Məhkəmə qərarları › İş №2(103)-1602/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1602/2021

01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1602/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə Ərizəçi “Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 0,09 ha ölçüdə 1072 saylı bağ sahəsinin keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən xx.xx.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə mərhum X1 verilmiş olmasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6837/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Ərizəçi nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 0,09 ha ölçüdə 1072 saylı bağ sahəsinin keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən xx.xx.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə mərhum X1 verilmiş olmasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin ləğv edilməsini əsas göstərilməklə iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Həmin qərardaddan nümayəndəsi və vəkilinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Babək Rəhimov şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən müqavilə tərtib olunsa da, müqaviləyə möhür vurulmamışdır. Hazırda həmin hüquqi şəxs ləğv olunmuş və hüquqi varisi yoxdur. Buna görə də onlar məhkəməyə xüsusi icraat qaydasında müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq məhkəmənin mübahisələndirilən qərardadı ləğv edilməli, iş ərizənin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə. Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə görə isə, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Şikayət mövzusu olan qərardaddan aydın olur ki, məhkəmə ərizəçinin iddia icraatı qaydasında məhkəməyə müraciət etməli olması qənaətinə gəlsə də, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir; halbuki, hüquqi şəxsin ləğv edilməsi ərizənin icraata qəbul edilməsindən imtina üçün əsas deyildir. Belə ki, keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ləğv olunsa da onun arxiv saxlayıcısı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq 3 islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6837/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ləğv olunsun və iş Ərizəçi ərizəsinin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə olunası üçün Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar