Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1591/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ilk, Cavabdeh3 İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı tələblər barədə iş üzrə Açar sözlər:(əmlakın boşaldılması və təhvil verilməsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında 0,015 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 2.Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evini Cavabdeh3 aylıq 500 manata icarəyə vermiş, müqavilə 1 il müddətinə bağlanmış, müqavilənin 3-cü bəndində icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə onun müddəti daha 1 il müddətinə uzadılması qeyd edilmişdir. 3.Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini İddiaçı 170000 manata satmışdır. 4.AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. 5.Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh3dır. a)Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması və həmin fərdi yaşayış evinin cavabdehlər tərəfindən ona təhvil verilməsi, 1 iyun 2020-ci il tarixdən 22 iyun 2021ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı (dəymiş ziyan) olaraq 8400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 1 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı sözügedən fərdi yaşayış evinin 23 may 2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 170000 manata almışdır. Həmin əmlakı alan zaman orada iddiaçıya məlum olmayan şəxslər tərəfindən yaradılmış “Step Academy” adı altında fəaliyyət göstərən hazırlıq kursu olmuşdur. İddiaçı Cavabdeh2la birlikdə ora yaxınlaşmış, əmlakın yeni mülkiyyətçisi kimi özünü təqdim etmiş və oranı tərk etmələrini bildirmişdir. Oradakı şəxslər isə qısa müddət ərzində oranı boşaldacaqlarını bildirmişlər. Sonradan ölkədə hökm sürən pandemiya səbəbi ilə cavabdehlər əmlakın boşaldılmasına vaxt verilməsini xahiş etmişlər, iddiaçı etiraz etməmişdir. Daha sonra Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 əmlakı almaq istədiyini və bununla bağlı ona vaxt verilməsini xahiş etmiş, iddiaçı əmlakın artıq bir müddətdir ki, əsassız olaraq MMCnin istifadəsində olduğunu, əvəzində ona icarə haqqı da ödənilmədiyini bildirmiş, bu zaman Cavabdeh3 əmlakın alqı-satqısı zamanı icarə haqqını nəzərə almaqla artıq ödəniş edəcəyini bildirmişdir. Lakin, artıq uzun müddətdir ki, əmlak iddiaçıya təhvil verilməmiş, həmçinin, iddiaçıya icarə haqqı da ödənilməmişdir. Halbuki, alqı-satqı müqaviləsində Cavabdeh2 əmlakı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarə haqqı aylıq 500 manat müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlər arasında icarə münasibətlərinə 8 fevral 2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı həmin əmlakı 23 may 2020-ci il tarixdə almışdır, yəni həmin tarixdən etibarən əmlaka dair sahiblik və istifadə hüququ ona keçmişdir. Nəzərə alınsa ki cavabdehlər arasında bağlanmış icarə müqaviləsində icarə haqqı 500 manat müəyyən edilmişdir, 13 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh3 icarə müqaviləsində 500 manat qeyd edilsə də, Cavabdeh2la aylıq 700 manata razılaşdıqlarını qeyd etmişdir. Belə olan halda 1 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyan) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir. Həmin dövr ərzində ödənilməmiş icarə haqqı 8400 manat təşkil etmişdir (12 ay X 700 manat=8400 manat). Bundan başqa, cavabdehlər hazırda həmin əmlakı təhvil verməməklə iddiaçıya maddi ziyan vurmaqda davam etmişlər. Belə ki, cavabdehlər hazırki dövrədək əmlakdan qanunsuz olaraq istifadə etmiş, lakin icarə haqqı ödəməmişlər. Belə olan halda əmlak iddiaçıya təhvil verilənədək hər ay 700 manat məbləğində dəymiş ziyan cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. 8.Cavabdeh3 İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq icarəsində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.m olan iki mərtəbəli qeyri-yaşayış sahəsinin təmirinə, avadanlıqların alınmasına və s. işlərin görülməsinə xərclədiyi 30000 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması, onun həmin qeyriyaşayış sahəsindən çıxarılması ilə pulun verilməsinin eyni anda icra edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 9.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 2013-cü ildən Cavabdeh2 mülkiyyətində olan, sözügedən qeyri-yaşayış sahəsini icarəyə götürərək hazırlıq kursları təşkil etmiş, aralarında həmin vaxt rəsmi icarə müqaviləsi olmasa da, o, hər ay Cavabdeh2 icarə haqqı vermişdir. İşini genişləndirmək məqsədi ilə Cavabdeh1 MMC-ni təsis edərək 6 iyul 2015-ci il tarixdə rəsmi dövlət qeydiyyatdan keçirmişdir. Həmin qeyri-yaşayış sahəsində əlavə işlər görmək zərurəti yarandığından və bu işlərin görülməsi üçün rəsmi icarə müqaviləsi tələb olunduğundan 8 fevral 2018-ci il tarixdə Cavabdeh2la aylıq icarə haqqı 500 manat olmaqla icarə müqaviləsi bağlanmışdır. Cavabdeh3 Cavabdeh2 razılığı ilə həmin mülkü hissə-hissə olmaqla tam təmir etdirmiş, ikinci mərtəbəsində məktəbəqədər hazırlıq kursları yaratmaq istədiyindən Cavabdeh2 məxsus sexdə onun sifarişi, vəsaiti hesabına avadanlıqlar hazırladaraq həmin qeyri-yaşayış sahəsinə gətirmişdir. Bütün bu işlərin görülməsinə onun 30000 manatdan çox xərci çıxmışdır. Cavabdeh2la aralarındakı razılığa əsasən, çəkdiyi xərclər işlədiyi dövrdə hissə-hissə icarə haqqından çıxılmalı idi. 2020-ci ilin mart ayında Cavabdeh2 borclu qaldığı 1000 manat icarə haqqını ödəmiş, bundan sonra pandemiya ilə əlaqədar işləri dayandırmış, hazırlıq kurslarının fəaliyyətini minimuma endirmiş, bu barədə Cavabdeh2 məlumat vermiş, sonuncu isə bunları nəzərə alacağını bildirmişdir. İcarə müqaviləsini vaxtı başa çatsa da, mülkiyyətçi ilə aralarında olan anlaşmaya əsasən müqavilə qeyrimüəyyən müddətə uzadılmışdır. 2020-ci ilin aprel-may aylarında bir neçə nəfər gəlib həmin yerə baxmış, o, bu barədə Cavabdeh2 zəng edib soruşduqda, sonuncu obyekti banka girov qoyaraq pul götürəcəyini, gələn şəxslərin bank əməkdaşları olduğunu bildirmişdir. Halbuki sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 ona heç bir məlumat vermədən, onun çəkdiyi xərcləri ödəmədən həmin qeyri-yaşayış sahəsini satmışdır. Eləcə də, əmlakın yeni mülkiyyətçisi həmin əmlakı alarkən ora gəlib baxmamış, əmlakın kimin vəsaiti hesabın hansı şərtlər altında təmir olunması ilə maraqlanmamış, icarədar olaraq bu barədə onu məlumatlandırmamış və ən başlıcası isə aldıqları əmlak satıcı tərəfindən alıcıya təhvil verilməmişdir. Cavabdeh3 şəxsi vəsaiti hesabına düzəltdirdiyi avadanlıqlar bilavasitə icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin şəraitinə uyğun hazırlanmışdır. O, çəkdiyi xərclərin ona ödəniləcəyi təqdirdə əmlakı təhvil verməyə etiraz etmədiyini qeyd etmişdir. 10.Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 ilk iddia ərizəsində göstərilənləri təsdiq edib, həmin iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərmişdir ki, qarşılıqlı iddianın İddiaçı yönəlməsinin heç bir əsası olmamışdır. Belə ki, İddiaçı sözügedən əmlakı alarkən artıq həmin əmlak hazırki vəziyyətdə, yəni təmir olunmuş halda olmuşdur. Cavabdeh3 çəkdiyi xərcləri əmlakın əvvəlki sahibi, hansı ki aralarında müqavilə öhdəlikləri mövcud olmuş, həmin şəxsdən, yəni Cavabdeh2 tələb edə bilər. Sonda ilk iddianın təmin, qarşılıqlı iddianın isə İddiaçı münasibətdə rədd edilməsini xahiş etmişdir. 11.Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Vəkil4 qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edib, həmin iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında icarə münasibətləri mövcud müqavilədə nəzərdə tutulan müddətlə kifayətlənməmişdir. Cavabdeh3 faktiki olaraq 2013-cü ildən həmin əmlakı icarə əsasında işlətmiş, müqavilə müddəti bitdikdən sonra da eyni münasibətlər davam etmişdir. Cavabdeh3 əmlakın uzun müddət onun istifadəsində olacağına inanaraq oranı əsaslı təmir etdirmiş, ora uyğun mebellər sifariş edib hazırlatmış və s. işlər görmüşdür. Bütün bu işlərin görülməsində də Cavabdeh2 razılığı olmuş, Cavabdeh3 tərəfindən çəkilən bu xərclərin aylıq icarə haqqından hissəhissə çıxılması nəzərdə tutulmuşdur. Cavabdeh2 Cavabdeh3 tərəfindən çəkilmiş təxminən 30000 manatxərcin aylıq icarə haqqından hissə-hissə çıxılması yolu ilə qısa müddətə ödənilməyəcəyini bildiyi halda Cavabdeh3 ilə razılaşmasına baxmayaraq, qəfil sonuncuya heç bir məlumat verməmiş əmlakla bağlı alqı-satqı müqaviləsi bağlamış, əmlakı özgəninkiləşdirmişdir. Çəkilən xərclər əmlakın təmir edilməsinə və ora uyğun mebellərin sifarişlə quraşdırılmasına sərf edildiyindən, Cavabdeh3 həmin əmlakdan çıxarılarkən çəkdiyi xərcin əvəzini naturada özü ilə götürməsi mümkün olmamış, buna görə də xərcin əvəzini tələb etmişdir. Sonda ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. 12.Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsinin izahatında göstərilənləri təsdiq edib, əlavə olaraq bildirmişdir ki, icarə müqaviləsində icarə haqqı 500 manat göstərilsə də, o, Cavabdeh2 aylıq 700 manat ödəmişdir. İcarə haqqını stabil olaraq vaxtında ödəmiş, pandemiya dövründə ödənişlərdə çətinlik çəkmiş, sonuncu dəfə 2020-ci ilin mart ayında 1000 manat, iyun ayında isə 550 manat ödəniş etmişdir. Cavabdeh2 pandemiyadan sonra onunla yeni icarə müqaviləsi bağlayacağını qeyd etsə də, 2020-ci ilin sentyabr ayında, yəni obyekt fəaliyyətə başlamalı dövrdə o, əmlakın üzərinə həbs qoyulduğunu müəyyən etmişdir. Onun həmin əmlakla bağlı çəkdiyi xərclər həm ekspert rəyi ilə, həm də şahid ifadələri ilə təsdiq edilmişdir. Buna görə də, həmin xərc qarşılıqlı iddia üzrə cavabdehlərdən onun xeyrinə tutulmalıdır. O, yalnız ona həmin xərc ödəniləcəyi təqdirdə əmlakı təhvil verməyi qəbul etdiyini bildirmişdir. Sonda məhkəmədən iddiasının təmin olunacağı təqdirdə ona pulun ödənilməsi ilə onun əmlakdan çıxarılmasının eyni anda icra edilməsini xahiş etmişdir. 13.Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 MMC-də 2020-ci ilin yanvar ayından 2021-ci ilin mart ayına kimi briqada şəklində təmir işləri aparmışdır. Pandemiya səbəbi ilə təmiri hissəhissə etmişlər. Təmirin sifarişçisi Cavabdeh3 olmuş, təmirə lazımi materialları da Cavabdeh3 alıb gətirmişdir. O, təmir işlərinə görə təxminən 2000-3000 manat əmək haqqı almışdır. 14.Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 MMC-də 10 ilə yaxındır ki, xadimə işləyir. Bağçada təmir işlərini Cavabdeh3 aparmışdır. Hətta, bəzi materialları özü Türkiyə Respublikasından sifarişlə gətirtmişdir. 15.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən həmin qeyri-yaşayış sahəsində təmir, dizayn və reklam işlərinin aparılıb-aparılmaması, aparılmışdırsa, bu işlərin nədən ibarət olması, görüşmüş işlərin dəyəri, orada hər hansı avadanlığın mövcud olması və varsa dəyərinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən həmin qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 16045 manat məbləğində müəyyən edilmiş, iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 13650 manat müəyyən olunmuşdur. 16.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-242/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) İddiaçı Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinin, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi və s.” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin Cavabdeh1 MMC, Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, ilk iddianın digər hissələrdə təmin edilməməsi, Cavabdeh3 İddiaçı və Cavabdeh2 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, tikinti-təmir işlərinin ümumi dəyəri kimi 16045 manat, malların ümumi dəyəri kimi 13650 manat olmaqla, ümumilikdə 29695 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq Cavabdeh3 ödənilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. 17.Məhkəmə ilk öncə İddiaçı iddiasının əmlakdan çıxarılma hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisələndirilən əmlak İddiaçı mülkiyyətində olduğundan, habelə həmin əmlakın Cavabdeh1 MMC və ya Cavabdeh3 icarəyə verməsi ilə bağlı hər hansı razılaşmanın olması iş üzrə müəyyən edilməmişdir. Buna görə də onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına heç bir əsas olmamış və ilk iddia üzrə cavabdehlər tərəfindən əmlak boşaldılaraq İddiaçı təhvil verilməlidir. 18.Məhkəmə İddiaçı iddiasının digər, yəni 1 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı olaraq 8400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 1 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi hissələrinə münasibətdə qeyd etmişdir ki, iddia tələbində 8400 manat pulun 1 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı tutulması göstərilsə də, nə iş materiallarında, nə də işin faktiki halları ilə Cavabdeh3 və ya Cavabdeh1 MMC ilə İddiaçı arasında sözügedən əmlakla bağlı icarə münasibətlərinin mövcud olması sübuta yetirilməmişdir. Buna görə də, ilk iddia 8400 manat pulun tutulması hissəsində təmin edilməməlidir. 19.İlk iddianın aylıq 700 manat pulun cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə öhdəlik münasibətlərindən bəhs edən Mülki Məcəllənin 385, 442ci və mülki hüquq pozuntularından bəhs edən 1096-1097-ci maddələri ilə əsaslandırılmışdır. İddiaçı ilə ilk iddia üzrə cavabdehlər arasında aylıq 700 manatın ödənilməsi məzmununda müqavilə olmadığından, cavabdehlərin belə bir öhdəlikləri müəyyən edilməmişdir. Hazırki halda İddiaçı iddia tələbində göstərilən əmlakından cavabdehlərin hərəkətləri (hərəkətsizlikləri) nəticəsində məhrum olması faktı mövcud olsa da, iddiaçı zərərin miqdarını Cavabdeh3 Cavabdeh2 icarə haqqı kimi ödədiyi aylıq məbləğə uyğun, yəni əldən çıxmış fayda kimi göstərmişdir. Halbuki, əmlakından məhrum olmasaydı həmin əmlakdan ayda 700 manat gəlir əldə edəcəyinə dair İddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, məhkəmə hesab etmişdir ki, ilk iddia bu hissədə də təmin edilməməlidir. 20.Cavabdeh3 qarşılıqlı iddiasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia yalnız Cavabdeh2 münasibətdə qismən təmin edilməli, İddiaçı münasibətdə rədd edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında əmlakın icarəsi ilə bağlı münasibət olmuş, Cavabdeh3 həmin əmlakla bağlı çəkdiyi xərcləri Cavabdeh2la əvvəlcədən razılaşdırmışdır. Bunu Cavabdeh3 özü izahatında göstərmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, çəkilən xərclərin İddiaçı tutulmasına heç bir əsas olmamışdır. Xərcin məbləği isə ekspert rəyində göstərilən məbləğə uyğun müəyyən edilməlidir. 21.Qarşılıqlı iddianın icra hərəkətlərinin qarşılıqlı olaraq eyni anda aparılmasına dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı olmuş, bu qətnamə ilə həmin əmlakın İddiaçı təhvil verilməsi qərara alınmışdır. Cavabdeh3 çəkdiyi xərcin qaytarılması isə Cavabdeh2 tərəfindən icra edilməli olduğundan, iddia bu hissədə təmin olunarsa Cavabdeh2 gələcəkdə icranı gecikdirməsi və s. bu kimi neqativ hallarda İddiaçı öz mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdıracaqdır. Buna görə də, iddia bu hissədə təmin edilməməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 385.1, 386.1, 442, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 23.İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, həmin hissədə də ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, mübahisəli əmlak xx.xx.2020-ci il tarixdən ilkin iddiaçının sahibliyində və istifadəsində, o cümlədən xx.xx.2020-ci il tarixdən etibarən isə mülkiyyətində olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdehlər “Cavabdeh1 MMC və Cavabdeh3 xx.xx.2020-ci il tarixdən etibarən bugünədək həmin əmlakdan istifadə etmişlər. Bunun müəyyən müddətində onun razılığı olmuşdur ondan ötrü ki, onlar həmin əmlakı almaq niyyətindədirlər. Eyni zamanda şərt olmuşdur ki, onlar icarə haqqını ödəyəcəklər. Lakin cavabdehlər nə icarə haqqı ödəmiş, nə əmlakı almış, nə də əmlakı boşaldıb təhvil vermişlər. Yəni cavabdehlərə əmlakın mülkiyyətçisinin onun olması 2020-ci ilin iyun ayından məlumdur. Həmin dövrdən sonra orada fəaliyyət göstərdikləri müddət ərzində icarə haqqını İddiaçı ödəməli olduğu halda ödəməmişlər. Ümumiyyətlə digər Cavabdeh2 da ödəniş etməyərək əsassız olaraq əmlakda məskunlaşmışlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, ödənilməli olan icarə haqqı 500 manat təşkil edir. Cavabdeh məhkəməyə verdiyi izahatında həmin icarə haqqının əslində 700 manat olmasını, lakin müqavilədə az qeyd etdiklərini bildirmişdir. Bu işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlərə məxsus olan əmlaklar onun mülkiyyətində olan əmlakda saxlanılır və o öz mülkiyyətindən istifadə edə bilmir. Mübahisəli əmlakla bağlı sahiblik və istifadə hüququ xx.xx.2020-ci il tarixdən ona məxsus olsa da, cavabdehlər tərəfindən onun bu hüquqları kobud surətdə pozulmuşdur. Nəticədə, ona icarə haqqı ödənilməmiş, o, öz əmlakından istifadə edib gəlir əldə etmək hüququndan məhrum olmuşdur. Məhkəmə isə öz qətnaməsində əmlakdan məhrum olmasaydı 700 manat gəlir əldə edəcəyinə dair sübut təqdim edə bilməməyimizi qeyd etmişdir. İşin faktiki hallarından aydın olur ki, o, həmin əmlakı əldə edən dövrə kimi mübahisəli əmlak icarədə olmuş və əvvəlki mülkiyyətçi gəlir əldə etmişdir. Həmin gəlirin onun tərəfindən əldə ediləcəyini sübut etməyə ehtiyac belə duyulmur. Aydındır ki, həmin əmlak ona təhvil verilsə idi, o öz əmlakından istifadə edə, və ya icarə verib gəlir əldə edə bilərdi. Ümumiyyətlə iddia ərizəsinin bir hissəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyanın), digər hissəsi isə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ona təhvil verilənədək xx.xx.2021-ci il tarixdən hesablanmaqla aylıq 500 (beş yüz) manat məbləğində dəymiş maddi ziyanın cavabdehlərdən tutularaq ödənilməsini təşkil edir. Məhkəmə qətnaməsi ilə razılaşmalı olsaq belə aydın olur ki, cavabdehlər 1 ildən artıq müddətdə ona məxsus əmlakdan tədris mərkəzi kimi istifadə etməkdə, gəlir əldə etməkdə, ona isə icarə haqqı ödəməkdən imtina etməkdə haqlı olmuşlar. Məhkəmə birinci hissədə -xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyanın) iddia tələbini rədd edərkən onunla cavabdeh arasında icarə müqaviləsinin mövcud olmadığına əsaslanmışdır. Halbuki işin faktiki halları ilə müəyyən olunur ki, cavabdehlər ona məxsus əmlakdan qanunsuz olaraq istifadə etmişlər. Eyni zamanda onunla cavabdehlər arasında əvəzsiz istifadəyə dair də müqavilə mövcud olmamışdır. Onun təmənnasız üçüncü şəxslərə əmlakını istifadəyə verməsi ağlabatan deyildir. Məhkəmə digər hissədə-fərdi yaşayış evi ona təhvil verilənədək xx.xx.2021-ci il tarixdən hesablanmaqla aylıq 500 (beş yüz) manat məbləğində dəymiş maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia tələbini təmin etməməklə cavabdehləri “vicdanlı sahib” müəyyən etmişdir. Məhkəmə maddi hüquq normasının tələblərini pozaraq iddia tələbini ödənilməli olan zərər hissəsində təmin etməmişdir. 25.İlkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, hallar və sübutlar əsasında qarşılıqlı idddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddianın təmin edilməsi və icraata götürülməsi qanunsuz və əsassızdır. Ona görə ki, iddiaçı Cavabdeh3 MPM–nin 154-cü maddəsinə əsasən qarşılıqlı iddia verilməsi müddətini ötürmüşdür. Məhz buna görə də qarşılıqlı iddia heç icraata qəbul edilməməli idi. Binəqədi Rayon Məhkəməsinin qətnaməsində prosessual normalar pozulmuş, işə birtərəfli baxılmış, iddiaçının verdiyi izahatlar sübutlarla əsaslandırılmamışdır. Hesab edirik ki, prosessual normalar tətbiq edilərkən kifayət qədər nöqsan və səhvlərə yol verilmişdir. Nəticə etibarilə, qətnamə qarşılıqlı iddia müddəti ötürüldüyünə görə, o cümlədən sübutlara əsaslanmadığı üçün həm qanunsuz, həm də əsassızdır. İcarəçi icarə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 təmir-tikinti işlərinin aparılacağına dair ondan (icarə verəndən) heç bir yazılı razılıqla bağlı rəsmi sənəd almamış, eləcə də məhkəməyə bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsi heç bir sübuta əsaslanmayan iddianı təmin etmişdir. Belə olan halda isə iddiaçının tələbinin əsassız olduğu qənaətinə gəlmək mümkündür. İddiaçı Cavabdeh3 ona heç bir icarə haqqı ödəməməsinə baxmayaraq, öz işlərini genişləndirmək üçün çəkdiyi təmirtikinti xərclərinin onun üzərinə qoyulmasını ədalətli hesab etmir. 27.İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-242/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və qarşılıqı iddia tələbinin tam formada təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çəkdiyi xərclərin ödənilməsi ilə bağlı ondan həmin əmlakın alğı-satqısının həyata keçirdiklərini gizlətdikləri üçün hər iki iddiaçıdan (qarşılıqlı iddiada cavabdehlərdən) dəymiş zərərin əvəzinin ödənilməsini istəsə də məhkəmə İddiaçı deyil, həmin hesablanmış məbləğin yanlız Cavabdeh2 tutulmasını qət etmişdir. Həmin alğı-satqı prossesini gizlədərək onun ora əlavə xərclər çəkməyinə yanlız Cavabdeh2 deyil, həmçinin İddiaçı cavabdehlik daşımışdır. Lakin, məhkəmə qətnamə çıxararkən sübutlara hər tərəfli və tam baxdıqdan sonra lazımi araşdırma aparılmadan qətnamədə qeyd olunmuş məbləğin İddiaçı deyil, yalnız Cavabdeh2 tutulmasını qət etmişdir. Həmçinin məhkəmə qətnamə çıxarakən qətnamənin gələcəkdə icrasının iş üzrə cavabdehlər və iddiaçıya münasibətdə rahat olması üçün qeyri-yaşayış sahəsindən onun çıxarılmağı ilə bağlı cavadehlərdən həmin pulun müştərək qaydada tutulmasını qət edə bilərdi ki, bununla bağlı tam formada zəruri araşdırmalar aparılmadan, işin gələcəkdə icra mərhələsinin tezləşdirilməsi ilə əlaqəli olan iddia tələbini təmin etməmişdir. Məhkəmə yekun qənaətə gələrkən onun qeyri-yaşayış sahəsi üçün çəkdiyi xərclərin İddiaçı deyil, yalnız Cavabdeh2 tutulmasını qət etmiş, İddiaçı nisbətdə araşdırma aparmamışdır. 29.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra–apellyasiya instansiyası məhkəməsi) 2(103)-1200/2023 nömrəli mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər-Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Vüsalə Baxışova və Günay Axundova) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinin rədd edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-242/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissələrdə qismən ləğv edilməsi, iş üzrə həmin hissələrdə yeni qətnamə çıxarılması, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə Cavabdeh1nə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 və ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 qarşı “yaşayış sahəsinin təhvil verilməsi və s.” tələbinə dair ilkin iddiasının “01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı (dəymiş ziyan) olaraq 8.400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində qismən təmin edilməsi, 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək olan müddət üçün 6.000 manat məbləğində pulun Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilməsi, 01 iyul 2021-ci il tarixdən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən İddiaçı təhvil verilənədək, hər ay üçün 500 manat hesablanmaqla dəymiş zərər olaraq Cavabdeh3 İddiaçı xeyrinə tutulması, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının Cavabdeh2 aid hissədə rədd edilməsi, qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 30.Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ünvan 2 ünvanında 0,0150 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evinin hazırki mülkiyyətçisinin mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsini mümkün hesab etməklə, bu əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək üçün zəruri olan bütün dispozisiya şərtlərinin mövcudluğunu müəyyən etmiş, iddianı bu hissədə düzgün olaraq təmin etmişdir. Qeyd edilən halların müəyyən edilməsinə baxmayaraq məhkəmə ilkin iddianı digər hissədə rədd etmiş, gəldiyi qənaəti iddiaçının cavabdehlər Cavabdeh3 və ya "xxxx" MMC ilə sözügedən əmlakla bağlı icarə münasibətlərinin mövcud olmadığını, cavabdehlərin onun qarşısında hər hansı öhdəliklər daşımadığını, həmçinin iddiaçının əldən çıxmış fayda kimi istinad etdiyi məbləğdə gəlir əldə edə biləcəyinə dair məhkəməyə heç bir sübutu təqdim etmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.5, 1092.1-ci maddələri təşkil etmiş və işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılmalı idi. İş materiallarından göründüyü kimi iddiaçıya məxsus olan fərdi yaşayış evinin Cavabdeh3 və ya təsisçisi olduğu MMC-nin sahibliyində və istifadəsində qalmasını mümkün edən hər hansı hüquqi əsas mövcud olmadığı halda sonuncunun qanunsuz sahib olaraq əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət edir. Belə ki, sözügedən fərdi yaşayış evi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yararlı obyekt kimi Cavabdeh2 tərəfindən Cavabdeh3 icarəsinə verilmiş və bu evə mülkiyyət hüququ iddiaçıya keçdiyi vaxtdan hal-hazıradək onun qanunsuz sahibliyindədir. Yuxarıda qeyd edildiyi kimi cavabdehin həmin sahədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla istifadə etməsi əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Beləliklə hazırki halda cavabdeh qanunsuz sahib kimi iddiaçıya məxsus əmlakdan gəlir əldə etmək məqsədilə istifadə etməklə onun əmlakı hesabına varlanmış olur. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilməlidir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış icarə müqaviləsinə əsasən sonuncu tərəfindən icarə haqqı olaraq ödənilən məbləğ 500 manat təşkil etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilə üzrə icarəçi kimi Cavabdeh3 tanındığından onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən gəlir mənbəyi olaraq faktiki istifadə etməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında hər ay 500 manat real olaraq maddi zərərin dəyməsi halı öz təsdiqini tapmışdır. Ona görə də, İddiaçı xeyrinə digər cavabdehlərdən yox, məhz iddiaçı Cavabdeh3 1 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək olan müddət üçün 6.000 manat, həmçinin 1 iyul 2021-ci il tarixdən sözügedən fərdi yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilənədək, aya 500 manat hesablanmaqla dəymiş zərər olaraq tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri saymışdır ki, hazırki iddia tələbinin ikinci hissəsinin qeyri-müəyyən olması onun rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə bu qənaətə gəlinməsini ədalətli hesab edərək qeyd etmişdir ki, əks nəticə iddiaçının pozulmuş hüquqlarının bərpasına xidmət etməyəcəkdir, onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz etməklə dispozitiv hüququnu pozacaqdır, əlavə məhkəmə çəkişmələrinə məruz qalmasına, yenidən məhkəməyə müraciət etməsinə məcbur olmasına zəmin yaradacaqdır. Məhkəmə həmçinin özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası 13 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh3 icarə müqaviləsində 500 manat qeyd edilməsinə baxmaraq aylıq 700 manat məbləğinə pul ödəməsini etiraf etməsinə iddiaçının istinadı ilə əlaqədar Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə uyğun olaraq qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh3 arasında bir illik müddətinə bağlanmış 8 fevral 2018-ci il tarixli icarə müqaviləsindən görünmüşdür ki, icarəçi icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 7D saylı evdən istifadəyə görə icarəyə verənə hər ay icarə haqqı olaraq 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 31.Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə keçdiyi tarixdən onunla Cavabdeh3 arasında nə şifahi, nə də ki yazılı formada icarə münasibətləri yaranmadığı üçün sonuncu ilkin iddia üzrə iddiaçıya münasibətdə vicdansız sahib olmuşdur. Hazırki işdə Cavabdeh3 əmlaka dair,əmlak İddiaçı mülkiyyətinə keçdikdən sonra zəruri xərcləri çəkdiyi, bunun nəticəsində ilkin iddia üzrə iddiaçının varlandığı hallarının işdə olan sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Əmlak İddiaçı mülkiyyətinə keçənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh3 tərəfindən çəkilən xərclərin isə iddiaçıya aidiyyəti olmamışdır. Qeyd edilməlidir ki, əmlaka zərər yetirmədən ayrıla bilən yaxşılaşdırmalar (avadanlıqlar və s.) qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən götürülməsi İddiaçı ilkin iddiasında da tələb olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti digər hissədə, yəni qeyri-yaşayış sahəsindən çıxarılması ilə pulun verilməsinin eyni anda icra edilməli olması hissəsində də rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə qarşılıqlı iddianın bu tələbi ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. 32.Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh (qarşılqlı iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qeyd etmişdir ki, qarşılıqlı iddianın Cavabdeh2 münasibətdə hüquqi dəyərləndirilməsi, iddiaçı ilə müqavilə münasibətlərində olduğu üçün, Mülki Məcəllənin 21.2, 448.1 və 448.2-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi müqavilənin 8-ci bəndinə uyğun olaraq ehtimal etmişdir ki, Cavabdeh3 tərəfindən təşkil etdiyi hazırlıq kurslarına sahəni uyğunlaşdırmaq məqsədilə təmir işləri aparılıbsa, bu Cavabdeh2 razılığı ilə olmuşdur. Lakin qarşılıqlı iddia üzrə iddiaçı həmin xərcləri öz təşəbbüsü ilə etmişdir. Məhkəmə kollegiyası icarəçinin təmir işlərinin icarəyəverənin razılığı ilə aparması faktının sübuta yetirilmiş olduğunu qəbul etsə də qeyd etməyi zəruri saymışdır ki, görülmüş bu işlərin təyinatı fərdi yaşayış evi olan əmlakı məşğul olduğu sahibkarlıq fəaliyyətinə uyğunlaşdırmaq məqsədini daşımış, bunun əksini, o cümlədən Cavabdeh3 tərəfindən aparılmış təmir işlərinin əmlakın ümumi vəziyyətini yaxşılaşdırıldığını, bunun evin ümumi dəyərinin artırılmasına, daha yüksək qiymətə satılmasına təsiri olduğunu, smetada göstərilən bütün işlərin məhz onun tərəfindən edildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən də göründüyü kimi, satıcı Cavabdeh2 özünə məxsus əmlakı qeyri-yaşayış sahəsi (obyekt) olaraq deyil, məhz təyinatına uyğun şəkildə fərdi yaşayış evi kimi alıcı İddiaçı (VÖEN-i aşkar edilməyib) satmışdır. Bundan başqa iş materiallarından müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evindən kommersiya obyekti kimi istifadəsi ilə bağlı bir sıra işlər (təmir işləri və s.) bir neçə il ərzində qarşılıqlı iddiaçı tərəfindən həyata keçirilsə də, bu işlərin görülməsi bir qayda olaraq onun mənafeyinə uyğun olmuş və o özü göstərilən xidmətlərdən yararlanmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, icarə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrinin Cavabdeh3 istinad etdiyi qaydada olacağını, yəni icarəyə verilmiş əmlakın saxlanması və ya bərpası üçün icarəçinin çəkdiyi zəruri xərclərin əvəzinin icarəyəverən tərəfindən qaytarılacağı və s. kimi qarşılıqlı iddianın əsaslı olduğunu təsdiq edə biləcək şərtlərin mövcudluğu tərəflər arasında bağlanmış icarə müqaviləsindən müəyyən edilməmişdir, halbuki müqavilənin bir illik müddətinə bağlanması Cavabdeh3 yuxarıda qeyd edilən şərtlərin müzakirə edilməsinə, bu şərtlərin müqaviləyə daxil edilməsinə dair müqavilə tərəfi olaraq daha ehtiyatlı davranış tələb edirdi. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən icarə müqaviləsinin hər hansı şərtinin pozulması, öhdəliyin pozulmasına səbəb ola biləcək qanunsuz hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də, onun müqaviləmünasibətlərindən irəli gələn məsuliyyət daşıması faktını işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmadığından qarşılıqlı iddia Cavabdeh2 münasibətdə də rədd edilməlidir. Belə ki, cavabdeh qeyd edilən vəsaiti qaytarmaq üzrə hər hansı vəzifəni daşımır.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.5, 157.2, 157.5, 386.1, 389.1, 442, 443.1, 445.2.1, 445.2.2, 448.1, 448.2 700.1, 1091, 1092.1, 1096.1, 1096.2-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9.5 və 9.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34.İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-242/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 35.Apelyasiya şikayətinə etirazda göstərilmişdir ki, onun həmin icarə obyektini istər, şifahi, istərsə də, yazılı qaydada razılıq əsasında iddiaçıdan alacağına dair heç bir razılaşma olmamış və şikayət ərizəsində razılaşmanın olması ilə bağlı qeyd etdiyi məqam tamamilə yalandır. Həmçinin qeyd edir ki, 2020-ci ilin aprel-may aylarında bir neçə nəfər gəlib həmin yerə baxmış, o, bu barədə Cavabdeh2 zəng edib soruşduqda, o, obyekti banka girov qoyaraq pul götürəcəyini, gələn şəxslərin bank əməkdaşları olduğunu bildirmişdir. Halbuki sonradan, yəni, artıq məsələ mübahisə halına gəlib çıxdıqda ona məlum olmuşdur ki, Cavabdeh2 ona heç bir məlumat vermədən, çəkdiyi xərcləri ödəmədən həmin qeyri-yaşayış sahəsini satmışdır. Əlavə olaraq bildirir ki, icarə obyektinə aylıq icarə haqqı hər zaman obyektin sahibi kimi bildiyi Cavabdeh2 ödəmişdir. O, Cavabdeh2 həmin icarə obyektinin sahibi olmadığı, həmin icarə obyektini alğı-satqı əsasında İddiaçı satılması barədə məlumatlı olsaydı, aylıq icarə ödənişlərini Cavabdeh2 yox, İddiaçı ödəmiş olardı. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-242/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də, məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmlak İddiaçı mülkiyyətində olduğundan, habelə həmin əmlakın "xxxx" MMC-уə və ya Cavabdeh3 icarəyə verməsi ilə bağlı hər hansı razılaşmanın olması iş üzrə müəyyən edilməmişdir. Onun həmin mübahisə üzrə icarə obyektinin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən İddiaçı satılmasından xəbəri olmayıb. Ən azından istər alıcı İddiaçı, istərsə də icarə obyektini satan Cavabdeh2 onu belə bir fikirlərinin olduğu barədə qabaqcadan xəbərdar etməli, həmçinin İddiaçı artıq əmlakın ona aid olmasını və icarə obyektindən istifadə üçün ödəniləcək aylıq icarə haqqının Cavabdeh2 yox ona ödənilməli olduğunu bildirməli idi. Çünki, uzun illərdir o həmin icarə obyektini tədris mərkəzi kimi işlədir. Onun İddiaçılə Cavabdeh2 arasında həmin icarə obyekti ilə bağlı alğı-satqının olması barədə xəbərdar olmamağı, aylıq icarə haqqını Cavabdeh2 ödəməyi ilə təsdiq olunur. İddiaçının apellyasiya şikayətində qeyd etdiyindən fərqli olaraq o dırnaqarası "vicdanlı sahib" yox, sözün əsl mənasında vicdanlı sahib olmuşdur. O, öz üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirmiş və aylıq icarə haqqlarını icarə obyektinin sahibi kimi tanıdığı Cavabdeh2 ödəmişdir. 36.İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-242/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 37.Apelyasiya şikayətinə etirazda göstərilmişdir ki, o, icarə obyektində hər zaman, hətta pandemiya vaxtında belə icarə üzrə istər şifahi, istərsə də yazılı qaydada razılaşdırılmış icarə məbləğini vaxtlı-vaxtında ödəmişdir (ödənişi təsdiq edən sübutlar vardır). Həmçinin istər təmir-tikinti işlərinin aparılması üçün icazənin alınmadığı, istərsə də, aylıq icarə haqqının tərəfindən ödənilmədiyi təqdirdə icarə obyektinin sahibi kimi tanıdığı Cavabdeh2 ona həmin təmir-tikinti işlərinin aparılması və hətta orada bir gün belə fəaliyyət göstərməyi üçün icazə verməzdi. Apellyasiya şikayətində qeyd etdiyi məqamlar, yalandan və böhtandan başqa bir şey deyil. Uzun müddət davam edən məhkəmə prosseslərində məhkəmə tərəfindən iş üzrə Cavabdeh2 ünvanına bildirişlər göndərilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlmədiyini üzrlü hesab edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Hansı ki, qeyd edilən məqamlarla Cavabdeh2 razılaşmadığı təqdirdə məhkəmə iclaslarında iştirak etməli və həmin məqamlarla razı olmadığını qeyd edərək, iddia ərizəsi və qarşılqlı iddia ərizəsini mübahisələndirməli idi.
b) Kassasiya instansiyası məhkəməsindəki icraat
38.Cavabdeh3 (Vəkil5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 39.Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak İddiaçı mülkiyyətində olduğundan, habelə həmin əmlakın Cavabdeh1 MMC və Cavabdeh3 icarəyə verilməsi ilə bağlı hər hansı bir razılaşma barədə sübut məhkəməyə təqdim edilmədiyi halda məhkəmə onun apellyasiya şikayətini tam təmin etmiş, Cavabdeh3 isə apellyasiya şikayətini təmin etməmişdir. İddiaçı tərəfindən mübahisəli əmlakın tərəfindən boşaldılmasına etiraz etməmiş və Cavabdeh3 həmin mübahisəli əmlakı almağına dair və həmin mübahisəli əmlakı alarkən icarə haqqını nəzərə almağına dair hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. 40.Kassator qeyd etmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində icarə haqqının 8400 manat məbləğində ödənilməsi barədə Cavabdeh3 və Cavabdeh1 MMC arasında icarə müqaviləsi olmamışdır. Bundan əlavə iddianın aylıq 700 manat pulun Cavabdeh3 və Cavabdeh1 MMC–dən tutulmasına dair Cavabdeh3 ilə İddiaçı arasında icarə müqaviləsi olmamışdır. Öhdəliyin yaranması üçün mütləq müqavilə olmalıdır. 41.Kassator qeyd etmişdir ki, Cavabdeh3 2020-ci ilin yanvar ayından 2021-ci ilin mart ayına kimi mübahisəli əmlakda təmir-tikinti işlər aparmağı 1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsi ilə və X1 ifadəsi ilə tam sübut edilmişdir. Bundan əlavə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 16045,0 manat məbləğində müəyyən edilmiş, qarşılıqlı iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 13650,0 manat müəyyən edilmişdir. Cavabdeh2 özünə məxsus əmlakı fərdi yaşayış evi kimi deyil, uşaq bağçası da nəzərə alınmaqla qeyri –yaşayış sahəsi kimi (obyekt) yüksək qiymətə satmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılarkən bütün bunlar nəzərə alınmamışdır. 42.Kassator qeyd etmişdir ki, tərəfindən ilkin iddia üzrə iddiaçıya maddi zərərin vurulması ilə əlaqədar məhkəməyə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilmədiyi halda, apellyasiya instansiya məhkəməsi əsassız və qeyri-qanuni olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi icarə haqqını dəymiş ziyan kimi hesablayaraq (dəymiş ziyan və icarə haqqı mülki hüquqda ayrı-ayrı anlayışlardır və ayrı-ayrı normalarlatənzimlənir) ondan 8400 manatın, yenə də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 6000 manat məbləğində pulun ondan İddiaçı xeyrinə tutulmasını qət etmiş, lakin 6000 manatın ondan nə qismində tutulması qeyd edilməmişdir. xx.xx.2021-ci il tarixdən fərdi yaşayış evi təhvil verilənədək ondan yenə də 500 manatın dəymiş zərər olaraq İddiaçı ödənilməsi barədə də iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Digər tərəfdən İddiaçı qeyri-yaşayış sahəsini alandan sonra məhkəməyə dərhal müraciət edib, əmlakını tələb edə bilərdi. O, isə bunu etməmiş, xeyli müddət gözləmiş, hazırda isə onun hesabına əsassız varlanmaq istəmişdir. 43.Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsi fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi tələbinə dair ilkin iddianı qismən təmin etmiş, eləcə də onun pul tələbinə dair qarşılıqlı iddianı qismən təmin edərək, 29695 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsini qət etmişdir. Həmin pul məbləği müştərək qaydada Cavabdeh2 və İddiaçı tutulmalıdır, çünki əmlakı alandan sonra İddiaçı da əmlakda apardığı təmir-tikinti işlərindən və orada olan uşaq bağçasına aid avadanlıq və əşyalardan xəbəri olmuş və gəlib baxmışdır. İddiaçı hətta tikinti-təmir işlərinə və orada olan avadanlıqlara görə ona 5000 manat məbləğində pul da təklif etmişdir. Əmlakın təhvil verilməsi ilə əşyalarının götürülməsi və pulun ona verilməsi qətnamədə eyni vaxtda icra edilməsi qeyd edilməlidir. 44.Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5, 158.1.2, 158.4, 385.1, 386.1, 442-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77ş1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. 45.Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli,2(102)-4286/2023 saylı, qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli 2(103)- 1200/2023 nömrəli qətnaməsinin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə Cavabdeh1nə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh2 qarşı “yaşayış sahəsinin təhvil verilməsi və s.” tələbinə dair ilkin iddiasının “01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı (dəymiş ziyan) olaraq 8.400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində qismən təmin edilməsi, 01 iyun 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək olan müddət üçün 6.000 manat məbləğində pulun Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilməsi, 01 iyul 2021-ci il tarixdən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh tərəfindən İddiaçı təhvil verilənədək, hər ay üçün 500 manat hesablanmaqla dəymiş zərər olaraq Cavabdeh3 İddiaçı xeyrinə tutulmasına dair hissələrdə ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli 2(103)- 1200/2023 nömrəli qətnaməsinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti ilə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 46.Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsiilkin iddianın Cavabdeh3 qarşı təmin edilən hissəsində hesab etmişdir ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.5, 1092.1-ci maddələri təşkil etmiş və işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılmalı idi. İş materiallarından göründüyü kimi iddiaçıya məxsus olan fərdi yaşayış evinin Cavabdeh3 və ya təsisçisi olduğu MMC-nin sahibliyində və istifadəsində qalmasını mümkün edən hər hansı hüquqi əsas mövcud olmadığı halda sonuncunun qanunsuz sahib olaraq əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət etmişdir. Belə ki, sözügedən fərdi yaşayış evi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yararlı obyekt kimi Cavabdeh2 tərəfindən Cavabdeh3 icarəsinə verilmiş və bu evə mülkiyyət hüququ iddiaçıya keçdiyi vaxtdan hal-hazıradək onun qanunsuz sahibliyində olmuşdur. Yuxarıda qeyd edildiyi kimi cavabdehin həmin sahədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla istifadə etməsi əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Beləliklə hazırki halda cavabdeh qanunsuz sahib kimi iddiaçıya məxsus əmlakdan gəlir əldə etmək məqsədilə istifadə etməklə onun əmlakı hesabına varlanmış olur. 47.Kassasiya kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən də tədqiq edilən: a) Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evini Cavabdeh3 aylıq 500 manata icarəyə vermiş, müqavilə 1 il müddətinə bağlanmış, müqavilənin 3-cü bəndində icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə onun müddəti daha 1 il müddətinə uzadılması qeyd edilmişdir; b)Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini İddiaçı 170000 manata satmışdır. 48.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının MTT (103)-36/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin MTT(001)-33/2021 saylı, 23 noyabr 2021-ci il tarixliqərardadı qismən ləğv edilmiş, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 186,8 kv.m olan ikimərtəbəli fərdi yaşayış evinə daxil olmaq Cavabdeh3 qadağan edilmişdir. 49.İş materiallarında olan İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil1 tərəfindən ünvan 4 ünvanında fəaliyyət göstərən “STEP ACADEMY” hazırlıq kursunun məsul şəxsinə ünvanlanmış xəbərdarlıq məktubunda 03 may 2021-ci il tarixədək ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi bildirilmişdir. 50.Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq, İddiaçı alğı-satqı müqaviləsi ilə yaşayış evini Cavabdeh2 əldə edərkən həmin yaşayış evinin Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh3 icarə hüququ ilə yüklü olub-olmaması, yüklü olduğu təqdirdə yuxarıda göstərilən xəbərdarlıq məktubu da nəzərə alınmaqla müqaviləyə hansı tarixdən xitam verilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının MTT (103)-36/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 186,8 kv.m olan ikimərtəbəli fərdi yaşayış evinə daxil olmağın Cavabdeh3 qadağan edilməsi məsələlərini araşdıraraq hüquqi qiymət verməli, bundan sonra tərəflər arasındakı hüquq münasibətinin xarakterinə uyğun maddi hüquq normalarını tətbiq etməklə yekun məhkəmə aktı qəbul etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. 51.Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti ilə mübahisələndirilən digər hissələrdə (qarşılıqlı iddianın rədd edilməsinə aid) apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52.Kollegiya bildirmişdir ki, kassasiya şikayəti ilə mübahisələndirilən qarşılıqlı iddianın rədd edilməsinə aid hissələrdə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsinə aid hissələrdə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 53.Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh3 əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını götürmək hüququ vardır.
c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
d)Məhkəmə icraatı iştirakçılarının izahatları
54.Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etmədi, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 55.İş üzrə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə Cavabdeh1 MMC, ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası 56.Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 57.Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 58.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 59.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 60.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 61.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 62.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 63.Maddə 157.5.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 64.Maddə 157.7.Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. 65.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 66.Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 67.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 68.Maddə 443.1.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 69.Maddə 445.2.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 70.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 71.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 72.Maddə 699.1.Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. 73.Maddə 700.1.İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 74.Maddə 700.3.Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 75.Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və yamüqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 76.Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. 77.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 78.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 79.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 80.Maddə115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 81.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 81.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 82.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 83.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 84.Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
85.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 86.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən qətnamənin ilkin iddianın “01 iyun 2020ci il tarixdən 22 iyun 2021-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli icarə haqqı (dəymiş ziyan) olaraq 8.400 manatın Cavabdeh1 MMC və Cavabdeh3, habelə, 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi”nin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
87.Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, ilk iddia həmin hissədə qismən təmin edilməlidir. 88.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evini Cavabdeh3 aylıq 500 manata icarəyə vermiş, müqavilə 1 il müddətinə bağlanmış, müqavilənin 3-cü bəndində icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə onun müddəti daha 1 il müddətinə uzadılması qeyd edilmişdir. 89.Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 186,8 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini İddiaçı 170000 manata satmışdır. xx.xx.2020-ci ildə İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. 90.İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil1 tərəfindən ünvan 4 ünvanında fəaliyyət göstərən “STEP ACADEMY” hazırlıq kursunun məsul şəxsinə ünvanlanmış xəbərdarlıq məktubunda 03 may 2021-ci il tarixədək ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi bildirilmişdir. 91.Məhkəmə mübahisələndirilən hissədə ilkin iddianı rədd edərkən gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlər Cavabdeh3 və ya Cavabdeh1 MMC ilə sözügedən əmlakla bağlı icarə münasibətləri mövcud olmamış, cavabdehlər onun qarşısında hər hansı öhdəlik daşımamış, həmçinin iddiaçının əldən çıxmış fayda kimi istinad etdiyi məbləğdə gəlir əldə edə biləcəyinə dair məhkəməyə heç bir sübutu təqdim etməmişdir. 92.Kollegiya məhkəmənin bununla bağlı gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. 93.Göründüyü kimi, xx.xx.2020-ci ildə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış müqavilə şərtlərinə əsasən müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2020-ci ildə Cavabdeh2 ilə İddiaçı arasında aparılmış alğı-satqı müqaviləsi əsasında İddiaçı kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olmuşdur (MM-699.1) 94.Belə olan halda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (İddiaçı tərəfindən xəbərdarlıq məktubu əsasında əmlakın boşaldılması tələb olunmuşdur) olan müddətdə İddiaçı müqavilə şərtlərinə əsasən 500 manat aylıq icarə haqqı ilə öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Həmin müddət 11 ay 3 gün təşkil etdiyindən, icarə haqqı 5549,98 manat təşkil edir (11 ay x 500=5500 manat; 3 gün x 16,66 bir günün icarə haqqı=49,98 manat; 5500+49,98=5549,98 manat) Kollegiya qeyd edir ki, Cavabdeh3 tərəfindən 1334,0 manat ödəniş edilməsi (İİ cild, 206-cı səhifə) halında, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müqavilə öhdəliyi üzrə ödənilməli məbləğ 4215,98 manat (5549,98-1334,0=4215,98 manat) təşkil edir. 95.xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə müqavilə xəbərdarlıq əsasında xitam olunduğundan, İddiaçı məxsus olan fərdi yaşayış evinin Cavabdeh3 və ya təsisçisi olduğu MMC-nin sahibliyində və istifadəsində qalmasını mümkün edən hər hansı hüquqi əsas mövcud olmadığından, sonuncunun qanunsuz sahib olaraq əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət edir. Cavabdeh3 həmin sahədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla istifadə etməsi əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. Beləliklə cavabdeh qanunsuz sahib kimi iddiaçıya məxsus əmlakdan gəlir əldə etmək məqsədilə istifadə etməklə onun əmlakı hesabına varlanmış olur. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya qeyd edir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış icarə müqaviləsinə əsasən sonuncu tərəfindən icarə haqqı olaraq ödənilən məbləğ 500 manat təşkil etmişdir. Kollegiyası hesab edir ki, müqavilə üzrə icarəçi kimi Cavabdeh3 tanındığından onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən gəlir mənbəyi olaraq faktiki istifadə etməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında hər ay 500 manat real olaraq maddi zərərin dəyməsi halı öz təsdiqini tapır. Ona görə də, İddiaçı xeyrinə digər cavabdehlərdən yox, məhz iddiaçı Cavabdeh3 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 50 gün üçün 833 manat (50 gün x 16,66 bir gün üçün icarə haqqı=833 manat) zərər tutulmalıdır. 96.Həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh3 tərəfindən təqdim olunmuş Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, 17/68No230000-4 saylı məktubuna əsasən icra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə mübahisə predmeti olan ünvana baxış keçirilərkən, ön giriş qapısının bağlı olması müəyyən edilmişdir. 97.Kollegiya qeyd edir ki, kassasiya instansiyası qərarının 80-ci bəndində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının MTT(103)-36/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 186,8 kv.m olan ikimərtəbəli fərdi yaşayış evinə daxil olmağın Cavabdeh3 qadağan edilməsi məsələlərini araşdıraraq hüquqi qiymət verməsini qeyd etmiş, həmin məsələ araşdırılaraq, Cavabdeh3 xx.xx.2021-ci il tarixdən əmlakdan istifadəsinin məhdudlaşdırılması müəyyən olunmuşdur. 98.Belə olan halda ilk iddia mübahisələndirilən 01 iyul 2021-ci il tarixdən hesablanmaqla aylıq 700 manat dəymiş ziyanın hər üç cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində qismən təmin edilməli xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 98 gün üçün 1636,68 manat (98 x 16,6616,66 bir günün icarə haqqı=1636,68) zərər Cavabdeh3 İddiaçı xeyrinə tutulmalıdır. 99.Kollegiya 13 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Cavabdeh3 icarə müqaviləsində 500 manat qeyd edilməsinə baxmaraq aylıq 700 manat məbləğinə pul ödəməsini etiraf etməsinə iddiaçının istinadı ilə əlaqədar Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə uyğun olaraq qeyd edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh3 arasında bir illik müddətinə bağlanmış 8 fevral 2018-ci il tarixli icarə müqaviləsindən görünmüşdür ki, icarəçi icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 7D saylı evdən istifadəyə görə icarəyə verənə hər ay icarə haqqı olaraq 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 100.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün 4215,98 (dörd min iki yüz on beş manat doxsan səkkiz qəpik) icarə haqqı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün 833 manat dəymiş zərər, cəmi 5048,98 (beş min qırx səkkiz manat doxsan səkkiz qəpik) manat Cavabdeh3 İddiaçı xeyrinə tutulmalı, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək olan müddət üçün 1632,68 (min altı yüz otuz iki manat altmış səkkiz qəpik) zərər Cavabdeh3 İddiaçı xeyrinə tutulmalı, ilk iddia mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. 101.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(001)-242/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia həmin hissədə qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün 4215,98 (dörd min iki yüz on beş manat doxsan səkkiz qəpik) icarə haqqı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün 833 manat dəymiş zərər, cəmi 5048,98 (beş min qırx səkkiz manat doxsan səkkiz qəpik) manat Cavabdeh3 İddiaçı xeyrinə tutulsun. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək olan müddət üçün 1632,68 (min altı yüz otuz iki manat altmış səkkiz qəpik) zərər Cavabdeh3 İddiaçı xeyrinə tutulsun. İlk iddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov