2021 saylı qərardadı ilə mübahisəli mənzilin tam təmirli vəziyyətə gətirilməsi üçün nə qədər xərc çəkildiyini müəyyən etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1-ci məhəllədə inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzil üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 17.104 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, ekspert rəyi sübut qismində qəbul edilməli, Cavabdeh evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 manat pul məbləği alınıb İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, “X13” mağazası ilə İddiaçı arasında bağlanmış 26 iyul 2018-ci il tarixli müqavilədən göründüyü kimi, ümumi dəyəri 6.120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti İddiaçı tərəfindən alınmış və dəyəri tam şəkildə ödənilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrə əsasən, sonuncu, 988 manat dəyərində 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət; İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət-2104 manat; Hoffmann 3450 markalı mini soba (99 manat); 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 1.248 manat dəyərində 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; dəyəri 1.217 manat olan 1 ədəd Hoffmann markalı (VFAC18/HEB+yeni qızıl zəmanət) kondisioner; ümumi dəyəri 1.379 manat olan 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu; 500 manat dəyərində 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor alınmış və məhsulların dəyəri tam şəkildə ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, məhkəmənin qərardadı ilə mübahisəli əşyaların üzərinə həbs qoyulmuş, icra məmuru tərəfindən 18 saydan ibarət əşyalar siyahıya alınmış və akt tərtib edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, bir dəst yataq mebeli və qonaq mebel desti, 1 ədəd İVEAXP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba 81 dioqanalli LG Led markalı (43UJ630V) televizor, 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zamanat) kondisioner, 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu cavabdehdən alınaraq iddiaçıya verilməməlidir. Lakin cavabdeh apellyasiya baxışı zamanı həmin əşyaların iddiaçı tərəfindən alındığını qəbul etməklə iddiaçıya verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddirəmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin dəyəri olan 47.000 (qırx yeddi min) manat pul vəsaiti, evin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 (on yeddi min yüz dörd) manat pul məbləği, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 dioqanallı LG Led markalı (43UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu və dövlət rüsumuna görə ödənilmiş 19 (on doqquz) manat alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun kəsrini təşkil edən 11 (on bir) manat iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 65 (altmış beş) manatı Cavabdeh, qalan 35 (otuz beş) manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(011)- 3886/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar