Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1602/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (üçüncü şəxs qismində Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı (üçüncü şəxs qismində Azərbaycan Respubikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 75000 (yetmiş beş min) ABŞ dollarının qaytarılan günün məzənnəsinə uyğun olaraq ekvivalentində pul kreditin geri qaytarılması, həmin məbləğin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 889.76 kv/m, yaşayış sahəsi 522.2 kv/m, yardımçı sahəsi 367.56 kv/m olan 28 otaqlı fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və 3-cü mərtəbə, sağ tərəf - 4 ot, ü/s - 113.77 kv.m, y/s - 72.23 kv.m, k/s - 41.54 kv.m, 13.6 kv.m açıq eyvana yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması, satışdan əldə ediləcək məbləğin hesabına mövcud borcunun ödənilməsi, borc ödənildikdən sonra ipoteka əmlakının satışından qalan məbləğin cavabdehə qaytarılması və ödənilmiş 418 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı (üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə qiymətləndirmə ekspertizasının təyin olunması, ekspertizanın rəyi alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki,iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması üçün məhkəmə qiymətləndirmə ekspertizası təyin edilməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Cavabdeh tərəfindən şikayət verilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə eskpertiza təyin edilsə belə, ekspertizanın keçirilməsinin özəl ekspertiza şirkətinə tapşırığın verilməsi tamamilə qərəzli xarakter daşıyır. Bu baxımdan əgər ekspertiza təyin edilirsə belə onun, obyektivliyi və şəffaflığını təmin etmək üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmasını daha doğru və ədalətli olar. Azərbaycan Respublikası “Məhkəmə eskpertiza fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilən şikayətin əsassız olduğundan təmin edilməməsi, şikayətin baxılması üçün 2(009)-98/2025 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 255.0.5. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Maddə 256.0.2. Bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat müddətdə dayandırılır. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı (üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin olunması, ekspertizanın rəyi alınanadək mülki işin icraatı dayandırılması qərara alınmışdır.
12. Cavabdeh qeyd olunan qərardaddan verilmiş şikayətin dəlili odur ki, iş üzrə eskpertiza təyin edilsə belə, ekspertizanın keçirilməsinin özəl ekspertiza şirkətinə tapşırığın verilməsi tamamilə qərəzli xarakter daşıyır, ekspertizanın təyin edilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməli idi.
13. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyə əsasən ekspertizanın təyin edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Lakin iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər.
14. Mülki prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər.
15. Göründüyü kimi, məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq ekspertiza təyin etməsi ilə əlaqədar icraatı dayandırmışdır.
16. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.
17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-98/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov