Məhkəmə qərarları › İş №2(103)-1598/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1598/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1598/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı1 vəkili X13, digər İddiaçı2, Cavabdeh2 nümayəndəsi və vəkili X10, tərcüməçi X8 qızının iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1565/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1-ci mənzilinin əvəzinə həmin evin yerində inşa edilmiş Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı mənzilinin mülkiyyətçisi onun qardaşı X3muşdur. Qardaşı X11 2014-cü ildə vəfat etmişdir və onun ölümündən sonra mübahisəli Bakı şəhəri Ş.Mirzəyev küçəsi 36 saylı evin 1-ci mənzili miras qalmışdır. Qardaşı X5 vəfatından sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Stanislavobna 2 saylı ASAN Xidmət Mərkəzinə müraciət etmişlər və onlara xx.xx.2017-ci il tarixli 2V-506 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilimişdir. Həmin qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı mənzili xx.xx.2017-ci il tarixdə ½ hissəsi Cavabdeh1, ½ hissəsi isə Cavabdeh2 adlarına keçmişdir. Qardaşı X11 xx xxxx 1986-cı il tarixdə X15 ilə rəsmi nikah münasibətinə girmişdir. Evlənəndən sonra bir müddət normal ər-arvad münasibətlərində olmuşlar. Lakin sonradan Yelenanın qardaşına qarşı münasibəti pisliyə doğru dəyişmişdir, o tez-tez Stanislavı aldadaraq evdən çıxıb getmişdir, ona məlum olmayan yerlərdə gecələmişdir, onunla hesablaşmamışdır. Qardaşı baxımsız qaldığından o, məcbur olaraq onunla birlikdə mübahisəli mənzildə yaşamış, ona qulluq etmiş, bir bacı kimi qayğısını çəkmişdir. Mənzilin mülkiyyətçisi olan X5 razılığı ilə o, mübahisəsi gedən mənzilə pasport qeydiyyatına alınmış, mənzilin bütün kommunal xidmətlərinin haqqını o ödəmişdir. Stanislavın son nəfəsinə qədər onun yanında yaşamışfır. Müayinə və müalicəsi ilə o məşğul olmuşdur, dəfn və yas mərasimlərini öz vəsaiti ilə o həyata keçirmişdir. Yelenanın xx xxxxxxx 1993-cü ildə Sergey adlı bir oğlu, xx xxxxxx 2000-cı il də ildə isə Sabina adlı bir qızı doğulmuşdur. Cavabdeh uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında Stanislavın adını yazdırmışdır. Cavabdeh hər iki uşağını götürərək təxminən 2002-ci illin əvvəllərində mübahisəli mənzildən getmişdir və həmin vaxtdan sonra mübahisəli mənzilə bir daha gəlməmişdir və qardaşı Stanislav onun harada yaşadığını bilməmişdir. Lakin qardaşına məlum olmuşdur ki, Yelena yenə də kimdənsə hamilədir və 3-cü dəfə uşaq gözləyir, ona görə də Stanislav məhkəməyə atalığın mübahisələndirilməsi iddiası ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-312/05 saylı, xx xxxxx 2005-ci il tarixli qətnaməsi ilə S.V.Volodinin ərizəsi təmin edilmiş, X5 Cavabdeh1 və Cavabdeh2 atası olmaması faktı təsdiq edilmişdir. Hal-hazırda onun pasport qeydiyyatında olmaqla yaşadığı Bakı şəhəri, Ş.Mirzəvev küçəsi, 36 saylı ev sökülmüşdür və onun yerində çoxmərtəbəli yaşayış evi inşa edilmişdir. Artıq həmin evin hüquqi ünvanı Bakı şəhəri, Mehdi Abbasov küçəsi, evin nömrəsi E, mübahisəsi gedən mənzilin nömrəsi isə 9-dur. Ev artıq tikilərək istifadəyə verilmişdir. O, X5 mülkiyyətində olmuş mənzildə uzun müddət pasport qeydiyyatında olmaqla yaşadığı üçün hal-hazırda mübahisəsi gedən mənzilə köçmək istədikdə cavabdehlər buna razı olmamışlar, onu mənzilə buraxmamışlar, mənzildə yaşamasına maneələr törətmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1565/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğunu irəli sürmüşlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Sehran Əkbərov, həmçinin digər İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Fuad Mürsəlzadə isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında eyni tərəflər arasında daha əvvəl mübahisə olduğunu və hazırda qanuni qüvvədə olan qətnamə olduğundan hazırki iddia tələbinin əsassız olduğunu bildirmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh1 məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən Nicat Dadaşov isə nikahlarının pozulmasında israrlı olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflərin milliyətcə rus olmalarına, iddiaçıların birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmələrinə və icraatın aparıldığı dili bilməmələrinə baxmayaraq, birinci instansiya məhkəməsi məhkəmə iclaslarında tərcüməçinin iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11.2-ci maddəsinə əsasən işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Həmin məcəllənin 387.2.3-cü maddəsinə əsasən isə işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxx 2018-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, ev 36, 1 saylı mənzil xx xxxxxx 2017-ci il tarixdə ½ hissəsi X6, ½ hissəsi Cavabdeh2 adlarına qeydiyyatdan keçirilmişdir. İş materiallarında DİN yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, ev 36, 1 saylı mənzildə qeydiyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxx 2004-cü il tarixli 1MK-1443/2004 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Volodin Stanislav X1rşı yaşayış sahəsinə huququn itirilməsinə dair iddiası təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, X11 ilə İddiaçı1 Vasiyevnaya arasında Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilin alqı-satqısına dair bağlanmış xx xxxxxxx 2003-cü il tarixdə müqavilənin etibarsız sayılması, Bakı şəhər Tİ və MHQİ tərəfindən İddiaçı1 Vasiyevnanın adına verilmiş xx.xx.2003-cü il tarixli 173968 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, İddiaçı1 Vasiyevna ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli 1MK-1443/2004 nömrəli əlavə qətnaməsinin surətindən görünür ki, X7 uşaqları ilə birlikdə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilinə köçürülmələri, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2004cü il tarixli 6K-1737 nömrəli qərarının surətindən görünür ki, Apellyasiya Məhkəməsinin iş üzrə xx xxx 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2627/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun əsasında reyestrdə qeydə alınmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və adının vərəsə siyahısına salınmaqla yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Görünüdüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə, hazırki İddiaçı1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş üzrə digər İddiaçı2 İddiaçı1 qızıdır. İddiaçıların hazırda köçürülmələrini istədikləri Bakı şəhəri, M.Abbasov küçəsi, E saylı evin 9 nömrəli mənzili isə, yuxarıda qeyd olunan mənzilin yerində, onun əvəzinə inşa edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 36 saylı evin 1 saylı mənzilindən çıxarılması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan və hazırda köçürülmələrini istədikləri mənzil də, həmin mənzilin yerində, onun əvəzinə inşa olunduğundan, iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1565/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsini və apellyasiya şikayətini verərkən tərəflərin ödədikləri dövlət rüsumlarının məbləğləri onların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar