Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-159/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6052/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması və yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6052/2019 saylı, 15 avqust 2019cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərardadı ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 qıznın və Cavabdeh2 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli qərardadı ilə işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışı zamanı iş materiallarına əlavə olumuş 04 iyun 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunmuşdur ki, Cavabdeh5 12 may 2021-ci il tarixdə vəfat etmişdir. Kollegiya qeyd edir ki, hazırki tələbin mahiyyəti yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi təşkil edir ki, Cavabdeh5 hüquqi varisinin işə cəlb edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi üzrə prosessual hüquq varisliyinə yol verilmədiyinə görə Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə icraata Cavabdeh5 münasibətdə xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 münasibətdə ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.7, 391, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6052/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsi Cavabdeh5 münasibətdə ləğv edilsin. Cavabdeh5 münasibətdə iş üzə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-159/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-159/2021
01.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver