Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1590/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X27 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” MMC-yə qarşı "işə bərpa" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)- 2068/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” MMC-yə qarşı "işə bərpa" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” MMC-yə qarşı həmin müəssisədə tutduğu “logistik” vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “Cavabdeh” MMC-də logistik vəzifəsində xx xxxxxx 2020-ci il tarixdən işləyir. Onun vəzifə öhdəlikləri avtomaşınların vaxtlı-vaxtında tikinti sahələrinə getməsini təmin edərək, qeydiyyat aparmaqdan ibarət olmuşdur. O, gördüyü işlər barədə birbaşa öz rəhbəri Təhcizat və logistika şöbəsinin rəisi X14 məlumat vermiş, sonuncu isə ona heç vaxt narazılığını bildirməmişdir. xx xxxxx 2020ci il tarixdə saat 11:00 radələrində onu “Cavabdeh” MMC-nin baş direktoru X11 öz otağına çağırmışdır. Direktorun otağında Təhcizat və logistika şöbəsinin rəisi X19, baş təchizatçı Ziyad Bayramov və maliyyə şöbəsinin rəisi Fərid oturmuşlar. X11 ona Vüqar adlı işçi ilə bağlı öz iradlarını bildirmişdir. O, cavab vermişdir ki, Vüqarla heç bir razılığı olmamışdır və o, Vüqarın işinə qarışa bilməz və onun əvəzinə gördüyü işlərinə görə məsuliyyət daşımır. Çünki Vüqar ondan əvvəl uzun müddətdir ki, “Cavabdeh” MMC-də çalışır, o isə bir neçə həftə işləyir. Buna baxmayaraq, İlqar Məmmədov onun üstünə qışqıraraq Vüqarla birlikdə pulun mənimsənilməsində ittiham etmişdir. O, bildirmişdir ki, onun heç nədən xəbəri yoxdur və heç vaxt şirkətin bir manatını belə mənimsəməmişdir. İlqar Məmmədov qəfildən digər otaqdan beysbol oyununda istifadə olan taxta (“bita”) ilə onu 2 dəfə arxadan baş nahiyəsindən və kürəyindən var gücü ilə vurmuşdur. O, oturduğu oturacaqdan yerə yıxılmış, başından qan axmağa başlamışdır. X11 ona uzandığı vəziyyətdə iki dəfə qoluna və ayağına da zərbə yetirmişdir. O, bir anlıq ağrıdan huşunu itirmişdir. Sonra onu “Cavabdeh” MMC-nin işçiləri avtomaşına oturdub xəstəxanaya aparmışlar. Onun bütün geyimi qan içində olmuş, İlqar Məmmədov tərəfindən vurulmuş zərbələr nəticəsində başından əzilmiş-kəsilmiş xəsarətlər almışdır. “Cavabdeh” MMC-nin sürücüsü X23 onun başından axan qana batmış köynəyini dəyişib, onu xəstəxanaya aparmışdır. Avtomaşında onunla birgə xəzinədar Emin Musayev və mühəndis Elşən Mənsurov xəstəxanaya getmişlər. O, aldığı xəsarətlə bağlı Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə müraciət etmişdir. Hal-hazırda işin materialları Nizami Rayon Prokurorluğundadır. Bildirmək istəyir ki, cavabdeh “Cavabdeh” MMC tərəfindən xx xxx 2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məktubda qeyd edilən müddət ərzində, yəni xx xxxxx 2020-ci ildən etibarən o, aldığı xəsarətlərə görə işə gedə bilməmiş, xəstə olmuşdur. Hesab edir ki, onu əsassız və qanunsuz olaraq işdən azad etmişlər. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2068/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2068/2020 nömrəli qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X15 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan işəgötürən “Cavabdeh” MMC ilə işçi İddiaçı arasında bağlanmış 131 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı “Cavabdeh” MMC-yə Logistik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bir il müddətinə bağlanmışdır. İşçi xx xxxx 2020-ci il tarixdən işə başlayır. “Cavabdeh” MMC-nin xx xxxx 2020-ci il tarixli GM-143k nömrəli “işə qəbul barəsində” əmrindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən əmək haqqı əmək müqaviləsinə uyğun ödənməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılığı razılığı ilə) xx.xx.2021-ci il tarixədək 1 (bir) il müddətinə cəmiyyətə 3 ay sınaq müddəti ilə Logistika şöbəsinə logistik vəzifəsinə işə qəbul edilmişdir. 0521748 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “Cavabdeh” MMC-də Cəmiyyətin Təchizat və Logistika şöbəsinə logistik vəzifəsinə işə qəbul edilmişdir. O, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, (ƏM-nin 72-ci maddəsinin “a” bəndində sadalanan hal” heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. “Cavabdeh” MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 54/20 saylı bildirişdən görünür ki, o, xx.xx.2020-ci il tarixdən etibarən işə gəlməmiş və onlara bildirmişdir ki, həmin günlər üçün əmək qabiliyyətinin olmaması barədə vərəqə təqdim edəcəkdir. Lakin xx xxx 2020-ci il tarixdə təqdim etdiyi əmək qabiliyyətinin olmaması barədə vərəqədən müəyyən edilmişdir ki, həmin sənəd xx.xx.2020-xx.xx.2020 tarixlərini əhatə edir. Buradan aydın olur ki, xx.xx.2020-ci il - xx.xx.2020-ci il və xx.xx.2020-ci il xx.xx.2020-ci il tarixlərində heç bir üzürlü səbəb bildirmədən işə gəlməmişdir. Əlavə olaraq, onun tərəfindən müqavilə öhdəliklərinin pozulması halları da mövcuddur. Yuxarıda qeyd edilənlərə əsasən, xx.xx.2020-ci il tarixinədək işə gəlməmə və müqavilə öhdəliklərininin pozulması səbəbini bildirilməsi və bunu təsdiq edən sənədi (xəstəlik olduğu halda əmək qabiliyyətinin olmaması barədə vərəqəni) onlara rəsmi surətdə təqdim edilməsi xahiş edilmişdir. Əks təqdirdə, yuxarıda göstərilən müddətlərdə işə gəlməməyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin ”a” bəndinə (heç bir üzürlü sabah olmadan bütün iş günü işə gəlməmə) əsasən üzürsüz hesab edilərək, əmək vəzifələrinin kobud şəkildə pozulması halları kimi hesab ediləcəkdir və onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç" bəndinə əsasən ləğv ediləcəkdir. “Cavabdeh” MMC-nin xx xxx 2020-ci il tarixli 36 nömrəli Aktından görünür ki, “Cavabdeh” MMC-nin Təchizat və Logistika şöbəsinin müdiri X19, Ümumi şöbənin müdiri X5 və İnsan Resursları şöbəsinin müdiri X16 bu aktı tərtib edirlər, ondan ötrü ki, İddiaçı xx xxxxx 2020-ci il tarixindən heç bir üzürlü səbəb bildirmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinə əsasən işə davamiyyəti pozmuşdur. İddiaçı xx xxxxx 2020-ci il tarixində şirkətin əməkdaşı ilə əlaqə saxlayaraq xəstə olduğunu və bununla əlaqədar onlara həmin günlər üçün əmək qabiliyyətinin olmaması barədə vərəqəni təqdim edəcəyini bildirmişdir. İddiaçı tərəfindən xx xxx 2020-ci il tarixində təqdim edilən xəstəlik vərəqəsinə əsasən məlum oldmuşdur ki, sənəd yalnız xx.xx.2020xx.xx.2020-ci il tarixlərini əhatə edir. Bunları nəzərə alaraq, xx.xx.2020-xx.xx.2020-ci il və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində səbəbsiz yerə işə gəlməməsi ilə bağlı xəstə olduğu halda əmək qabiliyyətinin olmaması barədə vərəqəni və əmək müqaviləsi üzrə öhdəlikləri pozma səbəbini Şirkətə rəsmi surətdə təqdim etməsi üçün İddiaçı qeydiyyatda olduğu ünvana 54/20 saylı xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, lazımi sənəd təqdim olunmadığı halda, göstərilən müddətlərdə işə gəlməməyi, Azərbaycan Respubliksının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən üzürsüz hesab edilərək, əmək vəzifələrinin kobud şəkildə pozulması halı kimi hesab edilərək bağlanmış əmək müqaviləsi Azərbaycan Respubliksının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv ediləcəkdir. Onu da qeyd edirlər ki, tərəflərindən göndərilən məktubu İddiaçı almasına və məzmunu ilə tanış olmasına baxmayaraq, bu günə kimi xx.xx.2020xx.xx.2020-ci il və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində işə gəlməməsi ilə bağlı xəstə olduğu halda əmək qabiliyyətinin olmaması barədə vərəqəni və əmək müqaviləsi üzrə öhdəlikləri (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) pozma səbəbini Şirkətə rəsmi surətdə təqdim etməmiş, yazılı və şifahi xəbərdarlıqlara etinasız yanaşaraq, izahat yazmaqdan boyun qaçırmışdır. “Cavabdeh” MMC-nin xx xxx 2020-ci il tarixli GM-342k nömrəli “işdən azad olunma barədə” Əmrindən görünür ki, “Cavabdeh” MMC-nin Logistika şöbəsinin logistiki xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2020ci il tarixindən xx.xx.2020-ci il tarixli məzuniyyət günləri hesabına 3 (üç) təqvim günü üçün kompensasiya ödənilməsi əmr edilmişdir. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək bildirişinin surətindən görünür ki, işəgötürən “Cavabdeh” MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “Cavabdeh” MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 64/20 saylı bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixlində onun Şirkətlə bağladığı Əmək Müqavləsinə xitam verilmişdir. Bu baxımdan 5 (beş) iş günü ərzində əmək kitabçasını “Cavabdeh” MMC-nin İnsan resursları şöbəsindən təhvil alınması xahiş edilmişdir. “Cavabdeh” MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 67/20 saylı bildirişdən görünür ki, Əmək Müqaviləsinə xitam verildiyi üçün əmək kitabçasını müəssisədən götürməli idi. Lakin ona göndərilmiş xx.xx.2020- ci il tarixli 64/20 saylı Bildiriş məktubuna heç bir cavab almadıqları üçün əmək kitabçasını onun ünvanına göndərmişlər. Habelə, son haqq-hesabını da şirkətdən gəlib götürə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 34 nömrəli şəhər Poliklinikasının Seriya 00006 № 801951 saylı Əmək Qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı sağ qulaq ətrafı nahiyəsinin əzilmiş yarası səbəbindən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək işdən azad edilmişdir. Nizami RPİ-nin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı döyülməsi barədə müraciəti əsasında toplanmış materialda qeyd olunan xüsusat təsdiqini tapmadığından Azərbaycan RespublikasınınCPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli Bakı şəhəri Nizami rayon prokurorluğuna vermiş olduğu izahatından görünür ki, o, xx.xx.2020-ci il tarixli əmək müaviləsi əsasında tikinti fəaliyyəti ilə məşğul olan “Cavabdeh” MMC-də logistik işinə götürülmüşdür. O, işlədiyi dövrdə nəqliyyat meneceri işləyən Vüqar Abbasovun tabeçiliyində işləmiş, sonra isə o və Vüqar Abbasov şirkətin təchizat şöbəsinin müdiri Hafiz Nəzərlinin tabeçiliyində işləməyə başlamışlar. Vüqar Abbasovun şirkətdə işlədiyi dövrdə fəaliyyətində çatışmazlığın yaranması barədə şübhələr olduğuna görə xx.xx.2020-ci il tarixdə işdən xaric edilmiş, lakin onun işdən çıxarılma səbəbi barədə xx.xx.2020-ci il tarixədək məlumatı olmamışdır. Belə ki, Vüqar işdən çıxarıldıqdan sonra onun işlədiyi noyabr-dekabr-yanvar-fevral ayları üzrə hesabat sənədlərinin tərtibi ona həvalə edilmişdir, əvvəlcə etiraz etsə də, sonra razılaşıb Vüqar ilə telefon əlaqəsi saxlamaqla hesabat sənədlərini tərtib etmişdir. Ümumiyyətlə, “Cavabdeh” MMC-də işə başlayandan əvvəl Vüqar Abbasovu tanımamış və aralarında hər hansı münasibət olmamışdır. İşlədiyi dövrdə həftə içi saat 09:00-18:00-dək işləmiş, işlədiyi dövrdə heç vaxt icazə və ya üzrlü səbəbdən işə getmədiyi, gecikdiyi hallara yol verməmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 10.00 radələrində əvvəlcə ona istifadəsində olan kompüterin prosessorunu ustaya göstərmək adı ilə götürdüklərini demişlər, sonra isə onu, onunla eyni otaqda oturub işləyən təchizat şöbəsinin müdiri Hafiz Nəzərli və baş təchizatçı Ziyad Bayramovu direktor İlqar Məmmədovun otağına çağırmışlar, onlar otağa daxil olanda İlqar Məmmədov ilə yanaşı maliyyə rəhbəri Fərid Məmmədov da otaqda imiş. O, Ziyadın yanında Fərid ilə üzbəüz, Hafiz də Fəridin sol tərəfində əyləşmişlər. İlqar Məmmədova ondan Vüqar Abbasovun özü, aralarındakı münasibət, necə və harada tanış olmaqları barəsində suallar verdikdən sonra Vüqarla birləşib şirkətin pulunu mənimsəmədiklərini demiş, o, Vüqarın mənimsəməyə yol verməsi nəticəsində işdən çıxarılması barədə ilk dəfə orada eşitmişdir, sonra isə o heç bir mənimsəmə əməlində iştirakının olmadığını demişdir. Bu zaman Fərid ona etiraf etməyini məsləhət görsə də, o, dönə-dönə hər hansı mənimsəmə halından xəbərdar olmadığını deyirmiş, İlqar isə oturduğu yerdən durub sol tərəfində yerləşən digər otağa keçmiş, az sonra İlqar əlindəki beysbol taxtası ilə anidən onun sağ qulaq istiqamətində başına və bədəninin sağ yan tərəfinə zərbə endirmiş, o, oturduğu stuldan döşəmə üzərinə yıxılıb çevrilib baxanda İlqarın əlindəki beysbol taxtası ilə ona tərəf gəldiyini görmüşdür, sağ qolunu qaldırıb sifətini müdafiə etməyə çalışan zaman İlqarın beysbol taxtası ilə endirdiyi üçüncü zərbə sağ dirsəyinə, dördüncü zərbə isə sağ buduna dəymiş, daha sonra Ziyad və səs-küyə gələn xəzinədar Emin Musayev ilə tikinti icraat şöbəsinin müdiri Elşən Mansurov onu ayağa qaldırmışlar, Emin və Elşən onu 1 saylı X25 aparmışlar, yolda Elşən onu özü barəsində məlumatları təhrif etməyini və döyülməyini bildirməməyi, məsələyə özü müdaxilə edərək hər şeyi aydınlaşdıracağını xahiş etmişdir. O, da razılaşıb xəstəxanada özünü Hovsan qəsəbəsində yaşayan X1 təqdim edərək iş yerində qapı dəyməsi nəticəsində xəsarət aldığını bildirmişdir, orada cərrah Alim həkim onun sağ qulaq nahiyəsinə tikiş qoymuşdur, həmçinin orada Alimin Emin yaxud Elşənin əvvəllər həkimi olduğunu da öyrənmiş, lakin Alim həkimə həmin gün həqiqəti deməmişdir. Bundan sonrakı günlərdə şirkətin laqeyd münasibətini görərək xx.xx.2020-ci il tarixdə 23-cü Polis bölməsinə şikayət etmişdir. xx.xx.2020-ci il tarixdə isə xəstəxanaya gedərək Alim həkimlə görüşüb özü barədə məlumatları dəyişdiyib həqiqəti yazdırmış və iş yerində döyülməyini bildirmiş, həmin gün daha sonra məhkəmə-tibb ekspertizasından da keçirilmiş və orada da bütün həqiqətləri olduğu kimi demişdir. Alim həkim ilə hadisə sonrası aparılan telefon danışığının səs yazısını diskdə izahatına əlavə etmişdir.İlqarın otağı binaya daxil olduqda pilləkənlə ikinci mərtəbəyə qalxıb sağ istiqamətdə addımlayıb, sonra yenə sağa döndükdə dəhlizin ən sonunda yerləşir, həmin otaqda yalnız bir dəfə hadisə günü olmuşdur, otağa daxil olduqda üzbəüz divar jalüzlü, İlqarın qara rəngli dəri materialdan olan kreslosu sağ divara söykənmiş, qarşısında qəhvəyi rəngli iş masası, hər iki yan tərəflərində hər birində iki ədəd olmaqla, cəmi dörd ədəd qara rəngli parça materialdan stullar yerləşir. Onun sonuncu dəfə “Cavabdeh" MMC-də xx.xx.2020-ci il tarixdə olması və hadisə günü xx.xx.2020-ci il tarixdə isə ümumiyyətlə iş yerində olmaması, onu xəstəxanaya aparan olmaması barədə deyilənlər tamamilə yalandır və baş vermiş hadisəyə görə məsuliyyətdən kənarda qalmaq məqsədilə, həmçinin müdiriyyətin qorxusundan verilən izahatlardır.X10 istifadəsində ***- ***-**-** saylı mobil nömrə olmuşdur, digərlərinin istifadəsində olan mobil nömrələri xatırlamır. X6 Bakı şəhəri Nizami rayon prokurorluğuna vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatından görünür ki,ona verilən suallara cavab olaraq əvvəlki izahatlarını bir daha təsdiq edir. İddiaçı əmək müaviləsi əsasında tikinti fəaliyyəti ilə məşğul olan “Cavabdeh" MMC-də 2020-ci ilin mart ayından logistik kimi əvvəlcə nəqliyyat meneceri Vüqar Abbasovun, sonra isə şirkətin təchizat şöbəsinin müdiri Hafiz Nəzərlinin tabeçiliyində işləmişdir. O, Ramini işlədiyi dövrdə nizam-intizamsız, işinə laqeyd münasibət göstərən işçi kimi tanımışdır, belə ki, Ramin təchizat şöbəsinin müdiri Hafiz Nəzərlinin tabeçiliyində işlədiyinə görə Raminə olan iradlarını da Hafiz vasitəsilə çatdırmış, heç vaxt Raminin özünü şəxsən qəbul etməmiş və şəxsən iradını bildirməmişdir. Bildiyinə görə sonuncu dəfə Hafiz Nəzərli xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında keçirilmiş şöbədaxili iclasda müxtəlif məsələlər ilə yanaşı, həm də Raminin icra intizamına laqeyd münasibətini müzakirə edib eyni gedişlə davam edəcəyi halda işdən xaric olunacağı barədə onun adından şifahi xəbərdarlıq etmişdir və Ramin də həmin iclasdan sonra əsəbi halda iş yerini tərk edib bir daha işə çıxmamış, həmçinin gedəndə işdən xaric ediləcəyi halda kollektiv arasında şikayət edəcəyini bildirmişdir. O, xx xxxxx 2020-ci il tarixdə İddiaçı görməmiş və Ramin həmin gün ümumiyyətlə işə çıxmamışdır. Həmçinin, bildirmək istəyir ki, nəqliyyat meneceri Vüqar Abbasovun cəmiyyətdə mənimsəməyə yol verməsi barədə şübhələr olduğuna görə işdən xaric edilmişdir və yoxlamalar zamanı Raminin də Vüqar ilə əlaqələrinin olmasına ehtimallar var imiş. Hesab edir ki, Ramin özü də öz əməllərinin ifşa ediləcəyindən şübhələndiyi üçün xx xxxxx 2020-ci il tarixdə sonuncu dəfə iclasdan çıxandan sonra bir daha işə çıxmamış və əmək qanunvericiyilinin tələblərini pozması əsası ilə işdən xaric edilmişdir. O, İddiaçı müraciəti ilə tanış olmuşdur, tamamilə yalan və böhtan xarakterlidir, Raminə qarşı xx xxxxx 2020-ci il tarixdə iş yerində onun və ya hər hansı başqa şəxs tərəfindən zor və hədə tətbiq edilməmiş, iş yerində o və ya hər hansı başqa şəxsin istifadəsində yaxud suvenir kimi istifadə edilən beysbol taxtası yoxdur. İddiaçı işlədiyi dövrdə heç vaxt icazə və ya üzrlü səbəbdən işə getmədiyi, gecikdiyi hallara yol verməməsi barədə deyilənlər tamamilə yalandır, bunu bütün kollektiv də təsdiq edə bilər. İddiaçı izahatında onun döyülməsi ilə bağlı deyilənlər tamamilə yalandır, Ramin özünü müdafiə etmək məqsədilə belə izahat ermişdir. X18 Bakı şəhəri Nizami rayon prokurorluğuna vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatından göstərmişdir ki, ona verilən suallara cavab olaraq əvvəlki izahatlarını bir daha təsdiq edir, bildiyinə görə İddiaçı əmək müaviləsi əsasında tikinti fəaliyyəti ilə məşğul olan “Cavabdeh” MMC-də 2020-ci ilin mart ayından logistik kimi işləmiş, lakin işlədiyi dövrdə onunla ünsiyyəti, ümumiyyətlə hər hansı formada münasibəti olmamışdır. Əhmədovun işlədiyi dövrdə icra və əmək intizamının hansı səviyyədə olması barədə heç bir məlumatı yoxdur. Raminin izahatında göstərdikləri tamamilə yalandır, idarədə belə bir hadisə baş versə, mütləq bilərdi, çünki həmin gün özü də işdə olmuşdur. X12 Bakı şəhəri Nizami rayon prokurorluğuna vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatından görünür ki, ona verilən suallara cavab olaraq əvvəlki izahatlarını bir daha təsdiq edir. İddiaçı əmək müqaviləsi əsasında tikinti fəaliyyəti ilə məşğul olan “Cavabdeh” MMC-də 2020-ci ilin mart ayından logistik kimi əvvəlcə nəqliyyat meneceri Vüqar Abbasovun, sonra isə onun tabeçiliyində işləmişdir. O, Ramini işlədiyi dövrdə nizamintizamsız, işinə laqeyd münasibət göstərən işçi kimi tanımış, sonuncu dəfə də xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında keçirilmiş şöbədaxili iclasda görüşmüşlər və iclasda müxtəlif məsələlər ilə yanaşı, həm də Raminin icra intizamına laqeyd münasibəti də müzakirə edilmişdir, sonda Ramin eyni gedişlə davam edəcəyi halda işdən xaric olunacağı barədə şifahi xəbərdarlıq edilmişdir. Ramin isə həmin iclasdan sonra əsəbi halda iş yerini tərk edib bir daha işə çıxmamış, həmçinin gedəndə işdən xaric ediləcəyi halda şikayət edəcəyini bildirmişdir. O, xx xxxxx 2020-ci il tarixdə İddiaçı görməmiş və Ramin həmin gün ümumiyyətlə işə çıxmamışdır. Həmçinin, bildirmək istəyir ki, nəqliyyat meneceri Vüqar Abbasovun cəmiyyətdə mənimsəməyə yol verməsi barədə şübhələr olduğuna görə işdən xaric edilmiş və yoxlamalar zamanı Raminin də Vüqar ilə əlaqələrinin olmasına ehtimallar varmış. Hesab edir ki, Ramin özü də öz əməllərinin ifşa ediləcəyindən şübhələndiyi üçün xx xxxxx 2020-ci il tarixdə sonuncu dəfə iclasdan çıxandan sonra bir daha işə çıxmamış və əmək qanunvericiyilinin tələblərini pozması əsası ilə işdən xaric edilmişdir. O, İddiaçı müraciəti ilə tanış olmuşdur, müraciət tamamilə yalan və böhtan xarakterlidir, Raminə qarşı xx xxxxx 2020-ci il tarixdə iş yerində müdir İlqar Məmmədov və ya hər hansı başqa şəxs tərəfindən zor və hədə tətbiq edilməmiş, iş yerində ilqar Məmmədov və ya hər hansı başqa şəxin istifadəsində yaxud suvenir kimi istifadə edilən beysbol taxtasının olmasının şahidi olmamış, ümumiyyətlə bildiyinə görə X30 tərəfindən birbaşa heç vaxt qəbul edilməmiş və hər dəfə X13 sözünü, tapşırığını onun vasitəsi ilə çatdırırmışdır. Raminin izahatında göstərdiyi hallar tamamilə yalandır, Ramin özünü müdafiə etmək məqsədilə belə izahat vermişdir. X2 Bakı şəhəri Nizami rayon prokurorluğuna vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatından görünür ki, ona verilən suallara cavab olaraq əvvəlki izahatlarını bir daha təsdiq edir. İddiaçı əmək müqaviləsi əsasında tikinti fəaliyyəti ilə məşğul olan “Cavabdeh” MMC-də 2020-ci ilin mart ayından 2020-ci ilin may ayına qədər rəsmi olaraq logistik kimi işləmiş, lakin xx xxxxx 2020-ci ildən işə çıxmamışdır. O, Ramini işlədiyi dövrdə nizamintizamsız, işinə laqeyd münasibət göstərən işçi kimi tanımış, buna görə Raminə təchizat şöbəsinin müdiri Hafiz Nəzərli tərəfindən dəfələrlə irad bildirilmişdir. Sonuncu dəfə Hafiz Nəzərli xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında keçirilmiş şöbədaxili iclasda müxtəlif məsələlər ilə yanaşı həm də Raminin icra intizamına laqeyd münasibətini müzakirə edib eyni gedişlə davam edəcəyi halda işdən xaric olunacağı barədə müdir İlqar Məmmədovun adından şifahi xəbərdarlıq etmiş, Ramin həmin iclasdan sonra əsəbi halda iş yerini tərk edib bir daha işə çıxmamış, həmçinin gedəndə işdən xaric ediləcəyi halda kollektiv arasında şikayət edəcəyini bildirmişdir. O, xx xxxxx 2020-ci il tarixdə İddiaçı görməmiş və Ramin həmin gün ümumiyyətlə işə çıxmamışdır. Həmçinin, bildirmək istəyir ki, nəqliyyat meneceri Vüqar Abbasovun cəmiyyətdə mənimsəməyə yol verməsi barədə şübhələr olduğuna görə işdən xaric edilmişdir və yoxlamalar zamanı Raminin də Vüqar ilə əlaqələrinin olmasına ehtimallar varmış. Hesab edir ki, Ramin özü də öz əməllərinin ifşa ediləcəyindən şübhələndiyi üçün xx xxxxx 2020-ci il tarixdə sonuncu dəfə iclasdan çıxandan sonra bir daha işə çıxmamış və əmək qanunvericiyilinin tələblərini pozması əsası ilə işdən xaric edilmişdir. O, İddiaçı müraciəti ilə tanış olmuşdur, tamamilə yalan və böhtan xarakterlidir. Raminə qarşı xx xxxxx 2020-ci il tarixdə iş yerində müdir İlqar Məmmədov və ya hər hansı başqa şəxs tərəfindən zor və hədə tətbiq edilməmiş, o cümlədən İlqar Məmmədovun otağında İddiaçı da iştirakı ilə toplantı olmamış, iş yerində İlqar Məmmədov və ya hər hansı başqa şəxsin istifadəsində yaxud suvenir kimi istifadə edilən beysbol taxtasının olmasının şahidi olmamış, ümumiyyətlə bildiyinə görə X30 tərəfindən birbaşa heç vaxt qəbul edilməmiş və hər dəfə X13 sözünü, tapşırığını təchizat şöbəsinin müdiri Hafiz Nəzərli vasitəsilə çatdırmışdır. Raminin izahatında göstərdikləri tamamilə yalandır, onun adının çəkilməyi böhtandır, Raminin nə məqsədlə belə izahat verməsini bilmir. X3 Bakı şəhəri Nizami rayon prokurorluğuna vermiş olduğu xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli izahatından görünür ki,ona verilən suallara cavab olaraq əvvəlki izahatlarını bir daha təsdiq edir. İddiaçı əmək müqaviləsi əsasında tikinti fəaliyyəti ilə məşğul olan “Cavabdeh” MMC-də 2020-ci ilin mart ayından logistik kimi əvvəlcə nəqliyyat meneceri Vüqar Abbasovun, sonra isə onun tabeçiliyində işləmişdir. O, Ramini işlədiyi dövrdə nizam-intizamsız, işinə laqeyd münasibət göstərən işçi kimi tanımış, buna görə Raminə təchizat şöbəsinin müdiri Hafiz Nəzərli tərəfindən dəfələrlə irad bildirilmişdir. Sonuncu dəfə Hafiz Nəzərli xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında keçirilmiş şöbədaxili iclasda müxtəlif məsələlər ilə yanaşı, həm də Raminin icra intizamına laqeyd münasibətini müzakirə edib eyni gedişlə davam edəcəyi halda işdən xaric olunacağı barədə müdir İlqar Məmmədovun adından şifahi xəbərdarlıq etmiş, Ramin həmin iclasdan sonra əsəbi halda iş yerini tərk edib bir daha işə çıxmamış, həmçinin gedəndə işdən xaric ediləcəyi halda kollektiv arasında şikayət edəcəyini bildirmişdir. O, xx xxxxx 2020-ci il tarixdə İddiaçı görməmiş və Ramin həmin gün ümumiyyətlə işə çıxmamışdır. Həmçinin, bildirmək istəyir ki, nəqliyyat meneceri Vüqar Abbasovun cəmiyyətdə mənimsəməyə yol verməsi barədə şübhələr olduğuna görə işdən xaric edilmiş və yoxlamalar zamanı Raminin də Vüqar ilə əlaqələrinin olmasına ehtimallar varmış. Hesab edir ki, Ramin özü də öz əməllərinin ifşa ediləcəyindən şübhələndiyi üçün xx xxxxx 2020-ci il tarixdə sonuncu dəfə iclasdan çıxandan sonra bir daha işə çıxmamış və əmək qanunvericiyilinin tələblərini pozması əsası ilə işdən xaric edilmişdir. O, İddiaçı müraciəti ilə tanış olmuş, tamamilə yalan və böhtan xarakterlidir, Raminə qarşı xx xxxxx 2020-ci il tarixdə iş yerində müdir İlqar Məmmədov və ya hər hansı başqa şəxs tərəfindən zor və hədə tətbiq edilməmiş, o cümlədən ilqar Məmmədovun otağında İddiaçı da iştirakı ilə toplantı olmamış, iş yerində İlqar Məmmədov və ya hər hansı başqa şəxsin istifadəsində yaxud suvenir kimi istifadə edilən beysbol taxtasının olmasının şahidi olmamış, ümumiyyətlə bildiyinə görə X30 tərəfindən birbaşa heç vaxt qəbul edilməmiş və hər dəfə X13 sözünü, tapşırığını təchizat şöbəsinin müdiri Hafiz Nəzərli vasitəsilə çatdırmışdır. Raminin izahatında göstərdikləri tamamilə yalandır, xüsusilə də onun adı hallanır belə bir hal olsaydı mütləq məlumatı olarmış, həmçinin eyni otaqda oturduqları üçün həmin gün Ramin işə gəlsəydi bilərmiş. Ramin barəsində yaranmış şübhələrə görə özünü müdafiə etmək məqsədilə belə izahat vermişdir. X8 Bakı şəhəri Nizami rayon prokurorluğuna vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatından görünür ki, ona verilən suallara cavab olaraq bildirir ki, 2000-ci il tarixdən 1 saylı Şəhər Klinik Xəstəxanasında (“Semaşko”) həkim-travmotoloq işləyir, hər gün çox sayda xəstəyə tibbi yardım göstərir, həm 10 aprel, həm də xx xxxxx 2020-ci il tarixlərdə o, iş yerində olub xəstələri qəbul etmiş və onlara tibbi yardım göstərmişdir, lakin İddiaçı adlı şəxsi xatırlamır, ola bilər ki, ona tibbi yardım göstərmişdir. İddiaçı araşdırmaya təqdim etdiyi səs yazısı ilə tanış olmuşdur, kişi səsi ilə danışan şəxs odur, qarşı tərəf bildiyi qədər vəkildir, danışıqdan görünür ki, xx xxxxx 2020-ci il tarixdə İddiaçı iki nəfər iş yoldaşı ilə birlikdə onun yanına gələrək tibbi yardım almış, gələn gün iş yerində başının qapıya dəydiyini, bir neçə gün sonra isə iş yoldaşları tərəfindən döyüldüyünü bildirmiş, hətta danışıqda həmin şəxslərdən birinin onun xeyli vaxt əvvəl xəstəsi olduğunu da demişdir. Həmin danışıq barədə bildirmək istəyir ki, belə bir hal xatırlayır, həmin xəstə iki nəfər ayrı şəxslər ilə birlikdə onun yanına gəlmişdir, huşu üstündə idi və xəsarəti ciddi deyildi, söhbət zamanı xəsarəti iş yerində aldığını bildirdiyi üçün onunla gələn şəxslərin Raminin iş yoldaşları olduğunu zənn etmişdir, lakin bu barədə ona heç kim Raminin iş yoldaşları olduğunu deməmişdir. Həmin şəxslərdən biri xeyli vaxt əvvəl qəbulunda olub tibbi yardım aldığını xatırlatmağa çalışmış və o, xatırlamasa da, nəzakət xətrinə “bəli, yadımdadır” demişdir, əslində isə Raminin yanında gələn iki nəfər şəxsi xatırlamır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2020-ci il tarixli 27/289 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü İddiaçı sağ qulaq seyvanının səthi əzilmiş yarası, döş qəfəsinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən, demək olar ki, həmin xəsarətlərin beysbol taxtası ilə zərbə yetirilməsi nəticəsində törənməsi inkar olunur. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışdır. Bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinini 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “Əmək Qabiliyyətinin olmaması” vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi işdən azad edilmiş, onun xx xxxxx 2020-ci il tarixdən işə başlamalı olması qeyd olunumuşdur. İşə baxan birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, İddiaçı xx.xx.2020xx.xx.2020-ci il və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində işə üzrlü səbəblərdən gəlməməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Nizami rayon məhkəməsinin bu qənaəti ilə qismən razılaşır və hesab edir ki, iddiaçının xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan müddət ərzində işə çıxmaması üzrlü səbəbdən baş vermişdir. Belə ki, İddiaçı aldığı xəsarətlərlə bağlı hələ xx xxxxx 2020-ci il tarixdə tibb müəssisəsinə müraciət etməsi iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlardan açıq-aydın görünür. Həmin araşdırmalar zamanı izahatı alınmış tibb müəssisəsində çalışan həkim travmotoloq A.Mirzəyev həqiqətən də, İddiaçı adlı şəxsin aldığı xəsarətlərlə bağlı xx xxxxx 2020-ci ildə xəstəxanaya müraciət etdiyini, ona zəruri tibbi yardım göstərildiyini, lakin həmin vaxt onun iş yerində qapıya dəyərək xəsarət aldığını bildirdiyini qeyd etmişdir. Həmçinin, həmin araşdırma zamanı keçirilmiş məhkəmə tibb ekspertizasının rəyində İddiaçı sağ qulaq seyvanının səthi əzilmiş yarası xəsarəti alması müəyyən edilmişdir. İddiaçının adına tərtib edilmiş xəstəlik vərəqəsindən də görünür ki, o, xx xxxxx 2020-ci il tarixdən məhz «sağ qulaq seyvanının əzilmiş yarası» diaqnozu ilə müalicəsi davam etdiyi üçün işdən azad edilmişdir. Beləliklə, müəyyən edilir ki, İddiaçı həqiqətən də, xx xxxxx 2020-ci il tarixdə sağ qulaq seyvanının əzilmiş yarası xəsarəti almış və bununla bağlı xəstəxanaya müraciət etmiş, ona ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılmış, lakin o, xəstəliyi ilə əlaqədar işdən müvəqqəti azad edilməsi ilə bağlı poliklinikaya xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Kollegiyanın qənaətinə görə, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində işə çıxmaması onun almış olduğu xəsarətlə bağlı olduğundan (hətta bununla bağlı xəstəlik vərəqəsi açılmasa belə) bu üzürlü səbəb hesab olunmalıdır. Lakin qeyd edilənlərlə yanaşı, kollegiya İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə işə gəlməməsinin səbəblərinin üzürlü olmadığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, həmin müddət ərzində iddiaçı hansı səbəbdən işə çıxmadığına dair və bu səbəblərin üzürlü olmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq həmin günlərdə (xx.xx.2020-xx.xx.2020-ci il) İddiaçı işə gəlməməsini əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması hesab etməklə onun işdən azad edilməsinə dair əmri qanuni hesab etmişdir. İddiaçı apellyasiya şikayətinə hüquqi qiymət verərək kollegiya həmin dəlilləri yuxarıda qeyd edilən səbəblərə görə əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən iddiaçı barəsində mübahisələndirilən əmrin qəbulu zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş prosedurlara riayət olunmuş və qanuna uyğun olmuşdur və həmin əmrin ləğv edilməsinə səbəb ola biləcək hər hansı hüquq pozuntusuna yol verilməmişdir. İddiaçı əmrin əsassız olduğunu, onun hüquqlarının pozulduğunu qeyd etsə də, həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2068/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1590/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1590/2021
28.01.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver