Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1606/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilindən istifadə hüququnun mövcud olmamasının müəyyən edilərək mənzildən çıxarılması” tələbinə dair mülki üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(001)-2885/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilindən istifadə hüququnun mövcud olmamasının müəyyən edilərək mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2885/2021 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2885/2021 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2885/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh vəkili Vəkil şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2885/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2885/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2885/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2885/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6817/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2885/2021 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(001)- 2885/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmamışdır. Qərardaddan cavabdeh şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(001)-2885/2021 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(001)- 2885/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Lakin, hazırki şikayət MPM-nin normalarının tələblərinə cavab vermir. Azərbaycan Respublikası MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər də aydın şəkildə izah edilməli və hər bir dəlil əsaslandırılmalıdır. Lakin, apellyator tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmişdir. Həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər sıralanmamaqla, onların aydın şəkildə izahları verilməmişdir. Belə olduğu təqdirdə isə, apellyasiya şikayəti mülki prosessual məcəllənin normalarının tələblərinə cavab vermədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir və o, qəbul olunmamış hesab edilir. Belə olan halda, Azərbaycan Respublikası MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilindən istifadə hüququnun mövcud olmamasının müəyyən edilərək mənzildən çıxarılması” tələbinə dair mülki üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(001)-2885/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1606/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1606/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver