Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1604/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6928/2021 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından ərizəçi X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-6928/2021 saylı qətnaməsinə əsasən, İddiaçı övladı xx.xx.2015-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. X5 apellyasiya şikayəti verərək xx.xx.2021-ci il tarixli qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər hüququ olmayan şəxs tərəfindən verildiyinə görə ərizəçi X4 geri qaytarılmışdır. Daha sonra yenidən apellyasiya şikayəti verən X5 Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bu dəfə o, həmçinin ərizə ilə müraciət edərək maraqlarına toxunan üçüncü şəxs qismində işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6928/2021 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə ərizə təmin olunmamış, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində Cavabdeh Muradəli oğlunun mülkiyyət hüququnu təsdiq edən 1963-cü il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport sənədi, yaşayış sahəsinin mülkiyyətinə dair kartoçka sənədi (arayış), yaşayış sahəsinin plan-çertyoj sxemi kimi sənədləri, həmçinin Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan məktubunu təqdim edərək, ərizəçinin subyektiv hüquqa malik olduğunu sübut etmişdir. Lakin Sabunçu Rayon Məhkəməsi tərəfindən ərizəyə baxılarkən iş hərtərəfli, tam və obyektiv araşdırılmamış,ərizəçinin təqdim etdiyi sübutalara baxılmamış, həmçinin Avropa Məhkəməsinin mövqeyi nəzərə alınmamışdır. Nəticədə məhkəmə tərəfindən AR MPM-nin 9.1, 9.3, 14.1-ci maddənin tələbləri kobud şəkildə pozulmuş və qanunsuz və əsasszız qərardad qəbul edilmişdir. Belə ki, əgər ərizəçinin təqdim etdiyi sənədlərə diqqətlə baxılsaydı, ərizəçinin qanuni gözlənti hüququna malik olduğu təsdiq edilərdi və işə mahiyyəti üzrə baxılaraq ərizəçinin pozulmuş hüquqları bərpa edilərdi. Sabunçu Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6928/2021 nömrəli, xx.xx.2023- cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, mübahisə predmeti olan evə dair Sultanova Rasimənin hər hansı hüququnun olması müəyyən olunmamışdır. Yəni, o, ünvan 1 ünvanında yerləşən evə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 17 saylı notariat ofisinə müraciət etsə də, babası olan Şükür Muradəli oğlunun hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, gələcəkdə həmin hüquqların qeydə alınıb alınmayacağı, vərəsələrin dairəsi və ümumiyyətlə ərizəçiyə də həmin evdən pay düşəcəyi məlum deyildir. Ona görə də onun bu iş üzrə maraqlarına toxunan şəxs kimi işə cəlb olunması sadəcə məhkəmə qətnaməsinin icrasına mane olmaq kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyasının qənaətinə görə şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6928/2021 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1604/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1604/2024
31.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver