Məhkəmə qərarları › İş №2(103)-1593/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1593/2025

14.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1593/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Ərizəçi X5 Maraqlı şəxs qismində işə cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” barədə ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi X2 Nürətdin Bayram oğlunu maraqlı şəxs qismində işə cəlb etməklə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, nikahın qeyd olunmasına dair hüquqi faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2001-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, 1958-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş X7 ilə 1957-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş X6 arasında 1982-ci ildə Ermənistan Respublikası Amasiya rayon VVAQ şöbəsində qeydiyyatı aparılmış nikaha dair hüquqi fakt müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Maraqlı şəxs ərizəsi təmin edilməmişdir. Bu qərardaddan onun tərəfindən verilmiş şikayət isə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1mk331/03 saylı, xx.xx.2003-cü il tarixli qərardadı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil1 Hüseyn qzı ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2001-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin səbəbini üzürlü hesab edərək, müddətin bərpa edilməsini və apellyasiya şikayətini işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2001-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və qətnamədən apellyasiya şikayətinin verilmə müddətini bərpa etməklə apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2(2005)-124/2001 qətnaməsinin mövcudluğundan bu yaxınlarda Nəsimi Rayon Məhkəməsinin icraatında olan başqa məhkəmə iclasında məlumatı olmuşdur. Belə ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə tərəflər arasında Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.2002-ci il tarixdə 221 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2965/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Abbasova (Bayramova) Adilə Halay qızı ilə Maraqlı şəxs (Nürəddin) Bayram oğlu arasında Baki şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.2002-ci il tarixdə 221 mömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi Maraqlı şəxs təqdim edildikdən sonra, sonuncuya məlum olmuşdur ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən onun maraqlarına toxunan xx.xx.2001-ci il tarixli qətnamə qəbul edilmişdir. Lakin həmin qətnamə ona rəsmi qaydada təqdim olunmamışdır. Maraqlı şəxs ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2001- ci il tarixli qətnaməni xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almışdır. Göründüyü kimi, Nərimanov Rayon Məhkəməsinin 2-124/2001 saylı, xx.xx.2001-ci il tarixli qətnaməsindən Maraqlı şəxs məlumatı olmamış, qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Apelyasiya şikayəti vermək üçün prosessual müddətin berpasından xx.xx.2024-cü tarixli qərardadı ilə imtina edən Nərimanov Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs xx.xx.2001-ci il tarixli qətnamədən artıq əvvələr də apelyasiya şikayəti vermək üçün müddətin bərpası barədə ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Məhkəmənin xx.xx.2002-ci il tarixli qərardadı ilə həmin ərizə təmin edilməmişdir. Maraqlı şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərardadından şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərdadə ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2002-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hesab edirlər ki, Nərimanov Rayon Məhkəməsinin həmin mövqeyi səhvdir. Belə ki, Maraqlı şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinin mövcüdluğundan bu yaxınlarda, tərəflər arasında gedən başqa məhkəmə mübahisəsi zamanı məlumatı olmuşdur. Bundan sonra o, ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edəndə, xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi qaydada almışdır. Ehtimal olunur ki, Ərizəçi Maraqlı şəxs heç bir məlumat verəmədən, sonuncunun adından apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə şikayət etmişdir. Nürətdin Asbbasov əvvələr xx.xx.2001-ci il tarixli qətnamədən apellyasiya şikayəti verməmişdir. Nərimanov Rayon Məhkəməsi xx.xx.2024cü il tarixli qərardadı qəbul etməklə, Maraqlı şəxs onun maraqlarına toxunan mübahisənin ədalətli araşdırılmasından məhrum etmişdir. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı əsassızdır və ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2001-ci il tarixli qətnaməsindən maraqlı şəxs ilk dəfə xx.xx.2002-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Onun müraciəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2002-ci il tarixli qərardadı ilə rədd edilmiş və bu qərardad Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1mk331/03 saylı, xx.xx.2003-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmalqa artıq qanuni qüvvəsini almışdır. Həmin ərizənin 2002-ci ildə Maraqlı şəxs tərəfindən deyil, hər hansı başqa şəxs, o cümlədən Abbasova (Bayramova) Adilə Halay qızı tərəfindən verilməsi müəyyən edilmir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Maraqlı şəxs həmin qətnamədən nəinki məlumatlı olmuş, hətta onu mübahisələndirmək üçün tədbirlər də görmüşdür. Bu səbəbdən onun şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2001 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar